Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mien adası
Mien (ing. Meighen Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları və Sverdrup adaları qrupuna daxildir. Hal-hazırda adada həyat yoxdur (2012). Adanın sahəsi 955 km², sahil xətdinin uzunluğu 188 km təşkil edir. Adanın uzunluğu 57 км (şimaldan cənuba), eni isə 14 km - 26 km arasənda dəyişir. Arxipelaqın digər adaları kimi adada hündürlük yüksək deyildir. Düzənliyin hündürlüyü 80 metr təşkil edir. Ada üzəri buz örtüyünə malikdir. Onun şərq sahillərindən 5 km daxili hissədən başlayır. 17,5 km uzunluğa və 8,5 km enə malikdir.
Dien Bien Fu döyüşü
Dien Bien Fu döyüşü Dien Bien Fu (fr. Bataille de Diên Biên Phu; vyet. Chiến dịch Điện Biên Phủ) döyüşü Fransa İttifaqının Fransa uzaq şərq ekspedisiya korpusu və Vyetnam kommunist inqilabçıları arasında həlledici qarşıdurma olan birinci Hindçin Müharibəsi idi. Müharibə 1954-cü ilin mart-may ayları arasında baş verdi və Hindçinin gələcəyi üçün bir çox millətlər arasında Cenevrədə aparılan danışıqlara təsir göstərən hərtərəfli Fransa məğlubiyyətinə səbəb oldu. Fransa səhv qərarlar qəbul edərək Vyetnamın şimal-qərbindəki təpələrinin dərinliyində Dien Bien Fuda əsgərləri yerləşdirmək üçün əməliyyat başlatdı. Əməliyyatın məqsədi Laos Krallığına qonşu olan Vyetnam sərhəd xətlərini kəsmək və Vyetnamı sarsıtmaq üçün böyük bir qarşıdurma yaratmaq idi. Plan Fransanın hava mövqeyini bərpa etmək idi və Vyetnamın aviasiya əleyhinə imkanlarının olmaması inancına əsaslanırdı.
Men
Men (ing. Maine (/meɪn/)) - Şimal-şərqi ABŞ-nin ən şimal ştatı. 50 ABŞ ştatından Men ərazisinə görə ən kiçik 12-ci, ən az əhalisi olan 9-cu və ən az əhali sıxlığına malik 13-cüdür. Yeni İngiltərədə yerləşir, qərbdə Nyu-Hempşir, cənub-şərqdə Atlantik okeanı və şimal-şərqdə və şimal-qərbdə müvafiq olaraq Nyu-Bransuik və Kvebek adlı Kanada əyalətləri ilə həmsərhəddir. Men başqa bir tək ştatla həmsərhədd olan yeganə ştatdır, kontinental ABŞ-nin ən şərqidir və Böyük göllərin şərqindəki ən şimal ştatdır. Men nahamar, qayalı sahil xətti, alçaq, dərəli-təpəli dağları, sıx meşəli daxili və mənzərəli su yolları, həmçinin dəniz məhsulları mətbəxi, xüsusən də omar və molyusk ilə tanınır. Ştatın əksər hissəsində, o cümlədən sahilyanı ərazilərdə rütubətli kontinental iqlim mövcuddur. Men ən çox əhaliyə malik şəhəri Portlend, paytaxtı Oqastadır. Min illər boyu yerli xalqlar indiki Men ərazisinin yeganə sakinləri idi. Avropalılar indiki Menə gəldiyi zaman ərazidə bir çox Alqonkin dilli xalq yaşayırdı.
Min
Min (rəqəm) — Min (bir min), say sistemində saylardan biridir. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Min (mifologiya) — Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı. Minkənd – Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Men Tıva men
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir. Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Con Miln
Con Miln (ing. John Milne; 30 dekabr 1850, Liverpul – 31 iyul 1913, Şide[d], Cənub-Şərqi İngiltərə[d]) – Britaniya seysmoloqu. "Yaponiya seysmologiyasının atası" hesab olunur. O, müasir seysmoqrafı inkişaf etdirmiş və seysmoloji stansiyaların yaradılmasını təbliğ etmişdir. == Həyatı == === İlk illəri === Con Miln 1850-ci ildə Liverpul şəhərində doğulmuşdur. Con Miln və Emma Tvikross cütlüyünün oğlu idi. London Universitetinin Kinqs Kollecindən məzun olmuş, Kral Mədən Məktəbində geologiya və mineralogiya təhsili almışdır. O, gənc yaşlarından etibarən səyahətə maraq göstərmiş, İslandiyada yerləşən Vatnayyokyudl buz təbəqəsinə təhlükəli səyahət etmişdir. Miln Almaniya və Böyük Britaniyada mədən mühəndisi işlədikdən sonra Kanadaya köçərək iki il boyunca Nyufaundlend və Labradorun təbii ehtiyatlarını araşdırmışdır. Funk adasını ziyarət edərək Pinguinus impennis növündən olan pinqvinlərə aid böyük skelet kolleksiyası toplamışdır.
Corc Miln
Corc Miln (5 noyabr 1866, Aberdin – 23 mart 1948, London) — ingilis generalı. == Həyatı == Birinci dünya müharibəsində (1914–1918) Böyük Britaniyanın Qara dəniz orduları baş komandanı. Milnin hərbi səlahiyyətləri dairəsinə Rusiyanın əyalətləri, Qara dəniz, Qafqaz, Xəzər dənizi, Türkmənistanda Mərvə qədər Zakaspi vilayəti daxil idi. Bu ərazilər 1918-ci il oktyabrın 30-dan 1920-ci ilin avqustunadək Britaniya ordularının nəzarət dairəsinə daxil idi. Onun Britaniya hərbi nazirliyinə göndərdiyi "General Corc Milnin Qafqazda və Orta Asiyadakı hadisələr haqqında məlumatları" adlı hesabatda, 1918–1920-ci illərdə regionda, o cümlədən, Azərbaycanda gedən proseslər təsvir və təhlil edilmişdir. Sənəddə 1918-ci ilin martında Bakıda bolşevik-daşnak qüvvələrinin dinc türk-müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğınlar, "Sentrokaspi diktaturası"nın siyasəti, Bakının azad edilməsi, Qafqazda, xüsusən Bakıda ingilis ordu hissələrinin qarşısında duran vəzifələr, bütövlükdə, Böyük Britaniyanın Azərbaycanda maraqları, general Tomsonun, Biçeraxovun fəaliyyəti və s. öz əksini tapmışdır.
Dien monomerləri
Dien karbohidrogenləri — butadien, izopren və xlorpren — sintetik kauçukların alınması üçün əsas monomerlərdir. Hal-hazırda istehsal olunan rezin məmulatlarının çeşidi 100min addan çoxdur. Sintetik kauçukların dünya üzrə istehsalı həm həcminə, həm də inkişaf tempinə görə təbii kauçukların istehsalınıl xeyli ötmüşdür. Rezin məmulatlarının istehsalının inkişafı (xüsusən şin sənayesi məmulatlarının) bu monomerlərinin istehsalı üçün davamlı, istiqamətləndirilmiş xammal mənbələrinin yaradılmasının vacibliyini şərtləndirir. Bütün kauçukların iki böyük qrupa bölünməsi qəbul olunmuşdur: -ümumi təyinatlı; -xüsusi təyinatlı. Ümumi təyinatlı kauçuklar təbii kauçuklar kimi şinlərin, müxtəlif rezintexniki məmulatların istehsalı üçün istifadə olunur ki, bunlardan yağ və benzinə davamlılıq, aqressiv mühitə, yüksək temperatura və s. qarşı dözümlülük tələb olunmur. Ən kürləvi, ümumi təyinatlı kauçuklar 1,4-sisizopren və 1,4-sis-butadien kauçuklardır. Bunların, sintetik kauçukların ümumi istehsalına görə həcmi 60%-ə yaxındır. Xüsusi təyinatlı kauçuklar — bəzi göstəricilərinə görə elastomerlərdən üstün rezinlər, xeyli az həcmdə, ancaq geniş çeşidlə buraxılır.
Jien Jırau
Jien Jırau (tam adı: Jien Jırau Taqay ulı; d. 1730 – ö. 1784) — XVIII əsr qaraqalpaq ədəbiyyatının banisi; şair-dastançı. == Həyatı == Jien Jırau 1730-cu ildə anadan olmuşdur. O, 1784-cü ildə vəfat etmişdir. == Yaradıcılığı == Jien Jırau ilk qaraqalpaq şairidir. Şairin yaradıcılığında Şərq yazılı ədəbiyyatının, qədim epik dastançılıq ənənələrinin ətraf aləmə realist baxışı özünü açıq şəkildə göstərir. Onun əsərləri qaraqalpaqların əsl tarixlərini yenidən göz önünə gətirməklə, həm də xalqının bir ərazidən digər əraziyə köçünü əks etdirən mühüm bir mənbə kimi çox qiymətlidir. Jienin özü baş verən bu hadisələrin canlı şahidi olmaqla, xalqının müharibələrdə, yürüşlərdə zəfərlərdə çətin vəziyyətini görmüş və hökmdarların, qazilərin, işanların ədalətsizliyinin şahidi olmuşdur. === Poemaları === Jien Jıraunun poemaları bunlardır: "Ulu dağ"; "Basılmış el".
Mein Kampf
"Mein Kampf" (azərb. Mənim mübarizəm‎) — Adolf Hitlerin həyatını, siyasi baxışını və milliyətçi-sosialist fikirlərini açıqladığı bir kitabdır. Hitler uğursuz qiyam qaldırıb həbs ediləndə Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınmışdır. Kitab iki cilddədir. İlk cilddə, həyatını, siyasi baxışlarının dəyişilməsi yönümündə olan təsirləri, yəhudilər haqqındakı ilk fikirləri və bu fikirlərin hansı yöndə, necə inkişaf etdiyini, niyə bu fikirlərin əmələ gəldiyini, müharibə xatirələri də daxil olmaqla şəxsi xatirələrini və dövrünün sosial-siyasi bünövrəsini incələmişdir. İkinci cild isə NSDAP-ın partiya proqramı və ideal dövlət quruluşu üzərinə yazılmış bir doktrina olmaqla birlikdə, həmçinin, Almaniyanın irəlidəki dövrlərinə dönük fikirlər bəyan edərkən, kiçik nəsihətlər verdiyi bir kitabıdır. Eyni zamanda "Mənim mübarizəm", Hitler tərəfindən Pivə qiyamında (9 noyabr 1923) həyatını itirmiş digər partiya üzvlərinə həsr edilmişdir. Bunlar; Alfarth Felix, Bauried Andreas, Casella Theodor, Faust Martin, Ehrlich Wilhelm, Hechenberger Ant, Korner Oskar, Khun Karl, Lefore Karl və Neubauer Kurtdur.
Mine Okubo
Mine Okubo (ing. Miné Okubo; 27 iyun 1912, Riversayd[d], Kaliforniya – 10 fevral 2001, Qrinviç Villic[d], Nyu-York ştatı) – yaponəsilli ABŞ sənətçisi və yazıçısı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiya düşərgələrindəki həyatını təsvir edən "Vətəndaş 13360" kitabına görə tanınır. Mürəkkəblə çəkilmiş 206 rəsmin olduğu bu kitab bu düşərgələrdəki həyatı təsvir edən ilk kitabdır. Mine Okubo 27 iyun 1912-ci ildə ABŞ-nin Kaliforniya ştatının Riversayd şəhərində doğulmuşdur. Onun ailəsi ABŞ-yə miqrasiya etmiş birinci nəsildən olan yaponlar idi. Atası bağbanlıqla məşğul olurdu, anası isə Tokio İncəsənət İnstitutundan məzun olmuşdu. Okubo Riversayd İcma Kollecində təhsil almış, daha sonra incəsənət üzrə master dərəcəsi əldə etmək üçün 1936-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur. Berta Taussiq təqaüdü vasitəsilə Avropaya səyahət etmiş, lakin İkinci dünya müharibəsinin başlaması və anasının xəstələnməsi səbəbilə ABŞ-yə qayıtmışdır. O, Federal İncəsənət Proqramında işləməyə başlamış və Dieqo Riveranın sənətini öyrənmişdir.
Prevessen-Moen
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Robert Şien
Robert Şien (ing. Robert Sheehan; 7 yanvar 1988) — İrlandiya aktyoru. "Misfits" serialında canlandırdığı Nathan Young roluna görə tanınır. Robert Sheenan 1988-ci ildə İrlandiyanın Port Luis şəhərində anadan olub. 2003-cü ildən başlayaraq bir sıra seriallarda və filmlərdə çəkilməyə başlayıb. 17 yaşında Galvay-Mayo Texnologiyalar Universitetinə daxil olub lakin sonradan universiteti tərk edərək aktyorluq karyerasını davam etdirib. 2009-cu ildə Robert ən uğurlu işlərindən biri olacaq Misfits serialında Nathan Young rolunu oynamağa başlayır. 2010-cu ildə Robert Misfits serialının ikinci mövsümündə iştirak edir. 2011-ci ilin aprel ayında isə üçüncü mövsümdə iştirak etməyəcəyini bildirir. 2010-cu ildə İFTA (İrish Film and Television Awards) mükafatına "Yeni Ulduz", 2011-ci ildə "Ən yaxşı aparıcı rol", 2012-ci ildə isə "Ən yaxşı köməkçi rol" nominasiyaları üzrə namizəd olur.
Men-Tszı
Men-Tszı (çin. 孟子) (e.ə. 372, Tszou[d], Çjou sülaləsi – e.ə. 289) — Çin filosofu. Konfutsinin davamçısı Men-Tszı (е.ə. 372–289) belə bir nəzəriyyə irəli sürürdü ki, insanın həyatı ilahi iradəyə tabedir, bilik isə insanda anadangəlmə-dir. İnsan anadan olanda bilik ilahi, "Hüdudsuz ruh" tərəfindən ona verilir. İnsan bu biliklərin köməyi ilə həyatın bütün suallarına cavab verməlidir. O, insanları bütün müvəffəqiyyətsizliklərin və bədbəxtliklərin səbəbini müəy-yənləşdirməyə, dözümlü və mərhəmətli olmağa çağırırdı.
Men Adası
Men adası (ing. Isle of Man [aɪl ɒv mæn], men Ellan Vannin [ˈɛlʲən ˈvanɪn]) — Britaniyanın taxt-tac ərazisi. İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdən təxminən eyni məsafədə İrland dənizində yerləşir. Men adasında dünyanın ən qədim parlamentlərindən biri mövcuddur (Tinvald) — 979-cu ildən. 1973-cü ildə Birləşmiş Krallıq (Böyük Britaniya) Cəbəli-Tariq ilə birlikdə Aİ-yə üzv oldu. Men adası, Cersi adası və Gernsi Aİ-yə qoşulmadı. Men adasının simvolu — triskelion — bir nöqtədən qaçan üç ayaq. Triskelion, adanın şüarında əks olunan sabitliyi simvollaşdırır. Adanın bayrağı və gerbində də təsvir edilmişdir. Adanın adının dəqiq etimologiyası məlum deyil.
Men adaları
Men adası (ing. Isle of Man [aɪl ɒv mæn], men Ellan Vannin [ˈɛlʲən ˈvanɪn]) — Britaniyanın taxt-tac ərazisi. İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdən təxminən eyni məsafədə İrland dənizində yerləşir. Men adasında dünyanın ən qədim parlamentlərindən biri mövcuddur (Tinvald) — 979-cu ildən. 1973-cü ildə Birləşmiş Krallıq (Böyük Britaniya) Cəbəli-Tariq ilə birlikdə Aİ-yə üzv oldu. Men adası, Cersi adası və Gernsi Aİ-yə qoşulmadı. Men adasının simvolu — triskelion — bir nöqtədən qaçan üç ayaq. Triskelion, adanın şüarında əks olunan sabitliyi simvollaşdırır. Adanın bayrağı və gerbində də təsvir edilmişdir. Adanın adının dəqiq etimologiyası məlum deyil.
Men dili
Men dili - Men adasında yayılmış, kelt dillərinə aid, hazırda ölü dillərdən hesab olunan dil.
Men körfəzi
Men körfəzi (ing. Gulf of Maine) — Şimali Amerika sahillərində yerləşən körfəz. Körfəz Keyp-Kod və Yeni Şotlandiya yarımadaları arasında yerləşir. Maksimal dərinliyi 329 metrdir. Şimal-şərqində Fandi körfəzi yerləşir. Cənub-qərbində isə digər iri Massaçusets körfəzi qərarlaşır. Mərkəzi sahilində Men ştatının iri Portlend şəhəri yerləşir. Sahillərində ən iri limanlar — Boston, Portlend (ABŞ), Sent-Con (Kanada). Körfəzə axan iri çaylar — Annapolis, Kennebank, Kennebek, Sako, Sent-Krua, Merrimak, Penobskot, Sent-Con, Piskataqa çayı və s. Bura tökülən çayların hövzəsinin sahəsi 179 008 km² təşkil edir.
Mie prefekturası
Mie prefekturası — Yaponiyanın Kansai regionunda prefektura. Ərazisi 5 777 kvadrat kilometr, əhalisi 1 865 000 nəfərdir. Mərkəzi Tsu şəhəridir.
Min (allah)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Min (dəqiqləşdirmə)
Min (rəqəm) — Min (bir min), say sistemində saylardan biridir. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Min (mifologiya) — Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı. Minkənd – Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Min (mifologiya)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Min (rəqəm)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz.
Min (tanrı)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Min Si
Min Si (çin. 奚梦瑶; 8 mart 1989, Şanxay) — Çin modeli. 2009-cu ildə qatıldığı bir televiziya müsabiqəsindən sonra peşəkar model karyerası başlamışdır. 2011-ci ildə Givenchy Yüksək Yaz Şousunda debüt edərək beynəlxalq model kimi fəaliyyət göstərməyə başlamışdır. 2011-ci ildə Givenchy brendinin bir kolleksiyası üçün modellik etmiş, brendin payız/qış reklam kampaniyasının siması olmuşdur. Si 2013-cü ildə Victoria's Secret Dəb Şousunda modellik etmişdir. 2008-ci ildə Si Dragon Television kanalında yayımlanan "Get! Şərq mələkləri" müsabiqəsində iştirak etmişdir. Bu onun televiziyadakı ilk əsas çıxışı idi. Kollecdən məzun olduqdan 2 il sonra Elite Model Look müsabiqəsinə qatılmışdır.
Minə Mutlu
Minə Mutlu (türk. Mine Mutlu; 28 noyabr 1948, İstanbul – 18 sentyabr 1990 və ya 21 sentyabr 1990, İstanbul) — Türkiyə teatr və kino aktrisası. Minə Mutlu iştirak etdiyi gözəllik müsabiqəsində birinci seçilərək Türkiyə gözəli olmuşdur. 19 yaşından filmlərə çəkilməyə başlamışdır. 1967-ci ildən başlayaraq 1974-cü ilə kimi komediya janrlı, sonrakı illərdə isə erotik janrlı filmlərdə çəkilmişdir. Mine Mutlu 1990-cı ilin 18 sentyabr tarixində ağciyər xərçəngi xəstəliyi səbəbindən vəfat etmişdir.
Minə Nəzirova
Minə Bəşir qızı Nəzirova (d.1914, Suvagil, Zaqatala rayonu — v.1984) — sovet təsərrüfat rəhbəri, Sosialist Əməyi Qəhrəmanı (1958), SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı.
Məin padşahlığı
Məin padşahlığı — Cənubi Ərəbistanda (Yəmən ərəb respublikasının şimal hissəsində) qədim tayfa və dövlət. Məin padşahlığının daha erkən abidələri e.ə. 6-5-ci əsrlərə aiddir. Paytaxtı əvvəlcə Məin, sonralar Karnavu şəhəri olmuşdur. Məin padşahlığı erkən quldarlıq dövləti idi. Kahinlər və qəbilə-tayfa əyanları dövlətin idarə olunmasında mühüm rol oynayırdı. Ərəbistandan keçən ticarət yolları Məin padşahlığının nəzarəti altında olmuşdur. Ətirli maddələrin ticarəti padşahlığın inkişafına böyük təsir göstərmişdir. Məin padşahlığı E.ə. I əsrdə Kataban padşahlığından asılı vəziyyətə düşmüşdür.
İmən (Baltas)
İmən (rus. Имяново, başq. Имән) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 169 nəfərdir. İmən Başqırd dilində "Ad" (rus. Имя, İmiya) deməkdir. Kəndin adı İman/İmiya antroponimindən gəlir.. Kantonun idarəetməsi dövründə İmən kəndi 10-cu kantonun 24-cü alaçığına aid idi. Tanıp volostunun Kır-Tanıp tubasına aid idi.