Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamran Nəzirli
Nəzirli Kamran İsmayıl oğlu (19 iyun 1958, Astara) — azərbaycanlı yazıçı, tərcüməçi, 1998-ci ildən Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının Həsən bəy Zərdabi mükafatı laureatı (1999), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatçısı (2011), Rəsul Rza mükafatı laureatı (2016),, filologiya üzrə fəlsəfə doktoru (2004). == Həyatı == Kamran Nəzirli 1958-ci il iyun ayının 19-da Azərbaycanın Astara rayonunda müəllim ailəsində anadan olmuşdur. M. Ə. Sabir adına 1 nömrəli orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik dövründə ingilis və Amerika ədəbiyyatı nümayəndələrinin bir çox əsərlərini orijinaldan dilimizə çevirmiş və Azərbaycan mətbuatında dərc etdirmişdir. Həmin illərdən başlayaraq mətbuatda publisistik məqalə, oçerk, hekayə və tərcümələri ilə çıxış edir. Ənvər Rza, Allahverdi Tağızadə, Zeydulla Ağayev, İsmixan Rəhimov, Asif Əfəndiyev, Ağacavad Əlizadə, Qılıncxan Bayramov kimi pedaqoq, alim və yazıçıların dərnəklərində iştirak etmiş, Bakı ədəbi mühiti ilə yaxından tanış olmuşdur. 1990-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakültəsini bitirmişdir. Ayrı-ayrı illərdə "Sovet kəndi" (1984–1987) qəzetində, Azərinformda (1987–1989), Azərbaycan KP MK aparatında (1989–1991), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində (1991–1995), beynəlxalq humanitar təşkilatlarda, Dünya Bankının layihələrində (1996–2000), Pakistan İslam Respublikasında (1993–1994), Azərbaycan Respublikası Milli Bankında Beynəlxalq Əlaqələr Departamentinin direktor müavini, Mətbuat katibi (2001–2009)və s. müxtəlif vəzifələrdə çalışmış, bir sıra müstəqil qəzetlərin, habelə "Ədalət", "7 gün", "525-ci qəzet"in redaktoru və köşə yazarı olmuşdur.
Şəmistan Nəzirli
Nəzirli Şəmistan Əmiraslan oğlu — Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), H.Zərdabi adına mükafatın laureatı (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Əsli Qazaxlıdır. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçmüşlər. Dəvəçi şəhərində orta məktəbi bitirmişdir (1960). 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur. Sovet Ordusu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1962-1965). ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1967-1972). Ədəbi fəaliyyətə 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxan kiçik bir məqaləsi ilə başlamışdır. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir.
Nəmirli
Nəmirli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Nəmirli (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəmirli (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Nəzərli
Nəzərli — soyad, təxəllüs.
Aqil Nəzərli
Aqil Nəzərli (tam adı: Aqil Ağaxan oğlu Nəzərli; 10 mart 1976, Güləbird, Laçın rayonu) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (16 iyun 2016–indi). == Həyatı == Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. 1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir.16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. 2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri, Ehtiyatda olan zabitdir. == Ailəsi == Ailəlidir, iki övladı var.
Elman Nəsirli
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — politoloq, siyasi şərhçi, Azərbaycan Milli Məclisinin V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Hacıağa Nəzərli
Hacıağa Məmmədcavad oğlu Nəzərli (d. 17 mart 1923, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 18 may 2002, Bakı, Azərbaycan Respublikası) — Azərbaycanın ilk plaktaçı rəssamı, respublikanın əməkdar rəssamı (1982). == Həyatı == Hacıağa Məmmədcavad oğlu Nəzərli 1923-cü il mart ayının 17-də Bakı şəhərində dövrünün qabaqcıl ziyalarından olan, mətbəə işçisi Məmmədcavad Nəzərlinin ailəsində dünyaya göz açıb. 1930-1937-ci illərdə keçmiş Kayegin rayonunda (indiki Füzuli rayonu) 1937-1940-cu illərdə Bakı şəhəri keçmiş Oktyabr (indiki Yasamal) rayonundakı Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1940-ci ildə Bakı rəssamlıq məktəbinə daxil olan H. Nəzərli müharibənin başlaması ilə əlaqədar oradakı təhsilini yarımçıq qoyur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirir. H.Nəzərlinin rəssamlığa gəlməsinə atasının əmisi, Peterburq təhsilli rəssam Nəcəf Rasimin (Nəcəfqulu Nəzərli) təsiri olub. Bir müddət Azərbaycan Musiqili Komediya teatrında rəssam kimi çalışmışdır.
Hacıbaba Nəzərli
Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu (22 mart 1895, Şamaxı – 1938, Bakı) — nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, AK(b)P-nın üzvi, ADDT sabiq direktoru. == Həyatı == Hacıbaba Nəzərli 1895-ci il martın 22-də Şamaxı şəhərində anadan olmuşdur. M.Ə.Sabirin "Ümid" məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930–1933). Yaradıcılığa 1925-ci ildə publisistika ilə başlayıb. "Qızıl əsgər" qəzetinin redaktoru, Yazıçılar Cəmiyyətinin məsul katibi (1929–1930) olmuşdur. Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmiş (1933–1934), 1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir. Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir. Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir.
Hikmət Nəzərli
Hikmət Nəzərli (7 mart 1966, Bakı – 26 fevral 1992, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur. == Döyüşlərdə iştirakı == Ağdam rayonunda Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral Ermənistan Silahlı Qüvvələrinin Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla ermənilərə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradırdı. Bu döyüşdə xeyli erməni əsgərini öldürən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir sonrakı taleyi barədə heç bir məlumat yoxdur.
Mehdi Nəzərli
Mehdi Nəzərli (azərb. Mehdi Cavad oğlu Nəzərli‎; d. 10 may 1892, Xızı; ö. 3 sentyabr 1952, Bakı) — Milli nəfəs alətləri ustası, muğam bilicisi. == Həyatı == XIX-XX əsrin tanınmış simalarından olan Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, nəfəs alətlərinin mahir ifaçısı, Üzeyir Hacıbəyov orkestrinin aparıcı solisti olmuş, Mehdi Cavad oğlu Nəzərli Xızı şəhərinin Sayadlı kəndində anadan olmuşdur. Üzeyirbəyin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının ilk premyerasının müşayətçisi olmuşdur. Üzeyirbəy orkestrinin solisti olan Mehdi Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər-arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında xidmətləri ilə öz müəyyən töhfələrini vermişdir. == Sənət və fəaliyyəti == Milli nəfəs alətləri ustası, muğam bilicisi olan Mehdi Nəzərli eyni məharətlə tütək, ney, balaban, zurna, çonqur saz, cürə saz, qarmon və klarnet alətlərində çalmışdır. Azərbaycan klarnet ifaçılığı sənətinə ilk yiyələnənlərdən biri olmuşdur. O, bu alətlərin müxtəlif üsullarla səsləndirilməsinə baxmayaraq, hamısında eyni məharətlə çalmağı bacarırdı.
Ramin Nəsirli
Ramin Nəsirli (24 sentyabr 2002, Azərbaycan) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın yarımmüdafiəçisi. == Klub karyerası == Ramin Nəsirli 19 fevral 2022-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi Bakı"nın heyətində "Şamaxı" ilə matçda debüt etmişdir.
Səfalı Nəzərli
Səfalı Nəzərli (14 dekabr 1948, Ləmbəli) — Respublika "Qızıl qələm" mükafatı laureatı, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü; Dövlət qulluğunun kiçik müşaviri. == Həyatı və fəaliyyəti == Səfalı Avdal oğlu Nəzərli 1948-ci il dekabrın 14-də Ermənistan SSR-in Ləmbəli kəndində anadan olmuşdur. 1966-1968-ci illərdə zavodda operator işləyib. 1968-1970-ci illərdə hərbi xidmətdə olub, hərbi rütbəsi baş leytinantdır. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini Fərqlənmə diplomu ilə bitirib. 1975-1981-ci illərdə Azərnəşrdə (Azərbaycan Dövlət Nəşriyyatında) korrektor, bədii ədəbiyyat, elmi-kütləvi və tibb ədəbiyyatı redaksiyalarında redaktor işləyib. AzKP MK-nın Marksizm-Leninizm Universitetini Fərqlənmə diplomu ilə, Moskva Poliqrafiya İnstitutunun kurslarını "əla" qiymətlərlə bitirib. 1981-1983-cü illərdə Azərkitabın – Respublika Kitab Ticarəti Birliyinin rəis müavini, rəisi olub. Sonra 10 il "İşıq" nəşriyyatında baş redaktor, direktor vəzifələrində çalışıb. 1993-2000-ci illərdə respublikada ilk Azərbaycan – Türkiyə birgə müəssisəsi olan "Göytürk" şirkətində Baş redaktor-direktor müavini vəzifəsində çalışıb.
Səlim Nəsirli
Selim Nesirli (Nəsirli Səlim Əbülfət oglu; d. 1 aprel 1983, Laçın rayonu, Hoçaz kəndi, Azərbaycan ) — Azərbaycan xanəndəsi və şairi. Bəstəkar, tarzən. "Abşeron Ədəbi məclisinin" yaradıcısı və təşkilatçısı. == Həyatı == Nəsirli Səlim Əbülfət oglu - 1983-ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1995-ci ildə Xırdalan şəhər musiqi məktəbinə xanəndə sinifinə daxil olub. 2000-ci ildə orta məktəbi və musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "solo oxuma, muğam" ixtisasına qəbul olmuşdur. == Yaradıcılığı == 2004-cü ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 saylı uşaq musiqi məktəbinə müəllim təyin olunmuşdur . 2006-ci ildə Dərbənd dram teatrının dəvəti ilə Dərbənd şəhərində "Dərbənd Azərbaycan dram teatrında" bəstəkar işləmişdir. Burada bir neçə tamaşanın bəstəkarı olmuşdur.
Müzəffər Nəsirli
Nəsirli Müzəffər Qasım oğlu (14 sentyabr 1911, Sələsüz, Şahbuz rayonu – 1980, Naxçıvan) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1911-ci il sentyabrın 14-də İrəvan quberniyası Naxçıvan qəzasının Şahbuz rayonundakı Sələsüz kəndində fəhlə ailəsində doğulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan şəhərində ibtidai təhsil almış, Naxçıvan Pedaqoji texnikumunu bitirmişdir (1926-1929). Bu vaxtdan əmək və yaradıcılıq fəaliyyətinə başlamışdır. Belə ki, 1929-cu ildə təyinatla Ordubad rayonun Vənənd kəndindəki kəndli gənclər məktəbinə müəllim göndərilir. 1930-cu ilədək burada işləyir. 1930-31-ci illərdə Noraşen (Şərur) rayonunun Qıvraq kəndində müəllim kimi çalışıb. 1931-32-ci illərdə İrəvan şəhərindəki Lenin adına fəhlə fakültəsində və kooperativ texnikumunda müəllim işləyib. Onun ilk şeiri “Indi” 1927-ci ildə Naxçıvan Pedaqoji Məktəbinin naşir etdi salnamədə çap olunmuşdur. Həmin illərdə Naxçıvan gənclər (komsomol) klubun nəzdində təşkil olunmuş “Qızıl qələmlər” ədəbi birliyində fəal iştirak etmiş, şerləri yerli və mərkəzi mətbuatda çap edilməyə başlanmışdır.
Məmməd Nəsirli
Məmməd Nəsir oğlu Nəsirli (d.24. 10. 1911, Naxçıvan ş. - ö.1979, Bakı) — etnoqraf. == Fəaliyyəti == 1933-1946-cı illərdə orduda xidmət etmiş, Xalxin-Qol döyüşlərində və Böyük Vətən müharibəsi (1941-45) cəbhələrində vuruşmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir 1954-cü ildə SSRİ EA Etnoqrafiya İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir. 1954-cü ildə Azərbaycan Milli EA Tarix Muzeyində, sonralar isə Tarix İnstitutunda çalışmışdır. 1960-cı ildə Tarix elmləri namizədi olmuşdur. == Əsərləri == Respublikanın ilk etnoqraflarından olan Məmməd Nəsirli Azərbaycan, o cümlədən Naxçıvan etnoqrafiyasının öyrənilməsi sahəsində çox iş görmüşdür. Məmməd Nəsirli ilk dəfə olaraq Azərbaycan yaşayış evləri və məskənlərinin tipologiyası məsələlərini tədqiq etmiş.
Nəcəfqulu Nəzərli
Nəcəfqulu Cavad oğlu Nəzərli və ya təxəllüsü ilə Nəcəf Rasim (20 mart 1890, Sayadlı, Xızı rayonu – 9 oktyabr 1929) — Azərbaycan rəssamı. == Həyatı == Nəcəfqulu Nəzərli 20 mart 1890-cı ildə Xızı rayonunun Sayadlı kəndində anadan olmuşdur. Rəssam 9 oktyabr 1929-cu ildə vəfat etmişdir. Sonralar həyat yoldaşı da vəfat etmiş, yeganə oğlu isə itkin düşmüşdür. === Təhsili === İlk təhsilini Bakıdakı "Üsuli cədid" məktəbində almış, kiçik yaşlarından rəssamlığa həvəs göstərmişdir. Rəssamlıq təhsilini Peterburqda almışdır. 1910-cu ilin ortalarında rəssamlığa həvəs göstərmişdir. == Yaradıcılığı == 1910-cu ilin ortalarından Bakıda cə Xızıda rəsm müəllimi işləmişdir. Bakıda bir sıra binaların fasad və interyerlərinin bəzədilməsində iştirak etmiş, pedaqoji fəaliyyət göstərmişdir("Hökumət evi" binası, "Səadət Sarayı" binası və.s). Onun akvarel və yağlı boya ilə işlənmiş mənzərələri və rəsm əsərləri "R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi"ndə qorunur və nümayiş olunur: "Морской пейзаж" в.акв.
Nəmirli (Ağdam)
Nəmirli — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd. Nəmirli kəndi 1994-cü il aprel ayının 23-də Ermənistan ordusu tərəfindən işğal olunub. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Nəmirli – Azərbaycan Respublikasının Ağdam rayonunda kənddir; rayon mərkəzi olan Ağdam şəhərindən 30 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Azərbaycan Respublikasının Ağsu rayonunda da Nəmirli adlı kənd var. == Mədəniyyəti == İşğala qədərki dövrdə Nəmirli kəndində orta məktəb, mədəniyyət evi, iki kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Erməni işğalçıları hər şeyi dağıdıb yerlə yeksan ediblər. == Əhalisi == İşğala qədərki dövrün son məlumatına əsasən, Nəmirli kəndinin əhalisi 644 nəfər olub. Əhalinin əsas məşquliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq idi.
Nəmirli (Ağsu)
Nəmirli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Nəmirli (Yevlax)
Nəmirli (keçmiş adı Nərminli) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Nəmirli bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nəzərli (Qardabani)
Nəzərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 5.808 nəfər (2.943 nəfəri kişilər, 2.865 nəfəri qadınlar) əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.
Nəzərli (Şəbüstər)
Nəzərli (fars. نظرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4,984 nəfər yaşayır (1,169 ailə).
Orxan Nəzərli
Orxan Faiq oğlu Nəzərli (5 dekabr 1984, Ağdam) — İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. == Həyatı və fəaliyyəti == 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlamış, 2005–2015-ci illərdə Azərbaycanda yerləşən audit firmasında çalışmışdır. 2014-cü ildə ABŞ-nin Alyaska ştatında sertifikasiyadan keçib mühasibatlıq üzrə lisenziya almışdır. 2015–2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016–2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışmışdır. 2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
Vasif Nəzərli
Vasif Zahid oğlu Nəzərli (4 mart 2000; Vurğun, Ağstafa rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Nəzərli 2000-ci il martın 4-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə H. Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Vasif Nəzərli 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vasif Nəzərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Vasif Nəzərli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Vurğun qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Vüsal Nəsirli
Vüsal Nəsirli — Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini. == Haqqında == Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. 2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib. Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Nazırlı
Nazırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIX əsrin əvvəllərində Nəzirli kəndinin adı "Qılınclı" adlanırmış. Qılınclı kəndi vaxtilə çox böyük kənd olub. O vaxtlar Kür çayının daşması nəticəsində kəndin əhalisi dörd yerdə və hər birinin arasında 5–6 km məsafə olan ərazilərdə məskən salmışlar. Hətta bu dörd kəndin dördünü də yaşlı adamlar "Qılınclı" (yaşlıların dili ilə desək "Qılışdı") adlandırırlar. Hal-hazırda bu kəndlərin indiki adları: Mollalı, Məşədiibişli, Məmmədli və Nəzirli adlanırlar. Nəzirli kəndini bir çoxları, "Mator Qılınclısı" kimi də tanıyırlar. Çünki, Nəzirli kəndi Kür çayının tam sahilində yerləşdiyi üçün, həyətyanı və əkin sahələrinin suvarılması üçün kəndin Kürə yaxın bir hissəsində çox böyük həcmdə və böyük gücə malik olan su motorları üçün böyük bir bina tikilib və içində 10 - a yaxın tank motorları yerləşdirilmişdır(1975-ci ildən bəri bu motorları yeni qurulmuş su üzərində Bərdə SSİ Nazırlı üzən nasos stansiyası əvəz edir). O vaxtdan Qılınclı kəndlərinin sakinləri öz aralarında biri-birinə izah etmək üçün, bu kəndin adını "Mator Qılınclısı" kimi adlandırmışlar. Nəzirli kəndinə yaranma tarixindən (1930-cu ildən) bəri, yalnız müstəqillik dövründə-2015-ci ildə təbii qaz xətti çəkilib, sakinlərin istifadəsinə verilmişdir.
Bəbirli
Bəbirli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 36 km məsafədəyerləşir. «İrəvan əyalətinin icmal dəftərin»də, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bəbirli türk tayfa adı əsasında formalaşmışdır və quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.11.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bartsraşen qoyulmuşdur. == Əhalisi == Burada 1860-cı illərə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1860-cı ildə Türkiyənin Qazarabad, 1915-20-cı illərdə Muş və Bulanis vilayətindən köçürülmüşdür.
Bədirli
Bədirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin türkdilli təklə tayfasının bədirli nəslinin məskunlaşması nəticəsində meydana gəlməsi güman edilir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Qaramanlı inzibati ərazi dairəsində, Bakı yaxınlığında Pirəkəşkül adlanan ərazidə də Bədirli kəndləri qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi düzənlikdə, Cəlilabad rayonunun şimal-qərbində yerləşir. Əliqasımlı, Üçtəpə, Adnalı, Babaxanlı kəndləri ilə sərhəddir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 773 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bəşirli
Bəşirli — Azərbaycan soyadı və toponim. Xatirə Bəşirli (d. 1958) — filologiya elmləri doktoru, professor. Səməd Bəşirli (d. 1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Toponim == Bəşirli (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. Bəşirli-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Bəşirli-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Cəyirli
Kəndlər Cəyirli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Cəyirli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Cəyirli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Cəyirli (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Dəmirli
Yaşayış məntəqələri Dəmirli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı kənd. Dəmirli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Dəmirli — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Dəmirli yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qədim yaşayış yeri.
Kəbirli
Kəbirli (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Kəbirli (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Yuxarı Kəbirli — Azərbaycanın Beyləqan rayonunda kənd. Kəbirli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Nazilli
Nazilli — Türkiyənin qərbində şəhər, Egey regionunda, Aydın vilayətinin ən böyük şəhəri. Şəhər Aydın şəhərindən 47 kilometr (29 mil) şərqdə, Dənizliyə gedən yol üzərində yerləşir. == Etimologiya == Nazillinin keçmiş adı Bazarköy (türk. Pazarköy) olmuşdur. Rəvayətə görə, Osmanlı dövründə Aydın hökmdarının oğlu Bazarköydən bir qıza aşiq olur, lakin qızın atası onu rədd edir. Daha sonra gənc sevgilisinin şərəfinə şəhərə "Nazlı eli" (Nazlı İli) adını vermişdir. XVII əsr səyyahı Övliya Çələbi hesab edirdi ki, Nazilli bu zəngin şəhərdə yerli qadınların nazlı olması ilə əlaqədar olaraq bu adı almışdır. Başqa bir versiyaya görə, Nazilli adı burada məskunlaşan oğuz türklərindən olan bir ailənin adıdır. Britaniyalılar 1920-ci illərdə şəhəri "Nazlı" adlandırmışdır. == Tarixi == Türklərin Anadoluya yürüşündən sonra burada oğuz türkləri məskən salmışdır.
Nazirlik
Nazirlik — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina.
Nəsibli
Nəsibli (Əvvəlki adı: Xaxollar) — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Xaxollar ol­muşdur. XIX əsrdə orada məskunlaşmış rus­ları yerli əhali xaxol adlandırırdı. Sonralar kənd burada məskunlaşmış qılıclı tayfasının nəsibli tirəsinin adı ilə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın yuxarı axarında, dağlıq ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qədirli
Qədirli (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Vedibasar) — Ermənistan Respublikasının Vedi rayonunun inzibati ərazi vahidində kənd.
Xəzərli
Xəzərli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xəzərli Xacmaz rayonunun Üzünoba inzibati ərazi vahidində qəsəbə. Xəzər dənizi sahilində, Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə yaranmışdır. Xəzər dənizi sahilində salındığı üçün belə adlandırılmışdır.
Əncirli
Əncirli (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Əncirli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Əncirli döş — Azərbaycan Respublikası Cəbrayıl rayonunda dağ adı.
Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mezitli
Mezitli (türk. Mezitli) — Mersin ilinin ilçəsi.
Nəzəralı
Nəzəralı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Nəzəralı kəndi Zərdab rayon mərkəzindən 14 km cənub-şərqdə, Kür çayı sahilində yerləşir. == Tarixi == Sakinlərin dediyinə görə, kəndin əsl adı Nəzəralıxan olub. Güman olunur ki, 1800-cü illərdə Zərdab icmasının Şıxbağı kəndindən çıxmış bəzi ailələr bir zamanlar Nəzəralıxan adlı milyonçunun xidmətində olmuş və buna görə də bu yaşayış məntəqəsi yarandığı gündən həmin xanın adı ilə adlandırılmışdır. == Mədəniyyəti == Nəzəralıda məktəb, xidmət obyektləri və s. var. == Coğrafiyası və iqlimi == Nəzəralı kəndi Zərdab rayon mərkəzindən 14 km Cənub-Şərqdə, Kür çayı sahilndə yerləşir. Ərazisi 618,23 hektardır. == Əhalisi == Əhalisi 210 nəfər. === Nəsillər === Kənddə Hacı Əhməd (Abdurəhmanlı), Yaqublu, İsmayıluşağı kimi böyük nəsillər var.
Xızırlı
Xızırlı — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,746 nəfər və 848 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.