Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Loqar
Moqur
Moqur və ya Mohur — Hindistanın qızıl sikkəsi. XVI–XVIII əsrlərdə, 1835–1891-ci illərdə və 1916–1919-cu illərdə kəsilmişdir. 1835-ci ildən moqur rupilərlə ifadə olunmuşdur. 1 moqur 15 gümüş rupiyə bərabər idi.
Zoqar
Zoqar (ibranicə "şəfəq", "işıq" deməkdir) — Kabbalanın ən məşhur kitabı sayılır. Kabbalistlərə görə, eramızın II–III əsrində ravvin Şimon bar Yoxayem tərəfindən yazılmış və XIII əsrdə Moşe de-Leon tərəfindən nəşr edilmişdir. Məşhur yəhudi dinşünas Gerşom Şolemin fikrincə, Moşe de Leon özü bu kitabı qələmə almış və Şimon bar Yoxayanın əsəri kimi göstərmişdir. Rəvayətə görə, ravvin Şimon bar Yoxay oğlu ilə birgə mağarada Kabbalanın sirlərini öyrənmiş, sonra isə öyrəndiklərini tələbələrinə tədris edərək, nəticədə "Zoqar" adlı kitabı yazmışdır. Kabbala ilə məşğul olanlar bu əsəri kabbalist təfəkkürünün əsası hesab edir və ona güclü mənəvi qüvvə kimi yanaşırlar. Onların əksəriyyəti tövsiyə edirlər ki, bu kitab hər evdə olmalıdır. Kabbalistlərə görə, əgər bir adam səslə "Zoqar"ı oxusa və oxuduğundan heç nə anlamasa belə, bu kitabdan şüuraltı səviyyədə fayda götürəcəkdir. XVI əsrdə "Zoqar" elə nüfuza malik idi ki, onu hər alim əldə etmək istəyirdi. Orta əsrlərdə kitabın oxucuları, əsasən, yəhudi mistisizmi ilə maraqlanan xristianlar idi. Onlar bu təlimi dinlərinə uyğunlaşdırmağa çalışmışlar.
Maqar (İsrail)
Maqar şəhəri (ivr. ‏מע'אר‏‎ ,ərəb. المغار‎) — İsrailin İsrail şimal dairəsində yerləşən yerli şuradır. Onun sahəsi 19810 dunam təşkil edir. Maqar şəhəri 1956-cı ildə yeri şura statusu almışdır. == Tarixi == === Qədim zamanlarda === Maqar şəhəri hələ Roma imperiyası dövründə "Zar" adı altında tarixçilərə məlum olmuşdur. Şərab istehsalı üçün bir çox zeytun ağacları və qədim mətbuat bu rayonda kənd təsərrüfatının uzun tarixi haqqında danışmağa imkan verir. Çoxsaylı mağaralarda qədim evlərə aid qalıqlar tapılmışdır. Şuranın adı ərəb sözündən götürülüb, mənası "mağara" deməkdir. === Osmanlı İmperiyası === 1596-cı ildə şura Osmanlı imperiyasının vergi siyahılarına daxil edilmişdir.
Moqak şəlaləsi
Moqak şəlaləsi — Başqırdıstanın Əbyəlil rayonu ərazisində Moqak çayının üzərində yerləşən şəlalə. Şəlalə Monak çayının Krıktıtau silsiləsində yerləşən Kandıvıl dağının ətəklərindən axan hissəsində əmələ gəlir. Şəlaləyə Beloresdən Maqnitaqorska qədər ərazilərdən getmək mümkündür. Moqak şəlaləsi və ona bənzər Kuk-Karauk şəlaləsini aprelin sonu mayın əvvəlləri ziyarət etmək daha gözəl olur. Bu zaman çayın suyu ən pik həddə çatır. Yayda şəlalə demək olar ki görünmür. Vikianbarda Moqak şəlaləsi ilə əlaqəli mediafayllar var.
Moqan gölü
Mogan (türk. Mogan gölü, yerli adı: Gölbaşı) — Ankara şəhərindən 20 km cənubda, Gölbaşı rayonunda yerləşən kiçik göl. Göl səthinin sahəsi 5,61 km², dəniz səviyyəsindən hündürlüyü — 968 metrdir. Uzunluğu — 5,5 km, orta eni — 500 metr, sahil xəttlərinin uzunluğu — 14 km-dir. Mogan gölünün orta dərinliyi — 2,80 metrdir. Ancaq yağışlı mövsümdə bəzən suyun orta dərinliyi 5 metrə çata bilir. Quraqlıq vaxtları maksimal dərinlik 4,5 metr olur. Göl suyunun həcmi — 13 milyon m³-dir. Göl suyu bir az duzludur. Göl Anadolu yaylasında, Ankara yaxınlığında yerləşir, uzanmış formaya malikdir və göl dağlar və düzənliklərlə əhatə olunmuşdur.
Moqao Mağaraları
Moqao mağaraları, (çin. 莫高窟), Moqao mağara-məbəd kompleksi, Bin Budda mağaraları və ya Dunhuanq mağaraları adları ilə tanınır. Çinin Qansu əyalətinin Dunhuanq şəhərin 25 km cənub-şərqində Minqsha dağının ətəyində yerləşən mağarada 492 məbəd vardır. Tarixi İpək Yolunun üzərində yerləşən mağarada Buddist sənətinin ən gözəl əsərləri vardır.Buddist yeraltı məbədinin tikilişinə 366-cı ildə başlamış və bu dövr ərzində burada ən dəyərli buddist əsərlərinə sığınacaq olmuşdur. Moqao mağaraları Lonqmen mağara-məbəd kompleksi və Yunqan mağara-məbəd kompleksi ilə birliktə Çinin ən tanınan Buddist yeraltı məbədlərindən biridir. 1987-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir. Danışılanlara görə 366-cı ildə Lezun (Lè Zūn, 樂尊) adında bir Buddist rahip Dunhuanq şəhərinə gəlir. Minqsha Dağına baxan zaman qızıl rəngli günəş işıqlarının arasında minlərlə Budda xəyal edən Lezun, xəyalından ilham alaraq ilk mağaranın qazıntısına başlayır. Sonralar mağaraların sayı artır, Tan sülaləsi dövründə mağaraların sayının minə çatdığı məlumdur. Sadə bir həyat tərzi seçən Buddist rahiplər kamilləşmək məqsədi ilə bu mağaralara üz tuturdular.
Nataliya Morar
Nataliya Morar (rum. Natalia Morari 12 yanvar 1984, Hinçesti[d]) — The New Times jurnalının müxbiri və siyasi müşahidəçisi kimi tanınan moldovalı jurnalist və teleaparıcı. Morar 2007-ci ildə "Kremlin Qara Büccəsi" adlı qalmaqallı nəşri, Rusiyaya giriş üçün dörd illik qadağa ilə nəticələnir. 2010-cu ildən 2012-ci ilə qədər Moldaviyanın Publika TV televiziya kanalında "Fabrika" tok-şousunun aparıcısı olur. 2013-cü ildən 2017-ci ilə qədər "Siyasət" verilişinə, 2015-ci ildən 2017-ci ilə qədər TV7 telekanalında "İnterpol" verilişinə, 2017-ci ildən 2018-ci ilə qədər TV8 telekanalında "Siyasət" verilişinə aparıcılıq edir. 2018-ci ildən bəri televiziyada "Nataliya Morarın Siyasəti" verilişini yayımlayır. Nataliya Morar Moldova SSR-nin Kotov (indiki Hinçesti) şəhərində anadan olub. Ata aqressiv olması səbəbindən ana Nataliyanın dörd yaşı olarkən ondan boşanmaq qərarına gəlir. "Gaudeamus" rus-rumın litseyində oxuyan Nataliya 2002-ci ildə Moskvaya köçür. Burada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin sosiologiya fakültəsinə daxil olur.
Loqar dərəsi (Sloveniya)
Loqar dərəsi (sloven. Logarska dolina) ― Sloveniyada dərə. Dərənin slovencə adı nisbətən yenidir və öz növbəsində slovencə "bataqlıq çəmən" mənasını verən log sözündən yaranmış Loqar fermasının adından qaynaqlanır. 1987-ci ildə ərazidə 24,75 kvadrat kilometri əhatə edən ladşaftı parkı yaradılmışdır. == Coğrafiya == Loqar dərəsi tipik bir U şəkilli buzlaq dərəsidir. Dərə loq adlanan aşağı hissə, Plest adlanan orta hissə (əsasən meşə sahəsindən ibarətdir) və Kot adlanan (kar) yuxarı hissə olmaqla üç hissəyə bölünür. Dərə özü tektonik mənşəli olsa da, onun son güclü "dizayner"i buzlaq olmuşdur. Ərazidə ən gənc buzlaşma dövrü olan Pleystosenin izləri var. Dərədəki təcrid olunmuş ferma torpaqlarında cəmi 35 nəfər yaşayır. == İqlim == Loqar dərəsində kontinental iqlim hakimdir.
Muğar (Əhər)
Muğar (fars. مغار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (23 ailə).
Aşqar
Aşqar - yanacağa, sürtkü materilallarına və s. az miqdarda əlavə edilən və onların istismar xassələrini yaxşılaşdıran preparatdır. == Tarixi == Aşqarların yaranma tarixi yanacağın inkişafı və geniş tətbiqi ilə sıx bağlıdır. Birinci dünya müharibəsi zamanı benzin “Liqroin” kimi tanınan maye olub və onu antiseptik vasitə kimi apteklərdə satırdılar. O dövrdə yanacaqdoldurma stansiyaları mövcud deyildir, və avtomobil sahibkarları yanacaqı müvafiq ticarət və kommersiya təşkilatlardan əldə edirdilər. Dünyada birinci “yanacaqdoldurma stansiyası” Almaniyanın Vislox şəhərində yerləşən aptek olmuşdu. Buradada 1888-ci ildə məşhur alman mühəndisi, dünyada birinci avtomobilin ixtiraşıcı Karl Bentsın həyat yoldaşı avtomobilinin bakını doldurmuş və ilk dəfə Pfortshaym şəhərindən Manhaym şəhərinə avtomobillə səyahət etmişdir. XX əsrin birinci yarısı avtomobil sənayesinin tarixində dünyanın bir çox ölkəsində avtomobil istehsalının başlanğıcı ilə xarakterizə olunur. Belə ki, məşhur avtomobil ixtiraçısı Henri Ford tərəfindən konveyer sisteminə qoyulmuş avtomobil istehsalının təşkili və sonrakı inkişafı yanacağın keyfiyyətinə qoyulan tələblərin artması ilə bağlı idi. Birinci aşqar təqribən 90 il bundan əvvəl işlənib hazırlanmışdır.
Bolqar
Bolqar (tatar. Bolğar, Болгар; rus. Болгар) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. (BSE 13. c. s. 570) == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayınını yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi.
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X–XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV–XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Bozar
Bozar (fr. beaux-arts – “təsviri sənət”) – XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının əksinə olan tarixi memarlıq üslubudur (neo-Gotik, neo-Bizans, rus stili); İtalyan İntibahı və Fransız Barokko ənənələrini davam etdirirdi. Klassik Bozar üslubu, klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir. == Stilin doğuşu == Üsluba adını verən Paris Gözəl Sənətlər Məktəbinin yetirmələri olmuşdurlar. Fransız İnqilabı dövründə ilk Fransız memarlıq məktəbi olan Académie royale d'architectsure (1671-1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır. Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.
Edqar
Edqar (943 və ya 944, Uesseks krallığı[d] – 8 iyul 975[…], Uinçester) — İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan kiçik oğlu. 959-ci ildə Mersiya və Nortumbriya zadəganları tərəfindən kral elan edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Anqlo-Sakson tarixçəsi K. Rıjov, "Dünyanın bütün monarxları", Qərbi Avropa.
Folar
Folar (Portuqaliya dilində:Folar) - Portuqaliyada Pasxa bayramı münasibətilə bişirilən kuliçin müxtəlif növlərindən biridir. Foların tərkibinə su, duz, yumurta, buğda unu daxildir. Portuqaliyanın müxtəlif vilayətlərində folar formasına, konkret reseptinə, duzlu və şirin dadlı olmasına baxmayaraq bütün reseptlərdə yumurta sarısı əsas yer tutur.
Daşbulaq-i Muğar (Əhər)
Daşbulaq-i Muğar (fars. داش بلاغ مغار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (29 ailə).
Boqor
== Boqor == Boqor (İndon. Bogor) – İndoneziyanın Qərbi Yava əyalətinin Yava adasında yerləşən şəhər. Şəhərin ərazisi müstəqil inzibati vahid – bələdiyyə (kota) kimi fəaliyyət göstərir. Əhalisi 949 mindən çox (2010-cu ilin iyun ayına olan məlumat), ərazisi – 118,5 kvadrat kilometrdir. Əyalətin şimal-qərbində, ölkənin paytaxtı Cakartanın 60 kilometr cənubunda yerləşir. Mühüm iqtisadi, infrasturktur, elmi, mədəni və turistik mərkəzdir, dağ iqlimili kurort sayılır. Orta əsrlərdə Pakuan-Pacacaran adlandırılıb (indon. Pakuan Pajajaran), Sunda (indon. Kerajaan Sunda) krallığının paytaxtı olub. Holland istilası zamanı Beytenzorq (niderl.
Caqar
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir. == İqtisadiyyatı == Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.
Cokar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Komar
Yuxarı Komar (Culfa)
Lovqar
Cəngənəvud — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəngəvud Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Oykonim cəngan (etn.) və Talış dilindəki vut (yer) sözündən ibarət olub, "cenganların yeri" kimi izah olunur.
Macar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədov İlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi. İlqar Məmmədov (idmançı) — Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı.
M3QAN
M3QAN (ing. M3GAN ) — rejissor Cerard Constounun 2022-ci ildə çəkdiyi Amerika istehsalı olan elmi fantastika qorxu filmidir. Filmdə baş rolları Ellison Uilyams, Cenna Devis və Vayolet MakQrou ifa etmişdir. Filmin premyerası 2022-ci ilin dekabr ayının 7-də Los-Ancelesdə baş tutmuş və film 6 yanvar 2023-cü ildə geniş ictimaiyyətə təqdim edilmişdir. Film böyük bir kassa müvəffəqiyyəti əldə etmiş və tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Artıq 17 yanvar 2025-ci ildə premyerası planlaşdırılan “M3QAN 2.0” adlı bu filmin davamı sifariş olunmuşdur. == Süjet xətti == Cemma adlı tanınmış robotlar üzrə texnoloq-mütəxəssis bu yaxınlarda yetim qalmış qardaşı qızı olan Keydinin qayğısına qalmamaq üçün bu işi bir mexaniki köməkçiyə — uşaqlar üçün ən yaxşı dost və valideynlər üçün əsas köməkçi kimi hazırladığı M3QAN adlı robot kuklaya həvalə edir. Tezliklə kukla öz vəzifəsini tam olaraq dərk edir və hətta Cemma və Kedi üçün təhlükə hesab etdiyi insanları öldürməyə başlayır. Beləliklə də işlər tam olaraq nəzarətdən çıxır. == Rollarda == Ellison Uilyams — Cemma Vayolet MakQrou — Keydi Emi Donald — М3QAN Cenna Devis — M3QAN (səs) Cen Braun — Tess Brayn Cordan Alvarez — Koul Cek Kessidi — Brendon Ronnie Çien — Deyvid Lori Dunqi — Seliya Stefan Qarno — Kurt Arlo Qrin — Rayan Millen Beyrid — polis detektivi == Çəkilişlər və premyerası == Filmin çəkilişlərinə 2021-ci ilin iyul ayında başlanılmış və çəkilişlər Los-Anceles ilə Yeni Zelandiyanın Oklend şəhərlərində aparılmışdır.
Edqar Bloşe
Edqar Bloşe (fr. Edgard Blochet; 12 dekabr 1870, Burj – 5 sentyabr 1937, Paris) — fransız şərqşünası. == Fəaliyyəti == Şərq dilləri məktəbində ərəb, fars, türk və hind dillərini öyrənmişdir. 1895-ci ildən Paris Milli Kitabxanasının əlyazmalar şöbəsində işə başlamış, 1935-ci ilədək burada çalışmışdır. "Ərəb, fars və türk əlyazmalarına rəsmlərin kataloqu" (1911), "Türk əlyazmaları kataloqu" (c. 1–2, 1932–33) kitablarını nəşr etdirmişdir. Həmin kataloqlarda Paris Milli Kitabxanasında saxlanılan Azərbaycan şairlərinin (o cümlədən Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Məsihi və b.) əsərlərindən ibarət cünglərin təsviri verilmişdir. Kataloqlarda 12–20-ci əsrlər Azərbaycan şairlərinin nadir əlyazmaları haqda xeyli məlumat var. Bloşe "Türk əlyazmaları kataloqu"nda Nizami Gəncəvinin ana dilində şeirləri olduğunu qeyd etmişdir. Kataloqun 2-ci cildində 710 nömrəli əlyazmasının bütövlükdə Nizaminin "Yeddi gözəl" poemasının türkcəyə tərcüməsi olduğu və əsərin həmin tərcümədən fransızcaya çevrildiyi göstərilmişdir.
Hussem Aouar
Hussem Aouar (30 iyun 1998, Lion) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Olimpik Lion === Aouar Lion akademiyası vasitəsilə inkişaf etmişdir. Aouar əsas komanda ilə debütünü 16 fevral 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə AZ Alkmaar klubu ilə qarşılaşmada Serji Darderi əvəz etmişdir. Həmin görüşdə Olimpik Lion UEFA Avropa Liqasının 1/8 final mərhələsində AZ Alkmaara 4–1 hesabı ilə qalib gəlmişdir. Aouar ilk qolunu isə bir həftə sonra cavab qarşılaşmasında vurmuşdur. Həmin görüşdə isə klubu evdə 7–1 hesabı ilə qələbə qazanmışdır. O, Liqa 1-də debütünü 16 aprel 2017-ci ildə etmiş, lakin oyun yarımçıq dayandırılmış və 3 həftə sonra qələbə Liona verilmişdir. O, Monako klubuna 2–1 hesabı ilə məğlub olduqları görüşdə son yarım saatı meydanda olmuşdur. == Şəxsi həyatı == Aouarın valideynləri Əlcəzair vətəndaşlarıdır.
Boğaz
Boğaz — İnsan orqanı. Boğaz (coğrafiya) — iki quru hissəni bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
Gogan
Gogan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Gogan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,949 nəfər və 3,109 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Qoğal
Qoğal — Azərbaycan mətbəxində geniş yayılmış un məmulatı.
Qoşqar
Qoşqar — ad, təxəllüs. Qoşqar Əhmədov — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı. Qoşqar Sarıyev — Azərbaycanlı futbolçu. Qoşqar Təhməzli — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. Qoşqar İsmayıloğlu — naşir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Qoşqar Səlimli — BDU-nun müəllimi. Təxəllüs Avdı Qoşqar — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Digər Qoşqar dağı — Azərbaycanda dağ. Qoşqarçay (Quşqara) — Daşkəsəndə çay. Qoşqar (əyalət) — Orta Asiyada əyalət.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Çoğan
Çoğan (lat. Gypsophila) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. İkirəng çoğan (Gypsophila bicolor (Freyn et Sint.) Grossh.) Başcıqlı çoğan (Gypsophila capitata Bieb.) Daur çoğanı (Gypsophila davurica Turcz.
Çoğur
Çoğur — mizrabla səsləndirilən simli muqisi alətidir. Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən "Cahanarayi Şah İsmayıl Səfəvi" salnaməsində bu barədə deyilir... Qalib yürüşlü ordunun qarşısında çukurlar çalmaq, türkü-varsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar". Şah İsmayıl Xətainin (XVI əsr) "Dəhnamə"sində çoğur təsvir edilir. Çoğurun çanağı çuxura bənzəyir, yəni kötüyün içi çuxur kimi ovulur, bu üzdən alətə "çuxur" adı verilib. Təsadüfi deyil ki, Azərbaycan Sovet Ensiklopediyasında Orta Çağlarda alətin "çuxur", "çoğor", "çoğur" kimi adlandırıldığı da göstərilir . Başqa ehtimala görə, "çoğur" sözü "çağırmaq" felindən törəyib, "haqqı, Allahı çağırmaq üçün istifadə edilən musiqi aləti" mənasını verir.
Çomar
Çomar — Rəcəb Tayyib Ərdoğanı kor-koranə dəstəkləyən stereotip fanat, dindar, milliyətçi, mühafizəkar və savadsız türklərə istinad etmək üçün istifadə edilən türkcə jarqon. Bu söz əvvəlcə Anadolunun kənd yerlərində sahibinə hədsiz sədaqətləri ilə tanınan iri çoban itləri üçün istifadə edilmişdir. Buna baxmayaraq, bu, Gəzi parkı etirazlarından sonra siyasi sözə çevrilmişdir. Bu söz mahiyyət etibarı ilə "rednek"in türkcə variantıdır. Türk Dil Qurumu bu sözün başqa bir mənasını "dözümsüz, kobud, aqressiv insan" kimi vermişdir.
Çoxqar
Çoxqar – Şəki rayonu ərazisində dağ. Əyriçayın yuxarı axarından soldadır. Hündürlüyü 739 metr. Tədqiqatçıların fikrincə, əslində Çıxqar olan bu oronim qədim türk dillərindəki çik (kənar, qıraq) və kar (dağ) sözlərindən düzəlib, "kənar dağ" mənasındadır.