Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paris Pişmiş
Paris Pişmiş (erm. Պարիս Փիշմիշ; 30 yanvar 1911, Konstantinopol, Osmanlı imperiyası – 1 avqust 1999, Mexiko) — erməni əsilli Türkiyə astronomu.
Kişmiş
Kişmiş — xüsusi üzüm növündən hazırlanan çərəz. Eləcə də bu üzüm növünün adı. Kişmişin bir neçə hazırlanma üsulu var. Kişmişi həm kölgədə (yəni isti və quru, amma gün düşməyən yerdə, məsələn damın altında, ilkin emaldan keçmiş üzüm salxımları ipdən asılırlar), həm də gün altında qurudurlar. Kişmişin ilkin emalı üsulları da bir neçədir: 1. Üzümün salxımlarını, rənginin açıq olmasını saxlamaq və qurudulmasının tezləşdirilməsi üçün 10 saniyə ərzində qaynar 0,5%-lik qələvi məhlulunda (10-30 qram potaş və 5-10 qram əhəng bir litr suya) emal olunurlar (sadəcə məhlula salınırlar) və sonra, soyuq suda yaxşıca yuyulurlar. Bunun nəticəsində üzümün üzərində tor əmələ gəlir. Bu üzümün qurudulması vaxtı suyun buxarlanmasını tezləşdirir. Bundan sonra, kişmişin daha yaxşı alınması üçün üzümü bir saat ərzində kükürd tüstüsünə verirlər (4 kq üzümə 1 qram kükürd). 2.
Kişmiş oyunu
Qalaqapı və ya kişmiş oyunu — Azərbaycanda tarixən oynanılan stolüstü oyun. Qo ilə oxşardır. Qalaqapı oyunu ağ və qara rənglərdə kişmiş ilə oynanılır. Oyun qara daşlar ilə oynayan oyunçunun addımı ilə başlayır. Nəticədə oyun lövhəsindəki qara daşlar qəlbə yaxınlıq və səmimiyyət simvolu olaraq oyunçunun ürəyinə doğru yerləşdirilir. Ağ daşlar ilə oynayan oyunçuya əvvəlcədən bir neçə qara daşın verilməsi oyunçuları tarazlaşdırır. Qalaqapı oyununda güclü tərəf zəif tərəfə "dədəboyu" (hərf. şans) verir. "Dədəboyu" kəsişmələrində 9-a qədər qara daş düzülə bilər. Hərəkətlər "dov" (hərf. qazanmaq) adlanır, yəni oyunçular növbə ilə bir-birinə hücum edir və güclərini artırırlar. Oyunçu qadağan olunmuş hərəkətlər edən zaman digər oyunçu "kov deyil" (hərf. hesab olunmur) deyir və daşı başqa kəsişməyə qoymağı təklif edir.
Kişmiş Təpə (Maku)
Kişmiştəpə (fars. كشمش تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,655 nəfər yaşayır (594 ailə).
Zofya Posmış
Zofya Posmış (pol. Zofia Posmysz 23 avqust 1923, Krakov – 8 avqust 2022, Osventsim, Kiçik Polşa voyevodluğu[d]) — Polşalı yazıçı və ssenarist. 1942-ci ildən bəri alman Auşvitz və Ravensbrük konservasiya düşərgələrində saxlanılmışdır. Müharibədən sonra Varşavaya yerləşdi. 1952-ci ildə paytaxt universitetinin filologiya fakültəsini bitirib. "Głos Ludu" qəzetinin redaksiyasında korrektor vəzifəsində işləmiş, sonra Polşa Radiosu ilə əməkdaşlıq etmişdir. Zofya Posmış 1945-ci ildə "Belsenden olan baş kəsənləri tanıyıram" adlı bir ədəbi xatirə kitabı ilə debüt edir. Yazıçı "45-ci kayutdan olan sənişin" radio pyesinə şöhrət qazanır. Eyni adlı bir kitab 1962-ci ildə nəşr olunur. Bu əsərə əsaslanaraq, polyak rejissoru Andrzey Munk ölümündən sonra 1963-cü ildə nümayiş olunan "Sərnişin" bədii filmini çəkir.
Kişniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Uişdiş
Uişdiş və ya Umildiş (akkad. Uisdis, ur. Ugisti)— Manna dövlətinin vilayəti. Bu, Assuriya dövründə indiki İranın Şərqi Azərbaycan ostanı, yəni Təbriz ilə Marağa arasında yerləşən ərazi üçün verilən ad hesab edilir. Urartu padşahı I Rusa (735–713), Manna padşahı Aza, Zikurti kralı Mitatti və bu dövrdə onun vassalları olan Misianda və Umildişə (sonuncular şahzadə Baqdatti tərəfindən idarə olunurdu) şahzadələrə qarşı təhrik etmişdi. Aza öz sarayının Assuriya əleyhdarı dəstəsi tərəfindən məğlub edilmiş və devrilmişdir. O, güman edilir ki, bu zaman, yəni e.ə. 717-ci ildə öldürülmüşdür. Ölən padşahın qardaşı Ullusunu taxta oturmuş və qaliblər əsas payı tutan I Rusa üçün 22 şəhər və ya sərhəd rayonları da daxil olmaqla mühüm imtiyazlar əldə etmişdilər. E.ə.
Pişik
Pişik (lat. Felis) — pişiklər fəsiləsinə aid məməli heyvan cinsidir. Vəhşi təbiətdə pişik cinsinə aid aşağıdakı nümayəndələr yaşayır: Felis bieti — Çin pişiyi Felis chaus — Qamışlıq pişiyi və ya Xaus Felis manul — Manul Felis margarita — Barxan pişiyi Felis nigripes — Qaraayaq pişik Felis silvestris — Çöl pişiyi Felis silvestris catus — Ev pişiyi (Çöl pişiyinin yarımnövü) Pişik yırtıcı məməlilərin evdə saxlanılan növüdür. Felidae ailəsində yeganə evdə saxlanılan növdür və onu ailənin vəhşi üzvlərindən ayırmaq üçün çox vaxt ev pişiyi adlandırılır. Bir pişik ev pişiyi, bir ferma pişiyi və ya çöl pişiyi ola bilər. Çöl pişikləri sərbəstdirlər və insanla təmasdan qaçırlar. Yerli pişiklər insanlar tərəfindən yoldaşlığı və gəmiricilər ovlamaq qabiliyyətinə görə qiymətləndirilir. Təxminən 60 pişik cinsi müxtəlif pişik xüsusiyyətləri tərəfindən tanınır. Pişik anatomiyada digər felid növlərə bənzəyir: güclü çevik bir bədənə, sürətli reflekslərə, iti dişlərə və kiçik yırtıcı kimi öldürmələrə uyğunlaşdırılmış geri çəkilə bilən qıvrımlara malikdir. Gecə görmə və qoxu hissi yaxşı inkişaf etmişdir.
Pişin
Pişin (İran) — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi.
Pişkin tüməni
Pişkin tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Pişkin Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir . Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir.. Pişkin tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi .
Pişi
Pişi və ya baursaq – Mərkəzi Asiya, Monqolustan, Orta Şərq, türk mətbəxində qızartma xəmir yeməyi. Qırğız, qazax, türk kimi müxtəlif növləri var. Pişinin hazırlanmasında un, su, duz və mayadan istifadə olunur. Lakin şəkər, bal, mürəbbə, yağdan da istifadə oluna bilər. Bütün ərzaqlarla hazırlanan xəmir mayalanmaya buraxılır və kündələr hazırlanır. Kündələr qızğın yayda qızardıldıqdan sonra servis edilir. Qars vilayətində saçaqlı pendirlə birlikdə süfrəyə verilir. Dünyada ən böyük pişi 20 aprel 2014-cü ildə Rusiyanın Ufa şəhərində hazırlanmışdır. Pişinin hazırlanmasında 1006 yumurtadan, 25 kiloqram şəkərdən, 70 kiloqram undan, 50 kiloqram baldan istifadə olunmuşdur, çəkisi isə 179 kiloqram idi.
Balıqtutan pişik
Balıqtutan pişik (lat. Prionailurus viverrinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü.
Maru (pişik)
Maru (yap. まる [mä.ɾɯ́] — hərfi. "yumru", d. 24 may 2007-ci il) — şotland sallaqqulaq pişiyi növünə aid olan Yaponiyada yaşayan, YouTubeda məşhur videoların qəhrəmanı olan pişik. 2017-ci ilin mart ayında Maru YouTube-da ən çox izlənilmiş heyvan oldu. 3 iyun 2017-ci il tarixinə görə, Maru ilə olan videolar 341,840,777 baxış əldə etmişdir. Pişik tez-tez KİV-lərdə yada salınır. Videolarda heç vaxt üzünü göstərməyən və danışmayan onun sahibi YouTube-da mugumogu niki ilə qeydiyyatdan keçmişdir. 2011-ci ildə Marunun sahibəsinin müəllifi olduğu "I Am Maru" kitabı işıq üzü gördü (ISBN 978-0-06-208841-3).
Mərmər pişik
Mərmər pişik (lat. Pardofelis marmorata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. Cənub-Şərqi Asiyada yaşayan vəhşi pişikdir. Bədəninin uzunluğu 55 sm, quyruğunun uzunluğu 50 sm-ə çatan mərmər pişik ev pişiyindən bir qədər böyükdür.
Pişik-qadın
Pişik Feliks
Pişik Feliks (ing. Felix the Cat) — səssiz kino dövründə meydana çıxmış insanabənzər pişik, cizgi filmi qəhrəmanı. Qara bədən, ağ gözlər, geniş gülüşü və sürrealist situasiyalar Feliksi multiplikasiya tarixində ən tanınan personajlardan biri etmişdir. Pişik Feliks tamaşaçının diqqətini adi filmlərə cəzb edə bilən ilk animasiya personajıdır. Bütün zaman ərzində Feliksin görünüşündə dəyişilməz hissə onun rəngi idi: ağ sifətli və ağ gözlü qara bədən. İlk əvvəl, Feliks ağırtərpənən və əsl pişiklərə çox oxşayırdı. Onun qeyri-proporsional şəkildə dayanmaları amerikan animasiyasının insanabənzər personajları üçün ənənə oldu: Mikki Maus, Baqz Banni, Vudi Vudpeker və başqaları. Onun daha girdə forması Bill Nolanın işə qarışmasından sonra peyda oldu. Rəssam hesab edirdi ki, bu komiksin ənənələrinə uyğun olaraq, onu cəld şəkildə şəkməyə icazə verirdi. Səssiz kinolar dövründə Feliks pişiyini multiplikasiya personajlarının Çarli Çaplini adlandırırdılar.
Pişik ilanlar
Pişik ilanlar (lat. Telescopus) — Suilanıkimilər fəsiləsinə aid ilan cinsi. Bədəninin uzunluğu 80–180 sm-dir. Kiçik sürünənlər və quşlarla, əsasən kərtənkələlərlə qidalanır. Zəhərli ilanlar qrupuna aiddir. Şikarını zəhəri ilə zərərsizləşdirir. Bəzi növlərinin zəhəri insan üçün təhlükəlidir. Əsasən Afrika, Avropa və Asiya ərazilərində yayılmışdır.
Pişik samuru
Pişik sorucusu
Pişik sorucusu — lat. Opisthorchis felineus Yastı qurdlar (Plathelminthes) tipinin növüdür. Pişik sorucusu 10 mm uzunluğunda olub, ön hissəsinə nisbətən bədənin dal hissəsi genişlənmiş formadadır. Bədənin ön hissəsində ağız sormac, ondan dalda isə qarın sormacı yerləşmişdir. Bədəni yarım şəffafdır və ona görə də daxili orqanlarından bağırsaq, balalıq aydın şəkildə görünür. Pişik ikisormaclısının ən xarakterik cəhətləri bədənlərinin arxa qurtaracağında toxumluqların yerləşmə vəziyyəti və onların nəlbəkişəkilli formaya malik olmasıdır. Cinsiyyət sistemi hermofroditdir. Bunların inkişafı 3 sahibdə gedir. Bu sorucunun birinci aralıq sahibi Bithynia leachi ilbizi, ikinci aralıq sahibi isə balıqlardır: Külmə, enlişaş və b. balıqlar.
Pişik əti
Pişik əti — Cənub-Şərqi Asiya ölkələrində və Çində yaşayan şərq xalqlarının mətbəxində istifadə edilən pişik əti. Pişik ətindən Afrika və Latın Amerikasında yaşayan bir sıra xalqlar da kulinariyalarında pişik ətindən istifadə edirlər. Cənubi Amerikada pişik ətindən ən çox Afrika mənşəli perulular istifadə edirlər. Hər il sentyabr ayında La Kebrada şəhərində keçirilən Müqəddəs İfegeniya festivalında pişik ətindən yeməklər hazırlanması metodları nümayiş etdirilir. Kamerunda yaşayan bir sıra xalqların mədəni irsinə aid mənbələrə əsasən hətta belə bir inam aşılanır ki, pişik ətindən hazırlanan xüsusi yemək insanlara xoşbəxtlik gətirir. Sarah Hartwell. Cats — friend or food? // Статья на сайте Messybeast.com (ing.) (Yoxlanılıb 18 oktyabr 2015) Website on cat meat in southern China (Yoxlanılıb 18 oktyabr 2015) Кошатина — это вкусно. И наплевать на SARS (Yoxlanılıb 18 oktyabr 2015) "The countries where people still eat cats and dogs for dinner" (ingilis). BBC News UK. 12/04/2017.
Pişin (İran)
Pişin — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,477 nəfər və 1,832 ailədən ibarət idi.
Pişin rayonu
Pişin rayonu — Bəlucistan əyalətində rayon.1975-ci ilədək Kvetta rayonunun tərkibində olub.Daha sonra status qazanıb.Əhalisi 2005-ci 300,000 nəfər.Əhalinin 90 faizində çoxu Puştundur.
Qızılı pişik
Qızılı pişik (lat. Profelis aurata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin profelis cinsinə aid heyvan növü.
Rubbl (pişik)
Rubbl (3 may 1988, Devon qraflığı – 3 iyul 2020, İngiltərə) — 3 may 1988-ci ildən 3 iyul 2020-ci il tarixinə qədər yaşamış dünyanın ən yaşlı pişiyi. Rubbl Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.
Sfinks (pişik)
Sfinks — (ing. Sphynx), dünyada tanınan tüksüz üç pişik növündən biri. Ömürləri 8-14 il arası dəyişir. Davamlı olaraq çimizdirilməlidirlər. Tükləri olmadığından soyuğa qarşı dözümsüzdürlər.
Vəhşi Pişik
Qara Pişiklər (ing. Black Cats) və ya Vəhşi Pişik (ing. Wildcat) — Krallıq donanmasına məxsus helikopter nümayiş komandasıdır. Şou üçün 2 ədəd Westland Lynx helikopteri istifadə olunurdu. Daha sonra bu helikopterlər AgustaWestland Wildcat ilə əvəz olundu. Komanda 2001-ci ildə yaradılmışdır. İlk dövrlərdə komanda "Vaşaq cütlüyü" (ing. Lynx Pair) adı altında çıxış edirdi. 2004-cü ildən komandada ad dəyişikliyi baş verdi. Komanda 1992-ci ildə ləğv olunmuş, Kral Hərbi Hava Qüvvələrinə məxsus olmuş "Köpəkbalığları" (ing.
Picris
Picris (lat. Picris) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Picris albida Ball Picris altissima Delile Picris amalecitana (Boiss.) Eig Picris angustifolia DC. Picris angustifolia subsp. carolorum-henricorum (Lack) S.Holzapfel Picris aspera Poir. Picris asplenioides L. Picris asplenioides subsp. saharae (Coss. & Kralik) Dobignard Picris atlantica Ball Picris babylonica Hand.-Mazz. Picris barbarorum Lindl. Picris bracteata Losa Picris burbidgeae S.Holzapfel Picris campylocarpa Boiss. & Heldr.
Pisces
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfi tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Vasmış
Basmınc (yerli xalqın ləhcəsində Vasmış) (fars. باسمنج‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanında şəhər. Basmınc Təbriz şəhərindən 10 kilometr cənub-şərqdə yerləşir. Əhalisi 10,736 (2006–cı il əhalinin siyahıya alınmasına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının 22-ci şəhəri sayılır. Basmınc suğatları (sovqatları) qali, Liqvan pendiri və Basmınc xiyarıdır (yerpənək-gülbəsər).
Acroptilon picris
Sürünən kəkrə (lat. Acroptilon repens) - kəkrə cinsinə aid bitki növü. Acroptilon angustifolium Cass. Acroptilon australe Iljin Acroptilon obtusifolium Cass. Acroptilon picris (Pall. ex Willd.) C.A. Mey. Acroptilon serratum Cass. Acroptilon subdentatum Cass. Centaurea picris Pall. ex Willd.
Bulbophyllum pristis
Bulbophyllum pristis (lat. Bulbophyllum pristis) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Centaurea picris
Sürünən kəkrə (lat. Acroptilon repens) - kəkrə cinsinə aid bitki növü. Acroptilon angustifolium Cass. Acroptilon australe Iljin Acroptilon obtusifolium Cass. Acroptilon picris (Pall. ex Willd.) C.A. Mey. Acroptilon serratum Cass. Acroptilon subdentatum Cass. Centaurea picris Pall. ex Willd.
Cismin sahəsi
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
Picris foetida
Crepis foetida (lat. Crepis foetida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. Crepis foetida subsp. foetida Crepis foetida subsp. rhoeadifolia (M.Bieb.) Čelak.
Prisis Ruiz
Serratula picris
Sürünən kəkrə (lat. Acroptilon repens) - kəkrə cinsinə aid bitki növü. Acroptilon angustifolium Cass. Acroptilon australe Iljin Acroptilon obtusifolium Cass. Acroptilon picris (Pall. ex Willd.) C.A. Mey. Acroptilon serratum Cass. Acroptilon subdentatum Cass. Centaurea picris Pall. ex Willd.
Yersinia pestis
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Cinnamomum kiamis
Cinnamomum burmanni (lat. Cinnamomum burmanni) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü. Cinnamomum burmanni var. kiamis (Nees) Meisn.
Picris globulifera
Crepis dioscoridis (lat. Crepis dioscoridis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. Crepidium dioscoridis (L.) Tausch Endoptera dioscoridis (L.) DC. Gatyona dioscoridis (L.) Dumort. Pterotheca dioscoridis (L.) Rchb.f.