Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Penten
Penten kimyəvi formulu С5Н10olan alkendir . Onun molekulunda bir ədəd ikiqat rabitə var. Bu sinifdə cəmi altı müxtəlif birləşmə vardır.Bu birləşmələr xətti və ya şaxəli quruluşda olub sis-trans izomerlik əmələ gətirirlər. Penten-1 alfa olefindir. Çox vaxt penten-1 neftin katalitik və ya termik krekinqinin əlavə məhsulu kimi və ya karbohidrogenlərin termik krekinqi zamanı etilen və propilen ilə birlikdə alınır. Penten-1-in yeganə istehsalcısı Sasol Ltd onu Fişer-Trops prosseslərindən alır. Penten-2 2 həndəsi izomerə, sis-penten-2 və trans-penten-2-yə malikdir. Sis-2-penten olefin istehsalında istifadə olunur. Pentenin şaxəli izomerləri 2-metilbuten-1, 3-metilbuten-1 (izopenten) və 2-metilbuten-2-dir (izoamilen). Propilen, izobuten və amilenlər alkilləşdirmə kontur emalı zavodlarında xammal kimi istifadə olunur.Amilenlər ən yaxşı təyyarə yanacqları kimi istifadə olunur.
Petrel
Petrer (isp. Petrer) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 104,26 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 34634 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir.
Petrer
Petrer (isp. Petrer) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 104,26 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 34634 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir.
Pentod
Pentod (q. yun. πέντε) — ekranlama toru olan vakuum elektron lampasıdır, içərisində dinatron effektini boğaraq, ekranlama toru ilə anod arasında üçüncü (qoruyucu və ya anti-dinatron) şəbəkə yerləşdirilir. Əksər pentodlarda üçüncü tor və katod şüşə içərisində birləşdirilir, buna görə də onların yalnız dörd siqnçıxışınainə malikdir. Tarixi ədəbiyyatda məhz bu dörd çıxışlı lampalar ciddi mənada pentodlar, üçüncü toru ayrıca çıxışı olan pentodlar isə "üç torlu lampalar" adlanırdı.
Peter
Peter — ad. Peter Bartşi — İsveçrəli keçmiş üzgüçü. Peter Pokornı — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi Peter Qutyan — Slovakiyalı üzgüçü. Peter Stormare — isveçli aktrisa. Peter Farmer — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Şmeyxel — Danimarkalı qapıçı.
Beatris Potter
Beatris Potter (28 iyul 1866[…], Vest Brompton[d], Böyük London – 22 dekabr 1943[…]) — ingilis yazıçısı, illüstrasiyaçısı və alimi. Heyvanlardan bəhs edən uşaq kitablarına üstünlük vermişdir. Ən məşhur əsəri "Dovşan Peterin nağılı"-dır. == Həyatı == 1866-cı ildə Londonda Uniteryan aiələdə anadan olan Potter, təhsilini baxıcılarından almış və digər uşaqlardan təcrid olunaraq böyüdülmüşdü. Babası Edmund Potter millət vəkili olmuşdur. Potterin atası Rupert Uilyam Potter (1832–1914) Mançesterda doğulmuş və Londonda hüquq təhsili almışdır. Atası 8 avqust 1863-cü ildə Qii Krossdakı pambıq alverçisi və gəmi istehsalçısının qızı Helen Liiç (1839–1932) ilə evləndi. 14 mart 1872-ci ildə doğulmuş Ualter Bertram adlı qardaşı olmuşdur. Onun çox sayda ev heyvanı vardı. Şotlandiyada və Leyk bölgəsində tətillər keçirir, yaxından izlədiyi və rəsmini çəkdiyi mənzərələr, flora və faunaya olan sevgisini inkişaf etdirirdi.
Fumaria petteri
Dərman şahtərəsi (lat. Fumaria officinalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. Dərman şahtərəsi 10-30 sm hündürlükdə, budaqlanan, qabırğacıqlı, içərisi boş gövdəli birillik ot bitkisidir. Bitki göyümtül-yaşıl rənglidir. Yarpaqlar gövdə üzərində növbəli düzülmüş və ikiqatlələkvari bölümlüdürlər. Çiçəkləri qırmizi rənglidir, qeyri-müntəzəmdirlər, xırda olub salxıma toplanmışdır. Kasa yarpaqları 4 ədəd, erkəkciklər 2 ədəd və 3 bölümlüdürlər. Meyvəsi uc hissədən bir qədər basıq olan fındıqcıqdır. Bitki aprel ayindan iyun aylarına qədər çiçəkləyir və iyul-avqust aylarinda meyvə verir. Azərbaycan Kür-Araz ovaliqlarından başlamış alp qurşağına qədər bütün regionlarda yayılmışdır.
Harri Potter
«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır. Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-də 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir. Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür.
Necefet-pehtet
Necefet-pehtet (q.misir nDft pHtt — "Aşağı terebint ağacı",yun. ἡ Λύκων πόλις — "Canavar (çaqqal) şəhəri") — Yuxarı Misirin XIV nomu (əyaləti). Nomun mərkəzi Kus şəhəri olmuşdur. Həmin ərazinin totemi inək sayılır. Əsas tanrısı inək buynuzlu (sonradan tac kimi təqdim edilən) gözəl cazibədar qadın obrazında təsvir edilmiş Hathordur. Hathor kultunun mərkəzi Dendera şəhəri olmuşdur və buradan da "Denderanın sahib(əs)i" epiteti yaranmışdır. İlk əvvəl regional əhəmiyyət kəsb etsə də sonradan bu kult bütün Misiri əhatə etmişdir.
Netten burnu
Netten burnu (çuk. Нэтъэн) — İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çukotski rayonu ərazisində yerləşir. Sahillərini Çukot dənizinin suları yuyur. Eskimosca (esk. Натуӄ) «çiçəklənən» mənasını verir. Burunda qədim eskimos düşərgəsi və qütb stansiyası vardır.
Pavel Pestel
Pavel İvanoviç Pestel (rus. Па́вел Ива́нович Пе́стель; 24 iyun (5 iyul) 1793, Moskva – 13 (25) iyul 1826) — Cənub dekabrist cəmiyyətinin rəhbəri.
Peeter Syuda
Peeter Syuda (30 yanvar 1883 — 3 avqust 1920) — Estoniya bəstəkarı, orqan çalan, pedaqoq. Orqan musiqisi sahəsində gördüyü işlərlə məşhurdur. Peeter Syuda fermer ailəsində anadan olmuşdur. Valideynləri çox dinə bağlı insanlar idi və musiqiylə maraqlanırdılar. Beş yaşı olsrkən Peeter Syuda orqan aləti məşğul olmağa başladı. Musiqi dərslərini ona yerli kister verirdi. 1902-ci ildən 1911-ci ilə qədər Syuda Sankt-Peterburq konservatoriyasında orqan aləti üzrə oxumağa başlamışdır. Əvvəlcə Lui Qomiliusdan (1845 — 1908), Jak Xandjindən (1886 — 1955) təhsil almışdır. 1909-cu ildən başlayaraq o həmçinin Rusiya professorları olan Anatoli Lyadovun və Aleksandr Qlazunovun əsərlərini çalmağa başlamışdır.. Sankt-Peterburqda Syuda Estoniya bəstəkarı olan Mart Saar (1882 — 1963) ilə tanış olmuşdur.
Peeter Vyaxi
Peeter Vəhi (18 may 1955)—eston bəstəkarı. Peeter Vəhi Estoniya konservatoriyasını bitirmiş, müstəqil bəstəkar və prodüser kimi işləmişdir. Hazırda ERP-nin (Estonian Record Productions), habelə beynəlxalq musiqi festivallarının bədii rəhbəridir. O, Estoniya Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, Mədəniyyət Fondu Şurasının və Estoniya Buddizm İnstitutu Şurasının üzvü, Akademik Şərq Cəmiyyətinin tamhüquqlu üzvüdür. Peeter Vəhi əsərlərində ekzotik musiqi alətlərindən və elektron vasitələrdən bacarıqla istifadə edir. Onun ən məşhur əsərləri bunlardır: "Mary Magdalene Gospel", "In the Mystical Land of Kaydara", “To His Highness Salvador D”, “Mystical Uniting”, “Pastoral of Computerized World”. Estoniyalı bəstəkar Şərq musiqisinə onda necə maraq oyanması barədə sualın cavabında bildirmişdir ki, hər şey onun Tibet, Himalay və Qafqaz dağlarına səfərlərindən başlanmışdır. P. Vəhi deyir: “Bu səfərlər zamanı mən Şərqin əsrarəngiz ab-havasını hiss etdim, unudulmaz Şərq musiqisi mənim yaradıcılığımda silinməz izlər qoydu”. Həqiqətən bu səfərlərdən sonra bəstəkar hind və tibet musiqisi ilə maraqlanmağa, tibet və yapon dillərində, habelə sanskrit dilində mətnlərə musiqi bəstələməyə başlamışdır. Peeter Vəhi 1992-ci ildən indiyə kimi, “Oriyent” Şərq mədəniyyəti festivalının bədii rəhbəridir.
Qetter Yaani
Qetter Yaani (est. Getter Jaani; d. 3 fevral 1993, Tallin) — Estoniya pop-müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı "Rockfeller Street" (azərb. Rokfeller küçəsi‎) mahnısı ilə təmsil etmiş, finala çıxmış, 24-cü yeri tutmuşdur. 1993-cü ilin 3 fevralında Tallində anadan olmuş və böyümüşdür. 2015-ci ildə gecə məktəbindən məzun olaraq diplomunu almışdır. İlk dəfə "Eesti otsib superstaari" (azərb. Estoniya super ulduz axtarışındadır‎) müsabiqəsinin 3-cü mövsümündə tanınmış və 4-cü yeri tutmuşdur. 2011-ci ildə 2011 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir və "Rockfeller Street" mahnısı ilə finalda 24-cü yeri tutmuşdur.
Sebastian Fettel
Sebastyan Fettel (alm. Sebastian Vettel‎; d. 3 iyul 1987, Heppenhaim, Almaniya) — Almaniya avtopilotu. Formula 1 seriyasının dörd dəfə dünya çempionu (2010, 2011, 2012 və 2013). 2010-cu ildə Fettel Almaniyada ilin ən yaxşı idmançısı olaraq tanınıb. Sebastyan Fettel 1987-ci il iyulun 3-də Almaniyanın Heppenhaym şəhərində Norbert Fettel və Heyke Fettelin ailəsində doğulub. Onun Fabian adlı özündən balaca qardaşı, Melani və Stefani adlı böyük bacıları var. Onun uşaqlıqda üç kumiri olub – Mixael Şumaxer, Maykl Cordan və Maykl Cekson. Uşaqlığında Maykl Cekson kimi mahnı oxumaq istədiyini, lakin səsi olmadığını bildirir. Fettel uşaqlıqdan tanıdığı Hanna Patter ilə münasibətdədir.
Sebastyan Fettel
Sebastyan Fettel (alm. Sebastian Vettel‎; d. 3 iyul 1987, Heppenhaim, Almaniya) — Almaniya avtopilotu. Formula 1 seriyasının dörd dəfə dünya çempionu (2010, 2011, 2012 və 2013). 2010-cu ildə Fettel Almaniyada ilin ən yaxşı idmançısı olaraq tanınıb. Sebastyan Fettel 1987-ci il iyulun 3-də Almaniyanın Heppenhaym şəhərində Norbert Fettel və Heyke Fettelin ailəsində doğulub. Onun Fabian adlı özündən balaca qardaşı, Melani və Stefani adlı böyük bacıları var. Onun uşaqlıqda üç kumiri olub – Mixael Şumaxer, Maykl Cordan və Maykl Cekson. Uşaqlığında Maykl Cekson kimi mahnı oxumaq istədiyini, lakin səsi olmadığını bildirir. Fettel uşaqlıqdan tanıdığı Hanna Patter ilə münasibətdədir.
Pertes xəstəliyi
Leqq-Kalve-Pertes xəstəliyi (ing. Legg-Calve-Perthes) – çox vaxt Pertes terminindən istifadə olunur. Bud sümüyünün başının osteoxondropatiyasıdır. Çox vaxt 5–10 yaşlı oğlanlarda olur, ayaqda ağrı və axsama yaranır.
Petteri Orpo
Antti Petteri Orpo (d. 3 noyabr 1969), 20 iyun 2023-cü ildən etibarən Finlandiyanın Baş naziri vəzifəsini icra edən Finlandiyalı siyasətçidir. 2016-cı ildən Milli Koalisiya Partiyasının sədridir. == Erkən həyatı və təhsili == Petteri Orpo 3 noyabr 1969-cu ildə Finlandiyanın Köyliö şəhərində anadan olub. Atası Tuomo Orpo yerli bir iş adamı, anası Marja Orpo isə evdar qadın idi. Orpo, doğulduğu şəhərdə ibtidai və orta təhsilini tamamladıqdan sonra Turku Universitetində siyasi elmlər üzrə təhsil alıb və 2002-ci ildə magistr dərəcəsi ilə məzun olub. == Siyasi karyerası == === İlk illəri və Milli Koalisiya Partiyasına yüksəlişi === Orpo siyasi karyerasına Milli Koalisiya Partiyasında başladı və sürətlə partiya daxilində irəlilədi. Gənc yaşlarından etibarən siyasətə olan marağı və liderlik qabiliyyəti ilə seçilən Orpo, partiyanın gənclər təşkilatında fəal rol oynadı. 2008-2012-ci illərdə Turku Şəhər Şurasının üzvü olaraq yerli siyasətdə təcrübə qazandı. 2011-ci ildə Finlandiya Parlamentinə (Eduskunta) seçilərək milli səviyyədə siyasi fəaliyyətə başladı.
Eşted (teleqüllə)
«Eşted» (çex. Ještěd) — Liberets yaxınlığındakı Eşted dağında (dəniz səviyyəsindən 1012 metr yüksəklikdə) 1966-1973-cü illərdə hiperboloid quruluşu şəklində inşa edilmiş bir bina. Eşted Architekt jurnalına görə Çexiyanın XX əsrdə inşa edilən ən məşhur binasıdır. Şəhərin memarlıq dominantıdır, bütün Liberest bölgəsi kimi şəhərdə olan universitet və bir futbol klubunun simvoludur. 1998-ci ildən televiziya qülləsi Çexiyanın mədəniyyət abidəsi statusuna sahibdir. 2006-cı ildə Milli Mədəniyyət abidəsi elan olunmuşdur. Müəllifin fikrinin əsası təpənin şəklini qüllənin silueti ilə təkrarlamaq, vurğuları tamamlamaq olur. Tikilinin hündürlüyü demək olar ki, 100 metrdir. Əsası 33 metr diametrli bir dairədə yerləşir. Layihənin müəllifi və memarı Karel Qubaçekdir, statik hesablamalarda Zdenek Patrman və interyerin həllində Otakar Binar iştirak etmişdir.
Filipp Peten
Filipp Peten (fr. Henri Philippe Benoni Omer Joseph Pétain; 24 aprel 1856[…], Qoşi-a-la-Tur[d], İkinci Fransa İmperiyası – 23 iyul 1951[…], Port-Juanvil[d]) — Fransa hərb və dövlət xadimi, Fransa marşalı (21.11.1918), Birinci Dünya müharibəsi zamanı fransız ordusunun komandanı (15.05.1917-ci ildən). 1940—1944-cü illərdə Fransada Vişi rejimi adlanan kollaborsionist avtoritar hökumətin başçısı olmuşdur. Kollaborsionizm (fr. collaboration) anlayışı Petenə məxsusdur.
Mette Frederiksen
Mette Frederiksen (dan. Mette Frederiksen; 19 noyabr 1977, Olborq, Danimarka) — 2019-cu ilin iyunundan etibarən Danimarkanın Baş naziri, 2015-ci ilin iyunundan etibarən isə Sosial Demokratların lideri olan danimarkalı siyasətçi. Həmkarlar ittifaqı işçisi kimi çox qısa fəaliyyətinə əlavə olaraq, Frederiksen heç vaxt siyasətdən kənar heç bir işlə məşğul olmadı. İlk dəfə 2001-ci il ümumi seçkilərində Folketinqə seçildi və Kopenhagen əyalətini təmsil etdi. Sosial Demokratlar 2011-ci il ümumi seçkilərində qalib gəldikdən sonra Baş nazir Helle Torninq-Şmitt tərəfindən Məşğulluq Naziri təyin edildi. 2014-cü ildə Ədliyyə Naziri vəzifəsinə yüksəldi. 2015-ci il ümumi seçkilərində Sosial Demokratların kiçik fərqlə məğlubiyyətindən sonra Torninq-Şmitt istefa etdi və Frederiksen onu əvəz etmək üçün növbəti seçkilərində qalib gələrək müxalifət lideri oldu. Frederiksen partiyasını 2019-cu il ümumi seçkilərinə apardı, nəticədə sol və mərkəz-sol partiyaların bloku Folketinqdə çoxluq qazandı. Frederiksen Kraliça II Marqrete tərəfindən yeni hökumət qurmaqda danışıqlara rəhbərlik etmək üçün təyin olundu və 27 iyunda Baş nazir olaraq and içdi. Danimarkanın şimalında Olborq şəhərində anadan olub.
Petti Kardenas
Petti Kardenas (19 avqust 1984) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Petti Kardenas, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Petti Rayan
Petti Rayan (ing. Patty Ryan) - Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən yaxşı mahnıları «You’re My Love, You’re My Life», «Stay with Me Tonight», «I Don’t Wanna Lose You Tonight» və «Love is the Name of the Game» mahnılarıdır. Onun musiqi stili Fancy, Modern Talking, London Boys və Bad Boys Blue kimi qruplar ilə müqayisə edilir. Bir müddət Diter Bolen ilə əməkdaşlıq etmişdir. Müğənni Avropa ilə yanaşı daha çox Yaponiya və Çin kimi ölkələrdə məşhurluq qazanmışdır.
Peste Noire
Peste Noire (ing. Peste Noire) — qrup adını qara ölümdən götürmüşdür. PN La sale Famine de Valfunde tərəfindən Avignon da 2000-ci ildə yaradılmışdır. Bu günə qədər bütün mahnılar (Folkfuck Folie albumundakı La Césarienne mahnısından başqa) La sale Famine tərəfindən yazılıb. Qrup standart blək metal elementləri ilə milli fransız instrumentləri qarışığı musiqi ifa edir. Qrupun hazırladığı musiqi çox vaxt melodik və kədərli olur, uzun müddətli mahnıların yazılması üçün xaotik və aqressiv səslərə ehtiyac duyulmaqdadır. Qrupun adlandırılması zamanı bəzən P. N. və yaxud K. P. N formalarından istifadə edilməkdədir.
Peter Akinlabi
Peter Akinlabi (28 avqust 1973) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. Peter Akinlabi Nigeriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Peter Akinlabi Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Pətək
Pətək – xırda gözcüklərdən ibarət taxtadan hazırlanmış arı ailəsi üçün yaşayış yeri, arı yuvası. Pətək arıların yaşayış yeri olduğuna görə onlar yuvanı yağışdan, qardan qoruyur və yuvada hava şəraiti üçün yararlı olmalıdır. Pətək kifayət qədər geniş düzəlməlidir ki, onu yazda və payızda havalar soyuq olduqda qısaltmaq və havalar istiləşdikcə, ailənin inkişafı və bal yığımının başlanması ilə əlaqədar genişləndirmək mümkün olsun. Arılar üçün müasir pətəklər iki əsas tələbə cavab verməlidir: birincisi-arılar üçün yaxşı yaşayış yeri və ikincisi-arılara işləyən zaman rahat olmalıdır. Ölkəmizdə aşağıdakı pətək tipləri vardır: Bir və ikigövdəli 12 çərçivəli pətəklər Çoxgövdəli (4 gövdəli) 10 çərçivəli pətək 24 çərçivəli yataq pətəklər Yarımgövdəli pətəklər Çoxgövdəli pətəklərdə bütün çərçivələrin ölçüsü 435x230 mm-dir. Qalan 4 tip pətəklərdə yuva çərçivəsinin ölçüsü 435x300 mm, yarımgövdəli pətəklərdə isə çərçivələrin ölçüsü 435x145 mm olur. Bu və ya başqa pətək növündən istifadə etdikdə yerli iqlim və baltoplama şəraiti nəzərə alınmalıdır. Köçəri arıçılıq rayonları yüngül və daşımaq üçün əlverişli olan çoxgövdəli pətəklərdən, qışı sərt keçən rayonlar isə yaxşı isti pətəklərdən istifadə edilməlidir. Pətəyi hər hansı bir rəngdə boyamaq olar. Lakin arıların müəyyən rəngli görmə xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Səttər Piriyev
Səttdər Fuad oğlu Piriyev (25 oktyabr 1998; Quba rayonu, Azərbaycan — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Hadrutun azad edilməsi zamanı "Qızılqaya" və "Üçtəpə" adlandırılan ərazilər istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.