Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Messalina
Valeria Messalina (Messalina) , (lat. Valeria Messalina) (təqribən 17/20 — 48) — Roma imperatoru Klavdinin 3-cü arvadı, Britanik və Klavdiya Oktaviyanın anası, hakimiyyətpərəst, böyük təsir dairəsinə malik olmuş, əxlaqsız xarakteri ilə seçilmiş və Xatirənin lənətlənməsi damğası almış romalı qadınlardan biridir. == Həyatı == Valeriya 20-ci ildə konsul olmuş patrisian əsilli aristokrat Valerilərin nümayəndəsi Mark Valeri Messal Barbotun tək qızı idi. Anası b.e.ə. 16-cı ildə Konsul olmuş Lusi Domisia Aqenbabın qızı gənc Domisia Lepid idi. Anası və atası eyni ananın və müxtəlif atanın evladları (bacı-qardaş) olmuşlar . Antik mənbələrə görə 13 yaşından gəzəyən həyat tərzinə başlamış Messalina xəsis, ağır və axmaq nimfoman xasiyyətə malik olmaqla yanaşı cinsəl şəhvət hərisi olmuşdur. Tasit və Svetoniy öz səlnamələrində bu barədə dönə-dönə yazmışlar. Messalina yalançı ad (Liçiska Messalina) altında ehtiraslarını təmin etmək üçün lupanariyə (lat. lupānar ya da lupānārium; lupa sözünün mənası dişi (vulq.
Messali Hacı
Əhməd ibn Messali Hacı (ərəb. مصالي الحاج‎; fr. Ahmed Messali; 16 may 1898 – 30 iyun 1974 və ya 3 iyun 1974) — Əlcəzair milliyətçi siyasətçisi, Əlcəzairin müstəqilliyi uğrunda hərəkatların tərəfdarı. O, adətən Əlcəzair milliyətçiliyinin "atası" adlanır. Türk əsillidir. O, 1954-cü ildə müstəqillik uğrunda silahlı mübarizədən uzaqlaşmadan əvvəl Şimali Afrika Ulduzu (ŞAU), Əlcəzair Xalq Partiyası (PPA) və Demokratik Azadlıqların Zəfəri Hərəkatının həmtəsisçisi olmuşdur. Messali həmçinin, Milli Qurtuluş Cəbhəsinin (MQC) davam edən səylərinə qarşı çıxmaq üçün Əlcəzair Milli Hərəkatını (ƏMH) qurmuşdu. == İstinadlar == == Əlavə ədəbiyyat == Adamson, Fiona, The Constitutive Power of Political Ideology: Nationalism and the Emergence of Corporate Agency in World Politics, University College London, 2006 Goebel, Michael. Anti-Imperial Metropolis: Interwar Paris and the Seeds of Third World Nationalism (Cambridge University Press, 2015) excerpts Jacques, Simon, Algérie: le passé, l'Algérie française, la révolution, 1954-1958, Harmattan, 2007, ISBN 978-2296028586 Malley, Robert, The Call From Algeria: Third Worldism, Revolution, and the Turn to Islam, University of California Press, 1996, ISBN 0520917022 McDougall, James, A History of Algeria, Cambridge University Press, 2017, ISBN 978-0521851640 Moreau, Odile, Echoes of National Liberation: Turkey Viewed from the Maghrib in the 1920s // McDougall, James (redaktor), Nation, Society and Culture in North Africa, Routledge, 2004, ISBN 1135761051 Naylor, Phillip C., Historical Dictionary of Algeria, Rowman & Littlefield, 2004, ISBN 0810879190 Ness, Immanuel; Cope, Zak, The Palgrave Encyclopedia of Imperialism and Anti-Imperialism, Springer, 2016, ISBN 978-0230392786 Ruedy, John Douglas, Modern Algeria: The Origins and Development of a Nation, Indiana University Press, 2005, ISBN 0253217822.
Internet Message Access Protocol
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Mensa
Mensa — "Mensa"nın əsasını 1946-cı ildə Rolland Berrill və Lans Var qoymuşdur. "Mensa" sözünün latın dilində hərfi mənası "masa"dır. Bu təşkilat milliyyətindən, yaşından, siyası baxışlarından, təhsilindən və cəmiyyətdəki statusundan asılı olmayaraq hamının bərabər hüquq və imkanlara malik olduğu cəmiyyətdir. Burada yeganə tələb – yüksək İQ göstəricisidir. İlkin məqsəd bütün irqi və dini mövhumatdan azad qeyri-siyasi bir cəmiyyət yaratmaq idi. Cəmiyyət özünəbənzər istedada malik insanlarla ünsiyyətdə olmaq və müxtəlif ictimai və mədəni həyatda iştirak etmək məqsədilə intellekti ən yüksək olan 2% əhalini burada toplayır. Mensa-nın üç əsas məqsədi var: bəşəriyyətin xeyrinə olacaq yüksək insan intellektinin aşkar olunması və dəstəklənməsi; intellektin təbiətinin, xarakteristika və tətbiqinin araşdırılmasına imkan yaratmaq; öz iştirakçıları üçün stimullaşdırıcı intellektual mühitin yaradılması.Mensa üzvlərinə yüksək İQ göstəricisindən başqa tələb qoyulmur. Göstərici bəzi testlərə görə 132, digərinə görə 148 ola bilər. Bəzi testlər isə ümumiyyətlə İQ göstəricilərindən istifadə etməyə də bilər. Əsas odur ki, göstərici 98%-in göstərdiyindən çox olsun.
Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Argentina) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Felipe Massa
Felipe Massa (port. Felipe Massa; 25 aprel 1981, San Paulo) — Braziliyalı yarış sürücüsü, Formula-1 pilotu, 2008 mövsümünün vitse çempionu.
Lionel Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Argentina) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Maria Ressa
Mariya Anqelita Ressa (ing. Maria Angelita Ressa; 2 oktyabr 1963, Manila) — Filippin-ABŞ jurnalist və yazıçı, "Rappler" internet xəbər saytının həmtəsisçisi və baş direktoru. İlk Filippinli Nobel Mükafatı laureatı (2021). == Həyatı == Mariya Ressa 2 oktyabr 1963-cü ildə Manilada anadan olub. Atasını bir yaşında itirmişdir. Anası bundan sonra amerika vətəndaşı ilə ailə qurduğundan Mariya Angelita 1973-1986-ci illərdə ABŞ-də yaşamışdır. Burada o, Prinston Universitetində təhsil almışdır.Mariya Anqelita, 1986-cı ildə "Sarı İnqilab"dan sonra vətəninə qayıtmış və televiziyada işləməyə başlamışdır. 1987-1995-ci illərdə Manilada CNN yerli bürosuna, 1995-2005-ci illərdə Cakartadakı CNN bürosuna rəhbərlik etmişdir. 2005-ci ildən Filippinin ABS-CBN (şirkət) yayım xidmətinin xəbər xidmətinə rəhbərlik etmşdir. 2011-ci ildən "Rappler" xəbər saytını yaradaraq ona rəhbərlik edir.
Mariya Ressa
Mariya Anqelita Ressa (ing. Maria Angelita Ressa; 2 oktyabr 1963, Manila) — Filippin-ABŞ jurnalist və yazıçı, "Rappler" internet xəbər saytının həmtəsisçisi və baş direktoru. İlk Filippinli Nobel Mükafatı laureatı (2021). == Həyatı == Mariya Ressa 2 oktyabr 1963-cü ildə Manilada anadan olub. Atasını bir yaşında itirmişdir. Anası bundan sonra amerika vətəndaşı ilə ailə qurduğundan Mariya Angelita 1973-1986-ci illərdə ABŞ-də yaşamışdır. Burada o, Prinston Universitetində təhsil almışdır.Mariya Anqelita, 1986-cı ildə "Sarı İnqilab"dan sonra vətəninə qayıtmış və televiziyada işləməyə başlamışdır. 1987-1995-ci illərdə Manilada CNN yerli bürosuna, 1995-2005-ci illərdə Cakartadakı CNN bürosuna rəhbərlik etmişdir. 2005-ci ildən Filippinin ABS-CBN (şirkət) yayım xidmətinin xəbər xidmətinə rəhbərlik etmşdir. 2011-ci ildən "Rappler" xəbər saytını yaradaraq ona rəhbərlik edir.
Massa Marittima
Massa Marittima — İtaliyanın Toskana regionunda şəhər.
Messi (ada)
Messi adası (ing. Massey Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna daxildir. Adada yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 432 km², sahil xətdinin uzunluğu 113 km təşkil edir. Adanın uzunluğu (şərqdən qərbə) 46 km, maksimal eni (şimaldan cənuba) — 11,4 km. Adanın daxili platodan ibarətdir və burada hündürlük 100-210 metr arası dəyişir. Messi adası — Aleksandr, Messi, Vane, Kameron adaları arasında ən kiçiyidir. Vane adasından (şimaldan) 2 km eni olan Pirs boğazı, Baters adasından Erskin körfəzi, Melvill (ada)sından isə Bayam-Martin boğazı, Aleksandr adasından Boyer boğazı ayırır. Messi adasından cənub-qərbdə kiçik Mark (56 km²) adası yerləşir .
Messi (dəqiqləşdirmə)
Messi (ada) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna daxildir. Adada yaşayış yoxdur (2012). Messi (puma) — Instagram və Youtube platformalarında məşhur olan ev puması.
Messi (puma)
Messi (rus. Месси; d. 30 oktyabr 2015) – Instagram və Youtube platformalarında məşhur olan ev puması. Aleksandr və Mariya Dmitriyev cütlüyü tərəfindən saxlanılır. Onlar Messinin 2016-cı ildə yerli zooparkdan qəbul etmişdirlər. Hazırda isə cütlük Messi ilə birlikdə Rusiyanın Penza şəhərində yerləşən ikimərtəbəli böyük evdə yaşayırlar. 2017-ci ildə Dmitriyev ailəsi Messi üçün Instagram hesabı və Youtube kanalı açmışdır. Tezliklə Messi sosial şəbəkələrdə məşhurlaşmış və böyük izləyici kütləsi toplamışdır. == İlk illəri == Messi Rusiyanın Saransk şəhərində yerləşən bir zooparkda doğulmuşdur. O, həmin dövrdə "Barselona" klubunda çıxış edən futbolçuların şərəfinə adlandırılmış və yenicə doğulmuş olan 3 puma balasından biri idi.
Messo-soprano
Messo-soprano (it. mezzo-soprano mezzo — yarım, orta və soprano — yüksək) — qadın müğənniyə məxsus, lya ilə kiçik oktavalı lya arasında işlək diapazonlu səs tembri. Xarakterik olaraq messo-soprano orta, yumşaq səslənən, kiçik notlu, lakin dolğun səs tembridir. Bəzi opera rolları vardır ki, soprano üçün nəzərdə tutulsa da obrazı dolğunluğunu və dramatik dərinliyini göstərmək üçün messo-soprano səs tembrli ifaçılara həvalə edilir. Volfqanq Amadey Mosartın it. Così fan tutte "Hamı belə edir" operasındakı Despina, Don Juan operasındakı Serlina belə obrazlardandır.
Mussa Seydi
Mussa Seydi (21 avqust 1996-cı ildə anadan olub) — Lüksemburq Milli Diviziya təmsilçilərindən olan Fola Eş klubunda hücumçu kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. == Klub karyerası == Seydi 2014-cü ildə Seneqalın Genereyşn Fut akademiyasından Metz klubuna transfer olmuşdur. O, Liqa 1-də debütünü 21 sentyabr 2016-cı ildə Bordo klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Metz Bordoya 3-0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Seydi Seneqalın gənclər millilərində çıxış etmişdir. O, Seneqal U-23 millisi ilə 2015 Afrika Oyunlarında iştirak etmiş və turnirdə qələbə qolunun müəllifi olmuşdur.
Mussa Silla
Mussa Silla (25 noyabr 1999) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Silla Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 10 fevral 2017-ci ildə klub ilə 2020-ci ilin iyun ayına kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Silla peşəkar karyerasında debütünü 21 aprel 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Adama Diakabini əvəz etmiş və komandası Liqa 1 görüşündə rəqibinə 3–1 hesabı ilə məğlub olmuşdur. O, peşəkar karyerasında ilk qolunu 6 may 2018-ci ildə Kann klubuna qarşı oyunda vurmuşdur. O, oyunda dublla yadda qalmış və komandası Liqa 1 görüşündə rəqibinə 2–1 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Silla Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır. Onun qardaşı Yakuba Silla Mali millisinin üzvüdür.
Mussa Sov
Mussa Sov (19 yanvar 1986) — futbolçu. == Həyatı == Mussa sov 1986-cı ildə 19 yanvarda Seneqalın paytaxtı Dakarda anadan olmuşdur. Peşəkar karyerasina Rennes komandasında başlamışdır. Lill komandasinda parlayan seneqallı daha sonra Fenerbahçe klubuna keçmiş və karyerasinin ən parlaq illərini burada keçirmisdir. Hazırda futbolçu Al-Ahli komandasında çıxış edir.
Piter Mensa
Peter Mensah (27 avqust 1959, Qana, Akkra) — Qana əsilli ingilis aktyor. == Həyatı == 1959-cu ildə Qananın paytaxtı Akkra şəhərində dünyaya gəlmişdir.Ailəsi mənşəcə Aşanti qəbiləsinə.Mühəndis atası,yazıçı anası və iki bacısı ilə İngiltərənin Hertfordşir şəhərinə köçmüşdür.11 yaşında isə Kanadaya köçmüşlər.Ən çox tanınan rolları Günəşin Göz Yaşları,300 spartalı,Spartak:Qan və Qum,Spartak:Arenanın Tanrıları və Spartık:İntiqam filmlərində olmuşdur.Onun sonuncu və ən çox tanıdan Starz kanalının yayımladığı Spartak seriyasındakı Onemey rolu olmuşdur.
Tessa Tompson
Tessa Linn Tompson (ing. Tessa Lynn Thompson; 3 oktyabr 1983, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və müğənnisi. Müxtəlif teatr tamaşaları, seriallar, filmlər və video kliplərdə yer alan aktrisa aktrisalıq fəaliyyətindən başqa mahnılar yazmış və bəstələmişdir. Profesional aktrisalığa 2002-ci ildə "Fırtına" adlı teatr tamaşası ilə başlayan Tompson bir il sonra yer aldığı "Romeo və Cüliyetta: Antebellum Yeni Orleans, 1836" tamaşasındakı roluna görə həmin il "NAACP Teatr mükafatı" tərəfindən "Ən yaxşı aktrisa" mükafatına layiq görüldü. Teatr karyerası ilə birlikdə 2005-ci ildə "Soyuq qala" serialı ilə ilk dəfə ekranda göründü və növbəti il "Naməlum şəxs zəng edəndə" filmi ilə kino sahəsində yer aldı. Tompson rejissor Tina Mabrinin çəkdiyi 2009-cu il istehsalı "Mississippi Damned" ilə ABŞ Qara Film Festivalı tərəfindən "Ən yaxşı aktyor" seçilərək kino sahəsində ilk mükafatını əldə etdi. Mülki vətəndaşlar aktivisti Diana Naşı canlandırdığı Martin Lüter Kinq haqqındakı bioqrafiya filmi "Selma" ilə dünya üzrə məşhurlaşdı və Hamptons Beynəlxalq Film Festivalında "Debüt performans" mükafatını qazandı. Növbəti il baş rolda yer aldığı "Krid" filmindəki çıxışına görə də iki mükafat qazandı. "Krid 2"dən sonra Marvel Kinematoqrafiya Kainatına keçid edən Tompson "Tor: Raqnarök", "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində Valkiriya personajını canlandırdı. 2019-cu ildə buraxılan "Qara geyimli adamlar: Beynəlxalq" filmində isə baş rol Agent M obrazını canlandırdı.
Tessa Vertyu
Tessa Vertyu (ing. Tessa Virtue; d. 17 may 1989, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu. Tessa Vertyu, Skot Moir ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Vertyu və Moir cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Vertyu və Moir cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub.Vertyu və Moir cütlüyü həmdə Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Vertyu və Moir cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub.Vertyu və Moir cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006-2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009—2010, 2011—2012, 2012—2013, 2013—2014 və 2017—2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub. Gənclər arasında isə Vertyu və Moir cütlüyü, 2005-ci ildə gənclərin ISU Qran-Pri Finalında, 2006-cı ildə isə gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb.Vertyu və Moir cütlüyü habelə 8 dəfə (2008, 2009, 2010, 2012, 2013, 2014, 2017 və 2018-ci illərdə) isə Kanada Çempionatının qızıl medalına sahib olub.Vertyu və Moir cütlüyü, ISU ABŞ və Çin Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Vertyu və Moir cütlüyü yeddi dəfə Kanada Qran-Prisinin (2007, 2009, 2011, 2012, 2013, 2016 və 2017-ci illərdə), üç dəfə Fransa Qran-Prisinin (2009, 2011 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub.Karyerası ərzində 74 yarışa qatılan Vertyu və Moir cütlüyü, onların 41-də qızıl medal, 19-da gümüş medal, 5-də isə bürünc medal qazanıb.Vertyu və Moir, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarının fevralın 9-da olan açılış mərasimində Kanada bayrağını aparıblar.20 ildən çox birgə mübarizə aparan Vertyu və Moir cütlüyü, bu idman növü üzrə Olimpiya Oyunlarında ən çox qızıl medal və ən çox medal qazanan idmançıdırlar.
Tessa Xan
Tessa Xan (ing. Tessa Khan) — Böyük Britaniyanın ətraf mühit üzrə hüquqşünası. O, iqlim dəyişikliyinin azaldılması və iqlim ədaləti ilə bağlı məhkəmə çəkişmələrini dəstəkləyən Climate Litigation Networkun həmtəsisçisi və həm-direktorudur. Xan iddia edir ki, milli hökumətlər bilərəkdən karbon dioksid səviyyələrinin yüksəlməsindən faydalanıb və ətraf mühitə, o cümlədən Climate Case Ireland nümunəsi vasitəsilə zərər veriblər. == Bioqrafiyası == Tessa Xan insan haqları kampaniyalarında fəal iştirak edir. Taylandda o, qeyri-kommersiya qadın hüquqları təşkilatında çalışmışdır. 2015-ci ildə Taylandda olarkən o, Haaqa məhkəməsinin Hollandiyaya istixana qazı emissiyalarını azaltmağı əmr edən qərarından xəbər tutur. 2016-cı ildə Hollandiya məhkəməsinin qərarından ilhamlanaraq Londona köçür və Urgenda Foundation hüquq komandasına qoşulur. Xan dünyada iqlim dəyişikliyi ilə bağlı məhkəmə proseslərinə dəstək vermək üçün Urgenda Foundation ilə Climate Litigation Network şəbəkəsini qurub. O, iqlim mübahisələrinin həlli üzrə Climate Litigation Networkun direktorudur.
Mesta çayı
Mesta (Qarasu) çayı (bolq. Места), Nestos (yun. Νέστος) və ya Qarasu çayı — Bolqarıstan və Yunanıstanda çay. Çayın mənsəbi Egey dənizi hövzəsinə aiddir. Mesta Bolqarıstanın cənub-qərbində, Çerna Mesta və Byala Mesta çaylarının qovuşduğu yerdən Rila dağlarında yaranır. Bolqarıstan ərazisindən 126 km, Yunan Makedoniyası və Frakiyadan təxminən 104 km keçərək, Thassos adasının yaxınlığında dənizə tökülür.Mestanın ən böyük qolu Dospat çayıdır. Çerna-Mesta və Byala-Mestanın qovuşduğu yerdə su axını sürəti 14,62 m³/s-dən, Xacidimovo bölgəsində - təxminən 29,85 m³/s, Bolqarıstan və Yunanıstan sərhədi yaxınlığında təxminən 32 m³/s-dir == Coğrafiyası == Mesta Qarasu çayı başlanğıcını Rila dağlarından götürür. Thassos adası yaxınlığında Egey dənizinə tökülür. Əsasən metamorfik formasiyalar vasitəsilə yüksək kanyonlarla Egeyə enir. Sonda əsas axın Xrisoupoli şəhəri sahili düzənlik yerdə yayılır və Nestos Deltasını təşkil edən şirin su gölləri və gölməçələri ilə delta sistemi kimi genişlənir.
Mussa Diabi
Moussa Diaby (7 iyul 1999, Paris) —Bundesliqa klubu Bayer Leverkuzen və Fransa milli komandasında cinah hücumçusu kimi çıxış edən fransalı peşəkar futbolçudur . == Klub karyerası == === Paris Sen Jermen === Diabi Paris Sen Jermenin akademiyasının yetirməsidi. O, 13 yaşında kluba qoşulub və 2017-ci ildə B komandasında oynamağa başlayıb. Diabi Paris Sen Jermen akademiyasının ən perspektivli və ən yaxşı istedadı olaraq 2016-cı ildə Titi d'Or mükafatına layiq görülüb. ==== Kroton (icarə) ==== Diabi İtaliya A Seriyasının 2017-2018 mövsümünün ikinci yarısında Krotoneyə icarəyə verilib. Peşəkar debütünü 14 aprel 2018-ci ildə A Seriyasında Cenoa ilə matçda edib. O, səfərdə 1-0 hesabı ilə uduzduqları matçda 84-cü dəqiqədə Marçello Trottanı əvəz etdi. O, aprelin 18-də Yuventus ilə 1-1 heç-heçə etdikləri matçda Krotonenin heyətində daha bir matça çıxıb. ==== PSJ-yə qayıdışı ==== 14 sentyabr 2018-ci ildə keçirilən "Sent-Etyen"ə qarşı matçda 86-cı dəqiqədə qol vurub. Matç PSJ-nin 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Beautiful Mess
Beautiful Mess (azərb. Gözəl qarmaqarışıqlıq‎) — Bolqarıstanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Kristian Kostov "Beautiful Mess" mahnısı ilə Bolqarıstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmiş və ikinci yeri qazanmışdır. Mahnı Borislav Milanov, Sebastian Arman, Yoakim Bo Persson, Aleks Omar və Aleks Varqas tərəfindən bəstələnmişdir.
Lionel Andres Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Argentina) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Ressa Kania Devi
Ressa Kania Devi (d. 15 sentyabr 1994) — İndoneziyalı üzgüçü. Ressa Kania Devi İndoneziyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ressa Kania Devi birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:05.25 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 35-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Messi-Ronaldo rəqabəti
Messi-Ronaldo rəqabəti və ya Ronaldo-Messi rəqabəti argentinalı futbolçu Lionel Messi və portuqaliyalı futbolçu Kriştiano Ronaldonun, əsasən müasirləri olması və oxşar rekordları və idman uğurları üçün iştirak edən media və azarkeşlər tərəfindən idarə olunan futbolda idman rəqabətidir. Rəqib klublar Barselona və Real Madriddə oynayarkən onlar karyeralarının ən yaxşı vaxtında doqquz mövsüm keçirdilər. Birlikdə onlar idmanda müxtəlif tarixi uğurlar qazandılar və bütün zamanların ən yaxşı iki oyunçusu kimi qəbul olundular. Onlar indiyə qədər peşəkar karyeraları ərzində birlikdə 76 kubok (Messi 42, Ronaldo 34) qazanaraq indiyə qədər ən çox mükafat alan iki futbolçudurlar və bir mövsümdə müntəzəm olaraq 50 qol həddini aşmışlar. Onlar klubda və millidə karyeralarında hər biri 800-dən çox qol vuran yeganə iki oyunçudurlar. Ronaldo karyerasında ən çox qol vuran futbolçudur. Jurnalistlər və ekspertlər mütəmadi olaraq müasir futbolda və ya indiyə qədər olan ən yaxşı oyunçunun kim olduğunu müəyyən etmək üçün hər iki oyunçunun fərdi üstünlüklərini müzakirə edirlər. Üstünlükdən asılı olmayaraq, futbol tənqidçiləri ümumiyyətlə onların hər ikisinin öz nəsillərinin ən yaxşı oyunçuları olduqları və həmyaşıdlarını əhəmiyyətli fərqlə geridə qoyduğu ilə razılaşırlar. Ronaldo fiziki xüsusiyyətlərinə, qol vurma bacarığına, liderliyinə və təzyiq altındakı performansına görə fərqlənir, Messi isə dribling, oyun quruculuğu, ötürmə və qol vurma kombinasiyasına görə fərqlənir. Bu rəqabət boksda Məhəmməd Əli - Co Frazier rəqabəti, Formula 1'də Prost-Senna rəqabəti və Federer-Nadal və Borq-McEnroe arasındakı tennis rəqabəti kimi keçmiş qlobal idman rəqabəti ilə müqayisə edilmişdir.
Məhsa Əmini
Məhsa Əmininin ölümü — İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ölkədəki ən böyük problemlərdən biri olan geyimin, çadranın İslama uyğun olmamasından ötürü döyülərək öldürülən qadın. O, İran hökuməti polisi tərəfindən qondarma İslami rəhbərliyə görə həbs edilib, lakin iki saatdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun davranışının yaratdığı şiddətli qorxuya görə o, həm beyin, həm də infarkt keçirib və komaya düşüb. O, İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur qurbanlarından biridir.
Meşa kitabəsi
Meşa kitabəsi, Meşa sütunu, Meşa stelası və ya Moav daşı — təxminən e.ə. 840-cı ilə aid, Moav padşahı Meşanın adına Kənan yazısında yazılmış kitabə. Meşa Moav tanrısı Xamosun öz xalqına qəzəbləndiyini və onların İsrail padşahlığına tabe olmasına icazə verdiyini, lakin nəhayət, onun geri qayıdaraq İsrailin boyunduruğundan qurtulmaq və Moavın torpaqlarını bərpa etmək üçün Meşaya kömək etdiyini izah edir. Meşa bir çox tikinti layihələrini də təsvir edir. Paleoivrit yazısı ilə sıx bağlı olan Finikiya əlifbasının variantında yazılmışdır.. == İstinadlar == == Əlavə ədəbiyyat == Albright, William F. "Is the Mesha Inscription a Forgery?". The Jewish Quarterly Review. University of Pennsylvania Press. 35 (3). 1945: 247–250.
Meşa stelası
Meşa kitabəsi, Meşa sütunu, Meşa stelası və ya Moav daşı — təxminən e.ə. 840-cı ilə aid, Moav padşahı Meşanın adına Kənan yazısında yazılmış kitabə. Meşa Moav tanrısı Xamosun öz xalqına qəzəbləndiyini və onların İsrail padşahlığına tabe olmasına icazə verdiyini, lakin nəhayət, onun geri qayıdaraq İsrailin boyunduruğundan qurtulmaq və Moavın torpaqlarını bərpa etmək üçün Meşaya kömək etdiyini izah edir. Meşa bir çox tikinti layihələrini də təsvir edir. Paleoivrit yazısı ilə sıx bağlı olan Finikiya əlifbasının variantında yazılmışdır.. == İstinadlar == == Əlavə ədəbiyyat == Albright, William F. "Is the Mesha Inscription a Forgery?". The Jewish Quarterly Review. University of Pennsylvania Press. 35 (3). 1945: 247–250.
Aespa
Aespa (kor. 에스파) — SM Entertainment tərəfindən yaradılmış Cənubi Koreyalı qız qrupu. Qrup dörd üzvdən ibarətdir: Karina, Giselle, Winter və Ningning. == Ad == Qrupun adı Aespa, ingiliscə Avatar və Experience (Avatar X Experience) sözlərinin baş hərflərinin birləşməsi "ae" və "iki tərəf" mənasını daşıyan ingiliscə söz "aspect" sözünün birləşməsindən yaranmışdır, və bu "başqa bir mənliklə tanış olmaq və yeni dünya ilə tanış olmaq" mənasını verir. "MY" sözü avatar aespa-da "ən qiymətli dost" mənasında işlədilən sözdür. Aespa pərəstişkarları aespa-nın ən qiymətli varlıqlar olduqları üçün, rəsmi fan klub adının "MY" olmasına qərar verilmişdir. == Tarixçə == === Çıxışdan öncə === NinqNinq stajyer qrupu SM Rookies-in bir hissəsi idi və 2017-ci ildə televiziya şousu 'Shining Star'-ın mahnısını səsləndirdi. 2019-cu ildə Karina Taemin tərəfindən çıxarılan "Want" mahnısının musiqi videosunda və canlı ifasında yer aldı. === 2020 – günümüz: Debüt və "Savage" === 26 Oktyabrda SM, Red Velvet-in 2014-cü ildəki debutundən sonra ilk dəfə yeni bir qız qrupu çıxaracağını açıqladı. Üzvlər 27 oktyabrdan bəri hər gün ayrıca olaraq açıqlandı və Aespa adının qrup adı olduğu açıqlandı.Şirkət, qrupun 17 noyabr 2020-ci ildə "Black Mamba" mahnısı ilə debut edəcəyini elan etdikdən dərhal sonra dörd üzvü olan bir teaser yayımlandı.
Amesia
Mürgəkotu (lat. Epipactis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Cessi
Cessi (müğənni)