MOSU

mosu qoz:
(Ucar)
iri qoz növü. – Mosu qozun ləpəsi bö:ük olur
MOSMOTU
MOŞ
OBASTAN VİKİ
Echinops mosulensis
Echinops chardinii (lat. Echinops chardinii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Echinops mosulensis Rech.f. Echinops mosulensis var. papillosus Mozaff.
Mixo Mosulişvili
Mixo (Mixail) Anzoroviç Mosulişvili (gürc. მიხო მოსულიშვილი; 10 dekabr 1962, Araşenda[d], Kaxetiya) — gürcü yazıçı və dramaturq. O, 1986-cı ildə Tbilisi Dövlət Universitetinin geoloji-coğrafiya fakultetinin geoloq-mühəndis ixtisasını bitirmişdir. Daha sonra o, geoloq kimi çalışmış və müxtəlif qəzetlərdə jurnalist kimi fəaliyyət göstərmişdir. Gürcü dilində bir neçə hekayələr, roman və pyesləri nəşr etmiş və Boris Akunin üç romanını tərcümə etmişdir. Gürcüstanda onun əsərləri televiziya, radio və teatrlarında təqdim olunmuşdur. Bundan əlavə, onun bəzi bədii əsərləri latış, ingilis, alman, erməni və rus dillərinə tərcümə edilmişdir.
Mosul
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.
Mosul (Zaqatala)
Mosul — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd 9 obadan ibarətdir. Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, məscid, 2 kitabxana, futbol meydançası, müasir tipli ATS, poçt vardır. Tarixi abidələr: 1781-ci ildə Ədür-Rəhman Bədəvi, Hüseyin və Məhəmməd Çərdəklilər tərəfindən tikilmiş məscid, 6 hücrə, 2 qədim qəbristanlıq. Mosul kəndi, rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir. Əliabad qəsəbəsi, Yengiyan və Kəpənəkçi kəndləri, cənubdan isə Alazan çayı sərhəd olmaqla Gürcüstan Respublikası ilə həmsərhəddir. Kəndin ərazisi 2302,6 hektardir. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən kənddə 2.939 nəfər (1.454 nəfəri kişilər, 1.485 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən kənd əhalisi 3.009 nəfərdir. Rəsmi məlumata əsasən kənd əhalisinin əksəriyyətini azərbaycanlılar, qeyri-rəsmi məlumatlara əsasən isə ingiloylar təşkil edir.
Mosul (dəqiqləşdirmə)
Mosul — İraqda şəhər. Mosul (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Mosul Atabəyləri
Zəngilər — 1127-ci ildə Levant bölgəsində qurulmuş dövlətdir. Adları qədim mənbələrdə "sanqi" şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngiçay da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Vəlixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir. Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi, lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş. Prof.
Mosul muzeyi
Mosul Muzeyi - İraqın Mosul şəhərində yerləşən, ölkənin ikinci ən mühüm muzeyidir. Muzeyin əsası 1952-ci ildə qoyulmuşdur. 2003-cü il İraq müharibəsi zamanı muzey ciddi talana məruz qalmışdır. Müharibədən sonra bərpa edilmiş muzey 2014-cü ildə yenidən açılmış, lakin, 2014-cü ildə Mosulun İraq Şam İslam Dövlətinin nəzarətinə keçməsi ilə muzey də ekstremist-islamçıların əlinə keçmişdir. İslamın dini qaydalarını əsas gətirdiyini iddia edən İŞİD muzeydə saxlanan dəyərli tarixi eksponatları məhv etmişdir. 26 fevral 2015-ci ildə İŞİD dəyərli artefaktların məhv edilməsini əks etdirən video yaymışdır. Directorate-General of Antiquities: Mosul Museum. Government Press, Bagdad 1958. Ministry of Culture & Guidance Directorate-General of Antiquities: Guide book to Mosul Museum. 2.
Mosul muzeyi artefaktlarının dağıdılması
Mosul muzeyi artefaktlarının dağıdılması 26 fevral 2015-ci ildə İŞİD tərəfindən dağıntıları əks etdirən videonun yayımlanması zamanı məlum olmuşdur. 1952-ci ildə açılmış Mosul muzeyi İraq Milli Muzeyindən sonra ölkənin ikinci böyük muzeyidir. Muzey əsasən dörd istiqamətdə toplanmış kolleksiya və onlara həsr edilmiş zallarla məşhurdur: Assuriya zalı, Hatra zalı, İslam zalı və Qədim dövr zalı. Müasir İraq dövlətinin sərhədləri tarixi Mesopotamiyanın demək olar bütün ərazisini əhatə edir. Ən qədim şəhərsalma mədəniyyəti mərkəzlərindən biri olan Mesopotamiyada insan yaşayış məntəqələrinin tarixi e.ə. IV minilliyə kimi gedib çatır. “Şəhər” yeni sosial sistemin mərkəzinə çevrilməklə mərkəzləşdirmə həyata keçirən güclərin mərkəzi kimi formalaşırdı. Bədii baxımdan İraq torpağı stilləşdirilmiş təsvirlərdən insan fiqurunun daha realistik təsvirlərinə keçid dövrünə şahidlik etmişdir. Həmin dövrlərdə bu ərazidə ilk dəfə yazının yaranması ilahi fiqurları təsvir etməyə və dini nəzəriyyələşdirməyə imkan vermişdir. Arxeoloji qazıntılar nəticəsində Mesopotamiyada Bibliya hekayələrində təsvir edilən hadisələr qədər qədim artefaktlar aşkarlnmış, əldə edilmiş mixi yazılı kitabələrdən isə Bibliya hekayələrinin daha qədim variantları öyrənilmişdir.
Mosul mübahisəsi
Mosul mübahisəsi və yaxud Mosul münaqişəsi, Mosul problemi (1918-1926) - Böyük Britaniya və Türkiyə arasında Birinci Dünya müharibəsindən əvvəl Osmanlı imperiyasının tərkibinə daxil Mosul vilayətinin Kərkük, Ərbil və Süleymaniyyə bölgələri ilə birlikdə Mosulun neft bölgəsinin mülkiyyəti ilə bağlı ərazi məsələsi. Mosul vilayəti I Dünya müharibəsinin sonuna qədər, İngiltərə tərəfindən işğal edilənədək Osmanlı imperiyasının tərkibində olub. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra yeni Türkiyə Cümhuriyyəti Mosulu Misak-i Milli adı ilə anılan "Əhd-i Milli Bəyannaməsini"ndə müəyyən edilmiş mühüm məsələlərdən biri hesab edirdi. İngiltərə daimi müqavimət göstərməsinə baxmayaraq, məsələni beynəlxalq arenaya çıxara bildi və onu Türkiyə ilə İraq arasında sərhəd probleminə çevirə bildi. 1924-cü il mayın 19-da Türkiyə ilə İngiltərə arasında İstanbul konfransı keçirildi. Konfransda Türkiyə tərəfi Mosulun tarixən həmişə Osmanlı ərazisi olaraq qaldığını və Birinci Dünya müharibəsinin sonunda bu vəziyyətin dəyişmədiyini, əyalət əhalisinin üçdə ikisinin müsəlmanlardan ibarət olduğunu, milliyətcə türk və kürdlərin üstünlük təşkil etməsini bildirərək buna görə Mosulun tarixi, hərbi və etnik səbəblərə görə Türkiyə sərhədləri daxilində qalmağını əsaslandırdı. Böyük Britaniya tərəfi Türkiyə dövlətinin tələbini tamamilə rədd etdikdən sonra İstanbul konfransı buraxıldı. Mübahisə Millətlər Liqası səviyyəsinə qaldırıldı. Burada Türkiyə tərəfi İstanbul konfransında öz tezislərini təkrar edərək referendum (ümumi referendum) keçirilməsini tələb etdi. İngiltərə də bölgə əhalisinin siyasi mövqeyi olmadığını bildirərək plebissit tələbinin rədd edilməsinə nail oldu.
Mosul müharibəsi (2016)
Fəth əməliyyatı və ya Fəttah əməliyyatı, daha çox Mosul müharibəsi, adı ilə tanınmış toqquşmalar. Döyüşlər Mosul şəhərini nəzarəti altında saxlayan İraq Şam İslam Dövlətinə qarşı, müttəfiq qüvvələr tərəfindən aparılır.
Mosul qəzası
Mosul qəzası (ərəbcə: قضاء الموصل) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın və mühafazanın inzibati mərkəzi Mosul şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 4.471 km² ərazini əhatə edir. İnzibati cəhətdən altı nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Mosul nahiyyəsi (ərəbcə: قضاء الموصل), Başixa nahiyyəsi (ərəbcə: ناحية بعشيقة), Şura nahiyyəsi (ərəbcə: ناحية الشورة), Hamam əl-Əlil nahiyyəsi (ərəbcə: ناحية حمام العليل), Kiyarra nahiyyəsi (ərəbcə: ناحية القيارة) və Məhəlləbiyə nahiyyəsi (ərəbcə: ناحية المحلبية). 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Mosul qəzasının əhalisi 1.588.428 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Mosul qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 51.13%-ni təşkil edirdi.
Mosul sancağı
Mosul sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Mosul şəhəri idi. Vilayet de Mossoul. — Sandjak de Mossoul, page 814–846. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Mosul vilayəti
Mosul vilayəti — Osmanlı İmperiyası tərkibində, 1878–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Mosul şəhəri idi. Vilayət inzibati cəhətdən 3 sancağa bölünürdü: Mosul sancağı Şəhr-i Zor sancağı Süleymaniyə sancağı Vilayet de Mossoul, page 761–875. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Mosul şəhəri
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.
Mosul əməliyyatı (2016)
Mosul əməliyyatı (ərəb. معركة الموصل‎) - İraq ordusu, Kürdüstan Regional Hökumətinə tabe olan silahlı birləşmələr və xarici koalisiyanın dəstəyi ilə Mosul şəhərinin İraq Şam İslam Dövlətinin nəzarətindən çıxarılması uğrunda aparılan hərbi əməliyyat. Döyüşlər Biz Nineviyaya gəlirik (ərəb. قادمون يا نينوى‎; Qadimun Ya Naynawa) şüarı altında 2016-cı ilin 16 oktyabr tarixində başlanıb. 2014-cü ilin iyun ayında İraq Şam İslam Dövlətinin İraq ordusu ilə apardığı 6 günlük müharibə nəticəsində şəhər İŞİD-in nəzarəti altına keçib və həmin tarixdən sonra şəhərin azad olunması üçün aparılan əməliyyatlarda bir nəticə əldə olunmayıb. Mosul şəhərinin itirilməsi 2003-cü ildə ABŞ-nin İraqdakı Səddam Hüseyn rejiminə qarşı apardığı hərbi əməliyyatlardakı məğlubiyyətlərdən sonra ikinci ən böyük məğlubiyyət hesab olunur. Mosul şəhərinin azad olunması üçün 2015-ci ildə keçirilmiş Mosul əməliyyatı və 2016-cı ilin mart ayında başladılmış Mosul uğrunda əməliyyatda ciddi nəticələr əldə olunmamış, şəhər əvvəlki kimi İraq Şam İslam Dövlətinin nəzarəti altında qalmışdır. Müttəfiq qüvvələr əvvəlki iki əməliyyatda Mosul ətrafında yerləşən qəsəbə və kəndləri azad etməyə nail olmuşdular. Mosul müharibələrdən əvvəl 1.5 milyon əhalisi ilə İraqın ən böyük üçüncü şəhəri hesab olunurdu. İraq Şam İslam Dövlətinin özünə paytaxt olaraq elan etdiyi Suriya ərazisində yerləşən Əl-Rəqqa şəhəri ilə birlikdə Mosul, İŞİD nəzarətində olan ən böyük iki şəhərdən biridir.
Mosul əməliyyatı (2016-17)

Mosullu oymağı
Mosullu oymağı — Ağqoyunlu və Səfəvi imperiyalarında fəaliyyət göstərmiş ən aktiv türk tayfalarından biri. Səfəvi imperiyası zamanı Qızılbaş tayfalarını təşkil edən tayfalardan biri olmuşdur. Səfəvi imperiyasında daha çox Türkman adı ilə anılan Mosullu tayfa bir neçə şahın anasının çıxdığı tayfa olmuşdur. Adın kökəni Mosul bölgəsindən gəlməkdədir. Türk tarixçisi Tufan Gündüz və Con E. Vudsun bildirdiyinə görə, Mosullu tayfası Ağqoyunlu imperiyasına hakimlik edən 3 əsas tayfadan biri olmuşdur. Digər iki tayfa isə Pörnək və Bayandurlu tayfası idi. Onların əsas nəzarət etdikləri ərazilər Diyarbəkir ilə İrəvan ətraflarında olmuşdur. Onlar ilk əvvəllərdə, yəni 1451-ci ildə Ağqoyunlu bəyliyində varislik üstündə münaqişə meydana çıxdığı zaman Qara Yuluq Osman bəyin oğlu Həmzə bəy ilə Şeyx Həsəni dəstəkləmiş, lakin daha sonralar öz dəstəklərini Uzun Həsənə yönəltmişdirlər. 1475-ci ildə Uzun Həsənin qardaşı Üveysin məğlub edilməsindən sonra Urfa şəhəri Mosullu tayfasına verilmişdir. Səfəvi imperiyasının formalaşmasında da Mosullu tayfası mühüm rol oynamışdır.
Mosuo etnik qrupu
Mosuolar (çin. ənən. 摩梭, pinyin: Mósuō) — çox vaxt özlərini Na kimi də təqdim edirlər, Çinin Yunnan və Siçuan əyalətlərinin Tibet sərhədi yaxınlıqlarında yaşayan kiçik bir etnik qrupdur. Təqribən 40.000 nəfər əhalisi olab bu qrup Yongning bölgəsi və Lugu gölü ətrafında məskunlaşmışlar. Mosuoların tamamilə fərqli mədəniyyəti olmasına baxmayaraq, Çin hökuməti onları Naxilərlə eyni azlıq qrupa daxil etmişdir. Mosuolar anaxaqanlığı (matriarxat) həyat tərzinə malikdirlər. Mosuo mədəniyyəti əsasən anaxaqanlığının saxlandığı yeganə azlıqlardan biridir. Həqiqətdə bir çox ailədə qadınların ailənin rəisi qəbul edilməsi, mülkiyyətin qadın nəsli yolu ilə keçməsi, ticarət qərarlarının qadınların qəbul etməsi kimi Mosuo mədəniyyəti bir çox matriarxal xüsusiyyətlər daşıması ilə yanaşı, siyasi gücün daha çox kişilərin əlində cəmlənməsi onların tam olaraq matriarxal olmadıqlarını göstərir. Mosuolar daha çox əkinçiliklə məşğul olurlar. Bunun izlərinə gündəlik həyatda daha çox rast gəlmək olar.
Mosuolar

Musa sultan Mosullu-Türkman
Musa sultan Mosullu-Türkman —Mosullu türk tayfasından olan qızılbaş əmiri. O, I Təhmasibin dövründə Təbriz və ya Azərbaycan bəylərbəyiliyinin bəylərbəyi olmuşdur. Musa Soltanın aid olduğu Mosullu tayfası Ağqoyunlu dövlətinin əsas tayfalarından biri olmuşdur. Musa Soltanın babası Bəkr bəy Mosullu (ö. 1491) Ağqoyunlu hökmdarı Sultan Yaqubun dövründə Astarabad hakimi və hökmdarın sadiq sərkərdələrindən biri olmuşdur. Musanın atasının adı İsa bəy idi. Bəzi mənbələrin bildirdiyinə görə, I Təhmasibin arvadı Sultanım Bəyim Musa Sultanın qızı olmuşdur. Bu məlumatlara görə, Musa Səfəvi şahları II İsmayıl ilə Məhəmməd Xudabəndənin babasıdır. Hər bir halda, Kəyumərs Ğerağluya görə, o, Sultanım Bəyimin atası yox, qardaşı idi. O, qızılbaş əmirlərindən biri olan Üləma Soltan Təkəlinin Osmanlı imperiyasına sığınmasından sonra I Təhmasib tərəfindən Azərbaycan bəylərbəyi təyin edilmişdir.
Əmir bəy Mosullu
Əmir bəy Mosullu — Səfəvilər dövlətində hərbi və siyasi xadim. I Təhmasibin lələsi, əmir, Xorasanın bəylərbəyi. Əmir bəy türkmanların mosullu tayfasındandır. Onun atası və babası Ağqoyunlular dövlətində yüksək vəzifələr tutublar. 1505-ci ildə Əlvənd Mirzə öldükdən sonra Diyarbəkir hakimi olub. Sonradan Dulqədiroğulları bəyliyi hökmdarı Əlaüddövlə Bozqurd bəyin qızı Diyarbəkir qalasını ələ keçirir. 1507-ci ildə Şah ismayıl Xətai Əlbistanı aldıqdan sonra Əmir bəy Diyarbəkirin açarını və bir çox zinət əşyalarını şaha gətirərək tayfasından olan əksəriyyət kimi o da, Səfəvilər dövlətinin xidmətinə keçir. Səfəvilər dövlətində tezliklə yüksəklərə doğru irəliləyir. Əvvəlcə o mərkəzi idarəetmədə möhrdar vəzifəsini tutur. 1510-cu ildə Xorasanı özbəklərdən almış orduya komandan təyin edilir.
Mosul döyüşü (2016–2017)
Mosul əməliyyatı (ərəb. معركة الموصل‎) - İraq ordusu, Kürdüstan Regional Hökumətinə tabe olan silahlı birləşmələr və xarici koalisiyanın dəstəyi ilə Mosul şəhərinin İraq Şam İslam Dövlətinin nəzarətindən çıxarılması uğrunda aparılan hərbi əməliyyat. Döyüşlər Biz Nineviyaya gəlirik (ərəb. قادمون يا نينوى‎; Qadimun Ya Naynawa) şüarı altında 2016-cı ilin 16 oktyabr tarixində başlanıb. 2014-cü ilin iyun ayında İraq Şam İslam Dövlətinin İraq ordusu ilə apardığı 6 günlük müharibə nəticəsində şəhər İŞİD-in nəzarəti altına keçib və həmin tarixdən sonra şəhərin azad olunması üçün aparılan əməliyyatlarda bir nəticə əldə olunmayıb. Mosul şəhərinin itirilməsi 2003-cü ildə ABŞ-nin İraqdakı Səddam Hüseyn rejiminə qarşı apardığı hərbi əməliyyatlardakı məğlubiyyətlərdən sonra ikinci ən böyük məğlubiyyət hesab olunur. Mosul şəhərinin azad olunması üçün 2015-ci ildə keçirilmiş Mosul əməliyyatı və 2016-cı ilin mart ayında başladılmış Mosul uğrunda əməliyyatda ciddi nəticələr əldə olunmamış, şəhər əvvəlki kimi İraq Şam İslam Dövlətinin nəzarəti altında qalmışdır. Müttəfiq qüvvələr əvvəlki iki əməliyyatda Mosul ətrafında yerləşən qəsəbə və kəndləri azad etməyə nail olmuşdular. Mosul müharibələrdən əvvəl 1.5 milyon əhalisi ilə İraqın ən böyük üçüncü şəhəri hesab olunurdu. İraq Şam İslam Dövlətinin özünə paytaxt olaraq elan etdiyi Suriya ərazisində yerləşən Əl-Rəqqa şəhəri ilə birlikdə Mosul, İŞİD nəzarətində olan ən böyük iki şəhərdən biridir.
Mosul mühasirəsi
Mosul Mühasirəsi — Qaraqoyunlular ilə Cəlairilər sultanlığı arasında baş vermişdir. Bayram xoca 1375-ci ildə Mosulu mühasirəyə aldı.Bu zaman şəhər Pir baba adlı bir əmir tərəfindən idarə olunurdu.Bayram xocanın yanında Türkmən ordusu ilə yanaşı Qaraqoyunlu tayfa ittifaqına yeni qatılmış kürd əmirlər,Hısn keyfa və Mardin döyüşcüləridə var idi.Bayram xoca Pir babaya bir elçi vasitəsiylə,Pir babanın Mosul müdafiəsini buraxacağı təqdirdə onu Sincata hakim təyin edəcəyini və qızını ona verəcəyini dedi. Müdafiə etməyə gücü qalmayan Pir baba bu təklifi qəbul etdi və Mosul şəhəri fəth edilərək Birdi Xocaya verildi.
Echinops mosulensis var. papillosus
Echinops chardinii (lat. Echinops chardinii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Echinops mosulensis Rech.f. Echinops mosulensis var. papillosus Mozaff.
Mosul döyüşü (1745)
1743–1746 Osmanlı-Əfşar Müharibəsində baş verən döyüş. Nadir Şahın Oğlu Nəsrullah Mirzə Abdullah Paşanın Başçılıq ettiyi Osmanlı-Kürd qoşununu ağır bir məğlubiyyətə uğrattı.