Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lamerd
Lamird – İranın Fars ostanının şəhərlərindən və Lamird şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,365 nəfər və 4,021 ailədən ibarət idi.
Lamerd şəhristanı
Lamird şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Lamird şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 76,971 nəfər və 16,602 ailədən ibarət idi.
Who Named It?
Who Named It? — Tibbi eponimlərin və onların identifikasiyası ilə əlaqəli insanları məlumatlandıran ingilis dilli lüğət. Lüğət olmasına baxmayaraq, bir çox eponimlər və şəxslər haqqında geniş biblioqrafiyalar və geniş məqalələr təqdim edir. Lüğətin fəaliyyət göstərdiyi ofis Norveçdə yerləşir. Məlumatlar tibb tarixçisi Ola Daniel Enersen tərəfindən əlavə olunur. whonamedit.com — Who Named It?
Comərd
Comərd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Comərd kəndi Kilsəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Comərd kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Kəndin ərazisi XX əsrin əvvəllərinədək Ermənistanın Sisyan rayonundakı Comərdli kəndinə məxsus binə olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr binə yerində məskunlaşaraq köhnə yaşayış məntəqəsinin adını yeni yaşayış məntəqəsinə vermişlər. Comərdli sözündəki -li komponenti düşmüşdür. Digər bir yerli məlumata görə - bu kəndin bünövrəsini Dərələyəzdən gələnlər qoymuşlar və öz keçmiş kəndlərinin adı ilə adlandırmışlar. Yaşlı nəslin nümayəndələrinin söylədiklərinə görə XV-XVI əsrlərdə Dərələyəzin Cani (Canlı) varlı bir çodar Qara Kilisə (indiki Sisiyan) rayonuna mal almağa gedib. Çox sayda iribuynuzlu mal alıb evinə qayıdarkən, bir oğlandan xahiş edir ki, bala mənə kömək et malları dağın o biri tərəfinə aparaq, sənə hörmət edərəm.
Lamird
Lamird – İranın Fars ostanının şəhərlərindən və Lamird şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,365 nəfər və 4,021 ailədən ibarət idi.
Navənd
Navənd (fars. ناوند‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (24 ailə).
Nəmənd
Nəmənd – yerə döşəmək üçün hazırlanan qəlibdir. Nəmənd adətən ağ və ya boz rəngli yundan hazırlanır. Üzərində at, qoç, dəvə və digər rəsmlər, həmçinin ayrı-ayrı ornamentlər işlənir. Çobanların yapıncılarıda bu cür qəlibdən hazırlanır. Yapıncı üçün hazırlanan qəlib nazik olur və üzərinə qaba kətan, yaxudda şəddə çəkilərdi. Qəlibdən hazırlanan tərlikdə çula nisbətdə nazik olur.
Namur
Comərd qalası
Comərd qalası — VIII–IX əsrlərə aid Kəlbəcərin Comərd kəndində yerləşən qala. == Tarixi == Kəlbəcər rayonu ərazisində, rayonun ərazi etibarilə ən böyük sahəsi sayılan Tutquçay dərəsinə gedən yolun üstündəki Comərd kəndindən xeyli yuxarıda, böyük bir qayanın üstündə qala inşa edilmişdir. Qalanın dəqiq inşa tarixi məlum deyil. Qalanın tikintisində yerli daşlardan istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == "Kəlbəcər rayonu abidələri". elvintravel.az. İstifadə tarixi: 12 avqust 2021. "Kəlbəcərin tarixi memarlıq abidələri". www.dqdk.gov.az. İstifadə tarixi: 12 avqust 2021.
Lamird şəhristanı
Lamird şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Lamird şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 76,971 nəfər və 16,602 ailədən ibarət idi.
Qaragüney (Comərd)
Tağılar (əvvəlki adı: Qaragüney) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Qaragüney kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 29 may 2015-ci ildə Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb. Kəndin keçmiş adı Comərd Qaragüneyi olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Comərd adlı şəxs Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırlmişdir. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində iki Qaragüney kəndi olub.
Comərd Əliyev
Comərd Rasim oğlu Əliyev — Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini. == Həyatı == 1963-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali ​təhsillidir. 1986-cı ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1986-1995-ci illər ərzində müxtəlif dövlət qurumlarında memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1995-1999-cu illərdə xaricdə diplomatik xidmətlə məşğul olmuşdur. 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2010-cü ilin aprel ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli, 2106 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi direktorunun müavini təyinedilmişdir Ailəlidir, 2 övladı var.
Cömərd Otorbayev
Coomart Otorbayev (18 avqust 1955, Bişkek) — Fizika professoru; Qırğızıstanın baş naziri (25 mart 2014-cü ildən). Qırğızıstanın ilk prezidenti Əsgər Akayevin dövründə baş nazir müavini olub.
A Wind Named Amnesia
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir.
Nərd
Nərd — şərq masaüstü oyun növü. Nərd oyunu qədim tarixə malikdir. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Oyunun qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkələrində mövcud imiş. Nərd oyunu 24 xanalı lövhə – nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır. Nərdin 24 xanası günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin sayına işarədir.
Daməd Nəbiyev
Daməd Nəbiyev(Daməd Məcid oğlu Nəbiyev;d.1925, Yevlax rayonu, Varvara kəndi ö.24 noyabr 2021) - Böyük Vətən müharibəsi veteranı, mayor. == Həyatı == Daməd Nəbiyev 1925-ci ildə oktyabr ayının 15-də Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1943-cü ildə Gürcustanın Qambori rayonunda yerləşən hərbi məktəbə yollanmışdır. İkinci dünya müharibəsində D.Nəbiyev Birinci Belarusiya cəbhəsinin 221-ci aviabombardmançı diviziyasının 8-ci qvardiya bombardmançı polkunda hava atıcı radisti kimi iştirak etmişdir. Müharibə bitdikdən sonra 1946-cı ilin payızında D. Nəbiyevin polku Ukraynanın Zaporoje şəhərinə gəlir və 5 ay qaldıqdan sonra hərbi hissəsi dağılır və D. Nəbiyev Leninqrada göndərilir. 1949-cu ilə kimi Leninqradda təlim uçuşları həyata keçirmişdir. 1950-ci ildə hərbi nazir marşal Jukovun əmri ilə D. Nəbiyev səhəti ilə əlaqədar aviasiyanın tərkibindən çıxarılmış və Bakı hərbi dairəsinə göndərilmişdir. Bir neçə il Bakıda, daha sonra Ağdamda qulluq etmişdir. 1960-cı ilin əvvəllərində D. Nəbiyevin hərbi hissəni ləğv etdilər və onu Gəncə şəhərinə göndərirlər. 1963-cü ildə qiyabi olaraq Gəncə Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olmuşdur.
Tamər Karadağlı
Tamər Qaradağlı (türk. Tamer Karadağlı; 24 may 1967, Ankara) — türk teatr, kino və serial aktyoru. Tamər Qaradağlı kiçik yaşlarından ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Lisey dövründən kino və teatrlara böyük maraq göstərmişdir. TED Ankara Kollecini və Çankaya Liseyindən sonra Bilkent Universitetinin musiqi və səhnə sənətləri fakültəsini bitirmiş, universitetin teatr dərnəyində Şekspirin "Quru gürültü" tamaşasında həm türkcə, həm də ingiliscə rol oynamışdır. "Ferhunde Hanımlar" serialında rolu ilə məşhurluq qazandı. Qaradağlı Arzu Balkan ilə evli olmuşdur. Sənətçi ingilis dilinin 8 ləhcəsini bilməsi ilə məşhurdur.
Tamər Qaradağlı
Tamər Qaradağlı (türk. Tamer Karadağlı; 24 may 1967, Ankara) — türk teatr, kino və serial aktyoru. Tamər Qaradağlı kiçik yaşlarından ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Lisey dövründən kino və teatrlara böyük maraq göstərmişdir. TED Ankara Kollecini və Çankaya Liseyindən sonra Bilkent Universitetinin musiqi və səhnə sənətləri fakültəsini bitirmiş, universitetin teatr dərnəyində Şekspirin "Quru gürültü" tamaşasında həm türkcə, həm də ingiliscə rol oynamışdır. "Ferhunde Hanımlar" serialında rolu ilə məşhurluq qazandı. Qaradağlı Arzu Balkan ilə evli olmuşdur. Sənətçi ingilis dilinin 8 ləhcəsini bilməsi ilə məşhurdur.
Əs-Saməd
Əs-Saməd (ər. الصمد) — Allahın adlarından biri.
Namür əyaləti
Namür eyaləti (fr. province de Namur Fransızca tələffüz: [pʁɔvɛ̃s də namyʁ]; nid. provincie Namen) — Belçikanın 10 əyalətindən biridir. Vallon Brabantı, Lyej əyaləti, Lüksemburq əyaləti, Eno və Fransa ilə əhatələnib. İnzibati mərkəzi Namür şəhəridir. Əhalinin sayı 2010-cu ildə əhalinin sayı 472 281 nəfər olmuşdur. Sahəsi 3666 km²-dir. Ən əsas çayları Maas, Sambra, Lesdir.
Comərd Gəray məscidi
Gileyli məscidi və ya Comərd Gəray məscidi — İçərişəhərdə yerləşən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == Gileyli məscidi iki mərhələdə tikilmişdir: 1309-cu ildə Şirvanşahlar dövründə, sonra isə XIX əsrin ikinci yarısında. == Haqqında == Köhnə hissə xaçgünbəzli kompozisiya sistemini təşkil edir. Burada xaçın qolları dərin qübbələrdir, künclərdə isə kiçik otaqlar yerləşir. Dəqiq proporsiyalı, memarlıq elementləri və detalları ilə profillənmiş və naxışlanmış mehrab, həcmli kütlələrinin sərtliyi və tektonilliyi ilə fərqlənən ibadət zalının daxili interyerini zənginləşdirir. Məscidə əlavə tikilmiş yeni hissə planlaşdırılma sxeminin vəhdətini pozmur, əksinə ibadət zalının rahatlıq imkanlarını genişləndirərək, qübbəli, taclı və çatma formalı künbəzi daxili məkanın formalaşmış memarlıq mühitini təkrarlayaraq, onun kompozisiya strukturuna ayrılmaz surətdə daxil olur. Burada avropasayağı memarlıq üsullarını ifadə edən yeni formalar tətbiq olunub. Daha qabarıq şəkildə bu öz əksini fasadın quruluşunda tapıb. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
Comərd Qəssab türbəsi
Comərd Qəssab türbəsi — Qədim Gəncə ərazisində, Bakı – Gəncə dəmir yolu xəttindən cənubda yerləşən tarixi memarlıq abidəsidir. Türbədə dəfn edilmiş Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Bir rəvayətə görə, Comərd Gəncədə hörmətə malik qəssab olmuş, digər bir rəvayətə görə isə, Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşmüş, İslam dinini qəbul etmiş və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında yeni dinin yayılması ilə məşğul olmuşdur. Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur. == Tarixi == === Comərd Qəssab === Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Gəncə sakinləri arasında yayılan rəvayətə görə, Comərd, Gəncənin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satar, heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırarmış. Digər bir rəvayətə görə, Comərd Qəssab türbəsi Məhəmməd peyğəmbərin əmisi oğlu IV raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə yaşamış, həddən artıq namuslu, ədalətli və insaflı bir qəssabın qəbri üstündə tikilib. Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşür, İslam dinini qəbul edir və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında İslamın yayılması ilə məşğul olur.
Comərd demantoid təzahürü
Comərd Əliyev (memar)
Comərd Rasim oğlu Əliyev — Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini. == Həyatı == 1963-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali ​təhsillidir. 1986-cı ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1986-1995-ci illər ərzində müxtəlif dövlət qurumlarında memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1995-1999-cu illərdə xaricdə diplomatik xidmətlə məşğul olmuşdur. 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2010-cü ilin aprel ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli, 2106 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi direktorunun müavini təyinedilmişdir Ailəlidir, 2 övladı var.
Qasım-Comərd Tokayev
Qasım-Comərd Tokayev (bəzi Azərbaycandilli mənbələrdə Qasım-Jomart Tokayev; və ya Kasım-Jomart Tokayev qaz. Қасым-Жомарт Кемелұлы Тоқаев; 17 may 1953, Almatı) — Qazaxıstanlı siyasətçi və diplomat. 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilədək Qazaxıstan Respublikası Senatının Sədri vəzifəsini icra edib. 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan Respublikasının 2-ci Prezidentidir. 11 yanvar 2007-ci ildən 15 aprel 2011-ci ilədək və 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilə qədər ilədək Qazaxıstan Respublikası Senatının Sədri olmuşdur. Tokayev 1 oktyabr 1999-cu ildən 28 yanvar 2002-ci ilədək Qazaxıstan Respublikasının Baş Naziri, 12 mart 2011-ci il tarixdən 16 oktyabr 2013-cü il tarixində isə Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının direktoru vəzifəsini icra etmişdir. Atası Kemel Tokayev, İkinci Dünya müharibəsi veteranı və tanınmış bir Qazaxıstan yazıçısı idi. Anası Turar Şabarbayeva, Almatı Xarici Dillər İnstitutunda işləmişdir. 1970-ci ildə Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Beşinci ilində o, altı aylıq Çin–Sovet səfirliyində təlim kurslarına göndərildi.
Şimali Ramənd dehistanı
Şimali Ramənd dehistanı (fars. دهستان رامند شمالی‎) — İranda, Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşində inzibati-ərazi vahidi. == Əhalisi == 2016–cı il siyahıyaalınmasına görə dehistanın əhalisi 2.144 ailədə 3.522 nəfəri kişilər və 3.323 nəfəri qadınlar olmaqla cəmi 6.845 nəfərdir. İnzibati baxımdan 8 kəndi əhatə edir ki onlardan birində əhali yaşamır. === Milli tərkibi === Dehistan əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Narmer
Narmer (e. ə. XXXII əsr – e.ə. 3125) — e.ə. 3100-cü illərdə hökm sürmüş və bir çox alim tərəfindən Misirdəki ilk sülaləni qurmuş olan firon olaraq adlandırılır. Keçmişdə Ka-nın (Əqrəb Kralın) vəliəhdi olaraq taxta çıxıb, Aşağı və Yuxarı Misiri birləşdirən firon olaraq tanınmaqda olan Narmerin son vaxtlarda kəşf edilən tapıntılar ilə Əqrəb Kralla eyni adam ola bilmə ehtimalı güclənməkdədir. 1898-ci ildə Hierakonpolda tapılan məşhur Narmer tabletlərində Aşağı və Yuxarı Misirin birləşməsndən bəhs edən Narmerin bu tabletlər sayəsində Misirin ilk fironu ola biləcəyi düşünülür, ancaq ənənəvi tarixçilərin keçərli saydığı Manethonun firon siyahısında sözügedən birləşdirici firondan Menes olaraq bəhs edilir. Bu çərçivədə Misirin ilk fironu məsələsi, hələ də tarix və arxeologiya dünyasında mübahisələrin davam etdiyi bir mövzu olaraq gündəmdə qalmağa davam etmişdir. Bu dövrə aid arxeoloji məlumatların çox dəqiq olmaması səbəbilə, bəzi elm adamları Manethonun siyahısında yer alan Menes ilə Narmerin görünüş bənzərliyi səbəbi ilə eyni şəxs olduğunu önə sürərkən, bəzi elm adamları ilə Narmerin oğlu və vəliəhdi olan Hor-Aha ilə Menesin eyni adam olduğunu önə sürmüşdür. Ortaya atılan başqa bir teoremə görə isə, Narmerin Misiri əsl olaraq birləşdirən və Əqrəb Kral olaraq adlandırılan bir Yuxarı Misir fironunun yerinə təcili olaraq taxta keçmək məcburiyyətində olan vəliəhdi olduğu önə sürülmüş, və Misirin birləşdirilməsi qələbəsinin bu təcili dəyişiklik səbəbilə Narmerə ithaf edildiyi iddia edilmişdir.
Numéro
Numéro — aylıq beynəlxalq qadınlar üçün moda jurnalı. Birinci nömrəsi 1998-ci ildə Fransada təsis edilmişdi. Groupe Alain Ayache nəşriyyat evində buraxılır. Numéro Homme kişilər üçün moda jurnalıdır. Numéro ailəsinə daxildir. Numéro 1998-ci ildə Elisabeth Djian tərəfindən təsis edilib. O indi jurnalın şef-redaktor vəzifəsində işləyir. Onun özünün dediyinə görə, "Mən əsl ağıllı qadınlar üçün moda junalı yaratmağı arzulayırdım. Ağıllı qadın, hansı ki, üz qırışlarını aparan kremlərdən yox, musiqi, dizayn və mədəniyyət haqda oxuyur." 2010-cu ilin sentyabr ayında Numéro Çin jurnalı çap edilmişdi, bu isə bu ölkədə olan böyük tələbatla izah etmək olar.
Lamer
Lamer (en. lamer) – (slenq) kompüter texnologiyalarından o qədər də yaxşı baş çıxarmayan istifadəçi ("lame" ingilis dilində "axsaq", "şikəst" deməkdir). Peşəkar kompüterçi haqqında işlədildiyindən, bu termin təhqiredicidir. Tez-tez bu sözdən "haker", "kompüter qurusu" anlayışlarına qarşılıq kimi istifadə olunur. Rus dilində çox zaman "lamer" sözünün əvəzinə, "təcrübəsiz adam" mənasını verən "çaynik" sözü işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kamera-obskura
Kamera-obskura (lat. - "qaranlıq otaq" deməkdir) — obyektlərin optik təsvirini almaq üçün sadə qurğu. İşıq keçirməz qutudan, divarların birində kiçik dəlikdən və əks divarda ekrandan (mat şüşə və ya nazik ağ kağız) ibarətdir. 0,5-5 mm. diametrlik dəlikdən işıq şüaları keçərək ekranda təsvir əmələ gətirir. Kamera-obskuranın əsasında bir-çox fotoaparatlar düzəldilmişdir. == İşləmə prinsipi == Kamera-obskurada təsvirin sahə dərinliyi aşağı olur. Təsvirin sahə dərinliyinin müəyyən məhdud həddə qədər artırılması üçün dəliyin ölçüsü azaldılır. Dəliyin ölçüsünün həddən artıq azaldılması difraksiya effektinin əmələ gəlməsinə və təsfirin kifayət qədər bulanıq olmasına gətirib çıxarır. Obskura təsvirin sonsuz kəskin sahə dərinliyi ilə xarakterizə olunur.
Kamera musiqisi
Kamera musiqisi — böyük olmayan musiqi kollektivi tərəfindən ifa edilən instrumental və ya vokal musiqidir . == Tarixi == XVI əsrdə hələ iri konsert zallarının, filarmoniyaların olmadığı bir dövrdə instrumental musiqi və kiçik vokal əsərləri musiqi həvəskərlarının evlərində ifa edilirdi. Bu konsertlərdə adətən, klavesinin müşayiəti ilə skripka, violonçel, qoboy və b. solo alətləri çalınırdı. Bəstəkarlar belə musiqi yığıncaqları üçün kiçik həcmli əsərlər - sonata, trio, kvartet, romans və s. yazırdılar. Kamera musiqisi anlayışı (italyanca «camera» - «otaq» deməkdir) elə o zamanlardan mövcud olub, böyük konsert zallarında və ya kilsədə deyil, məhz kiçik salonlarda ifa olunan musiqi janrları kimi formalaşmağa başlamışdır. Tədricən, kamera musiqisi salonlardan kənara çıxaraq iri konsert zallarında ifa edilmişdir. Lakin «kamera» anlamı yenə də saxlanmışdır. Hal-hazırda kamera musiqisi konsertləri simfoniya və oratoriyaların ifa edildiyi iri konsert zallarında deyil, nisbətən kiçik həcmli xüsusi kamera musiqisi salonlarında keçirilir.
Kamera orkestri
Kamera orkestri - kamera musiqisini ifa edən kiçik qrup (adətən 4-12 nəfər). Simfonik orkestrlərin yaranmasından əvvəl (19-cu əsrdə ) onlar əslində orkestr qrupunun yeganə növü idi. 17-ci əsrdən başlayaraq, kamera orkestrlərinə tez-tez kiçik bir orkestri saxlaya bilən hersoqların və digər zadəganların saraylarında olurdu. Beləliklə, məsələn, 1703 - cü ildən İohann Sebastian Bax hersoq III İohann Ernst-in kamera orkestrində skripkaçı idi. 19-cu əsrdə kamera orkestrləri tədricən simfoniyalarla əvəz olundu. 20-ci əsrdə kamera orkestrləri, ən azı, son Romantik orkestrlərin nəhəng kompozisiyalarına (məsələn, Richard Wagner, Anton Bruckner, Gustav Mahler, Richard Strauss, Alexander Scriabin partituralarında böyüdülmüş orkestr kompozisiyalarına reaksiya olaraq yenidən populyarlıq qazanır. ). 20-ci əsrdə kamera orkestri üçün əsərlər Arnold Şonberq (1 nömrəli kamera simfoniyası), Alan Hovaness (Anhid, kamera orkestri üçün fantaziya, kamera orkestri üçün 6 nömrəli simfoniya), Alfred Şnitke (skripka və 3 nömrəli konsert) tərəfindən yazılmışdır. orkestr) və s. 20-ci əsrin tanınmış kamera orkestrləri arasında St.
Ketrin Hauerd
Ketrin Hauerd (İngiliscə: Catherine Howard) (d. 1523 - ö. 13 fevral 1542) - İngiltərə kralı VIII Henrinin beşinci qadınıdır. Lord Edmond Hauerd və Coys Kalpeperin qızıdır. == Gənclik illəri == Ketrin Hauerd Lort Edmond Hauerd və Joyce Culpeper`in qızı və Thomas Hauerd`in qardaşı qızı idi. VIII Henrinin ikinci qadını Anna Boleyn`in yaxın qohumu idi. Əmisinin köməkliyi ilə 15 yaşında ikən saraya Klevezli Annanın nədiməsi olaraq daxil olmuş, Klevezli Annanın qısa davam edən saray həyatından sonra aralarında 38 yaş fərq olmasına baxmayaraq Kral VIII Henri ilə evləndi. == İngiltərə kraliçalığı == VIII Henri Klevezli Annadan boşandıqdan sonra eyni il Ketrin Hauerdlə evləndi. Ketrin həm mərhum qadını Anna Boleynin qohumu idi, həm də ona çox bənzəyirdi. İki il davam edən bu nikah kraliçanın qohumu Thomas Culpeper`lə olan gizli münasibətinin aşkara çıxmasıyla başa çatdı.
Pinhol kamera
Stenop (fr. Sténopé) — obyektivsiz, əvəzində diafraqma şəklində kiçik dəlikdən və qarşısında işıq keçirməz qutudan ibarət fotoqrafik cihazdır. Obyektlərdən əks olunan işıq şüaları kiçik dəlikdən keçərək fotoapparatın divarinda tərsinə çevrilmiş təsvir yaradır. Müasir fotoqrafiyada "pinhol" (ing. Pinhole — "iynə dəliyi") adı da geniş yayılmışdır. Dəliyin diametri ilə dəliklə işığahəssas materialın arasındakı məsafənin nisbətinə əməl edildikdə daha çox sahə dərinliyi olan təsvir əldə edilir. Stenopun əsas üstünlüklərindən biri onun sonsuz sahə dərinliyinə malik olmasıdır. Dəliyin kiçik olması ilə əlaqədar olaraq ekspozisiya üçün saniələrlə, saatlarla hətta günlərlə vaxt tələb edilə bilər. Stenopdan yüxu gördüyümüz təsvirlərə bənzər landşaft şəkilləri çəkmək üçün də istifadə edilir. Stenoplar adətən fotoqraflar tərəfindən əldə düzəldilir.
Sami Naseri
Sami Naseri (fr. Samy Naceri ərəb. سعيد ناصري‎; doğ. 2 iyun 1961, Paris) — bərbər əsilli Fransa aktyoru. O, 1961-ci il iyulun 2-də Parisdə anadan olub. Naserinin anası fransız olsa da, atası Cilali Naseri əslən Əlcəzairdə yaşayan müsəlman bərbər xalqının nümayəndəsi idi. 1998-ci ildə “Taksi” filminin ekranlara çıxması ilə populyarlıq qazanan aktyor 2006-cı ildə “Patriotlar” filmindəki roluna görə nüfuzlu Kann kinofestivalının mükafatını qazanıb. Çılğın temperamentə malik Sami Naseri bir neçə dəfə qanun pozuntusuna görə inzibati və cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin S. Naseri 15 iyun 2013 tarixində azərbaycanlı müğənni və əməkdar artist Röya Ayxanın "Günahsız Günahım" adlı klipində də çəkilmişdir.
Yozef Hamerl
Yozef Hamerl (alm. Josef Hamerl‎; 22 yanvar 1931, Vyana – 15 iyul 2017, Avstriya) ― hücumçu mövqeyində oynamış Avstriya futbolçusu. Hamerl bir sıra klublarda çıxış etmişdir, o cümlədən "Vyana" (1952–1955, 1955–1956), "Austriya Vyana" (1955), "Viner Şport-Klub" (1956–1961, 1963–1965) və "Admira Vakker Mödlinq" (1961–1963) klubları daxil olmaqla. O, Avstriya millisinin heyətində debütunu 1958-ci ilin mart ayında İtaliya millisinə qarşı oyunda etmişdir. Bundan başqa. o, 1958 FİFA Dünya Kuboku və 1960 UEFA Millətlər Kubokunda iştirak etmişdir. O, cəmi 9 oyun keçirmiş və 2 qol vura bilmişdir. Millidə sonuncu oyunu 1962-ci ilin yanvar ayında keçrilən Misir millisinə qarşı təsadüf etmişdir.
Rəqəmsal kamera
Rəqəmsal kamera — Şəkilləri qeyd etmək üçün fotoelektrik prinsipdən istifadə edən bir kameradır. Bu halda, yarımkeçirici fotomatris işığı uçucu olmayan bir saxlama cihazı tərəfindən saxlanılan rəqəmsal məlumatlara çevrilən elektrik siqnallarına çevirir . Rəqəmsal kamera ilə çəkilmiş şəkilləri kompüterə yükləmək , şəbəkələr vasitəsilə ötürmək , monitora baxmaq və ya printerdən istifadə edərək kağız üzərində çap etmək olar . Kinokameralardan fərqli olaraq , rəqəmsal kameralar foto materialın laboratoriya emalına ehtiyac duymur və daxili maye kristal displeylə çəkilişin nəticəsini dərhal qiymətləndirməyə imkan verir. Bundan əlavə, uğursuz çəkilişlər dərhal silinə bilər yaddaş kartından və birbaşa kamerada redaktə edilə bilər. Hazırda istehsal olunan kameraların böyük əksəriyyəti rəqəmsaldır. Artıq 2005-ci ildə dünya foto avadanlığı bazarında lider olan yapon şirkətləri 64.770.000 rəqəmsal kamera və cəmi 5.380.000 kinokamera satmışdır. Texnologiyanın inkişafı rəqəmsal kameraları video çəkiliş üçün əlverişli hala gətirdi və videokamera rəqəmsal kino kamerası kimi istifadə edilə bildi . Buna görə də, müəyyən bir cihaza münasibətdə "video kamera" və ya "kamera" termininin istifadəsi çox vaxt yalnız bir konvensiyadır. Bu cür çox yönlü rəqəmsal kameralar əksər müasir smartfon və mobil kompüterlərdə quraşdırılmış standartdır .
Viola Amqerd
Viola Patrisiya Amqerd (7 iyun 1962, Briq-Qlis[d]) — 2019-cu ildən İsveçrə Federal Şurasının üzvü, yanvarın 1-dən isə 2024-cü il üçün İsveçrə Konfederasiyasının prezidenti kimi fəaliyyət göstərən isveçrəli siyasətçi. O, müdafiə, ictimai mühafizə və idman departamentinin rəhbəridir. Amqerd, 2021-ci ildə qoşulduğu Mərkəzi Partiyanı (DM/LC) yaratmaq üçün Mühafizəkar Demokrat Partiyası (BDP/PBD) ilə birləşmədən əvvəl Xristian Demokratik Xalq Partiyasının (CVP/PDC) üzvü idi.
Hüseynəli Nayeri
Hüseynəli Nayeri (fars. حسینعلی نیری‎; 1956) — İran məhkəmə hakimiyyəti başçısının ali müşaviri və 2013–2022-ci illərdə Ali İntizam Məhkəməsinin sədri. O, 1988-ci ilin yayında İranda siyasi məhbusların kütləvi şəkildə edam edilməsi halında"Tehran Ölüm Komitəsi"nin əsas üzvlərindən biridir. == Həyatı == 1956-cı ildə anadan olmuşdur. O, yeniyetmə ikən Qum seminariyasına gedib və Məhəmmədi Gilaninin yaxın tələbələrindən biri olmuşdur. İran İslam İnqilabının qələbəsi və Gilaninin Ruhullah Xomeyninin yaxın adamlarından biri kimi siyasi səhnədəki rolu ilə Nayeri də dövrün siyasi cərəyanlarına daxil olmuşdu. 1983-cü ildə ildə 26 yaşında siyasi məhbuslar üçün nəzərdə tutulmuş Evin həbsxanasına şəriət hakimi təyin edilmişdir. 1367-ci ildə Seyid Ruhullah Xomeynidən bəzi ostanlarda, o cümlədən Luristan, Kirmanşah və Simnanda məhkəmə quruluşundan asılı olmayaraq məhkəmə problemləri ilə məşğul olmaq üçün xüsusi və birbaşa göstərişlər almışdır.
Kamera 211
Kamera 211 (isp. Celda 211) — İspaniyada 2009-cu ildə çəkilmiş həbsxanalar haqqında olan filmdir. Filmin rejissoru Daniel Monzon olmuşdur. Filmdə baş rolları isə Luis Tosar və Alberto Ammann ifa etmişdir. Film 2010-cu il Qoya Mükafatlarında bir çox mükafat qazanmışdır. == Süjet xətti == Alberto Ammannın canlandırdığı Xuan Oliver personajı bir gün sonra həbsxanada həbsxana nəzarətçisi kimi işə başlamalıdır. Buna görə də, həbsxana ilə tanış olmaq üçün bir gün əvvəldən həbsxanaya gəlir. Bu vaxt həbsxanada təmir gedir və digər nəzarətçilər Xuanı həbsxananın ən təhlükəli hissəsinə gətirəndə təmir sahəsindən bir daş parçası Xuanın başına düşür və o, huşunu itirir. Həbsxana nəzarətçiləri Xuanı 211-ci kamerada qoyub kömək çağırmaq üçün gedirlər. Bu vaxt Luis Tosarın canlandırdığı və həbsxananın ən təhlükəli cinayətkarı olan Malamadre kameradan qaçaraq iğtişaşlara başlayır.