Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Edvard Mills Parsell
Edvard Mills Parsel (ing. Edward Mills Purcell; 30 avqust 1912[…], Teylorvill[d], İllinoys – 7 mart 1997[…], Kembric, Massaçusets) — amerikalı fizik, 1952-ci ildə "dəqiq nüvə maqnit ölçmələri və əlaqəli kəşflər üçün yeni üsulların işlənib hazırlanmasına görə" fizika üzrə Nobel mükafatı laureatı (Feliks Blox ilə birgə). ABŞ Milli Elmlər Akademiyasının üzvü (1951), London Kral Cəmiyyətinin xarici üzvü (1989).
Marsel
Marsel (fr. Marseille) — Fransanın ən iri dəniz limanı Bouches-du-Rhône departamentinin inzibati mərkəzi. Lion körfəzinin (Aralıq dənizi) sahilində yerləşir. == İqtisadiyyatı == Marseldə beynəlxalq hava limanı, iri dəniz limanı kompleksi var. Dəniz limanının illik yük dövriyyəsi 90 milyon tondur. Neft emalı, neft-kimya sənayesi, qəmiqayırma, təyyarə istehsalı müəssisəsləri vardır. Strasburq və Karlsruedən (AFR) keçən transavropa neft kəməri Marseldən başlayır. 1977-ci ildən etibarən Marseldə 24 stansiyaya malik metropoliten fəaliyyət göstərir.
Parsek
Parsek (işarəsi: pc; ingiliscə: Parsec) - astronomiyada istifadə olunan məsafə ölçü vahididir. Parallaksı 1 dərəcə olan göy cisminin uzaqlığı 1 parsekdir.
Sarsel
Sarsel (fr. Sarcelles) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 1 127 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 17 km şimal, Serji bələdiyyənin 24 km şərqdə yerləşir.
Marsel (rayon)
Marsel (fr. Marseille) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından biri. Departamenti — Landlar. Suprefektura — Marsel. Rayon əhalisi 2006-cı ildə 1 029 736 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1532 nəf / km². Rayon ərazisi — 672 km².
Marsel Berger
Marsel Berger (14 Aprel 1927-15 Oktyabr 2016) — Fransalı riyaziyyatçı. Fransız differensiyal həndəsəsinin banisi, Ən yüksək elmi araşdırmalar institutunun (İHES) proffessorudur. Lasseube şəhərinin La Kastera bölgəsində yaşamışdır. Berger Mixail Qrimovun Paris Universitetində və İHES-də işə qəbul olunarkən ona yaxından kömək etmişdir. == Mükafatları və uğurları == 1956 Pekkot mükafatı, Fransa kolleci 1962 Maurise Odin mükafatı 1969 Karriyere mükafatı, Elmlər Akademiyası 1978 Lekonte mükafatı, Elmlər Akademiyası 1979 Qaston Xuliya mükafatı 1991 Lester R. Ford mükafatı == Elmi işləri == Berger, M.: Geometry revealed. Springer, 2010. Berger, M.: What is... a Systole? Notices of the AMS 55 (2008), no. 3, 374–376.
Marsel Düşan
Marsel Düşan (fr. Marcel Duchamp; 28 iyul 1887 – 2 oktyabr 1968) — fransız-amerikan rəssam, heykəltaraş. Kubizm, konseptualizm, dadaizmlə bağlı bir neçə əsər müəllifidir. Düşanın adı Pablo Pikasso və Anri Matiss kimi sənətçilərlə birlikdə XX əsrin ilk onilliklərində plastik incəsənətdə inqilabi inkişafı müdafiə edən üç sənətçidən biri kimi hörmətlə anılıb. Onun XX və XXI əsr incəsənətinə böyük təsiri olub. == Uşaqlığı və təhsili == Marsel Düşan 28 iyul 1887-ci ildə Fransanın şimalındakı Yuxarı Normandiya regionunun Blenvil-Krevon kommunasında anadan olub və mədəni fəaliyyəti olan ailədə böyüyüb. Ana babası Emil Frederik Nikol rəssam və nəqqaş idi. Ailənin digər üzvləri isə şahmat oynayır, kitab oxuyur, rəsm çəkir və musiqi bəstələyirdilər. Yucin və Lüsi Düşanların 7 övladı olub; onlardan biri körpə ikən ölüb, dördü isə uğurlu sənətçi olub. Marsel Düşan aşağıdakıların qardaşıdır: Jak Viyon (1875-1963) - rəssam, tipoqraf Raymon Düşan-Viyon (1876-1918) - heykəltaraş Syuzan Düşan (1889-1963) - rəssam Böyük qardaşları Ruan şəhərində məktəb oxuduqlarına görə, Marsel, bacısı Syuzan ilə daha yaxın olub.
Marsel Efroimski
Marsel Efroimski (ivr. ‏מרסל אפרוימסקי‏‎; doğ. 13 fevral 1995, Kfar Saba, İsrail) — israilli şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2016). == Şahmat karyerası == Efroimskinin valideynləri İsrailə keçmiş Sovetlər ittifaqından köçüblər. Eforimski iki dəfə gənclər arasında şahmat üzrə dünya çempionatının qalibi olub: 2007-ci ildə Kemerdə keçirilən 12 yaşadək şahmatçılar kateqoriyasında və 2009-cu ildə Antalyada keçirilən 14 yaşadək şahmatçılar kateqoriyasında. Eforimski 2009-cu ildə 14 yaşadək gənclər arasında Avropa çempionu olub. 2011-ci ildə 16 yaşadək gənclər arasında Avropa çempionatında Mariya Severina, Mariya Tançyura, Filiz Osmanoca və Amalya Aranas ilə 1–4-cü yerləri bölüşdürmüşdür. O, 2008 Drezden, 2010 Xanti-Mansi və 2012 İstanbul Şahmat Olimpiadalarında İsraili təmsil etmişdir. Efroimski, 2008-ci ildə qadınlar arasında FİDE ustası adına, 2011-ci ildə qadınlar arasında beynəlxalq usta adına və 2016-cı ildə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Marsel Efroimski.
Marsel Eme
Marsel Eme(fr. Marcel Aymé; 29 mart 1902[…] – 14 oktyabr 1967[…], Paris) — fransız yazıçı. == Həyatı == Tanınmış fransız yazıçısı Mrasel Eme 29 mart 1902-ci ildə Fransanın Juani şəhərində anadan olub. Onun valideynləri Jura əyalətinin kəndliləri idi. Emenin uşaqlıq və yeniyetməlik illəri də həmin əyalətdə keçib. "Vuivra" romanının mövzusu da elə Jura əyalətinin bir əfsanəsindən götürülüb. Marsel Eme əsasən kənd mövzusunda yazan bir yazıçı kimi tanınıb. Onun əsərlərində fransız kəndinin həyat tərzi, yaxud şəhərə köçmüş kəndlinin iztirabları əsas mövzu olaraq qalır. Eme bədii yaradıcılığa əsasən 30-cu illərdən başlayıb, 1930-cu ildə "Adsız küçələr", 1933-cü ildə "Yaşıl madyan", 1934-cü ildə "Cırtdan", 1935-ci ildə "Alçaq ev", 1936-cı ildə "Surdin dəyirmanı" romanlarını, "Şəkilli quyu" adlı hekayələr kitabıın nəşr etdirib. 40-cı illər Marsel Eme yaradıcılığının məhsuldar illəri olub.
Marsel Erdal
Marsel Erdal (1945) — Alman dilçisi və türkoloqu. Frankfurt-Maynda İohann Volfanq Hete adına universitetin türkologiya kafedrasının müdiridir. İstanbulda Robert kolleci bitirib.MDB-də yaşayan türklərin dilini, əsasən də Şor dilini öyrənir.
Marsel Kaşen
Marsel Kaşen (fr. Marcel Cachin; 20 sentyabr 1869[…] – 12 fevral 1958[…]) — Fransa siyasətçisi, kommunist. == Həyatı == Kaşen 1869-cu il sentyabrın 20-də Lamanş dənizi sahilində, Pempole şəhərciyinin Kot-dü-nor departamentində anadan olmuşdur. Kaşen ömrünün son günlərinədək tez-tez baş çəkdiyi doğma şəhərinin sadə adamları ilə sıx əlaqə saxlayırdı. Bretanın kəndliləri, dənizçiləri, balıqçıları Kaşeni nəvazişlə bizim "Marsel ata" adlandırırdılar. Kaşen onlarla breton dilində sərbəst danışırdı. Adamlar fəhlə hərəkatına müxtəlif yollarla qoşulurlar. Marsel Kaşenin də öz yolu var idi. Kaşenin özünün xatırladığı kimi, 1891-ci ilin əvvəllərində o, siyasətdən uzaq idi. Hər şeylə maraqlanan iste'dadlı gənc, o zaman Bordo universitetinin fəlsəfə fakültəsində boyük həvəslə oxuyurdu.
Marsel Kipaç
Marsel Kipaç (12 fevral, 1894 - 12 avqust, 1915) — Elektronika, maqnetizm, akustika, səs siqnallarının ötürülməsi sahələri üzrə xorvat ixtiraçı. == Haqqında == Marsel Krijevtsıda nüfuzlu Kipaç ailəsində anadan olmuşdur. Kipaç ailəsi Krijevtsıya XIX əsrin əvvəllərində gəlmiş və şəhərdə nüfuzlu ailəyə çevrilmişdir. O, Berlində iqtisadiyyat, Şarlottenburqda isə elektrik mühəndisliyi üzrə təhsil almışdır. 16 mart 1910-cu ildə Berlində 15 yaşlı oğlan - Marsel dəmir və ya maqnitik gücün köməyi olmadan şimalı göstərə bilən dəniz kompası hazırlamışdır. O, təkmilləşdirilmiş versiyanı 20 dekabr, 1911-ci ildə Londonda patentləşdirdi. Fransada o arabanın işıqlandırılması üçün dinamonu patentləşdirdi. Bu ixtira elektrik generatorun arabanın mexaniki sürücüsü ilə kombinəedilmiş versiyası idi. Onun "kiçik transformatoru" aşağı gərginlikdə "Kipaç-Veyland Sistemi" nə uyğun olaraq geniş tətbiq olundu. O elektrikin qidalandırma blokunu söndürməyi də patentləşdirib.
Marsel Prust
Valentin Lui Jorj Ejen Marsel Prust (fr. Valentin Louis Georges Eugène Marcel Proust; 10 iyul 1871[…], Parisin 16-cı dairəsi[d] – 18 noyabr 1922[…], Parisin 16-cı dairəsi[d]) — Fransa romançısı, esseçisi və tənqidçisi. Onun ən məşhur əsəri 1913-1927-ci illər aralığında yazdığı, yeddi cilddən ibarət İtirilmiş zamanın axtarışında (fr. À la recherche du temps perdu) romanıdır. O, 20-ci əsrin ən nüfuzlu yazıçı və tənqidçilərindən biri kimi qəbul edilir. == Həyatı == Marsel Prust 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarımçıq qalır. Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır.
Marsel dönüşü
Marsel dönüşü, bəzən Marsel ruleti, 360 və ya Rulet — futbolda dribblinq fəndi. Dieqo Maradona və Zinəddin Zidan bu hərəkətin ən görkəmli istifadəçisi olduqlarlarından, bu dribblinqə arada Maradona dönüşü və ya Zidan dönüşü də deyilir.
Marsel kafirotu
Marsel sabunu
Marsel sabunu — Fransanın Marsel şəhərinin ətrafında bitki yağlar ilə hazırlanan ənənəvi sabun. Ənənəvi olaraq, sabun Aralıq dənizindən olan dəniz suyu, zeytun yağı, və qələvi kimyəvi soda külü (natrium karbonat) və kül suyu (natrium hidroksid) qarışmasından hazırlanır. Hazırda bu sabunun iki əsas növü var. İlkinci növ zeytun yağı ilə hazırlanır; ikinci növ isə xurma yağı və ya xurma və kopra yağı qarışığı ilə eyni prosesiylə hazırlanır.
Marsel Şlutt
Marsel Şlutt (alm. Marcel Schlutt‎; 1 avqust 1977) — Almaniyalı kino aktyoru, model, fotoqraf və kolumnist. == Həyatı == Marsel Demmin şəhərində (Meklenburq-Ön Pomeraniya), nalbəndçi ailəsində anadan olmuşdu. Ailənin yeganə uşağı idi. Almaniya birləşəndən sonra o Bilefeldə (Şimali Reyn-Vestfaliya) köçür. Gənc yaşlarından at yarışları ilə dərindən maraqlanır, hətta bir neçə dəfə yarışlarda qələbə də qazanır. Məktəbi bitirdikdənn sonra o Münsterə köçür. Marselin 18 yaşı tamam olanda, fotoqraf TeeJott onu Kölndə dərc edilən bir sıra jurnallarda model qismində çəkilməyi təklif etdi. O bir sıra illüstrə edilmiş jurnal və kitab üz qabıqlarında göründü, onun hətta çılpaq şəkilləri də burada yer aldı. So Dam Tuff agentliyinin yeni üzü olduğundan, ona Londonda və Madriddə yaşamağı təklif etdilər.
Sarsel (rayon)
Sarsel (fr. Sarcelles) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Val-d’Uaz. Suprefektura — Sarsel. Rayon əhalisi 2006-cı ildə 447 070 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1228 nəf / km². Rayon sahəsi — 364 km².
Marsel Panyol
Marsel Panyol (fr. Marcel Pagnol, /pænˈjɔːl/, pan-YAWL, Fransızca tələffüz: [maʁsɛl paɲɔl]; 28 fevral 1895[…], Oban[d] – 18 aprel 1974[…], Parisin 16-cı dairəsi[d]) — fransız yazıçı və rejissor. Otör hesab edilən Panyol, 1946-cı ildə Fransa Akademiyasına seçilən ilk rejissor oldu. Onun əsərləri əvvəlkindən daha az dəbdə olsa da, Panyol hələ də ümumiyyətlə Fransanın 20-ci əsrin ən böyük yazıçılarından biri kimi qəbul edilir və demək olar ki, hər bir vasitədə — memuarlarda, romanlarda, dramlarda və filmlərdə uğuru ilə tanınır.
İlhan Arsel
Olimpik Marsel FK
Olimpik Marsel FK (fr. Olympique de Marseille) — Fransa futbol klublarından biri. 1992/1993 mövsümündə UEFA Çempionlar Liqasının finalında İtaliyanın Milan komandasına 1:0 hesabı ilə qalib gəlib. UEFA Çempionlar Liqası: 1 1992/93 1-0 vs. Milan Fransa Liqası Çempionluğu: 9 1936/37; 1947/48; 1970/71; 1971/72; 1988/89; 1989/90; 1990/91; 1991/92; 2009/10. Fransa Kuboku: 10 1923/24; 1925/26; 1926/27; 1934/35; 1937/38; 1942/43; 1968/69; 1971/72; 1975/76; 1988/89. Fransa Liqası Kuboku: 3 2009/10; 2010/11; 2011/12. Fransa Super Kuboku: 2 2010; 2011.
Sen-Marsel (En)
Sen-Marsel (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Marsel Provans Hava Limanı
Marsel Provans Hava Limanı — Marsel şəhərindən 27 km şimal-qərbdə yerləşən beynəlxalq hava limanı.
Sen-Marsel-Bel-Akkyoy
Sen-Marsel-Bel-Akköy (fr. Saint-Marcel-Bel-Accueil) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38415. Kommunanın 2009-cu il üçün əhalisi 1 319 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 33 km şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Sen-Marsel-Bel-Akköy
Sen-Marsel-Bel-Akköy (fr. Saint-Marcel-Bel-Accueil) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38415. Kommunanın 2009-cu il üçün əhalisi 1 319 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 33 km şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Kartel
Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal ve satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyen şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Kvotanı pozan kartelin kassasına cərimə ödəyir. == Kartelin növləri == Qiymət kartelləri — ümumi və ya ortaq qiymətin müəyyənləşdirilməsi əsasında formalaşır; Satış kartelləri — ümumi satış kanallarının müəyyənləşdirilməsi əsasında formalaşır; Qiymət təyin etmə kartelləri — istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyur; Müştəri kartelləri — bazarın və müştərilərin müəyyənləşdirilməsi əsasında formalaşır; Dövlətdaxili kartellər — dövlət daxilindəki bazarları bölmək məqsədilə formalaşır ; Dövlətlərarası kartellər — dövlət müəssisələri arasında rəqabəti aradan qaldırmaq məqsədilə formalaşır.
Kassel
Kassel — Almaniyanın Hessen vilayətindəki universitet şəhəri. Fulda (d) çayı sahillərində.
Marsea
Paralel
Pаralel — elmdə və ədəbiyyatda işlədilən uyğunluq və oxşarlıq termini. Paralel (coğrafiya) — Yer kürəsində simvolik olaraq ekvatora paralel keçən müstəvilər sistemi.
Parasels
Parasels (ingiliscə əsl adı Philippus Aureolus Theophrastus Bombast von Hohenheim; 10 noyabr 1493, Aynzideln[d], Qədim İsveçrə İttifaqı – 24 sentyabr 1541, Zalsburq, Zalsburq arxiyepiskopluğu[d], Müqəddəs Roma imperiyası) — tanınmış əlkimyaçı, həkim, okkultist. 1493-cü ilin sonunda Eynzidelndə, Şvis kantonunda anadan olub, 1541-ci il sentyabrın 24-də Zalsburqda vəfat edib İsveçrənin Sürix şəhərinin yaxınlığında kiçik bir kənddə dünyaya gözünü açan bu körpəyə atası Fillipp adını verdi. Parasels adını isə Fillipp özü qazandı. Daha doğrusu, dövrünün qədim təbibi Selsin şan-şöhrətini, uğurunu yaşamaq məqsədilə Fillipp "Selsə oxşayan" anlamını verən bu adı şəxsən özü seçdi. Baxıcı anası və həkim atası ailəni çətinliklə dolandırırdı. Onlardan övladlarına qalacaq yeganə var-dövlət isə zəngin kitabxanadan ibarət idi. Tərcümeyi halında məktəb təhsili haqda heç bir məlumat verilmir. Mənbələr onun özbaşına təhsil almasında israrlıdır. Məktəb təhsili olmadığı üçün nəzəri biliklərin öyrənilməsi və mənimsənilməsinə marağı az olmuşdur. O öz fəaliyyətində praktiki vərdiş, adət-ənənə və müşahidələrə üstünlük vermişdir.
Parmen
Parmen (fr. Parmain) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Lisl-Adam. Əhalisi — 5.397 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 31 km şimalda, Serji belediyyənin 14 km şimal-şərqdə yerləşir.
Parsent
Parsent (isp. Parcent) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 11,8 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1085 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 85 km uzaqlıqda yerləşir.
Marşal
Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri "marah" — at və "scalc" — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, əyyari, qoşun) adlanırdı.
Mürsəl
Mürsəl — Kişi adı. Mürsəl Bakı — Qafqaz əsilli Türkiyə hərbiçisi. Mürsəl Həmidov — Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Qocayev — Azərbaycan jurnalisti. Digər Mürsəl (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.