Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Linckia miliaris
Linckia laevigata (lat. Linckia laevigata) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinin valvatida dəstəsinin ophidiasteridae fəsiləsinin linckia cinsinə aid heyvan növü.
Dilvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.
Emilia
Emilia (lat. Emilia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bafutia C.D.Adams Emiliella S.Moore Pithosillum Cass.
Filial
Filial (lat. filialis – oğulluq, oğula məxsus; filius – oğul) hər hansı təşkilatın, yəni hüquqi şəxsin bir hissəsi olan təşkilat. Filial həmin təşkilatın funksiyalarını tam həcmdə, yaxud onun yerləşdiyi yerdən kənarda yerinə yetirir; 2)müəssisə və təşkilatın bir hissəsi olub, müstəqil törəmə cəmiyyətini, şöbəni əks etdirir, digər və ya başqa yerdə mövcud olaraq fəaliyyət göstərir, əsas təşkilatdan iqtisadi əlaqə cəhətdən asılı olaraq onunla sıx iqtisadi əlaqə saxlayır; 3)hər hansı təşkilatın (idarənin, müəssisənin və s.) müəyyən dərəcədə müstəqilliyə malik şöbəsi. Məsələn, institutun filialı. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kilvar
Kilvar — Azərbaycan Respublikasının Şabran rayonunun Zeyvə kənd inzibati ərazi dairəsinə aid kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Kilvar kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Zeyvə kəndi olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. 2013-cü ilin may ayında Kilvar kəndində yeni qaz xəttinin açılışı olmuşdur.
Liliqr
Liliqr (ing. Liliger; "Lion"-şir və "liger"-liqr) — yeni nəsil pişiklər fəslindən hibrid yırtıcı heyvan. Liliqr erkək şir və dişi liqr arasında hibriddir. Liliqrlar liqrların özləri kimi təbiətd görünmürlər. İlk dəfə dişi liliqrın anadan olması 2012-ci ildə Novosibirsk zooparkında qeydə alınmışdır. Liliqra Kiara adını verdilər. 2013-cü ildə elə həmin zooparkda daha üç dişi liliqrın anadan olması qeydə alındı. 2017-ci ildə isə ilk dəfə erkək liliqrın anadan olması qeydə alındı. 2019-cu ilin oktyabrında Rusiyada Primorsk safari parkında erkək liliqr aşkarlandı. Adına Blaq qoydular.
Militari
Militari (ing. military) — hərbi sürsat elementlərindən — hərbi çəkmələr, kamuflyaj edilmiş geyimlər (xaki rəngində), hərbi papaqlar (beret), jetonlar, breloklar — istifadə edən, uniseks stilinə yaxın olan, geyim üslubudu.
Miltiad
Miltiad (q.yun. Μιλτιάδης; təq. e.ə. 554, Afina – e.ə. 489, Afina) — Afina dövlət xadimi, Yunan-İran müharibələri (e.ə. 500 – e.ə. 449-cu illər) zamanı sərkərdə, Frakiya Xersonesosun tiranı (təxminən e.ə. 520—e.ə. 493-cü illər), sərkərdə Kimonun atası. Miltiad qədim zadəgan nəslindən idi.
Milyard
1.000.000.000 (bir milyard) — 999.999.999-dan üstün, 1.000.000.000.000-dən əvvəlki təbii say. Elmi yazılarda 109 kimi yazılır. Cənubi Asiya ölkələrində ingiliscə ona 100 kurur (crore) deyilir. Milyard termini 1.000.000.000i rəqəmini ifadə etmək üçün istifadə edilə bilər. SI Giga prefiksi bu ədədi + 1.000.000.000 dəfə baza bölməni göstərir.
Mismar
***px|thumb|Polad mismarlar ***px|thumb|Döyməklə hazırlanmış mismar (15 sm) Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
Mitsar
Mitsar və ya Mizar qədimdən insanlara məlum olan adı gözlə müşahidə oluna bilən ulduzlardan biridir. Koordinatlar: 13h 23m 55,5s + 55°31' 54" Mitsar (Mizar) və Əlqul Böyük Ayı Bürcündə adi gözlə qoşa ulduz kimi görünən iki ulduzdur. Mizar Böyük Ayı Bürcünün qolunda sondan ikinci ulduzdur, Əlqul isə onun zəif yoldaşıdır. Mitsar Zeta Böyük Ayı (qısaltması Zeta UMa, ζ UMa) olaraq da adlandırılır və kvadrupol sistem təşkil edir, eyni zamanda Əlqul da 80 Böyük Ayı (80 UMa) olaraq adlandırılır və qoşa sistem təşkil edir. Bu cütlər birlikdə bir altılıq sistem təşkil edir. Hipparcos astronomik peyki tərəfindən ölçmələri nəticəsində müəyyən olunmuşdur ki, bu sistem Günəşdən təxminən 83 işıq ili uzaqlıqda yerləşir. Mitsar biri -birindən 14.4 arcsaniyəlik bucaq ölçüsü fərlənən iki ulduzdan ibarət spektroskopik qoşa sistemdir. Görünən ulduz ölçüsü 2m.23 və spektral sinfi A2V-dir. Adi gözlə müşahidə zamanı Əlqul Mitsardan təxminən 12 arcdəqiqə sonra ortaya çıxır. Əlqulun görünən ulduz ölçüsü 3m.99 və spektral sinif A5V-dir.
Mizhar
Vilvar
Vilvar (az-əbcəd. ویلوار‎, fars. ولوار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 35 nəfər yaşayır (16 ailə).
Bilyar burnu
Bilyar burnu (bolq. нос Биляр, ‘Nos Bilyar’ \'nos bi-'lyar\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən 350 m şimal-qərbdə yerləşən burundur. Burun buzlaqlardan azaddır. Burun Bolqarıstannda yerləşən, 12-13-cü əsrdə İdil bulqarlarının paytaxtı olan Bilyar şəhərinin adını daşıyır. Burun Rove burnundan 3 km cənub-qərbdə, Leyr burnundan 4.5 km şimal-şərqdə, Nedelya burnundan 1.7 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Cilian Eyes
Culian Emyes və ya Culian Emis (ing. Julian Charles Becket Amyes) - Böyük Britaniya rejissoru və prodüseridir. Həyat yoldaşı Böyük Britaniya aktrisası Enn Allandır.
Con Milnor
Con Uillard Milnor (ing. John Willard Milnor; 20 fevral 1931) — diferensial topologiya, K-nəzəriyyə və dinamik sistemlər sahəsindəki işləri ilə tanınmış Amerika riyaziyyatçısı. Filds medalı (1962), Volf mükafatı (1989) və Abel mükafatı (2011) laureatıdır. Stouni-Bruk Universitetinin əməkdar professorudur. Con Milnor 1931-ci ildə ABŞ-nin Nyu-Cersi ştatında anadan olmuşdur. İlk elmi məqaləsini 18 yaşında yazan Milnor 1954-cü ildə fəlsəfə doktoru dərəcəsini alır. İki il sonra yeddiölçülü ekzotik sferaların kəşfi ilə riyaziyyat aləmini heyran edir. Daha sonra fransız riyaziyyatçı Mişel Kerverlə birlikdə hər ölçüdə sferalar üzərində bütün diferensiallanan strukturların təsnifatını verməklə topologiyaya yeni nəfəs gətirir. O, riyaziyyatın bir çox sahələrinə böyük töhfələr vermişdir ki, bunların içində xüsusilə Milnor sferaları, Milnor ədədi, Milnor-Törston nəzəriyyəsi, düyünlər nəzəriyyəsi ilə bağlı Milnor hipotezi riyaziyyatçılara yaxşı tanışdır. Milnor bir sıra mükafatlar laureatıdır və onların içində 1962-ci ildə aldığı riyaziyyat aləminin ən mötəbər mükafatlarından biri olan Filds medalı da vardır.
David Miller
David Miller (14 aprel, 1973, San Dieqo, Kaliforniya, ABŞ) — amerikalı tenor və İl Divo qrupunun üzvü. Miller San Dieqoda anadan olsa da, Koloradoda böyüyüb. 1991-ci ildə orta məktəbi qurtarıb. Atasının təkidinə baxmayaraq, o hərbiyə getməyərək Oberlin Musiqi Konservatoriyasına daxil olur. 1995-ci ildə Konservatoriyanı mükəmməl qiymətlərlə və vokal və opera ifaçısı olaraq bitirir. 1996 −1997-ci illərdə Miller Pittsburq Opera Mərkəzinin üzvü idi. 1997-ci ildə Vaşinqtondakı çıxışından sonra diqqət mərkəzinə düşən Millər artıq 6 may 1998-ci ildə Ağ Evdə Bill Klinton qarşısında çıxış edir. Bundan sonrakı illərdə də onun çoxlu uğurlu çıxışları davam edib. 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, ispaniyalı bariton Karlos Marin və isveçrəli tenor Urs Büler yer alırlar.
Dieqo Milito
Dieqo Alberto Milito (isp. Diego Alberto Milito; 12 iyun 1979[…]) — keçmiș arqentinalı futbolçu, hücümçu mövqəyində oynayıb. Dieqo Qabriel Militonun böyük qardașıdır. 1999–2004-cü illərdə Milito "Rasinq" klubunda çıxıș edib. O, ''Rasinq"-in həyətində 2002-ci ildə Aperturanı qazanıb. Onun kiçik qardaşı Qabriel mərkəzi müdafiəçi mövqeyində "Rasinq"-in əsas rəqiblərindən olan "Independyente"-də oynayıb. 2004-cü ilin əvvəlində Dieqo İtaliyanın "Cenoa" klubu ilə müqavilə imzalayıb. İlin sonunda "Cenoa" klubu alınma oyunlarına görə cəza olaraq seriya S1-ə göndərildikdən sonra Milito İspaniyanın "Saraqosa" klubuna keçir. 1 sentyabr 2008-ci ildə transfer pəncərəsinin bağlanmasına cəmi bir neçə dəqiqə qalaraq Cenoa Dieqo Milito-nu yenidən öz heyətinə transfer edir. Mövsümün sonunda Dieqo "Guerin Sportivo" qazetin versiyasına görə İtaliya çempionatının ilin ən yaxşı futbolçusu adlandırılmıșdır.
Doris Miller
Doris Miller (12 oktyabr 1919, Vako[d], Texas – 24 noyabr 1943, Gilbert adaları[d]) — Pyörl-Harbora hücum zamanı göstərdiyi igidliyə görə Donanma Xaçı medalı ilə təltif edilən ilk afroamerikalı. Onun əməlləri qara dərililərin mətbuatında geniş formada təbliğ olunmuşdu və bu onu ABŞ-də afroamerikalılar üçün № 1 qəhrəmana çevirdi. Pörl Harbordan 2 il sonra o, Makin döyüşü zamanı olduğu gəminin yapon sualtı qayığı tərəfindən batırılması nəticəsində həlak olmuşdu. Miller, 1919-cu ilin 12 oktyabrında Texas ştatının Uako şəhərində Konneri və Henrietta Millerlərin ailəsində dünyaya göz açmışdır. O, 4 oğul arasında 3-cüsü idi və həyətyanı əraziyə nəzarət edər, yeməklər bişirər və camaşırla məşğul olar, eləcə də ailəsinə məxsus fermada işləyərdi. Miller yaxşı tələbə idi və Uakodakı A. C. Mur adına Ali Məktəbin futbol komandasında müdafiəçi idi. 1937-ci ilin 25 yanvarında 17 yaşlı Miller 8-ci dərəcədə yenidən iştirak etməyə başladı. Növbəti il təkrarlamağa məcbur oldu və Miller məktəbdən çıxmağı qərara aldı. O, 22 kalibrli tüfənglə dələ ovu üzrə vaxtını doldurdu və qiyabi kursunu başa vurdu. Vətəndaş Konservasiya Korpusuna qoşulmaq üçün çalışdı, lakin onun tələbi qəbul edilmədi.
Echinops emiliae
Echinops emiliae (lat. Echinops emiliae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. Türkiyənin cənub-qərbində yayılmışdır.
Eder Militao
Eder Qabriel Militao (18 yanvar 1998) — İspaniyanın Real Madrid klubunda və Braziliya millisində çıxış edən braziliyalı peşəkar futbolçudur. Əsasən mərkəz müdafiəçisi, sağ cinah müdafiəçisi bəzi hallarda isə müdafiəyə meyilli yarımmüdafiəçi kimi də oynaya bilir. Militao karyerasına San-Pauluda başladı, Portuya transferindən əvvəl iki il ərzində 41 matç oynadı və 4 qol vurdu. 2019-cu ildə Portuqaliyadakı uğurlu bir mövsümdən sonra 50 milyon avroluq transfer qiyməti ilə dünya nəhəngi Real Madridə transfer oldu.
Emilia abyssinica
Emilia abyssinica (lat. Emilia abyssinica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. Senecio abyssinicus Sch.Bip. ex A.Rich. Emilia abyssinica var. abyssinica Emilia abyssinica var.
Emilia adamagibaensis
Emilia adamagibaensis (lat. Emilia adamagibaensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Emilia alstonii
Emilia alstonii (lat. Emilia alstonii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Emilia ambifaria
Emilia schinzii (lat. Emilia schinzii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. Senecio schinzii O.Hoffm.
Emilia arvensis
Emilia arvensis (lat. Emilia arvensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Qıllar
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.