Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həbibulla Odabaş
Həbibulla Odabaş — (1891 və ya 11 fevral 1881, Korbek[d], Tavriya quberniyası[d] – 1937, SSRİ) — krım tatar yazıçı, filoloq, pedaqoq. Əsərlərini Timurcan və Çatır-Tavlı təxəllüsləri ilə çap etdirib. == Haqqında == Həbibulla Əbdürrəşid oğlu Odabaş 1891-ci ildə Aluşta yaxınlığındakı Korbek kəndində anadan olub. Orta təhsilini Krımda aldıqdan sonra İstanbulda ali təhsil alıb. Burada təhsil aldığı dövr ərzində ilk dəfə öz şeirlərini və "Altın yarık" (Qızıl parıltı) poemasını çap etdirir. 1917-ci ildə Krıma geri dönərək 1920-ci ilə qədər "Yaşıl ada" jurnalı sonradan isə "Bilgi" jurnalını nəşr etdirir. 1921-ci ildən 1928-ci ilə qədər Krım Pedaqoji İnstitutunda və Tatar Pedaqoji Texnikumunda dərs deyir. Müəllimlik fəaliyyəti ilə yanaşı krım tatar məktəblərində üçün ana dili və ədəbiyyat dərslərini keçmək üçün bir neçə dərsliyi də tərtib edir. 1925-ci ildə Tavrida tarix, arxeologiya və etnoqrafiya Cəmiyyətinə üzv seçilir. 1925-ci ildə Simferopolda çap edilən "Okub işleri" jurnalında öz pedaqoji, mədəni maarif mövzulu, yazılarını, şeir və hekayələrini yazır.
Ordabası Çimkənd FK
Ordabası – Qazaxıstanın Çimkənd şəhərinin futbol klubu.
Daşbaşı
Daşbaşı (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Daşbaşı (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Daşbaşı (Zəngəzur) — Qərbi Azərbaycannın Qafan rayonununda kənd.
Daşbaşı (Ağdam)
Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Daşbaşı (Qafan)
Daşbaşı - Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == == Adı == Toponim Azərbaycan dilində dağ, qaya mənasında işlənən «daş» sözü ilə yuxarı, zirvə, yüksəklik mənasında işlənən «baş» sözündən əmələ gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində "dağın zirvəsi" mənasında işlənir. Orotoponimdir, quruluşca mürəkkəb toponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Qafan şəhərindən 23 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində Pürülü kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. == Əhalisi == Əhalisi azərbaycanlılardan ibarət olmuş kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər əhali yaşamışdır. === Görkəmli şəxsiyyətləri === Yusif Aslanov - alim.
Daşbaşı (Xocalı)
Daşbaşı — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd.Daşbaşı kəndi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Dağətəyi ərazidədir. Oykonim daş (burada "qaya" mənasındadır) və başı (üstü) sözlərindən düzəlib, "qaya üstündə kənd" deməkdir.
Daşbaşı (Xocavənd)
Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Daşbaşı (Xudafərin)
Daşbaşı (fars. داش باشي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (10 ailə).
Daşbaşı (Zəngəzur)
Daşbaşı - Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == == Adı == Toponim Azərbaycan dilində dağ, qaya mənasında işlənən «daş» sözü ilə yuxarı, zirvə, yüksəklik mənasında işlənən «baş» sözündən əmələ gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində "dağın zirvəsi" mənasında işlənir. Orotoponimdir, quruluşca mürəkkəb toponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Qafan şəhərindən 23 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində Pürülü kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. == Əhalisi == Əhalisi azərbaycanlılardan ibarət olmuş kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər əhali yaşamışdır. === Görkəmli şəxsiyyətləri === Yusif Aslanov - alim.
Daşbaşı dağı
Daşbaşı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1708,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 3,5 km qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər, cənub yamacı sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Daşbaşı asimmetrik antiklinalın tağ hissəsində yerləşir. Zirvəsindən antiklinalın tağını yaran şimal-qərb istiqamətli əks-fay qırılması keçir.
Layın dabanı
Layın dabanı – (rus. подошва пласта, ing. base of bed, bottom of bed) geologiyada layı aşağıdan məhdud­laşdıran səth (layın stratiqrafik alt sərhəddi).
Onbaşı Zeynəb
Zeynəb Paşa (az.-əbcəd زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. == Həyatı == Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar. Sonra isə onlar həmin buğdanı qışda kasıb insanlara baha qiymətə satırdılar.
Yamacın dabanı
Yamacın dabanı – (rus. подошва склона, ing. foot of slope, toe of slope) dağın ətəyi, dar keçid zolağı olub, planda dağlıq qurşağı və onun sərt yamaclarını sərhədləndirən düz və maili səth.
Yüksəkliyin dabanı
Yüksəkliyin da­banı – (rus. подошва возвышен­ностей, ing. foot of upland) ayrıca bir dağı, yaylanı və s. ətraf düzənliklərdən ayıran və yüksəkliyin əsasını /oturacağını/ dövrəyə alan, qapalı əyri xətt.
Daşbaşı qətliamı (1993)
Daşbaşı qətliamı — Birinci Qarabağ müharibəsi zamanı 1993-cü il avqustun 14-dən 15-də ötən gecə, saat 04:00-05:00 radələrində Ermənistan silahlı qüvvələri və erməni hərbi birləşmələri tərəfindən Cəbrayıl rayonunun mühafizəsi üçün strateji əhəmiyyətə sahib olan Daşbaşı postuna olan hücumdur. Hücum zamanı mövqelərdə olan 28 hərbçidən 18-i öldürülmüşdür. Postun ermənilər tərəfindən nəzarətə alınmasından bir həftə sonra Cəbrayıl şəhəri işğal edilmişdir. == Döyüşlər == Cəbrayıl rayonunun eksklavı, Xocavənd rayonunun isə anklavı olan Daşbaşı rayon üçün strateji əhəmiyyətə sahib idi. Kəndin mühafizəsi üçün post qurulmuşdu. Məhz bu səbəbə görə də uzun müddət hərbi xidmətdə olmuş və döyüş təcrübəsi olan əsgərlər o posta göndərilmişdir. Daşbaşı mövqeyi irəlidə döyüşən Azərbaycan əsgərlərinə artilleriya dəstəyinin verilməsi və hava hücumundan müdafiə məqsədi ilə yaradılmışdı. Bu mövqenin vəzifəsi ön cəbhədə döyüşən əsgərlərin hava rabitəsi ilə verdiyi məlumatlar əsasında açdıqları yaylım atəşlərlə erməni mövqelərinə zərbələrin endirilməsi idi. Bu məqsədlə Daşbaşı mövqeyinin sol cinahında ucalan iri və tənha armud ağacının adı ilə adlandırılan "Armudluq" postunda topçular, sağ cinahında isə Daşbaşı məzarlığının qarşısında yerləşdiyinə görə onun adına uyğun adlandırılmış "Qəbirstanlıq" postunda zenitçilər durmuşdular. Avqustun 14-də, səhər saatlarında Ermənistan silahlı qüvvələri və erməni hərbi birləşmələrinin posta birinci hücumu olmuşdur.
İtabaşi
İtabaşi — Tokionun xüsusi rayonlarından biri.
Abası
Döyüş arabası
Cəng arabası və ya Döyüş arabası - qədim zamanlarda xüsusən hərbidə hərəkət vasitəsi kimi istifadə edilən ikitəkərli və dördtəkərli zirehli qoşqu arabası. == İcad edilməsi == Cəng arabası Ur müharibə və sülh ştandartlarına əsasən təxminən e. ə. 2600-cü illərdən müharibələrdə istismar edilməyə başlanılmış ən qədim döyüş texnikası sayılır. Təxminlərə görə ilk dəfə e.ə. III minillikdə şumerlər tərəfindən ağır diskli ikitəkərli və dördtəkərli formada hazırlanmış bu döyüş arabaları sonradan e.ə. II yüzillikdə yüngül mil təkərlərlə əvəz edilərək ikitəkərli çevik araba formasını almış və eramıza qədər geniş tətbiqini tapmışdır. Bu araba vasitəsilə oxatanlar, nizəçilər, qılıncoynadanlar döyüşə atılarmışlar. Zəmanəsinə görə at qoşqulu bu arabalar çox baha başa gəldiyindən, belə arabalar əsasən varlı və adlı-sanlı cəngavərlərə məxsus idi. Homer öz məşhur poeması "İliada"da belə cəngavərlərin təsvirinə geniş yer vermişdir.
Ot arabası
Ot arabası — Con Konstebl tərəfindən çəkilmiş rəsm əsəri. Əsər 1821-ci ildə tamamlanmışdır. Londonda Milli Qalereyada saxlanılır, "Konstbelın ən məşhur əsəri", ən tanınmış və dahiyanə ingilis rəsm əsərlərindən biri hesab olunur.
Əlil arabası
Əlil arabası — fiziki narahatçılığı olan və ya hansısa maneə səbəbi ilə yeriyə bilməyən və ya asanlıqla hərəkət edə bilməyən insanların mobilizasyası üçün istifadə edilən vasitədir. Təkərləri müxtəlif ölçülərdə olur. Ümumiyyətlə əl ilə istifadə edilir amma xüsusi ehtiyaclara görə bədənin demək olar hər yeri ilə istifadə edilə biləcək çeşidləri də var. Hərəkət baxımından avtomatik və mexanik olaraq iki növü olur. Hər ölçüyə və hər cür ehtiyaca görə xüsusi olaraq hazırlanırlar. Fiziki məhdudiyyətli şəxslərdən əlavə bu arabanın müşayiətçisi üçün də digər variantlar mövcuddur. İstifadəçilər ehtiyaclarına görə böyüklük və güc seçimində istədiklərin seçə bilərlər. Darısqal məkanlarda istifadə ediləcəksə yığcam quruluşda olması bəzən üstün tutulur, hava şərtlərinə görə istifadə ediləcəksə gücü və davamlılığı ön plana çıxmaqdadır. Əlil arabası ilə edilən onlarla idman növü var və hər idman sahəsinin ehtiyacları istiqamətində fərqli dizayn və xüsusiyyətlərdə əlil arabası modelləri inkişaf etdirilib.
İt davası
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. == İt savaşının səbəbləri və nəticələri == Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
Qan davası
Qan davası — qəbilə quruluşuna xas olan ən qədim prinsipdir ki, buna görə qətli törədən şəxs və ya onun ailə üzvlərindən biri (soy, qəbilə, tayfa, qrup) qisas almaq üçün mütləq ölümə məruz qalır. Qan davası, müvafiq olaraq, qurbanın mənsub olduğu ailə, sülalə, tayfa, qəbilə, qrup və s. üzvlərindən biri tərəfindən həyata keçirilir. Bir sıra hallarda qan davası fidyə ödəməsi və ya öldürülənin yerinə qətli törədən şəxsin zərərçəkən tərəfinə köçürülməsi ilə əvəz edilmişdir. Burada insan ("qan") qəbilə birliyinin bir hissəsi kimi qəbul edilir və şəxsi şərəf anlayışı bütün qan birliyinin şərəf anlayışı ilə birləşir. Qan davası təhlükəli nəticələrlə doludur. Qisas əksər hallarda ondan əvvəlki cinayətdən daha qəddar olur və bu, qarşılıqlı "qisasa qisas" hallarına gətirib çıxarır. Nəticədə uzun qanlı münaqişələr ortaya çıxır. Bu, tez-tez hər iki münaqişəli qrupun üzvlərinin yaralanmasına və ya ölümünə səbəb olur. Bir tərəfdən, bu, müəyyən bir maneə rolunu oynayır.
Karlar obası
Koraoba — Astara rayonunun, Kijəbə qəsəbəsinin, Tüləküvan kəndinin mərkəzində yerləşən, yaşayış məntəqələrindən biri. Uzun müddət Azərbaycan SSR, Astara rayonu, inzibati ərazi vahidində Koroba kəndi kimi adlandırılıb. Müstəqillik dövründə bir neçə kəndlə birlikdə, Tüləgüvan kəndinə birləşdirilib. SSRİ dövründə kəndin adı təhrif edilərək rus dilinə uyğunlaşdırılıb və Koroba (rus. Kороба) adlandırılıb. Bu təhrif sonradan kəndin etimalogiyasına təsir edib. == Tarixi == Yaşayış məskəni kimi tunc dövrünə aiddir. Bunu təsdiq edən, kəndin ərazisindəki tunc dövrünə aid üç ədəd "Koraoba kurqanlar"ıdır. Eyni zamanda yaşayış məskənində dəmir dövrünə aid "Koraoba daş qutu nekropolu" da var.Çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında, Lənkəran qəzasının tərkibində olub. Lənkəran qəzası isə 1841–46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi.
Qasımuşağı obası
Qasımuşağı obası — Zəngəzur mahalının Hacısamlı nahiyəsinin yaşayış məntəqələrindən biri. == Tarixi == Qasımuşağı obasının ərazisi 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olmuşdur. Laçın rayonunun tərkibində olduğu dövr ərzində Kürdhacı sovetliyi adlandırılan obanın tərkibində Ərikli, Yuxarı Qarasaqqal, Aşağı Qarasaqqal, Hacısamlı, Xaçınyalı kəndlərinin ərazisini əhatə etmişdir. 18 oktyabr 1991-ci il tarixindən Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra isə Kürdhacı kənd inzibati ərazi dairəsi adı ilə adlandırılmışdır. Coğrafi mövqeyinə görə Şəlvəçay, Piçənisçay, Muncuqluçay çaylarının axdığı dərin dərələr vasitəsi ilə dağ silsiləsi yaratmış Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən oba ərazidə ən yüksək dağ zirvəsi olan Qırxqız yaylaqlarının (2825 m) ətəyində yerləşmişdir.
Yağləvənd obası
Yağlıvənd obası – Cavanşir-Dizaq mahalının yaşayış məntəqələrindən biri. Xanlıq dönəmində məaf sayılırdı. Cavanşir-Dizaq mahalı ərazisində yaşayan obaların əksəriyyəti Cavanşir soylu olduqlarından xanlıq dönəmində heç bir vergi ödəmirdilər. İki Qarabağ xanının vəziri olmuş, tarixçi və hüquqçu Mirzə Camal Cavanşir Qarabaği el-obaların vergi ödəməsi xüsusunda yazır: "Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi… Qarabağ ellərindən tövcü pulu və məhsuldan malcəhət alınmazdı".Mehdiqulu xan Cavanşirin yanında Yağlıvənd obasından Xələf ağa Şirin Kələntər oğlu Havsalı, Alı ağa Abbasqulu ağa oğlu Havsalı, Hüseyn və başqaları xidmət edirdilər. Divanxanada fərraş kimi Əliverdi Şirin Kələntər oğlu Havsalı, Dünyamalı Mehdixan oğlu Havsalı fəaliyyət göstərirdilər. Bayramqulu Mustafa oğlu göstərdiyi hərbi rəşadətə görə məaf ünvanı almışdı. Ailəsi ilə birlikdə Şuşa şəhərində yaşayırdı. Cəfər bəy Yağlıvənd İbrahimxəlil xanın arvadı Cəvahir xanımın keşikçisi idi. Məşədi İbrahim Əsəd bəyə xidmət edirdi. 1823-cü ildə Yağlıvənd obasını siyahıya alan polkovnik Yermolov və mülki müşavir Mogilyevski bildirirlər ki, obanın yüzbaşısı Səfiqulu bəydir.