DOQQUZDON

сущ. бот. тамара экъечӀдай, паркара ва багълара цадай са кул.
DOQQUZCA
DOQQUZLUQ
OBASTAN VİKİ
Adi doqquzdon
Adi doqquzdon (lat. Lonicera xylosteum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Avropanın Şimali, Mərkəzi və Şərq vilayətlərində, Şimali Amerikada, Uralda və Qərbi Sibirdə rast gəlinir. == Botaniki xarakteristikası == Hündürlüyü 2,5 m-dək, yarpağıtökülən koldur. Oduncağı yaşılımtıl-ağdır. Cavan zoğları yaşıl və ya qırmızımtıl rəngli, qoca zoğlarının qabığı boz və qonur-bozdur. Tumurcuqları konusvarı, xırda, 1–2 mm-dir. Yarpaqların uzunluğu 3–7 sm, eni 2–5 sm, qarşı-qarşıya düzülmüş ellipsvarı formalı, qısa, ucu biz, kənarları bütövdür. Yarpaq ayasının yuxarı tərəfi tünd-yaşıl, tutqun, alt tərəfi bozumtul, yumşaq sıx tükcüklərlə örtülüdür. Çiçəkləri yarpaqların qoltuğunda cüt yerləşir.
Göy doqquzdon
Göy doqquzdon (lat. Lonicera caerulea) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Qızılı doqquzdon
Qızılı doqquzdon (lat. Lonicera chrysantha) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Şərqi Sibirdə, Uzaq Şərqdə, Çində yayılmışdır. Hündürlüyü 2-4 m-dək olan, şaxələnmiş, möhkəm çətirli, tünd-boz qabıqlı gözəl koldur. Yarpaqların uzunluğu 12 sm-dək, uzunsov-yumurtavari, ucu biz, dərili, tünd-yaşıl, qısa saplaqlıdır. Bir çox növlərdən fərqli olaraq bu növün çiçəkləri qızılı-sarı, bal qoxuludur. 5-6 yaşından hər il çiçəkləyir və bol meyvə verir. Meyvələri qırmızı, şarşəkilli, bünövrəsi ilə bitişikdir. Toxumlarla və qələmlərlə çoxalır, kök atması 100 %-ə çatır. Torpağa tələbkar deyil.
Yeməli doqquzdon
Yeməli doqquzdon (lat. Lonicera edulis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Əsasən Şərqi Sibirdə, Uzaq Şərqdə bitir. Hündürlüyü 0,6-1 m-ə çatan alçaqboylu koldur. Cavan budaqları nazik və sıx tükcüklüdür. Bitki yaşlandıqca budaqları çılpaqlaşır. Yarpaqları nazik, ensiz neştərvaridir, saplağı qısadır. Çiçəkləri nektarlı, qıfvari formalı, süpürgəvari çiçək qrupunda olmaqla yarpaq qoltuğunda yerləşir, ləçəkləri sarı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi tünd-göyümtül rəngli, 9-12 mm uzunluğunda olmaqla, silindrvarı formadadır, əsasən iyul ayında yetişir.
Yeyilən doqquzdon
Çiçəkaltlıqlı doqquzdon
Çiçəkaltlıqlı doqquzdon (lat. Lonicera bracteolaris) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Şimal yarımkürəsində, Himalayda, Cənubi Asiyada təbii halda bitir. Hündürlüyü 100-250 sm, möhkəm, yuxarıya istiqamətlənmiş, düz dayanan koldur. Qabığı açıq bozumtul-qonurdur. Yarpaqların uzunluğu 1,5-4,5 sm, eni 1,6-2,5 sm, möhkəm, uzunsov-yumurtavarı və ya uzunsov-ellipsvarı, ucu biz, bünövrəsi yumru, bəzən uzunsovdur. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri az saylıdır. Çiçək saplaqları cavan budaqların aşağı yarpaqlarının qoltuqlarında ikiçiçəklidir. Çiçəkaltlıqları lansetvarı, uzunluğu 0,7-1,3 sm-dir.
İriçiçək doqquzdon
İriçiçək doqquzdon (lat. Lonicera macrantha) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Əsl doqquzdon
Adi doqquzdon (lat. Lonicera xylosteum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Yabanı halda Avropanın Şimali, Mərkəzi və Şərq vilayətlərində, Şimali Amerikada, Uralda və Qərbi Sibirdə rast gəlinir. Hündürlüyü 2,5 m-dək, yarpağıtökülən koldur. Oduncağı yaşılımtıl-ağdır. Cavan zoğları yaşıl və ya qırmızımtıl rəngli, qoca zoğlarının qabığı boz və qonur-bozdur. Tumurcuqları konusvarı, xırda, 1–2 mm-dir. Yarpaqların uzunluğu 3–7 sm, eni 2–5 sm, qarşı-qarşıya düzülmüş ellipsvarı formalı, qısa, ucu biz, kənarları bütövdür. Yarpaq ayasının yuxarı tərəfi tünd-yaşıl, tutqun, alt tərəfi bozumtul, yumşaq sıx tükcüklərlə örtülüdür. Çiçəkləri yarpaqların qoltuğunda cüt yerləşir.
Duvaqlı doqquzdon
Duvaqlı doqquzdon (lat. Lonicera involucrata) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Kirpikcikli doqquzdon
Kirpikcikli doqquzdon (lat. Lonicera ciliosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Sarmaşan doqquzdon
Sarmaşan doqquzdon (lat. Lonicera periclymenum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Şapkalı doqquzdon
Şapkalı doqquzdon (lat. Lonicera pileata) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Doqquzdon
Doqquzdon (lat. Lonicera) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi. Yarpaqları sadə, qısa saplaqlı, qarşı-qarşıya düzülür. Çiçəkləri ağ, sarı, çəhrayı, yaxud qırmızı, ikicinsiyyətlidir. Meyvəsi şirəli giləmeyvədir. Şimal yarımkürəsində 200-dən çox növünə təsadüf edilir. Doqquzdonun əksəriyyəti balverən bitkilərdir. == Növləri == Burn doqquzdonu (Lonicera bournei Hemsl.
Doqquzdon qızüzümü
Parthenocissus inserta (lat. Parthenocissus inserta) — Vətəni Şimali Amerika olan bitki. == Botaniki təsviri == Uzunluğu 10 m, zoğlarının şaxələnmiş bığcıqları ilə yapışan ağacvari lianadır. Yarpaqları barmaqvari - mürəkkəb, (3)5(7) ellipsvari, xırda yarpaqlı, kənarları dişli, qısa saplaqlıdır. Çiçək qurupu çəngəlvari budaqlıdır. Meyvəsi göyümtül qara çalarlı, yüngül, 6 mm diametrində giləmeyvədir. İyul-avqust aylarında (sentyabrda) çiçəkləyir. == Ekologiyası == İstisevən, rütubətədavamlı torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Cənub rayonlarda, Talış zonsında yabanılaşıb. == İstifadəsi == Bağlarda geniş becərilir.
Ətirli doqquzdon
Ətirli doqquzdon (lat. Lonicera fragrantissima) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Çində yayılmışdır. Boyu 2-3 m-ə çatan, çox gövdəli, dik duran koldur. Yarpaqları qışda uzun müddət budaq üzərində qalır. Çiçəkləri sarımtıl-ağ rəngli, gözəl ətirlidir. Bitki tam yarpaqlamadan əvvəl çiçəkləri diqqəti cəlb edir. İstisevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir. Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. Çox dekorativ görünüşə malikdir.
Alp doqquzdonu
Alp doqquzdonu (lat. Lonicera alpigena) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Gürcü doqquzdonu
Gürcü doqquzdonu (lat. Lonicera iberica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Şimali İranda yayılmışdır. İlk dəfə Gürcüstanda təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, alçaqboylu, dağınıq çətirli koldur. Yarpaqları 2-4 sm uzunluğunda qısa saplaqlı, xırda, yumurtavarı-ovalşəkillidir, hər iki tərəfi, xüsusilə alt hissəsi sıx tükcüklüdür. Çiçəkləri ağ və ya sarımtıl rəngli olub, xaricdən zəif tüklüdür, orta hissəsi qabarıqdır, 5-6 yaşından çiçəkləyir, nektarlıdır. Kasacığı sarımtıldır, yatıq tükcüklüdür. Vegetasiyası aprelin ikinci yarısından başlayaraq oktyabrın axırı, noyabrın əvvəlinə qədər davam edir. Tezböyüyən bitkidir.
Henri doqquzdonu
Lonicera acuminata (lat. Lonicera acuminata) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə Çinin qərb hissəsində və Şərqi Tibetdə yayılmışdır. == Botaniki təsviri == Uzunluğu 10 m-dək olan, yarım yarpağıtökülən lianadır. Zoğu sürünən oduncaqlıdır. Parlaq yaşıl, oval və ürəkvarı, yumurtavarı-uzunsovdur, yarpaqların uzunluğu 5-10 sm, eni isə 1-1,2 sm-dir, tükcüksüzdür. Çiçək tacının uzunluğu təxminən 2,5 sm-dir. Çiçəkləri qırmızı və ya sarı, borucuqludur. Cüt çiçəkləri 2 dodaqlı, sarımtıl-qırmızıdan al-qırmızıyadək olub, çılpaq və ya tükcüklü qısa çiçək saplaqlarında oturur. Çiçək tacının ölçüsü 2 sm-dir.
Keçi doqquzdonu
Keçi doqquzdonu (lat. Lonicera caprifolium) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Avropada, Kiçik Asiyada kolluqlarda və meşələrdə bitir. Böyük və Kiçik Qafqazda yayılmışdır. == Botaniki təsviri == Sarmaşan və ya sürünən koldur, 8 m-dək uzana bilir. Cavan zoğları çılpaq, açıq-yaşıl, işıq düşən tərəfdə isə bənövşəyi-qırmızı olur. Yarpaqları 4-10 sm uzunluğunda, möhkəm, dərili, ellipsvari və ya enli-ellipsvari, üst tərəfi tünd-yaşıl, alt hissəsi isə göyümtül rənglidir. Yuxarı yarpaqların 2-3 cütü ellipsvari diskə yığılır, rəngini payıza qədər saxlayır. Üç yaşından etibarən çiçəkləməyə başlayır. Çiçəkləri oturaqdır.
Korolkov doqquzdonu
Korolkov doqquzdonu (lat. Lonicera korolkowii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, yumşaq tüklü, budaqlı, dekorativ, yarpağıtökülən koldur. Yarpaqların diametri 3 sm-ə çatır, enli qaidəli, yumurtaşəkilli və ya ellipsvarı, ucu biz, mavi-yaşıl rənglidir, çox vaxt göyümtül olur. Aprel-may aylarında 15-20 gün ərzində bol çiçəkləyir, çiçəkləri çəhrayı rəngdə olur və yaşıl fonda çox gözəl görünür. Şarşəkilli, narıncı və ya al-qırmızı, meyvələri budaqların üzərində payıza qədər qalır. Zərərverici və xəstəliklərdən az zərər çəkir. Abşeronda vegetasiyası aprelin ortalarından başlayaraq oktyabrın axırlarına qədər davam edir. Hər il meyvə verir, meyvələri avqustun axırı sentyabrın birinci yarısında yetişir.
Maaka doqquzdonu
Maksimoviç doqquzdonu
Maksimoviç doqquzdonu (lat. Lonicera maximowiczii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Uzaq Şərqdə, Koreyada, Çində yayılmışdır. Maksimoviç doqquzdonu növü Rusiya botaniki, Sankt-Peterburqda İmperator Elmlər akademiyasının akademiki, Uzaq Şərq və Yaponiya florasının tədqiqatçısı Karl İvanoviç Maksimoviçin (1827-1891) şərəfinə adlandırılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan, yarpağı tökülən, şaxələnmiş, çoxbudaqlı koldur. Qoca zoğların qabığı açıq-boz, cavan zoğların qabığı yaşıl və ya bənövşəyi olub, tükcüksüzdür. Yarpaqları ellipsvarı və ya uzunsov-yumurtavarı, uzunluğu 3-7 sm, tünd-yaşıl, qısa saplaqlı, kənarları tükcüklüdür. 4-5 yaşından başlayaraq mayın ikinci yarısından iyunun əvvələrinə qədər çiçəkləyir. Çiçəkləri bənövşəyi-qırmızıdır, 13 mm-dək uzunluqda, yarpaqların qoltuqlarında cüt yerləşir və hər cüt öz yarpağı altında gizlənmişdir. Tez böyüyür.
Qafqaz doqquzdonu
Qafqaz doqquzdonu (lat. Lonicera caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. İlk dəfə Qafqazda təsvir edilmiş, Kiçik Asiyada qeydə alınmışdır. Hündürlüyü 3,5 m-ə çatan, dikduran gövdəli, alçaqboylu ağac və ya koldur. Yarpaqları uzunsov-oval və ya yumurtavarı-ovalşəkillidir, yarpaq damarları 4–13 cüt olub, aydın seçilir. Çiçəkləməsi yarpaqlamadan sonra baş verir. Dişiciyi 2 və ya 5 yuvalıdır. Erkəkciyi 5-dir. Çiçəkləri yarpaq qoltuğunda cüt və ya dəstə ilə yerləşir, ziqomorfdur, ikidodaqlıdır, üst dodağı 4, alt dodağı isə birləçəklidir. May ayında çiçəkləyir.
Tatar doqquzdonu
Tatar doqquzdonu (lat. Lonicera tatarica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Cənubi Sibirdə, Orta Asiya dağlarında, Tyan-Şanda, Altada bitir. Hündürlüyü 1,5-2,5 m-ə qədər olan koldur. Gövdəsinin qabığı bozumtul rəngdə olub, tədricən soyulur. Cavan zoğları hamar, sarımtıl-qonur rənglidir, zoğun ucunda yumurtavari, qarşı-qarşıya yerləşmiş tumurcuqları olur. Yarpaqları 6 sm uzunluqda və 3 sm enində olmaqla yumurtavarı və ya neştərvarı formalıdır, ucdan sivriləşmiş, bəzi hallarda iridir, yarpaq qoltuğunda cüt-cüt yerləşir, ləçəkləri ağ və ya tünd çəhrayı rənglidir. Meyvəsi 7 mm diametrində, qırmızı və ya sarımtıl rəngli, kürəvidir, avqust ayında yetişir, acıdır, yeyilmir, budaqlar üzərində cüt-cüt sərbəst və ya azacıq bitişik halda olur. Təbii halda meşə-çöl zonasında, çay vadilərində, qayalarda, meşə yaruslarında kölgəli ərazilərdə bitir. Böyük Qafqazda, Kür-Araz ovalığında və Cənub böıgəsində rast gəlinir.
Yapon doqquzdonu
Yapon doqquzdonu (lat. Lonicera japonica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Yaponiya, Koreya və ya Çində yayılmışdır. Ətirli yarımhəmişəyaşıl lianadır. Yapon doqquzdonu çox tez böyüyür və çoxlu miqdarda zoğlar əmələ gətirir.2 ildən bir iyun-iyul aylarında bol və uzunmüddətli çiçəkləyir. Onun çiçəkləri ağ, al-qırmızı çalarlı və ətirli olur. Zərif yarpaqlı, qızılı-sarı naxışlı formaları vardır. Quraqlığa davamlıdır, münbit torpağı sevir. Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. Yol kənarlarında istifadəsi məqsədyönlüdür.
Etrusk doqquzdonu
Etrusk doqquzdonu (lat. Lonicera etrusca) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Kanada doqquzdonu
Kanada doqquzdonu (lat. Lonicera canadensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Maak doqquzdonu
Maak doqquzdonu (lat. Lonicera maackii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Şimal-Şərqi Çin, Yaponiya və Koreyada palıd və qarağac meşələrində, çay sahillərində bitir. == Botaniki təsviri == Kolun hündürlüyü 4 m-dir. Tünd-yaşıl rəngli yarpaqların uzunluğu 5-8 sm, yumurtavarı və ya ellipsvarıdır, şaxələnmiş çətirin diametri 3-4 m-ə çatır. Çiçəkləməsi 4-5 yaşından başlayır, mayın axırından iyunun əvvəlinə qədər və ya iyunun ikinci yarısına qədər, təxminən 7-9 gün çəkir. Çiçəkləri qıfşəkilli, ağ rəngli olub, uzunluğunu 2 sm-dir. 5-8 yaşından hər il bol meyvə verir, meyvələri avqustun ikinci yarısından sentyabrın birinci yarısınadək yetişir. Giləmeyvələri oturaq, şarşəkilli, sərbəstdir, yeməli deyil. == Ekologiyası == Qışa, kölgəyə, quraqlığa, soyuğadavamlıdır, torpağa tələbkar deyil, zərərverici və xəstəliklərə az yoluxur.

Значение слова в других словарях