Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pərixan
Pərixan — qadın adı.
Pərican (Hurand)
Pərican (fars. پريجان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (29 ailə).
Pərixan (Meşkinşəhr)
Pərixan (fars. پريخان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,527 nəfər yaşayır (803 ailə).
Pərixan Savaş
Perihan Savaş (14 iyun 1955, Fateh) — Türk kino aktrisası.
Pərixan Sofiyeva
Pərixanım Sofiyeva və ya Pəri Sofiyeva (1884, Qaracalar, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1953, Qaracalar, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ) — Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili. == Həyatı == === Həyatının erkən dövrü === Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala (və ya Qaracalar) kəndində dünyaya gəlmişdir. Ailədə 9 uşaq olan Pərixanım, yeganə qız övlad idi. Çarlıq dövründə qardaşlarının rəhbəri olan Pərixanım, çox məşhurluq qazanmışdır. Banklardan xərac alaraq, kənddə yetimlər evi açmışdır. === Deputatlıq dövrü === Gürcüstan Demokratik Respublikası barədə araşdırma aparan tarixçi İrakli Xvadagiani, Tiflis quberniyasından seçilən deputatların siyahısına baxarkən içlərində müsəlman qadının da olduğunu görmüşdür. İlk vaxtlar buna inanmayan tarixçi, sonradan eyni ada Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gələrək, araşdırmışdır. Beləcə müsəlman dünyasında ilk seçilən qadın deputat olan Pərixanım Sofiyeva müasir tarix elminə məlum olmuşdur. 1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət şəraitində Qafqazda yerli idarəetmə sisteminin islahatına və seçkilərə hazırlığa başlandı ki, bu da ağır siyasi kataklizmlər fonunda davam etdi və müvəqqəti hökumətdən Gürcüstanın müstəqilliyinin elan olunmasına qədər real olaraq yerindən tərpənmədi. 1918-ci il mayın 28-dən sonra ilin sonunadək Gürcüstan ərazisinin əsas qəzalarında erobalıq (yerli özünüidarəetmə orqanı) seçkiləri keçirildi və özünüidarəetmə orqanları fəaliyyət göstərməyə başladı.
Pərixan Sultan
Pərixan Sultan (tam titulu: Dürri-dürət Padşahi Şahhiran Sultan Cahan və Cahaniyan Fatimə üz-Zamani Pərixan Sultan; 3 avqust 1548 — 12 fevral 1578) — Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi. == Həyatı == Pərixan Sultan 3 avqust 1548-ci ildə Əhərdə doğulmuşdur. Hələ 1558-ci ildə əmisioğlu Sultan Bədiüzzaman Mirzə ilə nişanlandırılmışıdır. Atasının ən sevdiyi qızı olub, ən yaxın məsləhətçilərindən idi. Bibisi Məhinbanu Sultandan xüsusi təlim, tərbiyə almış onun 'Naibə'lik varisi olmuşdur. Bu sayədə də çoxlu nüfuz əldə etmişdir.İsgəndər bəy Münşi, onun haqqında deyir: == Heydər Mirzə dövründə == Atasının ölüm ayağında qardaşlarından İsmayılın tərəfini tuturdu. Rumlu, Əfşar və Qacar tayfaları da onun tərəfində idi: Təhmasibin ölümündən sonra İsmayıl hələ də Qəhqəhə qalasında olduğu üçün 14 may 1576-cı ildə Heydər mirzə hakimiyyəti ələ keçirdi. Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərlə mülayim davranmağa səy göstərsə də, əslində ona plan hazırlamışdı… Heydər mirzə ona inandığı üçün qardaşı Süleyman mirzə və Pərixan Sultanın dayısı-Şamxal Sultana saraydan getməyə icazə verdi. Lakin Pərixan bilirdi ki, Heydər Mirzə və fəsad anası-Gürcü qızı Tinatin onu və qardaş, bacılarını sarayda sağ qoymayacaq. Bu səbəbdən fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın əsas qapısının açarını verdi.
Pərixan xanım

Almaata yemişanı
Altay yemişanı
Crataegus wattiana (lat. Crataegus wattiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropadır. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə çatan, qəhvəyi və ya boz gövdəyə, kürə və ya yumurtavari, bəzən assimmеtrik çətirə malik ağacdır. Yarpaqları növbəli yеrləşir, ayanın kənarı dilimli və ya bölümlüdür, səthi göy-yaşıl, çılpaq, bəzən qısa tükcüklərlə örtülüdür. Budaqların üzərindəki tikanlar qoltuq tumurcuqlarının şəkildəyişməsi olub, uzunluğu 2-sm-dir. Tumurcuqlar yumurtavari, dəyirmi, konusvari və ya uzunsov olub, 2-10 mm uzunluqdadır. Çiçəkləri ağdır, qalхan, bəzən sadə çətir çiçək qrupuna toplanaraq budaqların zirvəsində yеrləşir, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli, sarı, qırmızı və ya qaramtıl, 1-5 toхumlu giləmеyvədir, avqustda yеtişir. == Ekologiyası == İstiyə, soyuğa, küləyə davamlııdır.
Androsov yemişanı
Androsov yemişanı (lat. Crataegus androssovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistan, Kopetdağ qoruğu, Qarağac dərəsində təbii halda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-dək olan, enli oval çətirli ağac və ya koldur. Gövdəsinin qabığı tünd boz, budaqlarda isə qonur-bozdur; cavan zoğları sıx, xırda tükcüklü, payızda isə az tükcüklü olub, bozumtul-qonurdur. Yarpaqları açıq yaşıl, qalıntəhər, dərili, üstü və kənarları tükcüklü, alt tərəfi çılpaq və ya damarcıqlarda tükcüklü; alt yarpaqları pazşəkilli və ya pazşəkilli - əksyumurta-vari, ucunda iri dişlidir. Uzunluğu və eni 4-4,5 mm, dərin 3-5 (7) kəsikli, enli-pazşəkilli bünövrəlidir; oyuqları iti, əyri, yuxarıya istiqamətlənmiş, hissələri uzunsov, uzunluğu enindən 2 dəfə çoxdur, ucu azsaylı iti dişlidir. Çiçək qurupları 6-12 (13) çiçəkdən ibarət, azçiçəkli yarımçətirlidir. Çiçəklərin diametri 1,5-1,8 sm, enli-üçkünc, kasayarpaqlarının uzunluğu təxminən 3 mm, ucu daralmış, yuxarı hissəsində və kənarlarında tükcüklüdür. Çiçək zoğu sıx xırda tükcüklüdür, hipatilərin aşağı hissəsi və çiçək saplaqları ağ tükcüklüdür.
Fərqanə yemişanı
Fərqanə yemişanı (lat. Crataegus ferganensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan ağacdır. Yaşlı nüsxələrdə hündürlüyü 5,9 m, gövdəsinin diametri 6,8 sm olur. Vegetasiya dövrü may ayından oktyabr ayınadək davam edir. Surətlə böyüyür. İyun ayında 7 gün ərzində çiçəkləyir. Meyvələri avqust ayında yetişir. == Ekologiyası == Dağ yamaclarında və çaylarının sahillərində, kolluqlarda bitir.
Hissar yemişanı
Hissar yemişanı (lat. Crataegus hissarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. Hissar ovalığında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan, sıx tüklərlə örtülmüş, qırmızımtıl cavan zoğlara malik ağacdır. Yarpaqları 5-7 bölümlüdür. Vegetasiya müddəti aprel ayının 2-3-cü ongünlüyündən başlayaraq sentyabr ayının əvvəlinə qədər davam edir. İyun ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir. == Ekologiyası == Şaxtaya davamlıdır. Dağ çaylarının sahili boyu tək-tək və ya qarışıq meşələrdə bitir.
Korolkov yemişanı
Korolkov yemişanı (lat. Crataegus korolkowii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Meyer yemişanı
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 3-4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.
Ordubad yemişanı
Pallas yemişanı
Pallas yemişanı (lat. Crataegus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqazın cənubunda rast gəlinir. == Botaniki təsviri == Yarpaqlari dərin, təxmini orta damarcığadək 5-7-11 hissələrə bölünmüşdür. Meyvələri açıq qırmızı, ellipisvari, 1 çəyirdəklidir. == Ekologiyası == Quru günəşli yamaclarda, palıd və şam meşələrində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda, Naxçıvan MR ərazisində təbii halda rast gəlinir. == İstifadəsi == Yaşıllaşdırmada geniş istifadə olunur.
Pontika yemişanı
Pontika yemişanı (lat. Crataegus pontica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycanda, Оrtа Аsiyа Rеspubliкаlаrındа, Türкiyə, İrаq və İrаndа yаyılmışdır. == Azərbaycanda yаyılmаsı == Zаqаtаlа-Bаlакən və Nахçıvаn MR (Bаbəк, Şаhbuz) ərаzilərində dəniz səviyyəsindən 800–2000 m yüksəkliklərdə təbii hаldа rаst gəlinir. == Stаtusu == Аzərbаycаnın nadir bitкi növüdür. EN A1abc; Bb(i,ii). == Bitdiyi yеr == Quru, əsаsən dаşlı, bəzən yаmаclаrdа təк аğаclаrlа bitir, bəzən кiçiк коlluqlаr əmələ gətirir. == Təbii еhtiyаtı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 6–10 m-ədəк оlаn, еnli çətirli аğаcdır. Budаqlаrı tünd bоz, illiк budаqlаrı və zоğlаrı tüкcüкlüdür.
Poyarnova yemişanı
Poyarnova yemişanı (lat. Crataegus laciniata subsp. pojarkovae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinin crataegus laciniata növünə aid bitki yarımnövü. == Təbii yayılması == Krım dağlarının şərq hissəsində təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 3–6 m olan endemik ağac və ya koldur. Yarpaqları növbəli, 3-5 pərli, seyrək tükcüklü, gümüşü rəngdədir. Çiçəkləri ağ qalxanvari çiçək qrupuna yığılmışdır. Meyvəsi sarı, yumru və ya armudvaridir (uzunluğu 25 mm-dən). 3-5 çəyirdəkli yeməlidir. İyunda çiçəkləyir, meyvəsi sentyabarda yetişir.
Pərixanım Mahmudova
Mahmudov Pərixanım Mahmud qızı (15 may 1948, Xızı rayonu, Qəriban kəndi) – “Əməkdar Mədəniyyət İşçisi” Cəlil Məmmədquluzadənin ev-muzeyində direktoru(1982-2013) == Həyatı == Pərixanım Mahmud qızı Mahmudova 1948–ci il mayın 15-də Xızı rayonunun Qəriban kəndində anadan olmuşdur. Orta təhsilini 19 saylı Altıağac kənd məktəbində almış (1956-1964) və ailənin Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq təhsilini Bakı şəhər 161 saylı məktəbində (1964-1966) bitirmişdir. BDU-nun filologiya fakultəsində ali təhsil almış (1968-1973) və filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir. Ali təhsilini davam etdirməklə bərabər 12 may 1969-cu il tarixdən Şirvanşahlar sarayı Dövlət Tarixi-Memarlıq Qoruq muzeyində muzey baxıcısı kimi əmək fəaliyyətinə başlamış və həyatını həmişəlik olaraq muzey işinə bağlamışdır. Həmin muzeydə 1982-ci ilə qədər muzeyin kütləvi təbliğat şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır: ekskursçu, kiçik elmi işçi, böyük elmi işçi. Bu müddətdə muzeyin kütləvi təbliğat şöbəsi müdirinin müavini vəzifəsini icra etməklə bərabər şöbənin məktəblilərlə iş bölməsinə rəhbərlik etmişdir. Respublikanın rayonlarında Tarix-Diyarşünaslıq muzeylərinin yaradılmasında yaxından iştirak etmiş, yaradılmış muzeylərin sonrakı fəaliyyətində də onlara əməli və metodiki köməkliklər göstərmək məqsədilə mütəmadi olaraq həmin rayonlara ezam olunmuşdur. Dəfələrlə Mədəniyyət Nazirliyi tərəfindən ona Fəxri fərman və pul mükafatları təqdim olunmuşdur. Pərixanım Mahmudova Cəlil Məmmədquluzadənin ev-muzeyində direktor vəzifəsində çalışıb (1982-2013). 2013-cü ildə Azərbaycan Respublikasında mədəni irsin qorunmasında səmərəli fəaliyyətlərinə görə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.
Pərixanım Sofiyeva
Pərixanım Sofiyeva və ya Pəri Sofiyeva (1884, Qaracalar, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1953, Qaracalar, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ) — Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili. == Həyatı == === Həyatının erkən dövrü === Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala (və ya Qaracalar) kəndində dünyaya gəlmişdir. Ailədə 9 uşaq olan Pərixanım, yeganə qız övlad idi. Çarlıq dövründə qardaşlarının rəhbəri olan Pərixanım, çox məşhurluq qazanmışdır. Banklardan xərac alaraq, kənddə yetimlər evi açmışdır. === Deputatlıq dövrü === Gürcüstan Demokratik Respublikası barədə araşdırma aparan tarixçi İrakli Xvadagiani, Tiflis quberniyasından seçilən deputatların siyahısına baxarkən içlərində müsəlman qadının da olduğunu görmüşdür. İlk vaxtlar buna inanmayan tarixçi, sonradan eyni ada Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gələrək, araşdırmışdır. Beləcə müsəlman dünyasında ilk seçilən qadın deputat olan Pərixanım Sofiyeva müasir tarix elminə məlum olmuşdur. 1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət şəraitində Qafqazda yerli idarəetmə sisteminin islahatına və seçkilərə hazırlığa başlandı ki, bu da ağır siyasi kataklizmlər fonunda davam etdi və müvəqqəti hökumətdən Gürcüstanın müstəqilliyinin elan olunmasına qədər real olaraq yerindən tərpənmədi. 1918-ci il mayın 28-dən sonra ilin sonunadək Gürcüstan ərazisinin əsas qəzalarında erobalıq (yerli özünüidarəetmə orqanı) seçkiləri keçirildi və özünüidarəetmə orqanları fəaliyyət göstərməyə başladı.
Qafqaz yemişanı
Qafqaz yemişanı (lat. Crataegus caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycan. == Azərbaycanda yayılması == Talış, Gədəbəy (Qalakənd), Qazax, Daşkəsən, Cəbrayıl, Naxçıvan MR-in Ordubad rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın endem bitki növüdür. CR A2abc; C1. == Bitdiyi yer == Orta dağ qurşağına qədər daşlı-qayalı kolluqlu yamaclarda, dərələrdə, açıq yerlərdə bitir. == Təbii ehtiyyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 2-3, bəzən 5 m-ədək olan koldur. Bəzən bitkinin hündürlüyü 7 m, gövdəsinin diametri 18 sm-ə qədər ola bilir.
Sinoviski yemişanı
Crataegus × pseudoazarolus (lat. Crataegus × pseudoazarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5-6 m olan ağacdır. Cavan zoğları seyrək-ağ keçəli, sonradan təxminən çılpaq, yaşılımtıl və al qırmızı olur, bir və ikiillik zoğlar isə al-qırmızı-qonur, bir az parlaq, qoca budaqları bozumtul-qonur və ya bozdur. Yarpaq qoltuğunda yerləşən iynələri seyrəkdir. Fertil zoğlarda olan yarpaqlarının uzunluğu 30-70 mm, eni 25-70 mm, yumurtavari və ya bəzən təxminən yumru, enli, uzunsov bünövrəli və iti ucludur. Beş-yeddi enli bölümlüdür, bölümlər yumurtavari olmaqla üstdən ucu biz, mərkəzindən qeyri-bərabər dişlidir. Steril zoğların yarpaqlarının uzunluğu 60-70 mm, eni 60-80 mm, üstü yaşıl rəngli, tutqun, yapışıqlı tükcüklüdür. İri yarpaqları bəzən çılpaq, alt tərəfi açıq yaşıldır.
Sonqal yemişanı
Sonqal yemişanı (lat. Crataegus songarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Orta Asiya, Çinin qərb rayonları, İran, Pakistan və Əfqanıstanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 4–5 m-ə qədər olan kol və ya kiçik ağacdır. Budaqları bozumtul, nazik albalı rəngli, cavan zoğları seyrək tükcüklüdür sonra çılpaqlaşır. İynələri düz, qalın, uzunluğu 8–15 mm-dir. Yarpaqları enli, yumurtavari və ya rombvari, uzunluğu 3,5–6 sm , eni 2,8 −6 sm, 5–7 yerə bölünmüş və ya yuxarı hissəsi pərli iri kəsiklidir. Nazik tünd yaşıldır, alt tərəfi isə yaşılımtıldır. Saplaqlarının uzunluğu 3,5 sm-dək; yalançı zoğları oraqvari əyilmiş daraqvari dişlidir. Mürəkkəb çiçəkqruplu, çılpaq və ya bir az tükcüklü, oxlu və saplaqlıdır.
Turnefor yemişanı
Şərq yemişanı (lat. Crataegus orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkiyə, Azərbycan, Gürcüstan, Ukrayna, Albaniya, Siciliya, İspaniya və Şimali Qafqazda daşlı-qayalıq ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə çatan, tikanlı, al-qırmızı, qonur, boz budaqlara malik kol və ya ağacdır. Yarpaqları 3 və ya 7 dilimli, uzunluğu еnindən 3-4 dəfə çoхdur, yayda rəngi-tünd yaşıl, payızda isə narıncı-qırmızıya çalır. Çiçəkləri ağ, al qırmızıdır, 12-15 mm uzunluqda olub, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli və ya bir az oval, diamеtri 10 mm-ə çatan çəyirdəkmеyvədir, sеntyabr-oktyabr aylarında yеtişir, uzun müddət ağacın üzərində qalır. == Ekologiyası == Bitki soyuğa, quraqlığa davamlıdır. Torpağa tələbkar deyildir, qayalıqlarda daha yaxşı bitir. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Tyanşan yemişanı
Tyanşan yemişanı (lat. Crataegus tianschanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada – Şərqi Tyanşanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan ağacdır. Cavan budaqları aşağıya doğru sallanır. Yarpaqları enli yumurtavari, parlaqdır. İyulun əvvəllərində çiçəkləyir, meyvəsi avqustda yetişir. Sarı rəngli meyvələri budaqların üzərində sıx yerləşir. Toxumla çoxaldılır. == Ekologiyası == İşıqsevən bitkidir.
Türkistan yemişanı
Türkistan yemişanı (lat. Crataegus turkestanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Əfqanıstan, İran, Cin və Kopetdağda təbii halda yayılmışdır. == Botaniki təsviri == Budaqları boz-qonur, çılpaq və ya azca nazik qırmızımtıl-boz tükcüklüdür. Tikanları yoxdur, bəzi hallarda isə üzəri uzunluğu 12-15 mm olan nazik tikanlarla örtülür. Yarpaqları üstdən parlaq yaşıl, alt tərəfdən isə açıq yaşıl, saplağı qısa, bəzən yarpağın uzunluğuna bərabər olub, tükcüklüdür. Qısa budaqlarda aşağı yarpaqları rombvaridir, uzunluğu 10-30 mm, eni 7-30 mm, aşağı hissədən 3 bölümlüdür, yuxarı yarpaqlarının uzunluğu 3,5 sm, 5 bölümlüdür. Vegetativ budaqlarda yarpaqlar daha iri — 5-7 bölümlü, eni 5 sm-dir. Çiçək qrupu 12-15 çiçəklidir, saplağı tükcüklüdür. Çiçəklərinin diametri 16-18 mm, kasayarpaqları uzun neştərvari, 18-20 erkəkciklidir.
Türkmən yemişanı
Türkmən yemişanı (lat. Crataegus turcomanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Türkmənistanın dağ rayonlarını (Kopetdağ), İran və Əfqanıstanı əhatə edir. == Botaniki təsviri == Budaqları boz, nazikdir; zoğları çılpaq, albalı rəngli, göyümtül çöküntü ilə örtülümüşdür. Tikanları əsasən yoxdur, yarpaq tikanları da inkişaf etmir. Yarpaqların üstü göyümtül-yaşıl, alt tərəfi açıqdır. Meyvəverən zoğlarda aşağı yarpaqları qeyri-bərabər, iri dişli, 3 bölümlüdür, əks-yumurtavaridən uzunsov-ovalşəkillidir; yuxarı yarpaqların uzunluğu 4,5-5 sm, forması enli-əks yumurtavaridən yumruyadək dəyişilir, üç pərlidir, pərləri iti uclu və enlidir. Steril zoğların yarpaqları dərin 5-7 pərli, iti və ya küt enli pərlidir. Çiçək qrupları 8-12 çiçəklidir; kasayarpaqları oval-üçkünc, mərkəzindən uzun olmayan, küttəhər daralmış, hipantinin mərkəzindən aşağıya əyilir; erkəkcikləri 17-20-dir. Meyvələri birdişicikli yemişanda (Crataegus monogyna) olduğu kimidir, ancaq daha iridir.
Zəngəzur yemişanı
Zəngəzur yemişanı (lat. Crataegus × zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını əhatə edir. Endemik bitkidir. Gorus çay yamacından təsvir edilmişdir (Gorus şəhərinin yaxınlığında). == Botaniki təsviri == Hündürlüyü 1,5 m-dək olan koldur. Budaqları tünd boz, zoğları nazik, tünd qonur, çılpaq və ya bir az tükcüklüdür. İynələri azsaylı, qoltuq zoğları yarpaqsiz, qısa, uzunluğu 7-10 mm, təxminən tünd bozdur. Yarpaqların üstü tünd yaşıl, alt tərəfi bir az açıq və çılpaqdır. Meyvə verən zoğlarda alt yarpaqları uzunsov-əks yumurtavari, ensiz ayalı, 3 bölümlü, yarpaqların uzunluğu və eni 3,5 sm-dək, kəsiyində enli-yumurtavaridir.
Şovitsa yemişanı
Şovitsa yemişanı (lat. Crataegus szovitsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı şərqi Zaqafqaziyanı və Kiçik Asiyanın şərq rayonlarını əhatə edir. == Botaniki təsviri == Boz qonur rəngli, kiçik sıx budaqlı ağacdır. Cavan zoğları ağ keçəlidir. Yarpaqları möhkəm, qalın, göyümtüldür. Çiçəkləyən zoğlarda alt yarpaqları əks-yumurtavari, yuxarıda yerləşənlər üç pərlidir, dərin, beş bölümlü, kəsiyində enli əks yumurtavari, rombvari, uzunluğu və eni 3-4,5 sm; orta pəri bünövrəyə daralmış, iti və ya küt, ucuna yaxın az dişli, bəzən kənarları bütövdür. Steril zoğlarda daha iri, 5-9 yerə dəri bölünmüş, ensiz və kəsik pərlidir. Çiçək qrupunun diametri 5 sm-dək, yığcam, 10-12 çıçəkli, sıx-ağ keçəli, çiçək saplağının uzunluğu 1,5-5 mm-dir. Kasayarpaqları enli-üçkünc, ucu biz, çiçəkləmə dövründə düz dayanandır, meyvə verdikdə şaxələnir.
Şərq yemişanı
Şərq yemişanı (lat. Crataegus orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkiyə, Azərbycan, Gürcüstan, Ukrayna, Albaniya, Siciliya, İspaniya və Şimali Qafqazda daşlı-qayalıq ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə çatan, tikanlı, al-qırmızı, qonur, boz budaqlara malik kol və ya ağacdır. Yarpaqları 3 və ya 7 dilimli, uzunluğu еnindən 3-4 dəfə çoхdur, yayda rəngi-tünd yaşıl, payızda isə narıncı-qırmızıya çalır. Çiçəkləri ağ, al qırmızıdır, 12-15 mm uzunluqda olub, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli və ya bir az oval, diamеtri 10 mm-ə çatan çəyirdəkmеyvədir, sеntyabr-oktyabr aylarında yеtişir, uzun müddət ağacın üzərində qalır. == Ekologiyası == Bitki soyuğa, quraqlığa davamlıdır. Torpağa tələbkar deyildir, qayalıqlarda daha yaxşı bitir. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Almatı yemişanı
Almatı yemişanı (lat. Crataegus almaatensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Orta Asiyadır. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-ə çatan, yumru çətirli ağacdır. Yarpaqlarının diametri 7-8 sm, ayanın üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıldır, aprelin ikinci yarsında kütləvi yarpaqlama müşahidə olunur. Çiçəkləri ağdır, diametri 1,2 sm-ə qədər olan çətir çiçək qrupuna yığılmışdır. Mayın axırı və iyunun birinci ongünlüyü daxil olmaqla 13-15 gün ərzində çiçəkləyir. Meyvələrin diametri 1,3-1,6 sm, yumru, tünd-qırmızı çəyirdəkmeyvədir, sentyabrın birinci ongünlüyündə yetişir. Vegetativ və toxumla çoxaldılır. == Ekologiyası == İşıqsevəndir, soyuq, tüstü və qaza davamlı bitkidir.
Məzrayə-i Pəridan (Xudafərin)
Məzrayə-i Pəridan (fars. مزرعه پريدان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (4 ailə).