Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nekroz
Nekroz (νέκρωσις "ölüm") — otoliz nəticəsində canlı toxumalarda hüceyrələrin erkən ölümünə səbəb olan hüceyrə ziyanının bir formasıdır. Nekroz hüceyrə və ya toxuma xaricində olan, infeksiya və ya travma kimi amillər, hüceyrə komponentlərinin nizamsız həzminə səbəb olur. Əksinə, apoptoz hüceyrə ölümünün təbii, proqramlaşdırılmış və hədəflənmiş bir səbəbidir. Apoptoz tez-tez bədənə faydalı təsir göstərsə də, nekroz demək olar ki, həmişə zərərlidir və ölümcül ola bilər . Nekroza görə hüceyrə ölümü apoptotik siqnalın ötürülmə yolunu izləmir, əksinə müxtəlif reseptorları aktivləşdirir, bu da hüceyrə membranının bütövlüyünün itirilməsinə gətirib çıxarır və hüceyrə ölümü məhsullarının hüceyrə xaricindəki boşluğa nəzarətsiz buraxılması . Bu, ətrafdakı toxumada leykositləri və fagositoz yoluyla ölü hüceyrələri məhv edən yaxınlıqdakı faqositləri cəlb edən iltihablı bir reaksiyaya başlayır. Bununla birlikdə, leykositlər tərəfindən sərbəst buraxılan mikroblara zərər verən maddələr ətrafdakı toxumalarda kollateral zədələnməyə səbəb ola bilər. Bu artıq təminat ziyanı şəfa prosesini maneə törədir. Beləliklə, müalicə olunmayan nekroz hüceyrə ölümü yerində və ya yaxınlığında çürüyən ölü toxuma və hüceyrə zibillərinin yığılması ilə nəticələnir. Klassik bir nümunə qanqrenadır.
Dəlmə nekropolu
Dəlmə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənd yaxınlığında, Yaycı arxının sağ sahilində, hündürlüyü 8-10 metr olan təpənin üzərində və qərb yamacında arxeoloji abidə. Nekropolun yerləşdiyi təpə inzibati bölgüyə görə Culfa rayonunun Yaycı kəndinin ərazisindədir. Suyunu Gilançaydan alan Yaycı arxı burada dağın altından açılmış tuneldən keçir. Əraziyə verilən Dəlmə adı da buradan götürülmüşdür. Nekropoldan 700-750 metr qərbə tərəf, şərq, cənub və qərb tərəfləri sıldırım qayalıq olan dağın üzərində Dəlmə nekropolunun yaşayış yeri yerləşir. Nekropol 1983-cü ildə rəis Q.M.Aslanov olan Xarabagilan arxeoloji ekspedisiyası tərəfindən öyrənilmişdir. Ümumi sahəsi 616 m² olan qəbiristanlıqda cəmi 27 qəbir var idi ki, onlardan da 8-i uşaq qəbri idi. Qəbirlərin kameraları müxtəlif ölçülü daşlardan səliqə ilə işlənmişdir. Heç bir qəbirdə örtük daşları qalmamışdır. Dördbucaqlı planda olan qəbir kameralarının bir tərəfi nisbətən ensizdir.
Dəmirli nekropolu
== Coğrafi mövqeyi == Dəmirli nekropolu,Culfa rayonunun Ləkətağ kəndindən şimalda,Dəmirliçayla Bərxudarçayın qovşağında uzunsov təpənin üzərində arxeoloji abidə. == Ümumi məlumat == Nekropolun ətrafı yaşayış yeri olmuşdur.Qəbirlər daş qutu tiplidir.Onlar yanlarda iri sal daşlarla qurularaq irihəcmli,yastı sal daşlarla qapadılmışdır.Qəbirlər müxtəlif istiqamətə yönəldilmişdir.Bəzi qəbirlər qazılaraq dağıdılmış,bəzilərinin üst daşları aşınma nəticəsində düşmüşdür.Nekropolun ərazisindən çəhrayı və boz rəngli keramika parçaları toplanmışdır.Toplanmış arxeoloji materiallara əsasən nekropolu 1-7-ci əsrlərə aid etmək olar.
Dəmirçi nekropolu
Dəmirçi nekropolu — Şərur rayonunun Dəmirçi kəndinin şimalında, Sarıdaş yaxınlığındakı yüksəkliklərdən birində yerləşən arxeoloji abidə. Naxçıvan-Sədərək şossesi nekropolu Dəmirçi kəndindən ayırır. == Tədqiqi tarixindən == Nekropol 1967-ci ildə aşkar edilmişdir. İlkin araşdırmalar zamanı abidənin təxminən 6 ha-lıq sahəni əhatə etdiyi müəyyənləşdirilmişdir. Buradan şərq qərb, şimal-cənub istiqamətində salınmış daş qutu tipli qəbirlər aşkar edilmişdir. 1998, 2001-ci illərdə nekropoldan müxtəlif ölçülü sal daşlar, boz rəngli keramika nümunələri aşkar edilmişdir . Müxtəlif vaxtlarda bu ərazidə tikinti daşları çıxarılarkən tapılan maddi-mədəniyyət nümunələri kənd sakinləri T.Novruzov və H. Ələkbərov tərəfindən toplanaraq mühafizə edilmişdir. Həmin materiallar 5 tunc iynə, 2 sırğa, 1 bilərzik, 47 ədəd muncuq və keramika məmulatı ilə təmsil olunur. Abidədən toplanan yerüstü materialların bir qismi sonralar AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafi ya və Arxeologiya İnstitutunun muzeyinə təhvil verilmişdir. == Aşkarlanmış maddi mədəniyyət nümunələri == Buradan yığılan keramika məmulatı əsasən boz-qara rəngdə olan küpə, kasa, çölmək, xeyrə qədəh və onların fraqmentlərindən ibarətdir.
Dəmirçilər nekropolu
Dəmirçilər nеkrоpоlu — Şərur rаyоnunun Dəmirçi kəndindən şimаldа, dаğ silsiləsinin düzənliyə yеnən yаmаcındа yеrləşir. Nеkrоpоl tаmаmilə dаğıdıldığındаn qəbir tiplərini müəyyən еtmək mümkün оlmаmışdır. Tədqiqаtçılаrın məlumаtınа görə, Dəmirçi nеkrоpоlundаkı qəbirlər dаş qutu tipli оlmuşdur. Dаğıdılmış qəbir аbidələrindən çəhrаyı və bоz rəngdə bişirilmiş gil qаblаr аşkаr оlunmuşdur. Kаsа tipli qаblаrın аğzının kənаrındа dеşikli qulаqcıqşəkilli çıхıntılаrı vаrdır. Gil qаblаrın üzəri dаlğаlı хətlər və sünbülşəkilli bаsmа оrnаmеntlə nахışlаnmışdır. Bu tip kеrаmikа məmulаtı Еrkən Dəmir dövrü üçün хаrаktеrikdir. 2007-ci ildə aparılan araşdırmalar zamanı nekropolda kurqan tipli abidələr də aşkar edilmişdir. Nеkrоpоlu е.ə. II-I minilliklərə аid еtmək оlаr.
Dəmyələr nekropolu
Dəmyələr nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Tivi-Ağdərə torpaq yolunun alt tərəfində, yaşayış yerinin yaxınlığında arxeoloji abidə. Nekropol yaxınlıqdakı yaşayış yerindən dərin dərə ilə ayrılmışdır. Nekropol dağın yamacında yerləşdiyindən təbii aşınma nəticəsində qəbirlərin torpaq örtüyü və yan daşları dağılmışdır. Buradakı qəbirlər daş qutu tiplidir. Onların bəzilərinin üst daşları saxlanmasa da, ətrafa dağılmış iri sal daşlar qəbirlərin bu tip daşlarla örtüldüyünü göstərir. Aparılmış tədqiqatlar zamanı nekropolda dörd qəbir abidəsi öyrənilmiş, bu abidələrdən insan skeletinə aid qalıqlar və zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Dəfnlər kollektivdir. Aşkar olunan arxeoloji materiallar keramika məmulatı və bəzək əşyalarından ibarətdir. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri Tunc dövründən Dəmir dövrünə keçidi izləməyə imkan verir. Bu baxımdan bimetallik fibula və dəmir məftildən hazırlan mış, əqiq muncuqlar keçirilmiş boyunbağı, aqat muncuqlar keçirilmiş, üzəri gəzli tunc üzüklər xüsusilə diqqəti cəlb edir.
Eyvaz nekropolu
Eyvaz nekropolu — Ordubad şəhərinin cənub-şərq hissəsində arxeoloji abidə. == Ümumi məlumat == Abidə XX əsrin 80-ci illərinin əvvəllərinə qədər mövcud idi. Orada mərmərdən hazırlanmış çoxlu başdaşı tipli qəbirüstü xatirə abidələri var idi. Bu abidələrin üzərində ərəb və fars dillərində kitabələr olmuşdur. Qəbiristanlıq sufi şeyxi Pir Eyvazın vəfatından sonra yaranmışdır. Sonralar bu sufi şeyxinə hörmət əlaməti olaraq onun qəbri ətrafında dəfn mərasimləri keçirilmiş və böyük bir qəbiristanlıq yaranmışdır. Qəbiristanlıqdakı məzar kitabələrinin tarixləri orada 16-18-ci əsrlərdən başlayaraq dəfn mərasimləri keçirildiyini söyləməyə əsas verir. XX əsrin 80-ci illərində dağıdılıb, yerində avtovağzal inşa edilmişdir.
Göydərə nekropolu
== Coğrafi mövqeyi == Göydərə nekropolu, Culfa rayonunun Göydərə kəndindən şimal-qərbdə, hündür dağ yamacında yerləşir. Qərbdə dərə, şimalda dağ silsiləsi, şərqdə və cənubda Göydərə kəndi ilə əhatələnir. == Haqqında == Yaşayış yerində 1990–1991-ci illərdə kəşfiyyat хarakterli tədqiqat işləri aparılmışdır. Nekropoldakı qəbirlərin hamısı qərb-şərq istiqamətindədir. Onların başdaşıları saxlanmamışdır. Sinə daşları dördkünc prizmatik formadadır. Burada həmçinin qoç daşlara və sənduqələrə təsadüf olunur. Sənduqələrin bir qismi düzbucaqlı əsas üzərində hazırlanmış və yuxarıda tağvari formada tamamlanmışdır. Bəzi qəbirlərin üzərində Ərəb əlifbası ilə kitabələrə təsadüf edilir. Qəbirlərdən birinin yan tərəfində Azərbaycanın Orta əsr təsviri sənəti üçün хarakterik olan tüfəng və qılınc təsvir edilmişdir.
Göygöl nekropolu
Göygöl nekropolu— Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda arxeoloji abidə. == Haqqında == Göygöl nekropolu Ordubad rayonunun Nürgüt kəndindən şimalda, Göygöldən qərbdə yerləşir. Təpənin üzərində bir-birinin yaxınlığında kiçik kurqanlara rast gəlinir. Onların hündürlüyü 1 m, diametri 3 metrdir. Kurqanlar daş qarışıq torpaq laylarından yaranmışdır. Araşdırmalar zamanı maddi- mədəniyyət qalıqlarına rast gəlinməmişdir. Bu tip kurqanlar e.ə. 2–1 minilliklərə aid olduğu üçün Göy-göl nekropolunu da bu dövrə aid etmək olar.
Gəmiqaya nekropolu
Gəmiqaya nekropolu — Ordubad rayonunun Nəbiyurdu yaylasında arxeoloji abidə. Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. == Ümumi məlumat == Burada qəbirlər daş qutu tiplidir. Tədqiqat zamanı dağıdılmış qəbirlərin birindən isə Kür-Araz mədəniyyətinə aid keramika parçaları tapılmışdır. Araşdırmalar zamanı nekropolda həmçinin dəmir dövrünə aid qəbirlər aşkar olmuşdur. Dəmir dövrünə aid olan qəbir abidəsi qaya parçalarından dördkünc formada hazırlanmış, üzəri ağır sal daşlarla qapadılmışdır. Qəbirin içərisinə şimal tərəfdə yerləşən ensiz dromoslardan girilir. Qəbirin sağ divarında bir üçbucaq şəkilli taxça vardır. Abidə kanal qazılarkən dağıntıya uğramışdır və talan edildiyindən maddi-mədəniyyət nümunələri aşkar olunmamışdır. Nekropol tikinti texnikasına və quruluşuna görə onu eradan əvvəl 4-1-ci minilliklərə aid edilir.
Gərməşovlu nekropolu
Gərməşovlu nekropolu — Culfa rayonunun Göynük kəndindən şimalda, Xornu çayının yuxarı axarında, hündür təpənin yamacında arxeoloji abidə. == Ümumi məlumat == Nekropol Azərbaycan Elmlər Akademiyasının Naxçıvan bölməsinin arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır. Nekropol yamacda yerləşdiyindən qəbirlər aşınma nəticəsində üzə çıxmış və dağıdılmışdır. Qəbirlər dördkünc, bəzən isə oval formalı olub müxtəlif istiqamətlərə yönəldilmiş vəziyyətdədir. Onlar yanlarda iri sal daşlarla qapadılmışdır. Ətrafa səpələnmiş skelet qalıqları inqumasiya üsulu ilə dəfn adətinin olduğunu göstərir. Qəbirlərdən aşkar olunan gil qablar qırılmış və ətrafa səpələnmişdir. Boz və çəhrayı rəngdə bişirilən keramika məmulatı 1–2-ci əsrlərə aiddir.
Haqqıxlıq nekropolu
Haqqıxlıq nekropolu — Şahbuz rayonunun Külüs kəndi yaxınlığında, Külüs çayının sol sahilində, hündür təpənin üzərində yerləşir. Nekropolda 1979-cu ildə V.H.Əliyev və A.Q.Seyidov tərəfindən kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Qəbirlərin divarları müxtəlif tikinti texnikası ilə inşa edilmişdir. Onların bəzisinin divarları sal daşlarla qurulmuş, bəzisininki isə iri qaya parçalarından hörülərək, üzəri böyük sal daşlarla qapadılmışdır. Qəbirlər, başlıca olaraq, yamacda yerləşdiyindən təbii aşınma nəticəsində üzə çıxmış və dağılmışdır. 1990-cı ildə bu nekropoldakı qəbirlərin ikisi V.B.Baxşəliyev tərəfindən tədqiq edilmiş və dağıdılmış qəbirlərin materialları toplanmışdır. Tədqiq edilmiş qəbirlərdə kollektiv dəfn adəti qeydə alınmışdır. Aşkar edilən gil məmulatı Xocalı-Gədəbəy mədəniyyətinin xarakterik xüsusiyyətlərini özündə əks etdirir. Arxeoloji materiallara əsasən, nekropolu e.ə.
Haçaparaq nekropolu
I Haçaparaq nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində nekropol. II Haçaparaq nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində nekropol.
Haçaqaya nekropolu
Haçaqaya nekropolu — Ordubad rayonunun Tivi kəndində, eyniadlı yaşayış yerinin yaxınlığında, təpə üzərində, qumluq ərazidə yerləşir. Sahəsi 1,5 ha yaxındır. Nekropolun ərazisi cənubdan yaşayış yeri, şimaldan və şərqdən dərə ilə əhatə olunmuşdur. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Yaşayış yerindən tunc, antik və orta əsrlərə aid xeyli arxeoloji materialların əldə edilməsi orada insanların həmin dövrdə müntəzəm yaşadığını göstərir.
Həmzəli nekropolu
Həmzəli nеkrоpоlu — Həmzəli kəndinin şimаl-şərqində yеrləşir. == Haqqında == Tədqiqatlar zamanı təpənin ətəyində kаnаl qаzılаrkən bir nеçə küp qəbir dаğıdılmışdır. Dаğıdılmış küplərin qаlıqlаrı təpənin ətəyinə səpələnmişdir. Küp qəbirlərin yеrləşdiyi təpə nаlşəkilli fоrmаdа оlub şimаlа dоğru еnsizləşir. Tədqiqаt zаmаnı iri küp pаrçаlаrı ilə bərаbər qəbir аvаdаnlığınа аid bir nеçə gil qаbın pаrçаsı dа əldə еdilmişdir. Kеrаmikа məmulаtınа əsаsən nеkrоpоlu I-III əsrlərə аid еtmək оlаr. == Əhəmiyyəti == Nekropolda aparılan tədqiqatlar burada I-III ərslərə aid nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Kolanı nekropolu
Kolanı nekropolu — Şahbuz rayonunun Kolanı kəndi yaxınlığında Naxçıvnçayın sol sahilində, dağ silsiləsinin çaya enən yamacında yerləşən abidə. == Haqqında == O, hər tərəfdən dərin dərə ilə əhatə olunmuş, yalnız şərqdə ensiz zolaq vasitəsilə dağ silsiləsi ilə əlaqələnir. Kolanı nekropolu 1986-cı ildə V. B. Baxşəliyev tərəfindən qeydə alınmışdır. Nekropolun yerləşdiyi ərazi alçaq kollarla örtülmüşdür. Qəbirlərin bir qrupu aşınma nəticəsində üzə çıxmış və dağııntıya məruz qalmışdır. Nekropol 1986–1988-ci illərdə aparılan tədqiqat işləri nəticəsində V. B. Baxşəliyev və V. H. Əliyev tərəfindən öyrənilmişdir. Nekropolda 16 qəbir abidəsi tədqiq edilmişdir. Qəbirlər daş qutulardan ibarət olub iri sal daşlardan qurulmuşdur. Bəzi qəbirlərin qurulmasında həm iri sal daşlardan, həm də hörgüdən istifadə edilmişdir. Qəbirlər əsasən düzbucaqlı və oval formalıdır.
Kolasu nekropolu
Kolasu nekropolu — Culfa rayonunun Ləkətağ kəndindən şimal-şərqdə eyniadlı, yaşayış yerinin şimalında orta əsrlərə aid arxeoloji abidə.
Külüs nekropolu
Külüs nekropolu — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində arxeoloji abidə. == Tarixi-coğrafi mövqeyi == Şahbuz rayonu ərazisində, Külüs kəndinin şimal tərəfindəki yamacda, eyniadlı çayın sol sahilində yerləşir. == Tədqiqi tarixindən == Abidə 1976-cı ildə V. H. Əliyev tərəfindən qeydə alınmış, Külüs qalası və nekropolu haqqında D. A. Axundov da məlumat vermişdir. 1990-cı ildə V. B. Baxşəliyev burada tədqiqat işləri apararaq, dağılmış qəbirlərdən birinin divarının ölçülərini götürmüşdür. Onun uzunluğu 0.6, eni 0.2 m olub, divarı kiçik daşlarla iki cərgə hörülmüşdü. Nekropoldakı qəbirlər daş qutu tipli olmuşdur. Skelet qalıqları olduqca pis saxlanmışdı. == Aşkarlanmış maddi-mədəniyyət nümunələrinin xüsusiyyətləri == Buradan tapılan maddi-mədəniyyət qalıqları əsasən boz rəngli küpə qırıqlarından ibarət olub formaca bir-birindən fərqlənir. Qabların gilinə narın qum qatılmış boz, yaxud qara rəngdə bişirilmişdir. Qabların daxili səthində saxlanmış konsentrik izlərə əsasən demək olar ki, onlar dulus çarxında hazırlanmışdır.
Kırna nekropolu
Kırna nekropolu — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində şimalda orta əsrlərə aid arxeoloji abidə. Nekropol hündür təpəni və onun yamaclarını əhatə edir, qərb tərəfdə Əlincə çay, cənubuda torpaq yol, şimal-şərqində dərin dərə ilə sərhədlənir. Nekropolda 1985-1991-ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropol hazırda yerli əhali tərəfindən istifadə edilir. Orta əsr və müasir qəbirlər bir-birinə qarışmışdır. Qəbirlərin baş daşları qalmamışdır, sinə daşlarının isə bir çoxu yerindən tərpədilib çevrilmişdir. Sinə daşları müxtəlif formalıdır. Onlar, əsasən, düzbucaqlı və prizma formasında olub, bəzən yuxarıda tağvarı formada tamamlanmışdır. Bir qrup qəbirlərin baş tərəfində tağşəkilli oyuqlar açılmışdır. Bəzi qəbirlərin üzərində quş və haça təsvirləri vardır.
Kərki nekropolu
Kərki nekropolu — Sədərək rayonunun ərazisində, tunc dövrünə aid arxeoloji abidə. == Tarixi-coğrafi mövqeyi == Nekropol Kərki kəndindən qərbdə yerləşir. Sahəsi 2 hektara yaxındır. Qəbirlər daş qutu tipli olub kənarları iri sal daşlardan qurulmuş, üzəri iri sal daşlarla örtülmüşdür. Bəzi qəbirlərin ətrafında kromlexlərə təsadüf olunur. Daş qutuların bəzisi aşınma nəticəsində üzə çıxmış və dağıntıya məruz qalmışdır. == Tədqiqi və aşkarlanmış maddi mədəniyyət nümunələri == 1979-cu ildə nekropolun ərazisində təsərrüfat işləri görülərkən təsadüfən bir neçə qəbir dağıdılmışdır. Dağıdılmış qəbirlərin materiallarının bir qismi Naxçıvan MR Dövlət Tarix Muzeyinə verilmişdir. Tapıntılar əsasən monoxrom boyalı küpə və kasalardan ibarətdir. Onların üzəri qırmızı anqobla örtülərək yaxşı cilalanmış, qırmızı anqob üzərindən qara rənglə çəkilmiş xətlə naxışlanmışdır.
Ləkətağ nekropolu
Ləkətağ nekropolu — Culfa rayonunda Ləkətağ kəndinin girəcəyində, Əlincəçayın sahilində, ilk dəmir dövrünün sonuna aid arxeoloji abidə. == Haqqında == Şimalda həyətyanı sahə, qərbdə isə dərə ilə sərhədlənir. Çox da hündür olmayan təpənin üstündədir. Şərq tərəfdən torpaq yol keçir. Yol çəkilərkən (1975) nekropol dağıdılmış, lakin aşkar olunmuş materiallar yığılıb saxlanmamışdır. Müşahidələrə əsasən qəbirlər daş qutu tipli olmuşdur. Ərazidə forma verməyən Boyəhməd nekropollarından aşkar edilmiş materiallara oxşar gil qab qırıqlarına təsadüf edilmişdir. Abidənin e.ə.1-ci minilliyin əvvəllərinə aid olması ehtimal edilir.
Mahmudoba nekropolu
Mahmudoba nekropolu — Şahbuz rayonundakı eyni adlı kəndin cənubunnda Dəmir dövrünə aid arxeoloji abidə. == Nekropolun tədqiqi == Yerüstü tədqiqatlar zamanı qəbiristandan gil qab parçaları (çəhrayı, bozumtul rəngli küpələr, təkayaqlı vaza tipli qab hissələri və s.) və digər maddi-mədəniyyət nümunələri tapılmışdır. Materialların təhlilindən qəbiristanın e.ə. 1-ci minilliyə aid olması ehtimal edilir.
Makli nekropolu
Makli Nekropol (مکلی کا شہرِ خموشاں‎ ; sindhi مڪلي جو مقام) Pakistanın Sind əyalətindəki Thatta şəhəri yaxınlığında, 10 kvadrat kilometr ərazidə yerləşən dünyanın ən böyük nekropollarından biridir. Burada 400 il ərzində tikilmiş təxminən 500.000–1 milyon türbə var. Makli nekropolunun yaxınlığında müxtəlif sufi müqəddəslərinə və hörmətli alimlərə aid bir neçə böyük cənazə abidəsi var. Nekropol 1981-ci ildə 14–18-ci əsrlər arasında Sindhi sivilizasiyasına "görkəmli vəsiyyət" olaraq YUNESKO-nun Ümumdünya irsinə daxil olmuşdur. Makli Nekropolu 17-ci əsrə qədər Sindin aşağı paytaxtı olan Thatta şəhərindən təxminən 6 kilometr məsafədə olan bir yaylada yerləşir. Bura Kəraçinin təxminən 98 km şərqində,Hind deltasının yaxınlığındadır. Sahənin cənub nöqtəsi orta əsr Kallankot qalasının xarabalıqlarından təxminən 5 mil şimaldadır. == Etimologiya == Ərazi və yaxın təpələri, öz adlarını bir Həcc ziyarətçisinin ərazidə dayanaraq mənəvi həzz aldığını, buranın onun üçün Məkkə olduğunu bildirdiyi əfsanədən almışdır. Sufizmin müqəddəs şeyxi Şeyx Həməd Camalının daha sonra həcc əhvalatını eşitdikdən sonra ərazini "Makli" ya da "Kiçik Makkah" adlandırdığı deyilir. == Tarix == Sufizmin müqəddəsi, şair və alim Şeyx Cəmali Maklidə bir xanəgah qurdu və sonda orada dəfn edildi.
Maxta nekropolu
Maxta nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndinin şimal-şərqində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən antik dövrə aid arxeoloji abidə. Nekropola aid küp qəbirlər 1988-ci ildə su hovuzunun yerləşdiyi təpədə aşkar edilmişdir. Küp qəbirlərdən əldə edilən qablardan yalnız birinin (qum qarışığı olmayan gildən hazırlanaraq boz rəngli, hər iki üzdən çəhrayı boya ilə örtülmüş küpə tipli qab) sınığı saxlanmışdır. Abidənin II – III əsrlərə aid olması ehtimalı irəli sürülsə də, hələ ki, ətraflı tədqiq edilməmişdir.
Muncuqlutəpə nekropolu
Muncuqlutəpə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Sabirkənd və Kələntər Dizə kəndləri yaxınlığında Dəmir dövrünə aid arxeoloji abidə. Burada 1979–1982-ci illərdə aparılmış tədqiqatlar zamanı təqribən 1600–1700 m² sahədə 33 sərdabə tipli qəbir kompleksi tədqiq edilmişdir. Qəbirlər müxtəlif həcmli dağ daşları ilə səliqəli işlənmiş, üstləri sal daşlarla örtülmüşdür. Kameraların ətrafına 1,5 metrə qədər sahədə sal daşlar döşənmişdir. Uzunluğu 3 metrə, eni 1,6 metrə çatan sərdabələr vardır. Dərinlikləri 1,3 metrə qədərdir. Muncuqlutəpə qəbirləri quruluşuna görə üç hissədən ibarətdir: qəbrin kamerası; giriş yolu; ayrıca işlənmiş qurbangah. Giriş yolu qəbrin kamerasına qərb və ya şərq tərəfdən daşla işlənmiş, üstü sal daşlarla örtülmüşdür. Onların daş düzülmüş döşəməsi qəbir kameralarının döşəməsinə nisbətən hündürdədir. Qəbrin kamerasına giriş yolu dikinə qoyulmuş bir ədəd sal daşla örtülmüşdür ki, bu da növbəti dəfn zamanı qəbrin kamerasına daxil olmağı asanlaşdırırdı.