Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nekroz
Nekroz (νέκρωσις "ölüm") — otoliz nəticəsində canlı toxumalarda hüceyrələrin erkən ölümünə səbəb olan hüceyrə ziyanının bir formasıdır. Nekroz hüceyrə və ya toxuma xaricində olan, infeksiya və ya travma kimi amillər, hüceyrə komponentlərinin nizamsız həzminə səbəb olur. Əksinə, apoptoz hüceyrə ölümünün təbii, proqramlaşdırılmış və hədəflənmiş bir səbəbidir. Apoptoz tez-tez bədənə faydalı təsir göstərsə də, nekroz demək olar ki, həmişə zərərlidir və ölümcül ola bilər . Nekroza görə hüceyrə ölümü apoptotik siqnalın ötürülmə yolunu izləmir, əksinə müxtəlif reseptorları aktivləşdirir, bu da hüceyrə membranının bütövlüyünün itirilməsinə gətirib çıxarır və hüceyrə ölümü məhsullarının hüceyrə xaricindəki boşluğa nəzarətsiz buraxılması . Bu, ətrafdakı toxumada leykositləri və fagositoz yoluyla ölü hüceyrələri məhv edən yaxınlıqdakı faqositləri cəlb edən iltihablı bir reaksiyaya başlayır. Bununla birlikdə, leykositlər tərəfindən sərbəst buraxılan mikroblara zərər verən maddələr ətrafdakı toxumalarda kollateral zədələnməyə səbəb ola bilər. Bu artıq təminat ziyanı şəfa prosesini maneə törədir. Beləliklə, müalicə olunmayan nekroz hüceyrə ölümü yerində və ya yaxınlığında çürüyən ölü toxuma və hüceyrə zibillərinin yığılması ilə nəticələnir. Klassik bir nümunə qanqrenadır.
Albantəpə nekropolu
I Albantəpə nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin yaxınlığındakı Albantəpə yaşayış yerinin şimal-qərbində, yastı təpə üzərində yerləşən və antik dövrə aid olan nekropol. II Albantəpə nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin yaxınlığındakı Albantəpə yaşayış yerinin şərqində, Axurçayın sol sahilində yerləşən nekropol.
Astabad nekropolu
Astabad nekropolu — Naxçıvanda, Astabad yaxınlığında orta əsrlərə aid qəbiristanlıq. == Haqqında == Nekropolda müsəlman adəti üzrə dəfn edilmiş skeletlər aşkar olunmuşdur. Bəzi qəbirlərin üzərində sənduqə və daş qoç formasında abidələr olmuşdur. Baş daşlarının əksəriyyəti düşmüş və dağılmışdır; bəzilərinin üzərində ərəb qrafikası ilə kitabə saxlanmışdır. 1967-1971-ci illərdə Araz su qovşağının tikintisi ilə əlaqədar nekropol su altında qalmışdır.
Ataçay nekropolu
Ataçay nekropolu — Xızı rayonu Böyük Qafqaz dağ silsiləsinin cənub-şərq ətəklərindən Xəzər dənizi sahillərinədək olan ərazini əhatə etmiş nekropol. Ərazidə XX əsrin əvvəllərindən Azərbaycanın şimal-şərq bölgəsində arxeoloji tədqiqatlar aparılmışdır. Tarix elmləri üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının rəhbərliyi ilə Xızı arxeoloji ekspedisiyası tərəfindən Xızı rayonu ərazisində planlı şəkildə tədqiqatlara 2009-cu ildən başlanılmışdır. Ərazidə arxeoloji kəşfiyyat işləri nəticəsində bir çox nekropol qeydə alinmışdır. Onlardan biri də Ataçay nekropolu olmuşdur. Ataçay nekropolu Xızıdan Altıağaca gedən yolun ayrıcında yerləişir. Xızı-Altıağac yolunun və həmin yolun Fındığan kəndinə gedən qolunun çəkilişi zamanı və eyni zamanda,nekropolun dağ yamacında yerləşməsi səbəbindən qəbirlərin bəzisi dağıntılara məruz qalmışdır. 2010-cu ildə Xızı arxeoloji ekspedisiyası erkən orta əsrlərə aid 11 ədəd daş qutu qəbir tədqiq etmişdir. Qeyd edək ki, Xızı rayonunda məhz bu nekropolda əvvəllər aparılmış arxeoloji-kəşfiyyat işləri zamanı ilkin olaraq 3 daş qutu qəbir aşkar edilmişdir. Təpənin yamacının üst hissəsində yerləşən qəbirlər heç bir material verməmiş, yalnız aşağıda yolun kənarında açılmış (xatırldaq ki, burada salınmış yol nekropolun ərazisini iki yerə ayırır) 2 daş qutu qəbirdə bəzi bəzək əşyaları tapılmışdır.
Azad nekropolu
Azad nekropolu — Ordubad rayonundakı Azadkəndin şərqində, yüksək təpənin ətəyində arxeoloji abidə. == Haqqında == Qəbiristanlıqda orta əsrlərə aid bir neçə sənduqə və başdaşı tipli qəbirüstü xatirə abidəsi qalmışdır. Burada vaxtilə qırmızımtıl rəngli Darıdağ daşından hazırlanmış 3 ədəd daş qoç fiquru da olmuşdur. Sənduqələr düzbucaqlı prizma formasında boz və çəhrayı rəngli daşdan hazırlanmışdır. Bəzi sənduqələrin üzərində müxtəlif təsvirlər həkk edilmişdir. Sənduqələrin üzərindəki kitabələr ərəb dilində, abidənin səthində və yan tərəfində yazılmışdır. Kitabələrin çoxu aşınmaya məruz qalmışdır. Qəbiristanlıqda Dərviş bəy əl- Azadinin 1584-cü ildə vəfat etmiş qızı Zərifənin, yenə onun 1588-89-cu illərdə vəfat etmiş oğlu Əli Sultanın, Xacə bəy əl Azadinin 1588-89-cu ildə vəfat etmiş oğlu Dərviş bəyin xatirəsinə hazırlanmış sənduqə tipli qəbirüstü abidələr üzərindəki məzar kitabələri, kitabələrdə qeyd olunan əl-Azadi nisbəsi (Azadlı, mərhumun əslən Azad şəhərindən olmasını göstərən kəlmə) sübut edir ki, adı orta əsr qaynaqlarında xatırlanan Azad şəhəri bu ərazidə yerləşmişdir. Nekropolda ən geci 14-cü əsrdən dəfn mərasimləri keçirilməyə başlanmışdır.
Ağbucaq nekropolu
Ağbucaq nekropolu — Şərur rayonunun Axura kəndində konusvari təpənin üzərində arxeoloji abidə. Qəbirlər daş qutu tiplidir. Onlar müxtəlif istiqamətə yönəlmişdir. Qəbirlər yanlarda yastı sal daşlarla qurulmuşdur. Onların üzəri eyni tipli daşlarla qapadılmışdır. Nekropol kənd təsərrüfatı işləri görülərkən tamamilə dağıdılmışdır. Qəbir avadanlığından yalnız bir neçə çəhrayı rəngli keramika parçası qalmışdır. Onlar son antik dövr üçün xarakterikdir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, nekropolda həmçinin küp qəbirlərdə dəfnetmə adəti də olmuşdur. Tədqiqat zamanı nekropolun şərq tərəfində buradakı iri küplərdən birinin ağzının parçası tapılmışdır.
Ağbulaq nekropolu
== Coğrafi mövqeyi == Ağbulaq nekropolu, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən antik dövrə aid arxeoloji abidədir. == Tapıntılar == Qəbirlər iri küplərdən ibarətdir və bu nekropol təsərrüfat işləri aparılarkən aşkar olunmuşdur. Ərazi traktorla kürəndiyindən qəbir dağılmış, iri küp qırıqları ətrafa səpələnmişdir. Dağılmış sahədə iri qaya parçalarına rast gəlinmişdir. Qazıntılar zamanı iki qəbir tədqiq olunmuşdur. Birinci küp ağzı günbatana olmaqla şm.- q istiqamətində idi. Ətrafı dördkünc formada bir cərgə daşla hörülmüşdür. Küpün ağzına təkqulplu qara rəngli iri qab qoyulmuşdur. Küpün içərisi torpaqla dolmuş, skelet qalıqları cürüyərək preslənmişdir. Küp təmizlənərkən əqiq və şüşə muncuqlar, gil qab qırıqları, muncuq, tunc sancaq, üzük və zınqrov, 1 ədəd mis pul və başqa maddi mədəniyyət nümunələri əldə edilmişdir.
Ağsal nekropolu
Ağsal nekropolu — Culfa rayonu ərazisində, Əlincə çayın sağ sahilində, Milax kəndindən şimal-şərqdə Tunc dövrünə aid arxeoloji abidə. Arxeoloqlar Ə.K. Ələkbərovun və O. H. Həbibullayevin məlumatlarına görə, burada vaxtilə böyük nekropol olmuş və oradan boyalı qablar tapılmışdır. Əlincəçayın vadisi şumlanıb əkin sahəsi kimi istifadə edildiyindən nekropolun yerüstü əlamətləri tamamilə itmişdir. Torpaq işləri görülərkən qəbir abidələri dağıdılmış, buradan gil qablar aşkar edilmişdir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 16.
Badamlı nekropolu
Badamlı nekropolu — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndi ərazisində və kənd ətrafında yerləşən, orta əsrlərə aid arxeoloji və tarixi abidə. == Ümumi məlumat == Badamlı nekropolunun sahəsi 0,25 hektardır. Nekropol müsəlman qəbiritanlığından ibarətdir. Nekropolun baş və sinə daşları dağıdılmışdır, birinin üzərində mərhumun ölüm tarixi yazılmışdır. XV və ya XVI əsrlərə aid olması ehtimal edilir. == İstinadlar == == Ədəbiyyat == Novruzlu Ə.İ, Baxışəliyev V.B., Şahbuz bölgəsinin arxeoloji abidələri. Bakı, 1992.
Billava nekropolu
Billаvа nеkrоpоlu — Billаvа kəndinin хаrаbаlıqlаrındаn şərqdə, hündür təpənin üzərində yеrləşir. == Haqqında == Nekropolda qəbirlərin hаmısı qiblə istiqаmətindədir. Bаşdаşılаrı yоnulmаmış, yаstı dаşlаrdаn qоyulmuşdur. Bəzi qəbirlərin ətrаfı dördkünc fоrmаdа çаy dаşlаrı ilə əhаtə еdilmiş, bəzilərinin isə üzəri tаmаmilə dаşlа qаpаdılmışdır. Nеkrоpоlun ərаzisindən Orta əsrlərin inkişаf еtmiş dövrünə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Billаvа nеkrоpоlu yаşаyış yеri ilə həmdövr оlub IX-XX əsrlərə аiddir. == Əhəmiyyəti == Nekropolda aparılan tədqiqatlar IX-XX ərslərdə Azərbaycanda nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Biləv nekropolu
Biləv qəbiristanlığı — Ordubad rayonunun Biləv kəndindən şərqdə arxeoloji abidə. Qəbiristanlıqda xeyli daş qoç fiqurları və sənduqələr vardır. Qərb-şərq istiqamətində yönəlmiş torpaq qəbirlərin bəzisinin ətrafı dördkünc formada, bəzisi isə dairəvi formada daş düzümləri ilə əhatələnmişdir. Baş daşlarının bir qismi adi qaya parçalarından, bəziləri isə yonulmuş daşlardan qoyulmuşdur. Qəbir daşları üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Biləv qəbristanlığı XIV-XVIII əsrlərə aiddir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 45.
Bulqan nekropolu
Bulqan nekropolu — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ərazisisində eyniadlı kəndin yaхınlığında nekropol. == Tariхi == Burada aparılan qazıntılar zamanı sənduqə tipli bir neçə qəbirüstü abidəyə təsadüf edilmişdir. Qəbirlərin əksəriyyəti batmış və yerində dördkünc çalalar saхlanmışdır. Əksər qəbirlərin başdaşları düşmüşdür. Onların bəzisində yuxarısı tağvari formada tamamlanan başdaşıları olmuşdur. Nekropoldan müasir dövrədək Bulqan əhalisi tərəfindən istifadə edilmişdir. Onu XII-XIX əsrlərə aid etmək olar.
Buzqov nekropolu
Buzqov nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndi yaxınlığında tunc dövrünə aid abidə. == Haqqında == Buzqov nekropolu daş qutu tipli qəbirlərdən ibarətdir. Qəbirlər əsasən şimaldan qərbə, bəziləri isə şimaldan cənuba istiqamətləndirilmişdir. Qəbirlərin yan tərəflərində 2 və ya 3, ayaq və baş tərəflərində isə 1, bəzən 2 iri sal daş vardır. Aşkar olunmuş materiallar boz rəngli gil məmulatından və monoxrom boyalı qablardan ibarətdir. Abidə e.ə. 2-ci minilliyə aiddir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Böyükdüz nekropolu
I Böyükdüz nekropolu —
Culfa nekropolu
Culfa nekropolu — Azərbaycan ərazisində arxeoloji abidə. Culfa nekropolu dəmir yolu çəkilərkən, 1939-1940-cı illərdə dağıdılmışdır. Bu nekropolun materialları, hazırda Gürcüstan Dövlət Tarix Мuzeyində saxlanılır. V.H.Əliyev tərəfindən nəşr olunan həmin materiallar e.ə. XIII-IX əsrlərə aid edilir. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Cuğa nekropolu
Cuğa nekropolu (erm. Ջուղայի գերեզմանատուն) — Culfa rayonunun Gülüstan kəndi ərazisindəki qədim Cuğa şəhər yerində 2000-ci illərin əvvəllərinə kimi mövcud olmuş XII–XVII əsrlərə aid nekropol. Kompleks Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.Qəbirsanlıqda orta əsrlərdən modern dövrə kimi müxtəlif tarixi mərhələləri əhatə edən xaç daşlar və xaçkarlar, həmçinin Qaraqoyunlular və Ağqoyunlular dövrlərinə aid zoomorf qəbir daşları olmuşdur. Ümumilikdə nekropolda 10.000-ə qədər abidə olmuşdur. Erməni və Beynəlxalq təşkilatlar tərəfindən bu kompaniyanı dayandırması üçün Azərbaycan hökumətinə dəfələrlə müraciətlər edilmiş və müxtəlif beynəlxalq təşkilatlara bu fəaliyyətini dayandırması üçün Azərbaycana təsirlər edilməsi haqqında müraciətlər olunmuşdur. 2006-cı ildə Azərbaycan Avropa Parlamenti nümayəndələrinin iddia olunan abidələrin məhv edilməsi məsələsini araşdırmaq üçün Azərbaycana gəlmələrini təklif etmiş, hadisəyə göstərilən beynəlxalq münasibətin "ikili yanaşma və isterik" olduğunu bəyan etmiş, eyni zamanda Ermənistanın nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinin də araşdırılmasını və araşdırma qrupunun Azərbaycan ərazisində keçərək Ermənistan nəzarətində olan əraziyə getməsini tələb etmişdi. 2006-cı ilin yazında iddia edilən abidələrin yerləşdiyi əraziyə səfər etmiş Hərb və Sülh İnstitutunun reportyoru ərazidə qəbiristanlığı xatırladacaq hər hansı bir əlamətin olmadığını bildirmişdi. Eyni ildə İran tərəfindən iddia edilən qəbiristanlığın hərbçilər tərəfindən dağıdılmasını göstərən video və fotolar çəkilərək yayımlanmışdır.Culfanın 2003, 2009 və 2010-cu ilin dekabrında peykdən çəkilmiş fotolarını tədqiq edən Amerika Elmi Araşdırmalar Assosiasiyası qəbiristanlığın tamamilə məhv edildiyi qənaətinə gəlmişdir. == Tarix == Cuğa şəhəri Azərbaycan ərazisindəki kiçik orta əsr yaşayış məskənlərindən olmaqla ilkin dövrdə kənd kimi formalaşmış, orta əsrlərdə isə böyüyərək şəhərə çevirilmişdir. XVI əsrdə şəhərdə 20–40,000 erməninin məskunlaşması və onların ticarət və sənətkarlıqla məşğul olmaları bildirilir.
Cərəcur nekropolu
Cərəcur nekropolu — Culfa rayonunun Gal kəndindən şərqdə orta əsrlərə aid arxeoloji abidə. Torpaqda qazılan müsəlman qəbirləri q-ş. istiqamətində yönəlmişdir. Bəzi qəbirlərin üzərinə sənduqə tipli sinə daşları, bəzilərinə isə daş qoç fiqurları qoyulmuşdur. Qoçlardan ikisinin üzərində ərəb əlifbası ilə yazı olmuşdur. Nekropol XIV-XVIII əsrlərə aid edilir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.61.
Daşarx nekropolu
Daşarx nekropolu — Şərur rayonunun Yuxarı Daşarx kəndi yaxınlığında qədim arxeoloji abidə. Arxeoloji qazıntı işləri aparılmamışdır. Yerüstü tədqiqatlar nəticəsində ərazidən e. ə. II–I əsrlər üçün səciyyəvi olan maddi mədəniyyət nümunələri aşkar edilmişdir. == Mənbə == Seyidov A. Q. Naxçıvan Tunc dövründə. Bakı: 2000. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 75.
Daşkəsən nekropolu
Daşkəsən nekropolu — Azərbaycan ərazisində arxeoloji abidə Daşkəsən nekropolunun daş qutu tipli qəbirləri bir sıra xüsusiyyətləri ilə fərqlənir. Burada uzadılmış vəziyyətdə dəfn adətindən tutmuş, kəllənin altına kasa qoyulmasına, kollektiv dəfn, kəlləsiz dəfn etməyə qədər müxtəlif dəfnlərə, həmçinin küllə doldurulmuş qablara-urnalara da rast gəlinmişdir. Dəfn edilmiş skeletlərin bəzisi qeyri-adi böyüklükdə (uzunluğu 2,13 m) və uzunbaşlı olmuşdur. Qəbirlərdən boz rəngli, konnelyur naxışlı və sadə qablar aşkar olunmuşdur. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Didivar nekropolu
Didivar nekropolu — Babək rayonunda eyniadlı kəndin şərqində Tunc dövrünə aid arxeoloji abidə. Geniş tədqiqat işləri aparılmamışdır. Buradan qırmızı rəng üzərindən qara rənglə naxışlanmış boyalı gil qab nümunələri aşkar olunmuşdur. Abidənin yaxınlığında II Kültəpə yaşayış yerinin olması onu təqribən e. ə. III-II minilliklərə aid etməyə imkan verir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 83.
Dirəkdaş nekropolu
== Coğrafi mövqeyi == Dirəkdаş nеkrоpоlu, Хоrnu çаyınа dоğru ахаn dаğ çаylаrındаn birinin sаhilində, hündür təpənin üzərindədir. == Haqqında == Nеkrоpоldаkı qəbirlər dаş qutu tiplidir. Оnlаr bir sırа iri sаl dаşlаrlа qurulmuşdur. Qəbirlər tоrpаğın аşınmаsı nəticəsində üzə çıхdığındаn tаmаmilə dаğıdılmışdır. Qəbirlər müхtəlif istiqаmətlərə yönəldilmişdir. Qəbirlərdən çəhrаyı və bоz rəngli gil qаblаrın pаrçаlаrı аşkаr оlunmuşdur. Аşkаr оlunmuş аrхеоlоji mаtеriаllаrа əsаsən, nеkrоpоlu 1-2 əsrlərə аid еtmək оlаr. == Əhəmiyyəti == Nekropolda aparılan tədqiqatlar Naxçıvan ərazisində 1-2 əsrlər nekropol mədəniyyətinin öyrənilməsi baxımında əhəmiyyətlidir.
Dizə nekropolu
Dizə nekropolu — Şərur rayonunda eyniadlı kəndin qərbində ilk tunc dövrünə aid arxeoloji abidə. == Ümumi məlumat == Nekropol Dizə kəndindən qərbdə, Ovçular təpəsi yaşayış yerinin şimalında yerləşir. Abidə erkən tunc dövrünə aiddir. Yerüstü əlaməti olmadığından nekropolun sahəsini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Abidə Ovçular təpəsinin Arpaçaya enən yamacında yerləşir. Nekropol qərb tərəfdən Arpaçayla məhdudlaşır. Abidə 1969-cu ildə təsərrüfat işləri görülərkən təsadüfən aşkar olunmuşdur. Burada dağıdılmış iki qəbirin materialları R.B.Göyüşov və V.H.Əliyev tərəfindən nəşr edilmişdir. Birinci qəbirin kamerasının bir hissəsi salamat qalmışdı. Onun divarları çay daşlarından palçıqla hörülmüşdür.
Dəmirçi nekropolu
Dəmirçi nekropolu — Şərur rayonunun Dəmirçi kəndinin şimalında, Sarıdaş yaxınlığındakı yüksəkliklərdən birində yerləşən arxeoloji abidə. Naxçıvan-Sədərək şossesi nekropolu Dəmirçi kəndindən ayırır. == Tədqiqi tarixindən == Nekropol 1967-ci ildə aşkar edilmişdir. İlkin araşdırmalar zamanı abidənin təxminən 6 ha-lıq sahəni əhatə etdiyi müəyyənləşdirilmişdir. Buradan şərq qərb, şimal-cənub istiqamətində salınmış daş qutu tipli qəbirlər aşkar edilmişdir. 1998, 2001-ci illərdə nekropoldan müxtəlif ölçülü sal daşlar, boz rəngli keramika nümunələri aşkar edilmişdir . Müxtəlif vaxtlarda bu ərazidə tikinti daşları çıxarılarkən tapılan maddi-mədəniyyət nümunələri kənd sakinləri T.Novruzov və H. Ələkbərov tərəfindən toplanaraq mühafizə edilmişdir. Həmin materiallar 5 tunc iynə, 2 sırğa, 1 bilərzik, 47 ədəd muncuq və keramika məmulatı ilə təmsil olunur. Abidədən toplanan yerüstü materialların bir qismi sonralar AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafi ya və Arxeologiya İnstitutunun muzeyinə təhvil verilmişdir. == Aşkarlanmış maddi mədəniyyət nümunələri == Buradan yığılan keramika məmulatı əsasən boz-qara rəngdə olan küpə, kasa, çölmək, xeyrə qədəh və onların fraqmentlərindən ibarətdir.
Dəmirçilər nekropolu
Dəmirçilər nеkrоpоlu — Şərur rаyоnunun Dəmirçi kəndindən şimаldа, dаğ silsiləsinin düzənliyə yеnən yаmаcındа yеrləşir. Nеkrоpоl tаmаmilə dаğıdıldığındаn qəbir tiplərini müəyyən еtmək mümkün оlmаmışdır. Tədqiqаtçılаrın məlumаtınа görə, Dəmirçi nеkrоpоlundаkı qəbirlər dаş qutu tipli оlmuşdur. Dаğıdılmış qəbir аbidələrindən çəhrаyı və bоz rəngdə bişirilmiş gil qаblаr аşkаr оlunmuşdur. Kаsа tipli qаblаrın аğzının kənаrındа dеşikli qulаqcıqşəkilli çıхıntılаrı vаrdır. Gil qаblаrın üzəri dаlğаlı хətlər və sünbülşəkilli bаsmа оrnаmеntlə nахışlаnmışdır. Bu tip kеrаmikа məmulаtı Еrkən Dəmir dövrü üçün хаrаktеrikdir. 2007-ci ildə aparılan araşdırmalar zamanı nekropolda kurqan tipli abidələr də aşkar edilmişdir. Nеkrоpоlu е.ə. II-I minilliklərə аid еtmək оlаr.
Dəmyələr nekropolu
Dəmyələr nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Tivi-Ağdərə torpaq yolunun alt tərəfində, yaşayış yerinin yaxınlığında arxeoloji abidə. Nekropol yaxınlıqdakı yaşayış yerindən dərin dərə ilə ayrılmışdır. Nekropol dağın yamacında yerləşdiyindən təbii aşınma nəticəsində qəbirlərin torpaq örtüyü və yan daşları dağılmışdır. Buradakı qəbirlər daş qutu tiplidir. Onların bəzilərinin üst daşları saxlanmasa da, ətrafa dağılmış iri sal daşlar qəbirlərin bu tip daşlarla örtüldüyünü göstərir.Aparılmış tədqiqatlar zamanı nekropolda dörd qəbir abidəsi öyrənilmiş, bu abidələrdən insan skeletinə aid qalıqlar və zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Dəfnlər kollektivdir. Aşkar olunan arxeoloji materiallar keramika məmulatı və bəzək əşyalarından ibarətdir. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri Tunc dövründən Dəmir dövrünə keçidi izləməyə imkan verir. Bu baxımdan bimetallik fibula və dəmir məftildən hazırlan mış, əqiq muncuqlar keçirilmiş boyunbağı, aqat muncuqlar keçirilmiş, üzəri gəzli tunc üzüklər xüsusilə diqqəti cəlb edir. Qəbir avadanlığı arasında şüşə muncuqların olması da bu dövrün yeniliklərindəndir.