Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pələngə
Pələngə (fars. پلنگه‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 213 nəfər yaşayır (67 ailə).
Səmavi Mələkə
Səmavi Mələkə (lat. Regina Caeli) əsasən Katolik Kilsəsinin xristianları və daha az dərəcədə Anqlikanizm, Lüteranizm, və Şərqi Pravoslavlıqda xristianlar tərəfindən Bakirə Məryəmə verilən ünvandır. . Bu mövzuya dair katolik təlimi 1954-cü ildə Papa XII Pius tərəfindən nəşr edilmiş Ad Caeli Reginam ensiklopediyasında ifadə edilir. Məryəmin oğlu İsa Məsih İsrailin və İsrailin padşahı, eyni zaman da səmavi kral olduğuna görə Məryəmin də Cənnət Kraliçası adlandırıldığını bildirir. Həqiqətən də, İsrailin Davud ənənəsi padşahın anasını İsrailin Ana Kraliçası kimi tanıyırdı. "Səmavi Mələkə" titulu uzun müddətdir ki, katolik ənənəsi olub, dualara və sədaqət ədəbiyyatına daxil edilib və Qərb sənətində yüksək orta əsrlərdən Məryəmin tacqoyma mərasimi, ona kilisə tərəfindən rəsmi tərif statusu verilməmişdən çox əvvəl görülürdü. Səmavi Mələkə (lat. Regina Caeli) İsanın anası Məryəmin istifadə etdiyi bir çox Kraliça titullarından biridir. Bu titul qismən qədim katolik təlimindən irəli gəlir ki, Məryəm yer üzündəki həyatının sonunda bədən və ruhən cənnətə qəbul edilib və orada Kraliça kimi şərəfləndirilib. Pius XII 13 may 1946-cı ildə Fatimaya radio mesajında Kraliça titulunun teoloji səbəblərini izah etdi, Bendito seja :O, Allahın Oğlu, səmavi Anası üzərində Onun padşahlığının izzətini, əzəmətini və hökmranlığını əks etdirir, çünki insan Qurtuluş işində Şəhidlər Padşahı ilə … Ana və əməkdaşlıq edən kimi iştirak edərək, o, qalır.
Təng-i Bələkə (Soyuqbulaq)
Təng-i Bələkə (fars. تنگ بالكه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (35 ailə).
Peleşas
Peleşas (xorv. Pelješac, it. Sabioncello) — Xorvatiyanın cənubunda yerləşən yarımada. Yarımadanın uzunluğu 70 km, eni 3–8 km arasında dəyişir. Peleşas materiklə ensiz bərzəxlə birləşir. Burada Stion şəhəri yerləşir. Yarımada materikdən Neretvan körfəzi, Mlet adasından Mlet boğazı, Korçula adasından Paeleşas boğazı ilə ayrılır. Yarımadanın ən ucqar nöqtəsi Müqəddəs İli dağıdır (961 m). Dağın ətəklərində Orebiç şəhəri vardır. İnzibati baxımından 4 icmaya bölünür.
Polesye
Qeleşe
Qeleşe (alb. qeleshe, plis, qylaf) -Baş geyimi. Albanların yaşadığı ərazilərdə geniş yayılmışdır və hal hazırda Albaniya xalq geyimlərinin tərkib hissəsidir. Baş geyiminin hündürlüyü və ölçusu bölgədən bölgəyə dəyişir . Əsasən Albaniya dağlılarının ənənəvi geyiminin bir hissəsini təşkil edir . Qeleşe Albaniyanın milli simvollarından biri kimi qəbul edilir. Baş geyimi Alban dilində qeleshja və plisi adlanır. Qeleşe adı alban dilində olan "lesh" (tərcümədə yun deməkdir) sözundəndir. Baş geyiminin digər adı "plis" adlanır. Plis qədim alban dilində olan p(i)litja sözundəndir və buda öz növbəsində Alman dilində olan filiz, Latın dilindəki pellis və Yunan dilində olan πῖλο ilə əlaqəlidir.
Kerəşke (Baymak)
Kerəşke (başq. Кәрешкә, rus. Галеево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 42 km, kənd sovetliyindən (Tatlıbay): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Məleykə Abbaszadə
Abbaszadə Məleykə Mehdi qızı (23 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri. Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib və Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin edilib. 1975–1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N. N. Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib, 1977–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V. M. Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987–1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan "İstedad" assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini, 2000-ci ilin oktyabr ayından isə TQDK-nın sədri vəzifəsinə təyin olunmuşdur. M. Abbaszadənin rəhbərliyi ilə 1994-cü ildə Komissiyada fənlər üzrə daimi fəaliyyət göstərən, bütün pedaqoji ictimaiyyətə açıq olan elmi-metodiki seminarlar təşkil edilmiş, sonrakı il Komissiyada bütün fənlər üzrə ekspert şuraları və testlər bankı yaradılmış, tələbə qəbulunun elmi-statistik təhlilinin aparılması və araşdırmanın nəticələrinin nəşr edilib.
Məleykə Ağazadə
Məleykə Ağazadə (3 sentyabr 1929, Bakı – 24 aprel 2019) — Azərbaycan aktrisası. Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlamışdır. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxumuşdur. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmişdir. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdır. 1972-ci ilə qədər filmlərə çəkilmişdir. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır.
Məleykə Rzayeva
Məleykə Səma
Məleykə Səma (Məleykə Əhmədova) — Qarabağ müharibəsinin ilk günlərindən həkim-cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərlə Azərbaycan əsgərini ölümdən qurtaran birinci dərəcəli tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli. Məleykə Səma Ermənistanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olmuşdur. Məleykənin üç qardaşı şəhid olub, atası Əhməd kişi isə üçüncü şəhid oğlu - Kamandarın ölümünə dözməyərək həyatla vidalaşıb. 1988-ci ildə Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilmişdir. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülmüşdür. Böyük qardaşı Kamandar Əhmədov Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. Kamandar Əhmədov Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bakı küçələrindən biri Kamandar Əhmədovun adını daşıyır. 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məleykə prezident İlham Əliyevin sərəncamına əsasən, İkinci Fəxri xiyabanda dəfn edilibdir.
Məleykə Şahmərdanova
Məleykə Ağazadə (3 sentyabr 1929, Bakı – 24 aprel 2019) — Azərbaycan aktrisası. Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlamışdır. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxumuşdur. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmişdir. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdır. 1972-ci ilə qədər filmlərə çəkilmişdir. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır.
Məleykə Əsədova
Məleykə Əsədova (tam adı: Məleykə Əlifağa qızı Əsədova; 23 aprel 1966, Neftçala) — Azərbaycan müğənnisi və aktrisası, Azərbaycan Respublikasının Xalq artisti (2000). Məleykə Əlifağa qızı Əsədova 1966-cı il aprel ayının 23-də Neftçala rayonunda anadan olub. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamaşasında rol oynayıb. Həmin səhnə obrazları aşağıdakılardır: Gültəkin ("Aydın", Cəfər Cabbarlı), Nəzifə ("Dağ tikirik", Vaqif Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı", Rəhman Əlizadə), Sədəf (Sultanqulu körpüsü, İsi Məlikzadə), Leyli ("Leyli və Məcnun", Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik kompozisiya). 1993-cü ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub. Onun səhnə rolları bioqrafiyasına Akademik teatrda ifa etdiyi aşağıdakı rollar daxildir: Dilarə ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Nübar ("Məhəbbət yaşadır", Nahid Hacızadə), Şahanə ("Ana intiqamı", Vidadi Babanlı), Kordeliya ("Kral Lir", Uilyam Şekspir), Şirin ("Fərhad və Şirin", Səməd Vurğun), Selcan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Çılğın ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Arzu ("İkinci səs", Bəxtiyar Vahabzadə), Gültəkin ("Aydın", Cəfər Cabbarlı), Züleyxa və Kleopatra ("Misir gecələri", Məmməd Səid Ordubadi, Nazim Hikmət, Uilyam Şekspir), Nurcahan ("Mənim günahım", İlyas Əfəndiyev), Qadın ("Cəhənnəm sakinləri", Elçin). Azərbaycan Dövlət Televiziyasında hazırlanmış teletamaşalarda müxtəlif obrazlar yaratmışdır: Jalə ("Yad qızı", Orxan Kamal), Əfsanə ("İtkin gəlin" Əlibala Hacızadə), Cavidan ("Dodaqdan qəlbə", Rəşad Nuri Güntəkin), Sara ("Apardı sellər Saranı", Kəmalə Ağayeva), Xurşidbanu Natəvan ("Güllələnmiş heykəllər", Hüseynbala Mirələmov) Məleykə Əlifağa qızı Əsədova 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adı ilə təltif olunub. Prezident mükafatçısıdır.
Qərbi Polesye
Qərbi Polesye (pol. Polesie Zachodnie, belar. Заходняе Палессе, ukr. Західне Полісся) — Belarus, Ukrayna və Polşa ərazisinə aid olan etno-tarixi region. Regionun qərb hissəsi Polşa (Lyublinskoe Polesye) ərazisinə aiddir. Şimal hissəsi Belarusun Beresteyski-Pinskoe Polesye bölgəsinə, cənub hissəsi isə Ukraynaya (Volınskoe Polesye) aiddir. Geoloji baxımdan ərazinin düzənlik hissəsi kembriyə qədər dövrdə formalaşmış. Bu ərazidən şimalda daş kömür dövrünün çöküntüləri üstünlük təşkil edir. Mezozoyun və kaynazoyun süxurları azlıq təşkil edir. Ərazi daha çox bataqlaşmış və bataqlıq-meşəliklərdən ibarətdir.
Seleste Bissardella
Seleste Bissardella (d. 17 oktyabr 1988; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Seleste Bissardella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Şərqi Polesye
Şərqi Polesye — Belarus Respublikasının tarixi-etnoqrafik regionu. Respublikanın cənub-şərq hissəsində yerləşir. Polesye düzənliyinin böyük hissəsini əhatə edir. Regiona Qomel, Minsk və Brest vilayətlərinin əraziləri daxildir. Region şərqdən Podnepr (Dneprin sağ sahili və Berezinenin aşağı axarları), şimaldan Mərkəzi Belarus (Pariçi-Lyuban-Starobin-Çudin xətti üzrə), qərbdən Qərbi Polesye ilə həmsərhəddir. Şimaldan region suayrcı xətlə Mərkəzi Belarusun meşəli düzənliklərində ayrılır. Belarus dilinin mozır dialektinə məxsusdur. Regionda etnik baxımdan polyanilər (şimalda) və poleşukilər (cənubda) məskunlaşmış. Dəmir dövründə Şərqi Polesye miloqrad mədəniyyətinin (E.ə. III-VII) və zarubines mədəniyyətinin (E.ə.
Məleykə Cahan Bəyim
Məleykə Cahan Bəyim (1875, Tehran – 1947, San-Remo, Liquriya) 1875- ci ildə Tehranda anadan olmuşdur. Məhəmməd Əli Şahın həyat yoldaşı, Şahbanusu (şahın həyat yoldaşı), Qacar sülaləsinin üzvü, Əhməd Şah Qacarın anasıdır. Atası Kamran Mirzə Qacar Naib əs-Səltənədir ( Nəsirəddin Şah Qacarın oğlu). Şahilə evləndikdən sonra "Kraliça Cahan" adlandırıldı. Hər halda, bunun da mənası "Məleykə-ye Cahan"la eynidir və dünyanın kraliçası deməkdir. İranda Rza şah başda olmaqla Pəhləvi sülaləsi Qacar sülaləsini devirdikdən sonra, digər sülalə üzvləri ilə birlikdə Avropaya köçərək San-Remoda yaşamışdır. Məhəmməd Əli şahın ölümündən sonra (1925) ailənin birlikdə saxlanmasında böyük rolu olmuşdur. Bu illərdə "Borhan-ol-İman"ı (İmanın səbəbinin mənası) yazmışdır. Bu əsərə öz dualarını və bəzi dualar barədə qeydlərini yazmışdır.
Jan Peske
Jan Peske Meçeslav oğlu (fr. Jean Misceslas Peské, pol. Jan Mirosław Peszke; 27 iyul 1870, Qolta, Ananyevskiy, Xernonskaya quberniyası) — Peske təbiəti çəkən, rəssam Polşa əslli impresionistdir. == Həyatı == Ukraynada Polşa həkimi Yana Peskeviça və Antonettanın ailəsində anadan olmuşdur. Kievdə və Odessada təhsil almışdır. 1891-ci ildə atasından miras almış və Fransaya miqrasiya etmişdir. 1889-cu ildə Parisə köçmüş R. Jülyen Akademiyasında Jan Pol Loranın rəhbərliyi altında təhsil almışdır. 1891-ci ildən fr. La Revue Blanche jurnalının əməkdaşları sırasına daxil olmuşdur. == Yaradıcılığı == Rəssamın əsərləri Parisin, Ruananın, San — Tropenin və Fransanın müxtəlif şəhərlərində, həmçinin Cenevrədə və Varşavada saxlanılır.
Pelkə (Soyuqbulaq)
Pelkə (fars. پلكه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (7 ailə).
Arvids Pelse
Arvids Pelse (latış. Arvīds Pelše‎;26 yanvar (7 fevral) 1899 – 29 may 1983, Moskva) — Sovet Latviya partiya və dövlət xadimi, tarixçi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1969, 1979). 1915-ci ildən partiya üzvü; Oktyabr inqilabının iştirakçısı. 1919-cu ildə - Sovet Latviya Xalq Komissarlığının əməkdaşı. 1941-ci ildən - katib, 1959-1966-cı illərdə - Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi. Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri (1966-1983). Latviya SSR Elmlər Akademiyasının müxbir üzvü (1946). == Həyatı == O, 1899-cu il yanvarın 26-da [7 fevral] saat 14-də Kurland əyalətinin Bauska rayonunun İecava volostunun Mazie fermasında “həyət sahibi” Yohan Pelşe və həyat yoldaşı Lizanın kəndli ailəsində anadan olmuşdur. Həmin il martın 14-də kənd kilsəsində vəftiz olundu. 1915-ci ildə Latviya Ərazisinin Sosial Demokrat Partiyasına (SDLC), daha sonra Bolşevik Partiyasına qoşuldu.
Le-Plesse-Lüzarş
Le-Plesse-Lüzarş (fr. Le Plessis-Luzarches) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 140 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 28 km şimalda, Serji belediyyənin 30 km şərqdə yerləşir.