ZİNHAR

nida [ fars. ] klas. Məbada, amandır, ay aman, saqın, ehtiyatlı ol (adətən bir şeydən saqındırmaq üçün işlənir).
Ey iki gözüm, yaman olur ar; Namusumuzu itirmə, zinhar! Füzuli.
Yatsa o mahparə, yatar bəxtimiz bizim; Zinhar, qoymayın onu, zinhar, yatmasın. S.Ə.Şirvani.
Zinhar, vəfa etmə tələb ər dediyindən; Sərvəqt ol, amandır! M.Ə.Sabir.
Məni bənzətməyin Məcnuna, zinhar; Ahımca olsaydı Məcnunun ahı; Yuva tikərdimi başında quşlar? B.Vahabzadə.

□ Zinhar etmək (eləmək) – bax zinhara gətirmək.
Zinhar olmaq – bax zinhara gəlmək.
Zinhara gəlmək – usanmaq, bezikmək, yorulmaq, cana gəlmək, təngə gəlmək.
Lay-lay dedim yatınca; Gözlərəm Ay batınca; Canım zinhara gəldi; Sən hasilə çatınca. (Bayatı).
Day camaat [Qara xanın] əlindən zinhara gəlmişdi. Koroğlu”.
Vallah, bu gədənin əlindən lap zinhara gəlmişəm. M.Süleymanov.

Zinhara gətirmək – bezikdirmək, usandırmaq, yormaq, cana gətirmək, təngə gətirmək.
[Səməd bacısına:] Ay arvad, bu xalqı nə zinhara gətirdin? Sənə demədimmi çox zarıldayıb, zırıldama. B.Talıblı.
Bu uzun gecə Mədədovu lap zinhara gətirmişdi. Ə.Əbülhəsən.

Синонимы

  • ZİNHAR usanma — bezikmə — yorulma
ZİNGVARA
ZİR
OBASTAN VİKİ
Zinhar (Tikantəpə)
Zinhar (fars. زنهاركندي‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (24 ailə).
Faiq Zinharov
== Siyahı ==

Значение слова в других словарях