Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cuzeppe Pankaro
Cüzeppe Pankoro (it. Giuseppe Pancaro; 26 avqust 1971-ci il, Kozensa, İtaliya) — keçmiş İtaliya futbolçusu, müdafiəçi. == Həyatı == Pankaronun karyerası beş titullu klubda çıxışından ibarətdir - "Torino" (1989-91, 2006-07), "Kalyari" (1992, 97) "Latsio" (1997-2003), "Milan" (2003-05) və "Fiorentina" (2005-06). Lakin o, yalnız Roma və Milanda titul qazanıb. Karyerasının zirvə nöqtəsi şübhəsiz ki, paytaxtdakı dövrünə təsadüf edir. 2000-ci ildə "canavarlar"ın "skudetto"nu qazanmasında Cuzeppenin rolu çox böyük idi. Həmin mövsümdə 28 oyunda meydana çıxan müdafiəçi rəqib qapılarına 3 dəfə yol tapa da bilmişdi. == 2006/07-ci illər mövsümü == Pankaro "Torino"da çıxış edərkən, demək olar ki, oyun praktikasından məhrum idi və cəmi 10 matç keçirmişdi. Özü də onun sonuncu görüşü fevralın 24-də fiasko ilə nətigələnən "Kyevo" ilə səfər qarşılaşması olub. == Nailiyyətləri == İtaliya çempionu (2000, 2004), ölkə kuboku (1998, 2000) və Superkubokunun sahibi (1998, 2000, 2004), Kuboklar Kuboku (1999), Avropa Superkubokunun qalibi (1999, 2003).
Şankara
Şankara ( Adi Şankara sanskrit. आदि शंकर [aːd̪i ɕəŋkərə]; təq. 788 – təq. 820) – hind mütəfəkkiri, filosof, Veda mətnlərinin təfsirçisi və tədqiqatçısı, dini reformator, mistik və şair. Upanişadlar əsasında "advayta-vedanta" adlnan monistik təlimi və dini-fəlsəfi sistemi yaratmışdır. == Həyatı == Şankaranın dünyaya gəlməsi, həyatı, fəaliyyəti bir çox hallarda bizə əfsanəvi və möcüzəvi şəkildə təsvir edildiyindən, onun həyatı haqqında dəqiq məlumat əldə etmək olduqca çətin məsələdir. Adi Şankara haqqında əsasən "Şankara Vijayams" adlı əsərdə məlumat verilmişdir. Bioqrafik və əfsanəvi məlumatların qarışığı olan bu külliyatda filosofun həyatı şeir formasında yazılmışdır. Bunların arasında ən önəmli bioqrafiyalar XIV əsrdə yazılmış "Madhaviya Śaṅkara Vijayaṃ", XV-XVII əsrlər arasındakı bir tarixdə yazılan "Cidvilāsīya Śaṅkara Vijayaṃ" ve XVII əsrdən sonra yazıldığı ehtimal edilən "Keraļīya Śaṅkara Vijayaṃ" bioqrafiyalarıdır. Adi Şankara, Nambodiri Brahmin qəbiləsində indiki Kerala şəhərinin yaxınlığındakı Kaladi və ya Aryambada dünyaya gəlmişdi.
Ankara
Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. == Etimologiya == Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα (Qədim yunan dilində Anqira və Ankira olaraq tələffüz edilir) olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Ankara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Ankara" olmuşdur.
Kanart
Kanart adi təyyarələrdən fərqli olaraq, əsas daşıyıcı qanadların arxada və üfüqi stabilizatorun qabaqda olduğu sabit qanadlı təyyarə modelidir. Ön tərəfdə daşımaq və ya nəzarət etmək üçün istifadə olunan səthlərə də kanart deyilir. == Xüsusiyyətləri == === Faydaları === Kanart dizaynları kanart tipinə görə müxtəlif üstünlüklərə malikdir. İki növ kanart var; Nəzarət kanartı, daşıyıcı kanart. Nəzarət kanartı, təyyarə qabaqda olan kanartlar daşınmanı bölüşmür, yalnız nəzarət səthlərindən ibarətdir. Bəzi təyyarələrdə daşınmanın bir hissəsi daşıyıcı kanart öz üstünə götürür. Bu vəziyyətdə, qaldırmanın kvadratından asılı olaraq induksiyalı sürüklənmə azalır. Sürütlənmə qüvvəsinin azaldılması çəkidən, dolayı yolla görə mühərrikdən, yanacaqdan qənaəti təmin edir. Kanart təyyarələrin saxlanma itkisi (Stall) xüsusiyyətləri də müsbətdir, çünki kanartlar əsas daşıyıcı qanadlardan əvvəl saxlanma itkisinə məruz qalırlar. Beləliklə, saxlanma itirildikdən sonra burun aşağı moment əldə edilir.
Anri Puankare
Jül Anri Puankare (fr. Jules Henri Poincaré; 29 aprel 1854[…], Nansi, Mört və Mözel, Fransa – 17 iyul 1912[…], Paris, Fransa) — fransız riyaziyyatçısı, fizik, filosof və elm nəzəriyyəçisi. Bütün dövrlərin ən möhtəşəm riyaziyyatçılarında biri, Paris Elmlər Akademiyasının (1906) və Fransa Akademiyasının (1908) prezidenti. Puankareni sonuncu riyaziyyatçı-universal, dövrünün bütün riyazi nailiyyətlərini əhatə edə bilmiş alim adlandırırlar. == Həyatı == Anri Puankare 29 aprel 1854-cü il tarixində Nansi yaxınlığında Site-Dükal adlanan yerdə (Lotaringiya, Fransa) anadan olmuşdur. Atası Leon Puankare Nansi Universitetinin tibb professoru olmuşdur. Anası Yevgeniya Lanua bütün boş vaxtını uşaqlarının - oğlu Anri və qızı Alinanın tərbiyəsinə həsr edirdi. Uşaqlıq illərində Anri biliklərinin qrafik möhkəmləndirilməsində əziyyət çəkən huşsuz və diqqətsizliyi ilə ad qazanır. Sonralar bu xüsusiyyəyti onda qeyri-adi hal alaraq alim Puankarenin yetişməsində müstəsnə rol oynayacaqdı. Uşaqlığında Anri difteriyaya yoluxur.
Devid Pakkard
Devid Pakkard (7 sentyabr 1912[…], Pueblo[d], Kolorado – 26 mart 1996[…]) (David Packard) – 7 sentyabr 1912-ci ildə Uilyam Hyulettlə (William Hewlett) birgə "Hewlett- Packard" (HP) şirkətinin əsasını qoymuş amerikalı sahibkar Devid Pakkard (David Packard) anadan olmuşdur. Pakkard 1947-ci ildən HP şirkətinin icraçı direktoru olmuş, 1968-ci ildə isə ABŞ prezidenti Riçard Nikson tərəfindən Müdafiə Nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1970 və 80-ci illərdə o, Ağ Evin təhlükəsizlik və idarəetmə məsələləri üzrə köməkçisi olmuş, ölkənin ictimai həyatında aktiv iştirak etmişdir. Bir çox fond və xeyriyyə təşkilatlarına rəhbərlik etmişdir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Hewlett-Packard
HP (ing. Hewlett-Packard) Şirkəti mərkəzi ABŞ-də Palo Alto, Kaliforniyada çox böyük beynəlxalq bir şirkətdir. Məlumat əməliyyat, təzyiq sistemləri və ədədi göstərmə təchizatları istehsalçısıdır. Ayrıca proqram və xidmət təchizatçısıdır. HP, 1939-cu ildə Bill Hewlett və Dave Packard tərəfindən bir test və ölçü cihazları istehsalçı şirkəti olaraq qurulmuşdur. İlk məhsulu Model 200A adındakı audio oscillator precision idi. İlk fərdi kompüter olan Hewlett-Packard 9100A'nı 1968-ci ildə istehsal etmişdir. Daha sonra, 1970-ci illərdə kalkulyator, 1980-cı illərdə inkjet, lazer printer və skaner, 1990-cı illərdə stolüstü, dizüstü (noutbook) və server kompüterləri istehsalına başlamışdır. 2002-ci ildə Compaq şirkəti ilə birləşən HP şirkəti, ayrıcaHP-UX, Tru64 və OpenVMS əməliyyat sistemləri; PA-RİSC, IA64 və Alpha mikro əməliyyat sistemlərini; HP 9000 və ProLiant server və iş stansiyalarını və OpenView kimi rəhbərlik proqramları istehsal edir. Compaq ilə edilən birləşmənin təşkilat mənasında kifayət qədər həzm edilə bilməməsi və hədəflənən performansın ortaya qoyulamaması nəticəsində, HP-nin CEO-si Carly Fiorina 2005-ci ilin əvəllində səhmdarların tələbi istiqamətində vəzifəsindən ayrılmaq məcburiyyətində qalmışdır.
Puankare teoremi
Puankare teoremi isbat edilmişdir. 2002-ci ildə rusiyalı riyaziyyatçı Qriqori Perelman minilliyin yeddi məsələlərindən birini (mühüm riyazi problemlər, hansıların həlli on illər ərzində tapılmamışdır) isbat etmişdir. Perelman göstərmişdir ki, ilkin üçölçülü səth mütləq üçölçülü sferaya evolyusiya edəcəkdir. Bu iş üçün riyaziyyat üzrə çox dəyərli və Nobel mükafatının analoqu olan "Filds medalı" ilə təltif edilmlşdir.
Raymon Puankare
Pankare Raymon (20 avqust 1860[…], Bar-le-Dyuk[d], Fransa metropoliyası – 15 oktyabr 1934[…], Paris) — Fransız dövlət xadimi, Fransa prezidenti və baş naziri == Həyatı == Puankare hökuməti Azərbaycanda bolşevik işğalına qarşı silahlı üsyançılara rəğbət bəsləmişdir. Fransa hökuməti, Əlimərdan bəy Topçubaşov başda olmaqla, Parisdə qalmağa məcbur olan Azərbaycan nümayəndə heyətinə maliyyə yardımı göstərmiş, Azərbaycanın Rusiyanın təsiri altından çıxararaq Antanta ölkələrinə tabe etmək məqsədilə Topçubaşov və Ankara hökuməti ilə danışıqlar aparmışdır.
Reymon Puankare
Pankare Raymon (20 avqust 1860[…], Bar-le-Dyuk[d], Fransa metropoliyası – 15 oktyabr 1934[…], Paris) — Fransız dövlət xadimi, Fransa prezidenti və baş naziri == Həyatı == Puankare hökuməti Azərbaycanda bolşevik işğalına qarşı silahlı üsyançılara rəğbət bəsləmişdir. Fransa hökuməti, Əlimərdan bəy Topçubaşov başda olmaqla, Parisdə qalmağa məcbur olan Azərbaycan nümayəndə heyətinə maliyyə yardımı göstərmiş, Azərbaycanın Rusiyanın təsiri altından çıxararaq Antanta ölkələrinə tabe etmək məqsədilə Topçubaşov və Ankara hökuməti ilə danışıqlar aparmışdır.
Toma Sankara
Thomas Isidore Noël Sankara (21 dekabr 1949[…] – 15 oktyabr 1987[…], Uaqaduqu) — Burkina Fasonun 1983-1987-ci illərdəki dövlət başçısı. == Həyatı == Afrikanın Che Guevarası kimi tanınan Sankara 1949-cu ildə o vaxtkı adı ilə Yukari Volta-da dünyaya gəlib. Mərakeş, Fransa, Madaqaskarda zabit kimi təlim keçdikdən sonra 1980-ci ildə polkovnik Saye Zerbonun idarəçiliyindəki hərbi çevrilişə qoşuldu. Hökuməttə dövlət nazirliyini əldə edən Sankara qısa bir müddətdən sonra solçu mövqeyinə görə vəzifədən atıldı. 7 Noyabr 1982-ci ildə Jean-Baptiste Ouédraogonun rəhbərliyi ilə başlayan çevriliş nəticəsində baş nazirlik vəzifəsini əldə edən Sankara May ayında başqa öncül adlarla birgə vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı edilib. Bu kütlələrin hərəkatına səbəb oldu. Blaise Compaoréin Avqust 1983-cü ildə həyata keçirdiyi yeni bir çevrilişlə Sankara dövlət başçılığı vəzifəsinə geri dönmüşdür. Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə — ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı.
Tomas Sankara
Thomas Isidore Noël Sankara (21 dekabr 1949[…] – 15 oktyabr 1987[…], Uaqaduqu) — Burkina Fasonun 1983-1987-ci illərdəki dövlət başçısı. == Həyatı == Afrikanın Che Guevarası kimi tanınan Sankara 1949-cu ildə o vaxtkı adı ilə Yukari Volta-da dünyaya gəlib. Mərakeş, Fransa, Madaqaskarda zabit kimi təlim keçdikdən sonra 1980-ci ildə polkovnik Saye Zerbonun idarəçiliyindəki hərbi çevrilişə qoşuldu. Hökuməttə dövlət nazirliyini əldə edən Sankara qısa bir müddətdən sonra solçu mövqeyinə görə vəzifədən atıldı. 7 Noyabr 1982-ci ildə Jean-Baptiste Ouédraogonun rəhbərliyi ilə başlayan çevriliş nəticəsində baş nazirlik vəzifəsini əldə edən Sankara May ayında başqa öncül adlarla birgə vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı edilib. Bu kütlələrin hərəkatına səbəb oldu. Blaise Compaoréin Avqust 1983-cü ildə həyata keçirdiyi yeni bir çevrilişlə Sankara dövlət başçılığı vəzifəsinə geri dönmüşdür. Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə — ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı.
Ankara (roman)
Ankara—Yaqub Qədri Qaraosmanoğlunun 1934-cü ildə nəşr etdirdiyi romanı. == Mövzu == Yaqub Qədri Qaraosmanoğlunun yaradıcılığında önəmli yer tutan romanlardan biri də “Ankara”dır. Dövrün ictima-siyasi panoramasının əks olunduğu bu roman utopik bir əsərdir. Əsərdə milli mücadilənin sonucları ən xırda detallarına qədər təhlil olunur. Ümumiyyətlə, əsər həm konflikt, həm də dərin-gərgin konfliktlərin ortaya çıxartdığı xarakterlər baxımından diqqəti cəlb edir. Əsərdə hadisələr İstanbullu, evdar bir xanım olan Səlmanın kontekstində cərəyan edir. Konfliktlər, düyünlər bu əsas obrazın müstəvisində təqdim edilir. Onu da qeyd edək ki, seçilən məkanlar, xarakterler və dövr bir-biri ilə əlaqələndirilmiş, yazıçı öz ideyalarını bu obrazların simasında ümumiləşdirmiş, bəzən isə ümumiyyətlə simvollaşdırmışdır. Roman üç bölümə ayrılır, hər bir hissə isə Türkiyənin mühüm bir mərhələsini özündə əks etdirir: Birinci bölüm: Sakarya savaşı öncəsi (1922-ci illərə qədərki mərhələni əhatə edir). İkinci bölüm: Cümhuriyyətin elan olunmağa başladığı dövr (1926-cı illərə qədərki mərhələ).
Ankara (toponim)
Ankara — Türkiyə Cümhuriyyətinin paytaxtı, İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhərinın adı. Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα (Qədim yunan dilində Anqira və Ankira olaraq tələffüz edilir) olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Ankara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Ankara" olmuşdur. Şəhərin adı Osmanlı İmperiyası dövründə, XVI əsrdən etibarən rəsmi olaraq Ankara (آنقره) olmasına baxmayaraq, xalq arasında "Əngürü", qərb ölkələrində isə "Anqora" adlarından istifadə edilirdi. Türkiyə Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra digər adların istifadəsi sona çatmış, Ankara adı isə universallaşdırmışdır.
Ankara (viski)
Ankara viskisi — 1963-cü ildə Ankara, Atatürk Meşə Fermasında istehsalına başlanan, Türkiyənin ilk və tək viskisi. == Tarixçə == 1960-cı illərə qədər xaricə qapalı bir iqtisadiyyat modeli mənimsənən Türkiyədə, dövrün hökuməti tərəfindən yerli məhsulların istehsalını dəstəkləmək və xüsusilə spirtli içkilərin idxalı vəsiləsiylə xaricə yerli valyutanın çıxmasının qarşısını almaq məqsədilə yerli bir viski istehsalı edilməsi qərarlaşdırılmışdır. 1963-cü ildə viski istehsal etmək üçün TEKEL-in Ankaradakı pivə zavoduna kiçik bir hissə inşa edildi. Bu qurğunun istehsal həcmi 200.000 litrə yaxındır.1980-ci illərə gəlindiyində Türkiyənin, iqtisadi siyasətlər istiqamətində açıq iqtisadiyyata keçid etməsiylə birlikdə daxili bazara idxal spirtli içkilərin girişi sərbəst buraxılmışdır. Belə bir rəqabət şəraitində Ankara viskisinin populyarlığı gündən-günə azalmağa başladı. O dövrdə hələ də viski istehsalına cavabdeh olan TEKEL, satış siyasəti və reklamda bəzi dəyişikliklər etməyə və bazarda saxlamağa çalışsa da, bu təşəbbüslərdən heç biri müsbət nəticə almadı.Ankara viskisinin istehsal hüquqları əvvəlcə Mey içki şirkətinə verildi və təxminən 10 il bu şəkildə davam etdikdən sonra dünyaca məşhur spirt istehsalçısı Diageoya satıldı. Xarici sərmayəçilər tərəfindən alınan Ankara viskisi qısa müddətdə fəaliyyətini dayandırdı. == İstehsal texnikası və xüsusiyyətləri == İstehsal müddətində Ankara viskininin əsas tərkib hissəsi kimi taxıl və düyü istifadə edilmişdir. Texniki məsələlərdə Şotlandiya və Amerika avadanlıqlarından geniş istifadə olunmuşdur. Viskinin yetkinlik müddəti 5 il olaraq təyin olunmuşdur.
Ankara Hökuməti
Ankara Hökuməti və ya Türkiyə Böyük Millət Məclisi Hökuməti — Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında Ankaradakı hökumətə verilən addır. 23 aprel 1920-ci ildə Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi (TBMM) bünyəsində, ilk olaraq 25 apreldə Müvəqqət İcra Əncüməni sifətiylə, TBMM Rəisi Mustafa Kamal Paşa başçılığında bir hökumət yaradıldı. Beləcə, İstanbuldakı Osmanlı hökuməti xaricində Ankarada bir hökumət ortaya çıxmış oldu. Əncümən, 3 mayda, İcra Vəkilləri Heyəti adlı hökumət qurulana qədər vəzifəsinə davam etdi. Bu dövrdə bir dövlət başçısı yox idi və bu vəzifəni Məclis Reisi yerinə yetirirdi. Məclis, həmçinin 5 avqust 1921 tarixində çıxardığı Baş komandirlik Qanunu ilə Mustafa Kamal Paşayı baş komandirliyə gətirərək ordunun maddi və mənəvi gücünün artırılması ilə sövq və idarə edilməsi mövzusundakı səlahiyyətlərini icra etmək icazəsi vermişdir. 29 oktyabr 1923-cü ildə respublikanın elan edilməsiylə edilən seçkidə Mustafa Kamal Paşa "Reisicumhur" (Prezident) seçilərək dövlət başçısı olmuşdur. Hökumət başkanıysa "Başvekil" (Baş nazir) sifətini almış və Reisicumhur tərəfindən seçilməyə başlanmışdır. Bu səbəbdən 1923-cü ildən sonra qurulan hökumətlər, Türkiyə Böyük Millət Məclisi Hökuməti ya da Ankara Hökuməti olaraq adlandırılmazlar.
Ankara Universiteti
Ankara Universiteti — 1946-cı ildə Paytaxt Ankarada qurulmuş bir universitetdir. Ankara Universitetinin təməli şəxsən Atatürk tərəfindən atılmışdır. İlk olaraq 1925-ci ildə qurulan Hüquq Məktəbi, Türk cütçüsünə xidmət etmək üzrə 1933-cü ildə təhsilə başlayan Yüksək Əkinçilik İnstitutu, zəngin Anadolu mədəniyyətini araşdırmaq və Türkiyənin dünya ilə dil və mədəniyyət körpüsü qurmaq məqsədiylə 1935-ci ildə açılan Dil və Tarix-Coğrafiya Fakültəsi, 1859-cu ildən bəri Məktəbi Mülküyə adıyla üst səviyyə cəmiyyət idarəçiləri yetişdirən və 1936-cı ildə Paytaxt Ankaraya daşınan və Atatürkün xüsusi əmr və maraq əlaqələri ilə qurulan Siyasi Məlumatlar Məktəbini açmaq olmuşdur. Bunlara, hazırlıqları Atatürk tarfından başladılan ancaq quruluşu II Dünya Döyüşü səbəbiylə 1940-ın başına qalan Tibb və Fənn Fakültələrini əlavə etmək lazımdır. 1925-ci ildə qurulmuş olan Hüquq, 1935-ci ildə fəaliyyətə başlayan Dil və Tarix-Coğrafiya Fakültəsi, 1943-cü ildə açılan Fənn Fakültəsi, 1945-ci ildə quruluşu tamamlanan Tibb Fakültələrindən ibarət olan yaranan Ankara Universiteti 1946-cı ildə rəsmi olaraq quruldu. Universitet 1948-ci ildə Yüksək Əkinçilik İnstitutunun Əkinçilik və Baytar Fakültələrini bünyəsinə götürmüş, 1949-cu ildə İlahiyyat Fakültəsi, 1935-ci ildə qurulan 1950-ci ildə Fakültə adını alan Siyasi Məlumatlar Məktəbi, 1960-cı ildə Əczaçılıq Fakültəsi, 1963' te Yüksekokul olaraq qurulan 1977-ci ildə Fakültə olan Diş Həkimliyi Fakültəsi, 1965-ci ildə Təhsil Elmləri Fakültəsi və 1965-ci ildə də indi adı Ünsiyyət Fakültəsi olan Mətbuat Nəşr Yüksekokulu quruldu. Çankırı Meşə və Sağlamlıq Təhsili Fakültələri isə 1996-cı ildə təhsil-təhsilə açılmışdır.
Ankara dovşanı
Anqora dovşanı (türk. Ankara tavşanı) — uzun tüklü olduğuna görə həm tətbiqi, həm də dekorativ məqsədlər üçün yetişdirilən dovşan cinsləri qrupudur. Bu xəzdən anqora yunu — toxunuşda çox yumşaq zərif xovlu yun parça əldə edilir. Həm dekorativ heyvandarlıq üçün, həm yun əldə etmək üçün eyni cinslər yetişdirilir. Anqora dovşanlarından xəz istehsalı üzrə dünya lideri Çindir (illik 8 min tona qədər). Anqora dovşanının ömrü 7–10 ildir, xəzləri yeddi aylıqdan istifadəyə yararlı olur. == Tarixi == Anqora dovşanları dovşanların ən qədim cins qruplarından biridir. Onların yetişdirilməsinə Türkiyədə başlanmış və bu heyvanların ilkin adı Türkiyənin paytaxtı – əvvəllər Anqora adlandırılan – Ankaranın adı ilə verilmişdir, (Anqora keçiləri və pişiklərinə bənzər). Avropada bu heyvanlar XVIII əsrin ortalarında Fransada meydana çıxdılar və tez bir zamanda olduqca məşhurlaşdılar və XIX əsrin əvvəllərində anqora dovşanları demək olar ki, bütün qitəyə yayıldılar. Əvvəlcə anqora dovşanları Avropada zadəganlar arasında ev heyvanları kimi populyarlıq qazandı, bu cinslərin tətbiqi yetişdirilməsi daha sonra başladı.
Ankara döyüşü
Ankara döyüşü — Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq Düzənliyində baş verən döyüş. Orta əsrlər tarixinin ən qanlı döyüşlərindən biri olan və Osmanlıların məğlubiyyəti ilə tamamlanan Ankara döyüşü Osmanlı İmperiyasının parçalanmasına və Fetrət Dövrü (1402–1413) olaraq bilinən bir iqtidar boşluğu dövrünün yaşanmasına gətirib çıxardı. == Ümumi məlumat == Ankara Döyüşü, Teymurla İldırım Bəyazid arasında 20 iyul 1402-ci ildə Ankara ya 20 km. yaxınlıqdakı Çubuq Düzənliyində olmuşdur. Döyüş olmadan əvvəl Teymur, İldırım Bayezidə dörd məktub göndərmiş, İldırım Bəyazid dörd məktubla ona cavab vermişdir. Ancaq bu yazışmalar döyüşü önləyə bilməmişdir. Döyüşün qalibi Teymur olmuş, İldırım Bəyazid əsir düşmüşdür. Bu dörd məktub və cavablarının Türkcə surətləri, Konya Bələdiyyəsi Koyunoğlu Kitabxanası nr. 13435də qeydli olan əl yazması Münşeat və Mükatabatı Sultanıya məcmuəsində mövcuddur. == Döyüşün gedişi == Osmanlı sultanı I Bəyazid İldırımın 70 min ordusuna qarşı Teymurləng 150 minlik ordu və 32 fillə çıxdı.
Ankara ili
Ankara ili - Türkiyənin paytaxt ili. == İqtisadiyyatı == İqtisadiyyatına görə Türkiyədə birincidir. Burada əkinçilik, maldarlıq yaxşı inkişaf etməsə də, şərabçılıq və s. sahələrdə öndədir. == Əhali == 2011-ci ilin siyahıya alınmasına görə Ankara ilində 4 milyondan çox adam yaşayır. Onların 45%-i qadınlardır. = İqlim = İlin cənub və orta hissələrində iqlim in soyuq və qar yağmurlu qışları ilə isti və quraq yazları, şimalında isə Qara dəniz iqlimi 'nin mülayim və yağışlı halları görülə bilər. Yer iqlimin hakim olduğu bölgələrdə gecə ilə gündüz, yaz ilə qış mövsümü arasında əhəmiyyətli istilik fərqləri vardır. Ən isti ay iyul və ya avqustdur. Ildəki yerinə görə orta hesabla ən yüksək gündüz istilikləri 27-31 ° C 'dir.
Ankara qalası
Ankara qalası, Ankara şəhərində yerləşən tarixi qala. Qalanın Bizans İmperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir. Nə zaman inşa edildiyi tam olaraq bilinmir. Romalıların və Bizanslıların hakimiyyətində olan qala, 1073-ci ildə Səlcuqların əlinə keçmişdir. 1101-ci ildə Xaçlıların əlinə keçirilən qala 1227-ci ildə təkrar Səlcuqluların ərazisinə qatılmışdır. Səlcuqlular dövründə təmir və əlavələr edilən qala Osmanlı dövründə 1832-ci ildə Kavalalı Mehmet Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən təmir edilmişdir. Qalanın quruluşunda rast gəlinən heykəl, qəbir, sütun başlıqları qalanın tikintisində ətrafda olan materiallardan faydalanıldığını göstərir. Qalada roma dövrünə aid qalıqlar diqqəti çəksə də böyük ölçüdə Bizans dövründə inşa edilmişdir. İmperator II Consantantinus Xarici qalanı tikdirmişdir. İmperator Isaurili III Leonise qala divarlarını genişləndirərkən daxili qala divarlarını yüksəltmişdir.
Ankara vilayəti
Ankara vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1922–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ankara şəhəri idi.
Ankara zəfəranı
Ankara zəfəranı (lat. Crocus ancyrensis, türk. Ankara çiğdemi) — süsənkimilər fəsiləsinə, Zəfəran cinsinə daxil olan bitki növü. Türkiyənin endemik bitkisidir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən Kiçik təhlükə altında olan növ kimi göstərilir. Öz elmi adını Ankaranın antik adından almışdır — Ancyra. == Yayılması == Yabanı halda Türkiyənin şimal-şərqində və Mərkəzi Anadolu ərazisində yayılmışdır. Türkiyənin Amasiya, Ankara, Bolu, Çorum, Kastamonu, Kırşəhər, Kayseri, Qəhrəmanmaraş, Samsun, Sivas və Yozğad illəri ərazisində rastlanılır. Əsasən 1000-1600 metr hündürlükdə, qayalı torpaqlarda, quru meşələr, çəmənliklər, kolluqlar və iynəyarpaqlı meşələrdə rastlanılırlar. Şaxtaya davamlı, isti sevməz, suya tələbkar bitkidir.
Ayaş, Ankara
Ayaş - Ankarada mahal. Ankaranın 55 km qərbindədir. Mərkəzdəki bir neçə evdən sonra ümumiyyətlə çöldür. Əkinçiliyə əlverişlidir, bəzi fermalar burada yerləşir.Çeşmələri ilə məşhurdur. Ayaşın uzun bir tarixi vardır və Övliya Çələbinin əsərləri ilə folklor mahnılarında da adı keçər. Ayaş, Eyvaz, Ayas.Ayaz adını xatırladar. Ayaşa yerləşənlər Oğuz boylarıdır və müxtəlif kənd adlarının Bayat, Əfşar, Pəçənək, Qıpcak və Qarğın olması da bundandır. 1554-də, Ayaş Bayraq mərkəzi, və 1864-də Ankaranın Qəzası oldu. Osmanlı dövründə, təhsil olaraq Ayaş irəli idi. 1900-də, 8 Mədrəsə, 2 İbtidai məktəb və 1 Rüşdiyə vardı.
Daşıyıcı kanart
Daşıyıcı kanart, kanart tipli təyyarələrdə daşıma vəzifəsini əsas qanadla birgə yerinə yetirən kanartlara verilən addır. Tandem təyyarələrdən fərqi kanart sahəsinin tandem təyyarələr ilə müqayisədə əsas qanad sahəsindən daha kiçik olmasıdır. Daşıyıcı kanartlar ya simmetrik bir qanad profilinə, ya da qarmaqlı qanad profili konfiqurasiyasına malikdirlər. Daşıyıcı kanartın istifadəsinin üstünlüyü, qaldırıcı qüvvənin kvadratına mütənasib olan induksiyalı sürüklənmənin, daşınmanın kanart və qanadlar arasında bölüşdürülərək azaldılmasıdır.