Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Orphaned Land
Orphaned Land — İsrail Oriental metal qrupu. Musiqi tərzləri Avropa metal və Yaxın Şərq musiqisinin tərzində yazılır. 1991-ci ildə yaradılan qrup, ilk olaraq Resurrection adında yaradılmışdır. Daha sonra 1992-ci ildə adını dəyişdirilərək Orphaned Land oldu. Ad dəyişiliyindən sonra onlar yaxın şərq regionunun mədəniyyəti və müasir dünya mədəniyyətini cəmləşdirərək öz musiqi üslublarını yaratdılar. Onlar əsasən dostluq, qardaşlıq və birlik haqqında musiqilər yazmağa başladılar. 1993-cü ildə onlar ilk demo “The Beloved's Cry” adlı albomlarını nəşr etdilər. Bu demodan sonra onlar Fransa albom şirkəti olan "Holy Records" ilə birgə ilk debüt albomlarını 1994-cü ildə "Sahara" albomlarını nəşr etdilər. Daha sonra 1996-cı ildə "El Norra Alila" adlı ikinci albomlarını nəşr etdilər. Bu iki albomları çıxartdıqdan sonra onlar bir neçə albom şirkətlərindən təkliflər aldılar.
Orhan Baltacı
Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi. Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb. Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.
Orhan Ak
Orhan Ak (29 sentyabr 1979, Adapazarı), türkiyəli keçmiş futbolçu və məşqçi. Kocaali 'nin Koğukpelit məhəlləsində doğulan Orhan Ak, Sakaryada həvəskar futbol liqası komandası olan Et Balık Sporun infrastrukturunda futbola başladı. O, burada oynadığı zaman Türkiyənin gənclərdən ibarət milli futbol komandaları üçün kəşf edilib və 22 fevral 1995-ci ildə Almaniya ilə keçirilən 15 yaşadək futbolçulardan ibarət milli yoldaşlıq oyununda Türkiyənin gənclərdən ibarət milli futbol komandalarında debüt edib. Bu matçdan sonra bir çox Super Liqa komandalarının diqqətini çəkib. Çoxlu transfer təklifləri arasında o dövrdə Mərmərə Bölgəsinin güclü təmsilçilərindən olan Kocaelisporun təklifini qəbul etdi və 15 yaşında Kocaelispor infrastrukturuna keçdi. 1996-cı ildə peşəkar keçid müqaviləsi imzalayaraq əsas komandaya daxil oldu. 8 fevral 1997-ci ildə Beşiktaşla Super Liqa matçında Kocaelispor ace komandası ilə ilk rəsmi matçını keçirdi. Bu qarşılaşmadan sonra tez-tez oynamaq imkanı qazandı. Həmin mövsümün sonunda Kocaelispor ilə klub tarixində ilk dəfə Türkiyə Kubokunu qazanan komandanın heyətində yer aldı. O, əvvəllər Kocaelispor komandasında çıxış edib.
Ferit Orhan Pamuk
Orxan Pamuk (türk. Orhan Pamuk; 7 iyun 1952[…], İstanbul, Türkiyə) — Türkiyə roman yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2006). == Həyatı == Türk yazıçısı Fərid Orxan Pamuk İstanbulda doğulmuşdur. Hazırda Nyu-Yorkda yaşayır, Kolumbiya Universitetində müqayisəli ədəbiyyat professoru vəzifəsində çalışır"biography". orhanpamuk.net. 27 Eylül 2008 tarihinde kaynağından arşivlendi. İyirmidən çox dildə yaradılan, zəngin tarixə və ənənələrə malik olan türk ədəbiyyatlarının Nobel mükafatına layiq görülmüş ilk və yeganə nümayəndəsidir Orxan Pamuk həm də ədəbiyyat sahəsində XX əsrin ikinci yarısında doğulmuş ilk və yeganə Nobel sahibidir. Yazıçı ciddi yaradıcılıq uğurları nəticəsində 1979-cu ildən bəri 15-dən çox nüfuzlu ədəbi mükafat qazanmışdır Onların arasında Türkiyə, İrlandiya, ABŞ, Fransa, Almaniya, İsveç, Böyük Britaniya kimi ölkələrin təsis etdikləri ödüllər var. Dünyanın 100-dən çox ölkəsində nəşr olunan əsərlərinin tirajı bir neçə milyon nüsxəni aşıb, tərcümə edildiyi dillərin sayı isə 60-a çatmışdır "Taym" jurnalının 2006-cı ildə keçirdiyi sorğunun nəticələrinə görə Pamuk dünyanın 100 ən görkəmli şəxsiyyəti sırasına daxildir. Orxan Pamuk İstanbulda, imkanlı və ziyalı ailədə dünyaya göz açmışdır.Ailəsi Qərb yönümlü, varlı orta təbəqəyə mənsub idi.
Oraban
Oraban (əvvəlki adı: Oravan) — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Başa Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Oravan kəndi Oraban kəndi adlandırılmışdır. Rəvayətə görə Oraban sözünün etimologiyası "ora" və "ban" sözlərinin birləşməsindən ibarətdir. Köçəri tayfa, indiki orabanlıların əcdadları Oraban kəndinin yerləşdiyi əraziyə sübh tezdən, "ora" "xoruz banı" vaxtı çatıb məskən salmışlar və binə etdikləri kəndin adını da Oraban qoymuşdur. Digər tədiqatçılara görə, oykonim fars mənşəli oura (qala) və məkan bildirən- van komponentlərindən düzəlib, "qala olan yer, qala yeri" mənasındadır. Oraban kəndi Şəkinin qədim yaşayış məskənlərindən biridir. Bunu kəndin yamac hissəsindəki qədim qəbristanlıq da sübut edir. Bu qəbristanlığın islamdan əvvəlki dövlərdə salındığı və buradakı qəbirlərin qədim alban tayfalarına məxsus olduğu ehtimal edilir. Bundan əlavə kəndin dağ hissələrinə iki alban kilsəsinin olduğuda bildirilir. Alban kilsələri kənd sakinlərinin həyətlərinə düşdüyündən zamanla dağıdılmışdır.
Orlean
Orlean — Fransada şəhər, Luar departamentinin inzibati mərkəzi. Əhalisi (1999): 113,126. Mühüm nəqliyyat qovşağı, iri sənaye mərkəzidir. Orlean qədimdə Senabum adlanmışdır. E.ə. I əsrdə Yuli Sezar dağıtdırmışdı. III əsrdə Roma imperatoru Avrelianın hakimiyyəti dövründə bərpa edilmiş və V əsrdən onun şərəfinə Avrelianum adlanmağa başlamışdır. 6 əsr-7 əsrin əvvəlində Orlean krallığının mərkəzi olmuş, X əsrdən mühüm qalaya çevrilmiş, XII əsrdə iri ticarət mərkəzi kimi formalaşmışdı. 1309-cu ildə universitetin əsası qoyuldu. Yüzillik müharibə dövründə 7 ay ingilislər tərəfindən mühasirədə olmuş, 1429-cu ilin mayında Janna d'Arkın başçılığı ilə fransız qoşunları azad etmişdi.
Orqan
Orqan — [yun. organon – alət] 1)mətbəədə kütləvi informasiya vasitələri, dövri nəşrlər (qəzetlər, jurnallar); 2)ictimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; 3)özünün idarəetmə səlahiyyətlərinə malik olan hüquqi şəxsin struktur bölməsi. Orqan (insan) Orqan (heyvan) Orqan (bitki) Orqan (biologiya) Orqan (musiqi aləti) Dövlət orqanı R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Orxan
Orxan — kişi adı. Orxan Cabbarov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Allahverdiyev Orxan Əkbərov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Qazi — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın və Malxun Xatunun oğlu. Orxan Məmmədov — Azərbaycan iqtisadçısı, KOBİA-nın İdarə Heyətinin sədri. Orxan Sultanov — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi.
Borhan Şəhidi
Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu – 27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir. == Həyatı == Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər. Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi.
Nyu-Orlean
Nyu Orlean (fr. La Nouvelle-Orléans) — Amerika Birləşmiş Ştatlarının əsas limanı və Luiziana əyalətinin ən iri şəhəri və metropolitan sahəsi.
Nyu Orlean
Nyu Orlean (fr. La Nouvelle-Orléans) — Amerika Birləşmiş Ştatlarının əsas limanı və Luiziana əyalətinin ən iri şəhəri və metropolitan sahəsi.
Oraban bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Orlean (rayon)
Orlean (fr. Orléans) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luare. Suprefektura — Orlean. Rayon əhalisi 2006-cı ildə 419 1166 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 142 nəf / km². Rayon ərazisi — 2946 km².
Orlean Universiteti
Orlean Universiteti (fr. Université d'Orléans) — Fransa Respublikasının Orlean şəhərində yerləşən ali təhsil müəssisəsi. 1306-cı ildə yaradılmış Orlean Universiteti Fransanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir.
Yeni Orlean
Nyu Orlean (fr. La Nouvelle-Orléans) — Amerika Birləşmiş Ştatlarının əsas limanı və Luiziana əyalətinin ən iri şəhəri və metropolitan sahəsi.
Çorpan Tarkan
Çorpan Tarkan — VII əsrdə yaşamış Xəzər kökənli Göytürk komandanıdır. Çorpan Tarkan erməni tarixçisi Movses Kaqankatvatsi tərəfindən Xəzər generalı olaraq təqdim edilmişdir. Tonq Yabqu xaqanın 627–629-cu illərdə Üçüncü Göytürk-Sasani müharibəsində sasaniləri məğlubiyyətə uğratdığı dövrdə Çorpan Tarkan Tonq Yabqu xaqanın qardaşı oğlu Börü Şadın Qafqazdakı ordusunda komandan olaraq xidmət etməkdə idi. Çorpan Tarkan bu müharibə zamanı, 629-cu ildə Sasanilər ilə döyüşərək Tiflisi fəth etdi və Cənubi Qafqazda Qəbələ şəhərinə yerləşdilər. Tiflisin fəth edilməsi ilə göytürklər sasanilərə böyük zərbə vurmuş və bu vəziyyət Sasanilərin Anadoludakı hərəkatlarını dayandırıb ordularını Qafqaza göndərmələrinə səbəb olmuşdur. Daha sonra Çorpan Tarkan Qafqazdakı irəliləmə hərəkatını davam etdirərək 630-cu ilin aprel ayında indiki Qərbi Azərbaycanı işğal edib, yerlə bir etdi. Bu vəziyyətə görə, Çorpan Tarkan yenə erməni tarixçi Movses Kaqankatvatsi tərəfindən qana susamış və iyrənc biri olaraq tanıdılmışdır. Ardıyca Çorpan Tarkan Araz çayına qədər bütün Şimali Azərbaycanı fəth etdi. Bundan sonra Sasani imperatoru Şahrbaraz tərəfindən göytürklər üzərinə göndərilən və əksəriyyəti atlılardan təşkil edilmiş 10.000 nəfərlik güclü ordu Çorpan Tarkan tərəfindən tələyə salındı və məhv edildi.
Orlean adası
Orlean adası (fr. Île d'Orléans) — Kanadanın Kvebek əlayətində, Müqəddəs Lavrentiya çayının mənsəbində yerləşən çay. Adanın uzunluğu 32 km, maksimal eni 8 km, sahəsi isə 120 km² təşkil edir. Adanı ilk dəfə fransiz araşdırmaçı Jan Karte 1535-ci ildə kəşf edir. O, adanı Orlean hersaoqu I Fransiskin şərəfinə adlandırır. Jan Karte adanı Vaks olaraq adlandırır, buna səbəb isə adada çoxlu yabanı üzümün birtməsi idi. Adanın məskunlaşdırılması 1661-ci ildən Normandıya və Puatudan olan kolonistlər tərəfindən başladılır. Onlar adada Sent-Famiy adlı qəsəbəni salırlar. 1685-ci il məlumatlarına əsasən adada 1205 nəfər insan yaşamış və 619 baş heyvan saxlanılmışdır. 1759-cu ildə Britaniya müdaxiləsi ərəfəsində adanın bütün ftansız kəndliləri materikdəki kvebek qalasına sığınmalı olmuşdur.
Orlean hersoqluğu
Orlean hersoqluğu (fr. Duc d'Orléans) — Fransa monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. XIV əsrdən etibarən bu ünvan ənənəvi olaraq, Fransa krallarının yaşca kiçik oğul və ya qardaşına verilir. Kanadadakı Orlean adası Orlean hersoqu II Henrinin (sonrakı illərdə Fransa kralı olacaq III Henri), ABŞ-dakı Nyu-Orlean şəhəri isə Orlean hersoqu II Filippin şərəfinə adlanmışdır. == Siyahı == == Mənbə == Unwin, Brian (2014). A Tale in Two Cities: Fanny Burney and Adèle, Comtesse de Boigne. New York: I.B. Taurus & Co. pp. 210–212. ISBN 978-1-78076-784-0 François de Malherbe, Lettres à Peiresc, éd.
Oran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Erhan Ufak
Erhan Ufak (5 may 1977) — Türkiyə aktyoru.
Fikrət Orman
Fikrət Orman (d. 1967, İstanbul, Türkiyə) — türkiyəli iş adamı, Beşiktaş klubunun 33-cü prezidenti. == Həyatı == Fikrət Orman 1967-ci ildə İstanbulda anadan olub. Işık litseyinin məzunu olub. Yıldız Texniki Universiteti və Florida Universitetinin mühəndislik fakültəsini bitirib. İngiliscə bilir.
I Orxan
I Orxan, Orxan Bəy və ya Orxan Qazi (osman. اورخان بك, türk. Orhan Gazi, I Orhan, Orhan Bey; 6 fevral 1281, Söğüt, Biləcik ili – mart 1362, Bursa) — Osmanlı imperiyasının ikinci sultanı. Osmanlı imperiyasının qurucusu olan I Osmanın oğlu. I Osmanın vəfat etməsindən sonra Orxan 1326-cı ildə bəyliyə sahib olmuşdur. I Orxan hakimiyyətə gələn zaman dövlətin əraziləri 16.000 km² təşkil edirdi. I Orxan hakimiyyəti ərzində imperiyanın ərazilərini 95.000 km² qədər genişləndirə bilmişdir. == Bəy olmadan öncəki həyatı və bəy olmağı == Doğum tarixi 1281-ci il olaraq göstərilsə də, bu tarixi 1274, 1279, 1287 olaraq da göstərən mənbələr də mövcuddur. Osmanoğullarının ən uzunömürlüsü hesab olunan Orxan bəyin uşaqlığı və gəncliyi haqqında məlumat yoxdur. Necə boya başa çatdığı, necə təhsil aldığı, hətta təhsili olub-olmaması bilinmir.
Kök (orqan)
Kök — hər hansı mühitdə yarpaq və müəyyən qayda üzrə düzülmüş tumurcuqlardan məhrum olan bitki orqanı. Bəzi bitkilərin kökləri olmur . Kök sistemi iki cür olur: mil kök və saçaqlı kök sistemi. == Sistem və tipləri == Kökün ucunda əksərən kök üsküyü və mikoriza olur. Kök həmişə morfoloji ucdan böyüyür və endogen budaqlanma (daxilində törəmə), xüsusiyyətinə malikdir. Otlar, kollar və ağaclar kök sisteminə malikdir. Kök, bitkinin əsas orqanlarından biridir. Kökün əsas vəzifələrindən (funksiyalarından) biri, bitkini torpağa bərkitmək və torpaqdakı suyu, eləcə də mineral maddələri sormaqdır. Çox vaxt kök, ehtiyat qida maddəsi toplanan orqana da çevrilir. Üzvi maddələrin yaradılmasında və vegetativ çoxalma prosesində də kök iştirak edir.
Mahmud Orxan
DJ Mahmut Orhan (11 yanvar 1993, Bursa) — Türkiyə DJ və prodüseri.
Orban (Salmas)
Ürəban (fars. اوربان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,003 nəfər yaşayır (181 ailə).