Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Partlayıcı maddələr
Barıt
Mina (partlayıcı qurğu)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. == Azərbaycan ərazisində minalar == Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. == Zərərsizləşdirilməsi üsulları == Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Əldəqayırma partlayıcı maddələr
Əldəqayırma partlayıcı maddələr — partlayış üçün təyin olunmamış bir sıra digər təyinatlı maddələrdən (müxtəlif gübrələr, dərman preparatları, turşular, metal tozları və s.) düzəldilən partlayıcı maddələrdir. Əldəqayırma partlayıcı maddələr müxtəlif kimyəvi maddələrin birləşməsindən düzəldilir. Digər partlayıcılardan əsas fərqi isə, hər kəs tərəfindən düzəldilə bilinməsidir. Bu partlayıcıların gücü digər populyar sənaye partlayıcılarının gücünün- yəni trotil ekvivalentinin 60-90%-ni təşkil edir. Əldəqayırma partlayıcıların gücü qarışıqların tərkibinə görə dəyişir. Qarışığa sənaye istehsalı olan partlayıcılardan, xüsusi güc artıran qarışıqlardan qatılmaqla gücü artırıla bilər.
Bidgənə partlayışı
Bidgənə partlayışı — 12 noyabr 2011-ci il saat 12:50-də İranın Modərres qarnizonundakı (Əmirəlmomenin qarnizonu) silah anbarında baş vermiş hadisə.
Bidqəne partlayışı
Bidgənə partlayışı — 12 noyabr 2011-ci il saat 12:50-də İranın Modərres qarnizonundakı (Əmirəlmomenin qarnizonu) silah anbarında baş vermiş hadisə.
Kembri partlayışı
Kembri partlayışı — Kembri dövrünün başlanğıcında (təxminən 542 milyon il əvvəl) Dünyadakı canlı müxtəlifliyində yaşanan ani artımdır. Kembri dövründən əvvəlki dövr Yer tarixinin ən uzun dövrüdür və Yer kürəsinin ilk meydana gəldiyi zaman olan 4.6 milyard il əvvəlindən, 542 milyon il əvvəlinə qədər davam etmişdir. Bu, dünyanın dövrümüzə qədərki bütün ömrünün 88%-ə bərabərdir. Canlılıq (ilk konservatlar), Yer kürəsinin meydana gəlməsindən təxminən 600–800 milyon il sonra, 3.8–4 milyard il əvvəl ortaya çıxmışdır. Çox uzun illər (Kembri dövrünə qədər) dünyaya yalnız tək hüceyrəli bakteriyalar hökm etmişdir. Ən qədim bakteriyalar 3.8–3.46 milyard il əvvəlinə aiddir. İlk çox hüceyrəli canlılara isə ilk dəfə təxminən 700–900 milyon il əvvəl rast gəlirik. Təxminən 160–360 milyon il ərzində, ilk çox hüceyrəli canlılar yumşaq bədən formalarıyla təkamülləşmişdir. Bundan 542 milyon il əvvəl isə ilk dəfə sərt qabıqlı canlılar təkamülləşməyə başlamışdır. Kompleks quruluşlu və çox hüceyrəli ən qədim fosil 600–580 milyon il əvvəlinə aiddir.
İnformasiya partlayışı
İnformasiya partlayışı (ing. information explosion, rus. информационный взрыв, türk. bilgi patlaması) – bəşər tarixinin hazırkı dövrünə aid işlədilən geniş yayılmış termin; bu dövr onunla səciyyəvidir ki, informasiyaya yiyələnmək və onu yaymaq mexanikləşdirmə və sənayeləşdirməni çəmiyyətin hərəkətverici qüvvəsi kimi sıxışdırdı. Bu termin həm də bu gün kütləvi informasiyanın həcminin sürətlə artmasını göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == http://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=991165 Conceptualizing Information Systems and Cognitive Sustainability in 21st Century 'Attention' Economies (Includes Syllabus) http://www.sims.berkeley.edu/research/projects/how-much-info-2003/ How Much Information?
Dərviş Parisi partladır
Dərviş Parisi partladır — Azərbaycan filmi. == Məzmunu == Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi Müsyö Jordan (Sergey Yurski) mülkədar Hətəmxan ağanın (Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi (Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar. Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir. == Film haqqında == Film dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Mirzə Fətəli Axundov Ssenari müəllifi: Ədhəm Qulubəyov Quruluşçu rejissor: Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov Quruluşçu operator: Zaur Məhərrəmov, Arif Nərimanbəyov Quruluşçu rəssam: Nadir Zeynalov Geyim rəssamı: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Akif Rüstəmov Təcrübəçi rejissor: Ziyafət Abbasov Operator: Vaqif Muradov Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: V. Bereznyakov Montaj edən: Lidiya Vyalsova Redaktor: Fərman Kərimzadə Rejissor assistenti: Ziya Şıxlinski, T. Atakişiyev Operator assistenti: T. Əlizadə Rəssam assistenti: A. Stepanova Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri Dirijor: R. Məlikaslanov Filmin direktoru: Nazim Ələkbərov === Rollarda === Sergey Yurski — Müsyö Jordan Mirzə Babayev —Dərviş Məstəli şah Adil İsgəndərov — Hətəmxan ağa Leyla Bədirbəyli — Şəhrəbanu Səfurə İbrahimova — Sənəm Mömünat Qurbanova — Şərəfnisə Ənvər Həsənov — Şahbaz bəy Həsənağa Turabov — Rəşid bəy S. Bağırova — Gülçöhrə Fazil Salayev — Qulaməli Kamil Məhərrəmov — Qəmbər Ramiz Əzizbəyli — nökər V. Marianbey Fikrət Ələkbərov Osman Həqqi — bəy A. Məmmədzadə Bahadur Əliyev — bəy N. Məhərrəmov Gümrah Rəhimov — bəy Arif Mədətov — bəy (titrlərdə yoxdur) Yaqub Məmmədov (xanəndə) - Xanəndə === Filmi səsləndirənlər === Əliağa Ağayev — Hətəmxan ağa (Adil İsgəndərov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Şahbaz bəy (Ənvər Həsənov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Dərviş (Mirzə Babayev) (titrlərdə yoxdur) (Xuraman Hacıyeva) — Şərəfnisə (Mömünat Qurbanova) (titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) - Bəy (Arif Mədətov (aktyor)) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред.
Fevral 2016 Ankara partlayışı
2016 Ankara hücumu (türk. 2016 Ankara saldırısı) — 2016-cı ilin 17 fevral tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində yerli vaxtla saat 18:30-da baş vermiş bombalı hücumu. Terror aktı nəticəsində ən azı 28 nəfərin həlak olduğu və 61 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
Mart 2016 Ankara partlayışı
2016 Güvenpark hücumu (türk. Mart 2016 Ankara saldırısı) — 2016-cı ilin 13 mart tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində yerli vaxtla saat 18:45-da baş vermiş bombalı hücumu. Terror aktı nəticəsində ən azı 30 nəfərin həlak olduğu və 125 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
Dərviş Parisi Partladır (1976)
2019 Xolo kafedralında bomba partlayışı
2019 Xolo kafedralında bomba partlayışı — 27 yanvar 2019-cu ilin səhərində Filippinin Sulu əyalətinin Xolo şəhərində yerləşən Roman katolik kafedral olan Karmel dağının Müqəddəs Mariya kafedralında baş vermiş bomba partlayışı. AFP Qərbi Mindanao Komandirliyi (AFP WestMinCom) törədilən terror aktında 15 nəfər sivil əhali və 5 əsgər olmaqla 18 nəfərin həlak olduğunu, 70 nəfər sivil əhali, 2 polis məmuru, 17 əsgər və 2 sahil mühafizəçisi olmaqla 82 nəfərin isə yaralandığını açıqlamışdır. Filippin Milli Polisinin (PNP) əvvəlki açıqlamasında 20 ölünün və 111 yaralının olduğunu bildirmişdir. == Zəmin və motivasiya == Partlayışlar Banqsamoro Muxtar Regionunun yaradılması üçün keçirilən referendumdan bir həftə sonra baş vermişdir. Xolonun ən güclü terror təşkilatı olan Əbu Səyyafın da ərazisində olduğu Sulu əyalətində referendumun əleyhinə qarşı 163,526 nəfər (54.3%), lehinə isə 137,630 (45.7%) səs vermişdir. Bu qruplaşma İraq Şam İslam Dövləti terror təşkilatının bir qolu hesab olunur. Nəticələrə baxmayaraq, digər əlayətlər lehinə yetərincə səs verdikləri üçün Sulu əyaləti Banqsamoro regionun ərazisinə daxil edilmişdir.Hücumların həmçinin bölgədə səlahiyyətlərini itirən yerli cinayətkarların, quldurların, Banqsamoro hökumətinin referendum qərarından sonra uzun müddətdir ki, qarşıdurma zonalarında ASG vasitəsilə narkotik vasitələrin satışını həyata keçirənlərin, odlu silahlarla və ya silahlı qüvvəylə xüsusi təyinatlılara qarşı mübarizə aparanların da həyata keçirə biləcəklərinə inanılır. Lakin bir çox mənbə hadisənin Əbu Səyyaf tərəfindən reallaşdırıldığını təsdiqləyir. Onlar son vaxtlarda Xolo şəhərində aktivləşmiş, il ərzində partlayışlar, insan qaçırtma başlıqları ilə gündəm olmuşdular. Burada müsəlmanlar əhalinin 10% -ni təşkil edir.
Dərviş Parisi partladır (film, 1976)
Dərviş Parisi partladır — Azərbaycan filmi. == Məzmunu == Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi Müsyö Jordan (Sergey Yurski) mülkədar Hətəmxan ağanın (Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi (Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar. Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir. == Film haqqında == Film dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Mirzə Fətəli Axundov Ssenari müəllifi: Ədhəm Qulubəyov Quruluşçu rejissor: Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov Quruluşçu operator: Zaur Məhərrəmov, Arif Nərimanbəyov Quruluşçu rəssam: Nadir Zeynalov Geyim rəssamı: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Akif Rüstəmov Təcrübəçi rejissor: Ziyafət Abbasov Operator: Vaqif Muradov Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: V. Bereznyakov Montaj edən: Lidiya Vyalsova Redaktor: Fərman Kərimzadə Rejissor assistenti: Ziya Şıxlinski, T. Atakişiyev Operator assistenti: T. Əlizadə Rəssam assistenti: A. Stepanova Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri Dirijor: R. Məlikaslanov Filmin direktoru: Nazim Ələkbərov === Rollarda === Sergey Yurski — Müsyö Jordan Mirzə Babayev —Dərviş Məstəli şah Adil İsgəndərov — Hətəmxan ağa Leyla Bədirbəyli — Şəhrəbanu Səfurə İbrahimova — Sənəm Mömünat Qurbanova — Şərəfnisə Ənvər Həsənov — Şahbaz bəy Həsənağa Turabov — Rəşid bəy S. Bağırova — Gülçöhrə Fazil Salayev — Qulaməli Kamil Məhərrəmov — Qəmbər Ramiz Əzizbəyli — nökər V. Marianbey Fikrət Ələkbərov Osman Həqqi — bəy A. Məmmədzadə Bahadur Əliyev — bəy N. Məhərrəmov Gümrah Rəhimov — bəy Arif Mədətov — bəy (titrlərdə yoxdur) Yaqub Məmmədov (xanəndə) - Xanəndə === Filmi səsləndirənlər === Əliağa Ağayev — Hətəmxan ağa (Adil İsgəndərov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Şahbaz bəy (Ənvər Həsənov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Dərviş (Mirzə Babayev) (titrlərdə yoxdur) (Xuraman Hacıyeva) — Şərəfnisə (Mömünat Qurbanova) (titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) - Bəy (Arif Mədətov (aktyor)) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред.
İstanbulda bomba partlayışı (12 mart 2016)
İstanbulda bomba partlayışı — 2016-cı ilin 12 martda, yerli vaxt ilə saat 10:55-də İstiqlaliyyət küçəsində Türk əsilli hücumçunun özünü partlatması. Bu yer turistlər arasında məşhur olan eyni adlı Taksim meydanına yaxındır. Hadisə nəticəsində 5 nəfər ölüb, 36 nəfər isə yaralanmışdır.
İstanbulda bomba partlayışı (12 yanvar 2016)
İstanbulda bomba partlayışı — 2016-cı ilin 12 yanvarda, yerli vaxt ilə saat 10:20-də Sultanəhməd meydanında Suriya əsilli hücumçunun özünü partlatması. Bu yer turistlər arasında populyar olan eyni adlı Göy məscidinə yaxındır. Hadisə nəticəsində 11 nəfər ölüb, 15 nəfər isə yaralanmışdır.
Citrus paradici
Citrus paradisi (lat. Citrus paradisi) – sitrus cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın subtropik rayonlarında geniş yayılmışdır. == Botaniki təsviri == Görünüşünə görə pompenusa çoх oхşayır. Ondan meyvəsinin хırda və basıqkürəvi olması, salхımda sıх yerləşməsi, həmçinin çiçək və yarpaqlarının хırdalığına görə də fərqlənir. Yarpaqlarının saplağı ürəkvarıdır, qanadlı deyildir, toхumları çoх rüşeymlidir. Meyvəsi çoх qalın qabıqlı, ləti isə ətirli, acıtəhərdir. == Ekologiyası == Şaxtaya davamsız, rütubətsevən bitkidir. Zəngin torpaqlarda yaxşı bitir. Azərbaycanda yayılması: Cənub zonasında mədəni halda rast gəlinir.