Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulbophyllum ortalis
Bulbophyllum ortalis (lat. Bulbophyllum ortalis) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Ortalar (Qars)
Ortalar — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 40 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 297 nəfər daimi əhali yaşayır.
İlbər Ortaylı
İlbər Ortaylı (21 may 1947) — Türk tarix professoru. 1947-ci ildə Avstriyada doğuldu. 2 yaşındaykən ailəsiylə birlikdə Türkiyəyə köçdü. İlk və orta təhsilini İstanbul Avstriya liseyində tamamladı. 1965-ci ildə Ankara Atatürk liseyinden məzun oldu. 1969-cu ildə Məktəb-i Mülkiyəni və Ankara Universiteti Dil, Tarix və Coğrafya Fakültəsinin tarix bölümünü bitirdi. Vyana Universiteti Slavistik və Orientalistik Bölümündə təhsil gördü. Yüksək lisans çalışmasını Çikaqo Universitetində Prof. Dr. Xəlil İnalcık ilə apardı.
İnternet portalı
İnternet portalı həmçinin veb-portal — e-poçtlar, onlayn forumlar və axtarış mühərrikləri kimi müxtəlif mənbələrdən məlumatları vahid şəkildə bir araya gətirən xüsusi hazırlanmış veb-sayt. Adətən, hər bir informasiya mənbəyi məlumatı göstərmək üçün səhifədə öz xüsusi sahəsinə malik olur. Çox vaxt istifadəçi onlardan hansıları göstərmək üçün tələb olunan konfiqurasiyanı tətbiq edə bilər. Portalların variantlarına rəhbərlər və menecerlər tərəfindən istifadə edilməsi üçün meşap və intranet panelləri daxildir. Məzmunun "vahid şəkildə" nümayiş etdirilmə dərəcəsi nəzərdə tutulan istifadəçidən, məqsəddən və məzmunun müxtəlifliyindən asılı ola bilər. Çox vaxt dizaynda məzmunun təqdimatını konfiqurasiya etmək və fərdiləşdirmək üçün müəyyən bir "metafora"lara, seçilmiş icra çərçivəsi və ya kod kitabxanalarına vurğu edilir. Bundan əlavə, istifadəçinin təşkilatdakı rolu hansı məzmunun portala əlavə oluna biləcəyini və ya portal konfiqurasiyasından silinə biləcəyini müəyyən edə bilər. Portal istifadəçilərə intranet məzmununu axtarışa verməsi üçün axtarış mühərrikinin tətbiqi proqramlaşdırma interfeysindən (API) istifadə edə bilər. Hansı domenlərin axtarıla biləcəyini məhdudlaşdırmaqla ekstranet məzmunundan fərqli olaraq həyata keçirilir. Bu ümumi axtarış mühərrikləri xüsusiyyətindən başqa, veb-portallar e-poçt, xəbərlər, birja kotirovkaları, verilənlər bazalarından məlumat və əyləncə məzmunu kimi digər xidmətlər də təklif edə bilər.
İlber Ortaylı
İlbər Ortaylı (21 may 1947) — Türk tarix professoru. == Həyatı == 1947-ci ildə Avstriyada doğuldu. 2 yaşındaykən ailəsiylə birlikdə Türkiyəyə köçdü. İlk və orta təhsilini İstanbul Avstriya liseyində tamamladı. 1965-ci ildə Ankara Atatürk liseyinden məzun oldu. === Akademik kariyerası === 1969-cu ildə Məktəb-i Mülkiyəni və Ankara Universiteti Dil, Tarix və Coğrafya Fakültəsinin tarix bölümünü bitirdi. Vyana Universiteti Slavistik və Orientalistik Bölümündə təhsil gördü. Yüksək lisans çalışmasını Çikaqo Universitetində Prof. Dr. Xəlil İnalcık ilə apardı.
Elektron hökumət portalı
Elektron hökumət və ya e-hökumət — bir ölkədə və ya regionda vətəndaşlara və digər şəxslərə dövlət xidmətləri göstərmək üçün kompüterlər və internet kimi texnoloji kommunikasiya cihazlarından istifadə edilməsi. Elektron hökumət vətəndaşların hökumətə birbaşa və daha rahat çıxışı, hökumətin vətəndaşlara birbaşa xidmətlərinin göstərilməsi üçün yeni imkanlar təklif edir. Bu termin vətəndaşlar ilə onların hökuməti (C2G), hökumətlər ilə digər dövlət qurumları (G2G), hökumət ilə vətəndaşlar arasında (G2C), hökumət ilə işçilər arasında (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. Elektron hökumətin çatdırılması modelləri bu kateqoriyalara bölünə bilər: Bu qarşılıqlı əlaqələr vətəndaşların hökumətin bütün səviyyələri (şəhər, ştat/vilayət, milli və beynəlxalq) ilə ünsiyyət qurmasından, vətəndaşların informasiya və kommunikasiya texnologiyalarından (İKT; kompüterlər və veb-saytlar kimi) istifadə etməklə idarəetməyə cəlb edilməsini asanlaşdırmaqdan və biznes prosesinin yenidən qurulmasından (BPR) ibarətdir. Brebem və Qut 2017-ci ildə Şimali Amerikada e-hökumət alətlərinin üçüncü tərəf dizaynerlərindən mütərəqqi dəyərləri, hər yerdə iştirakı, geolokasiya və ictimaiyyətin maarifləndirilməsini əhatə edən texnologiyalarına qurduqları istifadəçi qarşılıqlı əlaqəsi idealları haqqında müsahibə götürmüşdülər. Digər təriflər texnologiyanın obyekt olduğu, e-hökuməti sadəcə vasitəçi və ya alət kimi müəyyən etdiyi, diqqəti dövlət idarəçiliyi məsələlərində xüsusi dəyişikliklərə yönəltdiyi fikrindən kənara çıxır. Hökumətin daxili transformasiyası mütəxəssis texnoloq Mauro D. Riosun əsasını qoyduğu tərifdir. O, "Elektron hökumətin tərifi axtarışında" adlı məqaləsində qeyd etmişdir: "Rəqəmsal hökumət ictimai işlərin təşkili və idarə olunmasının yeni üsuludur. Bu, idarəetmədə və təşkilat sxeminin strukturunda müsbət transformasiya proseslərini başlatmış və bu transformasiyaların asanlaşdırıcısı kimi informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və davamlı mənimsənilməsi yolu ilə, göstərilən prosedurlara və xidmətlərə əlavə dəyər qatmışdır." == Terminologiyası == Elektron hökumət e-hökumət, internet idarəçiliyi, rəqəmsal hökumət, onlayn hökumət, əlaqəli hökumət kimi də tanınır. 2014-cü ildən İƏİT hələ də rəqəmsal hökumət terminindən istifadə edir.
Avropa (ümumi şəbəkə portalı)
Avropa (ümumi şəbəkə portalı) — Avropa Birliyinin rəsmi ümumi şəbəkə səhifəsidir. Səhifə ziyarətçilərini ola biləcək ən sürətli şəkildə axtardıqları məlumat ya da ehtiyac etdikləri xidmət vahidinə istiqamətləndirmək və Avropa Birliyi vətəndaşlarının Avropa Birliyi təşkilatları təsirini artırmaq məqsədiylə yaradılmışdır.
Elektron hökumət portalı (Azərbaycan)
"E-hökumət" layihəsi — "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003–2012-ci illər)" əsasən işlənib hazırlanmışdır və "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır. == Layihənin məqsədi == Dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi İctimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsi == Layihənin həyata keçirilməsinin əsas istiqamətləri == E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması "Bir pəncərə" prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması == E-hökumət infrastrukturunun əsas komponentləri == Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu E-hökumət portalı E-hökumət şlüzü İnformasiya resursları və sistemlərinin dövlət reyestri E-imza üzrə milli infrastruktur E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır) E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır) === "myGov" === Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. "myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir. Vətəndaşlar "myGov" portalında (https://my.gov.az/intro/) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Vətəndaş, həmçinin şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahibdir. Portalın funksiyaları: 1. Şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunması. 2. Vətəndaşa dair məlumatlar yeniləndikdə, onun hər hansı sənədinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı şəxsi kabinet vasitəsilə məlumatlandırma və xatırlatma xarakterli bildirişlər göndərilir.
90-cı illərin ortası
90-cı illərin ortası (ing. mid90s) — Cona Hillin rejissorluğu ilə 2018-ci ildə çəkilmiş müstəqil film. Bu aktyorun rejissorluq debütüdür. O, özünün 1990-cı illərdə yaşadığı uşaqlıq həyatını filmə qatmışdır. Film 90-cı illərdə Los-Ancelesdə yaşayan 13 yaşlı skeytbordçu oğlandan bəhs edir.
Seyid Sədullanın xeyriyyə idarəsinin portalı
Seyid Cəmaləddinin oğlu Seyid Sədullanın xeyriyyə idarəsinin portalı — Azərbaycanın paytaxtı Bakıda, İçərişəhər yaxınlığında, Filarmoniya bağında yerləşən XIV əsrə aid ölkə əhəmiyyətli tarixi-memarlıq abidəsi. == Tarixi == Filarmoniya bağındakı bu abidə sufi şeyxi Seyid Cəmaləddinin oğlu Seyid Sədullanın tikdirdiyi və o dövrdə xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərmiş binanın qorunub saxlanılmış portalından ibarətdir. Tikilinin üzərində bu abidənin tarixi və fəaliyyəti haqqında bir neçə kitabə var. Kitabələrdəki yazılarda Seyid Cəmaləddinin və Seyid Sədullanın adları çəkilir. Bunlar tarixi şəxsiyyətlərdir. Seyid Cəmaləddin, tarixi mənbəıərə əsasən, Eynəzzaman Cəmaləddin Gilidir (yəni, Gilanlıdır). O, Şeyx Səfinin Şeyx Zahid adıyla tanınmış ustadı Tacəddin İbrahimin mürşüdü (müəllimi) olmuşdur. Həyatının çox hissəsini Astarada yaşayıb sufizmi təbliğ etmiş və öz nəzəriyyəsini Şirvanda yaymaq üçün oğlu və müridi (tələbəsi, davamçısı) Seyid Sədullanı Bakıya göndərmişdir. Hazırda Lənkəran-Astara yolunun üstündə Pensar (Butasar) kəndi qəbiristanlığında yerli camaat tərəfindən "Seyid Cəmaləddin piri" adlanan abidə var. == Kitabələr == Abidənin üzərində bir neçə yazılı daş kitabə yerləşir.
Orqanik aşınma
Ortanis (Salmas)
Ortanis (fars. اورتانيس‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 98 nəfər. yaşayır (20 ailə).
Vitalik Buterin
Vitali Dmitriyeviç "Vitalik" Buterin (rus. Виталий Дмитриевич Бутерин; 31 yanvar 1994, Kolomna, Moskva vilayəti) daha çox Ethereum-un həmtəsisçilərindən biri kimi tanınan rus-kanadalı proqramçıdır. O, Kriptovalyuta dünyasına 2011-ci ildə Bitcoin Magazine-in həmtəsisçisi kimi daxil olub. 2014-cü ildə Buterin, Qevin Vud ilə Ethereum-u işə saldı. Vitalik Buterin Rusiyanın Kolomna şəhərində kompüter alimi cənab Dmitri Buterin və xanım Natalya Amelinenin oğlu olaraq dünyaya gəlib. Ailəsi daha yaxşı iş imkanları tapmaq üçün Kanadaya köçənə kimi, 6 yaşına qədər burada yaşadı. Kanadada ibtidai məktəbin 3-cü sinfində oxuyanda onu istedadlı uşaqlar üçün xüsusi tədris sinfinə yerləşdiriblər. O yaşda riyaziyyat, iqtisadiyyat və proqramlaşdırma ilə maraqlanmağa başladı. Buterin daha sonra Torontoda özəl lisey olan Abelard Məktəbində oxuyub. Buterin Bitcoin haqqında 17 yaşında atasından öyrənib.
Oftalmik cərrahiyyə
Oftalmik cərrahiyyə (göz əməliyyatı) — katarakt, qlaukoma və digər göz patologiyaları nəticəsində pozulmuş görmə funksiyalarını bərpa etməyə yönəlmiş cərrahi üsullar toplusu. Göz xəstəliklərinin cərrahi müalicəsi cəhdləri qədim zamanlardan məlumdur. Beləliklə, hətta Qədim Misirdə də buludlu lensin əyilməsi həyata keçirilirdi. İlk mikrocərrahi əməliyyatlar buludlu linzanın kapsulu ilə birlikdə çıxarılması ilə həyata keçirilib. Sonradan intraokulyar lensin sonrakı implantasiyası üçün linzanın öz kapsulunu qorumaq üçün bir texnika , eləcə də plastik oftalmik cərrahiyyə üsulları hazırlanmışdır. Bu gün oftalmik cərrahiyyə üsulları aşağıdakılara bölünür: cərrahi müdaxilələr — iridotomiya, qoniotomiya, iridosikloreraksiya, sinusotrabekulotomiya, sinustrabekulektomiya, osteo-odonto-keratoprotez, gözün düz əzələlərində cərrahiyyə və buludlu lensin çıxarılması; lazer müdaxilələri — iridektomiya, fotomidriyaz, qoniopunktura, trabekuloplastika, siklotrabekulospaz və s.; perforasiya etməyən müdaxilələr.
Avraam Orteli
Avraam Orteli (lat. Abraham Ortelius, nid. Abraham Ortels; 14 aprel 1527, Antverpen, Brabant hersoqluğu[d] – 28 iyun 1598[…] və ya 29 iyun 1598, Antverpen, Brabant hersoqluğu[d]) — şərti olaraq ilk müasir atlasın – Theatrum Orbis Terrarumun yaradıcısı kimi tanınan flandriyalı kartoqraf və coğrafiya mütəxəssisi. O, eyni zamanda qitələrin bir zamanlar vahid halda olduğunu iddia etmiş, bunun nəticəsi olaraq ilk dəfə "Qitə sürüşməsi" teoriyasını irəli sürmüşdü. == Həyatı == Ailəsi Auqsburqdan olan Abraam Orteli 14 aprel 1527-ci ildə Hollandiyanın Antverpen şəhərində anadan olub. 1547-ci ildə iyirmi yaşında Müqəddəs Lukanın Gildiyasına qoşuldu və xəritə illüstratoru kimi çalışdı. Dəyərli xəritələr satın alaraq, rəngləndirərək, kətanlara yapışdırıb sataraq, gəlirlərini artırdı və erkən səyahətlərini maliyyələşdirdi. 1554-cü ildə karyerasında böyük təsiri olan Gerard Merkator ilə tanış olur və 1564-cü ildən coğrafi xəritələrin nəşri ilə məşğul olmuşdur. 1575-ci ildə isə Abraam Orteli İspaniya kralı II Filippinin yanında coğrafiyaşünas təyin edildi. == Nailiyyətləri == Avraam Orteli coğrafiyanı tarixin gözü adlandırmışdır.
Stalik Xankişiyev
Stalik (Stanislav) Hüseyn oğlu Xankişiyev (rus. Ста́лик (Станислав) Гусе́йнович Ханкиши́ев; d. 2 fevral 1962, Fərqanə, Özbəkistan SSR, SSRİ) — kulinar, yazıçı və fotoqraf. Əsasən şərq mətbəxinə həsr olunan kulinariya kitablarının müəllifidir. Atası azərbaycanlı, anası isə almandır. Atası Fərqanə Politexnik İnstitutunda müəllim idi. Stalik kitab yazmağa başlayana qədər Özbəkistanda sahibkarlıqla məşğul olub. Stalik Xankişiyev Rusiya televiziyalarında müxtəlif verilişlər hazırlayıb. O, bloq yazıları da yazır. Stalik Xankişiyev peşəkar aşpaz olmasa da kitabları Rusiyada çox məşhurdur.
İtalik dilləri
İtalik dilləri — ölü Hind-Avropa dilləri (latın, falisk, umbr, osk) qrupu. İtalik dilləri Mərkəzi və Cənubi İtaliyada yayılmışdı. Osk, umbr və falisk dillərindən dövrümüzədək latın, etrusk və yunan əlifbaları ilə yazılmış 300-ə yaxın kitabə çatmışdır; ən əhəmiyyətliləri 1944-cü ildə Umbriya vilayətindəki (qədim İquvium şəhəri yaxınlığında) tapılmış e.ə 3-2 əsrlərə aid İquvium cədvəlləridir (5000 söz).
Kapitalın orqanik tərkibi
Marksist iqtisadi nəzəriyyədə kapitalın orqanik tərkibi — sabit nisbət ( c {\displaystyle c} ) və ( v {\displaystyle v} ) kapital. Daimi kapitalın payı nə qədər çox olarsa, kapitalın üzvi tərkibi bir o qədər yüksək olar. Kapitalın üzvi tərkibi artmağa meyllidir. Bu, kapitalın daimi hissəsinin artımı hesabına baş verir. Daimi kapitalın payı texnoloji tərəqqi, texnologiyanın təkmilləşdirilməsi, sənayenin avtomatlaşdırılması, robotlaşdırılması və kompüterləşdirilməsi hesabına artır. Kapitalın daimi hissəsinin artması dəyişən kapitalın payının azalmasına səbəb olur. Nəticədə işçi qüvvəsinə tələbin azalması və işsizliyin artması müşahidə olunur. Digər tərəfdən, kapitalın üzvi tərkibinin artması mənfəət dərəcəsinin azalmasına səbəb olur. Beləliklə, kapitalist istehsalının ziddiyyətli xarakteri üzə çıxır. Bir tərəfdən mənfəət güdərək sahibkarlar əmək məhsuldarlığını artırır və texniki tərəqqiyə töhfə verir, digər tərəfdən əmək məhsuldarlığının artması mənfəətin sürətini azaldır və işsizliyin artmasına səbəb olur.
Jan-Etyen-Mari Portalis
Jan-Etyen-Mari Portalis (fr. Jean-Étienne-Marie Portalis; 1 aprel 1746[…] – 25 avqust 1807[…], Paris) — fransız hüquqşünası.
Orlik (aerobatika eskadronu)
Orlik Akrobatika Komandası (pol. Zespół Akrobacyjny "ORLIK") Polşa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün PZL-130 Orlik təyyarələri istifadə olunur. Komanda elə bu təyyarənin şərəfinə adlandırılmışdır. İlk icitmai aviaşou 15 aprel 1998 tarixində baş tutmuşdur.