MEHRƏLİ

“Əlinin mehrinə (istəyinə) layiq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MEHRAB
MEHRİBAN
OBASTAN VİKİ
Mehrəli Qasımov
Qasımov Mehrəli Süleyman oğlu (30 oktyabr 1993, Bakı) — Ukrayna Respublikasının Azərbaycandakı Fəxri Konsulu, "Ukrayna Mərkəzi"nin təsisçisi. == Həyatı == Mehrəli Qasımov 30 oktyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2009–2013-cü illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində bakalavr, 2013–2015-ci illərdə eyni fakültədə magistr təhsili almışdır. 2022–2023-cü illərdə Böyük Britaniyanın Kraliyyət ailəsinin üzvü Prince Michael of Kent-in rəhbərlik etdiyi The Institute of Certified Financials Managers Universitetində İnsan Resurslarının İdarə edilməsi üzrə təhsil almışdır. 2009 –2013-cü illərdə Ukraynada fəaliyyət göstərən "SOCAR Energy" (Satış şöbəsi), 2013–2015-ci illərdə "SAP Azerbaijan" (Satış üzrə menecer), 2015–2020-ci illərdə "DeGolyer&MacNaughton Corp. USA" (Direktor müavini) şirkətlərində çalışmışdır. 2020-ci ildən Ukrayna Xarici İşlər Nazirliyində (Ukraynanın Azərbaycandakı Fəxri Konsulu) çalışır. Ukrayna ilə Azərbaycan arasında bir çox strateji, iqtisadi-ticarət layihələrinin reallaşdırılmasında xüsusi rol oynayır.Azərbaycanda "Ukrayna Mərkəzi"nin təsisçisidir. == Mükafatları == Ukrayna Prezidenti Volodimir Zelenskinin Sərəncama görə, Qasımov Mehrəli Süleyman oğlu III dərəcəli "Xidmətə görə" ("За заслуги") ordeniilə təltif edilib. == İstinadlar == == Xarici keçidlər == Ukraine opens first honorary consulate in Azerbaijan Ukrainian Honorary Consulate in Shamakhi, Azerbaijan The first Honorary Consulate of Ukraine opens in Azerbaijan Ukraine opens its first honorary consulate in Azerbaijan Arxivləşdirilib 2022-01-15 at the Wayback Machine We do believe in the bright future of Ukraine, being independent, and use all our international experience to bring it closer".
Mehrəli bəy
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735 – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Ağadi mehrəli (Zəngəzur)
Ağadi mehrəli – Zəngəzur qəzasında kənd adı. == Toponimik izah == Ağadi mehrəli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ağa şəxs adından (yaxud əxi) və farsca deh-kənd sözlərindən ibarətdir. Mehrəli adlı şəxsə məxsus Ağadi mənasındadır. == Həmçinin bax == Gəncə quberniyası Zəngəzur == Ədəbiyyat == Səbahəddin Eloğlu. Zəngəzur hadisələri, Bakı, 1992. Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
Mehrəli bəy Sarıcalı-Cavanşir
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735 – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Elçin Mehrəliyev
Mehrəliyev Elçin Əli oğlu (18 may 1952, Güllücə, Ağdam rayonu) — yazıçı-publisist, filologiya elmləri doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra yaradıcılıq müsabiqələrinin mükafatçısı, o cümlədən "Qızıl qələm", "Nailiyyət", "Açıq söz" mükafatları laureatı. == Həyatı == Elçin Mehrəliyev 1952-ci il mayın 18-də Ağdam rayonunun Güllücə kəndində anadan olub. 1971–1976-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1976–1991-ci illərdə "Azərbaycan gəncləri" qəzetində müxbir, şöbə müdiri, redaktor müavini, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti aparatında azərbaycandilli mətbuat üzrə bölmənin müdiri, Mətbuat xidməti rəhbərinin müavini, 1992–1993-cü illərdə "Yurd" jurnalı baş redaktorunun 1-ci müavini, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində mətbuat katibi, spigerin köməkçisi, 2001–2004-cü illərdə "Maarifçi" qəzetinin və "Advokat+" jurnalının baş redaktoru vəzifələrində işləyib. 2005-ci ildən etibarən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. 2009-cu ildən həmin İnstitutun Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiridir. == Fəaliyyəti == === Publisistik yaradıcılığı === "Oçerklər" (Ş.Yaqubovla həmmüəllif, Gənclik, 1978); "Vətən bizim şöhrətimiz" (Gənclik, 1980), "Talelərdə yaşayır" (Oskar, 2002); "Ölməzlik" (Spektr-Poliqraf, 2005), "Doktor Akif Abdullayev" (Oskar, 2006)Habelə dövri mətbuatda yüzlərlə oçerk, müsahibə, reportajı dərc edilib. === Bədii yaradıcılığı === "Təpəl quzu" (uşaqlar üçün nağıllar, hekayələr, Gənclik, 1982); "Pərvin" (povest və hekayələr, Gənclik, 1989); "İttiham" (roman, Yazıçı, 1991); "Hər kəs öz taleyini yaşayır" (pyeslər, hekayələr, məqalələr, Gənclik, 1998); "90-cı illər" (roman, Nurlan, 2004); "Tale döyüşü" (roman, Elm və təhsil, 2011).Ümumilikdə, 19 kitabı nəşr edilib. "Yurd yeri", "Məhəbbət qocalmır", "Çörəkli adam", "Qamış", "Təqib" və digər hekayə və pyesləri uzun illər radio və televiziya ilə nümayiş etdirilir. === Elmi yaradıcılığı === "Müharibə və ədəbiyyat" (monoqrafiya, Azərnəşr, 2000); "İnsana poetik, publisistik və elmi baxış" (monoqrafiya, Günəş, 2001); "Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu: ideya və sənətkarlıq məsələləri" (monoqrafiya, Nurlan, 2008); "Qarabağ folklor mühiti: uzaq keçmişimizdən bugünümüzə qədər" (monoqrafiya, Nurlan, 2008), "Azərbaycan nəsr və dramaturgiyasında Qarabağ mövzusu" (monoqrafiya, Bakı, 2012) "Zaman və ədəbiyyat" (elmi məqalələr toplusu, MBM, 2009)E.Ə.Mehrəliyev 2001-ci ildə "Qarabağ uğrunda mübarizə və 90-cı illərin Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2012-ci ildə isə "Azərbaycan nəsr və dramaturgiyasında Qarabağ mövzusu" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.
Eybalı Mehrəliyev
Mehrəliyev Eybalı Qara oğlu (1930, Bico – oktyabr 2011, Bakı) — coğrafiya elmləri doktoru, professor. == Həyatı == 1930-cu ildə Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. 1951-ci ildə ADPİ-nu bitirmişdir. İnstitutda laborant, Coğrafiya İnstitutunda kiçik elmi işçi, EA-nın İqtisadiyyat İnstitutunda kiçik və böyük elmi işçi, S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda iqtisadi tədqiqatlar şöbəsinin müdiri, Neft Akademiyasında və İqtisadiyyat İnstitutunda dosent işləmişdir. APİ-nin dekanı olmuş, Kosmik tədqiqatlar EİB-nin laboratoriya müdiri işləmiş, Coğrafiya İnstitutunda "Əhali coğrafiyası" şöbəsini yaratmış və ona rəhbərlik etmişdir. E.Q.Mehrəliyev 1958-ci ildə Bakıda namizədlik, 1992-ci ildə Kiyevdə doktorluq dissertasiyası müdafiə etmişdir. 150-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabçanın, 14 çap olunmuş elmi işin, 14 elmi-tədqiqat hesabatının müəllifidir. Dövlət İdarəçilik Akademiyasında işləyirdi. 2011-ci ildə oktyabr ayında Bakı şəhərində vəfat etmişdir.
Fatma Mehrəliyeva
Fatma Mehrəliyeva Yusif qızı (4 iyun 1926, Quba – 4 yanvar 2000, Bakı) — xanəndə (lirik soprano), Azərbaycan SSR Əməkdar artisti (1956). == Həyatı == Fatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olmuşdur. O, orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Bunun nəticəsi olaraq Fatma Mehrəliyeva müəllimlərinin təkidi ilə Bakı musiqi festivalında iştirak etmək üçün Bakıya getmiş və festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa etmişdir. On bir yaşlı Fatmanın ifası Üzeyir Hacıbəylinin diqqətini cəlb etmişdir. Bəstəkar Fatma Mehrəliyevanı himayəsinə götürərək yaxşı təhsil alması üçün hər cür şərait yaratmışdır. Belə ki, Fatma Mehrəliyeva 1938-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Bakıya gəlmişdir. == Fəaliyyəti == Fatma Mehrəliyeva 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sazçı qızlar" ansamblında əmək fəaliyyətinə başlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş və geniş konsert proqramları ilə çıxış etmişdir.1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı cəbhədə hərbçilər qarşısında çıxış edən Fatma Mehrəliyeva Üzeyir Hacıbəylinin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələrini ifa etmişdir. Mehrəliyeva, həmçinin Musiqisi Üzeyir Hacıbəyovun sözləri Səməd Vurğunun olan "Şəfqət bacısı" mahnısının ilk ifaçısı olmuş, lakin həmin ifanın lent yazısı qalmamışdır.Fatma Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanmışdır.
Hüseyn Mehrəliyev
Hüseyn Mehrəliyev (tam adı: Hüseyn İslam oğlu Mehrəliyev; d. 22 mart 1924, Keçəlməmmədli, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ – ö. 1 yanvar 1998) — Azərbaycan jurnalisti və yazıçısı. == Həyatı == Hüseyn Mehrəliyev 1924-cü il martın 22-də Cəbrayıl rayonunun Keçəlməmmədli kəndində anadan olmuşdur. Keçəlməmmədli məktəbində oxumuş, daha sonra isə Soltanlı kəndindəki orta məktəbi bitirmişdir. 1941-ci ildə Karyagin şəhərində yerləşən V.İ.Lenin adına pedaqoji məktəbi bitirmiş və həmin ildən əmək fəaliyyətinə başlamışdır. Bir müddət məktəbdə müəllim işləmişdir. H.Mehrəliyev 1946-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olaraq, 1951-ci ildə həmin şöbəni müvəffəqiyyətlə bitirmişdir. Ordu sıralarına hərbi xidmətə çağırılmış, orada siyasi işçi olmuş, Zaqafqaziya Hərbi Dairəsinin "Lenin bayrağı" redaksiyasında təşkilatçı müxbir vəzifəsində çalışmışdır. Tələbəlik illərindən başlayaraq müxtəlif qəzet və jurnal səhifələrində onlarca oçerk, felyeton və məqalələrlə çıxış etmiş, 1952-ci ildən isə, mətbuatda peşəkar jurnalist kimi fəaliyyətə başlamışdır.
Mehrəliqışlaq
Mehrəliqışlaq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qışlaq-i Mehrəlikəndi (Pərsabad)
Qışlaq-i Mehrəlikəndi (fars. قشلاق مهرعلي كندئ‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 28 nəfər yaşayır (7 ailə).
Seyfi Mehrəliyev
Seyfi Seyid oğlu Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1900-cü ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur. 1931-ci ildən 1971-ci ilədək Dəli Quşçu kəndində, o vaxtkı "Bakı fəhləsi" kolxozunda sıravi kolxozçu, çoban və briqadir işləmişdir. 1941–1945-ci illər müharibəsi dövründə gecə-gündüz çöllərdə çalışmış, faşizm üzərində qələbə naminə hər cür əziyyət çəkmiş, fədakarlıqlar göstərmiş, döyüşən ordunun ərzaq və geyimlə təchiz olunmasına böyük töhfələr vermişdir. 1977-ci il martın 8-də Dəli Quşçu kəndində vəfat etmişdir. == Mükafatları == 1948-ci ildə qoyunçuluq sahəsində qazandığı çox yüksək nəticələrə və heyvandarlıq sahəsində göstərdiyi bacarıq və qabiliyyətə görə Seyfi Mehrəliyev 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. O, əmək cəbhəsində fədakarlığına görə Lenin ordeni və çoxlu medallarla da təltif edilmişdir. 1971-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur.
Sərvər Mehrəliyev
Sərvər Həşdər oğlu Mehrəliyev (6 fevral 1957, Zəngilan rayonu – 4 may 2017, Bakı) — polis general-mayor. == Həyatı == Sərvər Həşdər oğlu Mehrəliyev 1957-ci il fevralın 6-da Zəngilan rayonunun Şayıflı kəndində doğulmuşdu. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdı. == Fəaliyyəti == Sərvər Mehrəliyev 1981-ci ilin fevralında müstəntiq kimi Naxçıvanda xidmət etmişdir. Sonrakı fəaliyyəti Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi ilə bağlı olmuşdu. Müxtəlif illərdə İstintaq Hissəsində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq vəzifələrində çalışmış, 2000-ci ildən DİN-in İstintaq İdarəsinin, 2001-ci ildən Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdi.
Vüsal Mehrəliyev
Vüsal Akif oğlu Mehrəliyev (15 yanvar 1978) — aktyor və rejissor.Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru(2022), Prezident mükafatçısı(2022) == Həyatı == Vüsal Mehrəliyev 15 yanvar 1978-ci ildə İsmayıllıda anadan olmuşdur. Əhməd Cavad adına Bakı Mədəni-Maarif texnikomunun Kino və dram aktyorluğu fakültəsini bitirib. 27 oktyabr 1997-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur. Dram və kino aktyoru olaraq bir neçə filmdə, serialda və televiziya tamaşasında rol almışdır. 2016-cı ildən Moskvada B. Şukin adına Teatr İnstitutunda aktyorluq sahəsində təhsilini davam etdirir. == Mükafatları == 2014-cü ili aprel ayının 14-də Kalmıkiya və Azərbaycan teatrları arasında mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə Kalmıkiya Respublikası Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə mükafatlandırılmışdır. 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Teatr sahəsindəki rolları == 1. Mahmud - («Mahmud və Məryəm» Elçin) 2. Uruz - («Dədəm Qorqud» Ə.Dəmirçizadə) 3.
Yaşar Mehrəliyev
Yaşar Mehrəliyev (tam adı: Yaşar Topuş oğlu Mehrəliyev; 30 sentyabr 1959; Pürülü, Qafan rayonu, Ermənistan SSR) — Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Kafedra müdiri, riyaziyyat elmləri doktoru, professor. == Həyatı == 1959-cu il, sentiyabrın 30-da Qərbi Azərbaycanın Qafan rayonu, Pürülü kəndində anadan olub. 1966–1976-cı illərdə Qafan rayonunun Gığı kənd orta məktəbində oxuyub. 1977–1982-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1983-cü ildən BDU-da çalışır.Ailəlidir, iki övladı var == Təhsili və elmi adları == 1977–1982, tələbə, mexanika-riyaziyyat fakültəsi, BDU. 1988–1990, dissertant, mexanika-riyaziyyat fakültəsi, BDU. 1994, f.-r.e.n., "Petrovski mənada parabolik olan ikitərtibli tənliklər üçün ümumi sərhəd şərtli tərs məsələlər". 2015, R.ü.e.d., Bir sinif xüsusi törəməli diferensial tənliklər üçün tərs sərhəd məsələsi. == Əmək fəaliyyəti == 2018- h/h, Kafedra mediri 1998–2018, Dekan müavini, Mexanika-riyaziyyat fakültəsi, BDU 1999- h/h, dosent, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1988–1999, baş müəllim, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1995–1997, müəllim, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1985–1995, baş elmi işçi, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1983–1985,mühəndis, Hesablama mərkəzi, BDU Apardığı dərslər: Diferensial tənliklər, Riyazi fizika tənlikləri, Xüsusi törəməli tənliklər üçün tərs məsələlər. 202 elmi məqalənin müəllifidir.2 Riyaziyyat üzrə fəlsəfə doktoru yetişdirmişdir == Elmi maraq dairəsi == Riyazi fizika tənlikləri Xüsusi törəməli tənliklər üçün düz və tərs sərhəd məsələləri Diferensial tənliklərin spektral nəzəriyyəsi Qeyri-xətti funksional analiz == Beynəlxalq seminar, sinpozium və konfranslarda iştirakı == 2000,Zəncan, İran: "Tətbiqi riyaziyyat üzrə ikinci beynəlxalq birləşmiş seminar" 2008, Nalçik, Rusiya: "Rusiya-Azərbaycan beynəlxalq Elbrus simpoziumu" 2008, Gəncə, Azərbaycan: " Riyazi nəzəryyələr, onların tətbiqi və tədrisi sahəsində olan problemlər " beynəlxalq konfransı 2011, Самара, Россия: Международная конференция "Дифференциальные уравне¬ние и их приложения" 2011, Kyiv, Ukraine: XV International Conference on Dynamical System Modeling and Stability Investigation 2012, L'viv, Ukraine: International Conference dedicated to the 120-th anniversary of Stefan Banach 2013, Kyiv, Ukraine: XVI International Conference on Dynamical System Modeling and Stability Investigation 2013, Ankara, Turkey: The 12th International Workshop on Dynamical Systems and Applications 2013, Minsk, Belarus: International Conference dedicated to the 95th anniversary of Ye.A. Barbashin 2017, Saransk, Russia: XIII International scientific conference "Differential equations and their applications in mathematical modeling" 2017, Thanyaburi, Thailand: The 2¬nd IEEE International Conference on Science and Technology (TICST 2017) == Əsas elmi əsərlərin adları == Обратная краевая задача для параболического уравнения с нелокальными краевыми условиями. Вестник Бакинского Государственного Университета. Серия физико-математических наук, №1, 1998, с.116–121.
İslam Mehrəliyev
İslam Məhəmməd oğlu Mehrəliyev (19 iyun 1986) — azərbaycanlı aktyor. == Həyatı == İslam Mehrəliyev 19 iyun 1986-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri, Yasamal rayonu 176 saylı orta məktəbin 1-ci sinfinə gedib. 1997-ci ildə Azərbaycan Dövlət Televiziya və Radiosunun nəzdində olan Əfsər Cavanşirovun "Bənövşə" uşaq xorunda çıxış edib. 2003-cü ildə Bakı şəhəri, Yasamal rayonu Süleyman Sani Axundov adına 172 saylı orta məktəbin 11-ci sinfini bitirib. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyoru" fakultəsinə daxil olub. Sənət müəllimi Xalq artisti, professor, dosent Ramiz Əzizbəyli olub. 2008-ci ildə Xəzər televiziyasının "Gülüş Ulduzu" layihəsinin laureatı olmuşdur. "Qarşıdurma" adlanan Maşın Şounun 14-cü sürətinin qalibi olub. === Ailəsi === Ailəlidir, oğlu və qızı var.

Значение слова в других словарях

альтера́ция закра́ивать ка́шивать обме́лина отъезжа́ть пустоколо́сица стиль тре́скать в ожида́нии впечатли́тельный ора́торствовать поха́бщинка предупрежда́ться привлека́тельность прия́тность сканда́лище хиппова́ть цеховщи́на cruel fervor lapsed macrostrategy phonon shameless split away