Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Öksüz
Öksüz - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 23 km şimal-qərbdə, Gürcüstan respublikası ilə həmsərhəddə yerləşir. Toponim qədim türk dilində «çay» mənasını bildirən öküz sözü əsasında formalaşmışdır. Bu söz həm də oquz, okus, oqus formasında qeyd edilir. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Darik qoyulmuşdur. Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və onlar ayrıca bir xalq kimi təqdim edilir. Kənddə 1886-cı ildə 62 nəfər, 1897-ci ildə 96 nəfər, 1908-ci ildə 153 nəfər, 1914 - cü ildə 176 nəfər azərbaycanlı yaşamışdır.
Öksüz Dədə
Öksüz Dədə — xalq ədəbiyyatı şairi. Onu Öksüz Aşık kimi də tanıyırlar. Şeirlərində Öksüz Dədə təxəllüsündən istifadə edən şairin doğum və ölüm tarixləri haqqında məlumat yoxdur. Dunay ətrafında böyümüş və III Muradın dövründə yaşadığı güman edilir. O, qəhrəmanlıq haqqında şeirlər yazan Yeniçəri şairi idi. 1557-1590-cı illərdə Səfəvi–Osmanlı müharibələrindən sonra İran şahzadəsi Heydər Mirzənin girov götürülməsindən sonra yazdığı şeirlərdə onun hansı dövrdə yaşadığı öyrənilir. O devşirmə olaraq Yeniçəri qəbul edilmişdir.
Ocaqlı
Ocaqlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Ocaqlı oyk. Cəlilabad r-nunun Qarazəncir i.ə.v.-də kənd. Düzənlikdədir. əsl adının Ocaqqulu olduğu söylənilir. Keçmiş adı Panovand olmuşdur. Yaşayış məntəqəsi pirembel tayfasının üçüncü qolunun məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin ortalarında 64 ailədən ibarət olan panavandlıdar Muğanda köçəri həyat sürürdülər, Panavandlılann bəş tirəsi vardır. Qışlaqlar həmin tirələrin (Hacıtağı, Sadi, Ocaqqulu, Hacı Mustafa və Fərzulla) adı ilə adlanmışdı. Yaşayış məntəqəsi 1887-ci ildə 40 ailədən ibarət ocaqlar (ocaqqulıı) nəslinin Ocaqlı qışlaq, yaxud Ocaqqulu qışlaq adlı yerda məskunlaşması nəticəsində yaranmış və həmin nəslin adı ilə adlandırılmışdır.
Ayaqsız kərtənkələ
Ayaqsız kərtənkələ (lat. Anniella) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin ayaqsız kərtənkələlər fəsiləsinə aid heyvan cinsi.
Ayaqsız kərtənkələlər
Ayaqsız kərtənkələlər (lat. Anniellidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Ocaqlı dazlıq
Ocaqlı dazlıq və ya ocaqlı alopesiya — skalp adlanan saçlı dərinin avtoimmun xəstəliyi. Skalpda ocaqlı formada, tala-tala saç tökülməsinə bağlı yaranan təkrarlayan xroniki saç xəstəliyidir. Elmi adı aloepcia areata olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. Xəstəliyin yaranmasında avtoimmun mexanizmlər dayanır. Yəni, xəstənin immun hüceyrələrinin tük follikulalarına hücum etməsi nəticəsində yaranan iltihabi reaksiya tük soğanaqlarının zədələnməsinə gətirib çıxarır. Nəticədə ocaqlı saç tökülməsi yaranır. Ocaqlı alopesiya saçlı dəridə tala-tala saç tökülməsi ilə başlayır. Xəstəlik proqressivləşərək total alopesiya yarada bilər. Total dazlıq və ya total alopecia zamanı başın bütün saçları tökülür. Xəstəliyin ən ağır formasında bədənin bütün nahiyyələrində tük tökülməsi yaranır.
Ceronim ayaqsız kərtənkələsi
Anniella geronimensis (lat. Anniella geronimensis) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Kaliforniya ayaqsız kərtənkələsi
Anniella pulchra (lat. Anniella pulchra) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Adsız
Donuz
Donuz — Sus cinsində olan heyvanlara verilən ümumi addır. Donuzlar həm ət həm ot ilə qidalanırlar. İnsanlar tərəfindən əhlilləşdirilmişdir və ferma heyvanı olaraq istifadə edilməkdədir.
Ovsun
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Susuz
Susuz ilçəsi — Qars ilinin ilçəsi. Susuz (Talın) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.
Sonsuz
Sonsuzluq (riyazi işarəsi: ∞ {\displaystyle \infty } ) — sonu, nəhayəti olmama, nəhayətsizlik. Hər hansı bir məhdudiyyət daşımayan mücərrəd anlayışdır. Hesablanılan, son həddləri olanların əksi kimi riyaziyyatda, fizikada, fəlsəfədə və başqa elmlərdə istifadə olunur.
MDSU
Moskva Dövlət Sənaye Universiteti (ГОУ МГИУ) — Rusiyaın tanınmış ali təhsil təhsil müəssisəsi. Müxtəlif illərdə Lixaçev adına zavod yanında zavod - Ali Texniki Təhsil Müəssiəsi ( Завод-ВТУЗ при ЗИЛ-е), Moskva avtomobilqayırma İnstitutu (ВТУЗ-ЗИЛ), Moskva Dövlət Sənaye Universiteti (МГИУ) adını daşımışdır. == Universitet bu gün == Universitet 6 fakültədə 14 mühəndis, 7 iqtisadi və 2 hüquqi ixtisasə üzrə mütəxəssis hazırlayır. Universitetin 25 000 tələbəsi, 2 500 nəfər hazırlıq şəbəsinin dinləyicisi, 500 aspirantı və 50 dissertantı vardır.
Otsu
Otsu (yap. 大津市) — Yaponiyanın Honşu adasında olan Kansai regionunda yerləşən Şiqa prefekturasının paytaxtı.
Otuz
Otuz — say sistemində ədədlərdən biridir. İyirmi doqquzdan sonra, otuz birdən əvvəl gəlir. Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 3, 5, 6, 10, 15 və 30 ədədlərinə qalıqsız bölünür.
Oğuz
Oğuz (əvvəlki adı: Vartaşen) — Azərbaycanda şəhər, Oğuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vartaşen şəhəri Oğuz şəhəri adlandırılmışdır. Vartaşenin çoxdan qurulduğu, Bejanov tərəfindən sübut edildiyi kimi, bir çoxu kəndin yanında olduğu kimi, qədim kurqan və qəbiristanlıqlardır. Vartaşen və Nic qəsəbələri, əfsanələrə görə, qədim dövrlərdə Kür çayının cənubundakı qədim erməni Utik vilayətində məskunlaşmış Utievlər və ya biri üçün doğma yerlər idi. 1722-ci ildə I Pyotrun Qafqaz ekspedisiyası zamanı ona ünvanladığı bir məktubda özlərini "Ağvanlar" adlandırdılar. 1807-ci ildə Şəki xanı Cəfər Kuli Xanın (azərbaycanlı) rus olduğu Vartaşen və Nici ermənilərə verəcəkdi, rus çarı I Alexander-a bir məktub yazdı: 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Kərimli kəndində (indiki Oğuz şəhərində) 657 təsərrüfatda 3153 nəfər əhali yaşayırdı ki, onların da 1646 nəfərini kişilər, 1507 nəfərini isə qadınlar təşkil edirdi. 1 yanvar 2013-cü il tarixli məlumata əsasən əhalisi 6,891 nəfər olsa da.2019-cu ilin məlumatına görə 7,400 nəfərdən artıq şəhərdə yaşayır. 1819-cu il üçün Şəki vilayətinin təsviri Vartaşenin "Tatar" (Azərbaycan) kəndini göstərir. Vartaşen məktəbinin keçmiş müdiri Mixail Bejanov "Qafqazın yerlərini və tayfalarını təsvir etmək üçün materiallar toplusu" kitabında Udinlərin Vartaşen və Nic kəndlərində yaşadıqlarını və bir çox "tatar" (yəni Azərbaycan) sözlərini özündə cəmləşdirən Dağ dilində danışdıqlarını qeyd edir. 1908-ci il üçün "Qafqaz təqvimi" nə görə kənddə 1090 erməni, 629 rus və 35 azərbaycanlı (tatar) yaşayırdı.
Adsız 153
Adsız #153 — amerikalı fotoqraf Sindi Şerman tərəfindən 1985-ci ildə yaradılıb. 2010-cu ildə foto hərracda 2.7 milyon dollara satılıb ki, bu da onu tarixin ən bahalı fotolarından birinə çevirib.
Adsız adası
Adsız adası — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Heç bir yaşayış əlaməti yoxdur. Maksimum uzunluğu 0,1 km təşkil edir. Sahildən 17,5 km uzaqlıqda yerləşir Ada Səngi-muğan və İqnat daşı (Daşlı adası) adasının arasında yerləşir.
Adsız burnu
Adsız burnu — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahilində yerləşir. Burun sahilləri balıqqulağı və dəniz qumları ilə örtülüdür. Burada Novxanı çimərliyi yerləşir. Sahil boyunca dalğavari şəkildə dayazlıqlar bir-birini əvəz edir.
Gölbaşı (Susuz)
Gölbaşı — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 42 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 22 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 361 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Qars şöbəsinin Berdıq kənd cəmiyyətinin Gölbaşı kəndində 68 nəfər əhali yaşayırdı və onların hamısını etnik kürdlər təşkil edirdi.
Keçili (Susuz)
Keçili — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 40 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 67 nəfər daimi əhali yaşayır.
Porsuqlu (Susuz)
Porsuqlu — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 27 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 7 km uzaqlıqda yerləşir. 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 451 nəfər daimi əhali yaşayır. Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Resuz (kommuna)
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sonsuz dövr
Sonsuz dövr (ing. infinite loop, rus. бесконечный цикл, türk. sonsuz döngü) – semantik və ya məntiqi yanlışlıqlara görə normal şəkildə başa çata bilməyən dövr; həmçinin, qəsdən aşkar başaçatma şərti olmadan yazılmış, lakin kənar müdaxilə ilə başa çatdırılan dövr. Bax: LOOP, SIDE EFFECT. #include <stdio.h> main() { while(1) { printf("Infinite Loop\n"); } } İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Make an infinite loop in several languages, on programming-idioms.org.
Sonsuz düyüm
Sonsuz düyüm və ya daimi düyüm xüsusilə Tibet, Monqolistan, Tıva, Kalmıkiya, Buryatiya kimi Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvoldur. Buddizmdə sonsuz düyüm kəsişərək düzbucaqlar əmələ gətirən xətlərdən ibarət qapalı, qrafik ornamentdir. Bu işarənin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir. Bu simvol əbədiyyəti mövcudluğun əsas reallığı olaraq göstərir. Xətlərin kəsişməsi bütün hadisələrin bir-birləri ilə səbəb və nəticə əlaqəsi kimi güclü bir əlaqə ilə bağlı olmasını təmsil edir. İşarədə heç bir boşluq olmadan bütün kompozisiyanın qapalı olması sadəliyin və tamamilə tarazlaşdırılmış ahəngdarlığının təsviri formasıdır.
Adsız tablo
Adsız Tablo (ing. unnamed table)— Elxan Elatlı tərəfindən 2003 cü ildə nəşr edilmiş roman == Məzmunu == Bakı şəhəri... 1 aprel 2013-cü il Əslində adi günlərdən biri... Bu tarix hər il dünyada gülüş günü kimi qeyd olunur.Amma hər gün,o cümlədən bu gün də yer üzündə minlərlə insanın müxtəlif səbəblərdən öldüyünü,milyonlarla insanın xəstəlikdən can çəkdiyini düşünəndə,anlayırsan ki, dünyanın vahıd bir gülüş günü ola bilməz.Onsuz da taleyi kimin üzünə gülürsə,o adam qəlbən gülür,kimə sərt üz göstərirsə ağlayır.Heç bir fərq qoyulmadan,ilin hər bir günündə.. Bizdə isə əlavə olaraq bu günə Aldatma Günü də deyilir.İlin hər bir günündə bir-birimizi aldatmağımız azmış kimi,bunun üçün məxsusi bir gün də ayırmışıq. Yox, narahat olmayin, sizi nə aldatmaq fikrimiz var,nə də güldürmək.Sadəcə, həmişə, hər yerdə baş verə biləcək bir adi əhvalat danışacağıq sizə... Və bəlkə də bir az qeyri adi... Çoxdan susmuş cib telefonu bu gün ikinci dəfə səsləndi.Öz mənzilindəki iş masasının arxasında oturub noutbukla təyyarə bileti sifariş verən polkovnik Qasımlı üz gözünü turşudub işindən ayrıldı.Zəng yad nömrədən gəlirdi.Həm də rəqəmləri ahəngdar ardıcıllıqla düzülmüş xüsusi bir nömrədən. Belə nömrələr həvəskar müştərilərə azı beş yüz manata satılırdı.Adi nömrələrin beş manata olduğunu nəzərə alsaq,yüz dəfə baha idi... Zəng vaxtından əvvəl kəsildi..Demək kimsə onu narahat etməyə çətinliklə cəsarət tapmışdı.Görəsən bu kim idi?Onun telefon nömrəsini çox az adam bilirdi və bu adamlar da çox nadir hallarda zəng vururdular.Məsələn az əvvəl nahar vaxtı Boris Nİkitin Moskvadan zəng vurub onu oğlunun toyuna dəvət etdi.Gör illər necə tez keçib gedirdi.Əgər Qasımlının yeganə övladı olan qızı o vaxt bir yaşında qətlə yetirilməsəydi indi yeniyetmə qız olacaqdı.Borisin oğlundan yeddi-səkkiz yaş kiçik...Boris ondan çox tez evlənmişdi.Toy aprelin 5-də olacaqdı.Ona görə də bir gün əvvələ,gündüz saat 10.40-a bilet sifariş verdi.Deməli,iki əzizini və bolluca xatirələrini qoyub gəldiyi Moskvaya uçmağına üç sutkadan az vaxt qalırdı.
Daşüz
Daşüz — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilmişdir. == Toponimikası == Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cü ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Tarixi abidlələr əsasında kəndin hələ 1914-cü ildə mövcud olduğu məlumdur. Burada qədimdən qalan bir qala var. Amma bu qalaya yetərincə diqqət olmadığından görünüşü pis vəziyyətdədir. == Coğrafiyası və iqlimi == Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir.
Önsöz
Ön söz — ədəbi və ya elmi əsərin əsas mətndən əvvəl olan hissəsi. Ön sözdə müəllifin özünün, redaktorun, naşirin və ya əsərlə bağlı başqa şəxslərin izahatları və şərhləri olur. Ön söz sadəcə ədəbi əsərin bütövündən yox, həmçinin onun ayrıca bir hissəsindən əvvəl də gələr bilər. "Yevgeni Onegin"in son fəsli buna nümunədir.
Eşkinci ocağı
Eşkinci Ocağı, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan bir hərbi quruluşdur. Ələmdar hadisəsindən sonra Yeniçəri Ocağını ləğv etmək istəyən II Mahmud onu əvəz etmək üçün Eşkinci Ocağını qurdu. Bunu təhdid olaraq görən Yeniçərilərin üsyanı Vaqiəyi-Xeyriyyəyə doğru aparan prosesi sürətləndirdi. Üsyanla bərabər Eşkinci Ocağı ləğv edildi.
MirAğaBalım ocağı
Mir Ağa Balım ocağı — Qubadlı rayonunda Dondarlı kəndinin ərazisində, Nəqşibəndi təriqətinin nümayəndəsi Mir Ağa Balımın məzarı yerləşən ziyarətgah. Mir Ağa Balım dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini — mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Osmanlı imperiyasının Anadolu əyalətlərində hakimiyyətin təqibi ilə əlaqədar müəyyən cərəyanlara mənsub təriqətlər öz yurdlarını tərk edib, başqa yerlərə köçürdülər. Belə köç edən cərəyanlardan biri də Nəqşibəndi təriqətini təbliğ edən Mir Ağa Balım və onun etiqad yoldaşları Hacı Qaraman Qara Pirim və Sarıca Nəbi idi. Onlar Səfəvi dövlətinə tabe olan Qarabağ vilayətinə gəlmişdi. II Şah Abbasın hökmdarlığı dövründə onlar indiki Laçın rayonunun Cicimli kəndinin yerində kiçik bir obada məskunlaşdılar. Nigari təxəllüsü Mir Həmzə Əfəndi Ağa Balım Həzrətlərinin altıncı arxa övladıdır və öz divanında Ağa Balımdan və Aşıqdan bəhs edir. Səfəvi dövlətinin öndə gələnlərinə "Xan" ləqəbi verilir, onlara böyük torpaq sahələri bağışlardılar. Belə mülkədar təbəqə hər qisim adamdan olurdu və həmçinin seyidlərdən də.
Qaradaş ocağı
Qaradaş ocağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndinin mərkəzində ziyarətgah. Ахurа kəndinin içərisində yеrləşir. Qаrаdаş оcаğınа indi də inаm vаr. Öz ürəyində аrzu və istəyinin həyаtа kеçməsini istəyən şəхslər оcаğа nəzir dеyir və аdаmlаr аrzu, istəklərinə çаtdıqdа nəziri оcаğа аpаrırlаr. Qаradаş оcаğının mərkəzində nəhəng prizmаtik-kоnusvаri fоrmаlı qаrа dаş vаr. Dаşın ətrаfınа bir nеçə kiçik ölçülü dаşlаr düzülmüşdür. Əfsаnəyə görə iri qаrа dаşlаr göydən gəlmiş аnа, ətrаfındа оlаn kiçik dаşlаr isə оnun övlаdlаrıdır. Оdur ki, оcаğа аncаq qаdınlаr və uşаqlаr girə bilər. Kişilərin оcаğа gəlməsi qаdаğаndır. Оcаğа qаb-qаcаq dа gətirilir.
Qumbaraçı ocağı
Qumbaraçı ocağı — Osmanlı dövlətinin hərbi təşkilatında qumbara düzəldən və bunu istifadə edənlərin bağlı olduğu təşkilat. Dünyanın ilk hava topu sinifidir. Qumbara dəmir və ya tuncdan tökülmüş əl bombasıdır. Qumbaraçılıq Osmanlı dövlətində XVI əsrdə Mustafa adındakı bir topçu bölük başısının ilk tunc qumbara emalatxanasını qurmasıyla meydana gəlmişdir. 1729-cu ildə Osmanlıya iltica edən və müsəlman olduqdan sonra Əhməd adı verilən Qraf Bonneval tərəfindən inkişaf etdirilib yenidən təşkil edildi. 1783-cü ildə Sədrəzəm Xəlil Həmid Paşa qumbaraçılar üçün yeni tənzimləmələr gətirdi və 1792-ci ildə çıxarılan bir nizamnaməyə əsasən qumbaraçıların səlahiyyətləri artırıldı. Qumbaraçılar, Əhməd Paşanın səyləriylə ordunun ən intizamlı və nizamlı sinifi vəziyyətinə gəlmişdir. Qumbaraçı ocağının islahı ilk olaraq XVIII əsrdə, Qumbaraçı Əhməd Paşa və Sədrəzəm Osman Paşanın istəyi ilə gündəmə gəlmişdir. 1731-ci ildə islah layihəsi hazırlandı və iki il sonra da Üsküdarda Qumbaraçı ocağı quruldu. Beləcə Bosniyadan tutmuş 300 ulufeli qumbaraçı namizədi ilə müxtəlif qalalardan seçilən 300 sipahi qumbaraçılıq təhsilinə başlayaraq qumbara emalatxanasının qurulması yolunda addımlar atıldı.
Sağlamlıq ocağı
Sağlamlıq ocaqları – İctimai Dövlət olmanın gətirdiyi və lazımlılığını doğurduğu bir xidmətdir. İnkişaf etməmiş, inkişaf etməkdə olan bölgələrdə və ya əhali baxımından çox sıxlıq olmayan bölgələrdə qurulan və birinci pillə sağlamlıq xidmətləri verən quruluşlardır. Sağlamlıq ocaqları, xəstəxanalar qədər personal və qaynağa sahib olan xidmətlərini regional olaraq verən sağlamlıq xidmət təşkilatlarıdır. Bir sağlamlıq ocağının xidməti ən az bir həkim və yetər ədəddə sağlamlıq personalından ibarət olan bir qrup tərəfindən icra edilər. Vəzifə tərifi çərçivəsində sağlamlıq xidmətini təsirli və məhsuldar bir şəkildə yerinə yətirə bilməsi üçün bir sağlamlıq ocağında olması lazım olan personal bu şəkildədir: Pratisyen həkimlər, tibb bacısı, mama, ətraf sağlamlıq texniki, sağlamlıq məmuru, tibbi sekretar, şofer, köməkçi xidmətlər (xadimə, qızdırıcı, bağban, gecə gözətçisi, tenisyen köməkçisi v. b.). Sağlamlıq ocaqları hər cür qoruyucu həkimlik xidmətləri, xəstələrin müayinə və müalicəsi, sağlamlıq ocağına qeydli şəxslərin sağlamlıq sicillərini tutmaq ilə mükəlləfdir. Sağlamlıq ocağı həkimləri müalicə edə bilmədikləri hadisələri, xəstəxanaya sövğü lazım olan təcili hadisələri vs. vəziyyətlərdə xəstələri xəstəxanaya sövq edə bilərlər. Sağlamlıq ocağında həkim olmadığı vəziyyətlərdə köməkçi sağlamlıq personalı xəstələri sağlamlıq mərkəzləri və xəstəxanalara göndərə bilərlər.
Türk ocağı
Türk ocağı — türk xalqlarının milli ruhda tərbiyəsinə, elmi, ictimai və iqtisadi səviyyəsinin tərəqqisinə nail olmaq məqsədilə yaradılmış cəmiyyət. 1911-ci ilin martm 12-də İstanbulda təsis olunmuşdur. Cəmiyyət eyni adlı klublar, məktəblər açmağa, kitab və risalələr nəşr etməyə çalışırdı. Həmin dövrdə İstanbulda yaşayan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadə də "Türk ocağı"-nda çalışmışlar. Bakıda da eyni adlı xeyriyyə cəmiyyəti yaradılmışdı. 1918-ci ilin sentyabrın 24-də Cavad Axundzadə (Əhməd Cavad), Abdulla Şaiq Tahbzadə, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və Tağı Nağızadə Bakı şəhər komendatına müraciətlə, "Osmanlı türkləri ilə Azəri türklərini bir-birinə yaxından tanıtmaq üçün" bir "Türk ocağı" cəmiyyəti açmağa icazə verilməsini xahiş etmişdilər. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir müraciət ərizəsinin üzərində belə bir kənar qoymuşdu: "Türk ocağı"nın proqramı dairəsində açılmasına məhdudiyyət yoxdur". Oktyabrın 7-də cəmiyyətin açılmasına icazə verilməsi barədə Bakı vitse qubernatorunun imzası və qubernatorluğun möhürü ilə təsdiqlənmiş 731 saylı vəşiqə verilmişdi. Abdulla Şaiq onun surətində vəsiqəni aldığını və proqramın iki nüsxəsini təqdim etməyi öhdəsinə götürdüyünü yazmışdı. "Azərbaycan" qəzetinin 1918-ci il 6 noyabr tarixli 32-ci sayında hökumət tərəfındən "Türk ocağı" cəmiyyətinin yaradılmasına icazə verildiyi bildirilərək, onun məram və məqsədi barədə yazılmışdı: "İndi türklüyü sevən, millətinə kömək etmək istəyən hər bir ziyalı türk, bu ocağın başına yığışmalı, bu ocağı öz səyi və müavinəti ilə işıqlandırmalı, hərarətləndirməlidir ki, bu ocaq da öz işığı ilə millətimizi işıqlandırıb, öz istisi ilə milli vücudumuzu isindirə bilsin".
İmminin ocağı
İmminin ocağı — Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Vaxtilə pirin ətrafında dördkünc fоrmalı möhrə divar оlmuşdur. Möhrə divar dağıldığından pir binası bərpa оlunmuş və оnun yerində daşdan, hündür kürsülük üzərində, dördkünc fоrmalı bina tikilmişdir. Pirin içərisində sənduqə tipli üç qəbir daşı vardır. Qəbir daşlarının bəzisinin üzərində ərəb əlifbasında yazı оlsa da, оxunmaz hala düşmüşdür. Bu tip sənduqələr Оrta əsrlərin inkişaf etmiş mərhələsi üçün xarakterikdir. Pir xalq arasında İmminin оcağı adlanır. “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 210.
İnan ocağı
İnan ocağı —Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində ziyarətgah. Vaxtilə ətrafında möhrədən tikilmiş ev olub. Rəvayətə görə burada bir qoca kişi və qadın yaşayırmış. Yuxuda onlara deyiblər ki, bu yerin sahibi var, buradan çıxın. O vaxtdan qocalar evi tərk edib və həmin ev ziyarətgaha çevrilib. Onun mərkəzi hissəsində böyük bir qara daş var. Hazırda pirin binası bərpa edilməkdədir.
Ata ocağı
Ata ocağı bədii serialı baş ssenarist Valeh Əhmədov,rejissor Rüfət Şahbazov və prodüser Amiran Babayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Xəzər televiziyasında istehsal edilmişdir. Serial psixoloji dram janrındadır. Əsas rolları Rəşad Bəxtiyarov, Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfərov, Mənsurə Əhmədova ifa edirlər. Serial həftəiçi hər gün saat 22:00-da "Xəzər TV" yayımlanır. 3 avqust 2023-cü ildə final edərək bitmişdir. Serialın bəstəkarı Tərlan Məmmədhüseynovdur. == Məzmun == Serial psixoloji dram janrındadır. Ailə münaqişəsindən bəhs edir. Ailəsinin sosial durumu ilə razılaşmayan övladlar ailə içində qütbləşir.
Ülkü ocağı
Ülkücülük və ya Türkeşçiliq — Alparslan Türkeş və Milliyətçi Hərəkat Partiyası xəttində keçirilən təşkilatlanmanın adıdır. Adının mənşələri Ziya Göyalp 'ın istifadə etdiyi "Milli məfkurə (ideal)"' və Nihal Atsız və Türkçülərin istifadə etdikləri "Milli ülkü" terminlərinə qədər uzanır. 1950-1953 illəri arasında Türk Milliyetçileri Dərnəyi tərəfindən istifadə edilmişdir. Ülkü, söz mənası baxımından "ideal" deməkdir. Ülkücülük isə, "idealizm" in qarşılığıdır. Türk Ocağı bünyəsində iştirak edən və Türkçülük axınını milli siyasət olaraq yerləşdirmək istəyən Hüseyn Nihal Atsız dövrün baş naziri Şükrü Saraçoğluna Orhun Jurnalında 1 mart 1944-cü ildə yenə bir ay sonra 1 Aprel 1944-cü ildə olmaq üzrə iki açıq məktub qələmə alır. Məktubda dövlətin Atatürk zamanındakı Türkçülük oxunda uzaqlaşdığını, xarici təsirlərin artdığını yazır. Dövrün Milli Təhsil Naziri Həsən Əli Ucal, Nihal Atsız və yoldaşlarının fikirlərini təhlükəli görərək məhkəməyə verir. O dövrdə Nihal Atsızın yanına gəlib getməkdə olan gənc bir baş leytenant olan Alparslan Türkeş də Həbs arasındadır. 3 may 1944 günü Nihal Atsız və yoldaşlarının tutulmasına etiraz edən, minlərlə gəncdən ibarət olan böyük bir qrup, Ankara Adliyesine Ulus meydanına qədər gedər.