Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manon Flier
Manon Nummerdor-Flier (d. 8 fevral, 1984, Uithoorn, Niderland) — Niderlandlı qadın voleybolçu. Manon Flier 2009 Avropa çempionatının gümüş mükafatçısı və ən dəyərli oyunçusudur. 2012-ci ildən Azərreyl Bakının formasını geyinir, 2013-cü ildə isə digər bir Bakı klubu İqtisadçıya transfer olmuşdur.
Pier Frank
Pier Frank(1 may 1953, Heilbron[d], Baden-Vürtemberq) — alman yazıçısı, motivasion məruzəçi, iş adamı, seminar aparıcısı, aktyor və kinorejissor. Pier Frank aktrisa Ursula Frank və fransız ədəbiyyatının rejissoru, aktyoru və tərcüməçisi Hans Heinz Frankın kiçik oğludur. Altı yaşında olarkən Frank artıq Teo Linqen ilə səhnədə çıxış edirdi. On yaşında o, Heinz Rühmanın uşaqlarından biri kimi Helmut Koytnerin “Montevideodakı ev” (1963) bədii filmində kinoda iştirak etdi. Onun sıçrayışı 14 yaşında, "Der Kommissar" filmində baş rolu oynayanda baş verdi. O vaxtdan bəri o, bir çox bədii filmlərdə rol alıb. Televiziyadakı özfəaliyyətinə nəzər yetirəndə görürük ki, 350-dən çox televiziya tamaşasında iştirak etmişdir. 1976-cı ildən 1978-ci ilə qədər Pier televiziyada aparıcılıq etmişdir. 1995-ci ildə o, Romuald Karmakarın rejissorluğu ilə çəkilmiş “Totmaçer” filmində stenoqraf rolunu oynayıb. Film, Alman Film Mükafatı da daxil olmaqla, Alman kino tarixində ən çox mükafat aldı.
Diler
Diler (ing. dealer) — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisidir. Diler — hər hansı bir şirkətin məhsullarını topdan alıb, sonradan pərakəndə və kiçik topdan satılması ilə məşğul olan hüquqi və ya fiziki şəxsdir (məsələn: avtomobil dileri). Dilerlər sırf vasitəçilikdən başqa öz adından (özü üçün) və öz hesabına sonradan satmaq məqsədilə qiymətli kağız almaq hüququna malikdirlər. Onlar həm öz aralarında, həm də brokerlərlə əqdlər bağlaya bilər. Dilerlərin gəliri qiymətli kağızı sərfəli qiymətlə sonradan satmaq hesabına əmələ gəlir, yəni məzənnə fərqi kimi çıxış edir. Demək olar ki, dilerlər birjada möhtəkirliklə məşğuldur. Müasir fond birjası indi də əksər hallarda zahirən hələ keçən əsrlərdə inşa edilmiş, lakin daxilən ən yeni avadanlıqla, xüsusilə də tele- kommunikasiya avadanlığı ilə təchiz edilmiş böyük bir binadır. Birjalar hər iş günü bunun üçün ayrılmış saatlarda işləyir. Fond birjasında mühüm yeri tiker adlanan elektron tablo tutur.
Liber
Liber (isp. Llíber) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 21,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1056 nəfərə çatmışdır.
Lider
Lider (ingiliscə "leader" — birinci, aparıcı, qabaqda gedən) — qrupda, kollektivdə hamının aparıcılığını qəbul etdiyi nüfuzlu şəxs. İnsanlar qrupu bu şəxsə ən məsul qərarlar qəbul etməyə səlahiyyət verir, o kollektivin daxili təşkilində və fəaliyyətində əsas rol oynayır. Harri Trumana görə, lider başqalarının etmək istəmədiyi və sevmədiyi işləri onlara etdirmə qabiliyyətinə sahib olan adamdır. Psixologiya elmində liderlərin aşağıdakı təsnifatı vardır: ruhlandıran lider; universal lider; situasiyaya görə lider; işgüzar lider. Liderin xüsusiyyətləri dedikdə bu xüsusiyyətlər 3 qola ayrılır: Özünə inam Aktiv həyat Təşəbbüskarlıq Motivasiya Məsuliyyət Rəhbərlik etmək bacarığı Təşkilati bacarıqlar Fürsət və təhlükələri görmə perspektivi Çeviklik, manevr qabiliyyəti Komanda işini və komanda üzvlərini qorumağa hazır olmaq Ədalət Ardıcıllara özlərini inkişaf etdirmək və təsdiqləmək üçün şərait yaratmaq formal lider — o situasiyaya turduğu vəzifəyə görə təsir edir; qeyri-formal lider — o situasiyaya qabiliyyətinə, məlumatlılığına və ya hansısa xüsusiyyətinə görə təsir edir. Liderlərin fəaliyyət stili aşağıdakı kimi olur: avtoritar - ciddi intizam tətbiq edilir, dəqiq vəzifə bölgüsü olur, onunla mübahisə edilmir, qrupun rəyinə qulaq asılmır, hamı onun qərarına tabe olmalıdır; demokratik - qrup üzvləri ilə məsləhətləşmələr aparılır, qrupun rəyi əsas götürülür, səlahiyyətin bir hissəsi qrupun digər üzvlərinə verilir; anarxik - qrupda intizam yoxdur, qərarlar xaotik qəbul olunur, liderlər tez-tez dəyişir, hər hansı qərar icrasına nəzarət yoxdur. Lider formal, yaxud da qeyri-formal ola bilər. Formal lider təyin edilir, onun qərarları rəsmi lider olduğuna görə yerinə yetirilir. Qeyri-formal lider rəsmi qruplarda qərar qəbulunda birbaşa iştirak etmir. Вununla belə onun rəyi daima bilinir və təsir imkanına malikdir.
Paper
Paper (azərb. Kağız‎) — İslandiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnını ifa edən müğənni Svala eyni zamanda mahnının island dilində olan versiyasını da ("Ég veit það") təqdim etmişdir. Mahnı Svala, Svalanın həyat yoldaşı Einar Eqilsson və eyni zamanda Lester Mendes, Lili Elise tərəfindən bəstələnmişdir.
Peker
Pekər, Peker — ad, soyad.
Pfizer
Pfizer Inc. — Amerika transmilli əczaçılıq və biotexnologiya korporasiyası. Qərargahı Manhettendə (Nyu-York), 42-ci küçədə yerləşən Şirkət 1849-cu ildə Nyu-Yorkda iki alman mühaciri Çarlz Pfizer (1824-1906) və onun əmisi oğlu Çarlz F. Erhart (1821-1891) tərəfindən yaradılmışdır. Pfizer immunologiya, onkologiya, kardiologiya, endokrinologiya və nevrologiya üzrə dərmanlar və peyvəndlər hazırlayır və istehsal edir. Şirkətin hər biri illik 1 milyard ABŞ dollarından çox gəlir gətirən bir neçə blokbaster dərmanı və ya məhsulları var. 2020-ci ildə şirkətin gəlirlərinin 52%-i ABŞ-dən, 6%-i Çin və Yaponiyanın hər birindən, 36%-i isə digər ölkələrdən gəlib. Pfizer 2004-cü ildən 2020-ci ilin avqustuna qədər Dow Jones Industrial Average fond bazarı indeksinin tərkib hissəsi idi Şirkət Fortune 500 siyahısında 64-cü yerdə Forbes Global 2000 siyahısında 49-cu yerdədir.
Piper
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Planer
Planer (fr. planeur, lat. planus sözündən yaranıb) — heç bir enerji mənbəyi olmadan uça bilən sabit qanadlı təyyarədir. Bəzi planerlərin motorlu modelləri də vardır. Pilot kabinəsi tək və ya iki pilotluq ola bilər. Bir təyyarənin yedəkləməsi vasitəsilə hərəkətə gəlirlər. Çəkici ilə müəyyən bir yüksəklikdə ayrılır və atmosferdəki hava cərəyanlarından istifadə edərək uça bilirlər. Xüsusilə təşkil edilən yarışlarda məqsəd, ən qısa müddətdə, ən uzun yolu qət etməkdir. Aerodinamikanın ümumi prinsipləri haqqında bəzi fikirlər hələ Qədim Misirdə məlum idi. 1898-ci ildə ağacdan hazırlanmış "Ficus Sicomorus" heykəlcik aşkar edilib.
İller
İller (alm. Iller‎) — Dunayın sağ qolu, Almaniyanın cənubunda çay. Çayın uzunluğu 147 km, hövzəsinin sahəsi isə- 2152 кm²-dir. Oberstdorf ərazisi Avstriya ilə həmsərhəddir. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 778 m-dir. Braytax, Ştillah, Bavariya və Baden-Byutemberqın qarışmasından yaranır. Daha sonra İller şimal istiqamətində axaraq Bavariya və Baden-Byurtemberq keçərək, Ulm şəhəri yaxınlığında Dunay çayına tökülür. Çayın üzərində SES-ı mövcuddur. Çayın sahilində Zontxofen, İmmenştadt-im-Alqoy, Kempten, Ulm şəhərləri yerləşir.
Peter
Peter — ad. Peter Bartşi — İsveçrəli keçmiş üzgüçü. Peter Pokornı — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi Peter Qutyan — Slovakiyalı üzgüçü. Peter Stormare — isveçli aktrisa. Peter Farmer — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Şmeyxel — Danimarkalı qapıçı.
Alper
Alper — türk adı. Alper Canıgüz — yazıçı. Fikrət Alper — Türk musiqiçi və müğənni. Tuğçe Alper — Türk müğənni. İsmail Alper Coşkun — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012–2016).
Betti Alver
Betti Alver (est. Betti Alver 23 noyabr 1906[…], Yıgeva – 19 iyun 1989[…], Tartu) — Estoniya şairəsi, nəsr yazıçısı, tərcüməçi. Aleksandr Puşkinin Yevgeni Onegin romanını eston dilinə tərcümə etmişdir. Estoniya SSR-nin əməkdar yazıçısı (1966). Estoniya SSR xalq yazıçısı (1981). Elizabet Alver 23 noyabr 1906-cı ildə Yıgevada anadan olmuşdu. 1924-cü ildə Tartudakı gimnaziyanı bitirir. 1924-1927-ci illərdə Tartu Universitetində eston dili və ədəbiyyatını öyrənir. 1927-ci ildə "Küləyin sevgilisi" romanı nəşr olunur. Betti Alverin ilk kitabı "Toz və atəş" 1936-cı ildə çap edilir.
Ceymi Oliver
Ceyms Trevor "Ceymi" Oliver (ing. James Trevor 'Jamie' Oliver; 27.05.1975, Klavering, Esseks) — ingilis aşpaz, restorator, teleaparıcı, məşhur kulinariya kitablarının müəllifi.
Coşua Palmer
Coşua Palmer (10 avqust 1991) — Avstraliyanı təmsil edən üzgüçü. Coşua Palmer Avstraliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Coşua Palmer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.13 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Plener
Plener (fr. plein air – açıq hava) — boyakarlıqda günəş işığı və atmosferin təsiri ilə əmələ gələn rəng dəyişikliklərinin tabloda verilməsini ifadə edən termin. Plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını daha tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlmişdir. Renessans dövrü rəssamları gümüşü-boz rəng çalarlarından istifadə edərək tablolarında işıq-hava mühitini ustalıqla vermişlər. Ancaq plener prinsiplərinin geniş yayılması XIX əsrin 1-ci yarısına təsadüf edir. Plener prinsipləri XIX əsrin ortalarında Barbizon məktəbinə mənsub rəssamların, eləcə də K. Koronun, əsrin 2-ci yarısında isə impressionizm nümayəndələri K. Mone, K. Pissarro, O. Renuar və başqalarının yaradıcılığında əksini tapmışdır. Rusiyada İlya Repin, Surikov, Levitan, Azərbaycanda isə Səttar Bəhlulzadə və başqaları bir sıra əsərlərini plenerdə yaratmışlar. ASE, VII cild, Bakı, 1983. səh. 559.
Plzen
Plzen (çex. Plzeň, alm. Pilsen‎) — Çexiyanın dördüncü böyük şəhəri. Plzen diyarının inzibati mərkizidir. Plzen şəhəri dörd çayın qovuşduğu yerdədir (Mje, Radbuza, Uqlava və Uslava). Bu dörd çay birlikdə Beroun çayını yaradır. Şəhərin əsası, 1292-ci ildə Çexiya kralı Vaslav II tərəfindən qoyulmuş, 1419-cu ildə isə qusitlərin mərkəzi olmuşdu.
Böyük Plini
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Elmer Fadd
Elmer Fadd/Ağıllı (ing.Elmer Fudd/Egghead)- Looney Tunes franşizasının uydurulmuş multiplikasiya qəhrəmanı, Baqz Banninin qəddar düşməni. Süjetə əsasən, onun məqsədi Baqz Bannini ovlamaqdır, lakin hər dəfə bu ovçunun ya da ikinci dərəcəli qəhrəmanlardan birinin ağır yaralanması ilə bitir. Elmerin fərqləndirici cizgiləri kimi onun spesifik və asan başa düşülən danışıq tərzidir. O, “R” və “L” hərflərini “W” hərfi kimi tələffüz edir. Belə ki, “Watch the road rabbit!” ifadəsi “Watch the woad wabbit!” ifadəsinə çevrilirdi. Elmerin əsas işlətdiyi ifadə “Be vewy vewy quiet, I’m hunting wabbits”di və bu ifadə əsasən “huh-uh-uh-uh-uh-uh” gülüşü ilə bitir. Elmer Faddın iştirakı ilə ən populyar cizgi filmləri- Çak Consun şedevri “Bu nə operadır,əzizim?” (nadir hallardan biridir ki, bu cizgi filmində Elmer Baqz Banniyə qalib gəlir) , Sevilya dovşanı və “Ov haqda trilogiya”dır. Ağıllı – "Şən Melodiyalar "(“Merrie Melodies”) seriyasından Leon Şklensinqer tərəfindən yaradılmış ilk daimi personajdı. 1937-ci ildə Teks Everi yeni personajı ilk dəfə qısa cizgi filmləri seriyası olan “Ağıllı yenidən qayıdır” da nümayiş etdirmişdir. Ağıllı ilk əvvəl kartof burunlu, yumurtaya oxşar başla təsvir olunmuşdur.( Buradan da ona “Yumurtabaş” (Egghead) ləqəbi verilmişdi) Elmerin danışıq qüsuru o qədər məşhurdur ki, Google istifadəçilərə axtarış sisteminin dilini Elmir Faddın dilinə dəyişmək ixtiyarını vermişdir.
Fikrət Alper
Fikri Takbak və ya Fikrət Alper (25 avqust 1952 – 31 iyul 2014) — Türk musiqiçi və müğənni.
Hakan Peker
Hakan Peker (5 fevral 1961, İstanbul) — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Ən yaxşı mahnıları sırasında "Bir Efsane" mahnısını göstərmək olar. Sənət həyatına Seyyal Taner və Deniz Erkanatın yanında rəqqas olaraq başlayan Hakan Peker 1981-ci ildə Türkiyə Rəqs Çempionatında birinci yeri tutdu. TRT 1 kanalının əyləncə proqramlarında və müxtəlif yerli və xarici konsert təşkilatlarında iştirak etdi. 1989-cu ilin aprel tarixində ilk albomu işıq üzü gördü. "Bir Efsane" adını daşıyan albomla eyni adı daşıyan çıxış mahnısı hit oldu. 1990-cı ildə çıxardığı "Şüşədən Şüşəyə" (Camdan Cama) adlı albomu sənətçiyə istədiyi müvəffəqiyyəti qazandıraraq onu məşhurlaşdırdı. "Şüşədən Şüşəyə" mahnısı eyni il Sinan Özen tərəfindən də səsləndirilmişdi. Bu albomların ardından müxtəlif albomlar çıxarmış və Türkiyədə məşhur olmuşdur.
Kiçik Plini
Kiçik Plini və ya tam adı ilə Qay Plini Sesili Sekund (lat. Gaius Plinius Caecilius Secundus; təq. 61, Komo – ən tezi 113 və ən geci 114, Vifiniya) —Qədim Roma dövlət xadimi, yazıçısı və hüquqşünası. O, b.e. 100-cü ildə konsul-suffekt vəzifəsini tutmuşdur. Kiçik Plini Böyük Plini tərəfindən övladlığa götürülmüşdür.. Romada Kvintiliandan ritorika öyrənmişdir. O, Domisianın hakimiyyəti dövründə, 81-ci ildə Suriyada hərbi tribun olmuş, burada Yevfrat və Daldidalı Artemidorla görüşmüşdür. B.e. 88-ci ildə Romaya qayıtmış, "cursus honorum" uğrunda çalışmış və 100-cü ildə, Trayanın hakimiyyətində konsulluq aldı.
Kurt Alder
Kurt Alder Keniqsxyutta (10 iyul 1902[…], Xojuv[d] – 20 iyun 1958[…], Köln, Qərbi Almaniya) — alim, Nobel mükafatçısı. Alman üzvi kimyaçısı Kurt Alder Keniqsxyutta indiki Polşanın Xojuv şəhərində iyulun 10-da 1902-ci ildə anadan olmuşdur. 1926-cı ildə Kil universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1926-1936-cı illərdə Kil Universitetində işləmiş və 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Bütün həyatını tamamilə elmə həsr etmiş Alder heç vaxt ailə qurmamışdır. Əsas elmi tədqiqat sahəsi üzvi sintez olmuşdur. 1926-cı ildə Dils ilə birlikdə azodikarbon efirini öyrənmişdir. Bu iş 1928-ci ildə çox əhəmiyyətli olan reaksiyalardan birinin kəşfinə gətirib çıxardı. Bu reaksiya aktivləşmiş ikiqat əlaqəli molekulun (dienofil) gərilmiş dienlərə 1,4- birləşərək tsiklik strukturun əmələ gətirmə reaksiyasıdır. Sonrakı işlər Alderə imkan verdi ki, bu reaksiya nəticəsində adduktların əmələ gəlməsində ilkin komponentlərin strukturundan asılılıq qanunauyğunluğunu tapsın (Alder qaydası).
Lider TV
Lider TV — 1 sentyabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri idi. 16 iyun 2020-ci ildə məhkəmə qərarı ilə müflis elan edilmişdir. 1 iyun 2021-ci ildən etibarən Lider TV və radiosunun fəaliyyəti rəsmən dayandırılmışdır. Lider TV 1 sentyabr 2000-ci ildə fəaliyyətə başlamışdır. "Lider Tv&Radio-Azərbaycan" MMC-nin nəzdində fəaliyyət göstərən telekanal idi. 30 avqust 2001-ci ildən Lider televiziyası dünya teleməkanına daxil olaraq, dünyaya yayımlanmağa başlamışdır. Lider TV klip yayımına görə ölkədə ilk yerlərdə idi. Yeni çəkilmiş hit klipləri tez-tez Lider TV-nin efirində görmək olurdu. 2003-cü il Prezident seçkiləri günü axşam saatlarında baş verən hadisələr zamanı Azad Azərbaycan TV-nin çəkiliş heyəti ilə yanaşı Lider TV-nin çəkiliş heyəti də ciddi zərər görmüşdülər. Oktyabrın 15-dən 16-na keçən gecə Lider TV-nin müxbiri Sahil Kərimlinin Müsavat Partiyasının qərargahı önündə soyuq silahla döyülməsi həmin dövrdə bir çox mətbuat orqanı tərəfindən ciddi etirazla qarşılanmışdı.
Ellər
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Licər
Licər — Qəbələ rayonu ərazisində dağdır. Bum çayından sağ tərəfdə yerləşir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Oronim “su kənarı; səfalı, xarici görünüşcə gözəl” mənasındadır.
Pekər
Pekər, Peker — ad, soyad.
Pilək
Düymə — geyim aksesuarı. İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Çilər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.
Əllər
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. İnsan həyatında fəal iştiraka görə əl ən çox travmatizmə məruz qalır.
Cüneyt Ölçer
Cüneyt Şəfiq Ölçər (1925, Ankara, Ankara vilayəti – 1990) — Türk numizmat və yazıçı. Türkiyə Respublikası Mədəniyyət Nazirliyi Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin sədri vəzifəsində çalışıb. Cüneyt Ölçər 1925-ci ildə Ankarada anadan olub. Orta təhsilini Ankarada alıb. 1942-ci ildə Ali Mühəndislik Məktəbinə daxil olub. 1948-ci ildə İstanbul Texniki Universitetini bitirib. Daha sonra 9 il Avtomobil Yolları Baş İdarəsində çalışıb. Peşəsində təcrübə keçmək və ixtisası üzrə mütəxəssisləşmək üçün Amerika Birləşmiş Ştatlarına göndərilmişdir. Türkiyəyə qayıtdıqdan sonra isə əmlakçı olaraq çalışmışdır. Əmlakçı kimi çalışdıqdan sonra Bursa Sənaye Bölgəsi Müdiri, İllər Bankı Planlaşdırma Departamenti, Türkiyə İş Bankı İnşaat Əmlak İstanbul şöbəsi müdir müavini vəzifələrində çalışıb.
Cüneyt Ölçər
Cüneyt Şəfiq Ölçər (1925, Ankara, Ankara vilayəti – 1990) — Türk numizmat və yazıçı. Türkiyə Respublikası Mədəniyyət Nazirliyi Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin sədri vəzifəsində çalışıb. Cüneyt Ölçər 1925-ci ildə Ankarada anadan olub. Orta təhsilini Ankarada alıb. 1942-ci ildə Ali Mühəndislik Məktəbinə daxil olub. 1948-ci ildə İstanbul Texniki Universitetini bitirib. Daha sonra 9 il Avtomobil Yolları Baş İdarəsində çalışıb. Peşəsində təcrübə keçmək və ixtisası üzrə mütəxəssisləşmək üçün Amerika Birləşmiş Ştatlarına göndərilmişdir. Türkiyəyə qayıtdıqdan sonra isə əmlakçı olaraq çalışmışdır. Əmlakçı kimi çalışdıqdan sonra Bursa Sənaye Bölgəsi Müdiri, İllər Bankı Planlaşdırma Departamenti, Türkiyə İş Bankı İnşaat Əmlak İstanbul şöbəsi müdir müavini vəzifələrində çalışıb.
Ellər (şəhər)
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.