Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəzari
Əl-Cəzari (1136, Cəzirə – 1206, Türkiyə) — 1136–1206-cı illərdə Diyarbəkirdə (Türkiyə) yaşamış müsəlman astronom, ixtiraçı və mühəndisdir. Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu "Mexaniki sənətin nəzəri və praktiki əsasları" (ərəb. Əl Cəmi Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Əl-Cəzarinin kitabında praktiki aspekt çox sahəli olmuşdur, çünki, o yaxşı mühəndis və təcrübəli sənətçi idi. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layihələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir. Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir. Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirmişdir.
Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
Nəcati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
Alaqaranlıq naharı (film, 1998)
Alaqaranlıq naharı (yap. 超いんらん 姉妹どんぶり) – 1998-ci ildə istehsal olunmuş Yaponiyanın Erotik filmidir. Filmdə cavan iki bacılardan və onları yanında işləməyə götürən kişidən danışılır. Böyük bacı tərəfindən kiçik bacı yoldan çıxır. Kiçik bacı daha çox seksual fikirlərdən fikirləşməyə başlayır... Alaqaranlıq naharı — Internet Movie Database saytında.
Afina şəhəri
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Aksu şəhəri
Aksu (Ağsu) (Uyğurca: ئاقسۇ, Aksu shehiri, Çincə: 阿克苏/阿克蘇; Pinyin: Ākèsū) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda bir şəhər. Aksu şəhəri, beş məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), beş küçə komitəsi (乡 xiāng), bir xüsusi məhəllə komitəsi, bir xüsusi bölgə və on dörd xüsusi küçə bölgəsi (虚拟乡) kimi yaşayış məntəqələrindən təşkil olunub. Ayrıca Bingtuan Ertuan (兵团二团; Bīngtuán Èrtuán) 1.2 km² yüzölçümünde Sintcan Məhsul və İnşaat Kolordusu (新疆生產建設兵團; Xīnjiāng Shēngchǎn Jiànshè Bīngtuán) bu bölgədə yerləşir. Bu şəhərin çincə və ingiliscə digər adları: Aqsu New City, Akoso, New Aksu, A-k'o-su-hsien, A-k'o-su-hsin-ch'eng, Aqsu, Aksou, Ak Su Yangi Shahr, A-k'o-su, Aqsu Yangi Shahr, A-k'o-su-chen, Yangi-shahr ve Aksu New City. 502–550-ci illər arasında Hunlar, 552–648-ci illər arasında Göytürklər, 648–649-cu illər arasında Tan sülaləsi zamanında Çinlilər, təkrar 659-cu ildən etibarən 744-cü ilə qədər Göytürklər, 790 və 791 — təxminən 842-ci illər arasında Tibetlilər və 1006-cı ildən etibarən Qaraxanlılar 1032–1210-cu illər arasında Şərqi Qaraxanlılar, Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdıqdan sonra Qaraxitaylar, daha sonra; öncə 1227–1370-ci illər arasında Cığatay xanlığı daha sonra 1370–1514-cü illlər arasında Şərqi Cığatay xanlığı və yaxud Moğolustan bu bölgədə hegemonluq qurmuşdur. Şərqi Türkistanda 1514-cü və 1680-ci illər arasında Altışəhər (Altışəhr) olarak bilinən Xotan, Yarkənd, Yengihisar, Qaşqar, Ağsu və Üçturfan kimi şəhərləri əhatə edən bölgədə Yarkənd xanlığı, (mamlakati Yarkənd, məmləkati- Moğoliyə, məmləkəti-Səidiyə) hegemonluq qurmuşdur. XIX əsrin sonunadək, Aksu şəhəri geniş bazar-çarşıları və karvansarayları ilə bölgəsəl bir ticarət mərkəzi halına gəlmişdir. 1887-ci ildə Aksunu ziyarət eden Francis Younghusband, şəhər əhalisi 20,000, artı bir qarnizon və təxminən 2,000 nəfər əsgəri vardı,-deyə yazırdı. Yeterincə su qaynaqları və ildə təxminən 200 günden artıq günəş işığı görən Aksu ətrafında taxılçılıq, əkinçilik, bağçılıq və bostançılıq çox inkişaf etmişdir. Bu səbəblə, Han Çinliləri 1980-ci illərdən bəri, yarıhərbi bir təşkilat olan Sincan Məhsul və İnşaat kolorduları qurmuş, məqsədi azlıq milliətlərin strateji sahələrini müstəmləkə halına gətirmək, işlənilməyən yerləri sömürmək üçün böyük mexanikləşdirilmiş dövlət fermaları və böyük bir sulama kanalı tikməyə başlamışdır.
Amsterdam şəhəri
Amsterdam (nid. Amsterdam [ˌɑmstərˈdɑm]) — Niderland Krallığının paytaxtı. Əhalisi 2.158.592 (2011). Eyselmer körfəzinin cənub sahilində, Amstel çayının deltasındadır. Şimal dənizi və Reyn çayı ilə kanallarla birləşir. Şimal dənizində iri liman, dəmiryol və avtomobil yolları qovşağı var. Sxinpol beynəlxalq aeroportu – Avropada ən iri aeroportlardandır. İnkişaf etmiş şəhərdaxili nəqliyyatı şəbəkəsi, metropoliten var. Almazcilalama və almaz ticarətinin iri mərkəzi kimi məşhurdur. Çoxlu incəsənət və memarlıq abidəsi var.
Astara şəhəri
Astara rayonu — Azərbaycan Respublikasında rayon. Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Ağcabədi şəhəri
Ağcabədi — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Ağcabədi şəhər inzibati ərazi dairəsində şəhər. Ağcabədi rayonunun inzibati mərkəzi. Ağcabədi yaşayış məntəqəsinin adı mənbələrdə ilk dəfə 1593-cü ildən çəkilir. Ağcabədi bir müddət mənbələrdə Ağcabədi Xəlfərəddin adı ilə qeyd olunmuşdur. Şəhərin mərkəzindəki çökəkliyin bir hissəsi keçmişdə Xəlfərəddin adlanırdı. XIX əsrin əvvəllərində ərazidəki xəlfərəddinlilər 88 ailədən ibarət bir icma olmuşdur. Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbərli, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur.
Ağdam şəhəri
Ağdam — Azərbaycan Respublikasının Ağdam rayonunun Ağdam şəhər inzibati ərazi dairəsində şəhər, Ağdam rayonunun inzibati mərkəzi. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq. 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.
Babək şəhəri
Babək rayonu — Azərbaycanda, Naxçıvan Muxtar Respublikasının tərkibində rayon. Babək (Naxçıvan) — Azərbaycanda, Naxçıvan Muxtar Respublikasının tərkibində Babək rayonunda yerləşən şəhər. Babək (Ərdəbil) — Babək (film, 1979) — Azərbaycan filmi. Babək (balet) — Bəstəkar Aqşin Əlizadənin baleti.
Balakən şəhəri
Balakən — Azərbaycanda şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir. Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi. Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Bando şəhəri
Bando (坂東市, Bandō-shi) — Yaponiyanın Kanto bölgəsinin şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 22 mart 2005-ci ildə qurulmuşdur. 2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır. Şəhərin sahəsi 123,03 km²-dir. Meyci dövrü başlamazdan əvvəl müasir Bandonun ərazisi Şimosa əyalətinin tərkibində idi. 1 aprel 1889-cu ildə bələdiyyə sistemi tətbiq olunmağa başlananda İbarakinin Saşima rayonunda İvay kəndinin əsası qoyuldu. İvay kəndi 4 iyul 1900-cu ildə qəsəbə statusu, 1 aprel 1972-ci ildə şəhər statusu aldı. Bando şəhəri 22 mart 2005-ci ildə İvay şəhəri ilə qonşu Saşima qəsəbəsinin birləşdirilməsi nəticəsində yaranmışdır. Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionunun İbaraki prefekturasının cənub-qərbində, Tone çayının şimal sahilində yerləşir. Cənub-qərbdə Çiba prefekturası ilə həmsərhəddir.
Bayram şəhəri
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Bağdad şəhəri
Bağdad (ərəbcə: بغداد) — İraqın paytaxtı. Əhalisi 6 milyon nəfərdir (2011) Bağdad Yaxın Şərqin ən iri şəhərlərindən biridir. Bağdad İraqın siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Burada hökumət, bütün mərkəzi dövlət və dini müəssisələr və diplomatik nümayəndəliklər yerləşir. Burada həmçinin çoxlu universitetlər, təhsil müəssisələri, teatrlar, muzeylər və tarixi abidələr vardır. Bağdad Abbasilər dövründə,əsası 752-ci ildə qoyulub.O vaxtlar şəhəri Mədinə-əs-Səlam yəni "sülh şəhəri"adlandırıblar.Məşhur azərbaycan coğrafiyaşünas və səyyah Şirvaninin fikrincə şəhərin adı Ənuşirəvan tərəfindən salınan bağla əlaqəlidir.Rəvayətə görə "Dad" müqəddəs şəxs imiş.Bu fikrə əsasən Bağdad sözünün mənası "Dadın bağı" deməkdir.Bağdad sözünün qədim fars dilində "Allahverdi" olduğu deyənlər də çoxdur.
Lal Bihari
Lal Bihari (və ya Lal Bihari Mritak; 6 may 1955, Amilo[d], Uttar Pradeş) – Hindistanın Uttar-Pradeş ştatının Amilo kəndindən olan fermer və aktivist. O, 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır. Adına Mritak (hərf. ölmüş) sözünü əlavə etmiş, bu cür hadisələri işıqlandırmaq üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını qurmuşdur. Bihari məşhurlaşmazdan öncə Uttar-Pradeş ştatında yerləşən bir kənddə yaşayan fermer idi. O, bankdan borc almaq üçün Azamqarh rayonunun gəlir idarəsinə yaxınlaşmışdır. Bu zaman ölü kimi qeydiyyatda olduğunu öyrənmişdir. Onun dayısı məmurlardan birinə rüşvət verərək Biharinin ölü kimi qeydiyyata alınmasına nail olmuş, beləcə, Biharinin Khalilabadda yerləşən bir akrlıq torpağının varisliyini götürmüşdür. Bihari 100-dən çox insanın eyni vəziyyətlə üzləşdiyini, rəsmi olaraq ölü göstərildiyini öyrənmişdir. Məsələni gündəmə gətirmək üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını yaratmışdır. O və digər üzvlər onları ölü kimi göstərməyə nail olmuş şəxslər tərəfindən öldürülmək təhlükəsi ilə üzləşmişdirlər.
Məhəmmədu Buhari
Məhəmmədu Buhari və ya Məhəmməd Buhari (hausa Muhammadu Buhari; 17 dekabr 1942[…], Daura) — Nigeriya dövlət xadimi, 1983–1985-ci illərdə dövlət başçısı. 2015-ci ildə ölkə prezidenti vəzifəsinə seçilmiş, 2019-cu ildə yenidən seçilmişmişdir. Nigeriyada: Xarici ölkələrin mükafatları: Lawal Jimi Adebisi. Buhari: The Making of a President. Safari Books Ltd. 2017. ISBN 9789785478549. Mathews Martin P. Nigeria: Current Issues and Historical Background. Nova Publishers. 2002.
Şam şəhəri
Dəməşq və ya Şam — Suriya Ərəb Respublikasının paytaxtıdır. Dəməşq (ərəb dilində "təşəbbüs" mənasını bildirir) nəinki Suriyanın, eləcə də bütün dünyanın ən qədim şəhərlərindən biridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə təsadüf edir. Dəməşq həm də dünyanın ən qədim paytaxt şəhəridir.Belə ki, e.ə. 13 əsrin əvvəllərindən e.ə. 732-ci ilə qədər şəhər Dəməşq padşahlığının paytaxtı olub. Çoxəsrlik tarixi boyunca Dəməşq assuriyalılar, farslar, makedoniyalılar, romalılar tərəfindən dəfələrlə təzyiqə və az qala məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və mədəniyyət mərkəzi kimi yenidən dirçəlmişdir. Dəməşqin əsasının qoyulduğu dəqiq tarix bilinmir, lakin XII əsrdə yaşamış ərəb tarixçisi İbn Asakir şəhərin əsasının eramızdan əvvəl IV minillikdə qoyulduğu, Nuh dövründəki böyük daşqından sonra ilk tikilən qala divarlarının Dəməşqdə olduğunu yazıb. Şəhərin mövcudluğuna dair ilk yazılı abidə eramızdan əvvəl XV əsrə aiddir, bu vaxt Dəməşq Misir fironluğunun hakimiyyəti altında olub.
Bəhai
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir. Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur.
Cəhri
Cəhri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilmiş, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Oykonim xalq toponimik termini olan cəhir/cühür sözünün fonetik dəyişməsi olub, "çayın alçaq sahili" deməkdir. Cəhri qəsəbəsi çox qədim yaşayış məskəni olmuşdur. Bunu onun hazırda yerləşdiyi ərazidə aparılan qazıntılar nəticəsində aşkar olunmuş kurqanlar və 2-3 min ilə qədər yaşı olan küp qəbirlər və qəbirlərdən çıxan gildən hazırlanmış qablar və müxtəlif məişət əşyaları sübut edir. 1904-1905 ci illərdə erməni soyğunlarına məruz qalmış, Araz-Türk Cumhuriyyətinin yaradılmasında əsas dayaq nöqtələrindən və stratejik mərkəzlərindən biri olmuşdur. 1921-ci il inzibati ərazi bölgüsünə görə Cəhri Naxçıvan qəzasının rayonlarından biri olmuşdur. Bu rayonun mərkəzi Cəhri kəndi olmuş, onun tərkibində 1 qəsəbə 20 kənd olmuşdur. 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərdən (Sultanbəy, İtqıran, Almalı, Ağxaç) 1921-ci ildə bu rayonun tərkibində olmuşdur. 19 iyun 2020-ci ildə Cəhri kəndinə qəsəbə statusu verilib.
Nahar
Nahar — günorta yeməyi. Nahar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Nahar (Mazandaran) — Mazandaranda kənd.
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Əhali
Əhali — Yer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (ölkə, qitə, region, ölkələr qrupu) daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu. Bizim eranın əvvəlində Yer kürəsində təqribən 230 mln, birinci minilliyin sonunda — 275 mln, 1800-cü ildə — 1 mlrd, 1900-cü ildə — 1,6 mlrd, 1960-cı ildə — 3 mlrd, 1999-cu ildə 6 mlrd nəfər yaşayırdısa, 1 iyul 2009-cu ildə bu rəqəm 10 768 167 712 nəfər oldu. 2050-ci ilə proqnoz — 9,2 мilyard nəfər götürülür. 1970-ci ilədək əhali hiberbolik templə artırdı. Hal-hazırda Yer kürəsi əhalisinin artım tempinin azaldığı hiss edilir. 2016-cı ilin iyul ayına əhalisi 80 milyondan çox olan ölkələr: əhalinin sayı və onun artım dinamikası demoqrafik proseslərin intensivliyi: doğum, ölüm, təbii artım, kəbin yerləşmə, urbanizasiya, miqrasiya yaş-cins tərkibi və ailə göstəriciləri təhsil səviyyəsi irq, dil, etnos və din tərkibi ac adamların sayı, onların kəmiyyət və keyfiyyət göstəriciləri. Hayns fon Fyorster, Andrey Korotayev, Sergey Kapitsa və digərlərinin tədqiqatlarında isbat edildi ki, axırıncı 100 min ildə (XX əsrin 60–70-ci illərinə qədər), dünya əhalisinin artımı sayının kvadratı tempi ilə artırdı. Bu hiberbolik qanun adlandırıldı.
Nəsai
Nəsai və ya tam adı ilə Əbu Əbdürrəhman Əhməd ibn Şueyb ən-Nəsai (ərəb. أبو داود السجستاني‎, 829 və ya 830 – 28 avqust 915, Fələstin) — Fars əsilli müsəlman alimi, hədis üzrə görkəmli mütəxəssislərdən biri. Ən mötəbər altı hədis məcmuəsindən birinin müəllifidir.Mühəddis, "Sünəni Nəsai" hədislər toplusunun müəllifi. Ən-Nəsai Türkmənistanın müasir paytaxtı Aşqabaddan qərbdə yerləşən, hazırda mövcud olmayan Nisa şəhərində (onun soyadı bu şəhərin adı ilə verilmişdir) anadan olmuşdur. Ən-Nəsai ömrünün ikinci yarısını Misirdə keçirir. Yaqub əl-Fəsəvi onun müəllimi olur. Ölümündən bir müddət əvvəl Fələstinə gedir və orada ölür. Misiri tərk etməsinə səbəb onun geniş biliyinə görə başqalarının paxıllığı idi. Fələstinə gəldikdən sonra bir qrup xaricinin hücumuna məruz qalır və aldığı yaralardan ölür. Əl-Həkim onun haqqında yazırdı: "Əbu Əbdürrəhman bütün fəzilətləri ilə yanaşı, şəhadət də çəkdi".
Arı zəhəri
Arı zəhəri — arıların zəhər vəziləri tərəfindən ifraz olunan və xüsusi kisəyə toplanan məhlul. Arı zəhəri iki zəhər vəzisi tərəfindən hazırlanır, xüsusi kisəyə toplanır. Oradan isə arı sancması zamanı xaric olunur.Arı zəhərinin əsas tərkibi histamin maddəsindən ibarətdir.Ona görə də arı zəhəri ilə zəhərlənməzamanı antihistaminpreparatları(dimedrol və s.)işlədilir. Arı zəhəri respublikamızda və xarici ölkələrin təbabətində geniş şəkildə istifadə edilir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Son vaxtlar arı zəhəri oynaq revmatizminin vəsinir xəstəliklərin (işias) radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir. Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını vəlaxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədiir. Arılarda olan iki zəhər vəzisinin ifraz etdiyi və sancan zaman neştərindən axan acı, zəhərli, şəffaf maddə.
Beyrut şəhəri
Beyrut (ərəb. بيروت‎, ing. Beirut) — Livanın paytaxtı, ən iri şəhəri və böyük dəniz portu. Beyrut Yaxın Şərqin vacib maliyyə - bank və mədəni mərkəzidir. Beyrutda bir çox beynəlxalq təşkilatlar məskən salmışlar. Əhalisi təxminən 900 min nəfərlə 2 milyon nəfər arasıdır. Bu onunla bağlıdır ki, əhalinin siyahıya alınması ölkədə axırıncı dəfə 1932-ci ildə keçirilmişdir. Eramızdan əvvəl XVIII əsrdən etibarən Berut, Berit adı ilə məlumdur. VII əsrdə Xilafətə daxil edilmişdir. XIV-XV əsrlərdə Misir məmlüklərinin, 1516-1918-cı illərdə Osmanlı İmperiyasının tərkibində, 1920-43-cü illərdə Fransa işğalı altında olub.
Baharı
Baharı — Azərbaycanlılar arasında keçmişdə geyilən qısaqollu dondur.
Meşari
Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır. Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur.
Naharlı
Naharlı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Hacıqasımlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Naharlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Naharlı kəndi Məzrəli və Hacıqasımlı kəndləri arasında, Saatlıdan 8 km qərbdə, Araz və Kür çaylarının arasında, Mil düzündə yerləşir. Əhalisinin sayı 607 nəfərdir.
Revari
Revari (hind. रेवाडी, ing. Rewari) — Hindistanın Xaryana ştatında yerləşən şəhərdir. Revari dairəsinin inzibati mərkəzidir. Şəhər təxminən Dehlidən 82 km cənub-qərbdə və Qurqaonadan 51 kilometr məsafədə yerləşmişdir. Şəhər dəniz səviyyəsindən 244 m yüksəklikdə yerləşmişdir. Şəhər vasitəsilə Racastxanda başlayan və Dehlidə Nacafqarx gölünə düşən quruyan Saxibi çayı axır. Revari şəhərinin iqlimi quraqlıq kimi səciyyələnir. Yanvarın orta minimum temperatur 6 °C təşkil edir. May və iyun aylarında orta maksimum temperatur — 41 °C təşkil edir.
Necati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
Senari
Ssenari 1) improvizasiyaya əsaslanan pyesin teatrda qısa (dialoq və monoloqsuz) məzmunu, baletdə və operada tamaşanın süjet sxemi, librettosu. 2) Kino sənətinin və televiziyanın ifadə vasitələrinin köməyi ilə təcəssüm etdirilmək üçün nəzərdə tutulan ədəbi əsər. Maraqlı və diqqətçəkici olması mütləq olan ssenari mövzusunun əsas qaynaqları bunlardır: Müəllifin həyat təcrübələri Roman, hekayə, dram və ya qəzet xəbərləri Tarixi hadisələr Yaşadığımız cəmiyyət İctimai hadisələr və s.
Amblyseius eharai
Amblyseius eharai (lat. Amblyseius eharai) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. Amblyseius eharai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Atəşböcəklərinin məzarı
Grave of the Fireflies və ya Yaponiyada tanınan adı ilə Hotaru no Haka (火垂るの墓, azərb. Atəşböcəklərinin məzarı‎) – İsao Takahatanın rejissorluğu və ssenaristliyi ilə 1988-ci ildə çəkilən anime filmi. Film anime studiyası Studio Ghibli-nin məhsuludur. Anime filmi Akiyuki Nosakanın eyni adlı romanının motivləri əsasında çəkilmişdir. Belə ki Akiyuki Nosaka bu romanı İkinci dünya müharibəsi zamanı aclıqdan ölmüş bacısının həyat hekayəsini ondan üzr istəmək niyyəti ilə qələmə almışdır. Anime filmi kinotənqidçilər tərəfindən müsbət rəy almışdır və müharibə mövzusunda çəkilmiş ən təsiredici filmlərdən sayılır. Rocer Ebert filmi indiyə kimi ən güclü antimüharibə mövzusunda çəkilmiş dram filmlərindən biri olduğunu bildirib və 2000-ci ildə özünün "Great Movies" adlı film listinə daxil etmişdir. Hadisələr İkinci dünya müharibəsinin sonlarına yaxın Yaponiyada baş verir.Film iki uşağın — 14 yaşlı Seita və 4 yaşlı Setsukonun həyatından bəhs edir. Film Seytanın 21 sentyabr 1945-ci ildə Sannomiya stansiyasında, qaranlıqda bir küncdə ölməsi ilə başlayır. Cəsədin ölüb-ölməməsini yoxlayan xidmətçilərdən biri onun cibindən Sakuma drops qutusu tapır və qutunun nə olduğunu anlamadan onu stansiyadan kənara atır.