Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Orange
Orange fransız mənşəli, beynəlxalq GSM Operatorudur. == Tarixi == 1994-cü ildə Parisdə yaradılmışdır. 2000-ci ildə France Télécom 'la birləşərək Fransanın ən böyük telekommunikasiya quruluşu olmaqla qalmamış dünya arenasına da çıxmışdır. 2001-ci ildə Itineris, Ola və Mobicarte şirkətləri Orange 'ın sıralarına qatılmışdır. Bunu 2006-cı ildə Wanadoo və MaLigneTV də izləmişdir. % 100 Fransız kapitalı olan şirkət hal-hazırda da bu xüsusiyyətini itirməmiş bir anonim şirkətidir. == Sektordakı yeri == Orange Telekom 17 ölkədə xidmət verən dünyanın ən böyük GSM Operatorlarından biridir. Vodafone ilə arasında böyük bir rəqabət vardır. Ingilislər ilə fransızların arasındakı tarixi səbəblərdən yaranan rəqabət Vodafone və Orange arasında da eyni şəkildə davam etməkdədir. Xüsusilə bu 2 operator bir-birlərindən abunə oğurlamaq və digər operatoru oyundan kənar buraxmaq üçün bir çox bazarda müxtəlif taktikalar tətbiq etməkdədirlər.
Rex Orange County
Aleksandr Ceyms O'Konnor (4 may 1998) — Rex Orange County ləqəbi ilə tanınan ingilis müğənni, bəstəkar. O'Konnor 2017-ci ildə Tyler, the Creatorun "Qremmi" mükafatına namizəd olan Flower Boy albomundakı "Boredom" mahnısında yer aldıqdan sonra populyarlaşmağa başladı. NPR Music jurnalisti Zoi Kons O'Konnorun musiqisini "hip-hop, caz və bedrum popunun parlaq qarışığı" kimi təsvir etdi. O'Konnor bir miksteyp Bcos U Will Never B Free (2015) və üç studiya albomu, Apricot Princess (2017), Pony (2019), Who Cares? (2022), həmçinin Live at Radio City Music Hall (2020) adlı canlı albom buraxdı. == Həyatı == Aleksandr Ceyms O'Konnor 4 may 1998-ci ildə Nina və Fil O'Konnorun ailəsində dünyaya gəlib. Surrey qraflığının Heyzlmir yaxınlığındakı Qreyşot kəndində böyüyüb. O'Konnorun musiqiyə marağı gənc yaşlarından başlayıb. 5 yaşında olarkən anasının işlədiyi məktəbdə xorda iştirak edib. Nağaraçl oldu sonra isə fortepiano ifa etməyi öyrəndi.
Orange Sky Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Grangea
Grangea (lat. Grangea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Grangea anthemoides O.Hoffm. Grangea ceruanoides Cass. Grangea gossypina (Baker) Fayed Grangea jeffreyana Fayed Grangea lyrata (DC.) Fayed Grangea madagascariensis Vatke Grangea maderaspatana (L.) Desf.
Vrangel
Vrangel adası (çuk. Умкилир — "ağ ayılar adası", rus. Остров Врангеля) — Rusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə adlandırılmışdır. Vrangel şərq və qərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Grangea lanceolata
Anthemis bornmuelleri (lat. Anthemis bornmuelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Acmella lanceolata Link ex Spreng. Amellus carolinianus Walter Anthemis abyssinica J.Gay ex A.Rich. Anthemis abyssinica var. abyssinica abyssinica Anthemis cotula Blanco [Illegitimate] Anthemis cotula var. hierosolymitana Eig Anthemis cotula subsp. lithuanica (DC.) Tzvelev Anthemis cotula-foetida Crantz Anthemis cotuloides Raf. ex DC. Anthemis galilaea var. brachyota Eig Anthemis galilaea var.
Hermonie Granger
Hermiona Ceyn Qreyncer (ing. Hermione Jean Granger; 19 sentyabr 1979, İngiltərə) — C.K. Roulinq tərəfindən yazılmış Harri Potter ardıcıllığının əsas personajlarından biri. Silsilədəki ilk görünüşü Harri Potter və Fəlsəfə Daşında cadugərlik məktəbinə gələn yeni bir şagird olaraq olmuşdur. İrəliləyən hissələrdə praktik zəkası və ensiklopedik məlumatları ilə Harri Potterin yaxın yoldaşı olmuşdur. Roulinq, Hermionadan daha gənc bir yaşda onun etibarsızlığı ilə ona bənzədiyi və müvəffəqiyyətsizlikdən qorxduğunu ifadə etmişdir == Personaj == Hermiona Ceyn Qreyncer 19 sentyabr 1979-cu ildə doğulmuşdur. Maql doğumludur (ing. Muggle-born). Harri və Ronun ən yaxın dostudur. Qəbul etməsə də Rondan xoşlanmaqdadır. Hoqvarts döyüşündəykən Ron evçinlərini qurtarmaları lazım olduğunu söyləyincə Hermionadan bir öpüş qazanmışdır.
Pyotr Vrangel
Pyotr Nikolayeviç Vrangel (rus. Пётр Никола́евич Вра́нгель; 15 (27) avqust 1878, Zarasay, Kovno quberniyası[d] – 25 aprel 1928, Brüssel) — Peter von Vrangel adı ilə tanınan İmperator Rusiya Ordusunda Baltik alman əsilli rus zabiti idi. Rusiya vətəndaş müharibəsinin sonrakı mərhələlərində o, Rusiyanın cənubunda bolşevik əleyhinə Ağ Ordunun generalı idi. Ağ Ordunu 1920-ci ildə vətəndaş müharibəsində məğlub olduqdan sonra Rusiyanı tərk etməyə məcbur etdi. O, sürgün edilmiş ən görkəmli ağ mühacirlərdən biri və Cənubi Rusiyanın hərbi lideri (baş komandan kimi) kimi tanınırdı. == İstinadlar == == Ədəbiyyat == Мария Врангель - Моя жизнь в коммунистическом раю [1] Врангель П. Н. Записки Послужной список генерал-лейтенанта барона Врангеля Троцкий Л. К офицерам армии барона Врангеля (Воззвание) Врангель П. Н. Южный фронт (ноябрь 1916 г. — ноябрь 1920 г.). Ч. I // Воспоминания. М.: Терра. 1992.
Vrangel adası
Vrangel adası (çuk. Умкилир — "ağ ayılar adası", rus. Остров Врангеля) — Rusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə adlandırılmışdır. Vrangel şərq və qərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Orkney adaları
Orkney adaları (şot.kelt Arcaibh) — Şotlandiyanın şimalında, Orkney qraflığına bağlı olan arxipelaq. Sahəsi 900 km2-dir. == Haqqında == Adalar üzərindən minlərlə ildir ki, insanlar yaşayır. 70-dən çox adadan ibarət arxipelaqda 20 adada insan məskənləri vardır. Adaların 5.500-dən çox tarixi vardır. YUNESKO bu adaları qorumaya aldığını bildirmişdir. == Əsas adaları == Auskerri adası Eday adası Eqilsay adası Qersey adası Şimali Ronaldsay adası Papa Stronsay adası Papa Uestray adası Rousay adası Şapinsay adası == Maraqlı fakt == Hazırda dünyada rəsmi olaraq tanınan ən qısa aviareys iki Orkney adası (Vestrey və Papa Vestrey) arasında təşkil olunan uçuş hesab olunur. Adalar arasında məsafə 2,5 km-dən bir qədər çoxdur. Təyyarə bu məsafəni cəmi 2 dəqiqəyə qət edir.
Orkney qraflığı
Orkney qraflığı - Vikinq hücumları nəticəsində müasir Şotlandiya ərazisində yaradılmış qraflıq. Adalar krallığı kimi vikinq hücumları dövründə yaranmışdı. İlk qrafı IX əsrdə Norveç kralı I Harald tərəfindən təyin olunmuş Raqnvald Eyşteynsson olmuşdur. 1236-cı ildə Raqnvaldın nəslinin kəsilməsindən sonra qraflıq Norveç kralı IV Haakon tərəfindən Anqus qrafları nəslindən olan II Maqnusa verilmişdi. 1331-ci ildə isə V Maqnusun nəslinin kəsilməsindən sonra qraflıq V Maol İosa adlı Strathern qrafına verilmişdi. 1696-cı ildə isə bu titula şotland əsilzadə Corc Hemilton layiq görülmüşdü. 1938-ci ildən bəri titul Oliver Peter Sen-Conundur.
Blossom burnu (Vrangel)
Blossom burnu — Çukot Muxtar Dairəsinə daxil olan Vrangel adasısın cənub-qərbində yerləşir, Fom burnundan 20 km cənubda yerləşir. Şərqi Sibir dənizi və Çukot dənizi arasında yerləşir. Burun dənizin içərilərinə doğu irəliləmişdir. Maksimal hündürlüyü 2 metr təşkil edir. == Tarixi məlumat == 1881-ci ildə leytenant Berri tərəfindən "Blossom" gəmisinin şərəfinə adlandırmışdır. Gəmi 1828 ildə Frederik Uilyam Biçinin ekspedisiyasının gəmisi olmuşdur.. 1911-ci ildə İvan Semyonvun ekspedisiyası zamanı əraxidə olmuşdur.. 1941–1973 ildə Blossom gəmisində Qütb stansiyası fəaliyyət göstərirdi. Hazırda burada stasionar stansiya fəaliyyət göstərir..
Vrangel adası (ABŞ)
Vrangel adası (ing. Wrangell Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 45 km, eni isə 8–23 km arasında dəyişir, sahəsi 544 km²-dir. Bu da onu ABŞ-də 29-cu ən böyük ada edir. Materiklə məsafəsi Bleyk boğazının ən dar hissəsində təxminən 300 metr, Etolin adasına olan məsafə isə Zimoviya boğazının ən dar hissəsində təxminən 700 metrdir. Adanın yaxınlığında Stikin çayının mənsəbi yerləşir. == Tarix == Ada 1793-cü ildə Vankuver ekspedisiyası zamanı araşdırmaçı Ceyms Constoun tərəfindən kəşf edilmişdir. Constoun açıq ərazinin ada olduğunu sübut etmədən yalnız şərq sahil xəttinin xəritəsini çəkir. 1834-cü ildə Dionisiya qalasını tikən ruslar adaya admiral və səyyah Ferdinand Vrangelin şərəfinə adaya indiki adı verirlər. 1867-ci ildə ada Rusiya İmperiyasından ABŞ-yə keçir və 1877-ci ilə qədər Amerika ordusu onun ərazisində yerləşdirilir, daha sonra ada ovçular, araşdırmaçılar və mədənçilər üçün daşıma bazası kimi xidmət edir.
Karl-Qustav Vrangel
Qraf Karl-GQustav Vrangel (isv. Carl Gustaf Wrangel; 23 dekabr 1613, Uppsala – 5 iyul 1676[…]) — İsveç admiralı və feldmarşalı. == Həyatı == Liflyandiya general-qubernatoru və feldmarşal German Vrangelin oğlu olmuşdur. 1627-ci ildə hərbi xidmətə girmiş və Qustav Adolfun Almaniyadakı yürüşlərində iştirak etmişdir. O, 1641-ci ildə general-mayor olmuşdur. 1643-cü ildə İsveç donanmasının admiralı olmuşdur. 13 oktyabr 1644-cü ildə Femarn adası yaxınlığında Danimarka donanmasını məğlub etmişdir. Sonra Holşteyn və Sileziyadakı qoşunlara komandanlıq etmişdir. 1646-cı ildə qraf rütbəsi aldıqdan sonra Almaniyadakı qoşunlara komandanlıq etmişdir. Türennin komandanlığı altında Fransa qoşunları ilə birləşərək 14 mart 1647-ci ildə Bavariya kürfürstünü sülh bağlamağa məcbur etmişdir.
Range Rover
Range Rover — Land Rover tərəfindən istehsal olunan 5 qapılı lüks SUV marka. Marka Tata Motors şirkətinə məxsusdur. Range Rover 1970-ci ildən istehsal olunur. Vasitə 3 nəsil davam edir. Orijinal modeli yalnız Range Rover kimi tanınır. Avtomobilin adı Land Rover tərəfindən fərqlənə bilmədikdən sonra Range Rover Classic oldu. Markanın əsas sahibi 1970–1986-cı illər arasında British Leyland Motor Corporation, 1986–1988-ci illər arasında Rover Group, 1988–1994-cü illər arasında British Aerospace, 1994–2004-cü illər arasında BMW, 2004–2008-ci illər arasında Ford və 2009-cu ildən etibarən Tata Motors şirkətidir.
Cənubi Orkney adaları
Cənubi Orkney adaları (ing. South Orkney Islands) — Atlantik okeanın cənubunda (Cənub okeanı) yerləşən arxipelaq. == Coğrafiya və iqlim == Adalar 60°30' və 60°83' c. e., 44°25' və 46°25' q. u. yerləşir. Arxipelaq dörd əsas iri adadn ibarətdir. Koroneyşen ən iri adasıdır. Adanın ən hündür zirvəsi Niveya (Mount Nivea) dağı 1266 metrdir. Ən ucqar şərqdə yerləşən ada Loridir (Laurie Island).
Şorangə
Şorangə (lat. Salsola) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xüsusiyyətləri == Adətən qaidə hissəsindən geniş şaxələnmiş, uzunluğu 15–45 sm olan yarımkoldur, aşağı budaqları sərt, çopur, odunlaşmışdır. Birillik zoğları uzun, qısa, sarımtıl, qıvrım tüklüdür. Yarpaqları növbəli xətvari düzülüşlü yarımsallaqdır. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşmiş, meyvələri sarımtıl, tüklü, enli qanadlı, böyrəkvaridir. İyul-sentyabr aylarında çiçəkləyir və meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanda Xəzər ovalığında, Abşeronda, Qobustanda çınqıllı və gilli yamaclarda, şoranlaşmış düzənlik yerlərdə seyrək halda təsadüf edilir.
Vrangel adası (Arxangel vilayəti)
Vrangel adası — Yeni Torpaq arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. Barens dənizinin suları ilə yuyulur. Ən hündür nöqtəsi 28 metrdir. Sahilləri qayalıqdır. Müəyyən hissələri düzənlikdir. Adada çoxlu sayda göl vardır. Bir necə bulaq vardır. Yaxınlığında Şelbax adası yerləşir.
Boz şorangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz. == Azərbaycanda yayılması == Naxçıvan düzündə adətən az və ya çox şoranlaşmış quru gilli və ya gilli-daşlı yamaclarda təbii yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yer == Duzlaşmış gilli-daşlı yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 20-35 sm, bozumtul rəngli, budaqlı yarımkoldur. Yaşlaşmış budaqları oduncaqlı, cavan birillik zoğları tez sınan, bozumtul-sarı, xırda tükcüklü, bəzən çılpaq və hamardır. Yarpaqları oturaq, xətvari, növbəli, yarımsilindrik, codtəhər, küt, ağımtıl-boz tükcüklərlə sıx örtülmüşdür.
Kövrək şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri == May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Qaba şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri == May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Ağacvari şorangə
Ağacvari şorangə (lat. Salsola arbuscula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Ön Asiyada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan,şaxələnmiş budaqlı koldur. Yarpaqları ensiz-xətvari, ətlidir. Çiçəkləri bir ədəd yarpaq qoltuqlarında sünbülvari və ya süpürgəvari çiçək qrupuna yığılmışdır. == Ekologiyası == Çox vaxt duzlu, çınqıllı və qumluca torpaqlarda, səhralarda və yarımsəhralarda bitir. == Azərbaycanda yayılması == Xızı rayonu ətrafında rast gəlinir. == İstifadəsi == Xırdabuynuzlu heyvanlar üçün qış yemidir. Dəvələr şoran otunu il ərzində yeyir.
Pisiyli şorangə
Pisiyli şorangə (lat. Salsola foetida) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü.
Ulduzvari şorangə
Ulduzvari şorangə (lat. Salsola stellulata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Avropada, Qərbi Sibirdə yayılmışdır. Orta Asiyada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 10-12 sm olan, qaidə hissədən şaxələnmiş və aşağı hissədən budaqları oduncaqlaşmış yarımkolcuqdur. Yarpaqları oturan, yarımsilindrvarıdır, uzunluğu 5-10 mm, ucları kütdür. May ayında çiçəkləyir. Çiçəkyanlığının yarpaqları uzun tükcüklərlə örtülmüşdür. Sentyabr-oktyabr aylarında meyvə verir. Meyvələri pərdəvari qanadlı, böyrəkvari, adətən narıncı rəngdədir.
Robert Franqeş Mixanoviç
Robert Franqeş Mixanoviç (xorv. Robert Frangeş-Mihanoviç; 2 oktyabr 1872[…] – 12 yanvar 1940[…], Zaqreb, Xorvatiya banovinası) — xorvat heykəltaraş, müasir Xorvatiya və Yuqoslaviya heykəltaraşlığının banilərindən biri, XIX-XX əsrlərin qovşağında görkəmli mədəniyyət xadimi. == Həyat və yaradıcılığı == Robert Franqeş̠ Mixanoviç Srem yarımadasından idi. O, 1889-cu ildə Zaqreb peşə məktəbini bitirib. Daha sonra təhsilini Vyanada davam etdirib. 1889-1894-cü illərdə Tətbiqi İncəsənət məktəbində, 1894-1895-ci illərdə isə İncəsənət Akademiyasında, heykəltaraş Otto Kyoninq və Karl Kundmanın sinfində təhsil almışdı. Daha sonra bir müddət Zaqreb Tətbiqi İncəsənət Məktəbində dərs demişdir. Franqeş-Mixanoviç rəssamlıq təhsilini 1900-1901-ci illərdə Parisdə başa vurub. Həmin müddətdə O.roden və M.Rosso ilə tanış olur. Vətənə döndükdən sonra heykəltaraş yenidən Zaqreb Tətbiqi İncəsənət məktəbində dərs deyir (1907-ci ilə qədər), daja sonra da Zaqreb İncəsənət Akademiyasında tədris prosesini davam etdirir.
Sarımtıl-yaşıl şоrangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Ermənistan) təbii arealı vardır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də Babək və Culfa rayonları ətrafından (Darıdağ) təsvir edilmişdir. == Statusu == Azərbaycanın nadir bitkisidir. EN A2c+3c; B2ab (ı,ıı,ııı,ıv). == Bitdiyi yer == Quru, daşlı, gilli yamaclarda təbii halda bitir. == Təbii ehtiyatı == Azərbaycanda kiçik bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündürlüyü 20-50 sm olan yarımkolcuqdur. Cavan zoğları sarımtıl- yaşıldır.
Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu
Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu — ABŞ-nin Alyaska ştatında yerləşən milli parkı və qoruq. Milli park Ankoric şəhərinin qərbində yerləşmiş olub sahəsi 33.682,5 km2-dır. ABŞ-nin ən böyük milli parkıdır. ABŞ-nin ən kiçik 9 milli parkının ümumi sahəsindən də böyükdür. Qoruq ilə birlikdə sahəsi 53.320.757 km2-dır. Milli park ABŞ-nin ikinci ən hündür zirvəsi olan 5.389 m hündürlüyündəki Sent-Elayas dağını və ətrafındakı əraziləri qorumaq məqsədi ilə qurulmuşdur. Dağın dəniz sahilindən cəmi 16 km uzaqda olması onun necə dik dağ olduğunun göstəricisidir. Bu parkın yaxınlığında ABŞ-Kanada sərhədi yerləşir. Bu dağlıq bölgənin Kanadada qalan hissəsi Kluan Milli Parkı adı ilə qorunur və bu zaman Sent-Elayas dağı Kanada üçün ikinci ən hündür zirvə sayılır. Bu milli parkın cənubunda Qlasier Körfəzi Milli Parkı yerləşir.