Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikpur Cabbarlı
Nikpur Mirhüseyn oğlu Cabbarlı (16 aprel 1968, Bakı) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010). Nikpur Cabbarlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiridir.. Nikpur Cabbarlı Azərbaycan mühacirət ədəbiyyatı üzrə tanınmış mütəxəssisdir. Nikpur Mirhüseyn oğlu Cabbarlı 1968-ci il aprelin 16-da Bakıda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1994) və Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasını (1997) bitirmişdir. 1998-ci ildə "Azərbaycan mühacirət ədəbiyyatşünaslığında klassik irs problemi" mövzusunda namizədlik (fəlsəfə doktoru), 2017-ci ildə isə "XX əsr Azərbaycan mühacirət ədəbiyyatı (türkdilli örnəklər əsasında)" mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Filologiya elmləri doktoru (2017), dosentdir (2006). Azərbaycan mühacirət ədəbiyyatına dair 6 monoqrafiyanın, onlarla məqalənin, bir neçə tərtib işinin müəllifi Nikpur Cabbarlı bu sahədə mötəbər söz sahibi olan mütəxəssis kimi tanınır. Nikpur Cabbarlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 28 il ərzində müxtəlif vəzifələrdə çalışmışdır. Bu dövr ərzində aspirantlıqdan elmi katib və şöbə müdiri vəzifələrinə qədər yüksəlmişdir.
Nippur
Nippur (indiki Niffer və ya Nuffar) — İraqın cənub-şərq hissəsindəki qədim şəhərdir. Dövlət mərkəzi olmasa da, Mesopotamiyanın dini həyatında həlledici rol oynamışdır. Şumer əfsanələrinə görə Tanrı Enlil (Akkad dilində Bel) bu şəhərdə yaşayırdı. Nippurda yığışan tanrılar məclisinin qərarları barədə insanlara məlumat verən Enlil eyni zamanda gücün də nümayəndəsi hesab edilirdi. Başqa bir inanca görə, Enlil insanı Nippurda yaratmışdır. Ölkəni fəth edən hər bir padşah Enlilin müqəddəs idarəetmə gücünə sahib olmaq üçün mərasimlər keçirərək özünə xeyir-dua verməyə çalışardı. Buna görə, Mesopotamiyanı, hansı sülalənin idarə etməsindən asılı olmayaraq Nippur və şəhərdəki Enlil Məbədi öz müqəddəsliyini qoruyurdu. Amerikalı mütəxəssislər Mesopotamiyada ilk arxeoloji qazıntılarını 1889-1900-cü illər arasında Nippurda apardılar; 1948-ci ildə bu işə yenidən qayıtdılar. Şumer lövhələri şəhərin şərqindən tapıldığı üçün bu bölgə katiblərin məhəlləsi adlandırıldı. Nippur qazıntıları Şumer yazıları haqqında əsas məlumat mənbəyinə çevrildi.
Nişabur
Nişapur (fars. نیشابور‎, Neyshābūr), İranın şimal-şərqində olan Rəzavi Xorasan ostanında şəhər. Məşhəd yaxınlarında Binalud dağının ətəklərində verimli və düz bir əraziyə yayılan şehər taxıl və ticarət yoluyla İran iqtisadiyyatına böyük qatqısı var. Bişapurla bərabər Nişapurun da adı Sasani hökmdarı I Şapurdan gəlməkdədir. Ömər Xəyyam və Fəridəddini-i Əttâr-i Neyşapuri iki önəmli şair və arif bu şəhərdə yaşamışlardır. Nişapur Səlcuqluların paytaxtı idi. Səlcuqluların qələbəsini həzm edə bilməyən Sultan Məsud Qəznəvi Hindistandan hərbi qüvvələrini geri çağıraraq, 50 min qoşun və 300 döyüş fili ilə onların üzərinə hücum etdi.1039-cu ildə baş verən döyüşdə səlcuqlular məğlub oldular. Sultan Məsud isə Nişapuru ələ keçirdi. Qüvvələrini yenidən toplayan səlcuqlular 1040-cı ilin may ayının 20-də Dandanakan ətrafında Sultan Məsudla döyüşə girdilər. Bu döyüşdə qəznəli ordusu ağır məğlubiyyətə uğradı.
Nabur
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır. Nabur oykoniminin adı zülqədər tayfasının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır. Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar. Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır. Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Nükur
Nükur (fr. Nucourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 779 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 22 km şimal-qərbdə yerləşir.
Böyük Nikobar
Böyük Nikobar (ing. Great Nicobar, hind. बड़ा निकोबार) — Nikobar adaları arxipelaqının ən böyük adası. Adanın sahəsi 1045 km²-dir, bu isə arxipelaq ərtazisinin yarıdan çoxu deməkdir. Ada Sumatra adasından 100 km şimal-qərbdə yerləşir. == Coğrafiyası == Ərazisinin 85 % cəngəlliklərlə örtülüdür. Burada eyni adlı biosfer qoruğu yerləşir. Burada olan bir çox bitki və heyvan növləri ancaq Nikobar adalaerında və Böyük Nikobar adasında müşahisdə edilir. Adanın ən cənub nöqtəsi İndira burnudur. Bura həm də Hindistanın ən cənub nöqtəsidir.
Kar-Nikobar
Kar-Nikobar adası (ing. Car Nicobar) — Nikobar adaları arxipelaqının şimalında hissəsində yerləşən ada. Arxipelaqa daxil olan digər adalar kimi Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. == Coğrafiyası == Kiçik Andaman və Nankauri adaları ilə eyni məsafədə yerləşir. Teressa adasından isə 92 km şimaldadır. andaman adalarından Doqquzuncu dərəcə boğazı ilə ayrılır. Ada 15,4 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 126,9 km². Ərazisi kokos ağacları ilə örtülüdür.
Kiçik Nikobar
Kiçik Nikobar (ing. Little Nicobar, hind. छोटा निकोबार) — Nikobar adaları arxipelaqının cənubunda yerləşən ada. Böyük Nikobar adasından 7,5 km şimalda, Katçall adasından 70 km cənubda yerləşir. Ada 24 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 159 km². 2001-ci il siyahıya alınmasına görə adada 432 nəfər yaşayır. Maksimal hündürlüyü 435 metrdir. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra əhalisi qonşu adaya köçürülmüşdür.
Nikobar adaları
Nikoba adaları (ing. Nicobar Islands, hind. निकोबार द्वीप समूह, Tamil diliநக்காவரம்) — Benqal körfəzində yerləşən, Hindistana məxsus olan adalar. Hindisranın birləşmiş ərazilərinə daxildir. Sahəsi 1814 km² təşkil edir. 2004-ci ildə baş verən zılzələ və ardından olmuş sunami nəticəsində 42 min nəfər ölmüşdür. Adalar qrupuna 22 ada daxildir. Onlardan cəmi 12-də yaşayış vardır. Nikobar adalarının sakinləri demək olar ki, siviliziyasiya ilə heç bir əlaqəsi yoxdur. Onla ibtidai quruluşda yaşayırlar.
Nişabur şəhristanı
Nişapur şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nişapur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 391,361 nəfər və 105,633 ailədən ibarət idi.
Uilbur Skovill
Uilbur Skovill (1865—1942) - amerikalı kimyaçı-alim. 1912-ci ildə kapsikum(qırmızı bibər) bibərlərinin acılıq testini təklif etmişdir, nəticədə bu bibərlərin adını skovill(scoville) qoymuşdular. «Acılıq cədvəlini» (Skovillin acılıq miqyası) yazdığına görə məşhur olmuşdur. Bu cədvələ bibərlərin və təbii mənşəli kimyəvi maddələrin, və onların acılıq dərəcəsində paylanmış siyahısı vardır.
Uilbur Smit
Uilbur Eddison Smit (ing. Wilbur Addison Smith 9 yanvar 1933[…] – 13 noyabr 2021[…], Keyptaun) — Şimali Rhodesia (indiki Zambiya) doğumlu yazıçı.
Yazıcık, Niksar
Yazıcıq — Tokat ilində qəsəbə.
Yazıcık (Niksar)
Yazıcıq — Tokat ilində qəsəbə.
Nabur bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nabur müqaviləsi
Nabur müqaviləsi — Rusiya ilə Osmanlı imperiyası arasında sərhədləri dəqiq formada müəyyən etmək üçün bağlanmış müqavilə. Rusiya imperiyası yeni əldə etdiyi torpaqlardan istədiyi və planladığı gəliri götürə bilmədi. I Pyotrun sağlığında bunu dilə gətirməyə çəkinən rus məmurları onun ölümündən sonra bu fikri dilə gətirməyə başladılar. Lakin Rusiya imperiyası Xəzər sahili vilayətlərdən birbaşa olaraq da çıxa bilmirdi. Çünki onların çıxacağı halda bu yerlər Osmanlı imperiyası tərəfindən ələ keçiriləcəkdi. Bu isə Rusiyaya heç sərf etmirdi. Bu torpaqların mərkəzi Səfəvi hakimiyyətinə geri qaytarılması fikri də inandırıcı görünmürdü. Çünki paytaxtı ələ keçirən əfqan üsyançıları faktiki olaraq Səfəvi hakimiyyətinə son qoymuşdular. Məhz buna görə də Rusiya hökuməti Xəzərboyu əyalətlərdən hələlik əl çəkmirdi. Osmanlının gələcəkdə həmin yerləri zəbt etməməsi üçün Rusiya hökuməti İstanbul müqaviləsinin Ģərtlərini yerinə yetirmək qərarına gəldi və Osmanlı hökumətini sərhəd məsələlərinin həlli məqsədilə danışığa dəvət etdi.
Nabur xalçaları
Nabur xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. "Nabur" xalçalarının adı Qobustan rayonunda Şamaxıdan 25 km şərq istiqamətində yerləşən kəndin adından götürülmüşdür. "Nabur" xalçaları XX əsrin əvvəlindən başlayaraq Şamaxının cənubunda — Bicovda, Qaşadda, Çaylıda, Qubada, Qonaqkənddə, həmçinin Dağıstanın Tabasaran rayonunda yerləşən məşhur xalçaçılıq məntəqələrində böyük miqdarda istehsal olunmağa başladı. Ona görə də bəzi sənətşünaslar bu xalçanı "Quba" və ya "Tabasaran" xalçası hesab edirdilər. "Nubar" xalçasının ara sahəsinin kompozisiyası əsas etibarilə şaquli oxda yerləşmiş və öz aralarında birləşmiş bir neçə böyük göldən ibarətdir. Kənarları dilikli olan bu rombşəkilli göllər Şirvan kilimlərinin göllərini xatırladır. Əksər hallarda xalçanın ara sahəsində üç göl yerləşir. Xalçanın uzunluğundan asılı olaraq göllərin sayı beş və daha çox ola bilər. Bir cüt gölü olan "Nabur" xalçasına nadir hallarda rast gəlmək olar. "Nabur" xalçalarının köbə zolağı "kaşı" adlnan orta haşiyədən, iki zəncirədən və ara sahəni haşiyələndirən iki çəpərdən ibarətdir.
Andaman və Nikobar adaları
Andaman və Nikobar adaları (hind. अंडमान और निकोबार द्वीप; ing. Andaman and Nicobar Islands) — Hindistanın bir hissəsi olaraq adalar birliyi ərazisidir. İnzibati mərkəz və ən böyük şəhəri Port Blerdir. Əhalisi 379 944 nəfər təşkil edir (2011). == Coğrafiya == Sahəsi 8249 km²-dir (Birlik əraziləri arasında 1-ci yeri tutur). Ərazi Hind okeanına daxil olan Benqal körfəzinin cənub-şərq hissəsində yerləşir. Onuncu Dərəcə boğazı ilə ayrılan iki adalar qrupundan ibarətdir (Andaman adaları və Nikobar adaları) ibarətdir. Adaların ümumi sayı 570-ə yaxındır, onlardan 550-i Andaman adalarına aiddir. Ərazidə olan adaların 40-a yaxınında yaşayış vardır.