Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plov
Plov və ya aş — düyü əsasında xörək. Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir. Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər".
Polop
Polop (isp. Polop) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 22.58 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 4,994 nəfərə çatmışdır. Polop şəhəri inzibati mərkəzdən 53 km məsafə uzaqlıqda yerləşir.
Pop
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Fisincan plov
Toyuq — 1 ədəd (çöl quşları ilə daha ləzzətli olur) Soğan (qırmızı Soğan olsa daha yaxşıdır) — 4 −5 ədəd Nar — 3–4 ədəd Qara turşu (rub, lavaşa) — 200 qram Balqabaq — 1 ədəd (balaca olsa daha yaxşıdır) Duz Qoz — 300 qram (döyülmüş formada) Əvvəlcə toyuğun üzərinə 4–5 baş quru soğan, 3–4 dənə yarılmış turş nar, qara turşu, duz, 2–3 dilim boranı qatıb üzərinə su tökürük. Bütün bunların üztünə odda qızardılmış nal və yaxud da dəmir parçası ataraq qaynadırıq. Toyuq bişəndən sonra qazandan toyuğu, soğanı, boranını, dəmiri çıxarırıq. qalan suyu süzür, nar gilələrini isə atırıq. Boranı ilə soğanı birlikdə əzirik. Daha sonra əzilmiş hissəni döyülmüş qozla qarışdırırıq. Sonra da bunları süzdüyümüz su ilə qaynadırırq. Daha sonra alınan qarışığın üzərinə toyuğu da əlavə edib dəmə qoyuruq. Fisincan plovla yeyilir.
Kükü plov
Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri. 5 stəkan uzun düyü, 4–5 qaşıq əridilmiş kərə yağı, 8 ədəd yumurta, 4–5 dəstə göyərti (ispanaq, turşəng, nanə, şüyüd, keşniş, kəvər və sair göyərtilər), sarıkök və ya zəfəran, duz, istiot. Qazmaq üçün: 1 ədəd yumurta, 3 xörək qaşığı qatıq. Düyü yuyulub suya qoyulur. Adi qaydada duzlu suda bişirilib süzülür. Qazana az yağ tökülərək əridilir, qazmaq üçün üstünə bir az düyü və çalınmış yumurta ilə qatıq qarışığını tökərək qalınlığı 1 sm olmaqla qazanın dibinə yayılır. Düyünün yarısını qazana töküb qalan yarısına sarıkök və ya zəfəran şirəsi əlavə edilərək qazana tökülür. Düyünün üzərinə yağ əlavə edilir, aş 45 dəqiqə dəmə qoyulur. Göyərtilər təmiz yuyularaq xırdı şəkldə doğranılır. Əvvəlcə tavaya yağ tökülərək əridilir.
Mərci plov
Mərci plov — Azərbaycan mətbəxində plov. Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qoyun əti-200 q, düyü-150 q, ərinmiş yağ-40 q, soğan-1 baş, darçın-0,2 q, zəfəran-0,1q, habelə tam üçün istiot, duz götürülür. Mərci artlanıb yuyulur və 2-3 saat ərzində soyuq suda isladılır. Sonra həmin mərci ayrıca duzlu suda bişirilir, düyü ayrıca qazanda bişirilir və üstünə yarıbişmiş mərci əlavə edilərək hazır olunca bişirilir və süzülərək dəmə qoyulur. Qazanın dibinə lavaş qazmaq qoyulur. Eyni zaman qoyun əti təmizlənir, yuyulur və tikələrə doğranır, duzlanır, tavada qızardılır, buna yağ-soğan və azca bulyon, ədviyyat qatılaraq hazır olunca öz buğunda bişirilir. Süfrəyə veriləndə mərci plovun üstünə ət qoyulur və darçın səpilir. Bu xörək kükü ilə də hazırlana bilər.
Paxla plov
Paxla plov - Talış mətbəxinə aid plov. Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qoyun əti-100 q, düyü-150 q, ərinmiş yağ-50 q, paxla-100 q, şüyüd-60 q, zəfəran, habelə tam üçün istiot, duz tökülür. Qoyun əti hərəsi 8-10 q-lıq tikələrə doğranır, tavada yağ içində qovrulur və üstünə azacıq bulyon, ya da isti su tökülüb hazır olunca bişirilir. Bir böyük qaba yığılır, duz, istiot səpilir. Təzə paxla, şüyüd təmizlənir, yuyulur, xırda-xırda doğranır. Düyü təmizlədikdən sonra yuyulur, düyü 4-6 saat duzlu suda islağa qoyulur. Su qaynadıqda düyü qazana tökülür, qarışdırılır, duzu tökülür, kəfi alınır. Düyü yarımbişdikdə paxla və şüyüd tökülüb qarışdırılır. Sonra süzülür. Zövqə görə qazmaq hazırlanıb qazanda dağ üstünə bir tərəfdən yığılır, sonra qalan düyü ətin yenidən qapağı örtülüb dəmə qoyulur.
Südlü plov
Südlü plov — Azərbaycan mətbəxinə aid geniş yayılmış plov növlərindən biri. Südlü plov bir neçə üsulla hazırlanır. 1 kq düyü, 2 litr süd, duz, zəfəran, 100 qram kişmiş, 100 qram xurma, 350 qram kərə yağı, bal, qaymaq – zövqə görə. Südlüplov ətsiz, yalnız südlə bişirilir. Düyü təmizlənir, xırdası çoxdursa, aşsüzəndən keçirilir. Düyü isti suda təmiz yuyulur. Bir hissə düyüyə iki hissə süd götürülür. Süd qaynadıqdan sonra içinə düyünü tökülür, qarışdırılır, bir az duz vurulur. Rəngi saralanadək zəfəran tökülür, yenidən qarışdırılır. Düyü bişənə yaxın içinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökülür, ehtiyatla qarışdırılır.
Toyuq plov
Toyuq plov — Azərbaycan və Özbək mətbəxinin şahı olan Plovun Azərbaycanda yayılmış bir növüdür. Toyuq Düyü Şabalıd Ərik Kişmiş Quru Gavalı Soğan Kərə yağı Duz Bir gün əvvəldən toyuğu yaxşı yuyub şəkildə olduğu kimi kəsib hər tərəfini duzlayıb istiotlayırıq.Sonra toyuğu yuxarı bir yerdən asırıq ki,toyuğun suyu təmiz süzülsün.Bir gecə asılı saxlayırıq. Soğan uzun formada doğranılır və yağda rəngi qızılı oluncaya kimi qovrulur. Soğan qovrulduqdan sonra əti əlavə edib bir az qovururuq. Ət də bir az qovrulduqdan sonra şabalıd,ərik qurusu və kişmiş əlavə edilir ,qarışdırılır və bir kənara qoyulur. Duzlu suda düyünü bir az bişirib süzürük.Düyünün bir az rəngli olması üçün sarıkök əlavə edilir. İndi isə qazmaq hazırlayaq.yumurta, yağ və xama birlikdə yaxşıca çalınır və qazanın dibinə tökülür. Onun da üzərindən toyuq ətli qarışıq əlavə edilir. Ətin üzərindən isə düyü tökülür və dəmə qoyulur,arada qazanın ağzını açıb dəmini kənara tökürük. Tam bişdikdən sonra süfrəyə sunulur.
Yarma plov
Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Yarma-100 q, düyü-100 q, əridilmiş yağ-50 q, qurudulmuş kütüm-100q və tam üçün duz tökülür. Buğda yarması artlanıb yuyulur və yarıhazır vəziyyətə çatınca qaynar duzlu suda bişirilir. Sonra bunun içinə yuyulmuş düyü tökülür hamısı birlikdə hazır olunca bişirilir. Qurudulmuş kütüm suda bişirilir, dərisi və tıxları təmizlənir. Bəzən kütüm su buxarında bişirilir, xırda təpəciklər bölünür. Süfrəyə verilən zaman yarma plov boşqaba çəkilir, yağ tökülür və ayrıca yanına kütüm təpəcikləri qoyulur.
Çığırtma plov
Şah plov
Şah plov Plovun yaranma tarixçəsini Makedoniyalı İsgəndərlə bağlayırlar. Əslində isə bu yeməyin tarixi Makedoniyalı İsgəndərin dövründən də çox-çox əvvəllərə gedib çıxır. Plov sözünə X əsr yazılarında rast gəlmək mümkündür.Düyü qədim bitki hesab olunduğu üçün plov da qədim yeməklərdən hesab edilir. Plov yeməyi, təxminən XV əsrdən indiyədək Şərqdə Süfrələrin Şahı adını daşıyır. Bu yemək ən qiymətli yeməklər sırasında olub. Şərq xalqları plovu toylarda, böyük bayramlarda, ən əziz qonaqlar gələndə süfrəyə qoyurlar. Dünya əhalisinin yarısından çoxu üçün düyü əsas qida məhsulu hesab olunur. Düyünün vətəni Asiyadır. Plov Orta Asiya xalqlarının milli yeməyi hesab olunur. Bu yeməyin tarixi bir neçə min illər əvvələ – Hindistana, Çinə və Hind-Çinə gedib çıxır.
Şeşəndaz plov
Şeşəndaz — plov növlərindən biri. İldə bir dəfə, yalnız Novruz bayramı axşamı bişirilən və xuruşuna çoxlu yumurta qatılmış xüsusi plov növüdür.
Şüyüd plov
Şüyüd plov - Toyuq plov - Azərbaycan və Özbək mətbəxinin şahı olan Plovun Azərbaycanda yayılmış bir növüdür. Uzun düyü Şüyüd Kərə yağı Duz İstiot Zövqə görə mal ət və ya toyuq əti əlavə olunur. Düyünü duzlu suda isladırıq.Suyu qaynadıb düyünü qazana tökürük. Şüyüdü yuyub incə-incə doğrayırıq.Düyünü süzdükdən sonra aşsüzəndə üzərinə doğranmış şüyüdü tökürük. Asta-asta qarışdırırıq ki, düyü əzilməsin.Qazana qazmağı qoyub düyünü tökürük. Ərinmiş yağı töküb dəmə qoyuruq.Toyuğu doğrayıb soyutma bişiririk. Yumurtaları da soyutma bişiririk.Daha sarımsaqlı qatıqla birlikdə süfrəyə verilir.
Dance-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Dans-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
George Pop
George Pop (11 sentyabr 1993) — Rumıniyalı biatlonçu. George Pop Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. George Pop birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Pop 28:04.4 saniyəlik nəticəsi ilə 87 atlet arasında 86-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
K-pop
K-pop (/keɪ pɔp/,abbreviaturaing. Korean pop) K-pop , Koreya populyar musiqisi, Cənubi Koreya mədəniyyətinin bir hissəsi olaraq Cənubi Koreyada yaranan bir musiqi janrıdır. Ənənəvi Koreya musiqisi kökləri üstündə pop, eksperimental, rok, caz, gospel, hip hop, R&B, reggae, elektron rəqs, folk və klassik kimi dünyanın hər yerindən gələn üslub və janrlardan təsirlənir. Janrın daha müasir forması 1992-ci ildə ən erkən K-pop qruplarından biri olan (Seo Taiji) So Tayci and Boys adlı oğlan qrupunun yaranması ilə ortaya çıxdı. Onların fərqli musiqi üslubları və janrları üzərində sınaqları və xarici musiqi elementlərinin inteqrasiyası Cənubi Koreyanın müasir musiqi səhnəsini yenidən formalaşdırmağa və modernləşdirməyə kömək etdi. Müasir K-pop "idol" mədəniyyəti, 1990-cı illərdə başladı, çünki K-pop gənclərin və gənclərin nəhəng fandomlarını toplayan bir alt mədəniyyətə çevrildi. Erkən K-popdakı tənəzzüldən sonra, 2003-cü ildən TVXQ və BoA, musiqi janrını qonşu Yapon bazarına salan və bu gün K-popu beynəlxalq miqyasda populyarlaşdırmağa davam edən yeni bir nəsil K-pop idolları yaratdılar. Onlayn sosial şəbəkə xidmətlərinin və Cənubi Koreya TV şoularının ortaya çıxması ilə, Koreya Dalğası olaraq bilinən K-pop və Cənubi Koreya əyləncələrinin yayılması təkcə Şərqi Asiya və Cənub-Şərqi Asiyada deyil, Pakistan, Banqladeş, Hindistan, Latın Amerikası, Şimali Afrika, Cənubi Afrika və Şərqi Afrika, Yaxın Şərq və bütün Qərb dünyasında beynəlxalq auditoriya qazanır. "K-pop" termini 2000-ci illərdə məşhurlaşdı. Əvvəllər Cənubi Koreya pop musiqisi gayo adlanırdı (kor.
Lop səhrası
Lop səhrası — səhra Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşir. Korla şəhərindəb Tarim çökəkliyinənin sərhədinə qədər uzanır. Səhra ideal şəkildə düzən relyefə malikdir. Şimal-şərqdə Baqraşgöl sahillərində hündürlü 1030—1040 metr, cənub-şərqdə isə Lobnor gölü ərazisində hündürlük 250 metrdir. Lop səhrası bütünlüklə düzən relyefə malikdir. Bununla belə ərazisində çala ərazilər vardır ki, onlara su toplandığı halda göllərə çevrilə bilər. Tarim çayı dövrlərdən asılı olaraq öz məcrasını dəyişir. Bu səbəbdən göllərin sərhədləridə dəyişilir. Keçmişdə Lobnor nəhəng bir bataqlıq olmuşdur. Hazırda bu ərazi gum və gildən ibarət olan olan səhradır.
Pop-art
Pop-art və ya pop sənəti (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət) — 1950–1960-cı illərdə Qərbi Avropa və ABŞ-də abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti, partlayış, şok effekti əmələ gətirən incəsənət. "Pop-art" terminini ilk dəfə 1966-cı ildə ingilis kritiki Lourens Elleoueya işlətmişdir. Pop-art incəsənətdə bədii cərəyan kimi 1950-ci illərin 2-ci yarısından ABŞ və Qərbi Avropa ölkələrində meydana gəlmişdir. Cərəyanın əsasını ABŞ-də Robert Rauşenberq, Roy Lixtenşteyn, Casper Cons, Ceys Rozenkvist, Klas Oldenburq, Cim Dayn, Endi Uorhol, Böyük Britaniyada Piter Bleyk, Riçard Hamilton və b. qoymuşdur. Pop-art nümayəndələrinin "əsərlərində" bədii obrazlar real həyatdan götürülmüş əşyalar yığımı ilə əvəz olunur, beləliklə də natura, əşya "əsərin" əsas (bəzən də yeganə) komponenti kimi nümayiş etdirilir. Pop-art nümayəndələri adi məişət əşyalarını, kitab və jurnallardan kəsilmiş şəkilləri, plastik materiallardan düzəldilmiş ərzaq məmulatını kompozisiyaya daxil edir, bəzən rəngli şəkillər üzərinə metal, ağac, zinət əşyakarı qeyri-məntiqi şəkildə yapışdırmaqla kompozisiya yaradırlar. Pop-art — populyar, ötəri, hazırcavab, tez unudulan, seksual və gəncdir. — Riçard Hamilon.
Pop-İvan
Pop-İvan (ukr. Піп Іван) — İvano-Frankovsk və Zakarpatya vilayətlərinin sərhədindəki silsilənin cənub-şərq ucunda yerləşən Çornoqora silsiləsinin ən yüksək zirvələrindən biridir. Hündürlüyü 2020.5 m-dir. Pop-İvan Çernoqorski dağını, Karpatların başqa bir zirvəsi - Ukrayna və Rumıniya sərhədində yerləşən Pop-İvan Marmaroşski ilə qarışdırılmamalıdır. Piramidal formaya malikdir, yuxarı hissəsində daş töküntüləri var. Qum daşlarından əmələ gəlmişdir. Karpat Dövlət Milli Parkı içərisindədir. Müharibədən əvvəl Polşa xəritələrində dağ 16 nömrəli sütun olaraq təyin edilmişdir. Əsasən subalp bitki örtüyü ilə örtülmüşdür. Kollar (Sibir ardıç, rododendron) və şam meşələri (1500-1600 m yüksəklikdə) geniş yayılmışdır.
Pop art
Pop-art və ya pop sənəti (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət) — 1950–1960-cı illərdə Qərbi Avropa və ABŞ-də abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti, partlayış, şok effekti əmələ gətirən incəsənət. "Pop-art" terminini ilk dəfə 1966-cı ildə ingilis kritiki Lourens Elleoueya işlətmişdir. Pop-art incəsənətdə bədii cərəyan kimi 1950-ci illərin 2-ci yarısından ABŞ və Qərbi Avropa ölkələrində meydana gəlmişdir. Cərəyanın əsasını ABŞ-də Robert Rauşenberq, Roy Lixtenşteyn, Casper Cons, Ceys Rozenkvist, Klas Oldenburq, Cim Dayn, Endi Uorhol, Böyük Britaniyada Piter Bleyk, Riçard Hamilton və b. qoymuşdur. Pop-art nümayəndələrinin "əsərlərində" bədii obrazlar real həyatdan götürülmüş əşyalar yığımı ilə əvəz olunur, beləliklə də natura, əşya "əsərin" əsas (bəzən də yeganə) komponenti kimi nümayiş etdirilir. Pop-art nümayəndələri adi məişət əşyalarını, kitab və jurnallardan kəsilmiş şəkilləri, plastik materiallardan düzəldilmiş ərzaq məmulatını kompozisiyaya daxil edir, bəzən rəngli şəkillər üzərinə metal, ağac, zinət əşyakarı qeyri-məntiqi şəkildə yapışdırmaqla kompozisiya yaradırlar. Pop-art — populyar, ötəri, hazırcavab, tez unudulan, seksual və gəncdir. — Riçard Hamilon.
Pop musiqi
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Pop musiqisi
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Pop rok
Pop-rok — özündə pop musiqinin və rok musiqi janrının xusüsiyyətlərini birləşdirən bir musiqi janrı. Pop rok musiqi janrı sadə strukturaya malikdir. Melodiyalar bəsit və yaddaqalandır, sözlər də həmçinin yaddaqalandır və bir çox hallarda tez-tez təkrar olunurlar. Bu janr XX əsrin 70-ci illərində yaranmışdır. "Pop-rok" termin olaraq ilk dəfə The Beatles rok qrupunun mahnılarını təsfir etmək üçün işlədilib, daha sonra bu janr bir qədərdə inkişaf edib və yayılmışdır. Günümüzdə pop rok ən çox yayılmış və tanınmış musiqi janrlarından biridir.
Flip-flop (elektronika)
Flip-flop — elektronikada iki dayanıqlı vəziyyətə malik dövrədir. O, müəyyən informasiyanı saxlamaq üçün istifadə edilə bilər. Flip-flop bistable (hər bir vəziyyətdə dayanıqlı olan dövrə) multivibratordur. Flip-flop triqqerdir.