Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əhməd Obalı
Əhməd Obalı — Günaz TV-nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir. O, gənc yaşlarında İrandakı mövcud rejimə qarşı olan siyasi baxışına və fəaliyyətinə görə təzyiqlərə məruz qalmış və bu səbəbdən İrandan Türkiyəyə, oradan Avropaya və daha sonra ABŞ-yə mühacirət etmişdir. == Həyatı == Əhməd Obalı 1 aprel 1961-ci ildə İranın Ərdəbil ostanına bağlı Meşkinşəhrdə, fermer ailəsində dünyaya gəlmişdir. Muğan şahsevənlərindən olan Əhməd Obalı orta təhsilini Meşkinşəhrdə almış, uşaqlığının böyük hissəsi də elə burada keçmişdir. Hal-hazırda ABŞ-nin Çikaqo ştatında yaşayır.Evlidir və bir oğlu var. === Mühacirət və siyasi fəaliyyəti === O, gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak etmiş, tələbə hərəkatlarına qoşulmuşdu. İranda şah devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi aktivizmini davam etdirən Obalı 19 yaşında həbs edilmişdir. Ailəsi 53 gün sonra həm təzminat qarşılığında, həm də xəstə anasını görməsi üçün onu həbsdən çıxartmış, ancaq idarəçilik ölkədən qaçacağı təqdirdə, Obalının qardaşını həbs edəcəyini bildirmişdi. Buna baxmayaraq, o və qardaşı 1982-ci ildə böyük çətinliklərlə Türkiyəyə qaça bilmişdi. Qardaşların planı o vaxt mühacir qəbul edən Bolqarıstan və ya Yuqoslaviyaya keçmək idi, ancaq Əhməd Obalının qardaşı Türkiyədə qaldı və daha sonra 1985-ci ildə İrana qayıtdı.Əhməd Obalı ilk olaraq qatarla Belqrada, buradan təyyarə ilə Stokholma getdi.
Karlar obası
Koraoba — Astara rayonunun, Kijəbə qəsəbəsinin, Tüləküvan kəndinin mərkəzində yerləşən, yaşayış məntəqələrindən biri. Uzun müddət Azərbaycan SSR, Astara rayonu, inzibati ərazi vahidində Koroba kəndi kimi adlandırılıb. Müstəqillik dövründə bir neçə kəndlə birlikdə, Tüləgüvan kəndinə birləşdirilib. SSRİ dövründə kəndin adı təhrif edilərək rus dilinə uyğunlaşdırılıb və Koroba (rus. Kороба) adlandırılıb. Bu təhrif sonradan kəndin etimalogiyasına təsir edib. == Tarixi == Yaşayış məskəni kimi tunc dövrünə aiddir. Bunu təsdiq edən, kəndin ərazisindəki tunc dövrünə aid üç ədəd "Koraoba kurqanlar"ıdır. Eyni zamanda yaşayış məskənində dəmir dövrünə aid "Koraoba daş qutu nekropolu" da var.Çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında, Lənkəran qəzasının tərkibində olub. Lənkəran qəzası isə 1841–46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi.
Ovalı (Urmiya)
Ovalı (fars. اوعلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (20 ailə).
Qasımuşağı obası
Qasımuşağı obası — Zəngəzur mahalının Hacısamlı nahiyəsinin yaşayış məntəqələrindən biri. == Tarixi == Qasımuşağı obasının ərazisi 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olmuşdur. Laçın rayonunun tərkibində olduğu dövr ərzində Kürdhacı sovetliyi adlandırılan obanın tərkibində Ərikli, Yuxarı Qarasaqqal, Aşağı Qarasaqqal, Hacısamlı, Xaçınyalı kəndlərinin ərazisini əhatə etmişdir. 18 oktyabr 1991-ci il tarixindən Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra isə Kürdhacı kənd inzibati ərazi dairəsi adı ilə adlandırılmışdır. Coğrafi mövqeyinə görə Şəlvəçay, Piçənisçay, Muncuqluçay çaylarının axdığı dərin dərələr vasitəsi ilə dağ silsiləsi yaratmış Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən oba ərazidə ən yüksək dağ zirvəsi olan Qırxqız yaylaqlarının (2825 m) ətəyində yerləşmişdir.
Yağləvənd obası
Yağlıvənd obası – Cavanşir-Dizaq mahalının yaşayış məntəqələrindən biri. Xanlıq dönəmində məaf sayılırdı. Cavanşir-Dizaq mahalı ərazisində yaşayan obaların əksəriyyəti Cavanşir soylu olduqlarından xanlıq dönəmində heç bir vergi ödəmirdilər. İki Qarabağ xanının vəziri olmuş, tarixçi və hüquqçu Mirzə Camal Cavanşir Qarabaği el-obaların vergi ödəməsi xüsusunda yazır: "Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi… Qarabağ ellərindən tövcü pulu və məhsuldan malcəhət alınmazdı".Mehdiqulu xan Cavanşirin yanında Yağlıvənd obasından Xələf ağa Şirin Kələntər oğlu Havsalı, Alı ağa Abbasqulu ağa oğlu Havsalı, Hüseyn və başqaları xidmət edirdilər. Divanxanada fərraş kimi Əliverdi Şirin Kələntər oğlu Havsalı, Dünyamalı Mehdixan oğlu Havsalı fəaliyyət göstərirdilər. Bayramqulu Mustafa oğlu göstərdiyi hərbi rəşadətə görə məaf ünvanı almışdı. Ailəsi ilə birlikdə Şuşa şəhərində yaşayırdı. Cəfər bəy Yağlıvənd İbrahimxəlil xanın arvadı Cəvahir xanımın keşikçisi idi. Məşədi İbrahim Əsəd bəyə xidmət edirdi. 1823-cü ildə Yağlıvənd obasını siyahıya alan polkovnik Yermolov və mülki müşavir Mogilyevski bildirirlər ki, obanın yüzbaşısı Səfiqulu bəydir.
Əbdürrəhmanbəyli obası
Əbdürrəhmanbəyli obası — Cəbrayıllı elinin böyük qollarından biri. Oba eldən ayrılanda ilk başçısı Hacı Ağası bəy olub. == Obanın tarixi == Hacı Ağası bəy Cəbrayıllı öləndən sonra, 1789-cu ildə İbrahimxəlil xan Sarıcalı-Cavanşir təliqə ilə obanı onun arvadına, Pəri xanıma verdi. Pəri xanımın vəfatından sonra obanı böyük oğlu Əbdürrəhman bəy idarə etməyə başladı. Onun idarəsi dönəmində bu oba Əbdürrəhmanbəyli adlandı. (bax. Yuxarı Əbdürrəhmanlı və Aşağı Əbdürrəhmanlı kənləri) Əbdürrəhmanbəyli obası XIX əsrin əvvəllərində üç obanın qarışmasından daha da böyüyüb. Bu obalar: Əbdürrəhmanbəyli, Abdullabəyli və Əlipənahsultanlı adlanırdı. Üçüncü obanın başçısı Əlipənah sultan Hüseyn bəy oğlu Cəfərqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. 1811-ci ildə bir müddət Qaradağda Hacı Məhəmməd xan Qaragözlünün yanında yaşamışdı.
Balı (Urmiya)
Balı (fars. بالو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Bali Qərbi Azərbaycan ostanlığının mərkəzində, Urmiya gölünün qərb sahillərində, dəniz səviyyəsindən 1 345 metr hündürlükdə, düzən bir ərazidə yerləşir. Qəsəbə inzibati mərkəz olan Urmiyadan 5 km şimalda, ölkə paytaxtı olan tehrandan isə 595 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 10,524 nəfər yaşayır (2,274 ailə).
Başqırd balı
Başqırd balı (başq. Башҡорт балы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında istehsal olunan bal. == Ticarət nişanı == "Başqırd balı" adı qorunan ticarət nişanıdır. Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, bal məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. == Xüsusiyyəti == Başqırd balının dadı uzun müddətdir ki, məşhurdur və başqırdlar üçün qürur qaynağı olmuşdur. Əsl Başqırd balı olmadan, bir başqırd çayı düşünülə bilməz; üzərinə təzə kənd qaymağı və bal sürtülmüş çörək insan istehsalı olan digər bütün şirniyyatlara meydan oxuya bilər. == İstehsalı == Başqırdıstanda istehsal olunan illik bal miqdarı orta hesabla 5–6 min ton təşkil edir. == İxracı == Rusiya ərazisindən başqa Başqırd balı və ona aid olan məhsullar bir çox Avropa ölkələrinə, ABŞ, Yaponiya, Yaxın Şərq və MDB ölkələrinə ixrac olunur. 2014-cü ildə Başqırd balının Çinə ixracı ilə bağlı 6 min ton həcmində olan bal üçün 3 milyard rubl məbləğində müqavilə imzalanmışdır. 2014-cü ilin avqustunda Çinin Szyutszyan şəhərində Başqırd balının satışı üçün ilk mağaza açılmışdır.
Vyana balı
Vyana balı — Vyanada ənənəvi bal rəsləri dövründə keçirlən tədbir. Vyana balları UNESCO-nun Avstriya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdi. Son illərdə Vyana balına neonasistlərin dəvət edilməsinə etiraz olaraq UNESCO 27 ynvar 2012-ci ildə balı qeyri-maddi mədəni irs siyahısından çıxarıb. Bu qərar əksər vyanalılar tərəfindən ədalətli hesab edilir.Ən böyük bal Opera balı hesab edilir. == Klassik Vyana balı == UNESCO tərəfindən Vyana balının kriteriyaları qəbul edilib. Bal protokol əsasında keçirilməli, gənc bal cütlüyünün çıxışları ilə açılmalı, gecəyarısı çaxışlar olmalı və səhərə yaxın bitməlidir.
Əbdürrəhmanbəyli obası (kitab)
Əbdürrəhmanbəyli obası — Ənvər Çingizoğlunun 2013-cü ildə nəşr olunmuş kitabı. == Kitab haqda == Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun “Əbdürrəhmanbəyli obası” adlı kitabı Azərbaycan xalqının etnogenezində, iqtisadiyyatında, maarif və mədəniyyətində önəmli rol oynayan Əbdürrəhmanbəyli obasının (Füzuli rayonu) həyat yolundan bəhs edir. Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru Nazim Əlifov, rəyçiləri tarix elmləri doktoru, professor Nərgiz Quliyeva və tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Mahal Qacardır. Kitabda bu nəsillə bağlı XVIII, XIX, XX yüzilliklərdə Qarabağda, xüsusilə Əbdürrəhmanbəyli obasında baş verən önəmli olaylar arxiv materialları və həyat salnamələri əsasında qələmə alınıb. Kəndin demoqrafik mənzərəsi yaradılıb. Kitab giriş və beş fəsildən ibarətdir.
Bali
Bali (ind. Bali) — Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus ada. Ada Kiçik Zond adaları qrupuna daxildir. Cənubdan adanı Hind okeanını suları, şimaldan isə Sakit okeana aid olan Bali dənizinin suları əhatə edir. Bali adası Yava adasından Bali boğazı, Lombok adasından isə Lombok boğazı vasitəsilə ayrılır. == Coğrafiyası == === Coğrafi mövqeyi === Sahəsi 5780 km² olan Bali adası, şərqdən qərbə 150 km, şimaldan cənuba doğru isə 80 km məsafə uzanır. Ada Kiçik Zond adalarının qərb qutaracağında yerləşir. Onu Yava adasından 2,5 km-lik ensiz Bali boğazı ayırır. Ada özündə bir-neçə kiçik adanıda birləşdirir. Balı adası həmdə məşhur Volles xəttinin sərhədində yerləşir.
Bali (əyalət)
Bali — İndoneziya əyaləti və Kiçik Sunda adalarının qərb tərəfi. Yavanın şərqində və Lombokun qərbində yerləşən əyalətə Bali adası və bir neçə daha kiçik qonşu adalar, xüsusən Nusa Penida, Nusa Lembonqan və Nusa Ceninqan daxildir. Əyalətin paytaxtı Denpasar, Kiçik Sunda adalarının ən sıx olduğu və Şərqi İndoneziyadakı Makasardan sonra ikinci ən böyük şəhərdir. Bali İndoneziyada əhalinin 83,5% -i Bali Hinduizminə sadiq qalan yeganə hindu əyalətidir. == İstinadlar == == Xarici linklər == Bali // Britannika Ensiklopediyası. 3 (XI). 1911.
Bali boğazı
Bali boğazı (ind. Selat Bali) - Malay arxipelaqına daxil olan Yava adasını Bali adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Hind okeanı ilə birləşdirir. == Coğrafiyası == Ən dar yeri 2,4 km, ən dərin yeri isə 60 metr təşkil edir. Boğaz təbii sərhəd olaraq Böyük Zond adalarını, Kiçik Zond adalarından (Flores, Timor, Sumba, Sumbava, Lombok) ayırır. Yava adası sahilində Banyuvanqi, Vonqsoredjo, Ketapanq, Bali adasında Qilimanuk, Melaya adlı yaşayış məntəqələri vardır. Hər iki ada arasında kiçik adalar və qayalıqlar vardır. == Təbiəti == Boğazın suyu Bali dənizinin suyunun xüsusiyyətlərinə uyğundur. Suyun temperaturu 27 - 28 S təşkil edir. Bura tökülən çaylar suyun duzluğuna az təsir göstərir.
Bali dənizi
Bali dənizi (ing. Bali Sea, ind. Laut Bali) — Sakit okeanında Yava adasının şərqi, Bali, Lombok, Sumbava, Sulavesi və Madura adaları arasında yerləşir. Sahəsi 40,000 km², orta dərinliyi 411 m, ən dərin yeri 1590 m təşkil edir. Səthində temperatur 27 - 28 S, duzluğu isə 33,0 - 34,0 ‰ təşkil edir. Dəniz dibində temperatur 8 - 10 S təşkil edir. Subekvatorial iqlimə sahibdir. Dənizin cənubunda yerləşən adaların bir çoxu vulkan məşəllidir: Batur (sonuncu dəfə 1926), Aqunq (sonuncu dəfə 1964), Tambora və başqaları. Əsas limanı Surabaya (Yava). == Coğrafi yerləşməsi == Bali dənizi Yava dənizindən şərqdə yerləşir, həcminə görə adı çəkilən dənizdən kiçikdir.
Bali pələngi
Bali pələngi (lat. Panthera tigris balica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Abadlı
Təhlə (əvvəlki adı: Abadlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bərdə rayonunun Babək adına kolxozun ərazisindəki yaşayış məntəqəsi Abadlı kəndi adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla Abadlı kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bərdə rayonunun Abadlı kəndi Təhlə kəndi adlandırılmışdır.
Abası
Abayı
Abayı — Azərbaycanın milli rəqsi. Rəqs Şəki-Zaqatala zonasında yaranmışdır. Bu yerlərdə ahıl qadına "Abay" deyirlər. Rəqsi əsas etibarilə ahıl adamlar - həm qadınlar, həm də kişilər oynayırlar. Rəqsin melodiyasını Şəki musiqiçiləri yaratmışlar. Bir qədər mübaliğəli, gülməli rəqsdir. Rəqsin tempi aramdır. Bir zaman Şəkidə "Abayı" rəqsini kollektiv surətdə oynayırdılar. Sonralar solo raqsinə çevrilmişdir. "Abayı"nı solo rəqsi kimi 3-4 adam birdən, həm də hər kəs özü üçün yeni oynadaşı ilə zahiri əlaqəsi olmadan oynayır.
Abazlı
Abazallı (əvvəlki adı: Abasali) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Abasali kəndi Abazallı kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin adı 2001-ci ildən Abazallı kimi rəsmiləşdirilmişdir. Yardımlı rayonunda yerləşən Abasallı kəndi ilə əlaqəyə malik olduğu düşünülür. Biləsuvar rayonundakı Novomixaylovka (indiki Zəhmətabad) kəndinin adı da 1840-cı ilədək Abazallı olmuşdur. Bu oykonimlər xəzər və peçeneqlərin tərkibində Azərbaycana gəlmiş abaza (avaz/abas/abaz) tayfasının adı ilə bağlıdır. Türkmənistanda Avaza, Xakas MV-də Abaza, Gürcüstanda Abaşa, Abazlar toponimlərinin, Azərbaycanda isə Avazlar, Avaz, Abbazlı (Qazax rayonunun İkinci Şıxlı kəndində tayfa) toponim və etnonimlərinin qeydə alınması bu fikri təsdiq edir.Digər bir fikrə görə kəndin adı əslində Abasalılıdır (Abasəlikənd). Keçmişdə bu ərazidə iki Abasəlikənd olmuşdur: biri Aşağı Qaramanlı, digəri isə indiki Abbasəlli kəndi. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 823 nəfər əhali yaşayır.
Ağalı
Azərbaycanda tərkibində Ağalı sözü olan aşağıdakı kəndlər mövcudur: Ağalı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağalıq — Azərbaycanın Şabran rayonunda kənd. Ağalıkənd — Azərbaycanın Biləsuvar rayonunda kənd. Ağalı — Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi.Birinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. İkinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Üçüncü Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd.Əhmədağalı — Azərbaycanın Ağdam rayonunda kənd. Xanağalı — Azərbaycanın Bərdə rayonunda kənd. Qasımağalı — Azərbaycanın Gədəbəy rayonunda kənd. Məmmədağalı — Azərbaycanın Qəbələ rayonunda kənd. Mustafaağalı — Azərbaycanın Bərdə rayonunda kənd.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Argyrophyllum ovali-ellipticum
Soaresia (lat. Soaresia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Soaresia velutina Sch.Bip.
Pura Bali məbədi
Pura Bali — hindli məbədidir. İndoneziya Balidə hinduizm tərəfdarları üçün ibadət yeridir. == Tarixi == Pura bali hindli məbədidir.İndoneziyada Hinduizm tərəfdarları üçün ibadət yeridir. Hinduizm Puras adasında əsas üstünlük təşkil edən dinlərdəndir. İndoneziyanın digər hissələrində də məbədlər vardır, məsələn Besakih Ana məbədi. Lakin Bali ən böyük və müqəddəs məbəd olaraq daha çox ziyarət edilir. Pura adının etimologiyası şəhər mənasını verən Sanskrit dilində qala şəhəri, qülləli şəhər və ya saray mənasındadır. Məbəddə Bölünmüş qapıya Candi Bentar adı verilmişdir.
Mir Ağa Balım ocağı
Mir Ağa Balım ocağı — Qubadlı rayonunda Dondarlı kəndinin ərazisində, Nəqşibəndi təriqətinin nümayəndəsi Mir Ağa Balımın məzarı yerləşən ziyarətgah. Mir Ağa Balım dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini - mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Osmanlı imperiyasının Anadolu əyalətlərində hakimiyyətin təqibi ilə əlaqədar müəyyən cərəyanlara mənsub təriqətlər öz yurdlarını tərk edib, başqa yerlərə köçürdülər. Belə köç edən cərəyanlardan biri də Nəqşibəndi təriqətini təbliğ edən Mir Ağa Balım və onun etiqad yoldaşları Hacı Qaraman Qara Pirim və Sarıca Nəbi idi. Onlar Səfəvi dövlətinə tabe olan Qarabağ vilayətinə gəlmişdi. II Şah Abbasın hökmdarlığı dövründə onlar indiki Laçın rayonunun Cicimli kəndinin yerində kiçik bir obada məskunlaşdılar.Nigari təxəllüsü Mir Həmzə Əfəndi Ağa Balım Həzrətlərinin altıncı arxa övladıdır və öz divanında Ağa Balımdan və Aşıqdan bəhs edir. Səfəvi dövlətinin öndə gələnlərinə “Xan” ləqəbi verilir, onlara böyük torpaq sahələri bağışlardılar. Belə mülkədar təbəqə hər qisim adamdan olurdu və həmçinin seyidlərdən də. Seyidlik vəsiqəsi olanlar da bu kimi mülkədarlardan olurdular.
Sent-Ölali-de-Sernon
Sent-Ölali-de-Sernon (fr. Sainte-Eulalie-de-Cernon, oks. Senta Aulària de Sarnon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kornyu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12220. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 65 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 248 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 98 nəfər iqtisadi cəhətdən fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.0%, 1999-cu ildə 63.2%).
Sent-Ölali-d’Olt
Sent-Ölali-d'Olt (fr. Sainte-Eulalie-d'Olt, oks. Senta Aulària d'Òlt) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez.
Albalı
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Yabanı albalı == Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı.Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir. Meyvəsi mədəni sortlara nisbətən xırda olub (8–10 mm diametrli), qırmızı, tünd qırmızı və ya qara-bənövşəyidir.
Balıc
Balıc - Gürcüstanın Bolnisi rayonunda kənd.
Balıq
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfitənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Balış
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Bavlı
Baulı və ya Bavlı (tatar. Баулы; rus. Бавлы) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Kobalt
Kobalt (Co), tarixi Azərbaycandilli mənbələrdə Zırnıxdaşı (az.-əbcəd زرنخ داشى‎) adlanırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 27-ci element. == Adı == Kobalt sözü almanca kobold (damdabacaya bənzər bir varlıq) sözündən gəlmişdir. Bu ad mədənçilər tərəfindən bəzi batil inanclara görə verilmişdir. Azərbaycanca tarixi mənbələrdə isə bu kimyavi elementin adı Zırnıxdaşı (az.-əbcəd زرنخ داشى‎) deyə keçir. Zırnıx əslində Sıçanotu (Arsenic) deməkdir və ərəbcə əl-Zərnix (الزرنيخ) sözündər gəlir; bunun səbəbi kobaltın ilkin filizləri tərkibində həmişə arsen (arsenik) olmasıdır, filizin əridilməsi arseni yüksək zəhərli və uçucu arsen oksidinə oksidləşdirir və filizin əhəngini artırır. == Tərkibi == Kobalt (Co) elementi B12 vitamininin tərkibinə daхildir. Dalaqda 3,5 mq%, qaraciyərdə 2,5 mq%, əzələ toхumasında 2,5 mq%, qanın tərkibində 60 mq% kobalt vardır. Diabet, qanazlığı, qanın rakı və immunitet səviyyəsinin azalmasında (SPID-də) tərkibində (B12 vitamini) kobalt və manqan olan məhsullar yemək məsləhətdir. Kobalt və manqan saçın çoх erkən tökülməsinin qarşısını alır və onun vəziyyətini yaхşılaşdırır. Kobalt qanın əmələ gəlməsi prosesini stimullaşdırır, nuklein turşularının sintezini artırır.
Kosalı
Kosalı (Gürcüstan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Kosalı (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun Çələbixan inzibati ərazi vahidində kənd.
Ocaqlı
Ocaqlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ocaqlı oyk. Cəlilabad r-nunun Qarazəncir i.ə.v.-də kənd. Düzənlikdədir. əsl adının Ocaqqulu olduğu söylənilir. Keçmiş adı Panovand olmuşdur. Yaşayış məntəqəsi pirembel tayfasının üçüncü qolunun məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin ortalarında 64 ailədən ibarət olan panavandlıdar Muğanda köçəri həyat sürürdülər, Panavandlılann bəş tirəsi vardır. Qışlaqlar həmin tirələrin (Hacıtağı, Sadi, Ocaqqulu, Hacı Mustafa və Fərzulla) adı ilə adlanmışdı. Yaşayış məntəqəsi 1887-ci ildə 40 ailədən ibarət ocaqlar (ocaqqulıı) nəslinin Ocaqlı qışlaq, yaxud Ocaqqulu qışlaq adlı yerda məskunlaşması nəticəsində yaranmış və həmin nəslin adı ilə adlandırılmışdır.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Abaəli
Abaəli (əvvəlki adı: Abalı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Abalı kəndi Abaəli kəndi adlandırılmışdır. == Tarixi == Mənbələrin verdiyi məlumata görə, kəndin əsl adı Abaəlioba olmuşdur. Yerli əhalinin ehtimalına görə, oykonim Abaəli (Dağıstanın Çaroda kəndindən gəlmiş şəxsin adı) və oba (kəndin ərazisində kiçik icma) komponentlərindən ibarətdir. Türk dillərində, o cümlədən Azərbaycan dilinin dialekt və şivələrində aba "ata, baba, əmi; ana, xala, böyük bacı" mənalarında işlənir. Oykonimi Dədəli, Babalı və s. etnotoponimlərinin omonimi kimi qəbul etmək lazımdır. Bu oykonim sonrakı illərdə Abasalı (1979), Abaslı (1986) variantlarında qeydə alınmışdır. == Əhalisi == Əhalisi 120 nəfərdir (2008). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Balik
Balik — Azərbaycanın İsmayıllı rayonunda kənd. Balik kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Əhalisi 452 nəfərdir ki onun da 231 nəfəri kişi, 222 nəfəri qadındır.
Baliğ
Baliğ (ərəbcə بالغ və ya بُلوغ‎)) — yetişmiş, həddi-buluğa çatmış. İslamda baliğ yetişmiş və həddi buluğa çatmış oğlan və ya qıza deyilir. Bir müsəlmanın baliğ olması (yəni həddi-buluğa çatması) o demədir ki, artıq gördüyü hər bir haram iş müqabilində ona günah yazılır, bir şərtlə ki, dəli olmasın….