Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nelly Ciobanu
Nelly Çobanu (28 oktyabr 1974) — moldovalı müğənni. == Həyatı == Nelly Çobanu 28 oktyabr 1974-cü ildə Moldovanın Kantemisrki şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Moldovanı “Hora din Moldova” (Azərbaycan dilində:"Moldovan rəqsi") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 106 xal toplayaraq 5–ci olmuş və finala keçmişdir. Finalda isə 68 xal toplayaraq 14-cü olmuşdur.
Dewey
Çester Dyui (ing. Chester Dewey, 25 oktyabr 1784 – 15 dekabr 1867) — Amerika botaniki, professor təbiətşünası, riyaziyyat, fizika, kimya geologiya və botanika müəllimi, pedaqoq və nazir == Bəzi əsərləri == Families and Natural Orders of Plants. History of the Herbaceous Plants of Massachusetts. The True Place of Man in Zoology. An Examination of some Reasoning's against the Unity of Mankind.
Geely
Geely və ya Zhejiang Geely Holding Group Co., Ltd ( ZGH ) ― Çin Transmilli şirkəti, avtomobil istehsalı üzrə ixtisaslaşıb. Mərkəzi Çin Xalq Respublikasının Çjetzsyan əyalətinin Hançjou şəhərində yerləşir. Şirkət özəl olaraq Çinli milyarder və biznes maqnatı Li Şufuya məxsusdur. Şirkət1986-cı ildə qurulmuş və 1997-ci ildə Geely Auto markası ilə avtomobil sənayesinə daxil olmuşdur. Geely Auto, Lotus, Lynk & Co, Proton və Volvo markaları ilə sərnişin nəqliyyat vasitələrinin, həmçinin London EV Company və Yuan Cheng Auto (Farizon Auto) markalarına sahibdir. Qrup 2018-ci ildə 1,5 milyondan çox avtomobil satıb. "Zhejiang Geely Holding Group" 2010-cu ildə "Ford"dan, İsveç minik avtomobili istehsalçısı "Volvo Cars"ı satın alır. 2013-cü ildə İngilis taksi istehsalçısı "London EV Company"ni və 2017-ci ildə isə İngilis idman avtomobil istehsalçısı "Lotus"un səhmlərinin böyük hissəsini satın alır. Geely Automobile Holdings Ltd (吉利汽车; ) (Zhejiang Geely Holding Group-un törəmə şirkəti), Hong Kong Fond Birjasında qeydiyyata alınmışdır. == Adı == Geely sözu, Çinin yerli pinyin dilində "xeyirli" və ya "əlverişli" mənasını verən "Jili" (吉利) sözundəndir == Tarixi == 1986-cı ildə ailəsindən borc aldığı pulla soyuducu istehsalçısı olaraq "Geely"ni quran Li Şufu, şirkətin ilk illərində Çinli istehlakçılara ucuz məhsul satan müvəffəqiyyətli iş adamına çevirilir.
NETTY
NETTY Azərbaycan Milli İnternet Mükafatı — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı, başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm də ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimlərini üzə çıxaran və dəyərləndirən NETTY mükafatı bir-neçə il ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbirlərindən biri olmaqdadır. == NETTY 2005 == 2 aprel 2005-ci il tarixində Bakı Caz Mərkəzində NETTY 2005 Azərbaycan Milli İnternet Mükafatının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Veb-akademiklər virtual jüri vasitəsilə seçilmiş 34 nominant arasından 10 nominasiya üzrə 10 ən yaxşı saytc müəyyən etmişdirlər. === Qaliblər === Azərbaycan: ganca.net Dövlət saytı: gov.az İnformasiya və xəbərlər: today.az Korporativ sayt: aznocorruption.org Mədəniyyət və incəsənət: azmif.net Elm və təhsil: azerislam.com Şəxsiyyət: chingizmustafayev.com Əyləncə: fox.az Servis-saytlar: vescc.com İdman: sport.az == NETTY 2006 == NETTY 2006 Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma gecəsi 8 aprel 2006-cı il tarixində Bakı Caz Mərkəzində təşkil edilmişdir. Tədbirdə veb-akademiklər virtual jüri vasitəsilə seçilmiş 34 nominant arasından 10 nominasiya üzrə 10 ən yaxşı saytı müəyyən etmişdirlər. === Qaliblər === Azərbaycan: azerbaijan.az Dövlət saytı: din.gov.az İnformasiya və xəbərlər: day.az Korporativ sayt: forex-az.info Mədəniyyət və incəsənət: uzeyir.musigi-dunya.az Elm və təhsil: kitab.az Şəxsiyyət: azerin.az Əyləncə: natarsan.az Servis-saytlar: ilk10.com İdman: lankaranfc.com == NETTY2007 == NETTY 2007 Azərbaycan Milli İnternet Mükafatının verilməsi mərasimi 27 aprel 2007-ci il tarixində Bakı Əyləncə Mərkəzində keçirilib. NETTY-nin akademikləri rəsmi şəraitdə on bir nominasiya üzrə ən yaxşı milli veb-saytların adlarını müəyyən etmişdirlər. Virtual səsverməsi nəticəsində mükafata nominant olmuş 40 iddiaçıdan müxtəlif nominasiyalar üzrə 11 qalib elan edilmişdir.
Nerey
Nerey (yun. Νηρεύς) — Yunan mifologiyasında çox sevilən və hörmət bəslənilən müdrik, ədalətli, dənizcilərin dostu, xoş xasiyyətli su aləmi (dəniz) tanrısı, Geya və Pontun böyük oğlu. Doridanın əri nereidaların atası. Eyni zamanda Fetidanın əridir. Bəzi mənbələrə görə qazı sayılan Amfitrita Poseydonun arvadıdır.
Nela
Nela — ad. Nela Hasanbeqoviç — Bosniyalı heykəltəraşdır. Nela Kuburoviç — Serbiya siyasətçisi, hüquqşünası, Serbiyanın 2-ci Ədliyyə naziri. Nela Erjişnik — Xorvat və Yuqoslaviya aktrisası və komediyaçısı.
New York Daily News
Daily News — ABŞ-də Nyu-York şəhərinin ən böyük gündəlik tirajı; İlk qəzet, tabloid formatında çap olunur. Qəzet 2007-ci ildən etibarən 1919-cu ildə təsis edilib, sahibi və nəşiri Mortimer Tsukermandır. Qəzet 10 ədəd Pulitser mükafatına layiq görüldü.. == Faktlar == Daily News, Jozef Medillusun nəvəsi Robert Makkormik əmisi oğlu Jozef Medil Patterson tərəfindən təsis edilib. Qəzetin formatı Londonda The Daily Mirror nümunəsi ilə seçilib.. Qəzetin mövcudluğunun ilk illərində demək olar ki, yararsız bir layihə idi: onun dövriyyəsi 26,625 nüsxə idi . Nəşr yalnız metro sərnişinləri arasında formatın populyarlığı səbəbindən sağ qaldı. Qəzet Pulitser mükafatını on dəfə layiq görülüb . Yarandığı gündən 1991-ci ilədək nəşr Tribune Company holdinqinə məxsusdur.
Chester Dewey
Çester Dyui (ing. Chester Dewey, 25 oktyabr 1784 – 15 dekabr 1867) — Amerika botaniki, professor təbiətşünası, riyaziyyat, fizika, kimya geologiya və botanika müəllimi, pedaqoq və nazir == Bəzi əsərləri == Families and Natural Orders of Plants. History of the Herbaceous Plants of Massachusetts. The True Place of Man in Zoology. An Examination of some Reasoning's against the Unity of Mankind.
Kelly Clarkson
Kelli Klarkson (d. 24 aprel 1982) ABŞ müğənnisi. 2002-ci ildə American Idol ilə şöhrət qazanmağa başlayıb. İlk albomu "Thankful"u 2003-cü ildə, ikinci albomu "Breakaway" 2004-cü ilin sonlarında, sonuncu albomu "My December" isə 2007-ci ildə çıxıb.
Kelly Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Necla Fide
Necla Fide (1958-ci il, İstanbul) – Türk aktrisasıdır. Müxtəlif erotik və macəra janrlı filmlərdə iştirak etmişdir. Həmçinin, Necla bir neçə müddət modellik karyerasında çalışmışdır. 1986-cı ildən başlayaraq film karyerasına bir müddət ara verir. 2008-ci ildə televiziyaya qayıdaraq "Son cəllad" filmində rol almışdır. Məşhur türk serialları olan "Akasya durağı", "Eşref saati", "Kiçik qadınlar", "Dodaqdan qəlbə", "Yarpaq tökümü" seriallarında iştirak etmişdir.
Nelli Ataullayeva
Nelli Xayrullayevna Ataullayeva (20 mart 1931, Daşkənd – 26 iyul 1974, Daşkənd) — Özbəkistan aktrisası, sənədli film rejissoru, Özbəkistan SSR-in əməkdar artisti, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü. == Həyatı == Özbək aktrisasıdır. 43 yaşında ağciyər xərçəngindən vəfat edib. == Filmoqrafiya == Görüş (film, 1955) == Mənbə == История жизни Нелли Атауллаевой из фильма "Göruş" Narkotikin gətirdiyi son: "Görüş" filminin "Lala"sı necə öldü?
Nelli Blay
Nelli Blay (ing. Elizabeth Jane Cochran d.5 may 1864-cü il, ABŞ, Pensilvaniya; ö. 27 yanvar 1922-ci il, Nyu-York) — amerikalı jurnalist, yazıçı, sahibkar. Əsl adı Elizabet Ceyn Kokran olmasına baxmayaraq, jurnalistika həyatında Nelli Blay (ing. Nellie Bly) ləqəbindən istifadə etmişdi. Araşdırmaçı jurnalistika tarixinin əfsanəvi jurnalistlərindən olub. Onun jurnalistikada əsas metodu fərqli şəxsiyyətlərə bürünüb xəbər hazırlamaq olub. Buna ən yaxşı misal 1887-ci ildə Qadın Psixiatriya Xəstəxanası ilə bağlı xəbər hazırlamaq üçün heyəti aldadıb xəstəymiş kimi xəstəxanada qalması olmuşdu. O, bu metodlarla Amerikanın diqqətini çəkməyi bacarmışdı. == Həyatı == Nelli Blay 1864-cü ildə Pensilvaniyanın cənub-qərbində atası Maykl Kokranın qurduğu Kokran Mills qəsəbəsində dünyaya gəlib.
Nelli Ciobanu
Nelly Çobanu (28 oktyabr 1974) — moldovalı müğənni. == Həyatı == Nelly Çobanu 28 oktyabr 1974-cü ildə Moldovanın Kantemisrki şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Moldovanı “Hora din Moldova” (Azərbaycan dilində:"Moldovan rəqsi") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 106 xal toplayaraq 5–ci olmuş və finala keçmişdir. Finalda isə 68 xal toplayaraq 14-cü olmuşdur.
Nelli Dadaşova
Dadaşova Nelli Hacı qızı (17 avqust 1947, Bakı) — Azərbaycan kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). == Həyatı == Dadaşova Nailə Hacı qızı 1947-ci ilin avqustun 17-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhər 26 saylı orta məktəbə daxil olub və 1965-ci ildə bitirib. 1967—72-ci illərdə M.F.Axundov adına Pedoqoji İnstitutunun filologiya fakultəsində təhsil alıb. Nailə Dadaşova 1964-cü ilin noyabrın 20-dən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının səs yazma sexində səs yazma texniki kimi işləməyə başalayıb. 1973-cü ildə isə kinostudiyanın montaj sexinə keçib. Dövrünün ən məşhur Azərbaycan filmləri üzərində işləyən Nailə Dadaşova tez bir zamanda adi montajçıdan ali dərəcəli kinemantajor rütbəsinə yüksəlib. Onlarla sənədli, bədii və cizgi filmini montaj edib. 2004-cü ildə isə təqaüdə çıxıb. 40 il iş təcrübəsi olan Nailə Dadaşova hələ də fəaliyyətini davam etdirir.
Nelli Kim
Nelli Kim — Tacikistanlı idman gimnastı. Nelli Kim 1976-cı ildə Monreal şəhərində, 1980-ci ildə isə Moskva şəhərində keçirilən Yay Olimpiya Oyunlarının 5 qat qızıl və 1 qat gümüş medalçısıdır. Nelli Kim 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülmüşdür. Nelli Kim həmçinin Dünya Çempionatının 5 qat qızıl, 4 qat gümüş və 2 qat bürünc, Avropa Çempionatının isə 2 qat qızıl, 3 qat gümüş və 4 qat bürünc medalçısıdır. == Həyatı == Nelli Kim 29 iyul 1957-ci ildə Tacikistanın Şurab vilayətində anadan olmuşdur. Nelli Kimin atası Vladimir Kim milliyətcə saxalin koreyalısı, anası Alfiya Safina isə milliyətcə tatardır. Nelli Kim 10 yaşından Vladimir Baydinanın məşqçiliyi altında idman ilə məşğul olur. == Karyerası == Nelli Kim birinci uğurunu 1974-cü ildə qazandı. O Bolqarıstanın Varna şəhərində keçirilən Dünya Çempionatında qızıl medal qazandı. 1 ildən sonra isə Nelli Kim 1975-ci ildə Avropa Çempionu adını qazanır.
Nelli Zaks
Nelli Zaks (alm. Nelly Sachs‎; 10 dekabr 1891[…] – 12 may 1970[…]) — alman şairə, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (Şmuel Yosef Aqnon ilə birlikdə) (1966). == Həyatı == Berlində doğulan yəhudi əsilli alman şairəsi Nelli Zaks iri mədən sahibi və ixtiraçı Vilyam Saksın qızı idi. Ailədə tək uşaq olan Nelli əvvəlcə evlərində özəl müəllimlərdən təhsil almış, sonra isə Berlinin imtiyazlı qız məktəbində oxumuşdu. O, kiçik yaşlarından qapalılığı, daxili dünyasına çəkilməsi ilə seçilirdi. Nelli ədəbiyyat və musiqi ilə maraqlanırdı, hətta bir müddət balerina olmaq fikrinə düşmüşdü. Yaşa dolandan sonra da qapalı həyat tərzini davam etdirmiş və ailə qurmamışdı. Bir sıra şeirləri gənc yaşlarında vurulduğu, müharibə dövründə faşist ölüm düşərgələrindən birində məhv edilən naməlum gəncə həsr olunmuşdur. Nobel mükafatı laureatı Selma Laqerlöfün "Yest Belinq haqqında saqa" romanını 15 yaşında oxuyan Nelli Zaks müəllifə heyranlıq dolu məktub ünvanlamışdı. Beləliklə də, onların arasında Laqerlöfün ölümünə qədər, təxminən 35 il davam edən məktublaşma başlamışdı.
Nelli Çobanu
Nelly Çobanu (28 oktyabr 1974) — moldovalı müğənni. == Həyatı == Nelly Çobanu 28 oktyabr 1974-cü ildə Moldovanın Kantemisrki şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Moldovanı “Hora din Moldova” (Azərbaycan dilində:"Moldovan rəqsi") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 106 xal toplayaraq 5–ci olmuş və finala keçmişdir. Finalda isə 68 xal toplayaraq 14-cü olmuşdur.
Nelya Novotorjina
Nelya Nikolayevna Novotorjina (2 aprel 1947) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Transmissiya və sənaye yağlarına aşqarlar və aşqar kompozisiyaları” laboratoriyasında aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Nelya Novotorjina 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakultəsinin axşam şöbəsinin 3-cü kursunda oxuduğu müddətdə Aşqarlar Kimyası İnstitutunun «Transmissiya və sənaye yağlarına aşqarlar və aşqar kompozisiyaları» laboratoriyasına laborant vəzifəsinə işə götürülmüşdür. Sonra o, ardıcıl olaraq 1972-ci ildən mühəndis, 1978-ci ildən böyük mühəndis, 1986-cı ildən kiçik elmi işçi və 2003-cü ildən 2009-cu ilə qədər böyük elmi işçi, 2009-cu ildən indiyə qədər aparıcı elmi işçi vəzifəsində çalışır. 2005-ci ildə o, dosent elmi adını almışdır. N.Novotorjina 1988-ci ildə «Di-,tritiokarbonat və ditiofosfat turşularının metiləvəzli efirlərinin sintezi və onların sürtkü yağlarına aşqar kimi tədqiqi» mövzusunda dissertasiya işini müdafiə etmiş və 2314.01 – “Neft kimyası” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-cü ildə dosent elmi adına layiq görülmüşdür. == Elmi fəaliyyəti == İnstitutda işlədiyi müddətdə N. Novotorjina tərkibində azot, kükürd, fosfor, bor olan üzvi birləşmələrin sintezi və tədqiqi ilə məşğul olmuşdur. Novotorjina N.N. yüksək keyfiyyətli məlum transmissiya TAD-17ИХП yagının və bu yağda istifadə olunan ИХП-14A və ИХП-14M aşqarlarının müəl-liflərindən biridir. O, həm də bu aşqarların alınma texnologiyası ilə çox sıx məşğul olmuşdur.
Nelya Nəzirova
Nelya (Nailə) Məhəmməd qızı Nəzirova — baletmeyster, rəqs quruluşçusu, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR və SSRİ dövlət mükafatları laureatı (1974, 1980). == Həyatı == 1956-cı ildə Bakı xoreoqrafiya məktəbini (Qəmər Almaszadə, Tatyana Amiraqo yetirməsi), 1969-cu ildə isə Moskvadakı GİTİS-in (Dövlət Teatr İncəsənəti İnstitutu) baletmeyster bölməsini bitirib.. Fikrət Əmirovun ölümündən sonra köçüb Fransaya və orada ermənikökənli sovet, fransız müğənnisi Jak Duvalyan ilə evlənib.
Nesla buzlağı
Nesla buzlağı (bolq. ледник Несла, ‘Lednik Nesla’ \'led-nik 'nes-la\) — 6.2 km uzunluğu, 2 km eni olan və Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Muldava buzlağından cənub-qərbdə, Koloş buzlağından şimalda yerləşmişdir. Lisiya silsiləsinin qərb yamacını, Perçot dağının qərb yamacını əmələ gətirir. Buzlaq qərbi Bolqarıstanda yerləşən Nesla şəhərinin adını daşıyır. == Yerləşməsi == Nesla buzlağı 65°43′25″ c. e. 64°16′30″ q. u. koordinatlarında yerləşmişdir.
Nejla Atəş
Nejla Ateş (türk. Nejla Ateş; əsl adı Naciyə Batır, türk. Naciye Batır; 7 mart 1932, Konstansa – aprel 2005, İstanbul) — Türkiyə rəqqasəsi və aktrisası. ABŞ-də "Turkish Delight" kimi də tanınırdı. "Kral Riçard və səlibçilər", "Sinbadın oğlu" və "Fanni" filmlərində çəkilmişdir. 1954-cü ilin noyabrında Sentral parkda onun çılpaq heykəli ucaldılmışdır.
Nelli Furtado
Nelli Furtado (ing. Nelly Kim Furtado; 2 dekabr 1978, Viktoriya) — Portuqal əsilli Kanada müğənnisi və bəstəkarı. Dünya üzrə 45 milyondan çox albom satışı əldə etmiş müğənni tənqidçilər tərəfindən müxtəlif janrlarda çox yünlü ifa bacarıqlarını qabardıblar. Furtado trip-hop janrdan ilhamlanaraq yaradılmış və 2000-ci ildə yayımlanan Whoa, Nelly albomu ilə tanınmışdır. Sözügedən alboma daxil olan iki sinql; I'm Like a Bird və Turn Off the Light uzun müddət ABŞ-da ən məşhur və nüfuzlu musiqi hit-paradı sayılan Billboard Hot 100-də təmsil olunmuşdur. I'm Like a Bird mahnısına görə 2005-ci ildə "Qremmi" mükafatının Ən Yaxşı Qadın Pop Vokal Performansı nominasiyası üzrə qalibi olmuşdur.
Nejla Dəmir
Nejla Dəmir (1988, Ağrı ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Nejla Dəmir 1988-ci ildə Ağrı ilində anadan olub. Van Yüzüncü İl Universiteti Kənd təsərrüfatı Bölməsindən məzun olub. Həmin universitetdə heyvanşünaslıq üzrə magistr dərəcəsi alıb. Ağrıda aqrar sahəsində çalışıb. Ağrı Kənd təsərrüfatı Palatasında təmsil olunub. 2019-cu ildə Sülh Bulağı əməliyyatı ilə bağlı Gazete Karınca nəşrində dərc olunan məqalələrinə görə barəsində açılan istintaqa əsasən həbs edilib. Bir müddət Ağrı həbsxanasında, daha sonra isə Oltu həbsxanasında saxlanılıb. Həmin ildə bəraət alıb və azadlığa buraxılıb. 2016-cı ildə Gazete Karınca nəşrində dərc olunan digər məqalələrində "prezidenti təhqir etmə" ittihamı ilə 2019-cu ildə barəsində daha bir istintaq açılıb, elə həmin ildəcə bəraət alıb.
BBC News
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
98 Nəsli
98 Nəsli (isp. La Generación del 98) — ispan ədəbiyyatında Filippin, Puerto Riko, Kuba və Quamın İspaniya Krallığının əlindən çıxması ilə nəticələnən 1898-ci ildə baş vermiş ABŞ ilə müharibədən sonra ölkədəki siyasi, sosial, bir çox dəyərlərin çöküşü fonunda ortaya çıxmış, bir çox yazıçı, şair və publisistin mənsub olduğu müəlliflər qrupu. 98 Nəsli ədiblərin, demək olar ki, hamısı 1864–1874-cü illərdə doğulmuşdur.
Nəcla Sultan
Nəcla Hibətullah Sultan və ya Nəcla Osmanoğlu (15 may 1926, Nitsa – 16 oktyabr 2006, Madrid) — Osmanlı sülaləsinin üzvü. == Həyatı == Atası son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi, anası isə son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı Sabiha Sultandır. Babası VI Mehmedin İtaliyanın San-Remo qəsəbəsində vəfat etdiyi 15 may 1926 tarixində, Fransanın Nitsa şəhərində dünyaya gəldi. Ailənin ən kiçik qızı idi və özündən böyük Nəslişah və Xanzadə adlı 2 bacısı vardı. Uşaqlığı və gənclik illəri Fransada keçdi. Burada bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və Sultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. 1938-ci ildə ailəsiylə birlikdə Misirə köçdü və 1943-cü ilin fevralında Misir kral ailəsindən Əmir İbrahimlə (d. 18 aprel 1903 — ö. 1977) evləndi. 1952-ci ildə bu nikahdan Osman Rüfət adlı oğlu dünyaya gəldi.
Nəsli kəsilmişlər
Fossilworks (FW) — heyvan, bitki və mikroorqanizmlərin qalıqlarının tapıldığı yer və təsnifatı haqqında. Məlumatların eynisi analoji resurs olan Paleobiology Database bazasında yerləşdirilib.
Qazılı nəsli
Qazılılar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Tarixi == Qazılılar Seyidli oymağının qədim nəsillərindən biridir. Bu nəsildən dini məhkəmə işlərinə baxan ruhanilər, şəriət hakimləri, nüfuzlu insanlar çıxmışdır. Qazılı nəsli Qarabağda bəy nəsli kimi də tanınmışdır. XVIII əsrin sonları XIX əsrin əvvəllərində Qazılı nəslinin başında Seyidli oymağının adlı-sanlı bəyi Hüseyn bəy dururdu. Hüseyn bəyin Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy, Məhəmmədalı bəy adlı dörd oğlu olmuşdur. Məhəmmədalı bəy Qarabağın sayılıb-seçilən savadlı bəylərindən sayılmışdır. O, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy bəy kimi tanınmışdır. Məhəmmədalı bəy Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış şəxslərdən idi. Məhəmmədalı bəy iki dəfə ailə həyatı qurmuşdur.