Mərifət Nəsibov

Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Mərifət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov
Şəxsi məlumatlar
Doğum tarixi 22 may 1972(1972-05-22)
Doğum yeri
Vəfat tarixi 28 yanvar 1992(1992-01-28) (19 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1991-1992
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.

Evli deyildi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.

Qazax rayonundakı Heydər Əliyev adına parkda onun adına bulaq tikilmişdir.

2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman - Rafiq AlıcanovŞamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir[1].

2015-ci ildə QazaxAğstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq AlıcanovŞamoy Çobanov haqqında “İZ Production” studiyası tərəfindən “Ölümə qənşər” adlı bədii-sənədli film çəkilmişdir. Ekran əsərində onların döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilib.[2]

  1. Milli Qəhrəmanlara həsr olunmuş film çəkilmişdir. Arxivləşdirilib 2013-09-25 at Archive.today AzərTAc, 25.09.2013.  (az.)
  2. ""Ölümə qənşər"". anl.az. Mədəniyyət. 5 avqust 2015. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 227.
  • “Ölümə qənşər”: Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmin təqdimatı: [Gəncə şəhərində] //Mədəniyyət.- 2015.- 5 avqust.- S.4.