Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paralel
Pаralel — elmdə və ədəbiyyatda işlədilən uyğunluq və oxşarlıq termini. Paralel (coğrafiya) — Yer kürəsində simvolik olaraq ekvatora paralel keçən müstəvilər sistemi.
Paralel (həndəsə)
Həndəsədə paralel xəttlər — bir-biri ilə heç vaxt kəsişməyən düz xəttlərə deyilir.
Paralel hesablama
Paralel hesablama — bir neçə hesablamanın eyni zamanda edilməsidir. Elə böyük məsələlər olur ki, onlar kiçik hissələrə bölünə bilirlər və bu kiçik hissələr paralel olaraq hesablana bilir.
Paralel köçürmə
Paralel köçürmə Müstəvinin (eləcə də fəzanın) bütün nöqtələrini eyni istiqamətdə və məsafədə saxlamaqla özü-özünə inikas etdirən çevirmədir.
Paralel port
LPT – sətir-sətir çap qurğusunun məntiqi adı; MS-DOS əməliyyat sistemində printerin paralel portları üçün ayrılmış şərti ad, məsələn: LPT1, LPT2 və LPT3. Birinci paralel port (LPT1), adətən, MS-DOS’da həm də möhkəm kopiyanın ilkin çıxış qurğusudur (PRN) mode lpt1:=com1: DOS komandası lpt1-i yenidən təyin edərək com1-ə (birinci ardıcıl porta) bərabər edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Üç paralel çay
"Üç paralel çay" (çin. 三江并流, Pinyin: Sānjiāngbìngliú) — Çində milli park. Park Sino-Tibet dağlarında, Yunnan əyalətinin şimal-qərbində yerləşir. Əraziyə əsasən Asiyanın ən böyük çayları olan Yanszı, Mekonq və Saluinin yuxarı axarları daxildir. Məhz bu ərazidə bu çaylar demək olar ki, biri-birinə paralel olaraq axır. Üç paralel çay UNESCO-nun Ümumdünya irsi obyektləri siyahısına daxildir. == Ümumi məlumat == Paralel şəkildə axan bu üç çay dərin dərələrə malikdir (3000 m). Yüksək dağlıq və çətin keçilən ərazilərin çoxluğu ilə xarakterizə olan bu bölgə həm də, yüksək endemikliyi ilədə fərqlənir. Ərazidə ən yüksə zirvə Kavaqebodur(6740 m). Geoloji baxımdan zəngin olan bu ərazidə daha çox maqmatik süxurlar üstünlük təşkil edir.
38-ci şimal paraleli
38 şimal paraleli 1950–1953-cü illərdə Koreyada vətəndaş müharibəsi nəticəsində Şimali və Cənubi Koreya arasında çəkilmiş dünyada yeganə süni sərhəddir. Bu sərhəd iki ölkənin dövlət sərhədi olmuşdur. Bu günə qədər həmin sərhəd qorunur, hər iki dövlət daim rəqabət şəraitində yasayırlar.
40-cı paraleldə (film, 2016)
40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”. Kinoalmanax 2016-cı ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.
Düzbucaqlı paralelepiped
Düzbucaqlı paralelepiped – Oturacağı düzbucaqlı olan düz paralelepipede düzbucaqlı paralelepiped deyilir.12 tili vardır və bir təpədən çıxan tillərinə onun ölçüləri deyilir. Bu ölçülər eni uzunluğu və hündürlüyüdür. Teorem: düzbucaqlı paralelepipedin dioqanılının kvadratı onun bir təpədən çıxan tillərinin(üç ölçüsünün) kvadratları cəminə bərabərdir. Düzbucaqlı paralelepiped ilə bağlı aşağıdakı düsturlar vardır. Düzbucaqlı paralelepipedin həcmi: V = a ⋅ b ⋅ c {\displaystyle V=a\cdot b\cdot c} Düzbucaqlı paralelepipedin tam səthinin sahəsi: S t a m = 2 ⋅ ( a ⋅ b + a ⋅ c + b ⋅ c ) {\displaystyle S_{tam}=2\cdot (a\cdot b+a\cdot c+b\cdot c)} Düzbucaqlı paralelepipedin yan səthinin sahəsi: S y a n = 2 ⋅ ( a ⋅ c + b ⋅ c ) {\displaystyle S_{yan}=2\cdot (a\cdot c+b\cdot c)} Düzbucaqlı paralelepipedin diaqonalları: d 2 = a 2 + b 2 + c 2 {\displaystyle d^{2}=a^{2}+b^{2}+c^{2}} a {\displaystyle a} və b {\displaystyle b} -oturacağın tərəfləri, c {\displaystyle c} — paralelepipedin tili, d {\displaystyle d} isə diaqonalıdır.
Paralelepiped
Paralelepiped (yun. παράλλος — paralel, yun. επιπεδον — müstəvi) — oturacaqları paraleloqram olan prizmadır. == Xassələri == Paralelepiped hər bir diaqonalın mərkəzinə nəzərən simmetrikdir. Paralelepipedin qarşı tərəfləri paralel və bərabərdir.
Paraleloqram
Paraleloqram – Qarşı tərəfləri paralel olan dördbucaqlı. Pareloqramin 4 tili Vardir == Diaqonalları == Diaqonalları bir-birinə bərabər deyil; Diaqonalları bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür; Diaqonalları tənbölən deyil; Hər bir diaqonal paraleloqramı iki bərabər üçbucağa ayırır; Diaqonalların birini d1 digərini d2 adlandırsaq: d12 + d22= 2(a2+b2); == Xassələri == Paraleloqramın aşağıdakı xassələri var: Qarşı tərəfləri bir-birinə bərabərdir(konqruyentdir). Qarşı tərəfləri bir-birinə paraleldir. Qarşı bucaqlar bərabərdir(konqruyentdir). Bir tərəfə bitişik bucaqların ( α {\displaystyle \alpha } və β {\displaystyle \beta } ) cəmi 180°-yə bərabərdir: α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Daxili bucaqlarının cəmi 360°-dir. Böyük tərəfə çəkilmiş hündürlük kiçik, kiçik tərəfə çəkilmiş hündürlük böyük olur. Paraleloqramın simmetriya oxu yoxdur. Paraleloqramın daxilinə və xaricinə çevrə çəkmək mümkün deyil. Paraleloqramın kor bucaq təpəsindən (şəkil 1-də bucaq A kor bucaqdır) çəkilən hündürlükləri arasındakı bucaq elə onun iti bucağına bərabərdir.
Paraelm
Paraelm (q.yun. παρα – «yaxınlığında») — elmi metodologiyanın qeyri-elmi xarakter daşıyan mövzulara tətbiqinə meylli ideoloji-hipotetik, nəzəri və psevdonəzəri anlayış və təlimlər qrupu. Bunun ən gözəçarpan nümunəsi parapsixologiyadır. Bu, psixoloji metodologiyanı özünəməxsus mövzuda – qeyri-adi, bəzən təkrarlana bilməyən psixi hadisələrlə bağlı tədqiqatlarda yaymağa çalışır. Paraelmi biliklər mövcud elmi bilik növlərinə alternativ kimi yaranır, elmi nəzəriyyələrin qurulması və əsaslandırılması meyarlarına cavab vermir və tədqiq olunan faktların rasional şərhini verə bilmir. Aksioloji və ideoloji cəhətdən paraelmi konsepsiyalar çox vaxt antisientist cərəyanları ilə əlaqələndirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Алябьева, Зоя Сергеевна. Глава 15. Вненаучное познание. Паранаука // Философия и методология познания: Учебник для магистров и аспирантов (PDF).
Parasels
Parasels (ingiliscə əsl adı Philippus Aureolus Theophrastus Bombast von Hohenheim; 10 noyabr 1493, Aynzideln[d], Qədim İsveçrə İttifaqı – 24 sentyabr 1541, Zalsburq, Zalsburq arxiyepiskopluğu[d], Müqəddəs Roma imperiyası) — tanınmış əlkimyaçı, həkim, okkultist. == Həyatı == 1493-cü ilin sonunda Eynzidelndə, Şvis kantonunda anadan olub, 1541-ci il sentyabrın 24-də Zalsburqda vəfat edib İsveçrənin Sürix şəhərinin yaxınlığında kiçik bir kənddə dünyaya gözünü açan bu körpəyə atası Fillipp adını verdi. Parasels adını isə Fillipp özü qazandı. Daha doğrusu, dövrünün qədim təbibi Selsin şan-şöhrətini, uğurunu yaşamaq məqsədilə Fillipp "Selsə oxşayan" anlamını verən bu adı şəxsən özü seçdi. Baxıcı anası və həkim atası ailəni çətinliklə dolandırırdı. Onlardan övladlarına qalacaq yeganə var-dövlət isə zəngin kitabxanadan ibarət idi. Tərcümeyi halında məktəb təhsili haqda heç bir məlumat verilmir. Mənbələr onun özbaşına təhsil almasında israrlıdır. Məktəb təhsili olmadığı üçün nəzəri biliklərin öyrənilməsi və mənimsənilməsinə marağı az olmuşdur. O öz fəaliyyətində praktiki vərdiş, adət-ənənə və müşahidələrə üstünlük vermişdir.
Arakel
Arakel — erməni kişi adı. Arakel Təbrizli — erməni əsilli salnaməçi, tarixçi və din adamı.DigərArakel — Gürcüstanın Bolnisi rayonunundakı kəndin digər adı.
Luis Paradela
Luis Xavier Paradela Diaz (21 yanvar 1997-ci ildə anadan olub) — Kuba təmsilçələrindən olan Pinar del Rio klubunda hücumçu kimi çıxış edən peşəkar Kuba futbolçusudur. == Milli karyerası == Paradela Kuba milli futbol komandasında debütünü 27 avqust 2018-ci ildə Barbados millisinə qarşı oyunda etmişdir. Həmin görüşdə Kuba rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, 8 sentyabr 2018-ci ildə Törks və Kaykos adaları millisinə qarşı oyunda het-triklə yadda qalmış və millisi rəqibinə 11-0 hesabı ilə qalib gəlmişdir. Bu nəticə Törks və Kaykos adaları millisinin ən böyükhesablı məğlubiyyəti kimi tarixə düşmüşdür. == Karyera statistikası == === Milli komanda === 11 sentyabr 2018 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Kuba hesablamasının birinci siyahısındadır.
Paralar (Həştrud)
Paralar (fars. پارالار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 238 nəfər yaşayır (42 ailə).
Paralio Astros
Paralio Astros (yun. Παράλιο Άστρος) – Yunanıstanda şəhər.
Pasarel adası
Pasarel adası (bolq. остров Пасарел, ‘Ostrov Pasarel’ \'os-trov pa-sa-'rel\) — Antarktidanın Cənubi Şetland adalarında yerləşən, İngilis boğazının qərb tərəfində yerləşən Aitço adaları arxipelaqına daxil olan buzlaqsız adadır. Ada Barrientos adasından 900 m şimal-qərbdə, Siyerra adasından 1.35 km şimal-şərqdə və Emeline adasından 650 m cənub-şərqdə yerləşmişdir. Adanın uzunluğu 450 m, eni 260 metrdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf edilmişdir. Pasarel adası Bolqarıstanın qərbində yerləşən Dolni Pasarel şəhərinin adını daşıyır. == Yerləşməsi == Ada 62°23′50″ c. e. 59°46′30″ q. u.
Qarabel qaratoyuq
Qarabel qaratoyuq (lat. Zoothera schistacea) — asiya qaratoyuğu cinsinə aid heyvan növü.
Qarabel siyənək
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. == Morfoloji əlamətləri == D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Qaratel Hacımahmudova
Qaratel Hacımahmudova (tam adı: Qaratel Şəmi qızı Hacımahmudova; d. 1948, Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan SSR, SSRİ — ö. 14 iyun 1992, Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açmışdı. 1962-ci ildə Aşağı Əskipara kəndin orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1970–1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1976–1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib. Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === 1990-cı ildə kiçik qardaşı Hümbətlə son dəfə meydanda rastlaşırlar. Qaratel Hacımahmudova ondan fikrini soruşur.
Solanum paralum
Solanum paralum (lat. Solanum paralum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Öykü Karayel
Öykü Karayel (20 avqust 1990, İstanbul) — türkiyəli aktrisa. == Həyatı == Öykü Karayel, 20 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. == Şəxsi həyatı == Öykü Karayel, 12 iyul 2018 tarixində Can Bonomo ile evləndi.
Arakel (Xocavənd)
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdırXIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir.Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur. Celyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.
Arakel Babaxanyan
Leo (erm. Լեո, əsl adı Arakel Qriqoryeviç Babaxanyan; 26 aprel (8 may) 1860, Şuşa – 14 noyabr 1932, İrəvan, Ermənistan SSR, SSRİ) — erməni tarixçisi və yazıçısı. O, İrəvan Universitetinin professoru olmuşdur. == Həyatı == Arakel Babaxanyan Rusiya imperiyasında, Şuşa şəhərində anadan olmuşdur. O, məktəbi bitirmiş, özünütəhsillə məşğul olmuşdur. Şuşada və Bakıda "Aror" erməni mətbəəsində, Qazaryan qardaşları mətbəəsində notarius işçisi, teleqraf və menecer kimi işləmişdir. 1895–1906-cı illərdə "Mşak" qəzetinin əməkdaşı, redaktoru olmuşdur. 1906–1907-ci illərdə Gevorq seminariyasında dərs demişdir. 1924-cü ildən ömrünün sonuna kimi İrəvan Universitetində dərs demişdir. == Elmi fəaliyyəti == O, XX əsrin əvvəllərində Ermənistan tarixinin və mədəniyyətinin əsas problemlərinə dair çoxlu tədqiqatlar dərc etdirmişdir.
Arakel Davrizetsi
Arakel Davrizetsi (erm. Առաքել Դավրիժեցի, fars. آراکل_داوریژتسی‎) — erməni əsilli salnaməçi, tarixçi və din adamı. 1595-ci ildə Səfəvi İmperiyasının keçmiş paytaxtı Təbrizdə anadan olan Arakel Davrizetsi XVII əsr, Səfəvi, Osmanlı, Qafqaz bölgəsi haqqında məlumat verən önəmli qaynaqlardan biri hesab edilir. 1670-ci ildə Eçmiədzin Monastrında vəfat etmişdir. Hələ həyatda ikən onun 1662-ci ildə tamamladığı "Tarix kitabı" əsri, 1669-cu ildə Amsterdamda nəşr edilmişdir. 1602-1662-ci illər əhatə edən əsər 58 fəsildən ibarət olub, müəllif səyahətləri zamanı baş vermiş hadisələrin iştirakçıları ilə şəxsən görüşmüş, hadisələrin xronologiyasını dəqiqləşdirmiş, əlyazmalar və mənbələrdən istifadə etmişdir. Səfəvi-Osmanlı müharibələri, Cəlalilər hərəkatı, Koroğlu, Şah Abbasın köçürmə siyasəti (xüsusiylə Culfadan), Azərbaycanın iqtisadi həyatı, verigilər, mükəlləfiyyətlər, əhalinin ümumi vəziyyəti, Təbriz zəlzələsi (1641) vs. mövzular haqqında məlumatlar vermişdir. Erməni Qriqoriyan Kilsəsinin mövqeyindən çıxış edən Arakel Davrizetsi əsərində hakim sinfin mənafeyini müdafiə edir, xalq hərəkatına mənfi münasibət bəsləyirdi.
Arakel Təbrizli
Arakel Davrizetsi (erm. Առաքել Դավրիժեցի, fars. آراکل_داوریژتسی‎) — erməni əsilli salnaməçi, tarixçi və din adamı. 1595-ci ildə Səfəvi İmperiyasının keçmiş paytaxtı Təbrizdə anadan olan Arakel Davrizetsi XVII əsr, Səfəvi, Osmanlı, Qafqaz bölgəsi haqqında məlumat verən önəmli qaynaqlardan biri hesab edilir. 1670-ci ildə Eçmiədzin Monastrında vəfat etmişdir. Hələ həyatda ikən onun 1662-ci ildə tamamladığı "Tarix kitabı" əsri, 1669-cu ildə Amsterdamda nəşr edilmişdir. 1602-1662-ci illər əhatə edən əsər 58 fəsildən ibarət olub, müəllif səyahətləri zamanı baş vermiş hadisələrin iştirakçıları ilə şəxsən görüşmüş, hadisələrin xronologiyasını dəqiqləşdirmiş, əlyazmalar və mənbələrdən istifadə etmişdir. Səfəvi-Osmanlı müharibələri, Cəlalilər hərəkatı, Koroğlu, Şah Abbasın köçürmə siyasəti (xüsusiylə Culfadan), Azərbaycanın iqtisadi həyatı, verigilər, mükəlləfiyyətlər, əhalinin ümumi vəziyyəti, Təbriz zəlzələsi (1641) vs. mövzular haqqında məlumatlar vermişdir. Erməni Qriqoriyan Kilsəsinin mövqeyindən çıxış edən Arakel Davrizetsi əsərində hakim sinfin mənafeyini müdafiə edir, xalq hərəkatına mənfi münasibət bəsləyirdi.
Death Parade
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Katolikos Arakel
Katolikos Arakel - Albanların LXXII katolikosu. == Katolikosluğu == Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.