Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
"Missing man" düzülüşü
Həlak olmuş heyət üzvü, keçmiş hərbçi və ya tanınmış siyasi xadim şərəfinə olun uçuşdur. == Təsviri == Müxtəli variantları mövcuddur. Uçuş zamanı 1 təyyarənin heyətdən ayrılıb gözdən itənə qədər hündürlüyə qalxması ən çox istifadə olunandır. Düzülüş helikopterlər vasitəsiylə də həyata keçirilə bilər. == Nümunə == 2017-ci ilin oktyabrında İspaniya Hərbi Hava Qüvvələri bir həftə ərzində ayrı-ayrı qəzalarda həlak olan iki pilotun xatirəsinə bu düzülüşdə uçuş həyata keçirdi.
Volf Messinq
Volf Qriqoryeviç Messinq (pol. Wolf Grigoriewicz Messing; rus. Во́льф Григо́рьевич (Ге́ршикович) Ме́ссинг ) — SSRİ-də insanların fikirlərini öyrənməyi psixoloji eksperementlər ilə nümayiş etdirən estrada artisti. RSFSR əməkdar artisti. == Həyatı == === Gənclik dövrü === Volf Messinq 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya imperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona "ilahi vəhy" gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağında ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: "Sən Tanrının əmriylə ieşibota getməlisən". Anadangəlmə əsəb xəstəsi olan Volf bu hadisədən o qədər həyəcanlanır ki, huşunu itirir, bir neçə gün xəstə yatır. Sonradan baş verənləri atasına danışır və evin ağsaqqalı onun tanrının əmriylə hərəkət etməli olduğunu bildirir.
Fishing
Fişinq (ing. Fishing, rus. Фишинг) – ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) İnternetdə "tələ" quraraq, bu tələyə düşən İnternet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla İnternet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və İnternetə çıxış üçün lazım olan informasiyaları öyrənir. Fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Dələduz bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi, məsələn, eBay) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar.
Messina
Messina — İtaliyanın Siciliya muxtar vilayətində ən böyük üçüncü şəhər. 243.000 əhalisi var.
Messina Universiteti
Messina Universiteti (it. Università degli Studi di Messina) — İtaliyanın Siciliya muxtar vilayətinin Messina şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1548-ci ildə qoyulmuşdur.
Roberto Kisling
Roberto Kisling (ing. Roberto Kiesling; 1941, Buenos Ayres) — Argentina botaniki. == Elmi fəaliyyəti == Roberto Kisling toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == M. Perea, O. Ferrari, M.L. Las Penas, R. Kiesling. 2009. Eine new, rot bluhende Gymnocalycium-Art aus Catamarca. Kakteen und Andere Sukkulenten 60 (2) 35 — 42. N. Muruaga, Р. Figueroa, R. Kiesling. 2008. Circunscripción de Rebutia minuscula (Cactaceae, Cactoideae).
Adilbek Mussin
Adilbek Mussin (4 oktyabr 1999) — Qazaxıstanlı üzgüçü. Adilbek Mussin Qazaxıstanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adilbek Mussin birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.13 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 31-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Data mining
Data mining — kompüter elmlərinin bir sahəsi. Böyük həcmli verilənlərin içərisindən faydalı və yeni informasiyanın tapılmasından bəhs edir. Data Miningdə istifadə olunan bir çox metodlar süni intellekt, machine learning və statistikada istifadə olunan metodlarla üst-üstə düşür. Data Miningin cəlb olunduğu işlər: Anomaliyanın aşkarlanması: Fərqli verilənin tapılması. Digər verilənlərdən fərqlidirsə, bu ya səhv ola bilər, ya da bu verilənin araşdırılmasına ehtiyac var. assosiasiya qaydaların öyrənilməsi (association rule learning): Verilənlər arasında əlaqənin tapılması.
Messin boğazı
Messin boğazı (it. Stretto di Messina, sic. strittu di Missina) — Siciliya adasını Kalabriinin cənub sahilindən ayırır. Ən dar yerdə eni 3,1 km, enli yerdə isə 16 km təşkil edir. Boğazın Sicilya sahillərində Villa-San Covanni, Kalabrii sahillərində isə Redjo-di-Kalabrii şəhəri yerləşir. 1957-ci ildə boğaz üzərindən yüksək gərginlikli elektrik xətti çəkilir və bu dünyada ən hündür xətt olur. Sonradan xətt sualtı xətt ilə əvəzlənir.
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. == Həyatı == Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nigahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur. Əli və Həsən adlı oğulları Dağıstan dağlarında baş vermiş faciədə həlak olmuşlar.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Fistinq
Fistinq (ing. Fisting) ― seksual fəaliyyət zamanı əlin bütünlükdə yaxud qismən vagina və ya anusa daxil edilməsi halı. Barmaqlar sıxıldıqdan və əl yumruğa çevrildikdən sonra sözügedən hərəkət icra edilir. Fistinqin adətən cinsi partnyorla müştərək formada edildiyi müşahidə olunsa da, partnyor olmadan da edilə bilər.
Pirsinq
Pirsinq (ing. to pierce [pɪəs] — "deşmək, dəlik açmaq", bu söz daha erkən dövrlərdə köhnə fransız dilində bir zamanlar işlədilmiş percier, həmçinin loru latın dilindəki *pertusiare və klassik latın dilindəki pertundere, pertusus sözlərinin köməyi ilə yaranmışdır) – bədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılması. Pirsinqin edilməsi və ya edilməməsinin bir çox səbəbi ola bilər. Bir sıra insanlar pirsinqi dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacı ilə, estetik dəyərlərlə, öz seksual həyəcanlarını yaxşılaşdırmaqla, özünü hərhansısa bir submədəniyyətə aid etməsi və ya ona etirazı ilə tənzimlənir. Təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqdən istifadəni məhdudlaşdırırlar. Bir sıra insanlar isə pirsinqin ekstremal növlərini praktikada işlədirlər. Ginnesin Rekordlar Kitabında, bədənində yüzlərlə və hətta minlərlə pirsinq deşiklərinə sahib olan insanların adları qeyd edilib. Əslində pirsinq – invaziv prosedurdur və pirsinq zamanı bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması və ümumilikdə orqanizmin görünmədən reaksiya ehtimalı böyükdür. Ancaq müasir qaydalar və ehtiyat kimi tibbi tədbirlər yuxarıda adı çəkilən risklərin yaranmasını minimuma salır. Pirsinq olunan yerin sağalması deşiyin harada olmasından asılıdır: belə ki, genital pirsinqin sağalması 1 aydan az çəkərkən, göbək pirsinqi 2 ilə tam sağalır.
Rislinq
Rislinq (ing. Riesling) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Almaniyada yetişdirilir. Yetişdirilməsi üçün sərin iqlimə ehtiyacı var. Bu üzümdən hazırlanan şərab həm şirin, eyni zamanda kəm turş olması ilə seçilir.
Mars Orbiter Mission
Mars Orbiter Mission — 5 noyabr 2013-də Hindistan Fəza Araşdırmaları Təşkilatı tərəfindən Yerin orbitinə buraxılan Mars peykidir. 24 sentyabr 2014-cü ildə peykin Marsın orbitinə daxil olması ilə Hindistan Marsa ilk cəhddə peyk göndərən ilk millət və Marsa peyk göndərən ilk Asiya xalqı oldu. Hindistan Fəza Araşdırmaları Təşkilatı Sovet fəza proqramı, NASA və Avropa Fəza Agentliyindən sonra Marsa çatan dördüncü fəza agentliyidir.
Matteo Messina Denaro
Matteo Messina Denaro (26 aprel 1962, Kastelvetrano[d] – 25 sentyabr 2023, L'Akuila, L'Akuila) — Koza nostra – Siciliya mafiya təşkilatının başçılarından biri. Digər təxəllüsləri "Diabolik" və ya "Roleks"dir. Onun atası Messina Denaro Siciliyada "Don Çiççio" kimi tanınmaqdadır. Matteo Bernardo Provençanonun sələfi Salvatore Lo Pikkolonun həbsindən sonra, 2007-ci ildə Siciliya mafiyasının 1 nömrəli adamına çevrilir. 1993-cü ildən etibarən polisdən gizlənərək, Forbs jurnalına əsasən dünyada 10 axtarışda olan cinayətkarlar arasında VI yeri tutur. Onun evində axtarış zamanı tapılan məktubdan: == Həyatı == Matteo Messina Denaro 26 aprel 1962-ci ildə Siciliyanın Kastelvetrano kommunasında (Trapani əyalətində) siciliyalı mafioz Françesko Messina Denaronun ("Don Çiçço" kimi tanınan) ailəsində dünyaya gəlmişdir. Atası Françesko mafioz fəaliyyətə qeyri rəsmi muzdlu qatil, rəsmi isə zəngin mülkədar və bankir (it. Banca Sicula) D‘Ali ailəsinin silahlı müafizəçisi kimi başlamış, sonralar isə irəli çəkilərək həmin ailənin icarə torpaq mülklərinin inzibatçısı təyin edilir. Yaxşı işinə görə D’Ali ailəsi ona Dzanqara rayonunda böyük bir mülk bağışlamışdır. Françesko 14 yaşlı oğlu Matteoyaya silahdan istifadəni öyrətmişdir.
Messina zəlzələsi (1908)
Messina zəlzələsi — 1908-ci ildə Messina şəhərində baş vermiş zəlzələ. 1908-ci ilin 28 dekabrında Siciliya və Appenin yarımadasının arasında yerləşən Messina boğazında 7,5 bal gücündə zəlzələ baş verdi. Bir dəqiqə ərzində 3 güclü təkan qeydə alındı və ikinci təkandan sonra binalar dağılmağa başladı. Zəlzələ nəticəsində Siciliya və Kalbriyanın sahilboyu ərazilərində yerləşən 20-dən çox yaşayış məntəqəsi zərər çəkdi. Təkrar təkanlar 1909-cu ilin yanvar ayında da baş verdi. 1908-ci il zəlzələsi nəticəsində həlak olmuş insanların ümumi sayı barədə müxtəlif məlumatlar var. Belə ki, bəzi mənbələrdə 200 min insanın həlak olduğu bildirilir. Zəlzələ nəticəsində Messina və Reco-Kalabriya şəhərləri tam dağıldı. Bu zəlzələ Avropa tarixində ən dəhşətli zəlzələlərdən hesab edilir.
Ümumdünya Missiya Cəmiyyəti
Tanrının Kilsəsi və ya Ümumdünya Missiya Cəmiyyəti — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu sektanın davamçıları hesab edirlər ki, İsanın ruhu An Sanq-Honq adlı bir adamın vücuduna köçmüşdür, Jan Hil-Ca adlı qadın isə "Tanrının Anasıdır". Onlar bildirirlər ki, Yerdəki ailə sistemi səmavi ailə sisteminin əksi və kölgəsidir və Səmavi Ata (An), Səmavi Ana (Jan), həmçinin qardaş və bacıların (digər bəşəriyyət) mövcud olduğunu iddia edirlər. Tənqidçilərin fikrincə, bu kult ailələri məhv etmək üçün beyinlərə təsir göstərmək taktikasından istifadə edir. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13.
Qeyri-mümkün missiya
'Qeyri-Mümkün Missiya' - Impossible Missions Force (IMF) kimi tanınan qondarma gizli casusluq agentliyinə əsaslanan multimedia franşizidir. 1966-cı ildə çəkilən serial yeddi mövsüm çəkildi və 1988-ci ildə iki mövsüm üçün yenidən canlandı. O, 1996-cı ildən başlayaraq Tom Kruzun baş rolda çəkildiyi bir sıra teatr kinofilmlərinə ilham verdi. 2011-ci ilə qədər françayzinq 4 milyard dollardan çox gəlir əldə etdi Missiya: Mümkün olmayan bütün zamanların ən çox gəlir gətirən media françayzinqlərindən biri.
Missi Payl
Endre Key "Missi" Payl (ing. Andrea Kay "Missi" Pyle; 16 noyabr 1972, Hyuston) — amerikalı aktrisa və müğənni. Əsasən Çarli və şokolad fabriki (2005) və Evdə tək 4 (2002) filmləri ilə tanınır. == Həyatı == Missi Payl 16 noyabr 1972-ci ildə Texas ştatının Hyuston şəhərində Linda və Frenk ailəsinin ən kiçik qızı olaraq dünyaya gəlmişdir. O, Tennesi ştatının Memfis şəhərindıə böyümüşdür. Debbi və Culiya adlı iki böyük bacısı, Sem və Paul adlı iki böyük qardaşı və Qordon adlı ögey qardaşı, Meredit adlı ögey bacısı var.[mənbə göstərin] Payl Cənubi Karolina İncəsənət Universitetinə qəbul olub 1995-ci ildə məzun olmuşdur. == Şəxsi həyatı == Payı 2000-ci ildən 2005-ci ilə qədər Antoni Sekr ilə evli olmuşdur. Payl 12 sentyabr 2008-ci ildə təbiətşünas Keyzi Enderson ilə evlənmişdir. Payl 2013-cü ildə ayrıldıqlarını təsdiqlədi. Onun bu evlilikdən bir qızı var.
Fişinq
Fişinq (ing. Fishing, rus. Фишинг) – ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) İnternetdə "tələ" quraraq, bu tələyə düşən İnternet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla İnternet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və İnternetə çıxış üçün lazım olan informasiyaları öyrənir. Fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Dələduz bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi, məsələn, eBay) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar.
Meşinq
Meşinq — kompüter qrafikasında hissələrin səthlərinin təsviri üsuludur. CAD/CAM sistemlərində çox vaxt müərrəkəb, ayrı-ayrı səthlərdən ibarət hissənin topologiyasının müəyyən məqsədlər üçün bir toplum şəklində təsvir olunması zərurəti yaranır. Riyazi şəkildə verimiş səthlər kiçik müstəvilərlə (üçbucaqlılar və ya dördbucaqlılarla) aproksimasiya olunaraq meş şəklində verilir. Alınan meş NC-proqramlarının tərtibində və sonlu elementlər üsulu ilə hesablamalarda tətbiq oluna bilir. Üçbucaqlılardan ibarət meşinq trianqulyasiya, dördbucaqlılardan ibarət meşinq isə pavinq adlanır. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Mitinq
Mitinq - müəyyən kütlənin hər hansı siyasi, mədəni və s. tələblərini bəyan etmək üçün müəyyən məkanda toplaşmasıdır.
Mışkin
Mışkin — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Vişinq
Vişinq (ing. Vishing) — IP protokolu üzərindən səs (VoIP) vasitəsilə məlumatlara icazəsiz giriş.
Ising
Ernest Horas Ayzinq (ing. Ernest Horace Ising; 1884[…] – 1973[…], Adelaida) — Avstraliya botaniki. == Əsərləri == Ising E. H. The species of Bassia All. (Chenopodiaceae) in Australia // Transactions of the Royal Society of South Australia. — 1964. — Vol. 88. — P. 63—110. Ising E. H. Six new species of Bassia All. (Chenopodiaceae) // Transactions of the Royal Society of South Australia.
Qeyri-mümkün missiya (film)
Qeyri-mümkün missiya — 1996-cı ildə Brian De Palmanın rejissorluğu ilə çəkilmiş, David Koepp və Robert Taunun ssenarisindən Tom Kruzun prodüseri və baş rolda oynadığı, Koepp və Stiven Zaillianın hekayəsidir. 1966-cı il eyniadlı televiziya seriyasının və onun 1988-ci il davamı seriyasının davamı (kanonik olaraq sonuncudan altı il sonra çəkilir), Missiya: Mümkün olmayan film seriyasının ilk hissəsidir. Filmdə həmçinin Jon Voight, Henry Czerny, Emmanuelle Béart, Jean Reno, Ving Rhames, Kristin Scott Thomas və Vanessa Redgrave çəkilib. Filmdə Ethan Hunt (Kruiz) özünün Impossible Missions Force (IMF) komandasının əksəriyyətinin qətlində onu kimin ifşa etdiyini aşkar etməyə çalışır. Paramount Pictures-ın televiziya seriyasının film uyğunlamasını yaratmaq üçün çoxsaylı səyləri Kruz/Vaqner Productions-ı qurana və ilk layihəsi olaraq Qeyri-mümkün Missiyanı qərara alana qədər dayandı. İnkişaf ilkin olaraq kinorejissor Sidney Pollakla başladı, davam olaraq da De Palma, Steven Zaillian, David Koepp və Robert Towne işə götürüldükdən sonra son ssenarinin çoxu tamamlandı; De Palma, eyni zamanda, hərəkət ardıcıllığının əksəriyyətini tərtib etdi, Kruz isə kaskadyorların əksəriyyətini özü etdi. Əsas çəkilişlər 1995-ci ilin martında başladı və həmin avqust ayına qədər davam etdi, çəkiliş yerləri London, İngiltərədəki Pinewood Studios və Praqa olmuşdur. Qeyri-mümkün Missiya filmi 22 may 1996-cı ildə Paramount tərəfindən ABŞ-də kinoteatrlarda nümayiş etdirildi. Film tənqidçilərdən qarışıqdan müsbətə qədər rəylər aldı, hərəkət ardıcıllığı, De Palmanın rejissorluğu və Kruzun performansı tərifləndi, lakin mürəkkəb süjetə görə tənqid edildi. Orijinal televiziya serialının aktyor heyəti tərəfindən də mənfi qarşılandı.
Qeyri-mümkün missiya - Fallout
== Haqqında == Qeyri-mümkün missiya – Fallout, Christopher McQuarrie tərəfindən yazılan və rejissorluq etdiyi 2018-ci il Amerika döyüş casus filmidir. Bu, Qeyri-mümkün missiya – Rogue Nation (2015) filminin davamıdır və Qeyri-mümkün missiya film seriyasının altıncı hissəsidir. Filmdə baş rolları Tom Kruz Ethan Hunt rolunda canlandırır, köməkçi heyətlə Ving Rhames, Simon Pegg, Rebecca Ferguson, Henry Cavill, Angela Bassett, Sean Harris, Michelle Monaghan və Alec Baldwin yer almışdır. Qeyri-mümkün missiya – Fallout filmində Ethan Hunt (Kruz) və onun Impossible Missions Force (IMF) komandası Sindikatın bioterrorçu qolu olan Apostles-ə nüvə silahı texnologiyasının çatmasının qarşısını almağa çalışır. Altıncı Missiya üçün danışıqlar: film 2015-ci ildə sələfi ekranlara çıxmazdan əvvəl başladı. Qeyri-mümkün missiya – Fallout 2015-ci ilin noyabrında rəsmi olaraq elan edildi, McQuarrie yazıb rejissorluğu təsdiqləndi və bununla da françayzaya qayıdan ilk rejissor oldu. Aktyorların geri dönüşləri az sonra elan edildi; Əvvəlki iki filmdə görünən Ceremi Renner 2017-ci ilin mart ayında Avengers: Endgame (2019) ilə planlaşdırma ziddiyyətləri səbəbindən CinemaCon-da iştirak etmədiyini təsdiqlədi. Əsas çəkilişlər 2017-ci ilin aprelində başladı və Paris, Yeni Zenlandiya, London, Norveç və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla çəkiliş yerləri ilə 2018-ci ilin mart ayına qədər davam etdi. İstehsal xüsusilə 2017-ci ilin avqustunda Kruz zədələndikdən sonra yeddi həftə dayandırıldı. == Oyunçular == Tom Kruz, Ethan Hunt rolunda: BVF agenti və əməliyyatçılar qrupunun lideri.
Qeyri-mümkün missiya 2
== Haqqında == Qeyri-mümkün missiya 2, John Woo tərəfindən idarə olunan və Tom Kruzun prodüseri və baş rolda oynadığı 2000-ci ildə çəkilmiş cəsus filmidir. Bu, Qeyri-mümkün missiya (1996) filminin davamı və Qeyri-mümkün missiya film seriyasının ikinci hissəsidir. Filmdə həmçinin Duqray Skott, Tandive Nyuton, Riçard Roksburq, Con Polson, Brendan Qlison, Rade Şerbedzija və Vinq Rayms rol alıb. Filmdə Ethan Hunt (Kruiz) peşəkar oğru Nyah Nordoff-Hall (Nyuton) ilə birləşərək Nordoff-Hall-ın fırıldaqçı Mümkünsüz Missiya Qüvvələrinin (IMF) agenti Sean Ambrose (Scott) tərəfindən saxlanılan genetik cəhətdən dəyişdirilmiş xəstəliyi tapır, lakin onu məhv etmir. Buna səbəb Nordoff-Hallın keçmiş sevgilisi də bu işin içindı olur və mübarizəni daha da çətinləşdirir. Qeyri-mümkün missiya 2 2000-ci il mayın 24-də Paramount Pictures tərəfindən ABŞ-da kinoteatrlarda nümayiş olundu və dünya üzrə 546 milyon dollar gəlir əldə edərək, həmin ilin ən çox gəlir gətirən filmi oldu. Tənqidçilərin ilkin reaksiyası qarışıq idi, hərəkət ardıcıllığı və Woo-nun istiqaməti üçün tərif, lakin xarakteristikaya görə tənqid edildi. Qeyri-mümkün missiya 3 adlı davamı 2006-cı ildə buraxıldı. == Oyunçular == Tom Cruise Ethan Hunt rolunda: Impossible Missions Force (IMF) agenti. Dougray Scott Sean Ambrose rolunda: Bellerophon'a sahib olan yaramaz BVF agenti.
Qeyri-mümkün missiya 3
== Haqqında == Qeyri-mümkün missiya 3 — 2006-cı ildə C.J.Abrams tərəfindən rejissorluq debütündə çəkilmiş və Abrams, Alex Kurtzman və Roberto Orcinin ssenarisindən Tom Kruzun prodüseri olduğu və baş rolda oynadığı 2006-cı il Amerika döyüş casus filmidir. Bu, Qeyri-mümkün missiya (1996) və Qeyri-mümkün missiya 2 (2000) filmlərinin davamı və Qeyri-mümkün missiya film seriyasının üçüncü hissəsidir. Filmdə həmçinin Filip Seymur Hoffman, Vinq Rayms, Mişel Monaqan, Billi Krudup, Conatan Ris Meyers, Keri Rassel, Meqqi Q və Lorens Fişburn çəkilib. Qeyri-mümkün missiya 3 filmində təqaüdə çıxmış Impossible Missions Force (IMF) agenti və təlimçi Ethan Hunt (Kruiz) çətin silah satıcısı Owen Davian (Hoffman) ələ keçirmək üçün aktiv vəzifəyə qayıtmağa məcbur olur. Üçüncü Missiya üçün İnkişaf: Qeyri-mümkün missiya 3 film 2002-ci ildə başladı, rejissor David Fincher ilə; o və onun əvəzedicisi Joe Carnahan hər ikisi yaradıcı fərqlərə əsaslanaraq 2004-cü ilə qədər ayrıldılar. Abrams aylar sonra Abramsın ləqəbinin (2001-2006) pərəstişkarı olan Kruzun göstərişi ilə işə götürüldü, lakin bu, Abramsın Alias və Lost (2004-2010) üçün müqavilə öhdəlikləri səbəbindən filmin istehsalını daha da gecikdirdi və Kenneth Branagh, Carrie-Anne Moss və Scarlett Johansson-un filmdən ayrılmasına səbəb oldu. Əsas çəkilişlər 2005-ci ilin iyulunda başladı və həmin oktyabr ayına qədər davam etdi, çəkiliş yerləri Şanxay, Berlin, Roma, Los-Anceles və Vatikan da daxil olmaqla 5 ölkənin prestijli yerlərində çəkildi. Qeyri-mümkün missiya 3 filminin premyerası 26 aprel 2006-cı ildə Tribeca Film Festivalında baş tutdu və ABŞ-da Paramount Pictures tərəfindən 5 may 2006-cı ildə buraxıldı. O, tempi və kaskadyorları üçün təriflənən tənqidçilərdən ümumiyyətlə müsbət rəylər aldı və sələfi ilə müqayisədə irəliləyiş hesab olunur. Film dünya üzrə 398 milyon dollar gəlir əldə edərək, 2006-cı ilin ən çox gəlir gətirən səkkizinci filmi oldu.
Qeyri-mümkün missiya 4
== Haqqında == Qeyri-mümkün missiya – Ghost Protocol — 2011-ci ildə Bred Bird tərəfindən (canlı debütdə) rejissorluq etdiyi və Tom Kruz tərəfindən Coş Appelbaum və Andre Nemekin ssenarisi əsasında baş rolda oynadığı 2011-ci il Amerika döyüş casus filmidir. Bu, Qeyri-mümkün missiya 3 (2006) filminin davamıdır və Qeyri-mümkün missiya film seriyasının dördüncü hissəsidir. Filmdə həmçinin Ceremi Renner, Saymon Peqq və Paula Patton da çəkilib. Filmdə, İmkansız Missiya Qüvvəsi (BVF) Kremlin bombalanmasında ictimaiyyətin iştirakı ilə bağlandıqdan sonra bağlanır və bu, Ethan Hunt (Kruiz) və komandasının resurssuz və ya ehtiyatsız getməsinə səbəb olur və onların adlarını təmizləmək üçün həyati təhlükə yaradır. Qeyri-mümkün missiya - Ghost Protocol 2009-cu ilin avqustunda, Appelbaum və Nemec ssenarini yazmaq üçün işə götürüldükdə başladı (sonra serial rejissoru və yazıçısı Kristofer MakQuarrinin yenidən yazılarını ehtiva edirdi). Bird sələfi idarə edən J. J. Abramsın əvəzlənməsi elan edildikdən sonra Kruuzun geri qayıtması 2010-cu ilin mart ayına qədər təsdiqləndi. Filmin rəsmi adı 2010-cu ilin oktyabrında verildi, bundan sonra əsas çəkilişlər aparıldı və Banqalor, Mumbay, Budapeşt, Moskva, Dubay və Vankuverdəki Kanada Kino Parkı Studios daxil olmaqla çəkiliş yerləri ilə 2011-ci ilin mart ayına qədər davam etdi. Filmin hissələri IMAX-da çəkilərkən, franşizadakı əvvəlki girişlər kimi, aktyor heyəti də öz kaskadyorlarının əksəriyyətini tamamladı. Qeyri-mümkün missiya – Ghost Protocol filminin premyerası 7 dekabr 2011-ci ildə Dubayda baş tutdu və dekabrın 21-də Paramount Pictures tərəfindən ABŞ-da nümayiş etdirilməzdən əvvəl IMAX və seçilmiş geniş formatlı kinoteatrlarda dekabrın 16-da buraxıldı. Film çox müsbət rəylər aldı.
Doris Lessinq
Doris Lessinq (ing. Doris Lessing; 22 oktyabr 1919[…], Kirmanşah – 17 noyabr 2013[…], London) — ingilis yazıçısı-fantast, feminist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007). Zəif bəşəriyyətin qüdrətli sivilizasiyaların mübarizəsində passiv iştirakının fəlsəfi problematikasının müxtəlif izahlarını özündə əks etdirən "Kanopus Arqosda" (1979-1982) seriyasından beş romanın müəllifidir. == Həyatı == İngilis yazıçısı Doris Mey Lessinq ədəbiyyat sahəsində Nobelə layiq görülən on birinci qadındır. Digər tərəfdən mükafatı həyatının ən ahıl çağında - 87 yaşında alması ilə də özünəməxsus rekord sahibi olmuşdur. İranın Kirmanşah şəhərində doğulmuşdur. Ailəsi 1925-ci ildə Afrika qitəsindəki ingilis müstəmləkəsinə — Cənubi Rodeziyaya (indiki Zimbabve) köçmüşdü. Taleyini yeni yerlərdə sınamaq fikrinə düşən atası — Britaniya ordusunun keçmiş kapitanı Alfred Tayler burada iri torpaq mülkiyyətçisi olmaq istəyirdi. Lakin arzusunu gerçəkləşdirə bilməmişdi. Doris 14 yaşına qədər kilsə yanındakı məktəbdə təhsil almışdı.
Ferdinand Mindinq
Ferdinand Qotliboviç Mindinq (rus. Фердинанд Готлибович Миндинг; 11 yanvar, 1806. Polşa – 13 may, 1885. Rusiya) — Almaniya və Rusiya riyaziyyatçısı. == Həyatı == == Fəaliyyəti == Sabit mənfi əyrilikli səthi – psevdosferanı öyrənmişdir. 1840-cı ildə psevdosferanın səthində geodezik (ən qısa) xətlərin əmələ gətirdiyi üçbucaqda triqonometrik münasibətləri tapmışdır. Həndəsəyə və riyazi analizə aid əsərləri vardır.
Korset (pirsinq)
Korset — bel nahiyyəsində edilən pirsinq növü. == Xüsusiyyət == Pirsinq 18—20 ga (0,8—1,0 mm) ölçüdə iynələrlə (yaxşı olar ki, bunu titan, polad və ya plastik materiallardan istifadə edilsin) fiksasiya olunur, sağalma prosesi 2-3 ay davam edir. Həmçinin beldə gələcək pirsinq dəliklərinin edilməsi üçün düzgün işarələnməsi vacibdir. Sağalma gedişində dərini xlorgekdsidinlə (miramistinlə) və antiseptik mazla (levomekol) təmizləmək olar.
Kross-listinq
Lessinq kafirotu
Lessinq kafirotu (lat. Camphorosma monspeliaca subsp. lessingii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinin camphorosma monspeliaca növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Monqolustan, İran və Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur. Aşağı hissələri odunlaşmışdır. Üzəri xırda ağımtıl tüklüdür. Yarpaqları 2-6 mm uzunluğunda, xətli bizvaridir. Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir.
Lessinq kamforosması
Lessinq kafirotu (lat. Camphorosma monspeliaca subsp. lessingii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinin camphorosma monspeliaca növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Monqolustan, İran və Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur. Aşağı hissələri odunlaşmışdır. Üzəri xırda ağımtıl tüklüdür. Yarpaqları 2-6 mm uzunluğunda, xətli bizvaridir. Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir.
Oskar Vistinq
Oskar Adolf Vistinq (ing. Oscar Adolf Wisting; 6 iyun 1871 – 5 dekabr 1936, Oslo) — Norveçli dəniz zabiti və qütb tədqiqatçısı. Roald Amundsenlə birlikdə həm Şimal həm də Cənub qütbünə çatan ilk insan olaraq tarixə keçmişdir.
Tunel (pirsinq)
Tunel — qulağın sırğalıq nahiyyəsinə taxılan halqa şəklində və böyük ölçüdə olan bəzək əşyası. Adi sırğadan dəliyin böyük diametri ilə fərqlənir. Həmçinin sonradan həmin dəliyin bağlanma prosesi Plaq (ing. plug — «tıxac») adlanır. == Tarix == Tunel və Plaqlar hələ qədim dövrlərdən məlum idi, çünki qulaqların modifikasiyası hələ Afrika kontinentində yaşayan erkən insanlar tərəfindən təcrübələnirdi. Xalqların Afrika materikindən yeni ərazilərə köçməsi ilə tunel də Avrasiya və digər kontinentlərə də yayıldı. Arxeoloji qazıntılar tunellərin Qədim Misirdə, İnd vadisi mədəniyyətində, Hind-Çində və Mezoamerika mədəniyyətlərində geniş istifadəsini təsdiqləyir. Mohenco-Daroda aparılan arxeoloji qazıntılarda çoxlu sayda qulaq dəliklərini genişləndirmək üçün istifadə edilən alətlər və halqalar aşkar edilmişdi. İnd vadisi boyunca yaşayan xalqlarda tunel və plaqlar kundala (sanskr. कुण्डलिन्; “halqalarla bəzədilmiş qulaqlar”) adlanırdı.
Front Mission media məhsullarının siyahısı
Front Mission (フロントミッション, Furonto Misshon) — əvvəllər "Square", daha sonralar isə "Square Enix" tərəfindən yayımlanan strateji rol videooyunları seriyası. Seriyanın ilk oyunu 1995-ci ildə çıxmışdır və sonradan "Square" tərəfindən mənimsənilən bir studiya olan "G-Craft" tərəfindən hazırlanmışdır. "G-Craft" "Front Mission Series: Gun Hazard" ("Omiya Soft"), "Front Mission Evolved" ("Double Helix Games") və "Front Mission 2089: Border of Madness" (h.a.n.d.) oyunları istisna olmaqla digər bütün "Front Mission" oyunlarını istehsal etmişdir. Orijinal oyun yayımlanandan sonra filmlər, manqalar, romanlar, radio şouları və oyuncaqlar da daxil olmaqla bir çox medya məhsulları çıxmağa başlamışdır. Seriyadakı videooyunlar strateji rol videooyunlarından başqa skroll-şuter, real zamanda strategiya və üçüncü şəxs atıcı oyunlarına da böyük təsir göstərdi. Seriyanın əsas hekayəsini yeddi fərqli oyun əhatə edir. Bunlara əlavə olaraq hekayəsi əsas oyunlardakı ilə eyni kainatda və ya altenativ dünyalarda keçən yan məhsul kimi beş əlavə oyun istehsal edilmişdir. "Front Mission" oyununun satılma səbəblərindən ən əsası onun süjet xəttinə sahib olmasıdır. 21-ci və 22-ci əsrlərdə baş verən hadisələr əsasən hərbi münaqişə və güclü millətlərarası birliklərin və onların üzv ölkələri arasındakı siyasi gərginlik haqqındadır. Hər bir "Front Mission" videooyunu özünəməxsus, müstəqil hekayələrdən istifadə etsə də, əslində oyunlar bütün seriyanı əhatə edən daha böyük bir hekayə xəttinə bağlıdır.
Qeyri-mümkün missiya - Ghost Protocol
== Haqqında == Qeyri-mümkün missiya – Ghost Protocol — 2011-ci ildə Bred Bird tərəfindən (canlı debütdə) rejissorluq etdiyi və Tom Kruz tərəfindən Coş Appelbaum və Andre Nemekin ssenarisi əsasında baş rolda oynadığı 2011-ci il Amerika döyüş casus filmidir. Bu, Qeyri-mümkün missiya 3 (2006) filminin davamıdır və Qeyri-mümkün missiya film seriyasının dördüncü hissəsidir. Filmdə həmçinin Ceremi Renner, Saymon Peqq və Paula Patton da çəkilib. Filmdə, İmkansız Missiya Qüvvəsi (BVF) Kremlin bombalanmasında ictimaiyyətin iştirakı ilə bağlandıqdan sonra bağlanır və bu, Ethan Hunt (Kruiz) və komandasının resurssuz və ya ehtiyatsız getməsinə səbəb olur və onların adlarını təmizləmək üçün həyati təhlükə yaradır. Qeyri-mümkün missiya - Ghost Protocol 2009-cu ilin avqustunda, Appelbaum və Nemec ssenarini yazmaq üçün işə götürüldükdə başladı (sonra serial rejissoru və yazıçısı Kristofer MakQuarrinin yenidən yazılarını ehtiva edirdi). Bird sələfi idarə edən J. J. Abramsın əvəzlənməsi elan edildikdən sonra Kruuzun geri qayıtması 2010-cu ilin mart ayına qədər təsdiqləndi. Filmin rəsmi adı 2010-cu ilin oktyabrında verildi, bundan sonra əsas çəkilişlər aparıldı və Banqalor, Mumbay, Budapeşt, Moskva, Dubay və Vankuverdəki Kanada Kino Parkı Studios daxil olmaqla çəkiliş yerləri ilə 2011-ci ilin mart ayına qədər davam etdi. Filmin hissələri IMAX-da çəkilərkən, franşizadakı əvvəlki girişlər kimi, aktyor heyəti də öz kaskadyorlarının əksəriyyətini tamamladı. Qeyri-mümkün missiya – Ghost Protocol filminin premyerası 7 dekabr 2011-ci ildə Dubayda baş tutdu və dekabrın 21-də Paramount Pictures tərəfindən ABŞ-da nümayiş etdirilməzdən əvvəl IMAX və seçilmiş geniş formatlı kinoteatrlarda dekabrın 16-da buraxıldı. Film çox müsbət rəylər aldı.
Qeyri-mümkün missiya - Rogue Nation
== Haqqında == Qeyri-mümkün missiya - Rogue Nation - McQuarrie və Drew Pearce'in hekayəsindən Christopher McQuarrie tərəfindən yazılan və rejissorluq edilən 2015-ci il Amerika döyüş casus filmidir. Bu, Qeyri-mümkün missiya – Ghost Protocol (2011) filminin davamı və Qeyri-mümkün missiya film seriyasının beşinci hissəsidir. Baş rolda Tom Kruz, Ceremi Renner, Saymon Peqq, Vinq Rayms, Rebekka Ferqyuson, Şon Harris və Alek Bolduin çəkilib. Mümkün olmayan Missiyalar Qüvvələrinin agenti Ethan Hunt (Kruz) və onun komandası, dağıldıqdan və Hantın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən təqib edilməsindən sonra gizli şəkildə dünyanın hər yerindən fırıldaqçı hökumət agentlərindən ibarət beynəlxalq qara əməliyyat terror qruplaşması olan The Syndicate ilə mübarizə aparmalı olurlar. Qeyri-mümkün missiya – Ghost Protocol filminin təkrar yazılarını tamamlayan McQuarrie 2013-cü ilin avqustunda Qeyri-mümkün missiya – Rogue Nation filminin direktoru elan edildi. Kruz, Renner, Pegg və Rhames filmlərinin qayıdışları 2014-cü ilin iyulunda təsdiqləndi, eyni zamanda ekran işi də çəkildi. Ferguson, Harris və Baldwin həmin ilin oktyabrında aktyor heyətini tamamladılar. Əsas çəkilişlər 2014-cü ilin avqustundan 2015-ci ilin martına qədər Vyana, Kasablanka, London və Hertfordşirdəki Leavesden Studios da daxil olmaqla yerlərdə aparılmışdır. Filmin rəsmi adı 2015-ci ilin martında açıqlanıb. Əvvəlcə 25 dekabr 2015-ci ildə dünya miqyasında nümayişi planlaşdırılan filmin premyerası 23 iyul 2015-ci ildə Vyana Dövlət Operasında (çəkiliş yerlərindən biri) oldu və bir həftə sonra Paramount Pictures tərəfindən ABŞ-da teatral nümayiş olundu.