Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Melizm
Melizm – ümumiyyətlə melodiyanı gözəlləşdirən əlavə melodik artırmalara deyilir. Melizm işarələri ən çox Azərbaycan musiqisində işlədilir. Qərb və rus klassik musiqisində də çox təsadüf edilir. Bu əlavə melodik artırmaların müəyyən şəkli vardlr. Musiqidə melizm hələ qədim zamanlardan başlayaraq inkişaf etmişdir. Onların yazılışı müxtəlif olduğu kimi ifa üsulları da müxtəlifdir. Melizm xüsusi işarələrlə gostərilərək xanənin ümumi olcüsünə daxil olmayan bir neçə kiçik notlardan təşkil olunur.
Helium
Helium (He) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 2-ci elementdir. Rəngsiz, iysiz, dadsız, zəhərsiz, inert monoatomik qazdır, cədvəldə təsirsiz qazlar yarımqrupunda ilk elementdir. Helium bütün elementlər arasında ən aşağı qaynama və ərimə temperaturuna malikdir. Onu, yalnız 25·105 Pa təzyiq altında bərk hala keçirmək olur. Heliumun yanlız bir energetik səviyyəsi var və bu səviyyə təmamilə dolub. Bu səbəbdən helium təsirsiz qazdır və inert qazlar siyahısında birincidir. Heliumun adı Günəşi himayə edən yunan titanı Heliosun şərəfinə qoyulub. Buna səbəb helium elementinin günəş işığında kəşf edilməsidir. == Tarixi == === Kəşfi === Heliumun qalıqlarına ilk dəfə 18 Avqust 1868-ci ildə Günəşin xromosferinin spektrində 587.49 nanometr dalğa uzunluğu olan parlaq sarı bir xətt olaraq rast gəlindi. Xətt, Hindistanın Guntur şəhərində günəş tutulması zamanı fransız astronomu Jül Janssen tərəfindən aşkar edilmişdir.
Leqizm
Legizm – e.ə. VI–III əsrlərdə Qədim Çində meydana gəlmiş etik-siyasi təlimdir. == Əsas ideyası == Legizmin diqqət mərkəzində – dövləti idarəetmə problemidir. Leqistlər hesab edirdilər ki, siyasət əxlaqla bir araya sığan deyil və idarəetmənin başlıca vasitəsi – mükafat və cəzadır, özü də sonuncu daha çox olmalıdır. Leqistlər hamının qanun qarşısında bərabər olduğu müstəbid dövlət nəzəriyyəsi işləyib hazırlamışdılar. Yeganə istisna – qanunların yaradıcısı olan hökmdardır. Leqizmin ən görkəmli nümayəndələri – Şan Yan, Quan Çjun, Tszı Çan, Li Kuy, Şen Buxay və Xay Feydir. E.ə. III əsrdən başlayaraq leqizmin konfutsiçiliyə qarışması prosesi başlanır, nəticədə artıq Xan dövründə müstəqil varlığını dayandırır. == Mənbə == Книга правителя области Шан ("Шан цзюнь шу").
Maoizm
Maoçuluq və ya maoizm — adını Mao Tszedundan alan, kapitalizmin Avropadakı kimi bir inkişaf seyri izlemediği Uzaq Şərq cəmiyyətlərinə xas Marksizmin praktikası olaraq ifadə edilə bilər. Maoizm, Marksizm-Leninizm siyasət elminin 3. keyfiyyət mərhələsidir və çöllərdə şəhərləri əhatə edərək proletar diktatorluğuna çatmağın tək qızıl açarıdır. Maocuların minimum proqramlarında isə , müstəqilliyin təmin edilməsi və feodalizmin təmizliyi vardır. Asiya tipi istehsal tərzi olaraq ifadə edilən və Şərq cəmiyyətlərinə xas olan bu vəziyyət Avrupa'dakinden fərqli bir mülkiyyət quruluşlanmasının bir nəticəsidir. Avropada torpaq sahibi Lordlar olduqları bölgədə Kralın səlahiyyətlərini paylaşar öz bölgələrində müstəqil hərəkət edərkən Asiya cəmiyyətlərində belə bir vəziyyət görülməz , mərkəzi avtoritet güclü quruluşunu davam etdirə bilmək üçün torpağı bəzi kəslərə mülk olaraq devretmez , ancaq torpağın istifadə haqqını bəzi şərtlər altında təhvil verər . Beləcə ölkə torpaqlarının hamısı dövlətə ya da eyni mənanı gəlmək üzrə mərkəzi nüfuza asılıdır. Belə bir mülkiyyət quruluşlanmasının nəticəsi olaraq Asiya cəmiyyətlərinin istehsal quruluşu Avropadakı istehsal yapısınından farklılaşmıştır Mao bu ikili quruluş içərisində Marksizmin həyata keçirilməsi və sosialist iqtidarın qurula bilməsi üçün Asiya cəmiyyətlərinə fərqli bir təşkilatlanma tətbiq etmişdir. Mao dövründə Çin əhalisinin əhəmiyyətli bir hissəsi köylüydü . İşçi sinfi isə bir neçə böyük şəhərdə çox məhdud sayda mövcud idi.
Medium
Medium – ruhlar aləmi ilə əlaqəyə keçə bildiyini və ölülər ilə canlılar arasında əlaqə qura bildiyini iddia edən şəxs. Azərbaycan dilinə Fransız dilindən keçən sözün mənşəyi Latınca medium (vasitəçi) sözünə dayanır. Spiritualizm terminologiyasında "dünyadakı bədənini tərk etmiş ruhlarla əlaqə quraraq onlardan aldıqları təsirləri müxtəlif təzahürlər halında dünyaya əks edən, ekstrasens baxımdan həssas şəxslərə (zehni mediumlar) və ya hər hansı bir ruhani əlaqə mövzusu olmadan paranormal fenomenlər ortaya qoya bilən xüsusi qabiliyyətlərə sahib şəxslərə (fiziki mediumlar) verilən ad" olaraq izah edilir. Bu izahdan da başa düşüləcəyi kimi bir mediumun paranormal bir fenomen ortaya qoymasında mediumun ruhundan başqa bir ruhun var olması şərt deyildir. Yəni mediumun ruhundan başqa bir ruhun mövzusu olmadığı meduimi təzahürlərin də olduğuna inanılır. Spiritualist anlayışa görə mediumluq qabiliyyətinə sahib olmaq bir hünər deyildir və spiritualist etik anlayışına görə şəxsin bu qabiliyyətini əsla yanlış yollarda və ya hər hansı bir məqsəd güdməklə istifadə etməməsi lazımdır. Neo-spiritualist terminologiyada mediumluq yalnızca ekstrasens həssas olmaqdan ibarət deyildir; medium, mediumluq haqqında bəs edən ədəb, məlumat və təcrübəyə sahib olmasıyla birlikdə, mediumluğun vəzifələrini, məsuliyyətlərini lazımi qədər bilən və tətbiq edən şəxsə deyilir. Həmçinin mediumun lazımi xüsusiyyətlərə sahib olması da bəs etmir; o xüsusiyyətlərə mediumu transa soxan və istiqamət verən operatorun da sahib olması lazımdır. == İdrak və iradə cəhətdən == Mediumluq mediumda dünyəvi idrak və iradənin görünüb görünməməsi baxımından üç qrupda ələ alınır: Medium etdiyi işləri idrak etdiyi kimi bunların öz iradəsi daxilində meydana gəldiyini bilir. İntuisiyal mediumluk bu qruba daxildir.
Meliya
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Molize
Molize - İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Molize Cənubi İtaliyada və ikinci kiçik İtaliya bölgəsidir. Molizeyin sahəsi 4,438 km², əhalisi təxminən 320,000 min nəfərə yaxındır. Region mərkəzi Kampobasso şəhəridir.
Monizm
Monizm (yun. monos – bir, vahid) — bütün mövcudatın əsasının bir başlanğıcdan ibarət olmasını qəbul edən fəlsəfi təlim. Həm materialist, həm də idealist monizm mövcuddur. Materialistlərə görə, dünyanın başlanğıcı, əsası materiyadır. İdealistlər isə ruhu, ideyanı bütün hadisələrin vahid başlanğıcı hesab edirlər. İdealist monizmin ən ardıcıl forması Hegel fəlsəfəsidir. Dünyanı maddi, bütün hadisələri isə hərəkətdə olan materiyanın müxtəlif növləri hesab edən dialektik materializm üçün ardıcıl materialist monizm xarakterikdir. Elmi materialist monizm dialektik materializm üçün səciyyəvidir. Marksizm fəlsəfəsində monizm ictimai hadisələrə də şamil edilir. Fəlsəfi monizmin problemi maddi və ideal başlanğıcların qarşılıqlı münasibətlərini anlamaqdır.
Mutizm
Mutizm (lat. mutus — lal, dinməz) — psixatriyada və nevrologiyada xəstənin suala cavab verməməsi, ünsiyyətsizlik kimi bir hal.
Raelizm
Raelizm (fr. Raëlism) — dini cərəyan. Əsası 1973-cü ildə fransız jurnalist və keçmiş avtopilot Klod Vorlion ("Rael" kimi tanınmışdır) tərəfindən qoyulmuşdur. Bu dini cərəyana görə, hazırkı sivilizasiyadan üstün, sakinləri elohimlər adlanan naməlum planet mövcuddur. Elohimlərlə əlaqə yalnız xüsusi təlim və dini təcrübə sayəsində mümkündür. Cərəyan mənsubları insanın klonlaşdırılmasının qatı tərəfdarıdırlar. Bunu onunla izah edirlər ki, yalnız klonlaşdırma sayəsində əldə edilən nailiyyətlər insana ölməzlik bəxş edəcəkdir. Raelçilərə görə, elohimlər hər insanın təsəvvür edə bilməyəcəyi, və ən yüksək inkişafa nail olmuş mükəmməl irqdir. Oradakı tərəqqi ilə Yer üzərindəki texnoloji inkişaf müqayisəedilməzdir. Klod Vorlion insanları inandırmağa çalışırdı ki, o, 1973-cü ildə Fransada elohimlərin nümayəndələri ilə görüşmüş və bu hadisədən sonra onun həyatı tamamilə dəyişmişdir.
Realizm
Realizm (fəlsəfə) — daimi və ya ümumi mənası olmayan ortaq bir Avropa fəlsəfi termini. Realizm (ədəbiyyat) — Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. Realizm (rəssamlıq) — incəsənətdə istiqamət, burada əsas iş həqiqətin özünəməxsus bərpasına yönəldir.
Çekizm
Çekizm (rus. Чекизм; ilk sovet məxfi polis təşkilatı olan Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası üçün istifadə olunan "çeka" sözündən) — SSRİ-də məxfi polisin cəmiyyətin bütün sahələrə güclü nəzarət etdiyi vəziyyəti təsvir edən termin. Bu, həm də indiki Kreml hakimiyyətini tənqid edənlər tərəfindən müasir Rusiyada hüquq-mühafizə orqanlarının istifadə etdiyi gücü təsvir etmək üçün istifadə olunur. Çekizm Feliks Dzerjinski tərəfindən on ildən çox müddət ərzində tətbiq edilən və inkişaf etdirilən təhlükəsizlik polisindəki inanclar, təcrübələr və fərziyyələr toplusunun məhsulu kimi təsvir edilir. Onun yerləşdirdiyi sistemlər siyasi terroru qanuniləşdirən və romantikləşdirən konsepsiyanın sakrallaşdırılmasına gətirib çıxarmışdır. Əbdurrəhman Avtorxanov sovet cəmiyyətinin dayağı kimi məxfi siyasi polis ideyasını irəli sürmüşdür. Çekizm çeka mentalitetinin qondarma fəzilətlərinə əsaslanan bir kult formasına çevrilmişdi. Albatsın sözlərinə görə, Lavrenti Beriya, Yuri Andropov və Vladimir Kryuçkov da daxil olmaqla, əksər KQB rəhbərləri həmişə Kommunist Partiyası ilə hakimiyyət uğrunda mübarizə aparmış, zahiri kommunist liderləri manipulyasiya etmişdilər. Çekizmin sakrallaşdırılması Dzerjinski kimi liderlərə məxfi polis üzvləri ilə xüsusi münasibət qurmağa imkan vermiş, eyni zamanda partiya qurucularının başqalığını təbliğ etmişdir. Rusiya Dumasının keçmiş üzvü Konstantin Borovoya görə, "Putinin təyinatı DTK-nin hakimiyyət uğrunda səlib yürüşünün kulminasiya nöqtəsidir.
Legizm
Legizm – e.ə. VI–III əsrlərdə Qədim Çində meydana gəlmiş etik-siyasi təlimdir. == Əsas ideyası == Legizmin diqqət mərkəzində – dövləti idarəetmə problemidir. Leqistlər hesab edirdilər ki, siyasət əxlaqla bir araya sığan deyil və idarəetmənin başlıca vasitəsi – mükafat və cəzadır, özü də sonuncu daha çox olmalıdır. Leqistlər hamının qanun qarşısında bərabər olduğu müstəbid dövlət nəzəriyyəsi işləyib hazırlamışdılar. Yeganə istisna – qanunların yaradıcısı olan hökmdardır. Leqizmin ən görkəmli nümayəndələri – Şan Yan, Quan Çjun, Tszı Çan, Li Kuy, Şen Buxay və Xay Feydir. E.ə. III əsrdən başlayaraq leqizmin konfutsiçiliyə qarışması prosesi başlanır, nəticədə artıq Xan dövründə müstəqil varlığını dayandırır. == Mənbə == Книга правителя области Шан ("Шан цзюнь шу").
Melinum
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Beliz
Beliz (ing. Belize) — Mərkəzi Amerikanın şimal-şərqində dövlətdir. Qərbdə və cənubda Qvatemala ilə (sərhəddin uzunluğu 266 km), şimal-qərbdə - Meksika ilə (250 km) sərhədlənir. Sərhədlərin ümumi uzunluğu 516 km-dir. Ölkənin ərazisi Yukatan yarımadasının şərq hissəsində, Karib dənizinin sahilindədir. Sahəsi – 23 min km², əhalisi - 0,3 mln nəfər (2008-ci il). Paytaxt – Belmopan şəhəridir, rəsmi dili ingiliscədir. == Adın etimologiyası == 1973-cü ilə qədər Britaniya Hondurası adlanan ölkə 1981-ci ildə müstəqillik qazanmışdır. Beliz bayrağında insan rəsmi olan dünyanın yeganə ölkəsidir. == Coğrafiya == Dövlətin çox hissəsi düzənliklərdən ibarətdir.
Deizm
Deizm (lat. deus — Tanrı) — tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə, bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir.
Melia
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Moizm
Moizm (mo tzya) (墨家) – Çində olan etik-siyasi təlim. Moizm banisi Mo tszı (Mo Di) olan etik-siyasi təlimdir. O, e.ə. 486-cı ildə anadan olmuş və 90 il yaşamışdır. Mo təlimi üçün ümumi sevgiyə çağırış, bütün münaqişələri sülh vasitələrlə həll etməyi tələb etmək və s. səciyyəvidir. Moçular qeyri-adi insan idilər, onlar şəxsi olanı tam unutmaqla, ümumi rifah və ədalət naminə hər şeyi qurban verməyə hazır olmaları ilə müasirlərini heyrətləndirirdilər. Moçu, məktəb rəhbəri uğrunda xoşbəxtcəsinə öz həyatını verə və başqasına etdiyi yamanlığa görə yeganə oğlunu öldürə bilərdi. Ян Хин-шун Теория познания моистов // Вопросы философии.1956.№ 1. Титаренко М.Л. Мо-цзы и ранние моисты о процессе познания.// Вопросы философии.1964.№ 11.
Teizm
Teizm (yun. Θεός, Teos — tanrı) — zəkaya və iradəyə malik, bütün maddi və mənəvi proseslərə möcüzəli təsir göstərən fövqəltəbii varlıq kimi Tanrının mövcudluğunu qəbul edən dini-fəlsəfi təlim. Daha dəqiq, kainatla Tanrı arasındakı əlaqəni aydınlaşdıran, mövcud kainatın yaranması və idarəsinə cavabdeh olan bir Tanrı anlayışını özündə əks etdirən, bu Tanrının müxtəlif yollarla din göndərdiyi fikrini müdafiə edən əqidədir. Bu yanaşmaya görə, Tanrı daima insanlarla əlaqə halındadır. Bu baxışları mənimsəmiş insanlara Teist deyilir. Aləmdə baş verən şeyləri teizm çox vaxt Allah qayəsinin həyata keçirilməsi kimi nəzərdən keçirir. Təbii qanunauyğunluq teizmdə Allah qayəsindən asılı şəkildə götürülür. Deizmdən fərqli olaraq teizm Allahın bütün dünya hadisələrində bilavasitə iştirakını qəbul edir, panteizmdən fərqli olaraq allahın dünyadan kənarda və dünya üzərində mövcudluğunu müdafiə edir. Teizm klerikalizmin, teologiyanın və fideizmin ideoloji əsası olmaqla elmə və elmi dünyagörüşə ziddir. Monoteizm yalnız bir tanrının olduğu inancıdır.
Empetrum medium
Linum medium
Linum medium (lat. Linum medium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinin kətan cinsinə aid bitki növü.
Maarifçi realizm
Maarifçi realizm – XVII—XVIII əsrlərdə Avropa cəmiyyətində əsasını realizm təşkil edən mənəvi inkişaf. == Tarixi == Romantiklər öz tarixilik duyğularına və həyatı tarixi baxımdan göstərməyə meyllərinə görə bir-birindən fərqlənirdilər. Ona görə romantizm epoxasının özündə yazıcılar iki cəbhəyə ayrılırdılar. Onların bir hissəsi həyata fəlsəfi yüksəklikdən baxırdı. Digər hissəsi isə konkret həyat faktlarına, tarixiliyə daha artıq meyl edirdilər. Birincilər romantiklər, ikincilər isə maarifçi realistlər sayıla bilər. Lakin bu bölgü çox şərtidir. Maarifçi realizm termini sovet elmində 60-70-ci illərdə daha ətraflı əsaslandırılmışdır. Bu maarifçilik epoxasına marağın artması və maarifçi ədəbiyyatın spesifik tarixi mərhələ kimi təqdimi ilə bağlı idi. Bu realizmin əsas xüsusiyyətləri XVIII əsr maarifçilərinin Volter, Didro kimi müəlliflərin nəsrində özünü göstərmişdir.
Magik realizm
Magik realizm — magik elementlərin dünyanın realist mənzərəsinə daxil edildiyi bədii metod. == Tarixi == XX əsrin 1930-1960-cı illərində Cənubi Amerikada realizmin növbəti milli forması – şərti olaraq magik realizm adlandırılan hadisə meydana çıxmışdır. Cənubi Amerikada ispanlarla yerli xalqların birləşib qarışmasından ispan dilində yeni bir ədəbi mədəniyyət yaranmış və tarixi tərəqqinin nisbətən aşağı səviyyəsindən müasir sivilizasiyaya qoşulmuş bu xalqların miflərini də realist nəsrə gətirmişdir. Miflərdən bədii vasitə kimi istifadə gerçəkliyi realist təsvirin imkanlarını artırır və Avropa ədəbi tənqidinə də maraqlı təsir buraxırdı. Əslində mifdən, rəmzdən, alleqorik obrazdan realist əsərlərdə, xüsusilə poeziyada istifadə həmişə olmuşdur, ona görə Cənubi Amerikada Jorji Amadu, Qabriel Qarsiya Markes kimi yazıçıların əsərlərində özünü göstərən magik realizmi simvolizm elementlərindən istifadənin milli bir ədəbiyyatda üzə çıxması kimi qiymətləndirmək olar. Mistik və ya fantasmaqorik realizm Qərbi Avropada macara nəsrinin bir forması kimi yaranmışdır. Bədii kino biznesinin inkişafı tamaşaçı cəlb etmək üçün yeni-yeni süjetlər tapmalı idi. Bu süjetlərin bir qismi qədim dini-mistik ədəbiyyatlarda və magiyaya dair kitablarda tapılmağa başladı. Qədim magiya və mistika bir qayda olaraq müasir həyata köçürülür. Lakin ciddi sosial-fəlsəfi realist nəsrdə mistik ümumiləşmələrə meyli daha artıq rus ədəbiyyatı, xüsusilə Nikolay Qoqol, Fyodor Dostoyevski və Anton Çexovun ədəbi təcrübəsi ilə bağlamaq daha düzgün olar.
Melike İlgün
Melike İlgün (1974, İskəndərun, Hatay ili) türkiyəli jurnalist, yazıçı. Adanalı bir ata ilə manisalı bir ananın ilk uşağı olaraq 1974-cü ildə İskəndərunda dünyaya göz açıb. Orta və lisey təhsilini İstiklal Makzume Anadolu Liseyində bitirdikdən sonra, İstanbul Universiteti Hüquq fakültəsində təhsil həyatına davam etdi . Kanal E, Kanal 6, Radikal Gazetesi, Kanal D və Show TV-də müxbir olaraq çalışıb . Kanal 6-da həftəsonu ana xəbər bülletenində, Show TV-də həftəiçi hər gecə yayımlanan Melike İlgün ile Son Haber proqramını təqdim etdi . Kanaltürkdə 4 il ana xəbər aparıcılığı və xəbər redaktorluğu etdi . Gazeteport-da köşə yazıları yazdı. İlk kitabı Kamala Eren Qadınlar fevral 2009, ikinci kitabı Enver Paşanın Sultanı iyun 2011-ci ildə və son kitabı Bir Başvekil Sevdim iyun 2013 nəşr olundu. Evli olan İlgün iki uşaq anasıdır.
Melisa Makkarti
Melisa Makkarti (ing. Melissa McCarthy; doğ. 26 avqust 1970, İllinoys, ABŞ) — ABŞ aktrisası.
Məlhəm
Məlhəm (Səlmas) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Məlhəm (Şamaxı) — Şamaxı rayonunda kənd. Məlhəm (dərman) — Yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman.
ELIZA
ELIZA – 1964-1966-cı illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) Cozef Veyzenbaum (Joseph Weizenbaum) tərəfindən yazılmış məşhur kompüter proqramı. Aktiv dinləmə texnikası əsasında işləyən proqram psixoterapevt ilə dialoqu təqlid (parodiya) edirdi. Proqram Bernard Şou’nun “Piqmalion” pyesinin qəhrəmanı Eliza Dulitl’ın şərəfinə adlandırılıb (pyesin qəhrəmanına “ali sinif insanların” dilində danışmaq öyrədilirdi). Proqram çox zaman, sadəcə, istifadəçinin fikirlərini başqa şəkildə ifadə edirdi. Məsələn, “Mənim başım ağrıyır” – “Niyə deyirsiniz ki, başınız ağrıyır?”, yaxud “Atamın məndən xoşu gəlmir” cümləsinə Eliza “ata” sözünü əsas götürərək, “Ailənizdə daha kimin sizdən xoşu gəlmir?” kimi reaksiya verirdi.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Gəlizə (Əhər)
Gəlizə (fars. گليزه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 216 nəfər yaşayır (40 ailə).