Amsterdam şəhəri

Amsterdam (nid. Amsterdam [ˌɑmstərˈdɑm]) — Niderland Krallığının paytaxtı.

Amsterdam
Amsterdam
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
52°22′22″ şm. e. 4°53′37″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1300
İlk məlumat 1275
Sahəsi
  • 219 km²
Mərkəzin hündürlüyü −2 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 921.468 nəf. (yanvar 2023)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +31 20
Poçt indeksi 1000–1098, 1100–1109
Digər
amsterdam.nl
Xəritəni göstər/gizlə
Amsterdam xəritədə
Amsterdam
Amsterdam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Əhalisi 2.158.592 (2011). Eyselmer körfəzinin cənub sahilində, Amstel çayının deltasındadır. Şimal dəniziReyn çayı ilə kanallarla birləşir. Şimal dənizində iri liman, dəmiryol və avtomobil yolları qovşağı var.[3] Sxinpol beynəlxalq aeroportu – Avropada ən iri aeroportlardandır. İnkişaf etmiş şəhərdaxili nəqliyyatı şəbəkəsi, metropoliten var. Almazcilalama və almaz ticarətinin iri mərkəzi kimi məşhurdur. Çoxlu incəsənətmemarlıq abidəsi var. Kral sarayı (keçmiş bələdiyyə binası, 1648–55, memar Y. van Kampen), 14–17-ci əsrlərə aid kilsələr, Dövlət muzeyi (1877–85, memar P. Y. X. Köypers), birja (1897–1903, memar H. P. Berlage) var. Kral Elmlər Akademiyası, Rembrandtın ev muzeyi, tarix muzeyi və s. var.

Amsterdam şəhərində evlərin arasında yerləşən su kanalı.

Adı ilk dəfə 1275-ci ildə çəkilən Amsterdam 1300 yaxud 1301-ci ildə şəhər hüququ almışdır. 13-cü əsrdə bu şəhərin yerində Amstel çayının mənsəbində tikilmiş müdafiə bəndləri üzərində balıqçı qəsəbəsi mövcud olmuşdur. 1317-ci ildə Hollandiya qraflığına birləşdirilmiş və 15-ci əsrdə iri ticarət mərkəzinə çevrilmişdir. 1433-cü ildən Burqundiya hersoqluğunun, 1477-ci ildən Habsburqların hakimiyyəti altında olmuşdur. 16-cı əsrdə BaltikAralıq dənizi ölkələri arasında ticarətin inkişaf etməsində aparıcı rol oynamışdır. 16-cı əsrin sonu – 17-ci əsrin əvvəllərində Amsterdamda o dövr üçün ən böyük Avropa bankının və birjasının əsası qoyuldu. Antverpenin tənəzzülü ilə Amsterdam dünyanın əhəmiyyətli ticarət və kredit mərkəzinə çevrildi. 16–17-ci əsrlərdə PortuqaliyaAlmaniyadan yəhudilər, Fransadan isə hugenotlar buraya mühacirət etmişlər. 1795–1806-cı illərdə Bataviya Respublikasının, 1806-cı ildən Hollandiya krallığının paytaxtı olub. Napoleonun hakimiyyəti illərində [1810–14] müvəqqəti tənəzzül dövrü keçirən Amsterdam 1814-cü ildən Niderland krallığının paytaxtı olmuşdur. 1940–45-ci illərdə almanlar tərəfindən işğal edilmişdir.[3]

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Amsterdam ölkənin ən böyük ticarət-maliyyə və sənaye mərkəzi olmaqla yanaşı, Avropanın aparıcı bank-maliyyə mərkəzlərindən biridir. "ABN AMRO", "Rabo -bank" kimi aparıcı kommersiya bankları, "Yunilever", "Royal Datç-Şell", AKZO, "Filips" və b. iri transmilli şirkətlərin nümayəndəlik və ofisləri, ticarət və fond birjaları bu şəhərdə yerləşir. Maşınqayırma (elektrotexnika və elektronika, təyyarəqayırma, gəmiqayırma, cihazqayırma, sənaye avadanlığı istehsalı) və kimya sənayesi (polimerlər, o cümlədən plastmas, sintetik kauçuk, mineral gübrə, həmçinin lak-boya və farmakologiya məmulatları istehsalı) aparıcı sənaye sahələridir. Amsterdamın ətrafında iri neftayırma ("Mobil Oyl") və təyyarəqayırma ("Fokker") zavodları yerləşir. Amsterdam Avropanın ən böyük tikiş sənayesi mərkəzlərindəndir. Burada, həmçinin ayaqqabı, poliqrafiya, yeyinti sənayesi sahələri inkişaf etmişdir. Amsterdam zərgərlik əşyaları istehsalı, almazcilalama və almaz ticarətinin iri mərkəzi kimi məşhurdur. 20-ci əsrin 70-ci illərindən başlayaraq sənayedə çalışanların sayı kəskin azalmış, xidmət sektorunda çalışanların sayı isə sürətlə çoxalmışdır. Amsterdam Niderlandın aparıcı mədəniyyət və təhsil mərkəzidir. Amsterdamda universitet (1632), Niderland Kral elm və incəsənət akademiyası (1808), Müstəqil universitett (1880), Amsterdam konservatoriyası (1884), Niderland teatr institutu, Dövlət Muzeyi, Şəhər Muzeyi, Stedeleykmuzey, Rembrandtın ev-muzeyi, Tarix Muzeyi, Dəniz Muzeyi, Teatr Muzeyi, V. Van Qoq muzeyi, universitet və şəhər kitabxanaları, "Kon sertgebau" orkestri (1888), Niderland Kamera Orkestri (1940), "Qau deamus" müasir musiqi cəmiyyəti (1945), Amsterdam Filarmoniya Orkestri (1951), Niderland milli baleti (1961) var. Amsterdamda Holland musiqi festivalı, beynəlxalq sənədli filmlər və beynəlxalq uşaq filmləri festivalları keçirilir. 9-cu Olimpiya oyunları (1928) Amsterdamda keçirilmişdir. Amsterdam Avropanın ən iri turizm mərkəzlərindəndir. Kral sarayı (1648–55, memar Y.van Kampen), Nyive kerkqotik kilsəsi (1490–1540) və Milli monumentin yerləşdiyi Dam meydanı şəhərin müasir mərkəzindədir. Köhnə şəhər ərazisində, əsasən, 1610–62-ci illərdə qazılmış 50-dən çox kanalın üzərində 500-dən artıq körpü var. Orta əsrlər tikililərindən Sint-Antonsport şəhər darvazası (1488), 15–17-ci əsrlərə aid qüllələr, Aude kerk (1306), Zeyder kerk (1603, memar X. de Keyser), Vester kerk (1619–38, memar K. Danker) kilsələri və s. qorunub saxlanılmışdır.[3][3] Amsterdam şəhəri Qərbi Avropanın mühüm mədəni və intellektual mərkəzlərindən biridir.[4] Burada elmi-tədqiqatlar aparmaq üçün ideal şərait var.[4] Amsterdam əcnəbilər üçün təhlükəsiz və qonaqpərvər şəhərdir.[4] Bu şəhər dünya üzrə məşhur musiqi, opera, teatrrəqs kollektivinin, rəssamların vətənidir.[4] Amsterdam zəngin memarlıq abidələrinə, 150-dən çox su kanalına, qədim qotik küçələrə malik qədim Avropa şəhəridir.[4]

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 archINFORM (alm.). 1994.
  2. Bevolkingsontwikkeling; regio per maand. Statistics Netherlands.
  3. 1 2 3 4 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 456 – 457. ISBN 978-9952-441-02-4.
  4. 1 2 3 4 5 Lamiyə Əliyeva, Dünya universitetləri: Amsterdam Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 22.10.2010, № 41.  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]