Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pour le Mérite
Pour le Mérite (azərb. "Xidmətinə görə"‎) — Prussiyada 1740-cı ildə təsis olunmuş Birinci Dünya Müharibəsinə qədər ali orden.
Merimea
Bergiya (lat. Bergia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinə aid bitki cinsi. Lancretia Delile Merimea Cambess. Sphondylococca Willd.
Andre Mariner
Andre Mariner (ing. Andre Marriner) — İngiltərə futbol hakimi Marinerin hakimlik karyerasında ciddi bir hadisə yaşanmasa da, bu sənətə sırf təsadüf nəticəsində gəlib. Doğma şəhərində — Şeldonda keçirilən bütün matçlara yollanan və heç kimə azarkeşlik etməyən Andre 1992-ci ildə iki həvəskar komandanın qarşılaşmasına gedir. Lakin bu görüşün hakimi naməlum səbəbdən stadiona gəlib çıxmır. Vəziyyətin belə olduğunu görən 21 yaşlı Mariner təşkilatçılara yaxınlaşıb, matçı idarə edə biləcəyini deyir. Və bu işin öhdəsindən gəlir. Çəkdiyi əziyyətə görə ona 10 funt-sterlinq qonorar verirlər. Bundan sonra gənc oğlan hakim olacağını qətiləşdirərək, ölkə miqyaslı turnirlərə 13 il vaxt sərf edir. 2005-ci ildə İngiltərə çempionatında peyda olan Mariner müxtəlif liqalarda oyunları sıralayır və nəhayət, FİFA hakiminə çevrilir. Onun 2009-cu ilin yanvarında FİFA referisinə çevrilməsi böyük müzakirələrə səbəb olub.
Ceyms Moriyer
Ceyms Yustinyen Moriyer (1780[…], İzmir, Anadolu əyaləti – 19 mart 1849, Brayton, Şərqi Susseks qraflığı[d]) — İngilis yazıçısı. O, bir müddət İranda diplomat kimi fəaliyyət göstərmişdir. Yazıçının 1824-cü ildə Londonda nəşr olunan "İsfahanlı Hacıbabanın macərəları" romanı böyük şöhrət qazanmışdır. Məşhur yazıçı Volter Skott C. Y. Moriyeri "ən yaxşı ingilis romançısı" adlandırmışdır. The Adventures of Hajji Baba of Ispahan set forth in Eighty Chapters Arxivləşdirilib 2003-02-01 at the Wayback Machine, полный текст. Ayesha, Maid of Kars на Google Books (PDF, ок. 17 МБайт).
Dan Meridor
Dan Meridor (ivr. ‏דן מרידור‏‎; 23 aprel 1947, Qüds) — İsrail siyasətçisi və hüquqşünası, knessetin üzvü (11, 12, 13, 14, 15, 16, 17, 18 çağırışlar), İsrailin ədliyyə naziri (1988–1992), İsrailin maliyyə naziri (1997–1998), keçmiş kəşfiyyat naziri və atom enerjisi komissiyasının rəhbəri. Dan Meridor 23 aprel 1947-ci ildə Mandat Fələstini ərazisində Menaxem Beginin ortağı Eliyahu Meridor və doktor Raanana Meridorun ailəsində anadan olub. İsrail Müdafiə Qüvvələrinə çağırılmış, zirehli qüvvələrdə xidmət etmiş və zabit rütbəsinə qədər yüksəlmişdir. Altı günlük müharibədə iştirak etmişdir. Meridor Yerusəlim Yəhudi Universitetinin bakalavr məzunu olmuşdur. 1982–1984-cü illərdə Meridor hökumət katibi vəzifəsini icra etdi. 1984-cü ildə Likud partiyasının üzvü kimi 11-ci knessetin tərkibinə daxil oldu, bu çağırışda parlamentin iki alt komitəsinin sədri vəzifəsini icra edirdi. 1988-ci ildə, 12-ci knessetə yenidən seçildi, bu dövrdə ölkədə Yitzhak Şamirin başçılıq etdiyi iki hökumət mövcud idi ki, hər ikisində Meridor İsrailin ədliyyə naziri vəzifəsini icra edirdi. Mərkəzin Partiyasının təmsilçisi kimi 15-ci Knessetə seçildi.
Etelka Qerster
Etelka Qerster (27 iyun 1855, Kоşitsе, Macarıstan krallığı – 20 avqust 1920) — Macarıstan sopranosu. 1876-cı ildə İtaliyada və növbəti il isə Londonda çıxış etmişdi. 1878-ci ildə Nyu-York şəhərinin Musiqi Akademiyasında çıxış edən Etelka həmin dövrdə aparıcı müğənnilərindən biri sayılırdı. Qızı dirijor Friç Rayner ilə ailə həyatı qurmuşdu. Qerster övladı doğulduqdan sonra öz səsini itirdi və bir daha heç vaxt oxumadı. 1896-cı ildən 1917-ci ilə qədər Berlində ifaçılıq dərsləri keçirdi. Enciklopedia Slovenska. II. zväzok. Bratislava, 1978. VEDA Seeger, Horst: Opernlexikon.
Jak Mariten
Jak Mariten (fr. Jacques Maritain; 18 noyabr 1882[…], IX arondisman (Paris), Paris – 28 aprel 1973[…], Tuluza) —fransız filosofu, teoloqu, neotomizmin banisi. Jak Mariten XX əsrin 30-cu illərində ABŞ və Kanadada dərs deyərkən tanınmış və katolisizmin mövqeyinin Amerika qitəsində möhkəmlənməsi üçün çalışmışdır. 1945–1948-ci illərdə Mariten Vatikanda Fransanın səfiri olmuş, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin layihəsinin hazırlanmasında iştirak etmişdir. Onun sosial-siyasi nəzəriyyə problemlərinə həsr olunmuş əsas əsərləri "İnteqral humanizm", "İnsan hüquqları və təbii qanun", "İnsan və dövlət"dir. Jak Mariten (1882–1973) – fransız filosofu, neotomizmin görkəmli nümayəndəsidir. Neotomizm ruhunda sosiomədəni konsepsiyalar kulturologiya üçün xüsusilə böyük əhəmiyyət daşıyır. Neotomizm müasir Qərb dini fəlsəfəsinin və kulturologiyanan əsas istiqamətlərindəndir. Bu fəlsəfi təliminin kökləri Qərb orta əsrlər fəlsəfəsinə və hətta xristianlığın meydana gəldiyi eramızın əvvəllərinə təsadüf edir. Onun tam təlim kimi formalaşması XIII əsrə aiddir və bilavasitə orta əsrlər sxolastı Akvinalı Fomanın adı ilə bağlıdır.
Kuzinellus meritus
Kuzinellus meritus (lat. Kuzinellus meritus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Mariner 4
Mariner 4 (ing. Mariner 4) — NASA-nın Mariner Mars 1964 avtomatik planetlərarası stansiyası. Mars kosmik planı, Marsa uçuş yolundan elmi araşdırma aparmaq, planetlərarası məkan haqqında məlumat və Mars ətrafı haqqında məlumat ötürmək üçün nəzərdə tutulmuşdur. Səthin şəkillərini çəkmək, atmosfer və ionosfer haqqında məlumat almaq üçün stansiya siqnalını işıqlandıran planet radiosunda bir sınaq keçirmək nəzərdə tutulmuşdu. Mariner 4 Mariner seriyasından dördüncü NASA kosmos vasitəsidir. Layihənin hazırlanması üzrə əsas təşkilat Reaktiv mühərriklər laboratoriyasıdır (Jet Propulsion Laboratory). Fərdi sistemlərin inkişafı müxtəlif sənaye təşkilatları tərəfindən həyata keçirilmişdir. Elmi alətlərin inkişafı ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilmişdir. 14-15 iyul 1965-ci ildə Mariner 4 Mars ətrafında ilk müvəffəqiyyətli uçuşunu etdi və yaxın məsafədən bir planetin surətini çəkmək və onları Yer üzünə ötürmək üçün ilk kosmik vasitə oldu.
Typhlodromus meritus
Typhlodromus meritus (lat. Typhlodromus meritus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus meritus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Leonor Merime
Jan Fransua Leonor Merime (fr. Jean-François-Léonor Mérimée; 16 sentyabr 1757 – 26 sentyabr 1836, Paris) — fransız rəssam və incəsənət mütəxəssisi. Məşhur yazıçı Prosper Merimenin oğlu. Leonor Merime ədəbiyyat, tarix, incəsənət, arxeologiya, dilçilik və kimya ilə maraqlanırdı. O yağlı boya ilə davamlı kompozisiyaları, kağız istehsalında yeni üsullar kəşf etməsi ilə Paris İncəsənət Məktəbinin daimi üzvü idi. 1830-cu ildə "Yağlı boya ilə rəssamlıq" kitabını nəşr etdirmişdi. Gaston Pinet, Léonor Mérimée (1757–1836) , Honoré Champion éditeur, Paris, 1913.
LibreOffice Writer
LibreOffice Writer – açıq kodlu və pulsuz mətn prosessorudur. LibreOffice Writer, LibreOffice ofis proqramları ailəsinin bir qoludur. LibreOffice Writer mətn prosessoru üçün bütün tələblərə cavab verir. Micorosft Word ilə uyğunlaşa bilir. Sizə göndərilər .doc uzantılı faylları aça və redaktə edib elə .doc uzantısı ilə saxlaya bilərsiniz. Hazırladığınız sənədləri PDF və HTML formatda saxlaya bilərsiniz. Həmçinin, HTML tənzimləyicisi kimi də istifadə etmək mümkündür. Avtomatik tamamlama (AutoComplete) sayəsində uzun sözləri daha tez yaza bilərsiniz. Hazırladığınız sənədi bir kliklə e-poçt vasitəsilə göndərə bilərsiniz. və s.
Prosper Merime
Prosper Merime (fr. Prosper Mérimée; 28 sentyabr 1803 – 23 sentyabr 1870) — XIX əsr məşhur fransız yazıçısı, Fransa Akademiyasının üzvü. Yenilik tərəfdarı, XVIII əsr ideyaları ruhuna sadiq olan kimyaçı alim və rəssam Jan Fransua Leonor Merimenin ailəsində doğulmuş Prosper erkən yaşlarından özündə gözəl zövq və incəsənət sevgisini inkişaf etdirməyə başlamışdır. Parisdə hüquq elmləri kursunu bitirən gənc Prosper əvvəlcə iyul monarxiyası dövrünün nazirlərindən qraf d’Artunun katibi olmuş, sonralar isə Fransa tarixi abidələrinin baş inspektoru təyin edilmişdir. 1830-cu ildə İspaniyaya ilk səfəri zamanı o, qraf Teba və onun xanımı ilə tanış olmuşdur. Gələcək Fransa imperatriçası Yevgeniya qraf Tebanın qızı idi. Fransada İkinci imperiya dövründə Merime qrafinya Montihonun ailəsinin köhnə dostlarından biri kimi Tüilrilərin sarayına yaxın adam hesab olunurdu. İmperatriça Yevgeniya və III Napoleon onunla dost idilər. 1853-cü ildə Merime senator dərəcəsi almışdır. Merimenin ədəbiyyat sahəsində ilk addımı 20 yaşında yazdığı "Kromvel" tarixi dramıdır.
Verter effekti
Verter effekti — kütləvi intiharlar. Psixologiyada "Verter effekti (sindromu)" deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə dahi alman yazıçısı Yohann Volfqanq Götenin "Gənc Verterin iztirabları" adlı əsəriylə əlaqədar müşahidə olunduğundan bu əsərin baş qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür. Fenomen o qədər güclü səviyyə alır ki, bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir. Fenomenin izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verdi. 1947-1962-ci illər ərzində ABŞ-nin ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar.
Abraham Meritt
Abraham Qreys Merritt (20 yanvar 1884[…] – 21 avqust 1943[…]) — ABŞ yazıçısı və amerikan bazar günü jurnalı redaktoru. Daha çox fantastik romanlara üstünlük vermişdir. 1884-cü ildə Nyu-Cersi ştatının Beverli şəhərində anadan olub, daha sonra ailəsi ilə 1894-cü ildə Pensilvaniyanın Filadelfiya şəhərinə köçmüşdür. Əslində əvvəl hüquq təhsili almışdır, amma sonra jurnalistikaya yönəlmişdir. Əvvəl müxbir, daha sonra redaktor olmuşdur. Merritt 1912–1937-ci illərdə Morill Qoddardın redaktor köməkçisi olmuş, sonra 1937-ci ildən ölümünə qədər redaktor olmuşdur. O, redaktor kimi Vircil Finlay və Hanz Buk kimi işçiləri cəlb etmişdir. Merritt yaradacılığı boyunca 8 roman yazmışdır. Merritt iki dəfə evlənmişdir: 1910-cu ildə Elanora Ratkliff ilə və 1930-cu ildə Elanor Conson ilə. 1943-cü ildə ürək tutmasından ölmüşdür.
Marilər
Marilər — Fin-uqor xalqlarından biri, Rusiya Federasiyasının subyekti Mari El Respublikasının yerli əhalisi, əsasən Rusiyada yaşayırlar.
Merkitlər
Merkitlər (monqolca "mergid" - “məqsədli, bacarıqlı”) 13-cü əsrin əvvəllərində Çingiz xan imperiyasına daxil olmuş monqol tayfasıdır . Onlar Baykalın cənub-qərbində (Rusiyanın müasir Buryatiya Respublikasının cənubu) və müasir mərkəzi Monqolustanın şimalında məskunlaşmışdılar. Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə – step aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər məmləkətlərindəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar -nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı. Tatarlardan, keraitlərdən və naymanlardan şimalda monqol adlı qəbilə yaşayırdı. Monqollardan qərbdə Xanqay dağlarının ətəklərində və Baykal gölünün ətraflarında merkitlər, Sayan dağları ilə Baykal gölü arasında oyratlar, Cunqariyada uyğurlar məskunlaşmışdılar.
Mərifət
Mərifət — ad. Mərifət Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Məhəmməd Hadi Mərifət — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. Digər Mərifət (qəzet) — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. Mərifət (Cavad Amuli) — Cavad Amulinin Mərifətşünaslıq mövzusunda kitabı.
Dərilər
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Tom Merit
Tomas Andrey Merit (28 iyun 1970) texnologiya jurnalisti, yazıçı və tanınan yayımçı. O, TWiT şəbəkəsinin köhnə tərəfdaşıdır, əvvəllər CNET-in icraçı redaktoru idi. Hal-hazırda Gündəlik Xəbər aparıcısı və digər nümayəndəliklər arasında ev sahibliyi edir. Merit Qrinvil şəhərində, Qəhvə sahəsində çalışan bir qida aliminin ailəsində doğuldu. Merit, Urbana-Kampaiqn şəhərindəki İlinoys Universitetində jurnalistika sahəsində təhsil alıb və Austin Universitetində ünsiyyət üzrə magistr işlərini davam etdirdi. Meritin karyerası 1986-cı ildə Qrinvil şəhərində yerləşən bir ölkə musiqi stansiyası olan WGEL üçün DJ olaraq başlamışdır. 1993-cü ildə Milli İctimai Radioda stajçı vəzifəsində çalışdı. 1999-dan 2004-cü ilədək Merit San-Fransiskoda TechTV-də icraçı istehsalçı kimi çalışmış və 2003-cü ilədək radio aparıcısı olmuşdur. 4 fevral 2008-ci ildən Merit, köhnə həmkarı Veranika Belmont ilə birgə Kristal və Lazer fantastik əsaslı kitab klubuna ev sahibliyi etdi. 22 iyun 2010-cu ildə Top 5 adlı üçün yeni bir şou layihə başlatdı.
Mərmər
Mərmər (lat. marmor; yun. Μάρμαρο — "parlayan daş", "daş qayması") — əhəngdaşı və dolomitlərin metamorfizmə uğraması (yenidən kristallaşması) nəticəsində əmələ gələn xırda, orta və iridənəli kristallik süxur. Tərkibində kvars, xalsedon, hematit pirit və s. mineralların, həmçinin üzvi birləşmələrin qatışıqları olur. Həcm çəkisi 2,65–2,90, sıxlığa davamlığı 500–2500 kqs/sm², rəngi qatışıqlardan asılı olaraq müxtəlifdir. Xırdadənəli növləri daha davamlıdır.
Tərtər
Tərtər (əvvəlki adı: Mirbəşir) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati mərkəzi. 1949-cu ildə rayon tabeli şəhər statusu almışdır.. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Mirbəşir rayonunun Mirbəşir şəhəri Tərtər şəhəri adlandırılmışdır. Tərtər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab edilir. Orta əsrlərdə Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar. IX–XIII əsrlərdə cənubi rus çöllərində və Şimali Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər 1280–1323-cü illərdə Bulqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur[mənbə göstərin].
Xəritə
Xəritə — Yer kürəsi və ya digər planetlərin bütövlükdə və ya ayrı-ayrı hissələrinin iki və ya üçölçülü şərti işarələrlə kiçildilmiş təsviridir. Xəritənin məqsədindən və miqyasından asılı olaraq, orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumuləşdirilməsinə kartoqrafik generalizasiya deyilir. Xəritə ərəb mənşəli söz olub (خريطة) yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri mənasını verir. Ərazi əhatə etməsinə görə xəritələri 3 qrupa bölürlər: Dünya və yarımkürələrin xəritələri; Materik və okeanların xəritələri; Dövlətlərin və onların hissələrinin xəritələri. Məzmununa görə xəritələr ümumcoğrafi və tematik xəritələrə bölünürlər. Ümumcoğrafi xəritələrdə – yer səthinin ümumi mənzərəsi əks etdirilir. Tematik xəritələrdə – hər hansı bir təbii komponent hadisə daha aydın təsvir olunur (məsələn: iqlim, geologiya). Xəritələr bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür: Miqyası 1:200000 və ondan böyük olan (1:50000, 1:25000, 1:10000) böyük miqyaslı xəritələr; Miqyası 1:200000-dən 1:1000000-dək olan orta miqyaslı xəritələr; Miqyası 1:1000000-dan kiçik olan kiçik miqyaslı xəritələr.
Ayətullah Mərifət
Məhəmməd Hadi Mərifət (1931, Kərbəla — 19 yanvar 2007) — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. Ayətullah Mərifət 1931-cu ildə Kərbəla şəhərində ruhanibir ailədə dünyaya göz açmışdır. Ruhanilərdən biri olan atası Şeyx Əli Mərifət 15 yaşından Kərbəlada məskunlaşmışdır. Ayətullah Mərifətin sülaləsi 300 ildən bəri elm və təqva əhli olmuşlar. Bu soy "Risaləti-Misiyyə" kitabının müəllifi Şeyx Əbd əl-Ali Misidən gəlir. O, Cəbəl-Amilin Mis kəndindən (Keçmişdə Kiçik Asiyanın şimal-qərbində yerləşən və adını orada yaşayan yerli əhalidən — mislilərdən alan Mis — və ya Meys — kəndi) İsfahana köçmüş, sonradan isə Ayətullah Mərifətin babası ailəsi ilə birgə Kərbəlaya getmiş və orada yaşamağa başlamışdır. Ayətullah Mərifət 19 yanvar 2007-ci ildə vəfat edib. Ayətullah Mərifət təhsilinə o dönəmin məktəbxanalarında başlamış, hətta "Came əl-müqəddimat" kitabını da o məktəbxanalarda oxumuşdur. Sonra Kərbəla Dini Elmlər Hövzəsinə daxil olmuş, ibtidai dini təhsil almışdır. İbtidai dərslərin bir hissəsini atasından, digər hissəsini isə elmi hövzədəki müəllimlərindən öyrənmişdir.
Mərifət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Ceyms Merit Ayves
Ceyms Merit Ayves- (5 mart 1824 - 3 yanvar 1895) Amerikalı litoqraf. Ceyms 1824-cü ilin 5 martında Nyu Yorkda dünyaya gəlib. O, rəsm sahəsi üzrə öz üzərində işləyərək özünü inkişaf etdirib. Ceyms 1846-cı il 24 iyunda Karolin Klark (1827-1896) ilə evlənib. Cütlüyün altı övladı olub. 1857-ci ildə Çarlz Karriyer Ceymsə ortaqlıq təklif edib. Ceyms burada baş menecer olub. Ceyms Karriyer şirkətində işləyərkən potensialı olan rəssam və sənətkarlardan müsahibə götürməyə və firmanın dərs edəcəyi şəkilləri seçməyə Çarlza kömək edib. O, 1895-ci ildə Nyu-Yorkun Rye şəhərində vəfat edib. Broklindəki Qrinvud qəbiristanlığında dəfn edilib.
Jan Fransua Leonor Merime
Jan Fransua Leonor Merime (fr. Jean-François-Léonor Mérimée; 16 sentyabr 1757 – 26 sentyabr 1836, Paris) — fransız rəssam və incəsənət mütəxəssisi. Məşhur yazıçı Prosper Merimenin oğlu. Leonor Merime ədəbiyyat, tarix, incəsənət, arxeologiya, dilçilik və kimya ilə maraqlanırdı. O yağlı boya ilə davamlı kompozisiyaları, kağız istehsalında yeni üsullar kəşf etməsi ilə Paris İncəsənət Məktəbinin daimi üzvü idi. 1830-cu ildə "Yağlı boya ilə rəssamlıq" kitabını nəşr etdirmişdi. Gaston Pinet, Léonor Mérimée (1757–1836) , Honoré Champion éditeur, Paris, 1913.
Merser (dairə, Nyu-Cersi)
Merser dairəsi (ing. Mercer County) — ABŞ-nin Nyu-Cersi ştatında dairə. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Merser əyalətində 350.761 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2008-ci ilə qədər əhali 4,0% artaraq 364,883 nəfərə çatdı. Merser, Nyu-York və Filadelfiya yaxınlığında yerləşdiyi üçün rəsmi olaraq Nyu-York metropol bölgəsinin və Delavera vadisinin bir hissəsidir. Trenton şəhəri mahal mərkəzidir. Dairənin ən böyük şəhəri Hamiltondur.
Ağkənd (Tərtər)
Ağkənd, Təzəkənd (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. 29 may 2015-ci ildə Dəmirçilər kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Ağkənd kəndi adlandırılmışdır. Ağkənd kəndi İncəçayın sahilindədir. XX əsrin 20-ci illərində bir qədər yerini dəyişdiyindən Təzəkənd də adlanıb.
Bayandur (Tərtər)
Bayandur — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Bayandur Tərtər rayonunun Səhlaabad inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi Laçın rayonunun keçmış Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1933-cu ildə Bərdə rayonunun Xoruzlu və Güloğlular inzibati ərazi vahidilərində eyniadlı iki kənd qeydə alınmışdır. Ermənistanda Bayandur, Türkiyədə Baymdur yaşayış məntəqələri vardır. Bayandur kəndi 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal edəndən sonra Laçının Bayandur və Minkənd kəndlərindən köçüb gələn bayandur tayfasından olanlar tərəfindən salınmışdır. Amma bu tayfadan olanlar artıq 1905-ci ildən Tərtərə köçməyə başlamışdılar. 1920-ci ildəki köç zamanı tayfa təmsilçiləri içərisində yaranan bölünmə nəticəsində Tərtər çayının hər iki sahilində yurdlar salınmışdır.
Borsunlu (Tərtər)
Borsunlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.İncəçay (Kürün sağ qolu) sahilində, düzənlikdədir. Etnotoponimdir. Əhalinin əsas məşquliyyəti əkinçilik və heyvandarlıqdı. Bu zaman əhali su mənbəyi olaraq İncə çayından, vaxtilə Qarabağ xanı tərəfindən çəkilmiş "Xan arxı"ndan, o cümlədən sovet dövründə isə Sərsəng su anbarından gələn kanaldan istifadə edirlər. Borsunlu kəndi tarixi memarlıq abidələri ilə də zəngindir. Köhnə kənd qəbirsanlıqında qədim türbələr,sildırım kiçik dağ silsiləsində Kaftar mağarası, küp qəbirlər, o cümlədən kənd yaxınlığındakı, düzənlikdə yerləşən kurqanlar (yerli əhali bunlara təpələr deyir), gələcəkdə arxeoloqlar tərəfində araşdırılması üçün öz növbələrini gözləyirlər. Borsunlu kəndi rayon mərkəzindən 27 km, Tərtər-Gəncə magistral yolundan isə 9 km aralı şimal-qərbdə yerləşir. Bosunlu kəndindən Kiçik Qafqazın Murov dağ silsiləsi aydın görünür. Kənd çox da yüksək olmayan dağ silsilələrinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşir. Kənddə 300-ə yaxın ailə yaşayır,1500-ə yaxın əhalisi var.
Düyərli (Tərtər)
Düyərli — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. Düyərli kəndi Qarabağ düzündədir.
Dəmirli (Tərtər)
Dəmirli (Tsağkaşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır. Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəmirli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəmirli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Dəmirçilər (Tərtər)
Dəmirçilər — Azərbaycan Respublikasının Tərtər rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. Dəmirçilər Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsini 1918-ci ildə baş vermış erməniazərbaycanlı qırğını ilə əlaqədar olaraq indiki Xocalı rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş ailələr salmışdılar. Yaşayış məntəqələri dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur. "Xan arxı" adlanan məşhur arx Dəmirçilər kəndini iki hissəyə bölür - rəmə məhəlləsi və aşağı məhəllə. Deyilənə görə bu arxı Qarabağ xanı İbrahimxəlil xan çəkdirib. Kəndi Tərtər-Goranboy magistral yolundan 5 km-lik məsafə ayırır. Dəmirçilər kəndi düzən ərazidə yerləşir, lakin buradan Murovdağın zirvəsi açıq-aydın görünür.