Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Operator
1. PAL ( Dünyada bu sistem geniş yayılıb. ) 2. CCAM (Bu sistem hal-hazırda Fransa işlədir.) 3. MULTYSİSTEM 4. NTS ( Bu sistem hal - hazırda ABŞ - da işlədilir. ) PAL sistemi yayımda 625 sətir, NTS sistemi isə yayımda 525 sətir təsvir ötürə bilir. PAL sisteminin bir - birindən fərqlənən çoxlu qolları var: 1. PAL 2. PAL N 3.
CADD operator
CADD operator — CADD sistemindən istifadə edərək texniki çertyojlar çəkən çertyojçudur. CADD - kompüter yardımı ilə dizayn və çəkmə deməkdir (Computer-Aided Design and Drafting). Nəticə etibarilə bu sənət sahibləri kompüter vasitəsilə çertyoj çəkənlərdir. Onlara bəzən CAD çertyojçu (draftsman) da deyirlər. CAD kompüter proqramlarına nümunə olaraq AutoCAD, Google SketchUp, DraftSight, DraftIt, Rhino əplikeyşnlarını göstərmək olar. Bu proqramlar arasında ən geniş istifadə olunanı Autodesk sirkətinin məhsulu olan AutoCAD proqramıdır. AutoCAD CADD operatorlarının çertyoj çəkmə işini profesionallaşdırmaqla bərabər eyni zamanda çox asanlaşdırır. İldən ilə Autodesk sirkəti proqramı daha da təkmiləşdirərək çertyojçulara daha yeni imkanlar açır.
Operator sənəti
1. PAL ( Dünyada bu sistem geniş yayılıb. ) 2. CCAM (Bu sistem hal-hazırda Fransa işlədir.) 3. MULTYSİSTEM 4. NTS ( Bu sistem hal - hazırda ABŞ - da işlədilir. ) PAL sistemi yayımda 625 sətir, NTS sistemi isə yayımda 525 sətir təsvir ötürə bilir. PAL sisteminin bir - birindən fərqlənən çoxlu qolları var: 1. PAL 2. PAL N 3.
Radio-operator
Radio-operator (radist, radioçu, radiorabitəçi) — radio stansiyasında mesajların ötürülməsi və qəbulu üzrə mütəxəssis. Bu müddət oxşar bir peşə, ixtisas, hərbi ixtisas, vəzifə və hərbi mövqe də adlanır. Bəzən bu peşə başqası ilə birləşdirilir, məsələn: radio-operatoru, naviqator, radio-operatoru və s. Bu peşə radio ixtirası ilə əlaqələndirilir. Radio-operatoru peşəsi insan fəaliyyətinin bir çox sahəsində — dənizdə, çayda, havada, kosmosda, quruda tələb olunur. Radio-operatoru radio stansiyasında işləyir və radio mesajları qəbul etmək, ötürmək və ona texniki xidmət göstərməklə məşğuldur. SSRİ-nin fəxri radio-operatoru — nişan Üstümüzdə Cənubi Xaç Bütün dünyanın adamları olsa … Krenkel E. T. Dörd yoldaş. M .: Bədii ədəbiyyat, 1940. — 316 s. Krenkel E. T. RAEM — çağırışım.
Radio operator
Radio-operator (radist, radioçu, radiorabitəçi) — radio stansiyasında mesajların ötürülməsi və qəbulu üzrə mütəxəssis. Bu müddət oxşar bir peşə, ixtisas, hərbi ixtisas, vəzifə və hərbi mövqe də adlanır. Bəzən bu peşə başqası ilə birləşdirilir, məsələn: radio-operatoru, naviqator, radio-operatoru və s. Bu peşə radio ixtirası ilə əlaqələndirilir. Radio-operatoru peşəsi insan fəaliyyətinin bir çox sahəsində — dənizdə, çayda, havada, kosmosda, quruda tələb olunur. Radio-operatoru radio stansiyasında işləyir və radio mesajları qəbul etmək, ötürmək və ona texniki xidmət göstərməklə məşğuldur. SSRİ-nin fəxri radio-operatoru — nişan Üstümüzdə Cənubi Xaç Bütün dünyanın adamları olsa … Krenkel E. T. Dörd yoldaş. M .: Bədii ədəbiyyat, 1940. — 316 s. Krenkel E. T. RAEM — çağırışım.
Smooth Operator
Smooth Operator – Məşhur ingilis musiqi qrupu olan Sadenin debüt albomu olan Diamond Life albomundan çıxardığı dördüncü və sonuncu sinql. Billboard Hot 100 hit paradında 1985-ci ilin may ayında iki həftə beşinci yerdə qalan mahnı Sadenin ABŞ-da ilk onluğa yüksələn birinci mahnısı olmuşdur. Mahnı ulduz həyat tərzi sürən və səfərləri zamanı onu sevən bir çox kişinin könlünü sındıran qadın haqqındadır. Mahnı Sade qrupundan sonra bir çox məşhur müğənnilər tərəfindən ifa edilmişdir.
Eldar Məmmədov (operator)
Məmmədov Eldar Teymur oğlu — Əməkdar mədəniyyət işçisi (1989). Humay" (1994), "Tərəqqi" medalı (2006). Operator. Bir çox film və teletamaşaların operatorudur. 1964-cü ildən Azərbaycan Dövlət radio və Televiziya Komitəsində teleoperator, 1969-1983-cü illlər ərzində bütün dövlət əhəmiyyətli translyasiyalarda aparıcı operator işləyib. 50-dən yuxari televiziya filmi və tamaşalarının quruluşçu operatorudu. 1998-ci ildə Hollivud yaradıcı qrupu ilə birlikdə çəkilən prezident Heydər Əliyevə həsr olunmuş. "Ömur, tale və epoxa" filminin operatoru olub. Hal-hazirda AzTV-də operator qrupunun bədii rəhbəridir. Azərbaycan Kinematoqrofçular İttifaqinin üzvüdür.
Etibar Şirinov (operator)
Etibar Şirinov (19 yanvar 1965, Bakı) - operator. Etibar Şirinov 1965-ci il 19 yanvarda Bakı şəhərinin Lökbatan qəsəbəsində doğulmuşdur. Uşaqlıq illərindən kino sənətinə böyük marağı olan Etibar C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında operator köməkçisi kimi işə başlamışdır. O, burada müxtəlif filmlərin çəkilişində iştrak etmişdir. 1993-cü ilə qədər burada işlədikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində Sənədli Filmlər Kinostudiyasının Bədii rəhbəri işləmişdir. Qarabağ muharibəsinin ən qızğın səhnələrini lentə almışdır. 2014-cü ildən mayor rütbəsi ilə ordu sıralarından ehtiyata buraxılmışdır. 2014-cü ildən Baku media center də işə başlamışdır. Şeytan göz qabağında (film, 1987) - operator Pəncərə (film, 1991) - operator Qətildən yeddi gün sonra (film, 1991) - operator assistenti Qəzəlxan (film, 1991) - operator Qayalarda qalan səs (film, 1995) - ikinci operator Heydər Əliyev.
Kənan Məmmədov (operator)
Kənan Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Avropa Kino Akademiyasının üzvü (2010). Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.
Nar (Mobil Operator)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2014-cü ildə 4G'ni tətbiq elədi.
Rafiq Quliyev (operator)
Rafiq Səfər oğlu Quliyev (27 fevral 1957, Bakı) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, prodüser və montaj rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2005), "Şöhrət" ordeni laureatı (2018). Rafiq Quliyev 27 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, 1987-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun "Kinooperatorluq" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Rejissor M. Kosırevlə çəkdiyi "Gənc Mixailin görüntüsü" adlı diplom filmi xüsusi diqqət çəkərək Monreal film festivalında "Ən yaxşı film" və "Ən yaxşı fantaziya" mükafatlarına layiq görülüb və festival rəhbərliyi tərəfindən "Tələbə Filmlərinin Ümumdünya Proqramı"na salınaraq London, Berlin, Rimini, eləcə də digər film festivallarında nümayiş etdirilib. 1991-ci ildən bədii filmlərin ali dərəcəli quruluşçu operatorudur. Kinostudiyada çalışmaqla yanaşı 1999–2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb və Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdıran "Xəzərdən dünyaya" verilişinin Asiya və Avropa ölkələrinə yayımını təşkil edib. 2001-ci ildə "Lider" televiziyasında "Azərbaycan" redaksiyasını yaradıb və 2001–2004-cü illər ərzində müxtəlif səpkili 237 televiziya filminin ərsəyə gəlməsinə rəhbərlik edib. 1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-Televiziya Sənətləri" kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2005-ci ildən həmin kafedranın dosentidir.
Rafiq Əliyev (operator)
Rafiq Cəfər oğlu Əliyev — Azərbaycan kinooperatoru, prodüser. Rafiq Əliyev 1953-cü ildə Bakıda anadan olub. 1972-1976-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1976-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator assistenti kimi əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə Moskvada Dövlət Kino Komitəsi nəzdində ixtisasartırma kurslarında iştirak edib. 1980-1985-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində Aleksandr Qalperinin emalatxanasında təhsil alıb. Bir neçə bədii və sənədli filmin quruluşçu operatorudur. ANS televiziyasının baş operatoru çalışmışdır. Hazırda "Aranfilm" Yaradıcılıq Mərkəzinin baş operatorudur. Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) - operator assistenti Yolda adamlar (film, 1986) (sənədli film) - operator Araqarışdıran (film, 1987) (tammetrajlı bədii film) - quruluşçu operator Monoloq (film, 1987) (sənədli film) - operator Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987) (sənədli film) - operator "Neftçi"-87 (film, 1987) (sənədli film) - operator Yol hərəkətinin təhlükəsizliyi (film, 1988) (sənədli film) - operator Sahilsiz gecə (film, 1989) (tammetrajlı bədii film) - quruluşçu operator Dəvətnamə (film, 1989) (qısametrajlı bədii film) - quruluşçu operator İmam Mustafayev.
Şərif Şərifov (operator)
Şərif İsmayıl oğlu Şərifov (12 oktyabr 1938, Bakı – 26 sentyabr 2007) — Azərbaycan operatoru. Şərif Şərifov 13 oktyabr 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun hələ uşaqlıq illərindən foto sənətinə böyük marağı var idi. 1964–1970-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil almışdır. Orada oxuduğu müddət ərzində tanış olduğu məşhur kinooperatorlar onun kamil bir sənətçi kimi püxtələşməsinə, gələcək həyat yolunu müəyyənləşdirməsinə güclü təsir etmişlər. Şərif Şərifov həm də gözəl ailə başçısı idi. O, ömür-gün yoldaşı Məhinbanu xanım, qızı Nəcibə və nəvəsi Rəsul ilə birlikdə özünü xoşbəxt hesab edirdi. Lakin vaxtsız əcəl onun arzularını yarımçıq qoydu. Şərif İsmayıl oğlu Şərifov 2007-ci il sentyabrın 26-da gözlərini əbədi olaraq yumdu. Şərif Şərifov ömrünün 42 ilini Azərbaycan kinosunun inkişafına həsr etmişdir.
Əsgər İsmayılov (operator)
Əsgər Cəfər oğlu İsmayılov (1 aprel 1905, Tiflis – 13 noyabr 1983) — Azərbaycan kinooperatoru, ssenaristi, əməkdar incəsənət xadimi. Əsgər İsmayılov 1 aprel 1905-ci ildə Tiflisdə anadan olub. ÜDKİ-də təhsil alıb. Əməkdar incəsənət xadimi Əsgər İsmayılov 1983-cü ildə vəfat edib. Almaz (film, 1936) Arazın sahillərində (film, 1953) Axırıncı namaz (film, 1963) Bakıdan Göy-gölədək (film, 1947) Bakının işıqları (film, 1950) Bəxtiyar (film, 1942) Bəxtiyar (film, 1955) Bir ailə (film, 1943) Direktiv bant (film, 1932) Əyri yolla qazanc (film, 1960) Xəzər neftçiləri (film, 1951) "Kazbek" qutusu (film, 1958) Kəndlilər (film, 1939) Kölgələr sürünür (film, 1958) Qara daşlar (film, 1956) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Zəfər bayramı (film, 1945) Qəribə əhvalat (film, 1960) Sabahın xeyir, Bakı! (film, 1964) Sabir (film, 1962) Sevil (film, 1929) Səbuhi (film, 1941) Səhər (film, 1960) Sən bunu bilməlisən (film, 1961) Sovqat (film, 1942) Əsgər İsmayilov M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Azərbaycan operator və provayderlərinin siyahısı
Azərbaycan operatorlar və provayderlər siyahısı — Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya operatorları və provayderlərin təsnifat və siyahısı bərəsində məlumatı əhatə edən siyahı. Məqalədə ölkədə mövcud olan əsas operator və təminatçıların adları, təklif etdiyi xidmətlər və şəbəkə əhatəsi kimi məlumatlar verilir. Bu siyahı telekommunikasiya sahəsindəki təzahür edən dinamikaya və ölkədəki operator və provider sahəsindəki inkişafa uyğun olaraq daim yenilənir. Təsdiq edilmiş 427 saylı Qərar əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təyin etdiyi tədbirlər çərçivəsində, internet telekommunikasiya xidməti təmin edən operatorlar və provayderlər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək uçot tətbiq etməlidirlər. Bu prosesi yerinə yetirmək üçün "Elektron Hökumət" portalından istifadə edilir. Həmçinin, operatorlar və provayderlər özlərini bu uçot tətbiqinə əlavə etmək və işlətmək üçün "Elektron Hökumət" portalına müraciət edə bilərlər. Bu, ölkədə elektron hökumət xidmətlərinin sürətli və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək məqsədilə təyin edilmişdir. Əməliyyatın rahat və sürətli aparılması üçün operatorlar və provayderlər bu prosesdə müvafiq sənədləri və təsdiq edilmiş məlumatları əks etdirməlidirlər. Bu, səlahiyyətli orqanlar və təşkilatlar üçün əhəmiyyətli məlumatları təmin edir və texnologiya sahəsində daha geniş inkişaf üçün əsaslı bir addım təşkil edir. Operator, provayder, host provayderləri və internet provayderləri telekommunikasiya və informasiya texnologiyaları sahəsində müxtəlif rolları ifadə edən anlayışlardır.
Fərq operatoru
Fərq operatoru — riyaziyyatda bir ƒ(x) funksiyasını fərqli bir ƒ(x + b) - ƒ(x + a) funksiyasına bərabərləşdirən sxem. İrəli fərq operatoru Δ f ( x ) = f ( x + 1 ) − f ( x ) {\displaystyle \Delta f(x)=f(x+1)-f(x)\,} sonlu fərq hesablamalarında geniş istifadə olunur və törəmənin davamlı situasiyalar üçün götürdüyü vəzifəni keçici funksiyalar üçün yerinə yetirir. Geri fərq operatoru isə ∇ f ( x ) = f ( x ) − f ( x − 1 ) {\displaystyle \nabla f(x)=f(x)-f(x-1)\,} formasında təyin olunur. Çoxhədlilərlə müqayisə edildiyində irəli fərq əməliyyatı bir delta operatoru vəzifəsinə sahib olur.
İnternet xidməti operatoru
İnternet xidmət provayderi (ing. Internet service provider, ISP) — internetə daxil olmaq, ondan istifadə və idarə etmək və ya orada iştirak etmək üçün xidmətlər göstərən təşkilat. ISP-lər müxtəlif formalarda təşkil edilə bilər. Məsələn, bu, kommersiya, icmaya məxsus, qeyri-kommersiya və ya başqa şəkildə özəl mülkiyyətə sahibdir. Adətən ISP-lər tərəfindən təmin edilən internet xidmətlərinə internetə çıxış, internet tranziti, domen adının qeydiyyatı, veb-hostinq, "Usenet" xidməti və kolokasiya daxil ola bilər. İnternet xidmət provayderi adətən istifadəçiyə internetdə mövcud olan hər şeyə çıxışı təmin edən giriş nöqtəsi və ya şlüz kimi xidmət edir. Belə bir şəbəkəni göz alma şəbəkəsi də adlandırmaq olar. İnternet (orijinal olaraq ARPAnet) dövlət tədqiqat laboratoriyaları və universitetlərin iştirakçı şöbələri arasında şəbəkə kimi hazırlanmışdır. Digər şirkətlər və təşkilatlar onurğa sütununa birbaşa əlaqə ilə, ya da digər əlaqəli şirkətlər vasitəsilə, bəzən UUCP kimi "dial-up" alətlərindən istifadə edərək qoşulurdular. 1980-ci illərin sonlarında internetdən kommersiya məqsədli istifadəsi baş tutmuşdur.
Operativ
Operativ tibdə operasiya yolu ilə, operasiya vasitəsi ilə; əməli, canlı, cəld. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ailə TV kabel televiziyası operatoru
Ailə TV — Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Caspian Telecom MMC şirkətinin brendidir. 1997-ci ildən bu sahədə fəaliyyət göstərir.
Operativ cərrahiyyə
Operativ cərrahiyyə — cərrahi alətlər, cərrahi əməliyyatlar, cərrahi müdaxilə üsulları haqqında elm, mahiyyəti diaqnostik, müalicəvi və ya bərpaedici məqsədlər üçün orqan və toxumalara mexaniki təsirlərə qədər uzanır. Operativ cərrahiyyə əməliyyatdan əvvəl hazırlığı, əməliyyatın özünün texniki göstəricilərini və əməliyyatdan sonrakı dövrün xüsusiyyətlərini nəzərə alaraq cərrahi yanaşmaları və cərrahi üsulları öyrənir, inkişaf etdirir və klinik cərrahiyyəyə tətbiq edir. Əksər cərrahi əməliyyatlar orqanın, onun bir hissəsinin və ya digər anatomik quruluşun ifşa edilməsini və cərrahi müdaxiləni əhatə edir. Сергиенко В. И., Фраучи И. В. Топографическая анатомия и оперативная хирургия. Учеб. для студентов мед. вузов : в 2 т // М.: ОАО Тип. Новости. – 2005. – 3-е изд., испр.
Operativ yaddaş qurğusu
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
Moderator
Moderator (ing. moderator, ru. модератор )- ictimai (sosial) şəbəkələrdə (gaplarda, forumlarda, video-konfranslarda) adi istifadəçidən daha çox hüquqa malik olan istifadəçi. Məsələn, moderatorun aşağıdakı hüquqları var: • başqalarının məlumatlarını uzaqlaşdırmaq; • başqalarının məlumatlarını redaktə etmək; • istifadəçilərin səhifələrini uzaqlaşdırmaq; • istifadəçilərin sayta baxmaq və onu redaktə etmək hüququnu məhdudlaşdırmaq. Moderatorun səlahiyyət və vəzifələrinin dəqiq siyahısı hər saytda fərqli olur. Çox zaman moderator istifadəçilərin saytın qaydalarına əməl etməsinə cavabdehlik daşıyır İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İmperator
İmperator (lat. imperātor — "rəis", "hökmdar", həmçinin "hərbi rəhbər", "sərkərdə") — imperiyanın rəhbəri, monarx, titul. İmperatiça — imperatorun arvadı, yaxud imperiyanı idarə edən qadın hökmdar. Некрасов Г. А. Международное признание российского великодержавия в XVIII в. // Феодальная Россия во всемирно-историческом процессе. Сб. статей, посвященный Льву Владимировичу Черепнину. М.: Наука, 1972. С. 381—388; Флоровский А. В. Страница истории русско-австрийских отношений XVIII в. // Там же.
Feofil (imperator)
Feofil (yun. Θεόφιλος) (813 – 20 yanvar 842, Konstantinopol) — Bizans imperatoru. Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi." Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır". Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi..
Imperator sovkası
İmperator sovkası — (lat. Schinia imperialis) Pulcuqluqanadlılar dəstəsinin növüdür. Çox nadir növdür, Qafqazın yüksək dağları üçün endemikdir. Qanadları açılmış halda 23–25 mm-dir. Ön qanadları al-qırmızıdır, ön kənarları enli, yaşılımtıl-qırmızı, azacıq göyümtülə çalan eninə uzanmış sarımtıl-boz rəngli sarğı vardır. Arxa qanadları məxməri-qara, ətrafı və orta hissəsi qırmızımtıl-sarıdır. Bədəni yaşılımtıl-bozdur və azacıq albalı rəngindədir. Şimali Qafqaz, Gürcüstan, Azərbaycanda isə Böyük və Kiçik Qafqazın dağlıq və yüksək dağlıq hissəsində yayılmışdır. Nəsli kəsilmək üzrədir. Cəmi 2 kəpənəyi tutulmuşdur.
Karin (imperator)
Mark Avreli Karin (lat. Marcus Aurelius Carinus), Roma tarixşünaslığında daha çox Karin kimi tanınır (250, bilinmir – iyul 285, Moziya) — 283–285-ci illərdə hökmranlıq etmiş Roma imperatoru. Karin pretorian prefekti Karın böyük oğlu idi. Kar imperator elan edildikdən sonra Karini sezar titulu ilə özünə şərik təyin etmişdir. Karin atası və qardaşı Numerianın ölümündən sonra şərq legionlarının Diokletianı imperator elan etməsinə qarşı çıxmışdır. O, Marqa vadisində gedən ümumi döyüşdə məğlub olmuş və öldürülmüşdür. Karin 283-cü ildən "Ən böyük german" və "Ən böyük pers", 284-cü ildən isə "Ən böyük britan" titullarını daşıyırdı. "Roman Imperial Coins of Carinus" (ingilis). Wildwinds. İstifadə tarixi: 2014-05-25.
Leonti (imperator)
Leonti (yun. Λεόντιος) (660 – 15 fevral 706, Konstantinopol) — Bizans imperatoru. Əslən erməni olduğu iddia olunan Leonti təxminən 660-cı ildə indiki Konya yaxınlığında dünyaya gəldi. Gənc yaşlarında Bizans ordusuna alındı və sürətlə hərbi karyerasını qurdu. İmperator IV Konstantin dönəmində Anadoludakı hərbi birliklərdən birinə rəhbər təyin edildi. 686-cı ildə imperator II Yustinianın əmriylə Əməvi orduları üzərinə şərqi Anadoluya göndərildi. Qəddar və zülmkarlığı ilə şərqi Anadolu və Gürcü çarlığını ələ keçirən Leonti Qafqaz Albaniyasını da tabeliyi altına aldı. Ancaq Leontinin ikinci səfəri ordudakı slavyanların xəyanəti səbəbilə uğursuz oldu. 692-ci ildə Tokat yaxınlığında baş tutan döyüşdə məğlub olan Leonti Konstantinopola çağırıldı və dərhal həbs edildi. 2 illik həbs həyatının ardından 695-ci ildə bağışlanaraq azad edildi və II Yustinian tərəfindən Anadoludakı hərbi birliklərdən birinə təyin edildi.
Operation Paperclip
Kağız sancağı əməliyyatı (ing. Operation Paperclip) – ABŞ hərbi kəşfiyyat xidmətinin İkinci Dünya Müharibəsinin sonunda və müharibədən sonrada Nasist Almaniyasından əhəmiyyətli elm adamlarının Almaniyadan qaçırma əməliyyatının kod adıdır. Nasist Almaniyasının Sovet İttifaqına hücumunu nəzərdə tutan Barbarossa Əməliyyatının uğursuzluğundan sonra Almaniyanın strateji mövqeyi, xüsusilə silah sənayesi uzunmüddətli bir müharibəyə hazır olmadığı üçün pis vəziyyətdə düçar olur. 1943-cü ilin yazından etibarən Almaniya ordudakı bütün alimləri bir yerə yığmaq və onları tədqiqat və inkişaf işlərinə yönləndirir. O vaxta qədər mexanika mühəndislərini sürücü, alimləri xidmətçi, riyaziyyatçıları yeməkxana işlərində işləyən şəxs kimi istifadə edən nasistlər bütün elm adamlarını bir yerə cəmləyirlər. Yığılan şəxslər, ilk növbədə nasistlər tərəfindən ideoloji cəhətdən etibarlı olub olmamağına görə təsnif edilirlər. Seçimi həyata keçirən Hannover Universitetinin məzunu Werner Ozenberq olduğu üçün siyahıda onun adını müvafiq olaraq Rozenberq siyahısı adlandırılır. 1945-ci ilin martında Osenberg siyahısı müttəfiqlərin əlinə keçir və ABŞ-dəki Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri mayor Robert Staver ona verilmiş siyahıda adları yer alan bütün şəxslərlə, xüsusən də raket mütəxəssisi Wernher von Braunla görüşmək və onların haqqında kəşfiyyat məlumatlarının yığılması haqqında tapşırıq verir. Əvvəlcə yalnız elm adamlarını sorğu-suala tutmaq məqsədi olan kampaniya, sonradan onları Almaniyadan evakuasiya etməklə dəyişdirilmişdir. Bir çox nasist alim Peenemündedəki Tədqiqat Mərkəzində V-2 raketi ilə əlaqədar olan işlərə cəlb edilmişdi.
Valerian (imperator)
Publi Avreli Lisini Valeri Valerian (lat. Publius Aurelius Licinius Valerius Valerianus), Roma tarixşünaslığında daha çox Valerian kimi tanınır (200 – 260-cı illər, Bişapur[d], Fars ostanı) — 22 oktyabr 253-cü ildən 260-cı ilin yazına qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Edessa döyüşü zamanı Sasani şahı I Şapur tərəfindən əsir götürülmüş, əsirlikdə ölmüş yeganə Roma imperatoru olmuşdur. "Valerian and Gallienus", at De Imperatoribus Romanis.
Yulian (imperator)
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol – 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi. Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi. Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər. Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
DOST Agentliyi (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi)
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.