1. Divara mala çəkmək; suvaqlamaq. Evi malalamaq.
2. Şumlanmış yerin kəsəklərini mala ilə əzmək, hamarlamaq.
Şamama və onun yoldaşları tarlanı mükəmməl surətdə malalayıb üstündən ensiz zolaqlar çəkdilər.
3. məc. Üstünü örtmək, ört-basdır etmək, açmamaq, faş etməmək (sözün, işin, hadisənin və s.).
[Odabaşı:] Belə danışıqlar ilə sözlərini malalayırdısa da, elə ürəklərə bir şəkk toxumu səpirdi.
…Leylək Gəray ağa Cavanşirdə doğa biləcək hər hansı şübhəni malalamağa çalışdı.