Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Euphorbia poissonii
Euphorbia poissonii (lat. Euphorbia poissonii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Magalie Poisson
Magalie Poisson (9 mart 1982) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Magalie Poisson Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Polis
Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərəkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər. Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir. Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — "beş polis ölkəsi").
POTS
Plain old telephone service (azərb. Adi köhnə telefon xidməti‎) və ya qısaca POTS — mis halqalar üzərində analoq siqnal ötürülməsindən istifadə edən səs səviyyəli telefon xidməti üçün istifadə olunan retronim. POTS 1876-cı ildən 1988-ci ilə qədər ABŞ-də İnteqrasiya Edilmiş Rəqəmsal Şəbəkənin (ISDN) Əsas dərəcə interfeysi (BRI), ardınca mobil telefon sistemləri və IP üzərindən səs (VoIP) təqdim edildiyi vaxta qədər telefon şirkətləri tərəfindən standart xidmət təklifi idi. POTS dünyanın bir çox yerlərində yaşayış və kiçik biznes xidmətlərinin telefon şəbəkəsinə qoşulmasının əsas forması olaraq qalır. Termin XIX əsrin sonlarında ictimai telefon sisteminin tətbiqindən bəri mövcud olan texnologiyanı əks etdirir. Bu, DTMF, elektron telefon stansiyaları və fiber-optik kommunikasiyanın ictimai telefona (PSTN) daxil edilməsinə baxmayaraq, əsasən dəyişməz formada qalmışdır. == Xüsusiyyətləri == POTS bir neçə aspektlə xarakterizə olunur: İki istiqamətli (tam dupleks) kommunikasiya. İki telli mis döngədə səs təzyiqi dalğalarının gərginlik analoqlarının balanslaşdırılmış siqnalizasiyasından istifadə 300–3,300 Hz dar tezlik diapazonu ilə məhdudlaşdırılmışdır və bu səs diapazonu adlanır. İnsanın 20–20,000 Hz eşitmə diapazonundan çox azdır. Zəng tonları "Pulse dialing" və DTMF BORSCHT funksiyaları: batareya təchizatı (B), həddindən artıq gərginlikdən qorunma (O), zəng (R), siqnal (S), kodlaşdırma (C), hibrid (H) və test (T) Döngə başlanğıcı, yerə başlama və E&M siqnalı Bir çox zəng funksiyaları ABŞ-də 1980-ci illərdə telefon stansiyalarının kompüterləşdirilməsindən sonra telefon abunəçiləri üçün əlçatan olmuşdur.
Castin Posi
Castin Posi (17 noyabr 1993) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Castin Posi ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Castin Posi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.167 saniyəlik nəticəsi ilə 17-ci yeri tutdu.
Hərbi polis
Hərbi polis — polis vəzifəsini icra edən hərbi qurum. Bəzi ölkələrdə bu qurumun əməkdaşları hərbi qulluqçulara və hərbi maşınların hərəkətinə nəzarət edir. Beləki, Azərbaycan da daxil olmaqla bu ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz lakin,əgər ictimai asayişə zərər vurarlarsa yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. Bundan əlavə həmçinin mülki polisin vəzifələrin icra edən və hərbi rejimi təyin edə bilən (müəyyən vəzifələri icra edən) Daxili Qoşunlar və ya Jandarma kimi hərbi birləşmələrdə fəaliyyət göstərir.
Lois Abbing
Loys Abbinq (nid. Lois Abbing; 13 avqust 1992, Qroningen) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Lois Abbing Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Polis (antik)
Polis (q.yun. πόλις, πολιτεία — tərc. "şəhər") — şəhərətrafı mülkləri, çox sayda qeyri-bərabər hüquqlu qulları olan və özünü siyasi qurum (adətən, dövlət) şəklində təqdim edən mülki şəhər icması, Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması. Müasir tarix elmində Qədim Yunanıstandakı şəhər-dövlətləri ifadə etmək üçün işlədilir.
Polis (dəqiqləşdirmə)
Polis Polis (q.yun. πόλις — "şəhər") — Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması Polis — hüquq-mühafizə orqanı, ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Polis (fr. police, it. polizza sözündən) — sığorta müqaviləsinin bağlanmasını təsdiq edən və sığortaçı tərəfindən sığortalıya təqdim edilən sənəd.
Polis Akademiyası
Polis akademiyası —
Polis Hekayəsi
Polis əhvalatı (çin. 警察 故事 系列) altı rəsmi Honkonq cinayət hadisələri filmindən ibarətdir, rejissor Ceki Çan, Stenli Tonq, Benni Çan və Dinq Şen tərəfindən çəkilmiş və Reymond Çou, Leonard Ho, Ceki Çan, Barbi Tunq, Villiye Çan, Solon So və Yanq Du tərəfindən prodürserlik edilmişdir. İlk film Polis əhvalatı 14 Dekabr 1985-ci ildə yayımlandı. Filmin müvəffəqiyyəti beş seriala, rəsmi spin-offa (Super polis 2) və qeyri-rəsmi spin-offa (Detektiv) səbəb oldu. Çan, Amerika film bazarına girməsi üçün nəzərdə tutulan Himəyadarda rejissor Ceyms Qlikenhausla işləməkdə məyus bir təcrübədən sonra filmə başladı. İlk Polis əhvalatı filmi pərəstişkarları tərəfindən Çanın ən yaxşı filmlərindən biri hesab olunur. Asiyada böyük bir vuruş idi. Tərcümeyi-halına görə, mən Ceki Çanam, Çan filmi hərəkət və tryuk baxımından ən yaxşı hesab edir. Time Out-in kino tənqidçiləri, rejissorları, aktyorları və boyuk aktyorlar arasında keçirdiyi sorğuda ilk üç Polis Hekayəsi filmi səsləndirildi, Polis əhvalatı 4-cü, Polis əhvalatı 2 61-ci, və Super polis 75-ci sırada yer aldı.
Polis şiddəti
Polis şiddəti — vəzifə və məsuliyyət səlahiyyətini sui-istifadə edən polisin tətbiq etdiyi şiddətdir. Polisin vəzifəsi əsnasında nələr edib nələri edə bilməyəcəyi qanunlar, müdiriyyətlər və tüzüklerle təyin olunar. Bu vəziyyətin xaricinə çıxan polis şiddət tətbiq etmiş deməkdir. Bəzən münferit olaraq meydana gələ bilən bu hadisə bəzəndə polis bölməsi, ya da təhlükəsizlik müdirliyi əsasında sistemli ola bilər. Hadisələrdə polisin istifadə etdiyi həddindən artıq güc üzündən zərər çəkmişlər böyük zərər görməkdədir. Polisin şiddətə söykənən tutumu üçün polisin həddindən artıq stressli bir iş etdiyi, lazımlı təhsilin alınmadığı, qanunları bilmədikləri, psixoloji dəstək ala bilmədikləri, kafi texniki dəstəyə sahib ola bilmədikləri, dolanışıq dərdi kimi səbəblərlə bu cür hadisələrə səbəb olduqları düşünülməkdədir. Bunun xaricində bəzi siyasi səbəblərlə demokratiyanı özümsəyəməmiş polislər üzündən də bu cür hadisələr yaşandığı bilinməkdədir. Bunun yanında polisin şübhəlini qorumaq üçün bir çox dəfə çətinlik yaşadığı müşahidə edilməkdədir. Bu cür vəziyyətlərdən qoruna bilmək məqsədiylə polis təşkilatı xalqla əməkdaşlığına getməkdədir.
Polis əhvalatı
Polis əhvalatı (film, 1985)
İmogen Pots
İmogen Pots (ing. Imogen Poots; 3 iyun 1989, Çizik[d], Böyük London) — ingilis aktrisası və modeldir. == Həyatı == Pots 3 iyun 1989-cu ildə Londonun Hammersmith şəhərində irlandiyalı televiziya prodüseri Trevor Poots və ingilis jurnalist Fiona Qudallın qızı olaraq anadan olub. O, Brook Greendə qızlar üçün Bute House hazırlıq məktəbində, Cənubi Kensinqtonda Queen's Gate məktəbində və Londonun Hammersmith şəhərində Latymer Upper Schoolda oxuyub və burada 3A-ALevel əldə edib. İmogenin model kimi fəaliyyət göstərən Aleks adında böyük qardaşı vardır. Uşaq ikən İmogen baytar olmaq niyyətində idi, lakin bir gün şəxsən baytarlıq klinikasında əməliyyat zamanı qan görməsi İmogenin özünü pis hiss etməsinə səbəb olmuşdur. 14 yaşında gələcək aktrisa YoungBlood şirkətinin Hammersmithdəki teatr seminarında iştirak etməyə başlayır. Teatr studiyasının tərkibində o, nəinki aktyorluğu öyrənir, həm də improvizasiya və ssenaristliyin sirlərinə malik olur. Məhz o zaman Pots gələcəkdə nə etmək istədiyini başa düşür. 2008-ci ildə imtahanları müvəffəqiyyətlə verərək İmogen Londondakı Courtauld İncəsənət İnstitutunda təhsil almaq üçün qrant alır, lakin həmin zamanlarda o, artıq çəkilişlərlə məşğul olduğu üçün təhsilini iki il təxirə salmalı olur.
Polis (qəzet)
Polis — 1933-cü ildən etibarən çap olunan həftəlik qəzet. == Tarixi == Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə "Mübariz keşikdə" adı ilə təsis edilib. "Mübariz keşikdə" qəzeti və 1993-dən çap edilən Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzeti 2021-ci ilin yanvarın 7-dən "Polis" adı altında birləşdirilib. "Polis" qəzeti "Mübariz keşikdə" qəzetinin varisi hesab edilmişdir. == Fəaliyyəti == === İstiqaməti === DİN-in orqanı "Mübariz keşikdə" qəzeti cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir. Bundan əlavə, DİO əməkdaşlarının təcrübəsini yayır, əməkdaşların yaradıcılıq imkanlarından istifadə etməklə daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyəti barədə respublika əhalisində dolğun və obyektiv təsəvvür, sağlam ictimai rəy formalaşdırır, daxili işlər orqanlarının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə yayımlanan həqiqətə uyğun olmayan məlumatları müəyyən edilmiş qaydada təkzib edir. Abunə yolu ilə yayılır. == İstinadlar == == Xarici keçidlər == Aytən Əliyeva. ""Bizim qəzet" - "Mübariz keşikdə": Azərbaycan polisinin 80 yaşlı mətbuat orqanı". modern.az (az.).
POS terminal
POS terminal (ing. Point Of Sale) – ödəniş kartı vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödə­nilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılma­sı, habelə nağd pul vəsaiti­nin alınması üçün nəzərdə tutulmuş avadanlıq. == Mənbələr == Kreditkart.info Arxivləşdirilib 2018-08-06 at the Wayback Machine == Həmçinin bax == Vikianbarda POS terminal ilə əlaqəli mediafayllar var.
Poi-Kalan
Poi Kalan (özb. Poi Kalon аnsambli) — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır. Kompleks XII-XVI əsrlərdə tikilmiş üç tikildən ibarətdir: Kalan minarəsi, Kalan məscidi və Miri Ərəb mədrəsəsi. Poi Kalan təntənəli Registan meydanında yerləşir və Buxaranın mərkəzi memarlıq ansamblıdır. == Tarixi == Minarəli məscid VIII əsrdə ərəblər tərəfindən Mavəraünnəhr fəth etdikdən bəri,şəhər qalasının ətəyində Buxarada yerləşir. XII əsrdə Arslan xan şəhərin yenidən möhtəşəm şəkildə qurulmasını düşündü: Bu-Lays küçəsində yerləşən şəhər sarayını sökdü, o vaxta qədər xarabalığa çevrilmiş və şəhər məscidini köçürən qalayı yenidən yaratdı. Qaladan təxminən yüz əlli metr cənub-şərqdə yeni məscid tikilir və üzərində də minarə tikilir. Minarə, Əbu Bəkr Narşahinin ifadəsinə görə "gözəl hazırlanmış", lakin çox kövrək idi: inşaat başa çatdıqdan dərhal sonra minarə məscidin üzərinə düşür və onun üçdə ikisini məhv edir. 1121-ci ildə yeni bir məscid, 1127-ci ildə isə bu günə qədər gəlib çatmış minarə tamamlandı. Arslan xan məscidinin yerində, indiki Kalan məscidi XV əsrdə tikilib, binanın fasadındakı kitabədə deyildiyi kimi bəzədilməsi 1514-cü ildə tamamlanıb.
"Polis Veteranı" medalı
"Polis Veteranı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. == Medalın Təsviri == “Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir.
Amar Pelos Dois
Amar Pelos Dois (azərb. İkimiz üçün də sevirəm‎) — Portuqaliyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Salvador Sobral "Amar Pelos Dois" mahnısı ilə Portuqaliyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmiş və ölkəsinə Avroviziya tarixindəki ilk qalibiyyətini qazandırmışdır. Mahnı Salvadorun bacısı Luiza Sobral tərəfindən bəstələnmişdir.
Andorra Polis Korpusu
Andorra Polis Korpusu (gürc. El Cos de Policia d’Andorra) — Andorra Knyazlığının milli polis qüvvəsi. 2007-ci ildə verilən məlumatlara əsasən, ölkənin təxminən 85 minlik əhalisinə xidmət göstərən 240 zabit var idi.
Həzi Aslanov (polis)
Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru == Həyatı == Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Polis veteranı medalı
"Polis Veteranı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. == Medalın Təsviri == “Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir.
Ramiz Zeynalov (polis)
Ramiz Zeynalov (19 fevral 1951, Qovlar, Tovuz rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru. == Həyatı == Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. === Ailəsi === Ailəlidir, 1 övladı var.
Sabir Məmmədov (polis)
[mənbə göstərin] Sabir Məmmədov (28 dekabr 1945, Kəngərli, Ağdam rayonu) — Xocalının 1-ci və sonuncu polis rəisi. == Həyat və fəaliyyəti == Məmmədov Sabir Surxay oğlu 28 dekabr 1945-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olub. 1952-1962-ci illərdə Göytəpə kənd orta məktəbində oxuyub. 1962-ci ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi texnikumuna daxil olub və 1966-cı ildə texnikumu bitirərək Goranboy rayon musiqi məktəbində müəllim işləyib. 1967-ci ildə ali təhsil almaq üçün H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olub, 1972-ci ildə institutu müvəffəqiyyətlə başa vurub. 1973-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhər 1 və 3 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1971-1974-cü illərdə Gəncə şəhər Partiya Komitəsi nəzdində üç illik Marksizm-Leninizm Universitetini bitirib. Azərbaycan SSR “Bilik” cəmiyyətinin üzvü (1977), Gəncə “Kommunist” qəzetinin müxbiri, 1 nömrəli musiqi məktəbində ilk partıya təşkilatı katibi olub və dəfələrlə Həmkarlar Təşkilatının fəxri fərmanları ilə təltif olunub. 1977-ci ildə Azərbaycan KP Gəncə şəhər Komitəsinin plenumunun üzvü olub.
Sent-Pols adası
Sent-Pols (malta Il-Gżejjer ta' San Pawl — «Müqəddəs Pavel adası») və ya Selmunett (malta Selmunett) — Malta arxipelaqına daxil olan ada. Əslində iki adadır. Adalar ensiz bərzəxlə bir-birinə birləşir. Yeganə fermer adanı tərk etdikdən sonra artıq bir necə on illikdir ki, adada yayayış yoxdur. Adanın sahəsi 0,1 km²-dir. == Mənbə == Vikianbarda Sent-Pols adası ilə əlaqəli mediafayllar var.
Çevik Polis Alayı
Çevik Polis Alayı — Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olan polis taktiki bölməsi. == Haqqında == Bölmənin mərkəzi Bakı şəhərində, 8 Noyabr prospekti 69 ünvanında yerləşir. 2023-cü ildən etibarən Alay komandiri, polis general-mayoru Ramil Piriyevdir. 2006-cı ilədək Çevik Polis Bölməsi Bakı Polis İdarəsinin səlahiyyətində idi. 31 iyul 2006-cı ildə bölmə ölkə səviyyəsində işləyə bilmək üçün Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. 30 sentyabr 2017-ci ildən bəri qadın polislər də xidmətə başlayıb. Çevik Polis Alayı, 2019-cu ildəki etirazlar kimi birçox etiraz aksiyasını dağıtmaq üçün istifadə olunub.
Nazim Abdullayev (polis)
Nazim Abdullayev (10 noyabr 1967, Laçın – 21 aprel 1994, Horadiz, Füzuli rayonu) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş döyüşçü, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazim Xanlar oğlu Abdullayev 10 noyabr 1967-ci ildə Laçın şəhərində doğulmuşdur. Laçın rayonu 1 saylı orta məktəbdə təhsil alıb.1983-cü ildə Laçın rayon 127 nömrəli Orta Texniki Peşə məktəbinin "Kənd tikinti ustası" ixtisasını qəbul olmuş və 1986-cı ildə bitirmişdir. Peşə məktəbini bitirdikdən sonra 1986–1988-ci illərdə Rusiyanın Vladivostok şəhərində hərbi xidmət keçmişdir. Ermənilərin torpaqlarımıza göz dikdiyi andan silaha sarılaraq vətənimizin müdafiəsinə qalxmışdır. 1990-cı ildə Bakı Neft Kimya texnikumunun "Neft və qaz quyularının qazılması" ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. Öz ərizəsi ilə 04 noyabr 1991-ci il tarixində "Neft və qaz quyularının qazılması" ixtisası üzrə qiyabi şöbəyə köçürülmüşdür və könüllü olaraq müharibəyə yollanmışdır ilk öncə 811 saylı Laçın alayının tərkibində daha sonra isə Laçın rayon Polis Şöbəsinə polis nəfəri kimi Serjant rütbəsində işə qəbul edilərək döyüşlərdə iştirak etmişdir. Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird, Zerti kəndləri və Kəlbəcər, Füzuli Horadiz-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıqla vuruşub.17 aprel 1994-cü ildə Polis Baş Serjantı rütbəsi almışdır. 1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə şücaət göstərərək döyüş yoldaşlarının mühasirədən çıxması üçün öz canını fəda etmiş, qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərində II Fəxri xiyabanda dəfn edilib.
Baça poş
Baça poş — Əfqanıstan və Pakistanda qızları kişi kimi böyütmək adət-ənənələri var — belə uşaqları "baça poş (bacha posh)" adlandırırlar. Bu cür üsul o ailələr tədbiq edir, övladlarının hamısı yalnız qız doğulur, bu da yerli adətə görə ailə üçün az qala rüsvayçılıq hesab edilir. "Baça poş"a kişi adı verilir, oğlan geyimləri geyindirilir və saçları qısa kəsdirilir. O, həmçinin cəmiyyətdə daha çox görünmə imkanı əldə edir, məktəbə gedir və idmanla məşğul olur. Lakin cinsi yetkinləşmə zamanı çatdıqda baça poş bütün kişi hüquqlarından məhrum olaraq yenidən qız həyatına geri dönür, bundan sonra isə ərə verilir. Adətən onlar pis həyat yoldaşı olurlar, belə ki, qadının öhdəliyinə düşən işləri, yemək bişirməyi, tikməyi və digər işləri görməyə məcburi surətdə öyrədilməyib.
Axis axis
Adi aksis (lat. Axis axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. == Yayılması == Aksislər Himalay və Seylonun dağətəyi meşə zonalarında yaşayır. Bu marallara artıq tez-tez Hindistanda da rast gəlinir və onların sayı artmaqdadır. Ermənistan meşələrinə müvəffəqiyyətlə uyğunlaşdırılıb.