Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naxa
Naxa (lat. Silurus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin naxakimilər dəstəsinin naxalar fəsiləsinə aid heyvan cinsi. Müxtəlif növlərinin uzunluğu 35 sm-lə 5 m arasında dəyişir. Cinsə 14 növ daxildir.
Naxakimilər
Naxakimilər (lat. Siluriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Çəkikimilərə qohum olan sümüklü balıqlardır. Uzunluğu 5 m-ə, kütləsi 300 kq-a qədər olur. Çənələrində dişləri, burnunda adətən bir neçə cüt bığcığı var. Döş və bel üzgəclərində əksərən tikan şüa olur. Bəzi naxalarda dəri dişlərində təsadüf edilir. Çox geniş yayılmış naxayabənzərlər, əsasən şirin su balıqlarıdır. Naxaların boyu müxtəlifdir. Adi naxanın uzunluğu 5 m, kütləsi 300 kq-a çatdığı halda, xallı naxanın uzunluğu 6 sm-dən çox deyil.
Naxakimilər fəsiləsi
Naxalar
Naxalar (lat. Siluridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin naxakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Naxayabənzərlər
Naxakimilər (lat. Siluriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Çəkikimilərə qohum olan sümüklü balıqlardır. Uzunluğu 5 m-ə, kütləsi 300 kq-a qədər olur. Çənələrində dişləri, burnunda adətən bir neçə cüt bığcığı var. Döş və bel üzgəclərində əksərən tikan şüa olur. Bəzi naxalarda dəri dişlərində təsadüf edilir. Çox geniş yayılmış naxayabənzərlər, əsasən şirin su balıqlarıdır. Naxaların boyu müxtəlifdir. Adi naxanın uzunluğu 5 m, kütləsi 300 kq-a çatdığı halda, xallı naxanın uzunluğu 6 sm-dən çox deyil.
Vladimir Naxabsev
Vladimir Dmitriyeviç Naxabsev (rus. Владимир Дмитриевич Нахабцев; 16 iyul 1938, Korolyov[d], Moskva vilayəti – 10 mart 2002, Moskva) — rus və sovet kinooperatoru, rejissor və aktyoru, RSFSR-in əməkdar incəsənət xadimi (1976). Vladimir Naxabsev 16 iyul 1938-ci ildə anadan olmuşdur. 1961-ci ildə S.A. Gerasimov adına Ümumrusiya dövlət kinematoqrafiya universitetinin operatorluq fakültəsini (Qalperinin kursu) bitirmişdir. Sonradan həmin təhsil ocağında müəllim kimi fəaliyyət göstərmişdir. Bir çox kinorejissorlarla işləmiş operatorun ən uğurlu əməkdaşlığı Eldar Ryazanovla olmuşdur. V. Naxabsevin həm də rejissorluq və aktyorluq bacarığı da var idi. Operator Vladimir Naxabsev 10 mart 2002-ci ildə Moskvada vəfat etmişdir. Avtomobildən qorun (film, 1966) Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975) İşdə məhəbbət macərası (film, 1977) Qaraj (film, 1979) Кино: Энциклопедический словарь / Гл. ред.
Çeçen naxarı
Naxar (çeç. Нахар; Náxar) — 1991 — 2007 illərdə mövcud olmuş tanınmayan müstəqil İçkeriya Respublikasının valyutası. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
JAXA
JAXA və ya tam adı ilə: Yaponiya Kosmos Araşdırma Agentliyi (yap. 独立行政法人宇宙航空研究開発機構 Dokuritsu-gyōsei-hōjin Uchū Kōkū Kenkyū Kaihatsu Kikō; ing. Japan Aerospace Exploration Agency) — 1 oktyabr 2003-cü ildə ISAS (Institute of Space and Astronautical Science), NAL (National Aerospace Laboratory of Japan) və NASDA (National Space Development Agency of Japan) təşkilatlarının birləşməsindən yaranmış bir təşkilatdır.
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
Naha
Naha (yap. 那覇市; okin. Naafa) — Yaponiyanın Kyuşu regionunda yerləşən Okinava prefekturasının paytaxtı. Okinavada sosial hərəkat lideri olan Kameciro Senaqa 1957-cı ildə Naha şəhərinin meri olmuşdu.
Nama
Naqa
Naqa (नाग) Hinduizm və Buddizmdən gələn böyük bir ilan kimi təsvir edilən ikinci dərəcəli (kiçik) tanrı üçün Sanskrit və Pali dilindəki adıdır. Bununla birlikdə, sözün istifadəsi çox qeyri-müəyyəndir və bu sözlə birdən çox şey ifadə edilə bilər. "Naqalar" olaraq adlandırılan (insan) qəbilə(sin)dən (normal ilanlara (xüsusilə kral kobrası və hind kobrası) və ya fillərə qədər çox fərqli mənalar daşıyır. Dişi naqaya naqi deyilir. Naqa Mucalinda, Budanın qəyyumu olduğu halda, Balarama Vişnunun naqa şəklində təcəssümünü (reenkarnasiyası) təşkil edir.
Nara
Nara (şəhər)
Nuxa
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Saxa
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Axa
Kaxa Bendukidze
Kaxa Bendukidze (gürc. კახა ბენდუქიძე ; 20 aprel 1956, Tbilisi – 13 noyabr 2014, London) — Gürcü dövlət xadimi, iş adamı və xeyriyyəçi. == Həyatı == Kaxa Bendukidze 20 aprel 1956-cı ildə Tiflis şəhərində anadan olmuşdur. 1977-ci ildə Tbilisi Dövlət Universitetini və 1980-ci ildə isə Moskva Dövlət Universitetini bitirmişdir. 1981-1985-ci illərdə Puşçino şəhərindəki Mikroorqanizmlərin Biologiyası və Fiziologiyası İnstitutunda işləmişdir. 1985-1988-ci illərdə Biotexnologiya İnstitutunda Molekulyar Genetika laboratoriyasının sədri vəzifəsində çalışmışdır. Onun tərəfindən 1987-ci ildə elmi tədqiqatlar üçün biokimyəvi maddələr istehsal edən "Bioprocess" adlı müəssənin əsası qoyulmuşdur. Qısa zamanda Rusiyanın iqtisadi müstəqilliyini dəstəkləyən aparıcı şəxslərdən biri kimi məşhurlaşmışdır. Kaxa Bendukidze bu dövrdə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı daxilində vergi və valyuta üzrə işçi qrupuna rəhbərlik etmiş və 13 faizlik sabit vergi dərəcəsinin qəbul edilməsində mühüm rol oynamışdır. Kaxa Bendukidze həmçinin Rusiyada hökümətin iqtisadiyyata müdaxiləsinə qarşı olan şəxslərdən biri idi və bu səbəbdən Rusiya dövlət başçısı Vladimir Putin ilə arasında ziddiyyət yaranmışdı.
Kaxa Kaladze
Kaxaber Kaladze (gürc. კახაბერ კალაძე, 27 fevral 1978[…], Samtredia, İmereti) — gürcü futbolçusu, İtaliyanın Milan komandasının və Gürcüstan Milli Yığmasının müdafiəçisi, UEFA Çempionlar liqasının qalibi olmuş yeganə gürcü futbolçu. Hal-hazırda isə Tbilisi şəhərinin meridir. == Həyatı == Gürcüstanın Samtredia şəhərində anadan olmuşdur.
Kaxa Okriaşvili
Kaxa Okriaşvili (Kaxaber Okriaşvili) (21 mart 1966, Tbilisi) — Gürcüstanın siyasi və dövlət xadimi, tanınmış messenat, Gürcüstan Parlamentinin VI çağırış (2004–2008), VII çağırış (2008–2012), VIII çağırış (2012–2016), IX çağırış (2016–2020) Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən majoritar deputatı, 2008–2020-ci illərdə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, 2015-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambelyasının üzvü. 2013–2016-cı illərdə Gürcüstan Parlamenti Partiyasız Müstəqil Majoritarlar Fraksiyasının, 2016-cı ildən isə Gürcüstan Parlamenti Regional İnkişaf Fraksiyasının Sədri.. == Həyatı == Kaxaber Okriaşvili 21 mart 1966-cı ildə Qoqi Okriaşvilinin ailəsində dünyaya göz açmış, uşaqlıq illəri və erkən gəncliyi Tbilisi şəhərində keçmişdir. 1982–1983 və 1990–1995-ci illərdə, həkimlik fəaliyyəti ilə əlaqədər Gürcüstanın Dmanisi şəhərində yaşamışdır. 1995-ci ildən 2004-cü ilə qədər isə PSP Əczaçılıq Şirkətinin Baş direktoru vəzifəsini tutarkən yenidən Tbilisi şəhərində yaşamışdır. 2004-cü ildən bu yana Dmanisi-Tetriçakro seçki dairsəindən majoritar deputat olduğu üçün Dmanisi şəhərində yaşayır. == Mənşəyi == Kaxa Okriaşvilinin mənsub olduğu Okriaşvililər nəsli barəsində Gürcüstan Çarlığının, Kartli Çarlığının, Gürcü Pravoslav Kilsəsinin, Səfəvi İmperiyasının, Dövləti Aliyyənin (Osmanlı İmperatorluğu), Rusiya İnmperiyası, Gürcüstan Demokratik Respublikası, Gürcüstan SSR, ZSFSR və SSRİ-nin, həmçinin müstəqil Gürcüstanın dövlət və kilsə kitablarında, vergi, əmlak, alqı-satqı, varislik və müxtəlif qeydiyyat sənədlərində minlərlə fakt, istinad və mənbələr var. Okriaşvililər nəsli Gürcüstanın Dmanisi rayonu Javaxi və Qantiadi kəndində yaşayırlar. Arşadırmam zamanı məlum oldu ki, qədim gürcü Okriaşvili nəsli barəsində sənədlərin çoxunun əsli İran arxivlərində, Rusiya Federasiyası arxivlərində, Türkiyə İstanbulda Topqapı arxivində və ən əsas sənədlər isə Gürücstan Dövlət Milli Arxivində saxlanılır. Okriaşvili nəsli haqqında ilk yazılı mənbələr 11–13 əsrlərə təsadüf edir.
Marina-Baxa
Marina-Baxa (isp. Marina Baja) — İspaniyada yerləşən rayon.
Mazama nana
Mazama nana (lat. Mazama nana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Mentha laxa
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Miconia laxa
Miconia laxa (lat. Miconia laxa) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Mikania nana
Mikania nana (lat. Mikania nana) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Monardella nana
Monardella nana (lat. Monardella nana) – dalamazkimilər fəsiləsinin monardella cinsinə aid bitki növü.
Nana (tablo)
Nana (fr. Nana) - Eduard Mane tərəfindən 1877-ci ildə çəkilmiş rəsm əsəri.
Nana Aleksandriya
Nana Aleksandriya (gürc. ნანა გიორგის ასული ალექსანდრია, Nana Giorgis asuli Aleksandria; 13 oktyabr 1949, Poti) — Sovet və Gürcüstan şahmatçı, qrosmeyster (1976). SSRİ-nin əməkdar idman ustası (1971). Nana Aleksandriya 1949-cu ildə Poti şəhərində anadan olmuşdur, jurnalistika ixtisasını bitirmişdir. 1963-cü ildə SSRİ çempionatında debüt etmişdir, 1964-cü ildə Gürcüstan SSR çempionu oldu. Üçqat SSRİ çempionu (1966, 1968, 1969) olmuşdur. Dəfələrlə SSRİ yığma komandasında dünya olimpiadalarının (1969-1980) qalibi olmuşdur. 1967-1990-cı illərdə dünya çempionatı yarışlarında iştirak etmişdir. Dünya çempionatının final görüşlərində iki dəfə iştirak etmişdir, ancaq 1975-ci ildə Nona Qaprindaşvili (+3 =1 -8), 1981-ci ildə isə Maya Çiburdanidzeyə (+4 = 8 -4, Çiburdanidze dünya çempionu titulunu qorudu) məğıub olmuşdur. 20-dən çox beynəlxalq turnirin qalibi.
Nana Corcadze
Nana Gigiyevna Corcadze (gürc. ნანა ჯორჯაძე;; 24 avqust 1948, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcü aktrisası, kinorejissoru, ssenaristi, rəssamı, müəllimi, Kann Film Festivalının mükafatçısı, Oskar mükafatına namizəd. Nana Corcadze 1948-ci ildə Tbilisidə anadan olub. Öz sözləri ilə desək, o, təyyarədə doğulub, damda böyüyüb. O, yaxşı gürcü ailəsindən idi, gəncliyində hippi hərəkatını sevirdi, tez-tez evdən qaçır və qatarlarda avtostop və "dovşan" ilə Sovet İttifaqını gəzirdi. Nana Corcadze 1966-cı ildə musiqi texnikumunu, 1972-ci ildə Tbilisi Rəssamlıq Akademiyasının memarlıq fakültəsini şəhərsalma ixtisası üzrə bitirmişdir. Nana Corcadze 1968–1974-cü illərdə memar kimi çalışmışdır. 1974-cü ildə o, Tbilisi Dövlət Teatr İnstitutunun kino rejissorluğu fakültəsinə daxil olur. Fakültədə Nana təzə qurulan Tengiz Abuladze və İrakli Kvirikadzenin sənət emalatxanasının ilk tələbələrindən olur. O elə burda tanış olduu İrakli Kvirikadze ilə ailə qurur.
Nana İçise
Nana İçise (d. 4 avqust 1997) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Nara (şəhər)
Nara (yap. 奈良市) — Yaponiyanın Kansai regionunda (Kyuşu adası) yerləşən Nara prefekturasının eyni adlı paytaxtı. Nara-Yaponiyanın ilk paytaxtı olub (710–784). Burada Buddanın ən böyük heykəlinin yerləşdiyi Todaydzi məbəd ansamblı var. Məbəddəki Böyük Budda zalı bir neçə dəfə yanğın nətiəsində məhv olub, yenidən bərpa olunsada , dünyanın ən böyük ağac binasıdır (ilkin versiyada sahəsi 58×51 m, hündürlüyü 49 m) və bu günləri öz ilkin görünüşünün yalnız 3-də 2 hissəsini qoruyub saxlamışdı. Bu heykəl 444 ton tuncdan hazırlanmışdı. Oturaq vəziyyətdə olan heykəl 16 metr hündürlükdədi. Buddanın sağ əlinin açıq şəkildə olan ovucu irəliyə doğru uzananmışdı. Bu xeyir-dua işarəsidir. Sol əlin vəziyyəti isə niyyət etməni simvolizə edir.
Nara Nağıyeva