Kənan Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000)[1], Avropa Kino Akademiyasının üzvü (2010).
Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır.
Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır.
1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.
2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.[2]
- 102 an (film, 2000) (sənədli film) (ANS TV)
- Ad günü (film, 1977) (tammetrajlı bədii film) — ikinci operator, rol: Namiq
- Akt və fakt (film, 1978)
- Axırıncı dayanacaq (film, 2014)
- Apreldən əvvəl may... Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)
- Bağlı qapı (film, 1981)
- …balıq sevdası (film, 1979)
- Bəhri-təhvil (film, 1979)
- Bir səfərin izilə (film, 1980)
- Bircəciyim (film, 1986)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Böyüyəndə bilərsən… (film, 1981)
- Bu da bir naxışdır (film, 1987)
- Buxarlanan vədlər (film, 1980)
- Çexski unitaz (film, 1985)
- Dərs (film, 1981)
- Doğma sahillər (film, 1989)
- Dua (film, 1982)
- Evin kişisi (film, 1978)
- Əlaqə (film, 1989)
- Əliyevin əli (film, 2000)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Fəryad (film, 1993)
- Fransada Azərbaycan günləri (film, 1985)
- Gecə qatarında qətl (film, 1990)
- Haqlı narazılıq (film, 1988)
- Halal pullar (film, 2008)
- Hami (film, 1981)
- Haray (film, 1989)
- Həsən Əbluc (film, 1999)
- Xüsusi vəziyyət (film, 1986)
- İlham Əliyev. Diplomatiyada uğur rəmzi (film, 2002)
- İnsanlar, atlar, təkərlər (film, 1979)
- İsrafçılıq (film, 1980)
- İstanbul reysi (film, 2010)
- Kəngərlilər (film, 1999)
- Kinooperator Kənan Məmmədov (film, 2016)
- Köhnə bərə (film, 1984)
- Kölgədə 40 dərəcə isti (film, 1988)
- Kreslo (film, 1988)
- Küçələrə su səpmişəm (film, 2004)
- Qala (film, 2008)
- Qanlı zəmi (film, 1985)
- Qara gölün cəngavərləri (film, 1984)
- Qara Qarayev-60 (film, 1978)
- Qətldən yeddi gün sonra (film, 1991)
- Qızıl uçurum (film, 1980)
- Qiymətli tüstü (film, 1978)
- Məhkumlar (film, 2007)
- "...Mən salim olum, cümlə cahan batsa da batsın..." (film, 1980)
- Məntiqi sual (film, 1979)
- Neft və qaz quyularının əsaslı təmiri (film, 1980)
- Nəğməkar torpaq (film, 1981)
- Odla qol-boyun (film, 2002)
- Otel otağı (film, 1998)
- Ovçu, vurma məni (film, 1977)
- Ovsunçu (film, 2002)
- Ötür-ötür (film, 1980)
- Özgə ömür (film, 1987)
- Reaksiya (film, 1981)
- Seans (film, 1988)
- Səs (film, 1993)
- Son döyüş (film, 1996)
- Sözün çəkisi (film, 1980)
- Su bulandıranlar (film, 1991)
- Sübhün səfiri (film, 2012)
- Sübut (film, 1982)
- Şikayətçilər... (film, 1987)
- Təhminə (film, 1993)
- Tərsinə çevrilən dünya (film, 2011)
- Təsadüfi görüş (film, 1999)
- Təşəkkür (film, 1978)
- Toxunma, partlayar! (film, 1982)
- Ucar lətifəsi (film, 1981)
- Vulkanla üz-üzə (film, 2001)
- "Yapon" və yaponiyalı (film, 1990)
- Yarımçıq təsərrüfatlar (film, 1988)
- Yenə də inşaatçılar... (film, 1980)
- Yoldaş Alyoşa (film, 1979)