Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naqqa balığı
Naqqa (lat. Silurus glanis) — naxakimilər fəsiləsinin nümayəndəsi. == Yayılması == Şimal Buzlu okeanına tökülən çaylardan başqa Avropanın su hövzələrində yaşayan geniş yayılmış balıqdır. Aral hövzəsində də yaşayır. Xəzərdə Volqanın deltasında, xüsusən onun aşağı hissəsində çoxsaylıdır. Azərbaycanda Kür və Araz çaylarında, onların qollarında, su anbarlarında, Əyriçayda, Qumbaşıda, Kiçik Qızılağac və seyrək hallarda Böyük Qızılağac körfəzlərində yayılmışdır. == Morfoloji əlamətləri == Başı üstdən aşağı yastılanmışdır. Kiçik bel üzgəci ön hissədə az qala qarın üzgəclərinin üstündə yerləşir. Alt çənəsi bir qədər irəli çıxır. Rəngi tünd, qarnı bir qədər açıqdır.
Maqqaş
Maqqaş — ərəb mənşəli alınma söz olub, Azərbaycan dilində 2 mənada işlənir: 1. Çox xırda şeyləri tutub götürmək, sıxmaq və ya qoparmaq üçün kiçik maşayaoxşar alət. Maqqaşla tük çəkmək. 2. Xəmirdən hazırlanan şirniyyatın üzünü naxışlamağa məxsus ağzı dilikli kiçik alət. Azərbaycanın milli şirniyyat növü olan Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunur. Şəkərburalara maqqaşla naxış vurmaq.
Ağqaş
Ağqaş — İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı. XIX əsrin ortalarında kənd dağılmışdır. Yaxınlıqdakı Ağqaş qayasının adındandır. Qayanın adı rəng bildirən ağ və qaş dağ çıxıntısı, dağın qaşı sözlərindən ibarətdir. == Həmçinin bax == Zəngilan Dərəkənd-Parçenis mahalı == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, “Elm”, Bakı, 1994.
Ağqaş qaz
Ağqaş qaz (lat. Anser erythropus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Təsviri == Ağqaş qaz digər qazlardan gövdəsinin nisbətən kiçik və rənginin nisbətən tünd olması ilə fərqlənir. Üst tərəfi qonur – boz, alt tərəfi ağdır. Dimdiyinin dib tərəfində 20–30 mm enində aö zolaq vardır. Dimdiyi ət rəngində və çəhrayıdır. Ayaqları sarıdır. Gözlərinin ətrafında sarı rəngdə çılpaq halqa vardır. Boynu və dimdiyi daha qısadır. == Yayılması == Ağqaş qaz Avropa və Asiyada yayılmışdır.
Nağaş Ovnatan
Nağaş Ovnatan və ya Nəqqaş Ovnatan (erm. Նաղաշ Հովնաթան; 1661[…], Şurud – 28 oktyabr 1722, Şurud) — erməni şairi, aşıqı, rəssamı, Ovnatan rəssam ailəsinin banisi. O, orta əsr erməni lirikasının ardınca yeni erməni minstrel məktəbinin banisi hesab olunur. == Həyatı == Nağaş Ovnatan 1661-ci ildə Naxçıvanda (o vaxt Səfəvilər imperiyasının Çuxursəəd bəylərbəyliyinin tərkibində) Şurud kəndində keşiş ailəsində anadan olmuşdur. O, Aqulisdə yerləşən Müqəddəs Foma monastırında təhsil almışdır. Ömrünün çox hissəsini Tiflis və İrəvanda keçirən Ovnatan son orta əsr sekulyar erməni poeziyasının ən görkəmli nümayəndələrindən biri hesab olunur. Onun yaradıcılığı aşıq yaradıcılığına ən yaxındır. 1710-cu ildə Tiflisə köçmüşdür və burada rəssam olmaqla yanaşı, saray aşığı kimi də fəaliyyət göstərmişdir. Ovnatan yüzdən çox satirik, romantik, içkiyə həsr olunmuş, tərbiyəvi və ya öyüd-nəsihət xarakterli mahnı və qəsidələrin müəllifidir. Nağaş Ovnatan bir rəssam kimi 1712-ci ildə Üçkilsə kafedralının daxili bəzəyini öhdəsinə götürmüş və 1721-ci ildə tamamlanmışdır.
Baqnas
Baqnas — Arsakda Uti mahalında kənd adı. Albaniya tarixi əsərində gözəlliyi ilə məşhur Taquhi (yazılışı ermənicədir) adlandırılan qızın kəndidir. (Albaniya tarixi). Qədim fars dilində baqa allah sözündən və ermənicə yazılışda Amaras toponimində olduğu kimi əlavə olunma as şəkilçisindən ibarətdir. Baq, baqa sözü ilə bağlı yer adları xristianlıqdan (IV əsrdə) əvvəlki sitayiş yerləri və ziyarətgahlarla bağlıdır. Bax: Astlablur və Ulduztəpə. == Həmçinin bax == Arsak Astlablur == Ədəbiyyat == Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990. Azərbaycan SSR-in qısa toponimlər lüğəti. Bakı, 1986.
Baqqal
Baqqal — pozulmadan saxlanılabiləcək yarı təzə və ya konservləşdirilmiş yemək maddələrini, müxtəlif təmizlik vəsaitlərini topdan ya da pərakəndə satan bir tacir.
Rəqqas
Rəqs (ərəbcə: رقص) bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Saqqal
Saqqal — kişilərin çənə, üst dodaq və yanaqlarında bitən üz tükləri. Saqqal kişiliyin, dominantlığın, müdrikliyin və gücün simvolu hesab edilir. Saqqallar kir və bakteriyaları daşıya bilər, ona görə də onları müntəzəm olaraq yumaq, qurulamaq və təmiz saxlamaq vacibdir. Kişilər yaşlandıqca saqqal rəngini dəyişə bilər, adətən gənc yaşlarda daha tünd rənglə başlayır və tədricən boz və ya ağa çevrilir. == Xarici keçidlər == Борода Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine — статья в гуманитарном словаре (rus.) "Брить или не брить?" (Борода и маскулинность в современном мире) из цикла "Археология" на Радио "Свобода" (аудио, фев 2016) И.Словесник "Борода" (видео) "Saqqalın faydaları: Saqqalı qırxmamaq üçün 5 səbəb" (az.). islamazeri.az. 2016-09-27. 2017-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
Vaquas
Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır. == Toponimikası == XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. == Tarixi == Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Çaqqal
Çaqqal — Afrika və Avrasiya ərazisinə xas olan itlər fəsiləsinin orta ölçülü nümayəndəsidir. "Çaqqal" sözü tarixi olaraq canina subtribasına aid bir çox itləri adlandırmaq üçün istifadə edilmişdir, lakin müasir dövrdə bu söz ən çox üç növün adlandırılmasında istifadə edilir: yəhəraltı çaqqal (Lupulella mesomelas),Qara Afrikada olan zolaqlı çaqqal (Lupulella adusta) və cənub-mərkəzi Avropa ilə Asiyada yerləşən adi (qızıl) çaqqal (Canis aureus). Çaqqallar monofiletik kladlar yaratmasa da, onlar fürsətçil hər şey yeyənlər, kiçik və orta ölçülü heyvanların yırtıcısı və peşəkar leş yeyənlərdir. Çaqqallar arasında ən yayılmış sosial vahid monoqam cütlük sayılır. Onlar öz ərazilərini möhkəm qoruyur və ərazi sərhədlərini sidik və nəcis vasitəsilə nişanlayırlar. Böyük ərazilərdə cavan yetişkən çaqqallar öz ərazilərini qurana qədər öz valideynləri ilə qala bilərlər. == Xüsusiyyətləri == Uzunluğu 30-35 sm olan quyruqları ilə birlikdə bədən uzunluqları 85-95 sm-ə çatır. Bədən ağırlıqları 7-12 kilo arasında dəyişir. == Qidalanma == Çaqqallar gündüz çox aktiv olmurlar. Gündüzləri, əsasən, böyük heyvanlardan qorunmaqla keçirirlər.
Laqqar
Laqqar (lat. Falco jugger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Nəqqaş Mustafa Paşa
Nəqqaş Mustafa Paşa (v. 1653, Krit, Osmanlı imperiyası) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra, sarayda bostançıbaşı olaraq xidmət etdi. Bu vəzifədə ikən 4 avqust 1640-cı ildə Misir bəylərbəyi olaraq təyin edildi. Ancaq 2 il sonra - 3 oktyabr 1642-ci ildə vəzifədən alındı və bütün mal-mülkü müsadirə edildi. Daha sonra bağışlanaraq divan vəziri oldu. Bu vəzifədə ikən 1643-cü ildə Sultan Əhmədin qızlarından Xanzadə Sultanla nigahlandı. Ardından 1645–1647-ci illərdə Budin bəylərbəyi olaraq xidmət etdi. 1649-cu ildə Gürcü Nəbi adlı üsyançının aradan qaldırılması ilə vəzifələndirildi.
Daqqa
Daqqa— çəki ölçü vahidi. == Ümumi məlumat == Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Maqas
Maqas — Rusiya Federasiyasında yerləşən şəhər, İnquşetiya Respublikasının mərkəzi.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. == Coğrafiya == Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. == Tarix == Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. == Mənbə == Donald J. Orth. Dictionary of Alaska Place Names.
Raqqa
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. == Tarixçə == 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Usta Zeynal Nəqqaş
Usta Zeynal Nəqqaş (Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Abdullazadə; 1839, Ordubad – 1904, Ordubad, Naxçıvan qəzası) — xəttat nəqqaş və şair. == Həyatı == Kiçik yaşlarından poeziyaya, xəttatlıq və naqqaşlıq sənətinə maraq göstərib. Ordubadda sonra isə Təbrizdə mədrəsə almış, nəqqaşlıq sənəti ilə yanaşı, ərəb, fars dillərini və klassik Şərq şerini mükəmməl öyrənmişdir. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin ən fəal və istedadlı üzvlərindən olmuşdur. Ədəbi irsindən çox az nümunələr dövrümüzədək gəlib çatmışdır. Əlyazma divani itdiyindən yaradıcılığı haqqında ətraflı danışmaq mümkün deyil. Lakin əldə olan nümunələr göstərir ki, Usta Zeynal Nəqqaş həm klassik, həm də tənqidi-realist üslubda şeirlər yazmışdır. == Fəaliyyəti == === Şeirləri === Şeirləri bədii sənətkarlıq xüsusiyyətləri, orijinal obrazları, cinas qafiyələri ilə diqqət cəlb edir. "Nə bilim" adlı satirik şeirindən misralar: === İctimai məzmunlu şeirləri === İctimai məzmunlu şeirlərində dövrün sosial ziddiyyətləri, yoxsul camaatı iqtisadi və mənəvi əsarətdə saxlayan hakim təbəqələr tənqid olunur. Azərbaycanın digər şəhərlərində fəaliyyət göstərən ədəbi məclislərin üzvləri ilə əlaqəsi saxlamış, onlarla şerlənmiş, məktublaşmışdır.
Əli Əşrəf Nəqqaş Avşar
Əli Əşrəf Nəqqaş Avşar (d. 1708-?) Qacar dövrünün rəssam və xəttatlarından və qələmdan üstündə rəssamlıqın görkəmli ustalarından idi.O, Məhəmməd Zamanın şagirdlərindən idi.O, Urmiyanın Avşar elindən idi və Allahverdi Naqqaşın böyük qardaşı idi == Əsərləri == Onun əsərlərindən bir çoxu muzeylər və incəsənət kolleksiyalarda mövcuddur ki, o cümlədən Şeyx Sənan və Xristian Qız qələmdanı, Gül və Quş qələmdanı və Gül və Quş güzgü çərçivəsinə işarə etmək olar. == Şagirdlərı == Ağa Sadıq Ağa Zaman Sani Ağa Bağır == İstinadlar == == Qaynaqlar == اسدی زاده، پرویز، و دیگران. دائ‍ره‌الم‍عارف یا فرهن‍گ دانش و هن‍ر شامل‌: اطلاعات عم‍ومی.
Hüseyn Baqqal
Hüseyn Baqqal — krım tatar rəqqas, baletmeyster, teatr rejissoru. Müasir krım tatar xoreoqrafiyasının banisi. 6 il sürgün həyatı yaşayıb. 1955-ci ildə bəraət qazanıb. == Həyatı == 22 aprel 1897-ci ildə Simferopolda ərzaq dükanı sahibinin ailəsində anadan olub. Ailə Tokal Cami məhəlləsində 32 nömrəli evdə yaşayırdı. 1923-cü ildən etibarən Simpferopolda yerləşən Krım tatar teatrında fəaliyyət göstərməyə başlayıb. Aktyorluq və rəqqaslıqla yanaşı həm də solo konsertlər də verirdi. 1927-ci ildə Frankfurt-Mayn şəhərində keçirilən Beynəlxalq İncəsənət Ustaları festivalının laureatı olub. Sonradan Krım tatar Teatrının baş xoreoqrafı seçilib.
Jetuliu Varqas
Getúlio Dornelles Vargas (19 aprel 1882 – 24 avqust 1954[…]) — İki dəfə Braziliya prezidenti seçilən siyasi xadim. Bəziləri üçün güclü bir diktator olan Vargas, iri torpaq sahiblərinə qarşı apardığı ədalətli siyasətlə "Yoxsulların atası" ləqəbini almışdır. == Həyatı == Rio Grande do Sul əyalətinin nüfuzlu ailələrindən birinin oğluydu. 1908 tarixində Porto Alleqre Universitetinin hüquq fakültəsini bitirdi və dərhal siyasətə atıldı. 1922 tarixində Milli Konqresə daxil oldu və 4 il burda vəzifədə qaldı. 1926 tarixində Luis Pereira rəhbərliyində maliyyə naziri oldu. 1928 tarixində Rio Grande do Sul əyalətinin icra başçısı seçildi. 1930-cu ildə keçirilən seçim kompanyasında qalib gəlmədi. Buna baxmayaraq siyasətdən çəkilmədi və oktyabr üsyanlarına qatıldı. 3 noyabr 1930 – 17 iyul 1934 tarixlərində müvəqqəti hökumətin başına keçdi.
Mavi saqqal
Mavi Saqqal (fr. La Barbe bleue) — fransız yazıçı Şarl Perro tərəfindən yazılmış nağıl. == Mövzu == Mavi saqqal, bir çox insanın ondan çirkin və mavi saqqalı ucbatından qorxduğu zəngin bir aristokdatdır. Bir neçə dəfə evlənmiş, lakin arvadlarına nə olduğu bilinməməkdədir. Bu səbəbdən o ətrafda yaşayan qızlar ondan qaçırlar. Bir gün bir qonşusunu ziyarət edir və üç qızından biri ilə evlənmək istədiyini deyir. Qızları heç biri isə onunla evlənmək istəmədiyindən hərəsi digərini önə çıxarır. Nəyahət mavi saqqal kiçik qızla evlənib, qəsrdə yaşamağa başlayır. Bir müddət sonra mavi saqqal səyahətə çıxmağa qərar verir. Qəsrin bütün qapılarının açarını arvadına verərək yola düşür.
Qara Saqqal
Edvard Tiç (ing. Edward Teach) ləqəbi Qarasaqqal (ing. Blackbeard ; 1680, Bristol, İngiltərə - 22, о. Окракок, Şimali Karolina ) - Vest-Hinddə və Böyük Britaniyanın Şimali Amerika koloniyalarının şərq sahillərində fəaliyyət göstərən ingilis piratı. Onun erkən həyatı haqqında çox az şey məlumdur, lakin o, Bahamanın Nyu Providence adasında məskunlaşmazdan əvvəl Kraliça Anna müharibəsi zamanı matros olub. Kapitan Benjamin Hornigqld Nyu Providens adasında yerləşirdi və Tiç 1716-cı ildə onun komandasına qoşuldu. Horniqold onu ələ keçirdiyi gəmiyə komandir təyin etdi və onlar çoxsaylı pirat fəaliyyətlərinə birlikdə iştirak etdilər. Onların donanmasına daha iki gəmi əlavə edildi, onlardan birinə Stid Bonnet komandanlıq etdi, lakin 1717-ci ilin sonunda Horniqold özü ilə iki gəmi götürərək piratçılıqdan uzaqlaşdı. Tiç Fransız kölə gəmisi olan "Koncord"-u ələ keçirdi, və onun adını "Kraliça Annanın qisası" qoydu. Onu 40 topla təchiz etdi və 300-dən çox adamdan ibarət heyəti idarə etdi.
Rikardo Varqas
Rikardo Varqas (21 noyabr 1997) — Meksikalı üzgüçü. Rikardo Varqas Meksikanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rikardo Varqas birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:11.53 saniyəlik nəticəsi ilə 25-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Riyazi rəqqas
Riyazi rəqqas — Riyazi rəqqas nazik ipdən asılmış bir cisimdən ibarətdir. Riyazi rəqqasın tezliyi ipin uzunluğundan və rəqqasın yerləşdiyi coğrafi enlik və uzunluq dairəsindəki qravitasiya sahəsindən asılıdır. Riyazi rəqqasın tezlik düsturu bir bölək iki pi vuraq kök altda qravitasiya bölək ipin uzunluğu ilə ölçülür.
Saqqal vergisi
Saqqal vergisi (rus. Налог на бороду) — müxtəlif dövrlərdə saqqal saxlayan kişilərə tətbiq olunan vergidir. 5 sentyabr 1698-ci ildə Rusiya çarı I Pyotr saqqal saxlayanlardan saqqal vergisi ödəmələrini tələb edən fərman vermişdi. Keşişlərdən və kəndlilərdən başqa bütün əhali ya saqqalını qırxmalı, ya da vergi verməliydi. Kəndlilər şəhərə daxil olduqda və ya çıxdıqda saqqal rüsumu ödəyirdilər. Vergini ödəyənlər xüsusi ödəmə tarifi olaraq "saqqal sikkələri" (və ya "saqqal nişanələri", "saqqal tarifi") alırdı. "Saqqal sikkə"lərinin ayrı-ayrı vaxtlarda 3 müxtəlif növü olmuşdu. 1705-ci il göstərişilə, saqqala görə ödəmələrin 4 forması ayırd edilmiş, 10 il sonra adambaşına 50 rubl olmaqla, vahid formaya salınmış, 1772-ci ildə isə bu ödəmələr tamamilə ləğv edilmişdi. Saqqal vergisi Rusiyadan əvvəl XVI əsrdə İngiltərə və Fransada tətbiq edilmişdi.
Sarqas (ulduz)
Sarqas və ya Teta Əqrəb (θ Əqrəb, qısaldılmış θ Sco) Əqrəb cənub zodiak bürcünün qoşa ulduzudur. Bu ulduzun görünən ulduz ölçüsü +1,89, açıq havada adi gözlə gecə göyünun ən parlaq ulduzlarından biri kimi görünür. Məsafənin, parallaks üsulunun tətbiqi ilə birbaşa ölçülməsi mümkündür, Hipparkos missiyası zamanı aparılan bu cür ölçmələrdə bu ulduzun Günəşdən məsafəsi 300 işıq ili ( 90 parsek) tapılmışdır. İki komponent Teta Əqrəb A ( bu ulduz Sarqas adlanır) və B .
Sarqas dənizi
Sarqas dənizi – Şimali Amerika materikinin yaxınlığında yerləşir. Sarqas dənizi Atlantik okeanında yerləşir və dünyada sahili olmayan yeganə dənizdir. == Coğrafiyası == Dəniz 23—35° ş. e. və 30—68° q. u. arasında yerləşir. Sahəsi axınlardan asılı olaraq 6—7 mln km² təşkil edir. Sahildddən kifayət qədər aralıda yerləşir. Bermud adalarında şimal-şərqdədir.
Vaquas monastırı
Vaquas monastırı – Kəlbəcər rayonunun Qozlu kəndi (keçmiş Mardakert rayonunun Vaquas kəndi) ərazisində yerləşən, elmi ədəbiyyata Vaquas məbədləri adı altında daxil olmuşdur. Kompleksə XIII əsrə inşa edilmiş əsas kilsə binası, daha qədim dövrə aid olduğu ehtimal edilən kiçik sovməə, narteks və məişət xarakterli tikililərdən ibarətdir. Kompleksə daxil olan binalar hamısı ciddi dağıntılara məruz qalmış və ya qəzalı vəziyyətdədir. == Tarixi == Qədim adı Vaquas olan Qozlu kəndi çoxəsrlik tarixə malikdir. Tətrtər çayının sağ sahilində yerləşən Qozlu kəndi Yuxarı Xaçın ərazisində ən aktiv ictimai həyata malik yaşayış məntəqələrindən, Dvin-Bərdə ticarət yolunun ən vacib nöqtələrindən biri olmuşdur. Həmçinin kənd ərazisindəki körpüdən keçən yol Xaçın – Craberd – Göyçə hövzəsi ərazilərini birləşdirən ən qısa yol olmuşdur. Qədim Vaquas kəndinin xarabalıqları müasir Qozlu kəndinin iki-üç kilometrliyində yerləşir. Kəndin mərkəzində vaxtilə 3 metr hündürlüyə malik, incə naxışlarla bəzədilmiş 1218-ci ilə aid xaç daşı ucalırdı. Kənd ərazisində yerləşən Vaquas monastırının əsas kilsə binası üzərindəki kitabədə onun inşa olunma tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: “664-cü ilin (miladi 1215) yayında, mən, Hassan, Böyük Qriqorun qızı, knyaz Taxanın həyat yoldaşı bu kilsəni inşa etdirdim...”. G.Məmmədova Qozlu məbədlərini IX-X əsrlərə aid edilmişdir.
Yəhəraltı çaqqal
Yəhəraltı çaqqal (lat. Canis mesomelas və ya Lupulella mesomelas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. CAR-da və Afrikanın şərq sahillərində Nubiyadan Ümid burnuna qədər ərazilərdə yaşayır. Çaqqalın bu növü insanlara tez alışır.
Zolaqlı çaqqal
Zolaqlı çaqqal (lat. Canis adustus və ya Lupulella adusta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Balqaş
Balqaş (qaz. Балқаш) — Qazaxıstanın Karaqanda vilayətində yerləşən şəhər. Balxaş gölünün şimal sahilində, Qazaxıstan alçaq təpəliyinin cənubunda yerləşir. 1937-ci ildə əsası qoyulan Balqaş şəhəri ölkənin əsas misəritmə və mədən sənayesi mərkəzi olaraq fəaliyyət göstərmişdir. Şəhər ölkənin Çinlə dövlət sərhədindən təqribən 500 km qərbdə yerləşir.
Ağbaş
Ağbaş (Şabran)
Ağdaş
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsində şəhər, Ağdaş rayonunun inzibati mərkəzi. XVI əsrdən şəhərdir. 19-cu əsrin əvvəllərində "Üçqovaq" adlanırdı. == Tarixi == XIX əsrin əvvəllərində Şəki xanlığının Ağdaş mahalında kiçik bir kənd olan Üçqovaq, daha sonra "Ağdaş" adlanmışdı. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə — 1819-cu ildə, Şəki xanlığının yerində Şəki əyaləti yaradıldı. Daha sonra, 22 (10) aprel 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən, Şəki əyaləti yeni təşkil edilmiş Kaspi vilayətinin tərkibinə daxil edildi və bundan sonra "Şəki qəzası" adlandı. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, Şəki qəzası əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. Bu dövrlərdə Şəki qəzası inzibati mərkəzinin adına uyğun rəsmən "Nuxa qəzası" adlanırdı. 1873 ildə Nuxa qəzası ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edildi və Ərəş qazasının inzibati mərkəzi isə Ağdaş kəndi oldu. 1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu.
Ağqaz
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Laqaş
Laqaş-Mesopotamiyada Qədim dövr şəhərlərindən biri.E.ə. XXV-XXIV əsrlərdə yaranmışdır.Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür . Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır.
Nağan
Nağan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Nağan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,928 nəfər və 1,210 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Mağas
Mağas və ya Maas, həmçinin Maqs və ya Maks — Böyük Qafqaz dağlarında orta əsrlərdə mövcud olmuş Alaniya padşahlığının paytaxtı. İslam və Çin mənbələrindən məlumdur, lakin onun yeri qeyri-müəyyəndir. Bəzi müəlliflər Şimali Osetiyada olması nəzəriyyəsinə üstünlük verir, digərləri isə X əsrə aid üç kilsənin hələ də mövcud olduğu müasir Qaraçay-Çərkəzdəki Arxızı göstərir. Gent Universitetindən (Belçika) tarixçi Con Lethem Sprinkl Mağasın Krasnodar diyarının Otradnenski rayonunda İliçevskoye Qorodişe kimi tanınan arxeoloji sahəsi olduğunu müəyyən etmişdir. Rusiyanın İnquşetiya Respublikasının paytaxtı Maqas şəhəri Mağasın adını daşıyır.
Ağdaş bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.