Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oksitan dili
Oksitan dili (İngiliscə tələffüz: /ˈɒksɪtən, -tæn, -tɑːn/ ; oks. occitan) — Hind-Avropa dillərinin roman dilləri qrupunun oksitano-roman altqrupuna aid olan dil.
Oksetan
Oksetan- (C3H6O ) -bir oksigen atomu saxlayan, oksigen tərkibli dördüzvlü doymuş heterotsiklik birləşmədir. Rəngsiz mayedir, suda, etanolda, dietil efirində və polyar üzvi birləşmələrdə yaxşı həll olur. == Alınması == Oksetan 3-hallogen-1-propanola (və ya onların mürəkkəb efirlərinə) qələvilərin təsiri ilə alınır. Bu zaman oksetan həlqəsinin qapanması ilə daxilimolekulyar alkilləşmə hadisəsi baş verir. Belə ki, əvəz olunmamış oksetan 1500C-də kalium hidroksidin təsiri ilə 3-xlorpropilasetatın tsiklləşməsi ilə alına bilər. Bu zaman çıxım təqribən 40%-ə yaxın olur. ClCH2CH2CH2OCOCH3 + 2KOH → (CH2)3O + CH3COOK + KCl + H2OOksetanın başqa metodla sintezi 1,2-əvəzli karbonil birləşmələrinin fotokimyəvi üsulla alkenlərə çevrilməsinə əsaslanır (Paterno-Byuxi reaksiyası). Bu cür tsiklobirləşmədə karbonil komponenti kimi alifatik və aromatik aldehid və ketonlar, xinonlar və digərləri, alkenlər kimi alitsiklik və tsiklik olefinlər, bəzi heterotsikllər (məsələn furan) və keteniminlər istifadə oluna bilər. Qeyrisimmetrik əvəzli alkenlərdən istifadə etdikdə isə oksetanın izomerləri alınır. == Reaksiya qabiliyyəti == Oksetan sadə tsiklik efirdir və uyğun reaksiya qabiliyyətinə malikdir.
Oksigen
Oksigen (lat. oxygenium, kimyada işlənən qısaltması O), köhnə mənbələrdə Müvəllidülhümuzə — Dmitri Mendeleyevin elementlərin dövri sistemində 8-ci element. Oksigen — kimyəvi cəhətdən qeyri-metal, xalkogenlər qrupundan ən asan elementdir. Normal şəraitdə sadə bir maddə kimi, rəngsiz, dadı və qoxusu olmayan bir qazdır, molekulu iki oksigen atomundan (O2 düsturundan) ibarətdir və buna görə oksigen də deyilir. Maye oksigen açıq mavi rəngdədir, bərk oksigen isə açıq mavi kristaldır. Dərsdəki reaksiyaları yazaraq öyrənməyiniz sizin üçün çox yaxşı olacaqdır. Oksigenin digər allotropik formaları var, məsələn, ozon — normal şəraitdə, molekulu üç oksigen atomundan (formula O3) ibarət olan xüsusi bir qoxusu olan mavi rəngli bir qazdır. Cozef Pristli civə oksidini HgO iki tərəfi qabarıq linza vasitəsi ilə qızdırırdı. Qızdırarkən, o, civənin və çox miqdarda qazın əmələ gəlməsini görüb. Əvvəlcə onu hava zənn edib.
Oksitosin
Oksitosin peptid hormonu olub, neyropeptid sinfinə daxildir. Hipotalamusda istehsal olunur. Sosial əlaqələrdə, çoxalma, doğuş və sairə proseslərdə rolu var.
Aksion
Aksion — fizikada atom nüvələrini parçalanmaqdan qoruyub saxlayan güclü qarşılıqlı təsiri modelləşdirərkən istifadə olunan hipotetik zərrəcikdir. Bir aksion bir elektrondan trilyon dəfə yüngüldür, lakin bir kub santimetrdə onların sayı yüz milyard ola bilər. WIMPs zərrəciklər Ağ Yolun qaranlıq qalosunda annihilyasiya edərək qamma-şüalar, antiproton və pozitronlar buraxa bilər. Belə bir şüalanmanı ümumiyyətlə, müşahidə etmək olar, lakin onu Qalaktikanın ümumi şüalanmasından ayırmaq çətin bir məsələdir.
Opsion
Opsion (ing. option) – Opsion sahibinə müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən qiymətli kağızdır. Opsion sahibi əmtəənin və ya xidmətin alınmasını və ya satılmasını deyil, alınma və ya satılma hüququnu əldə edir. Aşağıdakı sadə misalla daha aydın olacaq:Məsələn siz hər hansı bir səhmin bir ildən sonra 100 şərti pul vahidinə almaq ilə bağlı opsion imzalayırsınız. Deyək ki, həmin bir il ərzində səhmin qiyməti bahalaşaraq bazarda 120 şərti pul vahidi təşkil edir, amma siz onları razılığa gəldiyiniz tərəfdən 100 ş.p. vahidinə alır və beləliklə hər səhmə görə 20 ş.p. vahidi qazanc əldə edirsiniz. Amma qiymətlər 100 ş.p.vahidindən aşağı düşdüyü halda belə siz onları almağa məcbur deyilsiniz. Çünki opsion sizin üzərinə bu öhdəçiliyi qoymur və siz heç bir itkiyə məruz qalmırsınız. Müqavilənin belə şərtlərinin belə deyək ki, kompensasiya olunması üçün satıcı hər səhmin satış qiymətinə edilən əlavədən 5 ş.p.
Maye oksigen
Maye oksigen – mavi rəngdə, şəffaf, yüngül hərəkətli, adi temperaturda tez buxarlanan mayedir. == Fiziki — kimyəvi xassələri == Maye oksigen yanmır, lakin onun ətraf atmosferə müntəzəm şəkildə buxarlanması atmosferdəki oksigenlə birləşib, intensiv yanğın törədə bilər. 1 litr maye oksigen buxarlandıqda 140C-də 830l oksigen yaradır. Qaynama temperaturu 183; sıxlıq – 1, 13 kq/m3 == Tətbiqi == Maye oksigeni adi havanın — 1940C qədər donduqda alınan maye havanın fraksiyalaşdırma ilə alınır. Maye oksigenin saxlanılması: reaktiv yanacaqların misal üçün spirtlərin və onların qarışığının oksidləşdiricisi kimi geniş istifadə olunur. Adətən isti izolyasiyası olan və yaxud müxtəlif həcmli(5–50m3), tank rezervuarlarda saxlanılır. Daxildəki şar şəklində olan rezervuar bürüncdən hazırlanır.buxarlanan oksigeni havaya ötürmək üçün maye oksigeni saxlayan rezervuarların atmosferə çıxışı olmalıdır. maye oksigen saxlanılan rezervuarların həcmi kiçik olarsa (1000–1200 l) buxarlanan oksigenin itkisi əvvəlki həcmdən saatda 0,5–0,7% təşkil edir. Açıq qablarda saxlandıqda izolyasiya olmadan oksigenin buxarlanması çox intensiv şəkildə dəqiqədə 1–3%-ə çatır. Həcmi 50m3 olan və izolyasiyası möhkəm olan rezervuarlarda saxlanan maye oksigenin itkisi sutkada 0,2%-ə bərabərdir.
Oksigen balansı
Oksigen balansı – fotosintez zamanı avtotrof orqanizmlərin ayırdığı və qismən yer qabığında gedən kimyəvi reaksiyalardan əmələ gələn oksigenin miqdarının heterotrof orqanizmlərin tənəffüs prosesində, üzvi və qeyri üzvi maddələrin oksidləşməsi zamanı sərf etdiyi oksigenin miqdarına nisbəti. == Oksigen həddi == Mühitdə həll olan (adətən suda) oksigenin miqdarının minimum dərəcəsi, bu həddə çatdıqda oksigenin çatışmazlığından hidrobiontlar məhv olur. OKSİGENƏ TƏLƏBAT – orqanizmin oksigenə tələbatının miqdarı (bütün canlı orqanizmlər üçün fərdi doza). == Oksigenin dövranı == Bitkinin fotosintezi ilə ayrılan oksigenin ekosistemin biosenoloji mühitinə verilməsi ilə başlayan proses. Sonra oksigen daxili dövrlə aerob orqanizmlərə, o cümlədən bitkilərə daxil olur (tənəffüs prosesində). Onun bir hissəsi mikroorqanizmlər tərəfindən ölü kütlənin oksidləşməsinə sərf olunur, digər hissəsi isə ekosistemin biosenoloji mühitindən xarici dövrə keçir. Yerüstü, xüsusilə dəniz bitkilərinin (plankton yosunları) fotosintezi nəticəsində hər il atmosferə təqribən 70 ⋅ 109 ton oksigen daxil olur (Larxer, 1978). Bu karbon qazının dövranı ilə sıx bağlıdır. == Oksigenin invasiyası == Oksigenin atmosferdən suya daxil olması (soxulması).
Oksigen fəlakəti
Oksigen fəlakəti və ya Oksigen böhranı — Paleoproterozoy dövründə, 2.4 milyard il əvvəldən 2.1–2.0 milyard il əvvələ qədər Yer atmosferində və ilkin okeandakı oksigenin birdən-birə artdığı dövrdür. Geoloji, izotopik və kimyəvi dəlillər molekulyar oksigenin (O2) Yer atmosferində toplanmağa başladığını və nəticədə bunun Yer kürəsindəki demək olar ki, bütün canlıların məhv olmasına səbəb olduğunu göstərir. Oksigen istehsal edən sianobakteriyalar, çoxhüceyrəli həyat formalarının sonrakı inkişafına imkan verdi. == Oksigen səviyyəsinin artması == Oksigen fəlakətinə gətirən xronologiya sərbəst oksigenin əvvəlcə prokariot, sonra isə okeandakı eukariot orqanizmlər tərəfindən istehsal olunduğunu göstərir. Bu orqanizmlər fotosintezi daha səmərəli şəkildə həyata keçirir, tullantı məhsulu olaraq oksigen istehsal edirdilər. İlk oksigen istehsal edən sianobakteriyalar hadisədən əvvəl, 2.7–2.4 milyon il, bəlkə də daha əvvəl yaranmış ola bilər deyə düşünülür. Bununla birlikdə, oksigenli fotosintez səthi mühitdə oksigen yığılmasına imkan yaratmaq üçün oksigendən ayrılmalı olan üzvi karbon istehsal edir, əks halda oksigen üzvi karbonla reaksiyaya girir və yığılmırdı. Üzvi karbonun, sulfidin və tərkibində qara dəmir (Fe2+) olan mineralların çöküntüsü oksigen yığılmasında əsas amildir. Məsələn, üzvi karbon oksidləşmədən məhv olarsa oksigen atmosferdə qalır. Ümumilikdə, üzvi karbon və piritin çürüməsi bu gün ildə 15.8 ± 3.3 T mol (1 T mol 1012 mol) oksigen deməkdir.
Binar opsion
Binar opsion (təyin edilmiş gəlir opsionu) – təyin edilmiş vaxtda təyin edilmiş şərtlərin həyata keçirilməsindən asılı olaraq ya gəlirin təyin edilmiş həcmini təmin edir, ya da heç bir gəlir gətirmir. Opsion əvvəlcədən təyin edilmiş qiymət üzrə alındığından ümumi nəticə ya müsbət, ya da mənfi olacaq. Qaydalara əsasən, müsbət nəticənin həcmi mənfi nəticədə olduğundan aşağıdır. Binar opsionlar müqavilə bağlanmadan öncə ödəniş həcmini və mümkün riskləri dəqiq olaraq öyrənmək imkanı verir ki, bu da çoxlu sayda ticarət əməliyyatını asanlıqla idarə etmək imkanı qazandırır. Hesablamanın asan olması üçün adətən, həyata keçirilmiş opsion üçün 100, həyata keçirilməmiş opsion üçün isə 0 təyin edilir. Əgər dəyəri 10 olan opsion alınıbsa, onun həyata keçirilməsi zamanı opsionun dəyəri 100-ə bərabər qəbul edilir və treyder məhz bu məbləği əldə edir. Yox əgər opsion həyata keçməyibsə onun dəyəri 0-dır və treyder heç nə əldə etmir. Bəzi ticarət platformalarında opsionun həyata keçməməsi halında onun alınmasına sərf edilmiş vəsaitin 15%-nin geri qaytarılması mümkündür. Əgər opsion qiymətin enmə/qalxma mərhələsində olarsa, lakin etalon qiymətə bərabər həddə bağlanarsa treyderə ilkin məbləğin hamısı və ya bir hissəsi qaytarıla bilər (bu müqavilənin şərtlərindən asılıdır). Bazarın cari vəziyyətindən asılı olaraq binar opsionun alış/satış qiyməti arasında böyük fərq ola bilər.
Call-opsion
Coll opsions – şərtləri alan qoyur, yəni alamq hüququ verir (yəni alan deyir ki, gəlib oktyabr ayında səndən pomidorları alacam).Onun reallaşması zamanı səhmlərin alınma məzənnəsi Roe=R0+P, burada: R0 – icra qiyməti, P – ödənilmiş mükafatdır. Opsionun reallaşmasından imtina R0>Rm, burada Rm – səhmlərin toplam bazar qiymətidir. == Misal: == 90 gün sonra hər səhmə görə R0= 510 rubl qiymətlə səhm alınması üçün opsion əldə edilmişdir. Ödənilmiş mükafat hər səhmə görə P= 5 rubldur. Əgər 90 gün sonra səhmlərin məzənnəsi Rm=530 rubl olarsa, o zaman R0 < Rm (510 < 530). Buna görə də opsion səhmlərin hər səhmə görə Roe = R0 + Р= 510 + 5 = 515 rubl məzənnəsində reallaşır. Opsionun alıcısının gəliri -515 (opsionun icrası)+ 530 (səhmlərin bazar məzənnəsi ilə satışı)= hər səhmə görə 15 rubl təşkil edir. Əgər 90 gün sonra səhmlərin məzənnəsi Rm=500 rubl olarsa, o zaman opsionun reallaşdırılmasından imtina şərti yerinə yetiriləcək R0 > Rm (510 > 500). Buna görə də opsion baş tutmayacaq. Opsionun alıcısının ziyanı ödənilmiş mükafatın ölçüsünə, yəni hər səhm üzrə 5 rubla bərabərdir.
Opsion müqaviləsi
Opsion müqaviləsi — (ingilis dilindən tərcümədə option - seçim) onun tərəflərinə alternativ (seçim) təqdim edən alətdir. Bu seçim şərtsiz olaraq müqavilə tərəflərinin birinə məxsus olur və digər kontragentin iradəsindən asılı deyildir. Məhz bu seçim imkanı üçün tərəflərdən biri digərinə opsion mükafatı (option premium) ödəyir. Yəni ödəyən şəxs seçim hüququnu (opsionu) əldə edir. == Haqqında == Opsion müqaviləsinə müxtəlif korporativ münasibətlərin tənzimlənməsində rast gəlmək olar. Opsion hüququnu müəyyən edən şərtlərə, əsasən, özəl investisiyalar (private equity), riskli kapital (venture capital) və investisiya yatırımları çərçivəsində bağlanan müqavilələrdə əks olunur. Almaniya hüququnda opsion müqaviləsi (optionsvertrag) geri çağırılmayan (geri götürülə bilməyən) oferta kimi qiymətləndirilir. Opsion müqaviləsinə bu yanaşma ABŞ hüququnda da var. Opsion müqaviləsi sahibkarların tam praktiki məqsədlərini güdür. Biznes sahibləri və investorlar opsion vasitəsilə öz kapitallarının və korporativ nəzarətin çevik idarəetmə imkanlarını əldə edirlər.
Put-opsion
Put options – şərtləri satan qoyur, yəni satmaq hüququ verir (yəni satan deyir ki, sən məndən gəlib oktyabr ayında pomidorları almalısan)Onun reallaşması zamanı satış məzənnəsi Roe= R0- P, burada: R0 – icra qiyməti, P – ödənilmiş mükafatdır. Opsionun reallaşmasından imtina şərtləri R0 < Rm, burada Rm – səhmlərin toplam bazar qiymətidir. == Misal: == 90 gün sonra satış üçün hər səhmə görə R0=570 rubl qiymətinə səhmlər əldə edilmişdir. Ödənilmiş mükafat hər səhmə görə P= 5 rubldur. Əgər 90 gün sonra səhmlərin məzənnəsi Rm= 550 rubl olarsa, o zaman R0 > Rm (570 > 550). Buna görə də opsion səhmlərin satış məzənnəsinin hər səhmə görə Roe= R0-P=570-5=565 rubl məzənnəsində reallaşır. Opsionun alıcısının gəliri -550 (səhmlərin bazar qiyməti ilə alışı) +565 (opsionun icrası) = hər səhm üzrə 15 rubl təşkil edir. Əgər 90 gün sonra səhmlərin məzənnəsi Rm= 580 rubl olacaqsa, bu zaman opsionun reallaşmasından imtina şərti icra olunacaq R0 < Rm (570 < 580). Ona görə də opsion baş tutmayacaq. Opsionun alıcısının ziyanı ödənilmiş mükafatın ölçüsünə, yəni hər səhm üzrə 5 rubla bərabərdir.
Baster Kiton
Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[…] – 1 fevral 1966[…], Vudlend-Hillz[d], Kaliforniya) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı. == Bioqrafiya == Kitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır. Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.
Dayan Kiton
Dayan Kiton (ing. Diane Keaton; həqiqi adı — Dayan Holl, ing. Diane Hall; 5 yanvar 1946-cı ildə, ABŞ-də Los-Ancelesdə anadan olmuşdur, — ABŞ aktrisası, kinorejissoru və prodüsseri. Dayan Kiton Oskar kino mükafatını, "Qaydalı və qaydasız mükafat" filmindəki roluna görə "Qızıl qlobus" mükafatını, "Enni Holl" filmindəki ən yaxşı qadın roluna görə "BAFTA" mükafatını almışdır. ABŞ hüdudlarından kənarda Frensis Ford Koppalanın "Xaç atası" (1972, 1974 və 1990) film trilogiyasında və Allen Vudinin filmlərindəki rollarına görə tanınmışdır. Dayan Kitonun iştirakı ilə çəkilən filmlər 2,7 milyard dollardan çox gəlir qazandırmışdır.. == Tərcümeyi-halı == Dalan Kiton aktrisalıq fəaliyyəti üçün anası Dominis Dunnenin qızlıq soyadını götürmüşdür.. 1969-cu ildə o, "Saçlar" musiqisi ilə ilk dəfə səhnəyə çıxmışdır. Elə həmin dövrlərdə onun Allen Vudi ilə uzun müddət davam edən əməkdaşlığı başlamışdır, bu əməkdaşlığın ən pik nöqtəsini "Enni Holl" komediyasındakı baş rola görə aldığı Oskar mükafatı oldu. Dayan Kitonun Allen Vudi ilə münasibətləri çəkiliş meydançasından kənarda da inkişaf etsə də, onlar ayrıldılar və Dayan Kiton Uorren Bitti ilə yaxınlaşdı.
Maykl Kiton
Maykl Con Duqlas (ing. Michael John Douglas; 5 sentyabr 1951, Koraopolis) — ABŞ aktyorudur. "Bitlcus" və "Betmen" rollarını ifa etmişdir. == Həyatı == Maykl Con Duqlas 5 sentyabr 1951-ci il tarixində Pensilvaniya ştatınnı Koraopolis şəhərində doğulmuşdur. Valideynləri ingilis, irland, irland-şotland və alman əsillidir. O, ailədə yeddi uşaqdan ən kiçiyi idi. İlk dəfə aktyorl karyerasına 25 yaşında rol aldığı "Mod" adlı televiziya serialında ifa etdiyi Çip Vinston rolu ilə başlamışdır. Aktyorluğa yeni başladığı müddətdə Maykl Duqlasla qarışdırılma təhlükəsiylə qarşı-qarşıya qalan Maykl soyadını dəyişdirməyə qərar verir. O dövrdə böyük heyranlıq bəslədiyi ABŞ aktrisası Dayan Kitonun (əsl adı: Dayan Holl) bir şəklini gördükdən sonra yeni soyadını "Kiton" olaraq adlandırır. Maykl bu soyadını müvəqqəti düşünmüş, amma tamaşaçıların uzun müddət onu Maykl Kiton adı ilə tanıdıqlarından, Maykl bir müddət sonra rəsmi olaraq soyadını "Kiton" olaraq dəyişdirmişdir.
Alış üçün opsion
Alış üçün opsion — müəyyən hallarda və müəyyən şəraitdə səhmdarların bəzi şirkətlərin səhmlərini aşağı qiymətə almaq hüququnun təmin edilməsi. Bu həmçinin, müəyyən şəxsin məhsulu ya müəyyən səviyyəli qiymətə, ya da müəyyən tarixə qədər almaq hüququdur. Satıcı həmin tarixə qədər bu malı heç bir başqa alıcıya satmamağı və onu satışdan çıxarmamağı öhdəyə götürür.
İksion (Korinf çarı)
İksion (q.yun. Ιξίων) — yunan mifologiyasında personaj. O, Korinf çarı Aletin oğlu və davamçısıdır.Korinf çarı İksion Heraklın övladlarından, Aletin oğlu idi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Qədim müəlliflər İksionun e.ə. 1066-ci ildən 1029-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu I Agel olmuşdur.