Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nazirlik
Nazirlik — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina.
Nazilli
Nazilli — Türkiyənin qərbində şəhər, Egey regionunda, Aydın vilayətinin ən böyük şəhəri. Şəhər Aydın şəhərindən 47 kilometr (29 mil) şərqdə, Dənizliyə gedən yol üzərində yerləşir. == Etimologiya == Nazillinin keçmiş adı Bazarköy (türk. Pazarköy) olmuşdur. Rəvayətə görə, Osmanlı dövründə Aydın hökmdarının oğlu Bazarköydən bir qıza aşiq olur, lakin qızın atası onu rədd edir. Daha sonra gənc sevgilisinin şərəfinə şəhərə "Nazlı eli" (Nazlı İli) adını vermişdir. XVII əsr səyyahı Övliya Çələbi hesab edirdi ki, Nazilli bu zəngin şəhərdə yerli qadınların nazlı olması ilə əlaqədar olaraq bu adı almışdır. Başqa bir versiyaya görə, Nazilli adı burada məskunlaşan oğuz türklərindən olan bir ailənin adıdır. Britaniyalılar 1920-ci illərdə şəhəri "Nazlı" adlandırmışdır. == Tarixi == Türklərin Anadoluya yürüşündən sonra burada oğuz türkləri məskən salmışdır.
Naqilsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Kamillik (film, 1979)
== Məzmun == Film tanınmış Azərbaycan yazıçısı və dramaturqu, respublika yazıçılar ittifaqının I katibi İmran Qasımovun anadan olmasının 60 illiyinə həsr olunmuşdur. Filmdə yazıçının həyat və yaradıcılığı barədə danışılır.
Naqilsiz Qoşulma Protokolu
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. == Tarixi == 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir.WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür. 1998-ci ilin may ayında ilk WAP – v1.0 redaksiyası işıq üzü görür.
Ağıllı dizayn
Ağıllı dizayn (ing. intelligent design, ID) — canlı orqanizmlərin indiki (və ya indikinə yaxın) formada hansısa "ağıllı yaradıcı" tərəfindən yaradıldığını iddia edilən kreatsionizmin növlərindən biri olan qeyri-akademik konsepsiyadır. Bu iddianı dəstəkləmək üçün "ağıllı dizayn" tərəfdarları bir sıra elməbənzər arqumentlər irəli sürür ki, bunlardan ən diqqətəlayiq olanı "sadələşdirilməyən mürəkkəblik" və "müəyyən mürəkkəblik" (və ya "xüsusi mürəkkəblik")-dir. "Ağıllı dizayn" anlayışının heç bir empirik əsaslandırması yoxdur və sınaqdan keçirilmiş və ya əsaslandırılmış fərziyyələr təklif etmir və buna görə də elmi ictimaiyyət tərəfindən qeyri-akademik kimi tanınır. == Əsas müddəalar == "Discovery Institute" qeyri-kommersiya ictimai təşkilatında çalışan "Ağıllı dizayn " hərəkatının aparıcı nümayəndələri bunu elmi nəzəriyyə hesab edirlər, kainatın və həyatın müəyyən əlamətləri ən yaxşı ağıllı ilkin səbəblə izah olunur və şüurlu idarəetmə olmadan təbii proseslərdən yarana bilməz. Onlar hesab edirlər ki, mürəkkəblik meyarlarının köməyi ilə, insanın hansısa məqsədlə yaratdığı şeylərdə olduğu kimi, əvvəlki şüurlu təsirin zəruriliyini sübut etmək olar. === Sadələşdirilməmiş mürəkkəblik === "Sadələşdirilməyən mürəkkəblik" termini biokimyaçı Maykl Behe (ing. Michael J. Behe) ​​tərəfindən "Darvinin qara qutusu" (1996) kitabında təqdim edilmişdir, baxmayaraq ki, fenomenin özü 1993-cü ildə "Pandalar və insanlar haqqında" kitabının ikinci nəşrində təsvir edilmişdir. Behe "Sadələşdirilməyən mürəkkəbliyi" sistemin əsas funksiyasını yerinə yetirməyə kömək edəcək şəkildə bir neçə bir-birinə yaxşı uyğunlaşmış hissədən ibarət vahid sistem kimi təyin edir. Üstəlik, hissələrdən birinin olmaması sistemin fəaliyyətini dayandırmasına səbəb olur.
Ağıllı evlər
Ağıllı evlər — Ağıllı ev sistemi , işıqlandırma və istilik kimi alətlər və sistemlərin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir. Ev avtomatlaşdırılması kimi tanınan Smart ev texnologiyası; Çox hallarda ev sahibləri ağıllı evlərinə və və ya maşınlara quraşdırılmış smart cihazlarla evlərinin təhlükəsizliyini, rahatlığını və enerji səmərəliliyini nəzarət edə biləcəyi sistemlərdir. Qaraj qapı, həyəcan siqnal sistemləri, qəhvə maşın timer açılması və bağlanması kimi sistemlər ağıllı ev sistemlərinin sadə nümunələridir. == Haqqında == Ancaq ev avtomatlaşdırılması və ağıllı evlərdən danışarkən, istedad və nümunələr daha da irəli səviyyələrə çıxır. Ayrı ayrı çalışan qurğuların əvəzinə bir ağıllı ev bir əsas ev avtomatlaşdırma nəzarətçisi tərəfindən idarə olunan bir çox alt sistemini birləşdirir. Bu əsas avtomatlaşdırma nəzarətçi ev avtomatlaşdırma sistemində idarəçi kimi ev ətrafında olan bütün qurğulara daxil olur, əmr verir və hər şeyi nəzarət edir. == Zamanla təyin edilmiş hadisələr == Ev sahibinin istənilən vaxt və ya evin coğrafi mövqeyinə uyğun olaraq dəyişən gündüz işlərinə uyğun olaraq qurulası sistemdir. Bu xüsusiyyət sayəsində ev hər gün təyin olunan saatlara xüsusi əməliyyatlar həyata keçirir. Məsələn; səhər otağının pəncərələrini açaraq otağı havalandırır , gün batımına və ya doğumuna görə evin kənarında işıqları açır və bağlayır. Bunlar ev avtomatlaşdırma sisteminin işinə səbəb olan vəziyyətlərdir.
Ağıllı lövhə
Ağıllı lövhə — informasiyanın eşidilmə və göstərilmə cəhətindən daha yaxşı başa düşülməsi üçün hazırlanmış interaktiv ağ lövhələrdir.
Ağıllı şəhər
Ağıllı şəhər — məlumat toplamaq üçün müxtəlif növ elektron IoT sensorlarından (əşyaların interneti) istifadə edən və sonra subyektləri, resursları və xidmətləri səmərəli idarə etmək üçün əldə edilən bu məlumatlardan istifadə edən yaşayış məskənidir. Ağıllı şəhər texnologiyaları yol infrastrukturu və nəqliyyat sistemləri, elektrik stansiyaları, kommunal xidmətlər, su şəbəkələri, tullantıların idarə edilməsi, asayişin qorunması və təhlükəsizlik, informasiya sistemləri, məktəblər, kitabxanalar, xəstəxanalar və digər ictimai xidmətlərə nəzarət etmək və idarə etmək üçün vətəndaşlardan, cihazlardan və digər subyektlərdən məlumatların toplanmasını və analizini, həmçinin çevik və dəqiq həll yollarını təmin edir. Ağıllı şəhər konsepsiyası şəhərin gündəlik fəaliyyətini və xidmətlərinin səmərəliliyini optimallaşdırmaq, vətəndaşlarla qarşılıqlı əlaqə yaratmaq üçün informasiya və kommunikasiya texnologiyalarının və IoT şəbəkəsinə qoşulmuş müxtəlif fiziki cihazları inteqrasiyasıdır. Ağıllı şəhər texnologiyası şəhər rəhbərliyinə həm icma, həm də şəhər infrastrukturu ilə birbaşa əlaqə və şəhərdə baş verənləri və şəhərin necə inkişaf etdiyini izləmə imkanı verir. Bu tip şəhərlərdə İKT şəhər xidmətlərinin keyfiyyətini, səmərəliliyini və qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq, xərcləri və resurslara asılılığı azaltmaq, vətəndaşlarla hökumət arasında əlaqəni artırmaq üçün istifadə olunur. Ağıllı şəhərlərdə istifadə olunan proqramlar şəhər axınlarını idarə etmək və real vaxt rejimində reaksiya vermək üçün hazırlanmışdır. Ağıllı şəhərlər ağıllı cihazlardan əldə edilən məlumatlarla işləyir. Bu ağıllı cihazlar telefonlar ya da avtomobillərdə olan sensorlar belə ola bilər. Bu cihazlar kifayət qədər məlumat təmin etdikdə isə, məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərini başlada bilərlər. == Xüsusiyyətləri == 1.
Cırtdanın nağılı
"Cırtdanın nağılı" — Azərbaycan xalq nağılı. Nağılın mövzusu uşaqları Azərbaycan mifologiyasından mifik bir məxluq olan Divdən qurtaran Cırtdan adlı ağıllı bir gənc oğlandan bəhs edir. == Məzmun == Cırtdan qonşunun uşaqları ilə birlikdə meşəyə odun yığmaq üçün gedir. Geri qayıdarkən qaranlıqda itirlər və gördükləri işığa tərəf irəliləyirlər. Onlar beləliklə, Divin yaşadığı evə çatırlar. Canavar uşaqları gecə yemək üçün özünə cəlb edir. Cırtdan öz ağlından istifadə edərək uşaqları xilas edir və onlar sağ-salamat evlərinə qayıdırlar.Cırtdan Azərbaycan nağıllarının ən populyar personajlarından biridir. Ənənəvi azərbaycanlı görünüşü, cəsarəti və zəkası ilə seçilir. Cırtdan bəzən kənd oğlanlarını meşədən odun toplamağa və sonra onu bellərində gəzdirməyə məcbur etdiyi üçün tənbəl bir şəxs kimi təsvir edilir. Buna baxmayaraq, Cırtdan Div ilə qarşılaşdıqda cəsarət göstərir.
Qış nağılı
Qış nağılı — məşhur ingilis dram yazıçısı Uilyam Şekspir tərəfindən yazılmış bir teatr əsəridir. 1611-ci ildə ilk dəfə Şekspirin Saray (Court) Teatrında səhnəyə qoyulmuşdur. 1623-cü ildə ilk dəfə Uilyam Şeksprin əsərlərinin hamısının nəşr olunduğu Birinci Folio kolleksiyasında göstərilmişdir. Əsər ilk dəfə təqdim olunduğu zaman komediya janrında yazıldığı qeyd edilsə də, bəzi müasir redaktorlar bu dramın roman janrında olduğunu iddia edirlər.Bu pyes ingilis dilinin istifadə olunduğu ölkələrin səhnələrində tam mətni ilə deyil, müxtəlif teatrlarda nümayiş edilmişdir. 18-ci əsrdə çox tanınmış Şekspir aktyoru olan Devid Qarrik bu pyesindəki bir personajı canlandırmaqla çox şöhrət qazanmışdır. 19-cu əsrdə isə üçüncü pərdə pastoral xarakterli olmuş və böyük məşhurluq qazanmışdır. Ancaq 20-ci əsrin ikinci yarısında "Qış nağılı" pyesi tamamilə və Birinci Folio kolleksiyasındakı mətninin hamısını əhatə edərək, ilk dəfə səhnəyə qoyulmuşdur. == Personajlar == Siciliya Leontes – Siciliyanın Kralı Hermion – Sicilyanın səxavətli və gözəl kraliçası. Kamillo – Bir dürüst siciliyalı zadəgan. Paulina – Siciliyalı bir zadəgan qadın.
Ağıllı saat
Ağıllı saat — saat formasında olan geyinilə bilən kompüter. Müasir ağıllı saatlar gündəlik istifadə üçün yerli sensor ekran interfeysini təmin edir, əlaqəli smartfon tətbiqi isə uzunmüddətli biomonitorinq kimi idarəetmə və telemetriyanı təmin edir. İlk modellər hesablama, rəqəmsal vaxtın göstərilməsi, tərcümə və oyun oynamaq kimi əsas vəzifələri yerinə yetirə bilsə də, 2015-ci ildən sonra buraxılan ağıllı saatlar mobil tətbiqlər, mobil əməliyyat sistemi və Wi-Fi/Bluetooth bağlantısı daxil olmaqla smartfonlara bənzər ümumi funksionallığa sahib olmağa başladı. Bəzi ağıllı saatlar FM-radio və Bluetooth qulaqlıq vasitəsilə rəqəmsal audio və video faylları oxutmaqla portativ media pleyer kimi fəaliyyət göstərə bilir. Saat telefonları (və ya telefon saatları) adlanan bəzi modellər telefon zəngləri etmək kimi mobil şəbəkə funksiyalarına sahibdir.Daxili avadanlıqları fərqli olsa da əksəriyyətində arxa işıqlı LCD və ya OLED olan elektron vizual displey mövcuddur. Bəziləri daha az enerji sərf etmək üçün transflektiv və ya elektron kağızdan istifadə edir. Adətən yenidən doldurula bilən lityum-ion batareya ilə təchiz edilirlər. Periferik cihazlara rəqəmsal kamera, termometr, akselerometr, addımölçən, ürək döyüntüsünü ölçən cihaz, altimetr, barometr, kompas, naviqasiya cihazı, kiçik səsucaldanlar və əksər kompüterlər tərəfindən yaddaş qurğusu kimi tanınan SD kartlar daxil ola bilər. Proqram təminatına rəqəmsal xəritə, zamanlayıcı və gündəlik, kalkulyator və müxtəlif növ saat üzlükləri daxil ola bilər. Saat sensor, simsiz qulaqlıq və ya HUD kimi xarici cihazlarla əlaqə saxlaya bilər.
Ağıllı ev
Ağıllı evlər — Ağıllı ev sistemi , işıqlandırma və istilik kimi alətlər və sistemlərin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir. Ev avtomatlaşdırılması kimi tanınan Smart ev texnologiyası; Çox hallarda ev sahibləri ağıllı evlərinə və və ya maşınlara quraşdırılmış smart cihazlarla evlərinin təhlükəsizliyini, rahatlığını və enerji səmərəliliyini nəzarət edə biləcəyi sistemlərdir. Qaraj qapı, həyəcan siqnal sistemləri, qəhvə maşın timer açılması və bağlanması kimi sistemlər ağıllı ev sistemlərinin sadə nümunələridir. == Haqqında == Ancaq ev avtomatlaşdırılması və ağıllı evlərdən danışarkən, istedad və nümunələr daha da irəli səviyyələrə çıxır. Ayrı ayrı çalışan qurğuların əvəzinə bir ağıllı ev bir əsas ev avtomatlaşdırma nəzarətçisi tərəfindən idarə olunan bir çox alt sistemini birləşdirir. Bu əsas avtomatlaşdırma nəzarətçi ev avtomatlaşdırma sistemində idarəçi kimi ev ətrafında olan bütün qurğulara daxil olur, əmr verir və hər şeyi nəzarət edir. == Zamanla təyin edilmiş hadisələr == Ev sahibinin istənilən vaxt və ya evin coğrafi mövqeyinə uyğun olaraq dəyişən gündüz işlərinə uyğun olaraq qurulası sistemdir. Bu xüsusiyyət sayəsində ev hər gün təyin olunan saatlara xüsusi əməliyyatlar həyata keçirir. Məsələn; səhər otağının pəncərələrini açaraq otağı havalandırır , gün batımına və ya doğumuna görə evin kənarında işıqları açır və bağlayır. Bunlar ev avtomatlaşdırma sisteminin işinə səbəb olan vəziyyətlərdir.
Ağıllı Köməkçilər (1960)
Ağıllı köməkçilər filmi rejissor Əli Musayev tərəfindən 1960-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film neft sənayesində avtomatika və telemexanikadan istifadə edilməsi probleminə həsr olunmuşdur. Filmdə bu müasir texnikanın təcrübədə tətbiq edilməsi, yeddiillik planın yerinə yetirilməsində alim və mühəndislərin mühüm töhfələri göstərilmişdir. == Məzmun == Film neft sənayesində avtomatika və telemexanikadan istifadə edilməsi probleminə həsr olunmuşdur. Filmdə bu müasir texnikanın təcrübədə tətbiq edilməsi, yeddiillik planın yerinə yetirilməsində alim və mühəndislərin mühüm töhfələri göstərilmişdir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ədhəm Qulubəyov Rejissor: Əli Musayev Operator: Vladimir Konyagin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Ağıllı Vill Hantinq
Ağıllı Vill Hantinq — rejissor Qas Van Sentin 1997-ci ildə çəkdiyi film. Əsas rolları Mett Deymon və Robin Vilyams ifa edirlər. == Məzmun == Vill Hantinq Massaçusets universitetində işləyən bir xidmətçidir. Eyni zamanda çox zəkalı və öyrənməyi sevən bir gəncdir. Həyatı isə başqa yöndə inkişaf edir. Tez-tez qalmaqallara girişir və həbs olunur. Villin qabiliyyətini kəşf edən universitet professoru onun həbsdən çıxarılması üçün zamin olur. Vill də bunun müqabilində içindəki əsəbi idarə edə bilmək üçün psixoterapevtin dəstəyini almalıdır. Beləliklə, Vill terapevt Şon ilə həyatının məcrasını dəyişir və bu yolda ona ən yaxın dostu Çakki ilə yeni tanış olduğu qız dostu köməkçi olurlar.
Afurca nağılı (film, 2007)
Afurca nağılı qısametrajlı sənədli televiziya filmi rejissor Şahəddin Elxan Mayıloğlu tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Qubanın Afurca kəndindən, kənd sakinlərinin məşğuliyyətindən bəhs edir. == Məzmun == Film Qubanın Afurca kəndindən, kənd sakinlərinin məşğuliyyətindən bəhs edir. Afurca Quba rayonunun Güləzi inzibati ərazi vahidində kənddir. Cimi çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Adını ərazidəki eyniadlı Şəlalədən almışdır. Bu Şəlalə Azərbaycanda dağ çaylarına məxsus daimi fəaliyyətdə olan Şəlalələrdən biridir və Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Kənd də həmin Şəlalənin yaxınlığında yerləşir. Afurca sözünu tədqiqatçılar belə izah edirlər: İran mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünun qismən təhrif olunmuş formasıdır.
Aran nağılı (film, 2009)
Ağıllı köməkçilər (film, 1960)
Ağıllı köməkçilər filmi rejissor Əli Musayev tərəfindən 1960-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film neft sənayesində avtomatika və telemexanikadan istifadə edilməsi probleminə həsr olunmuşdur. Filmdə bu müasir texnikanın təcrübədə tətbiq edilməsi, yeddiillik planın yerinə yetirilməsində alim və mühəndislərin mühüm töhfələri göstərilmişdir. == Məzmun == Film neft sənayesində avtomatika və telemexanikadan istifadə edilməsi probleminə həsr olunmuşdur. Filmdə bu müasir texnikanın təcrübədə tətbiq edilməsi, yeddiillik planın yerinə yetirilməsində alim və mühəndislərin mühüm töhfələri göstərilmişdir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ədhəm Qulubəyov Rejissor: Əli Musayev Operator: Vladimir Konyagin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Babanın nağılı (film, 2012)
Babanın nağılı tammetrajlı bədii televiziya filmi rejissor Bəhruz Qasımov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. "Türkel tv"nin istehsalıdır. Novruz bayramı axşamı baba uşaqları tonqal başında toplayıb onlara Novruzla Baharın ətrafında cərəyan edən komik əhvalatları danışır. Əsas rolları Musa Eyyubov, Bəhruz Qasımov, Əminə Şahin, Aqil Seyfəli və Rəfael Rəvan ifa edirlər. == Məzmun == Novruz bayramı axşamı baba uşaqları tonqal başında toplayıb onlara Novruzla (Bəhruz Qasımov) Baharın (Əminə Şahin) ətrafında cərəyan edən komik əhvalatları danışır.
Tanrıverdinin nağılı (film, 2008)
== Məzmun == Film Azərbaycan nağıllarının motivləri əsasında çəkilib. == Film haqqında == Çəkilişlər Səngəçalda köhnə karvansarada, Umbakıda, Qala kəndində qum hamamında, məsciddə və Qobustanda aparılıb. == Filmin heyəti == Ssenari müəllifi : Şərif Qurbanəliyev Quruluşçu rejissor : Şərif Qurbanəliyev Quruluşçu operator :Əlövsət Aslanov Quruluşçu rəssamlar : Ağarəhim Əliyev-Anar Əsədov Səs rejissoru :İlqar Kazimi Rejissorlar : Akif Rüstəmov,Xədicə Qarayeva Montaj : Səbinə Vəliyeva Səbinə Qəmərlinski Operatorlar : Ramin Cəfərov,Vüqar Məmmədov Qrafika :Yusif Qabilov,Emil Ramazanov,Günel Hüseynova Qrim üzrə rəssam: İlqar Cəfərovİşıqçılar: Dadaş Abbasov,İsmayıl Umarov Kostyumer :Gülxar Həsənova Əlbəsəçi: Zaur Hüseynov Pirotexnik :Vaqif Qurbanov Dekor ustaları : Səid Əbilov,Sərdar Həsənov,Kazım Rombei Sürücülər:Eldar Dadaşov,Aydın İmanov,Ağabala Mehdiyev Prodüser :Arif Məlikov === Rollarda === Yaşar Nuri-Nağılçı Ramil Zeynalov-Tanrıverdi Mətanət Atakişiyeva-Afət Kazım Abdullayev-Qara bəy Həcər Ağayeva-Şəms Füzuli Hüseynov-Süleyman Səidə Quliyeva-Xanım Salman Bayramov-Səlim Tünzalə Əliyeva-Qız Əzizağa Əzizov-Div Ayan Babakişiyeva-Qəmər Xuraman Əliyeva-Quluqçu Nicat Rəhimov-Oğlan == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
Tənha Narın Nağılı (1984)
== Məzmun == Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq(Ruslan Nəsirov) ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə(Şükufə Yusifova) ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir. == Film haqqında == Film aktyor İdris Rüstəmovun kinoda ilk işidir. Film yazıçı Əkrəm Əylislinin "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin Müəllifi : Əkrəm Əylisli Ssenari müəllifi : Roza Hüsnitdinova Quruluşçu rejissor : Şamil Mahmudbəyov, Həsənağa Turabov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Tofiq Məmmədov Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Tofiq Məmmədov Operator : Nizami Abbasov Mahnı Mətni : Eyvaz Borçalı Geyim rəssamı : Kamil Nəcəfzadə Qrim rəssamı : Elbrus Vahidov Dekor rəssamı : Səyyad Bayramov Montaj edən : V. Mironova, G. Hüseynova Rejissor assistenti : Ə. Əhmədov, Fərid Hümbətov, F. Hüseynov Operator assistenti : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi) Rəssam assistenti : M. Manuvaxova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev(S. Musayev kimi) İşıq Ustası : Rüstəm Rüstəmov Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi) İnzibatçı : Məmməd Qurbanov, Sahib Quluzadə Çalır : Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri Dirijor : Əli Cavanşir Filmin direktoru : Aydın Dadaşov Kadrarxası mətn : Fəxrəddin Manafov Mahnı İfa edən : Akif İslamzadə(titrlərdə yoxdur) === Rollarda === Ruslan Nəsirov-Sadıq Şükufə Yusifova-Mədinə Nəcibə Hüseynova-Mərcan Yaşar Nuri-Qubad Rasim Balayev-Yaqub Natəvan Məmmədova-Surət Süsən Məcidova-Bəyxanım Əminə Yusifqızı-Firuzə Həsən Əbluc-Səyyad İlqar Ağayarov-Xəzər Həsənağa Turabov-Əli Nadir Əzməmmədov Mayak Kərimov-Leytenant Ötkəm İsgəndərov-Mənsur İdris Rüstəmov-Səlim N. Rukoviçkina Lətifə Əliyeva-Sədəf == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
"Hacı Mail" nağılı... (film, 2005)
"Hacı Mail" nağılı… — 2005-ci ildə Hacı Mail-ə ithafən çəkilmiş film. == Məzmun == Film böyük alim və arif, dəyərli insan, Hacı Mailin əziz xatirəsinə həsr olunmuşdur. Qəzəl ustadı olan Hacı Mail Füzulidən ilham almışdır: == Film haqqında == Hacı Mailin 1999-cu il avqust ayında İran televiziyası tərəfindən lentə alınmış son kadrları da filmə əlavə edilmişdir. Filmdə "Nəsimi" filmindən kadrlardan istifadə edilmişdir.
Ağıllı Uill Hantinq (film, 1997)
Ağıllı Vill Hantinq (film, 1997)
Ağıllı Vill Hantinq — rejissor Qas Van Sentin 1997-ci ildə çəkdiyi film. Əsas rolları Mett Deymon və Robin Vilyams ifa edirlər. == Məzmun == Vill Hantinq Massaçusets universitetində işləyən bir xidmətçidir. Eyni zamanda çox zəkalı və öyrənməyi sevən bir gəncdir. Həyatı isə başqa yöndə inkişaf edir. Tez-tez qalmaqallara girişir və həbs olunur. Villin qabiliyyətini kəşf edən universitet professoru onun həbsdən çıxarılması üçün zamin olur. Vill də bunun müqabilində içindəki əsəbi idarə edə bilmək üçün psixoterapevtin dəstəyini almalıdır. Beləliklə, Vill terapevt Şon ilə həyatının məcrasını dəyişir və bu yolda ona ən yaxın dostu Çakki ilə yeni tanış olduğu qız dostu köməkçi olurlar.
Mən dünyanın ən ağıllı insanıyam
== Kitabın müəllifi == Erdal Demirkıran türk yazıçısıdır. 1995-ci ildə Mərmərə Universitetinin Biznesin idarə edilməsi fakültəsini bitirib. Kaşna proqramlaşdırma ilə də məşğul olub və fəlsəfəsini əks etdirən məqalələr yazıb.O, notariusdan dünyanın ən ağıllı adamı olduğu yazısını alıb. 1995-1997-ci illər arasında Radio Mega-da stand-up proqramı və səhnədə çıxış etdi.Hərbi xidmətdən sonra şüşə zavodunda Ticarət müdiri vəzifəsində çalışıb. Lakin sonradan istefa verdi və seminarlar verməyə başladı.Seminarlarında o, Kaşna fəlsəfəsi adlandırdığı özünə inamı üstün tutan fəlsəfi davranışı təsvir edir. Kaşna fəlsəfəsinin son məqsədi 15 mart 2030-cu ildə dünyada sülhü elan etməkdir. == Kitabın fəsilləri == 1-ci fəsil - Özünüzü tanıyın. İnsanın öz potensialının fərqində olması, bunun fərqində olduğu halda edə biləcəklərinin həddi-hüdudu olmadığı, hər uğur üçün insanların əldə etmək istədiklərinə nail olacağına inanması lazım olduğu qeyd edilir. 2-ci fəsil - İstedad dedin! Bu nədir?