Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Edvard Moss
Edvard Moss (ing. Edward Moss; d. 11 iyul 1977, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Kandida Moss
Kandida R. Moss (ing. Candida R. Moss; 26 noyabr 1978, London) — İngiltərə akademiki və jurnalist. O, Əhdi-Cədid alimi və xristianlıq üzrə ixtisaslaşmışdır. Birmingem Universitetinin İlahiyyat və Din fakültəsində ilahiyyat üzrə professordur. Oksford və Yel universitetlərinin məzunu olan Moss erkən xristianlıqda əzabkeşliyin tədqiqi üzrə ixtisaslaşmışdır. Moss, Candida. Gods, Lords and Kings: the characterization of the martyrs in the early Christian Acta Martyrum (PhD). Yale University. 2008. OCLC 272271965.
Stirlinq Moss
Ser Stirlinq Krofard Moss, BİO (ing. Sir Stirling Craufurd Moss, 17 sentyabr 1929, London) — britaniyalı avtoyarışçı, 1951-ci ildən 1961-ci ilə qədər Formula-1 pilotu, 1955 Targo Florio qalibi, 24 saat Le Man pilotu. Formula 1-də öz tarixindəki ən uğursuz pilot hesab olunur: o, tez-tez çempion adı uğrunda mübarizə aparsa da çempion ola bilmir (1955-ci ildən 1958-ci ilədək mütəmadi olaraq ikinci, 1959-cu ildən 1961-ci ilə qədər isə üçüncü olmuşdur). O, Mercedes, Maserati, Vanuoll, Kuper və Lotusun sükanı arxasında 16 qələbə qazanıb.
Kerri-Enn Moss
Kerri-Enn Moss (ing. Carrie-Anne Moss; 21 avqust 1967) – Kanada aktrisası. "Matris", "Memento" və "Şokalad" filmlərindəki rollarına görə məşhurluq qazanmışdır. Kerri-Enn Moss Vankuver Kanadanın Britaniya Kolumbiyası əyalətində anadan olub. Onun Bruk adlı böyük qardaşı vardır. Ennin anası Barbara qızının adının o vaxtlar əfsanəvi hit olan Hollies-dən "Kerri Enn" mahnısından götürmüşdür. Moss həyatının böyük hissəsini anası ilə Vankuverdə keçirib. 11 yaşında o, Vankuverdə uşaq musiqi teatrında çıxış edir və sonradan Avropaya konsert turuna yollanır. O vaxtlar Enn ilə birlikdə onun sinif yoldaşı Hill Bellou da yola düşmüşdü. Turdan qayıtdıqdan sonra o, Amerikan Dram İncəsənət Akademiyasını daxil olur.
Melek Mosso
Mələk Mosso (türk. Melek Mosso) ya da gerçək adıyla Mələk Davarcı (türk. Melek Davarcı; d. 11 noyabr 1988, Kayseri, Türkiyə) — səhnə adı ilə bilinən Türkiyəli musiqiçi və musiqi müəllimi. 11 noyabr 1988-ci ildə Kayseri'də anadan olub. 7 yaşında ilk bəstəsini bəstələyərək musiqiyə başladı. 9 yaşında Dənizli Bələdiyyə Konservatoriyasında bağlama və Türk Xalq Musiqisi dərslərinə başlamışdır. Daha sonra təhsilini Gözəl Sənətlər Liseyində davam etdirdi. Liseydə yan fleyta çalmağa başladı. Universitet təhsilini Adnan Menderes Universiteti Təhsil Fakültəsi Musiqi Təlimi Bölməsində tamamladı.
Mələk Mosso
Mələk Mosso (türk. Melek Mosso) ya da gerçək adıyla Mələk Davarcı (türk. Melek Davarcı; d. 11 noyabr 1988, Kayseri, Türkiyə) — səhnə adı ilə bilinən Türkiyəli musiqiçi və musiqi müəllimi. 11 noyabr 1988-ci ildə Kayseri'də anadan olub. 7 yaşında ilk bəstəsini bəstələyərək musiqiyə başladı. 9 yaşında Dənizli Bələdiyyə Konservatoriyasında bağlama və Türk Xalq Musiqisi dərslərinə başlamışdır. Daha sonra təhsilini Gözəl Sənətlər Liseyində davam etdirdi. Liseydə yan fleyta çalmağa başladı. Universitet təhsilini Adnan Menderes Universiteti Təhsil Fakültəsi Musiqi Təlimi Bölməsində tamamladı.
Bellis mossambicensis
Gyrodoma (lat. Gyrodoma) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Gyrodoma hispida (Vatke) Wild Sinonim Matricaria hispida Vatke Brachyscome hispida (Vatke) Klatt Bellis mossambicensis Klatt Brachyscome mossambicensis Oliv.
Bidens mossii
Bidens mossii (lat. Bidens mossii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Brachyscome mossambicensis
Gyrodoma (lat. Gyrodoma) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Gyrodoma hispida (Vatke) Wild Sinonim Matricaria hispida Vatke Brachyscome hispida (Vatke) Klatt Bellis mossambicensis Klatt Brachyscome mossambicensis Oliv.
Combretum mossambicense
Combretum mossambicense (lat. Combretum mossambicense) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin kombretum cinsinə aid bitki növü.
Mossad
Mossad (ivritcə: המוסד למודיעין ולתפקידים מיוחדים) — kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı. İsrailin məxfi kəşfiyyat orqanı olan Mossad dünyanın ən effektiv və peşəkar işçi heyətlərindən birinə malikdir. 1949-cu il 13 dekabr tarixində yaradılmış, mərkəzi ofisi Təl-Əviv şəhərində yerləşir. İşçilərinin sayı 1200 nəfərə çatır. Rəhbərlərinin adı əvvəllər məxfi saxlanılsa da, XX əsrin 90-cı illərindən etibarən rəsmi şəkildə elan olunur. 2005-ci ildən etibarən Mossadın rəhbəri Meir Daqandır. Rəhbər birbaşa Malik Ab məruzə edir. İsrailin digər xüsusi xidmət orqanları: AMAN-hərbi kəşfiyyat xidməti (Rəis - Aharon Zeevi) Şin Bet (Şabak adı ilə də tanınır, (Şerut bitahon klali - "ölkədaxili təhlükəsizlik xidməti") ölkədaxilində təhlükəsizlik işlərinə cavabdehdir. Dəqiq məlum olmasa da səkkiz şöbədən ibarət olması güman edilir: Toplanış bölməsi — ən böyük bölməsidir. Bütün casusluq əməliyyatları məhz bu şöbədən idarə olunur.
Mossiniklər
Mossiniklər (q.yun. Μοσσύνοικοι) — Qara dənizin cənubunda yaşayan qədim xalq. Ksenofon onları kolxlar ölkəsindəki Kerasuntun qərbində yerləşdirir. Mossiniklərin qərbində xaliblər yaşayırdı. Ellin muzdluları mossiniklərin torpaqlarını 8 gündə keçmişdilər. Mossiniklər nəqliyyat kimi üç nəfərdən çox olmayan kiçik qayıqlardan istifadə edirdi. Mossinik döyüşçüləri kətan çantalarına bənzər tunikalar, Paflaqoniya dəri dəbilqələri, nizələr, qalxanlar və dəmir baltalar geyirdilər. Herodot xəbər verirdi ki, mossiniklərin silahlanması mosxlarınkı ilə eyni idi və qida olaraq mossiniklər çörək və şərabdan əlavə, delfin qarğıdalı mal əti və qaynadılmış şabalıddan istifadə edirdilər. Herodotun yazdığına görə, mossiniklər Əhəmənilər imperiyasının 19-cu bölgəsinin bir hissəsi idilər və İran padşahına 300 talant xərac verirdilər.
Mons
Mons və ya Bergen — Belçikanın fransızca danışılan Valloniya bölgəsində yerləşən şəhər. Zəngin bir tarixə və memarlıq mirasına sahib olan Mons 2002-ci ildən bəri Valloniya Bölgəsinin mədəniyyət paytaxtı hesab olunur. 94 964 nəfər.
Moos
Moos və ya Mustafa Əl-Əlemi (ərəb. مصطفى العلمي ‎;fr. Moustaphe Al-Alamy) (29 avqust 1974, Tuluza) — fransız müğənni və bəstəkardır. Moos Moustaphe olaraq 29 avqust 1974-cü ildə Fransanın Tuluza şəhərində mərakeşli mühacir ailəsində anadan olub. Moos 1999-cu ildə çıxardığı Le Crabe Est Érotique albomu və Délicate Chatte, Au Nom De La Rose mahnıları ilə həm AB ölkələrində, həm də Fransada böyük uğur qazandı. Moos-un hit mahnısı Au Nom De La Rose 13 aprel 1999-cu ildə Fransada buraxıldı.
Muss
Muss – şəkərlə, meyvə və giləmeyvə ekstraktından termiki emal edilmiş "M" markalı manna yarmasının və limon turşularının qarışığından alınır. Quru muss bişirildikdən sonra çalınır ki, bu zaman xörəyin müvafiq köpükvari konsistensiyası alınır. Manna yarmasının zülalları köpükyaradıcı başlanğıc sayılır.
Oss
Oss — (nid. Oss) - Niderlandda yerləşən kiçik şəhərdir.
Dayana Ross
Dayana Ross (26 mart 1944[…], Detroyt, Miçiqan), Amerikalı müğənni və aktrisa. Fəhlə bir ata ilə müəllim bir ananın uşağı olaraq dünyaya gələn Dayana Ross uşaqlığını Alabamada keçirdi. 14 yaşındaykən ailəsiylə birlikdə Detroyta köçdülər. Yanvar 1962-ci ildə Ross, "Cass Technical High School"dan məzun oldu. Eyni illərdə musiqi karyerasını da cəmləşdirməyə başlayan sənətçi qonşuları olan Mary Vilson, Florens Ballard, və sonradan Supreyms və The Temptations adlarını alacaq olan Betti McGlovn ilə yerli icmaların meydana gətirib soul üslubunda sıxlaşan bir çox musiqi işlərinə imza atdı. Albomları The Beatlesdan sonra ən çox satan ikinci albom oldu. 1959-cu ildə başlayan Supremes macərasından sonra 1970-ci illərdə solo işlərinə başladı. 1972-ci ildə özünə Oskar namizədliyi gətirən Lady Sings the Blues adlı filmdə rol aldı. Yayımladığı bir çox albom və bir çox mahnı həftələrcə siyahı başında qaldı. İşləriylə müxtəlif mükafatlar qazanan Ross, 1971-ci ilin avqustunda meneceri Robert Ellis Silberstein ilə evləndi.
Desmond Doss
Desmond Doss (ing. Desmond Thomas Doss; 7 fevral 1919 – 23 mart 2006) — İkinci Dünya Müharibəsi veteranı, ABŞ-nin ən yüksək hərbi mükafatı - Şərəf medalı ilə təltif edilən üç vicdanlı hərbi xidmətdən imtina edən şəxsdən birincisi. Təltif edildiyi qəhrəmanlıq hərəkətləri zamanı o, ABŞ ordusunda 77-ci piyada diviziyasının 307-ci alayının tibb hissəsinə təyin edilmiş kapral olmuşdur. Desmond Doss 7 fevral 1919-cu ildə Linçburqda dülgər Uilyam Tomas Dossun və adi ayaqqabı fabrikində işləyən Berta Edvard Oliver Dossun ailəsində anadan olub. O, Yeddinci günün adventistlərinin prinsiplərinə uyğun olaraq böyümüş və 21 yaşında artıq kilsədə diakon və həmçinin vegetarian idi. Hərbi xidmətə götürülməzdən əvvəl o, Newport News Shipbuilding-də işləyib. İmanın təsiri ilə o, vicdanlı şəkildə hərbi xidmətdən imtina etdi - özünə silah gəzdirməyi və üstəlik, insanlara münasibətdə ondan istifadə etməyi özünə qadağan etdi. Ondan hərbi xidməti təxirə salmağı xahiş etdilər, lakin o, rədd etdi, çünki o, müharibə və qətllərin əleyhinə olsa da, inancının icazə verdiyi qədər vətənə xidmət etmək istəyirdi. Nəhayət, hərbi rəhbərliyin xahişindən sonra o, 77-ci Piyada diviziyasının 307-ci Piyada alayına komandir təyin edildi. Silah gəzdirməkdən imtina etdiyinə görə, Doss tez-tez həmkarları tərəfindən ələ salınır və hücuma məruz qalır, rəsmi vəzifəsini yerinə yetirməməkdə günahlandırılır.
Foss (Fransa)
Foss (fr. Fosses) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 9.998 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 29 km şimalında, Serji bələdiyyəsinin 32 km şərqində yerləşir.
Hugo Boss
Hugo Boss AG Kişi və qadın geyim mövzusunda ixtisaslaşmış, Metzingen mərkəzli xalqa açıq hazır geyim istehsalçısıdır. Adını qurucusu moda dizayneri Hugo Bossdan almışdır. Hugo Bossun hal-hazırda 110 ölkədə ən az 6100 satış nöqtəsi vardır. Hugo Boss AG 1,000 dən çox mağaza və fəaliyyət dükanı ilə təxminən 330 pərakəndə mağazalarına malikdir. 2008-ci ildən bu yana, Hugo Boss cib telefonları və əlaqədar aksesuarları inkişaf etdirməkdə və eyni zamanda Boss markası altında bir uşaq moda kolleksiyası başlatmışdır. Samsung Electronics və HTC Corporation ilə bir razılaşması olmuşdur. Hugo Boss, 1924-ci ildə Stuttgartın kiçik bir qəsəbəsi olan Metzingendə geyim firması olaraq işə başladı. Ancaq zamanın Almaniyasında iqtisadi böhran səbəbiylə, 1930-ci ildə iflasa məcbur oldu və yeni bir iş qurmaq məqsədi ilə 1931-ci ildə Nasist partiyasına üzv oldu. SA, SS, Hitler Gəncliyi, NSKK və digər partiya təşkilatlarına lisenziyalı forma (rəsmi tədarükçüsü) etdi. 1933-ci ildə Adolf Hitlerin yüksəlişi ilə birlikdə, Bossun işi də inkişafa başladı.
Lian Ross
Lian Ross (almanca: Josephine Hiebel, 8 dekabr 1962, Hamburq) — Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən məşhur mahnıları "Fantasy" və "Say You'll Never" mahnılarıdır. 2005-ci ildə "Ən yaxşı və daha çoxu" adlı hit sinqllarının və seçim mahnılarının bir tərtibatı çıxmışdır.
Mass-spektrometriya
Mass-spektrometriya - maddələrin ionlaşmış hissəciklərinin kütləyə görə xüsusi analizatorlarda ayrılmasına əsaslanan fiziki analiz növü. Mass-spektrometriya kütlə spektrlərini, atomların kütlə ədədlərini dəqiqləşdirməyə, yeni izotoplar aşkar etməyə, müxtəlif obyektlərdə izotopların yayılmasını müəyyən etməyə imkan verir. Kütlələrin spektrini qeydə almaq sistemindən asılı olaraq üsul mass-spektroskopiya (işıqlanan ekranda kütlələrin bütün spektrinin alınması) və ya mass-spektroqrafiya (fotoplastinkadan istifadə etdikdə) adlanır. Mass-spektrometriya yeni izotopların identifikasiyası üçün əlverişli üsuldur. Geologiyada süxur, mineral, filiz, sularda element izotoplarının yayılmasının anomal nisbətlərinin tədqiqinin bütün hallarında mass-spektrometriya izotop tədqiqatlarının əsas üsulu kimi istifadə edilir. İzotop tərkibinin variyasiyaları nümunədə radiogen izotopun yığılması, ya da müxtəlif geoloji proseslərinin təsiri, temperatur fərqləri, genezis və b. faktorlarla bağlıdır. Mass-spektrometriya (mass-spektroskopiya, mass-spektroqrafiya, mass-spektrometrik tədqiqat, analiz və.s) ionlaşma zamanı əmələ gələn təcrübə komponentlərinin marağını əks etdirən ionların kütlələrinin enerjiyə olan nisbətini təyin etməyə əsaslanan maddələrin tədqiqat metodudur. Maddənin keyfiyyət identifikasiyasının güclü üsullarından biri olub, kəmiyyəti təyin etməyə də imkan verir. Demək olar ki, mass-spektrometriya — təcrübədə olan molekulun "tərəzidə çəkilməsidir." Bütün mass-spektrometrlər – vakum cihazlarıdır, bir halda ki, ionlar yad molekulların iştirakı zamanı ionlar qeyri-sabitdirlər.
Mass Effect
Mass Effect (azərb. Kütlə təsiri‎) — Keysi Hadson, Dryu Karpişin və Preston Vatamanyuk tərəfindən yaradılan elmi fantastika media franşizası. Franşiza bəşəriyyətin və bir neçə yadplanetli sivilizasiyanın inkişaf etmiş əvvəlki bir sivilizasiyasının geridə qoyduğu texnologiyadan istifadə edərək Süd yolu qalaktikasını kolonizasiya etdiyi bir alternativ kainatı təsvir edir. Franşizanın əsası "BioWare" tərəfindən inkişaf etdirilmiş və "Electronic Arts" tərəfindən yayımlanmış bir sıra videooyun ilə qoyulur. Seriyanın hər bir epizodu rol oyunu elementlərinə malik üçüncü şəxs atıcıdır. İlk üç epizodu oyunçu personaj olan Komandir Şepardın qalaktikanı "oraqçılar" adlanan qədim, qışlayan maşınlardan ibarət bir irqdən qurtarmağa çalışdığı bir trilogiya təşkil edir. Seriyanın ilk videooyunu olan "Mass Effect" (2007) Şepardın oraqçıların agentlərindən olan Saren Arterius haqqında apardığı istintaqı təsvir edir. "Mass Effect 2" (2010) birinci epizoddan iki il sonrakı kainatda cərəyan edir və Şepard ilə qüvvələrinin oraqçıların geri qaytarılmasını asanlaşdırmaq üçün insan koloniyalarını qaçıran yadplanetli "kollektorlar" irqi ilə apardığı mübarizəni təsvir edir. Orijinal trilogiyanın son epizodu olan "Mass Effect 3" (2012) oraqçılar ilə qalaktikanın qalan hissəsi arasındakı müharibəni təsvir edir. Dördüncü oyun olan "Mass Effect: Andromeda" (2017) yeni bir mövzuya və personajlara sahibdir.
Miss Azərbaycan
Miss Azərbaycan Milli Gözəllik yarışması — (Miss Azerbaijan) Azərbaycanda ölkənin ən gözəl xanımını seçim məqsədi ilə keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib. “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri Azərbaycanda 1996-cı ildən etibarən keçirilir. “Miss Azerbaijan” müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Müsabiqənin qalibləri və finalçıları beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə geniş imkan yaradır və “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı “MISS & MISTER AZERBAIJAN”-dır.
Miss Dünya
Miss Dünya (ing. Miss World) — dəvam edən ən qədim gözəllik müsabiqəsidir. O, Birləşmiş Krallıqda 1951-ci ildə Erik Morley tərəfindən yaradılıb.. 2000-ci ildə vəfatından sonra Morleyin həyat yoldaşı Culiya Morley müsabiqəyə həmsədrlik edir. Miss Kainat, Miss Beynəlxalq, Miss Böyük Beynəlxalq, Miss Sözügedən və Miss Yer ilə yanaşı, 6 Böyük Gözəllik Müsabiqəsindən biridir. Mövcud Miss Dünya 8 dekabr 2018-ci ildə Çinin Sanya şəhərində mükafatlandırılmış meksikalı Vanessa Ponsedir. O, Miss Dünyanı qazanan ilk meksikalı qadındır .
Mons Meg
Mons Meg — XV əsrdə düzəldilmiş dünyanın ən böyük toplarından biri. Top Burqund hersoqunun göstərişi ilə 1449-cu ildə düzəldilib və 1454-cü ildə Şotlandiya kralı II Ceymsə hədiyyə edilmişdir. Şotlandiyanın Edinburq qalasında saxlanılır. Topun ağırlığı 6 ton, mərmilərinin ağırlığı isə 150 kq-dır. Top 2 km uzaqlığa qədər atəş açmaq xüsusiyyətinə malikdir. Güllələrdən bir neçəsi indiyə qədər topun yanında nümayiş etdirilir. Top Belçikada Mons adlanan ərazidə düzəldildiyi üçün Mons Meg adlandırılmışdır. İlk dəfə XV əsrdə Edinburq qalası mühasirəyə alınan zaman, qalanın müdafiəsi üçün ingilislərə qarşı istifadə edilmişdir. Mons Meg son olaraq XVII əsrdə salamlama üçün atəşfəşanlıq mərasimində istifadə edilmişdir. 1754-cü ildə London qülləsinə aparılan top, 1829-cu ildə yenidənə öz yerinə, Edinburq qalasına qaytarılmşdır.
Mons Selmerlöv
Mons Petter Albert Semerlöv (isv. Måns Petter Albert Zelmerlöw; doğ. 13 iyun 1986) - isveçli pop musiqiçisi, teleaparıcı, müğənni və aktyor. O, Idol 2005 yarışmasına qatılaraq beşinci yeri tutmuş, “Let's Dance” yarışmasının birinci mövsümünü isə birinci yerdə bitirmişdir. “Stand by for” adlı ilk albomundan çıxardığı “Cara Mia” adlı ilk sinqlla “2007 Melodifestivalen” yarışmasına qatılan Mons bu yarışmanı üçüncü yerdə bitirmişdir. 2011-2013-cü illərdə Selmerlöv “Allsång på Skansen” adlı televiziya şousunun aparıcısı olmuşdur. 2007, 2009 və 2015-ci illərdə “Melodifestivalen” yarışmasına qatılmış Mons üçüncü dəfə yarışmanın qalibi olmuşdur. 2015-ci ildə “Heroes” mahnısı ilə İsveçi Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Selmerlöv 365 xalla müsabiqənin qalibi olmuşdur və onun topladığı xal göstəricisi Avroviziya Mahnı Müsabiqəsi tarixində üçüncü ən böyük göstərici olmuşdur. Lund şəhərində doğulmuş Mons Selmerlöv Lund Universitetinin professoru Bircitta Sahlen və cərrah Sven-Olof Selmerlövün övladıdır. Lund şəhərində oxuduğu gimnaziyada musiqi təhsili almış Mons məktəb xorunda iştirak etmişdir.
Mont-Ross
|Şəkil = Kerguelen MontRoss.JPG |Şəklin izahı = |lat_dir = S|lat_deg = 49|lat_min = 36|lat_sec = |lon_dir = E|lon_deg = 69|lon_min =30 |lon_sec = |CoordScale = |Ölkə = Fransa |Vilayət = |Ada = |Dağ sistemi = |Dağ silsiləsi = |Vulkan forması = |Növü = Startovulkan |Püskürmə tipi = |Kraterin diametri = |Kraterin dərinliyi = |Əmələgəlmə dövrü = |Yaşı = |İlk püskürmə = |Son püskürmə = |Tərkibi = |Mütləq hündürlüyü = 1840 |Yer xəritəsi = Fransa Kergelen |Yer xəritəsi 1 = }} Ross vulkanı (fr. Mont Ross) — Kergelen adasında yerləşən vulkan. Vulkanın hündürlüyü 1840 metrdir. Vulkan adanın cənubunda, Qaleni yarımadasında yerləşir. Mont-Ross iki zirvəyə sahibdir - Qran-Ross və Peti-Ross (1721 m). Vulkan Kuk buzlağı ilə örtülmüşdür. O, 1840-cı ildə Kergelen adasını ziyarət etmiş Ceyms Klark Rossun şərəfinə adlandırılmışdır. Zirvə ilkdəfə 1975-ci ildə fəth edilmişdir. Vulkanın hər iki zirvəsinə isə eyni anda 2006-cı ilin dekabrında çıxılır.
Mose Canaşvili
Moisey Georgiyeviç Canaşvili (19 (31) mart 1855, Əlibəyli – 19 aprel 1934, Tiflis) — tarixci-etnoqraf. Tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi. 19 mart 1855-ci ildə Zaqatala dairəsinin Əlibəyli kəndində (Qax rayonunun Əlibəyli kəndi) ingiloy kəndlisi Georginin ailəsində anadan olmuşdur.
Moso adası
Moso adası (ing. Moso) — Yeni Herbrid adaları qrupuna daxil olan və Vanuatuya məxsus olan ada. İnzibati cəhətdən Şefa vilayətinə daxildir. Lelepa adası yaxınlığında Xavannax adlı limana sahibdir. İkinci Dünya müharibəsi zamanı liman koordinasiya mərkəzi idi və çoxlu sayda ordu saxlanılırdı. Burada hələdə əshərlərin müşahifə etmək mümkündür. Moso arxipelaqın mərkəzi hissəsində yerləşir. Adadan bir qədər aralıda Efate, Nquna, Pele, Emao və Lelepa adaları yerləşir. İlk əvvəllər adada 7 kənd olmuşdur. Misionerlər gələrkən Suane adasında məskunlaşırlar.
Ronald Ross
Ronald Ross (13 may 1857[…], Almora[d], Britaniya Hindistanı – 16 sentyabr 1932[…], London) — Fiziologiya və ya tibb sahəsində 1902-ci ildə Nobel mükafatı laureatı Ronald Ross 1857-ci ildə Hindistanda zabit ailəsində doğulmuşdur. 8 yaşında ikən təhsil almaq üçün İngiltərəyə yola düşən Ross atasının təkidilə Tibb Kollecinə daxil olmuş və 1881-ci ildə "Hindistan Tibb Xidməti" adlı təşkilatda çalışmağa başlamışdır. Burada işlədiyi ilk dövrlərdə ədəbiyyatla da məşğul olmuş, hekayə və romanlar yazmışdır. Bununla yanaşı, malyariya xəstəliyinin törədiciləri barədə tədqiqatlar aparmışdır. Bu məqsədlə İngiltərədə bakteriologiya kurslarına daxil olan Ross, daha sonra Hindistana qayıdaraq tədqiqatlarını davam etdirmişdir. 1880-ci ildə Şarl Levran malyariya törədicisinin plazmodiya adlı birhüceyrəli parazit olduğunu aşkara çıxarmışdı. Müasir elmi məlumatlara əsasən, plazmodiyalar insanın eritrositlərinə (qırmızı qan hüceyrələri) toplanır və orada cinsiyyətsiz çoxalır. Daha sonra isə bu plazmodiyalar çoxalaraq aypara şəkilli forma alırlar. Yoluxdurucular xəstələnmiş şəxslərdən ağcaqanadlar vasitəsilə sağlam insanlara keçir. Plazmoidlərin cinsi inkişafı ağcaqanadlarda həyata keçdiyindən, insan onlar üçün aralıq sahib hesab edilir.
Fridrixs Boşs
Fridrixs Boşs (7 fevral 1887 — 12 fevral 1950) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Fridrixs Boşs Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Fridrixs Boşs birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Moşe Dayan
Moshe Dayan (ivr. ‏משה דיין‎‏‎; 20 may 1915 – 16 oktyabr 1981) — İsrail hərb və dövlət xadimi. Moşe Dayan Fələstində yəhudi kəndində doğulmuş və bütün gəncliyini öz kəndlərini ərəblərdən qorumaqda, sonra isə partizan müharibəsində keçirmişdi. Moşe Dayan XX əsrin 30-cu illərin ortalarında ingilis batalyonlarında sərt təcrübə məktəbi keçmişdir. İkinci dünya müharibəsində ingilis ordusunda iştirak edərkən binokluna dəyən güllə nəticəsində bir gözünü itirmişdi. Moşe Dayan 1945-ci ildə zabit rütbəsində tərxis olunub Fələstinə gəlir. O zaman Fələstin ərazisində 1 milyon 200 min ərəb, 650 min yəhudi yaşayırdı. Bura ingilislərin əlində idi. Lakin onlar BMT-nin qərarı ilə ölkədən çıxıb getdikdən sonra ərəblərlə yəhudilər arasında ölkəyə sahib olmaq, daha doğrusu, burada mövcud olmaq uğrunda gərgin mübarizə başlandı. Moşe Dayan 1948-ci il yanvarın 10-da ərəb azadlıq ordusu yarandı.
Moşe Kastel
Moşe Kastel (ivr. ‏משה קסטל‏‎; 1909[…], Qüds – 12 dekabr 1991 və ya 1992, Tel-Əviv) — İsrailli rəssam. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Ailənin kökləri 1492-ci ildə İspaniyadan yəhudilərin çıxarılmasından sonra Müqəddəs torpaqlara köçən Kastiliyadan olan ispan yəhudilərinə gedib çıxır. Atası Əl Xəlildə anadan olmuşdur. O, Qüdsdə Nahalat Şiva və Buxari semestrində Səfərad yəhudiləri üçün məktəb açdı. Moşe atasının təhsil aldığı Buxari məhəlləsində böyümüşdür. 13 yaşındaykən 1921-ci ildən 1925-ci ilə qədər təhsil alan Bezalel İncəsənət Məktəbinə daxil oldu. Məktəbin rəhbəri Boris Şatz idi.
Moşe Katsav
Moşe Katsav (ivr. ‏משה קצב‏‎), Musa Qəssab (fars. موسی قصاب‎; 5 dekabr 1945, Yəzd) — İsrailli siyasətçi. O, səkkizinci İsrail prezidenti kimi xidmət edib. Musa Qəssab adıyla İranın Yəzd şəhərində dünyaya gəlibdir.
Moşe Nissim
Moşe Nissim (ivr. ‏משה נסים‏‎; 10 aprel 1935, Qüds) — İsrailli siyasətçi, vitse-baş nazir. Moşe Nissim Fələstində anadan olub. Qüds Yəhudi Universitetində hüquq təhsili almış və milli xidməti müddətində İsrail Müdafiə Qüvvələrində ədliyyə məmuru vəzifəsində çalışmışdır. 1955–1973-cü illərdə İsrailin Sefardi Baş Rabbi vəzifəsini icra edən Rabbi İshaq Nissimin oğludur.
Moşe Yalon
Moşe Yalon (ivr. ‏משה יעלון‏‎; 24 iyun 1950) — İsrail siyasətçisidir və İsrail Müdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisidir, eyni zamanda 2013-cü ildən 20 may 2016-cı il tarixədək istefaya qədər İsrailin Müdafiə naziri vəzifəsini icra edib. Yalon, Knessetə 2019-cu ildə Mavi və Ağ partiyanın sayca üç üzvü olaraq, keçmiş İFF qərargah rəisi Benni Qantz və Yeş Atidin başçılıq etdiyi İsrail Müqavimət Partiyasının birləşməsi ilə yaradılan ortaq bir siyahı olaraq namizəd oldu.
Moşu Göyəzənli
Moşu Göyəzənli - dramaturq Vaqif Səmədoğlunun "Bəxt üzüyü" pyesinin əsas qəhrəmanlarından biri. Şair və aşıq. 1991-ci ildə Azərbaycanın xalq şairinin eyni adlı pyesi əsasında lentə alınmış "Bəxt üzüyü" filmində eyni adlı və yüngül şairlik qabiliyyətinə malik, vətənpərvər, özünə xalq şairi deyən, Mehtər Babasının poemasını bitirə bilməyən, “xoşbəxtliy”ə qafiyə axtaran personaj. Moşu Göyəzənli Qazaxda doğulmuşdur. Həyat yoldaşı Söylüdən 6 oğul uşağı vardır və biri də dünyaya gəlmə ərəfəsindədir. Zəif bir şair olsa belə eyni zamanda güclü vətənpərvərdir və aşıqdır. Sözünü deyən, əsəbi və həyat yoldaşına xəyanət etməyən namuslu kişi xarakterinə malikdir. O, zəif sözbaz olduğu qədər də sadəlövhdür. Xoşbəxtliyə qafiyə axtararaq öz-özünü və ətrafındakıları aldadır.