Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mehrili
Mehrili (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Mehrili (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Meyvəli
Meyvəli (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Meyvəli (Fındıqlı) — Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Neyrula
Neyrula — Neyrula, inkişafın erkən mərhələsində, neyrulyasiyanın meydana gəldiyi bir onurğalı embriondur. Neyrula mərhələsindən əvvəl qastrula mərhələsi gəlir. Nəticədə, nevrulyasiyadan əvvəl qastrulyasiya olur. Neyrulyasiya orqanogenez prosesinin başlanğıcını göstərir. Siçanlar, cücələr və qurbağalar sinir hüceyrələrini öyrənmək üçün ən çox yayılmış eksperimental modellərdir. Növlərdən asılı olaraq, embrionlar fərqli zaman nöqtələrində neyrula mərhələsinə çatır və bu mərhələdə müxtəlif vaxt sərf edirlər. Yumurtalı orqanizmlər üçün inkubasiya temperaturu nevrulyasiya müddətini də təsir edir. Sinir borusunun inkişafına əlavə olaraq, növlərdən asılı olaraq bir nevrula mərhələsində olan embrionda digər proseslər də baş verir. Məsələn, sürünənlərdə embriondan kənar membran toxumaları embriondan fərqlənir . Neyrula embrionunun sinir borusunu əhatə edən beş mezoderma bölgəsi vardır.
Mehrili (Qubadlı)
Mehrili — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Mehrili kəndi dağətəyi ərazidədir. Tam adı Əyədi Mehrilidir. Əyədi sarallı tayfasının qışlaqlarından birinin adı olmuşdur, mehrili isə orada məskunlaşmış nəslin adıdır.
Mehrili (Şəmkir)
Mehirli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. == Əhalisi == Kənd əhalisi 1117 nəfərdir ki, onunda 538 nəfəri kişi, 579 nəfəri isə qadınlar təşkil edir.
Mehrili bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mehrəli Qasımov
Mehrəli bəy
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Meyreki yanğını
Meyreki dövrünün böyük yanğını (yap. 明暦の大火, - Meireki no taika) — 2 mart 1657-ci ildə Yaponiyanın paytaxtı Edoda (indiki Tokio) baş verən yanğın. Furisode yanğını kimi də tanınan bu yanğın Meyreki İmperatorluğunun hakimiyyətinin 3-cü ilində baş vermişdir. 3 gün boyunca davam edən yanğında 100 min adamın öldüyü ehtimal edilir.
Meyvəli (Fındıqlı)
Meyvəli — Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Meyvəli (Yevlax)
Meyvəli — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə.
Meyvəli bazarı
Meyvəli bazarı — Meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarı və bazası. Bazar Qaradağ rayonunun Lökbatan–Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşir. Baza həmçinin Beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədədir. Regionda ən böyük Meyvə Tərəvəz Bazasıdır. Meyvəli Məhdud Məsuliyyətli Cəmiyyəti 16 may 2008-ci ildə bir qrup işadamı tərəfindən təsis edilmişdir. Meyvəli MMC-nin əsas faaliyət istiqaməti Meyvə və Tərəvəzlərin Topdan və Pərakəndə Satış işinin təşkilidir. Meyvəli MMC-nin əsas yaranma məqsədi Azərbaycan Respublikasında ölkə əhalisinin tələblərinə cavab verə bilən və yerli fermerlərin kənd təsərrüfatı məhsullarını keyfiyyətli və rahat şəkildə yerli bazara çıxarılmasını təmin etməkdir. Bunun üçün Meyvəli Bakı şəhərinin girişində yerləşməklə ölkənin hər bir istəqamətindən gətirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə paytaxta gətirilməsinə şəait yaratmışdır. Bundan əlavə Meyvəli tikilib yerli fermelərin istifadəsinə verilən soyuducu anbarda kənd təsərrüfatı məhsullarının keyfiyyətini itirmədən əhalinin istifadəsinə verilməsi də bu məqsədə qulluq etməkdədir. Ən əsası olaraq da, ölkəmizdə müasir standartlara tələb verən Meyvəlinin qurulması nəinki regionda və hətta MDB məkanında analoqu olmayan bir Meyvə Tərəvəz Bazası olmaqla ölkənin inkişaf tempinə ozdəstəyi və əhalinin rifahini yaxşılaşdırılması və yeni iş yerlərinin açılması baxımından oz əvəzedilməz tovhəsini vermiş və bununla da ölkə rəhbərliyinə bir dəstək nümunəsi nümayiş etdirmişdir.
Meyvəli buz
Meyvəli buz-Soyuq desert olub, donmuş içəcəkdən hazırlanır. Bəzən çay və ya meyvəli içəçəklərdən istifadə edilir. Meyvəli buzu hazırlayan zaman mayenin donması üçün çubuqun ətrafına dolanır. Bəzən rəngləşdiricilərdən də qatırlar. Bəzi növ meyvəli buzlar isə stakana qoyulur, çubuqlar isə yanına qoyulur. İlk dəfə meyvəli buz 1905-ci ildə hazırlanıb. 11 yaşlı San-Fransiskolu Frenk İpperson stakanda qazlı suyu içərisindəki taxta qaşıqla unudub qoyub. Gecə temperaturun aşağı düşməsi ilə stakanda olan qazlı su donmuş və Frenk onu səhəri gün aşarlayır. O əvvəl buzu əritmək istəyir və qaşıqdan tutaraq onu çıxarır. Sonra eləcə yeyir.
Meyvəli bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Meyvəli knedlik
Meyvəli knedliklər-Çex, Avstriya və Polşa mətbəxində rast gəlinən yeməkdir.Knedliklər tvaroqlu, kartoflu və drojılı xəmirdən hazırlanır. İçlik kimi çox vaxt meyvə və giləmeyvələrdən, məs ərik, qaraqarağat, çiyələk və s.ola bilər. Son mərhələsində knedliklər isti suda qaynadılır. Süfrəyə təqdim olunan zaman üzərində tvaroq, şəkər və qaynar yağ əlavə edilir. Bəzən knedliklərin içərisinə qıyma əlavə edilir ki, bu zaman o qıymalı knedliklər adlanır. Çexiyada kəsilmiş knedliklər daha məşhurdur.
Meyvəli salat
Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növü. Meyvə salatı-kiçik bir parçalara (hissələrə) kəsilmiş, təzə müxtəlif meyvələr qarışığından hazırlanmış yeməkdir. Meyvəli salat reseptinə alma, armud, portağal, dessert banan daxildir. Hərdən tumsuz üzüm, ananas və narıncı əlavə edilir. Neyvə salatın üstünə adi və ya qəhvəyi şəkər tozu, bal və şokalad tökürlər. Dadı gücləndirmək üçün hətta kişmiş (quru üzüm), döyülmüş badam və ya fındıqdan istifadə edirlər. Meyvə salatlarına hərdən onların təzə qalmağı üçün və xarici görüşünün saxlanması üçün lumu turşusunu əlavə edirlər. Azacıq rom, konyak və ya likyor meyvə salatına xüsusi dad verir. Ənənəvi salatın qatması (sousu), lakin yoğurt və ya bərk çalınmış qaymaqdan istifadə etmək olar. Adətən meyvə salatını desert kimi verirlər.
Meyvəli çörək
Meyvəli çörək (alm. Früchtebrot‎) — Avstriya və alman mətbəxinin ənənəvi yeməyi. Xəmirdə quru meyvələrin böyük bir payı ilə, şirin çörəklə təqdim olunur. Meyvəli çörək, adətən, kiçik çörəklər şəklində bişirilir, şirəli və möhkəm xəmirə malikdir, üzərində bəzən badam və albalı ilə bəzədilmiş qurudulmuş meyvə və qoz-fındıq görünür. Cənubi Almaniya, Avstriya və Cənubi Tirolda, milad üçün qurudulmuş armudların çörəklərə əlavə edilməsinə dair bir ənənə var idi. Dialektdən asılı olaraq, bu xəmirlərə Hutzeln, Hutzen (Alemannik dialekti) və ya Kletzen (Bavaro-Avstriya ləhcəsi) adını verdilər. Maddi rifahın artması və cənub meyvələrinin idxalatının inkişafı ilə meyvəli çörəyin üçün reseptlərə quru ərik, kişmiş, xurma, əncir və digər quru meyvələrdən daxil edilmişdir. Əvvəlcə çörək xəmirinə heç bir dadlandırıcı əlavə edilmədikdə, sonra reseptə bal və ya şəkər daxil etməyə başladı. Bəzən meyvə xəmir görünüşünü pozan normal bir maya çevrildi, lakin qurudulmuş meyvələri yandırmağa imkan verdi. Meyvəli çörək Andreyev günündə (30 noyabr) bişirilir.
Klaudio Merulo
Klaudio Merulo (8 aprel 1533[…] – 4 may 1604, Parma) — italyan bəstəkarı, orqançısı və müəllimi.
Merula migratoria
Gəzərgi qaratoyuq (lat. Turdus migratorius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Sehadete Mekuli
Sehadete Mekuli (alb. Sehadete Mekuli; 16 oktyabr 1928, Oxrid – 12 noyabr 2013, Priştina) — Alban ginekoloq, professor və ictimai fəal. Albanların Yuqoslaviya federasiyası daxilində daha çox muxtariyyət tələb etdiyi 1981-ci il Kosova etirazları zamanı yaralı tələbələrə qulluq göstərən zaman məşhurlaşır. Bunun üçün Yuqoslaviya rəhbərliyi tərəfindən Priştina Universiteti Tibb Fakültəsindəki professorluq dərəcəsindən məhrum edilir və 1988-ci ildə erkən təqaüdə çıxmaq məcburiyyətində qalır. Mekuli İsmail Kadarenin 1985-ci ildə yazdığı "Elçilər dondu" (alb. Krushqit jane te ngrire) qəhrəmanı Teuta Şkrelinin prototipidir.. Sehadete Doko 16 oktyabr 1928-ci ildə Oxrid (indiki Şimali Makedoniya) şəhərində anadan olub. 1947-ci ildə doğma şəhərindəki orta məktəbi bitirir və daha sonra Skopyedəki Müqəddəs Kiril və Mefodiya Universitetində tibb təhsili alır və 7 yanvar 1954-cü ildə məzun olur. Elə həmin il 1 aprel tarixindən etibarən Sehadete Priştina xəstəxanasında ginekoloq və mamaça vəzifəsində çalışır. 1960-cı ilin martında Belqradda ginekologiya ixtisası alır.
Turdus merula
Qara qaratoyuq (lat. Turdus merula) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid quş növü.
Məzrəli
Məzrəli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Məzrəli (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Meyvəli-südlü içki
Meyvəli südlü içki — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də şadyanalıq rəmzi olaraq toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilir. Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Süd −800 ml, şəkərli və ya şəkərsiz alma püresi – 200 q, Şəkərsiz alma püresi istifadə edildikdə əlavə şəkər – 80 q. Süd qaynadılır, soyudulur. Alma püresi daim qarışdırılmaq şərtilə üzərinə süd əlavə edilir, çalınır və soyudulub süfrəyə verilir. Bu içki başqa meyvə- giləmeyvə püresi və şirəsi ilə də hazırlamaq olar.
Qara meyvəli dovşanalması
Qara meyvəli dovşanalması (lat. Cotoneaster melanocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Çində, Yaponiyada, Monqolustanda, Rusiyada, Avropada 700-2600 m hündürlükdə qayalarda, meşələrdə təbii halda yayılmışdır. Hündürlüyü 2 m-dək olan koldur. Yarpaqları sadə, növbəli, kənarları bütöv, üstü tünd yaşıl və alt tərəfi ağımtıl tükcüklüdür. Aprel-mayda çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı, sallaq salxımlarda, çiçək saplağı tükcüklüdür. Meyvəsi şarşəkilli, qara, 2-3 çəyirdəkli, unlu, qara, yetişdikdən sonra uzun müddət bitkidə qalır. Meyvələri sentyabr-oktyabrda yetişir. Dovşanalması toxum, qələm, zoğlarla çoxalır.
Qırmızı meyvəli ardıc
Qırmızımeyvəli ardıc (lat. Juniperus phoenicea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Qafqaz, Krım, İran, Türkiyə, Balkan yarımadasında, Aralıq dənizi boyunca Madeyra adaları na qədər olan geniş ərazidə yayılmışdır. Hündürlüyü 6 m-ə çatan alçaqboylu, düzgövdəli ağac və ya koldur. Zoğları qısa, yaşıl və ya sarımtıl-qonur rəngdədir. Köhnə budaqları və gövdəsinin qabığı açıq-boz, cavan zoğları sarımtıl-qonur rənglidir. Yarpaqları üfüqi vəziyyətdə, xətvarı-iynəşəkillidir, uzun tikanı sivridir, üst tərəfində yaşıl rəngli orta damarı boyunca uzanmış iki ağ zolağı, alt tərəfində sivri və ensiz tili vardır, vəziləri yoxdur, uzunluğu 11–20 mm və eni 2 mm-ə qədərdir. Erkək qozalar xırda və kürəşəkilli olub, çox qısa ayaqcıqlar üzərindədir, pulcuqları dəyirmidir, yanlarında dişləri vardır. Meyvələri yarpaqdan qısa, saplaqsız, kürə formalə olub, diametri 9–11 mm, pas rəngli və ya qonuraçalan-qırmızıdır. Yetişmiş meyvələri üzərində 3-6 pulcuğu vardır, onların ucu sivri və ya düzdür, təpələrində aydın görünən çapıqlarla bir-birindən aralanmışdır.
Yaşıl meyvəli yemişan
Mehralı Qasımov
Meyvəlı, Fındıqlı
Meyvəli — Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Mustafa Mədbuli
Mustafa Kamal Mədbuli (ərəb. مصطفى كمال مدبولي‎; 28 aprel 1966, Sövhac, Sövhac mühafəzəsi[d], Misir) — Misirin hazırkı Baş naziri. Mədbuli Qahirə Universitetini bitirib, 1988 və 1997-ci illərdə Mühəndislik Fakültəsində magistr və doktorluq dərəcəsi alıb. 2009-cu ilin sentyabrından 2011-ci ilin noyabrınadək Mənzil, Kommunal və Şəhərsalma Nazirliyində Şəhərsalma üzrə Ümumi İdarənin sədri, eyni zamanda, Mənzil və Tikinti Araşdırma Mərkəzinin Tədris və Şəhərsalma İnstitutunun icraçı direktoru olub. 2012-ci ilin noyabr ayından 2014-cü ilin fevral ayına qədər Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşması Proqramının Ərəb ölkələri üzrə regional direktoru kimi çalışıb. 2014-cü ilin mart ayında Baş nazir İbrahim Məhləbin yanında Mənzil Naziri vəzifəsinə təyin edilib, 2015-ci ilin sentyabr ayında Şərif İsmayılın Baş nazir təyin edilməsindən sonra tutduğu vəzifəni davam etdirib. Mənzil Naziri olduğu müddətdə "Milyon Mənzil" layihəsini həyata keçirirdi. Layihə Prezident Sisi vəzifəyə başladıqdan sonra qüvvəyə minən ən böyük milli layihələrdən biri du, baxmayaraq ki, layihə keçmiş Mənzil Naziri Məhəmməd dəti əl-Bərədeinin ideyası idi. Siyasi və sosial səbəblərdən 2011-ci ildə Bərədiyə tərəfindən təklif edilən layihə müsəlman qardaşlığı dövründə dayandırıldı və Mədbuli vəzifəyə başlayanda yenidən qüvvəyə mindi. Mədbuli 2017-ci ilin noyabr ayında Şərif İsmayılın müalicə üçün Almaniyaya getməsinin ardından müvəqqəti Baş nazir təyin edildi.
Məzrəli (Saatlı)
Məzrəli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1027 nəfərdir. Sakit Yaqubov — Azərbaycan Dövlət İqtisad Universitetinin elm üzrə prorektoru, iqtisad elmləri doktoru, professor. Kənddə məscid, kənd xəstəxanası, orta təhsil məktəbi, kitabxana, bələdiyyə binası yerləşir. Kənd Saatlı şəhərindən 9 km qərbdə, Araz və Kür çaylarının arasında, Mil düzündə yerləşir. Saatlı və İmişli rayonlarının sərhəddindədir. Kənd əhalisinin əsas məşğuliyyəti maldarlıq və kənd təsərrüfatıdır.
Məzrəli (İmişli)
Məzrəli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Məzrəli kəndi İmişli rayonu inzibati yaşayış məntəqələrtindən biridir. Araz çayının sağ sahilində , Mil - Muğan su kanalı boyu, Bakı- Horadiz şose yolunun kənarında yerləşir. Kəndin tarixi XVIII əsrə aiddir. Məzrəli kəndinin əhalisi Cənubi Azərbaycanın Şahsevən tayfaları və Qarabağın Cavanşir, Kəbirli, Bəcrəvan, Otuziki tayfaları ilə əlaqədardır. Nadir şah Əfşar hakmiyyətə gəldikdən sonra onun hakimiyyətini qəbul etməyən bu tayfalar Xorsana və Əfqanıstana sürgün olundu, lakin bəzi nəsillər Araz boyu meşələrə çəkilərək gizli olaraq məskunlaşdılar. Tədricən bu ərazilərdə adının mənşəyi "Məzrə və ya Mezra " kimi formalaşan və mənası "əkin yeri, düzən yer , mənasını verən Məzrəli adı bu cür formalaşdı. Əhalinin burada kütləvi məskunlaşması SSRİ dövründə baş verdi. Kolxoz quruculuğu və sosializm quruculuğu burada geniş miqyasda aparıldı. "Kalinin" kolxozu kimi tanınan Məzrəli kəndi hal hazırda İmişli rayonunun böyük yaşayış məntəqələrindən biridir.[mənbə göstərin] I Qarabağ müharibəsi zamanı 18 nəfər Məzrəli kənd sakini Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid oldu: Əliyev Rafael Balamirzə oğlu Qəmbərov Rəmzi Müvəkkil oğlu Süleymanov Azər Fazil oğlu Fətəliyev Sabir Kamil oğlu Nərimanov Mürşüd Nadir oğlu Nağıyev Nəriman Rüstəm oğlu Sadıqov Yaşar Dövlət oğlu Nəsirov Vasif Famil oğlu Sadıqov Valid İsfəndiyar oğlu Xəlilov Yusif Adna oğlu Bağırov Ramil Ənvər oğlu Qasımov Rasif Musavat oğlu Əsgərov Həbib İzzət oğlu Şirinov Qamət Teyyub oğlu Səfərov Nicat [1995-cildə Bakı metrosunda terror aktı nəticəsində həlak olub] Bağırov Ramil Ənvər Mehdiyev Əhliman Rəhman Quliyev Elçin Etibar Kənd əhalisinin sayı 6257 nəfərdir.
Məzrəli bələdiyyəsi
Məzrəli bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə. Məzrəli bələdiyyəsi (Saatlı) — Saatlı rayonunda bələdiyyə.