Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Black Eyed Peas
The Black Eyed Peas — Los Anceles şəhərində yaradılan ABŞ musiqi qrupu. 2009-cu ildə qrupun üzvləri: üzvləri will.i.am, apl de ap, Tabbo və Fergie-dir. 2003-cü ildə işıq üzü görən Elephunk albomundan sora qrup təxminən 27 milyon albom və track satışına nail olub.
Moped
Moped - sürəti təxminən velosiped kimi olan, balaca motosiklet olub, sürücülük lisenziyası almaq avtomobil və motosikletdən asandır. Dəqiq təsvir etsək, mopedi həm mühərrik, həm də pedal ilə sürmək mümkündür. Amma hüquqi olaraq moped boyda olan bütün motosikletlər, pedalı olmasa belə, moped adlanır.
More
More — amerikan siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company", Avropa İttifaqında "Japan Tobacco" və Filippində "PMFTC" tərəfindən istehsal olunur.
Moe
Moe (萌え, «cazibə, dəlicəsinə sevgi») — otakuların jarqon sözü. Manqa, anime və ya videooyun qəhrəmanına fetiş dərəcəsində fanatlıq deməkdir. Məsələn, meqanekko-moe (眼鏡っ娘萌え, «eynəkli qıza moe») termini insanın eynəkli qızlardan xoşu gəldiyini bildirir. Sonradan bu söz hər hansı bir hobbi və qeyri-seksual fetiş mənasını daşımağa başladı, məsələn, tetsudo-moe (鉄道萌え, «dəmiryolu» + «moe») — dəmiryolu ilə maraqlanmaq.
Depeche Mode
Depeche Mode (azərb. Depе́ş Mod‎) — 1980-ci ildə Bazildon şəhərində (Esseks qraflığı) yaradılmış Britaniya musiqi kollektivi. Qrup Composition Of Sound adı ilə Endi Fletçer, Vins Klark, Martin Qor tərəfindən yaradılıb, daha sonra isə fransız moda jurnalı olan Depeche Mode adının alıb. Bu qrup elektron musiqi, rok-musiqi janrlarında öz stilini yaratmışdır. Dünyanın ən çox uğur qazanmış və ən uzunmüddətli fəaliyyəti olan qruplardan hesab edilir.
J-Hope
J-Hope (kor. 정호석; 18 fevral 1994, Kvanju) — Əsl adı Jung Ho-Seok , səhnə adı J-Hope , Cənubi Koreyalı rəqqas , repper , bəstəkar.2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan BTS-in əsas rəqqası,repperi və alt vokalıdır. J-Hope 2018-ci ildə özünün ilk solo mixtapı olan Hope World-ü buraxdı. Albom tənqidçilər tərəfindən müsbət qarşılandı və ABŞ-də Billboard 200-də 38-ci yerə yüksəldi və onu o zamankı reytinqə əsasən dünyada ən yüksək siyahıya düşən solo Koreyalı sənətçi etdi. O, 2019-cu ildə müğənni Becky G-nin iştirak etdiyi "Chicken Noodle Soup" adlı sinqlı qrafikdə 81-ci yerdə debüt etdiyi zaman solist kimi Billboard Hot 100-ə daxil olan ilk BTS üzvü oldu. 2022-ci ildə J-Hope debüt studiya albomu "Jack in the Box"-u buraxdı. == Haqqında == === İlk illər === Jung Ho-seok (Hanqıl: 정호석) 18 fevral 1994-cü ildə Cənubi Koreyanın (Gwangju) Qvancu şəhərində anadan olub, burada valideynləri və böyük bacısı ilə yaşamışdır.BTS ilə debut etməzdən əvvəl yeraltı rəqs komandası Neuron-un bir hissəsi olmuş və Big Hit Entertainment ilə müqavilə imzaladığı 4-cü sinifdən 9-cu sinifədək altı il Qvancu Musiqi Akademiyasında rəqs dərsləri almışdır.J-Hope debutdan əvvəl rəqs bacarıqları ilə nisbətən yaxşı tanınırdı. O,2008-ci ildə milli rəqs yarışmasında birinci yer də daxil olmaqla bir neçə yerli rəqs mükafatı qazandı. Rəqs etmək bacarığı nəticədə ona bir idol təcrübəçisi kimi mahnı oxumağa və seçməyə marağının inkişafına kömək etdi. Stajyer olaraq J-Hope, (Jo Kwon) Co kvon-un 2012-ci ildə çıxardığı "Animal" mahnısında repçi olaraq iştirak etdi.
Klod Mone
Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[…], Paris[…] – 5 dekabr 1926[…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri. == Həyatı == Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu. 28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı.
Moce Canaşvili
Moisey Georgiyeviç Canaşvili (19 (31) mart 1855, Əlibəyli – 19 aprel 1934, Tiflis) — tarixci-etnoqraf. Tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi. 19 mart 1855-ci ildə Zaqatala dairəsinin Əlibəyli kəndində (Qax rayonunun Əlibəyli kəndi) ingiloy kəndlisi Georginin ailəsində anadan olmuşdur.
Moje 3
Moje 3 Serbiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Ljubav je svuda" mahnısı ilə təmsil etmiş olan pop trio.
Mose Canaşvili
Moisey Georgiyeviç Canaşvili (19 (31) mart 1855, Əlibəyli – 19 aprel 1934, Tiflis) — tarixci-etnoqraf. Tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi. 19 mart 1855-ci ildə Zaqatala dairəsinin Əlibəyli kəndində (Qax rayonunun Əlibəyli kəndi) ingiloy kəndlisi Georginin ailəsində anadan olmuşdur.
Moçe mədəniyyəti
Moçe və yaxud Moçika mədəniyyəti — Cənubi Amerikada I əsrdən VIII əsrədək arxeoloji mədəniyyət. Mərkəzi Moçe çayının aşağı axarında olmuşdur. Moçika mədəniyyətinin lokal səciyyə daşıdığı haqqında düşünmək səhv olardı. Bu mədəniyyətin təsir dairəsi 24 oazisi əhatə edirdi ki, bunlar da səhra zonaları ilə bir-birindən ayrı olan Çikama, Viru, Santa və d. çayların sahillərində yerləşirdi. Buranın çox yaxşı dəniz kənarı iqlimi vardı. Bu şəraitdə təsərrüfatçılıq inkişaf etmişdi. Buranın sakinləri aqronomik bilik və bacarığa malik idilər. Təsərrüfat sahəsində onlar çox irəliyə getmişlər. Gübrə hazırlığı nəticəsində moçikalılar kartof, balqabaq, pomidor yetişdirirdilər.
Moşe Dayan
Moshe Dayan (ivr. ‏משה דיין‎‏‎; 20 may 1915 – 16 oktyabr 1981) — İsrail hərb və dövlət xadimi. Moşe Dayan Fələstində yəhudi kəndində doğulmuş və bütün gəncliyini öz kəndlərini ərəblərdən qorumaqda, sonra isə partizan müharibəsində keçirmişdi. Moşe Dayan XX əsrin 30-cu illərin ortalarında ingilis batalyonlarında sərt təcrübə məktəbi keçmişdir. İkinci dünya müharibəsində ingilis ordusunda iştirak edərkən binokluna dəyən güllə nəticəsində bir gözünü itirmişdi. Moşe Dayan 1945-ci ildə zabit rütbəsində tərxis olunub Fələstinə gəlir. O zaman Fələstin ərazisində 1 milyon 200 min ərəb, 650 min yəhudi yaşayırdı. Bura ingilislərin əlində idi. Lakin onlar BMT-nin qərarı ilə ölkədən çıxıb getdikdən sonra ərəblərlə yəhudilər arasında ölkəyə sahib olmaq, daha doğrusu, burada mövcud olmaq uğrunda gərgin mübarizə başlandı. Moşe Dayan 1948-ci il yanvarın 10-da ərəb azadlıq ordusu yarandı.
Moşe Kastel
Moşe Kastel (ivr. ‏משה קסטל‏‎; 1909[…], Qüds – 12 dekabr 1991 və ya 1992, Tel-Əviv) — İsrailli rəssam. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Ailənin kökləri 1492-ci ildə İspaniyadan yəhudilərin çıxarılmasından sonra Müqəddəs torpaqlara köçən Kastiliyadan olan ispan yəhudilərinə gedib çıxır. Atası Əl Xəlildə anadan olmuşdur. O, Qüdsdə Nahalat Şiva və Buxari semestrində Səfərad yəhudiləri üçün məktəb açdı. Moşe atasının təhsil aldığı Buxari məhəlləsində böyümüşdür. 13 yaşındaykən 1921-ci ildən 1925-ci ilə qədər təhsil alan Bezalel İncəsənət Məktəbinə daxil oldu. Məktəbin rəhbəri Boris Şatz idi.
Moşe Katsav
Moşe Katsav (ivr. ‏משה קצב‏‎), Musa Qəssab (fars. موسی قصاب‎; 5 dekabr 1945, Yəzd) — İsrailli siyasətçi. O, səkkizinci İsrail prezidenti kimi xidmət edib. Musa Qəssab adıyla İranın Yəzd şəhərində dünyaya gəlibdir.
Moşe Nissim
Moşe Nissim (ivr. ‏משה נסים‏‎; 10 aprel 1935, Qüds) — İsrailli siyasətçi, vitse-baş nazir. Moşe Nissim Fələstində anadan olub. Qüds Yəhudi Universitetində hüquq təhsili almış və milli xidməti müddətində İsrail Müdafiə Qüvvələrində ədliyyə məmuru vəzifəsində çalışmışdır. 1955–1973-cü illərdə İsrailin Sefardi Baş Rabbi vəzifəsini icra edən Rabbi İshaq Nissimin oğludur.
Moşe Yalon
Moşe Yalon (ivr. ‏משה יעלון‏‎; 24 iyun 1950) — İsrail siyasətçisidir və İsrail Müdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisidir, eyni zamanda 2013-cü ildən 20 may 2016-cı il tarixədək istefaya qədər İsrailin Müdafiə naziri vəzifəsini icra edib. Yalon, Knessetə 2019-cu ildə Mavi və Ağ partiyanın sayca üç üzvü olaraq, keçmiş İFF qərargah rəisi Benni Qantz və Yeş Atidin başçılıq etdiyi İsrail Müqavimət Partiyasının birləşməsi ilə yaradılan ortaq bir siyahı olaraq namizəd oldu.
Eyad Hammoud
Eyad Hammoud (Bolqarca: Ияд Хамуд; 24 iyul 2001-ci ildə anadan olub) — Çempionşip təmsilçilərindən olan Şeffild Uensdey komandasında hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan — Livan futbolçusudur. == Karyerası == === Lokomotiv Plovdiv === Hammoud öz peşəkar karyerasında debütünü Lokomotiv Plovdiv klubu ilə 20 noyabr 2016-cı ildə yerli derbilərdən sayılan Botev Plovdiv klubu ilə oyunda etmişdir. Meydana 15 yaş 3 ay 26 günlüyündə çıxan Hammoud Bolqarıstan Milli Futbol Çempionatında oyuna çıxan ən gənc ikinci futbolçu hesab edilir. Həmin görüşdə Lokomotiv 2-0 hesabı ilə qələbə qazandı və Hammoud birinci qol vurularkən qol ötürməsi ilə yadda qaldı. === Şeffild Uensdey === 2017-ci ilin əvvələrində Hammoud Şeffild Uensdey klubunda baxışdan keçmişdir. O, yayda klub ilə müqavilə imzalamaq üçün Lokomotiv klubuna geri dönmüşdür. 27 iyun 2017-ci ildə Hammoud icazə əldə edənə qədər klubun U-18 millisi ilə iki illik müqavilə imzalamışdır. == Milli karyerası == === Gənclər === Hammoud 23 may 2017-ci ildə Bolqarıstan U-16 millisi ilə Kipr U-16 millisinə qarşı oyunda iştirak etmiş və görüş 1-1 hesabı ilə başa çatmışdır. == Karyera statistikası == === Klub === 3 Dekabr 2016 tarixində yenilənib == Şəxsi həyatı == Hammoud Livanda anadan olmuşdur. Onun atası Omar Hammoud Livanlı, anası Mariya isə Bolqarıstanın Burqas şəhərindəndir.
Cilian Eyes
Culian Emyes və ya Culian Emis (ing. Julian Charles Becket Amyes) - Böyük Britaniya rejissoru və prodüseridir. Həyat yoldaşı Böyük Britaniya aktrisası Enn Allandır.
Leaves' Eyes
Leaves' Eyes — Alman və Norveç metal qrupu. 2003-cü ildə Liv Kristine-in Theatre Of Tragedy qrupundan ayrıldıqdan sonra və Liv Kristine-in həyat yoldaşı Atrocity qrupunun vokalisti Alexander Krull ayrıldıqdan sonra qurulmuşdur. Liv Kristine Norveçli,Alexander Krull isə Almaniyalı olduğundan qrup iki ölkənin təmsilçisi kimi qeyd edilir. Qrupun ilk studio albomu 2004-cü ildə "Lovelorn" adlı albomları olmuşdur. Bu albomun işləri qurtardıqdan sonra Liv Kristine hamilə idi və onların ilk uşaqları dünyaya gəldi.
Ocean Eyes
"Ocean Eyes" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən birinci sinql. Mahnını əvvəlcə Finneas öz qrupu üçün yazmışdı, lakin Aylişin səsinə uyğun olduğunu gördükdən sonra mahnını ona vermək qərarına gəldi. Mahnı ilk dəfə 18 noyabr 2015-ci ildə SoundCloud-da buraxılıb. Bir il sonra 2016-cı ildə Darkroom və Interscope Records tərəfindən yenidən yayımlanmışdır.
Rhinestone Eyes
Rhinestone Eyes — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca üçüncü studiya albomu "Plastic Beach"-də səsləndirilmiş mahnı.
Lope Milli Parkı
Lope Milli Parkı — Qabonun mərkəzində yerləşən milli parkdır. Ərazisi əsasən rütubətli meşələrdən ibarət olsa da, parkın şimalında 15 min il əvvəl son Buz dövrü ərzində Mərkəzi Afrikada yaranan savannaların son qalıqları var. 1946-cı ildə Lope-Okanda Vəhşi Təbiət Qoruğu yaradıldığı zaman bura Qabonda ilk qorunan bölgə idi. 2007-ci ildə Lope-Okanda ladşaftı UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilmişdir. Parkda Mikonqo adlanan kənddə yerləşən və kəndə uyğun olaraq Mikanqo kimi tanınan, Zooloji Cəmiyyət tərəfindən idarə olunan kiçik bir tədqiqat stansiyası var. Ərazidə turistlərin dincəlməsi üçün infrastruktur mövcuddur. Buraya bir neçə otaq və ən azı beş metr məsafədə olan geniş, açıq hava yemək otağı daxildir. Parkda CEDAMM Tədris Mərkəzi, Vəhşi Təbiəti Qoruma Cəmiyyəti və beynəlxalq qoruma təhsili mərkəzi də fəaliyyət göstərir.
Lope de Veqa
Lope de Veqa (25 noyabr 1562[…], Madrid, Kastiliya krallığı[…] – 27 avqust 1635[…], Madrid, Kastiliya krallığı) — ispaniyalı şair və dram yazarı. İspan intibah ədəbiyyatının tanınımış yazarlarından biri. == Haqqında == Lope de Veqa 25 noyabr 1562-ci Madriddə anadan olmuşdur. Dövrünün orta səviyyəli təhsil ocaqlarında dərs keçmişdır. Ədib yeniyetməlik dövründən müxtəlif elmlərlə yanaşı, dinə maraq göstərmiş, hətta 1614-cü ildə keşiş rütbəsi almışdır. == Yaradıcılığı == Lope de Veqa Servantesdən sonra ispan ədəbiyyatının ən önəmli şəxslərindən biridir. Ən məhsuldar yazıçılardan biri olaraq tanınır. Ədib bir çox janrlarda yazıb-yaratmışdır. O, sonetlərin, epik poemaların müəllifidir. Lakin onun əsas uğurları dramaturgiya ilə bağlı olmuş, iki teatr janrında: komediya və dini dram (auto) yazmışdır.
II Eye
II Eye (e. ə. XIV əsr, Ahmim[d], Sövhac mühafəzəsi[d] – e. ə. XIV əsr, Teben) — Misir fironu.
Souk Eye
Souk Eye — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca altıncı studiya albomu "The Now Now"-da səsləndirilmiş mahnı. Albomun qapanış trekidir. == Yazılması == Deymon Albarn bu trek üçün ilk demonu Kaliforniyadakı Modrian hotelində "Humanz" albomu üçün etdiyi konsert turu əsnalarında qeydə alıb. Bu ilkin material sonda iki fərqli mahnını ortaya qoyub — "Souk Eye" və "Hollywood". Mahnının yazılması prosesi qrupun sənədli filmi olan "Gorillaz: Layiqsiz kumirləri rədd edin"də göstərilir. Gorillaz 1 iyun 2018-ci ildə Almaniyanın Nürnberq şəhərində baş tutan "Rock Im Park" musiqi festivalı zamanı "Souk Eye" mahnısını ilk dəfə canlı olaraq ifa edib.
ESƏD
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi erməni soyqırımının tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
Ədəd
Ədəd — varlıqların miqdar və say xarakteristikası üçün istifadə olunan anlayışdır. Bu anlayış qədim insanlar arasında saymaya olan təlabatdan yaranıb, hazırda isə dəyişib zənginləşdirilərək, mühüm riyazi anlayışa çevrilib. Riyaziyyatda mənfi rəqəmlər anlayışı borcları hesablamaq üçün orta əsrlərdə yaranıb. Natural ədədlər əşyaları sayarkən istifadə olunan ədədlərə deyilir. Natural ədədlər çoxluğu N {\displaystyle \mathbb {N} } ilə işarə olunur. Yəni N = { 1 , 2 , 3 , . . . } {\displaystyle \mathbb {N} =\left\{1,2,3,...\right\}} . Tam ədədlər.
Əhəd
Əhəd — kişi adı. Əhəd Əliyev — Azərbaycan qarmonçusu. Əhəd Kərimov — Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı Əhəd Hüseyni — Cənubi Azərbaycanlı heykəltaraş və rəssam. Əhəd Yaqubov — geologiya-mineralogiya elmləri doktoru (1941) Əhəd Muxtar — tərcüməçi. Əhəd Rəhmanzadə — iqtisad elmləri doktoru, professor.
Əsəd
Əsəd — kişi adı. Əsəd Oktay — Türkiyə Böyük Millət Məclisinin deputatı. Əsəd Qeysər — Əsəd Saqay — Əsəd Əsədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsəd İsgəndərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
One More Chance
One More Chance — Maykl Ceksonun bir mahnısı.
One More Change
One More Chance — Maykl Ceksonun bir mahnısı.
One More Day
One More Day — Gürcüstannı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldrine rok qruppu ifa edəcəyi mahnıdır.
Kin Moe Nve
Kin Moe Nve (1 yanvar 1973) — Myanmalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Myanmanı təmsil edir. Kin Moe Nve 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Qulam Murtaza Syed
Qulam Murtaza Syed (17 yanvar 1904 – 25 aprel 1995, Kəraçi) — Q.M.Syed məşhur hind siyasətçisidir. Siyasi fəaliyyətinə 16 yaşında başlayıb və doğma şəhərində 17 mart, 1920-ci il tarixində Xilafət Konfransı təşkil edib. O, 1948-ci ildə Pakistanın yaranmasından sonra o əvvəlcə siyasi məhbus olub. O, 26 aprel, 1995-ci il tarixində Karaçidə ev dustağı olduğu vaxt vəfat edib. Sayed 17 yanvar, 1904-cü il tarixində Sədət Sindin ailəsində Sann şəhərində anadan olmuşdur. Sayed atası Sayed Məhəmməd Şah Kazmi ailə münaqişəsinə görə 1 noyabr 1905-ci il tarixində öldürüləndə körpə idi. Atası Sayedin ölümündən sonra ailədə kişi cinsindən olan olan yeganə övlad idi, buna görə də 1906-cı ildə Birtaniya hakimiyyəti onun ailə mülkünü himayəsi altına almış və onun ailəsinə məhkəmədə aylıq təqaüd təyin edilmişdi. O, 6 yaşında ibtidai məktəbə qəbul olunmuş və 1915-ci ildə Sinddə 5 illik ibtidai təhsilini başa vurmuşdur. Onun ailəsinin ağsaqqalları onu ailə münaqişəsindən qorumaq üçün evdə təhsil alması qərarına gəlmişdilər. Ən azından ona görə ki, o ailəsinin yeganə kişi üzvü idi.
Brand New Eyes
Brand New Eyes — ABŞ rok qrupu Paramore-un üçüncü studiya albomu. 29 sentyabr 2009-cu ildə Fueled by Ramen tərəfindən buraxılıb.
Ərəd
Ərəd-İranın Fars ostanının Gəraş şəhristanının Ərəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,264 nəfər və 1,181 ailədən ibarət idi.
Bone-yi Əcəm
Bone-yi Əcəm (fars. بنه عجم‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 25 ailədə 68 nəfəri kişilər və 64 nəfəri qadınlar olmaqla cəmi 132 nəfərdir.
E (ədəd)
e ədədi və ya Eyler ədədi — riyaziyyat, təbiət elmləri və mühəndislikdə istifadə edilən sabit bir həqiqi ədəd, natural loqarifmanin əsası. e ədədi tam qiyməti sonlu sayda rəqəmdən istifadə edilərək yazıla bilməz. Təxmini olaraq qiyməti 2.71828-ə bərabərdir. == Tarixi == Bu ədədi "Loqarifmlərin cədvəlinin təsviri" işinin (1614-cü il) müəllifi şotlandiyalı alim Neveranın şərəfinə "nevera" ədədi də adlandırırlar. Lakin, onun bu işi o qədər də düzgün deyildir, çünki x ədədinin loqarifmi 10 7 ⋅ log 1 / e ⁡ ( x 10 7 ) {\displaystyle 10^{7}\cdot \,\log _{1/e}\left({\frac {x}{10^{7}}}\right)\,\!} bərabər idi. İlk dəfə 1618-ci ildə dərc edilmiş Neperanın yuxarıda göstərilən işinin ingilis dilinə tərcüməsi məxfi saxlanılır. Çünki orada yalnız kinematikada məlum olan natural loqarifmaların cədvəli olur və burada sabit olmur. Güman edilir ki, ingilis riyaziyyatçısı Otred cədvəlin müəllifi idi. Bu sabitə birinci Leybnits Qyuyqensu məktublarında rast gəlinir (1690 — 1691 il). O bu sabiti b hərfi ilə işarələyirdi.
Hafiz Əsəd
Hafiz Əsəd (ərəb. حافظ الأسد‎; 6 oktyabr 1930[…], Qərdahə[d], Fransız Suriya və Livan mandatlığı[d] – 10 iyun 2000[…], Dəməşq) — Suriyanın hərbi, siyasi və dövlət xadimi, Suriyanın müdafiə naziri (1966–1972), Suriyanın baş naziri (1970–1971), Suriya prezidenti (1971–2000), general. == Həyatı == 1930-cu ildə anadan olmuşdur. 1970–1971-ci ildə Suriya dövlətində baş nazir, 1971–2000-ci illərdə Suriya Prezidenti olmuşdur. 2000-ci ildə vəfat etmişdir. == Ailəsi == Bəşər Əsədin atasıdır.
Kor Əhəd
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. == Həyatı == 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.