Sarqas dənizi – Şimali Amerika materikinin yaxınlığında yerləşir. Sarqas dənizi Atlantik okeanında yerləşir[1] və dünyada sahili olmayan yeganə dənizdir.[2]
Sarqas dənizi | |
---|---|
ing. Sarqass Sea | |
| |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 6,000,000 km² |
Eni | 1.100 km |
Dərin yeri | 6995 m |
Yerləşməsi | |
28°20′08″ şm. e. 68°10′30″ q. u.HGYO | |
Ölkələr | |
Üst akvatoriyası | |
Yerləşməsi | Şərqi Amerika |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dəniz 23—35° ş. e. və 30—68° q. u. arasında yerləşir. Sahəsi axınlardan asılı olaraq 6—7 mln km² təşkil edir. Sahildddən kifayət qədər aralıda yerləşir. Bermud adalarında şimal-şərqdədir. Suyunun temperaturu qışda 18—23 °С, yayda isə 26—28 °C olur. Duzluğu 36,5—37 ‰-dir. Dib hissəsinin böyük qismi Şimali Amerika novu ərazisində yerləşir. Burada dərinlik 6000 metrə çatır. Maksimal dərinlik isə 6995 m-dir.
Ərazisinin böyük hissəsini saqassum adlı qonur rəngli yoisunlar örtmüşdür. Dəniz xaricində ümumi kütlələri 4—11 mln ton olaraq qiymətləndirilir. Onların bu ərazidə böyük miqdarda toplanmasının səbəbi dəniz axınlarıdır. Dənizdə çoxsaylı və rəngaraən canlı növləri yaşayır (Skumbrlar, Uçan balıqlar, Dəniz iynəsi, Yengəclər, Dəniz tısbağaları və s.).
Sarqas dənizində böyük tullan topaları vardır. Onların böyük qismi plastik kütlələrdən ibarətdir. Onların bir yerə toplanmasına əsas səbəblərdən biri də dəniz axınlarıdır[3] .
1492-ci ildə Xristofor Kolumb Atlantik okeanında bir dəniz kəşf edir və bu dənizi "Böyük üzümlər yığımı" mənasına gələn "Sarqas" adlandırır. Dünyanın ən təmiz dənizidir. Həm də bütün dənizlərdən sahilsiz olması, okean ilə sualtı tirələr vasitəsilə ayrılmasına görə fərqlənir. Sahili isə çayların axınıdır. Sarqas dənizi əvvəllər təmiz olub, 60 m dərinliyini görmək mümkün idi. Lakin sonralar mazutla çirklənmişdir.
Sarqas dənizinin 6 mln km² sahəsi Sarqassum adlanan qonur yosunlarla örtülüdür. Bu səbəbdən Sarqas dənizi Ginnesin Rekordlar Kitabına düşmüşdür.