Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Villi Puçner
Villi Puxner (d. 15 mart 1952) — Aşağı Avstriya əyalətində Mistelbax qəsəbəsindən olan fotoqraf, sənətçi, rəssam və yazıçı. Villi Puxner Aşağı Avstriya əyalətində Mistelbax an der Zaya qəsəbəsində bir fotoqraf ailənin uşağı olaraq dünyaya gəlmişdir. 1967-ci ildən 1974-cü ilə qədər yüksək qrafik məktəbinin fotoqrafiya hissəsində təhsil almışdır. Bitirdiyi məktəbdə iki il müəllimlik etmişdir. 1978-ci ildən etibarən fotoqraf, rəssam, sənətçi və yazar olaraq sərbəst çalışır. 1983-cü il ilə 1988-ci illər arasında fəlsəfə, jurnalistika, sosiologiya və tarix fənləri üzrə təhsil almışdır. Diplomunu 1988-ci ildə Sosial fəlsəfə "Şəxsi həyat fotoqrafiyası" sahəsində əldə edir. 1989-cu ildən bəri "Wiener Zeitung" adlı qəzetin davamlı olaraq çalışan bir işçisidir. "Pinqvinlərin Həsrəti" adlı layihəsi ilə Villi Puçner məşhur olmuşdur.
Hacker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. == Yaranma tarixi == Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Packera
Packera (lat. Packera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Lurker
Lurker (hərf. gizlənən) — internet mədəniyyətində onlayn icmanın adətən, müşahidə edən, lakin iştirak etməyən üzvü. Dəqiq tərif məzmundan asılıdır. Lurkerlər onlayn icmalardakı bütün istifadəçilərin böyük bir hissəsini təşkil edir. Lurkinq istifadəçilərə onlayn icmanın qaydalarını iştirak etməzdən əvvəl öyrənməyə imkan verir və nəticədə lurkinqdən çıxan zaman sosiallaşmalarını yaxşılaşdırır. Bununla belə, lurkinq zamanı sosial təmasların olmaması bəzən lurkerlər arasında tənhalığa və ya apatiyaya səbəb olur. Lurkerlərə brauzerlər, yalnız oxuyan iştirakçılar, ictimai olmayan iştirakçılar, qanuni periferik iştirakçılar, köməkçi öyrənənlər və ya yatanlar da deyilir. == Tarixi == Kompüter vasitəçiliyi ilə kommunikasiyanın başlanğıcından bəri lurkinq icma üzvlərini narahat edirdi. "Lurk" termininin ilk dəfə istifadə edilməsi XIV əsrə təsadüf edir. Bu söz, çox vaxt pis bir məqsəd üçün gizlənən birinə aiddir. 1980-ci illərin ortalarında BBS populyarlaşdıqda bu söz internetdə istifadə olunmağa başladı.
Ducke
Adolf Dukke (port. Adolpho Ducke, 19 oktyabr 1876, Triest – 5 yanvar 1959, Fortaleza) — Braziliya botaniki və entomoloqu. == Əsərləri == Ducke, A. (1910). Explorações botânicas e entomológicas no Estado do Ceará. Rev. Trimestral do Instituto do Ceará, 24, 3—61. === Entomologiya üzrə nəşrləri === Ducke, A. (1897). Aufzahlung der bei Triest im Jahr 1896 von mir gesammelten Osmia-Arten und Beschribung einer neuen Art. Ent. Nachr., 23, 38—43.
Duker
Duker (lat. Cephalophus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Peker
Pekər, Peker — ad, soyad.
Poker
Poker — Şans, bacarıq, risk və taktikaya söykənən bir kart oyunudur. Pokerin bir çox növü vardır: 3 card poker, omaha və s. Bunlardan ən çox bilinəni isə Texas Hold'em Pokerdir. Pokerdə ümumi olaraq hər bir oyununda ən yaxşı beşliyi sıralamaq əsasdır. Yəni hər bir oyunçu üçün oyunun əsas məqsədi paylanılan 2 kartla yerdəki kartları tamamlayıb ən yaxşı 5-li yığıb rəqib və ya rəqiblərin çiplərini (oyun pulu) toplamaqdır. Poker, ən az 2, ən çox isə 10 nəfərlə və 1 ədəd 52-lik dəstəylə oynanır. Oyunun masadakı istiqaməti saat istiqamətindədir. ↻ {\displaystyle \circlearrowright } Masada kafi iştirak sayı olduğu müddətcə davam edən oyunda kart sıralaması isə belədir: A, K, Q, J, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2 Bütün rənglərin dəyəri bərabərdir. Ancaq 5 fərqli və ya bərabər əllər gəldiyində "Ürək, Qara Ürək (Pik də deyilir), Kərpic, Xaç (Gəşniş də deyilir)" sıralaması tətbiq olunur. Oyunun başlanğıcında maksimum məbləğ müəyyən edilir.
Uoker
Volker — soyad. Pol Volker — Aktyor, Model. Corc Herbert Volker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Volker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
Urker
Urker (qaz. Үркер)—1994-cü ildə yaradılan qazax pop-folk qrupudur. Almaniyada, Fransada, Türkiyədə, Türkmənistanda və ABŞ-də beynəlxalq miqyasda qastrol səfərlərində olublar. Aydos Saqat—Urkerin vokalisti və mahnı müəllifi, gənc yaşlarında konservatoriyada oxumuş, lakin əvvəlcə mahnı müəllifindən çox dirijor olmaq arzusunda idi. Rustam Musin—Urker üçün gitarist, heç bir rəsmi musiqi təhsili yoxdur və əvvəlcə mühəndis kimi təhsil almışdır. 2018-ci ildə qrup yaradıcı fəaliyyətinin 25-ci ildönümünü Almatıda, Respublika Sarayında möhtəşəm konsert ilə qeyd etdi Qrup 6 albom nəşr etdirdi, 20 videoklip çəkdi, ölkə daxilində çox sayda konsert verdi, yeni paytaxt Astananın təqdimatı kimi dövlət səviyyəsində belə böyük tədbirlərdə iştirak etdi. 2010-cu ildən bəri Aydos Saqat, UNESCO-nun musiqi təhsili üzrə mütəxəssisi və BMT-nin Qazaxıstandakı “Fəxri himayədarı ”dır. 2010-cu ilin noyabrında Aydos Saqat, Qazaxıstanda fəxri himayədar kimi UNHCR ilə əməkdaşlıq etdi. 2013-2015-ci illərdə BMT-nin Qazaxıstandakı xoşməramlı səfiri olub. 2010-cu ilin sentyabrında qrup Rahmet supermarket şəbəkəsini mahnılarını bir mağazanın ticarətində qanunsuz istifadə etdiyinə görə məhkəməyə verdi.
Erigeron pulcher
Erigeron pulcher (lat. Erigeron pulcher) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Filip Parker
Filip Parker (20 iyun 1960, ABŞ) — INSEAD-ın elmi idarəetmə üzrə professoru; dünyanın ən sürətlə yazan yazıçısı; 200 mindən çox kitabın müəllifi. == Yazma texnologiyası == Filip Parker internetdən axtarışla götürülən informasiya ilə şablonla kitab yazmaq metoduna patent almış və bu üsulla indyə qədər 200 mindən çox kitab çap etdirmişdir. Onun tək ayaqqabılar haqqında 188, şamlar haqqında isə 219 kitabı vardır.
Joe Cocker
Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[…], Şeffild, İngiltərə – 22 dekabr 2014[…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri. Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır. 2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır. Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir. == Diskoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Co Koker ilə əlaqəli mediafayllar var.
Karl Pauker
Karl Pauker( rus. Карл Викторович Паукер;12 yanvar 1893 və ya yanvar 1893, Lvov, Sisleytaniya – 14 avqust 1937, Moskva) — Sovet xüsusi xidmət orqanlarının icra məmuru; İosif Stalinin təhlükəsizliyinin rəhbəri. 2-ci dərəcəli dövlət təhlükəsizlik komissarı (1935). Kütləvi repressiyaların təşkilatçısı. == Həyatı və təhsili == === Erkən illəri. I Dünya Müharibəsi. Əsirlik həyatı. === 1893-cü ilin yanvarında Lembergdə bərbər Benjamin Pauker ailəsində olduqca kasıb bir anadan olub. Yəhudi. İbtidai ev təhsili aldı.
Mikania duckei
Mikania duckei (lat. Mikania duckei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Piter Parker
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Pocket Gamer
"Pocket Gamer" — ABŞ və Birləşmiş Krallıq videooyun veb saytı. Saytın məzmunu mobil cihazlar və portativ oyun sistemləri üçün oyunlara həsr olunmudur. "Pocket Gamer" 2006-cı ilin martında istifadəyə verilmiş və Birləşmiş Krallığın "Steel Media Ltd." şirkətinə məxsusdur. Sayt portativ oyunları haqqında rəylər, tövsiyələr və digər məzmunları dərc edir, həmçinin hər il "Pocket Gamer Awards" mükafatlarını təşkil edir. Bunlara əlavə olaraq, "Pocket Gamer" komandası mobil oyun tərtibatçıları üçün "PocketGamer.biz" saytını yaratmış və mobil oyun sənayesinə həsr olunmuş Avropanın ən böyük konfransı olan "Pocket Gamer Connects"i keçirmişdir. 2008-ci ildə "O2", "T-Mobile" və "Vodafone" ilə əməkdaşlıq edərək 500 min tirajla "Pocket Gamer" jurnalı buraxılmışdır. 2010-cu ildə jurnal ayda iki dəfə nəşr olunurdu və tirajı 150 min nüsxə idi. "The Guardian" nəşri "Pocket Gamer" saytını "100 ən vacib veb sayt" siyahısına daxil etmiş və onu "Ən yaxşı əl oyun saytı" adlandırmışdır. Bundan başqa, "The Sunday Times" onu "oyunçular üçün ən yaxşı 5 sayt"dan biri adlandırmışdır.
Pocket Mortys
Pocket Mortys (azərb. Cib Mortiləri‎) və ya Rick and Morty: Pocket Mortys (azərb. Rik və Morti: Cib Mortiləri‎) — Big Pixel Studios tərəfindən hazırlanan və Adult Swim games tərəfindən nəşr olunan Rik və Morti mövzulu rol videooyunu. Pulsuz olan videooyunu, 13 yanvar 2016 tarixində İOS və Android sistemləri üçün buraxılmışdır. Oyun Rik və Mortinin "Rikstakainatı"nda keçir. Oyunun mexanikası Pokemon seriyasına bir parodiya olaraq yaradılmışdır. 5 iyul 2017 tarixində oyuna çoxnəfərli rejim əlavə edilmişdir. Oyunda oyunçu Riki idarə edir. Oyun, sirli bir Rikin portal vasitasilə Rikin qarajına daxil olmasıyla və onu Morti döyüşünə çağırmasıyla başlayır. Onu məğlub etdikdən sonra, oyunçu portaldan keçir.
Puster vadisi
Puster vadisi— İtaliyada Cənubi Tirolda Brixen yaxınlığında Mülbaç və Avstriya və Şərqi Tirolda Lixtenşteyn arasında Alp dağlarında şərq-qərb istiqamətində uzanan bir dərə. Puster vadisinin Cənubi Tirol bələdiyyələri Puster vadisi rayonunu yaradır.
Robert Parker
Robert Parker — Amerika yazıçısı, detektiv romanlar müəllifi Yazıçıya dünya şöhrətini detektiv Spenser haqqında silsilə romanlar qazandırmışdı. Parkerin son romanı 2010-cu ilin fevralında işıq üzü görəcək. Robert Parker 77 yaşında qəflətən vəfat edib.
Rumex pulcher
Rumex pulcher (lat. Rumex pulcher) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Rumex pulcher subsp. anodontus (Hausskn.) Rech.f. Rumex pulcher subsp. cassius (Boiss.) Rech.f. Rumex pulcher subsp. raulinii (Boiss.) Rech.f. Rumex pulcher subsp. woodsii (De Not.) Arcang.
Senecio pulcher
Senecio pulcher (lat. Senecio pulcher) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Villi Puxner
Villi Puxner (d. 15 mart 1952) — Aşağı Avstriya əyalətində Mistelbax qəsəbəsindən olan fotoqraf, sənətçi, rəssam və yazıçı. Villi Puxner Aşağı Avstriya əyalətində Mistelbax an der Zaya qəsəbəsində bir fotoqraf ailənin uşağı olaraq dünyaya gəlmişdir. 1967-ci ildən 1974-cü ilə qədər yüksək qrafik məktəbinin fotoqrafiya hissəsində təhsil almışdır. Bitirdiyi məktəbdə iki il müəllimlik etmişdir. 1978-ci ildən etibarən fotoqraf, rəssam, sənətçi və yazar olaraq sərbəst çalışır. 1983-cü il ilə 1988-ci illər arasında fəlsəfə, jurnalistika, sosiologiya və tarix fənləri üzrə təhsil almışdır. Diplomunu 1988-ci ildə Sosial fəlsəfə "Şəxsi həyat fotoqrafiyası" sahəsində əldə edir. 1989-cu ildən bəri "Wiener Zeitung" adlı qəzetin davamlı olaraq çalışan bir işçisidir. "Pinqvinlərin Həsrəti" adlı layihəsi ilə Villi Puçner məşhur olmuşdur.
Tej Parker
Tej Parker — Forsaj franşizasından uydurma personaj. Ludakris tərəfindən canlandırılıb. Dominik Torettonun cinayət təşkilatında iştirak edir. Öz qarajı var.
Kevin Parker
Kevin Riçard Parker (20 yanvar 1986 və ya 1986, Sidney) — avstraliyalı müğənni, musiqiçi, bəstəkar və prodüser. Psixodelik mahnılar buraxdığı Tame Impala layihəsi ilə tanınır. Kevin dörd albom buraxıb: Innerspeaker (2010), Lonerism (2012), Currents (2015) və The Slow Rush (2020). O, 13 "ARIA Musiqi mükafatı" qazanıb, bundan əlavə iki "APRA mükafatı" və "Brit mükafatı"na layiq görülüb, həmçini dörd dəfə "Qremmi" mükafatına namizəd olub. Tame Impala-dan əlavə Kevin 2009–2011-ci illərdə Avstraliya musiqi qrupu Pond-un təbilçisi olub. Prodüser kimi o, Mark Ronson, Ledi Qaqa, Rihanna, Kanye Vest, Gorillaz, Trevis Skot, Melody's Echo Chamber, və The Flaming Lips ilə əməkdaşlıq edib. == Həyatı == Kevin Parker Avstraliyanın Sidney şəhərində dünyaya gəlib, lakin uşaqlığının böyük qismini Qərbi Avstraliyada yerləşən Pertdə keçirib. Kevinin atası Cerri Rodeziyalı, anası Rosalind isə Cənubi Afrikalıdır. O, üç yaşında olarkən valideynləri boşanıb.
Gerş Budker
Gerş Budker (1 may 1918[…] – 4 iyul 1977) – nüvə fizikası və sürətləndiricilər fizikası üzrə ixtisaslaşmış sovet fiziki. Lenin mükafatı və SSRİ Dövlət mükafatı laureatı. == Bioqrafiyası == 1941-ci ildə Moskva Dövlət Universitetini bitirmişdir. 1946-cı ildən SSRİ Elmlər Akademiyasının 2 №-li laboratoriyasında (Atom Enerjisi İnstitunda) işləmişdir. SSRİ Elmlər Akademiyası Sibir şöbəsinin Nüvə Fizikası İnstitunun yaradıcısı və direktoru Novosibirsk Universitetinin professoru olmuşdur. Əsas elmi əsərləri uran-qrafıt nüvə reaktorları nəzəriyyəsinə, sürətləndiricilərin nəzəriyyəsi və hesablanmalarına, yüksək enerjilər fizikasına, plazma fizikasına və idarəolunan termonüvə sintezi probleminə aiddir. Stabilləşdirilmiş relyativist elektron dəstəsinin yaranması şərtlərini hesablamışdır. 1952-ci ildə açıq maqnit tələlərində yüksəktemperaturlu plazmanın saxlanması ideyasını irəli sürmüşdür. Yüksək enerjilər fizikasının yeni istiqamətini qarşılaşan dəstələr metodunu işləyib hazırlamışdır. Onun rəhbərliyi altında ilk dəfə ölkədə qarşılaşan elektron-elektron və elektron-pozitron dəstələrinin sürətləndiriciləri qurulmuşdur.
Puçero
Puçero — əvvəlcə İspaniya, daha dəqiq Əndəlus, sonralar Argentina, Kolumbiya, Uruqvay, Filippin və Kanar adaları mətbəxlərinə aid şorbaya yaxın olan isti yemək. Puçeroya ən oxşar yemək kosido hesab olunur. Əvvəllər Əndəlusda puçero kəndli yeməyi hesab olunurdu. Onun tərkibinə noxud, düyü və ya makaron, konservləşdirilmiş ət, kartof, müxtəlif tərəvəzlər: kələm, kabaçok, çuğundur daxildir. Puçero bir neçə günə hazırlanır. Birinci gün onu düyü ilə, sonrakı günlər ənənəvi olaraq makaronla yeyilir. Puçerodan artıq qalan sous digər yeməklərin hazırlanmasında istifadə olunur. Artıq ət tikələri isə prinqa adlanan yeməklə birlikdə verilir. Пучеро. Мексиканская кухня.
Pekər
Pekər, Peker — ad, soyad.
Ülker
Ülker — İstanbul mərkəzli Türk qida və içki istehsalçısı. Məhsulları 110 ölkəyə ixrac olunur.
Peykər Sultan
Peykər Sultan (tam titulu: Banui Dövran, Nəvvab'i-Naibəyi-Səfəviyyə Peykər Sultan Səfəvi) (1537–1598)— Səfəvi Sultanı, Şahbanu, Seyid Baqi Yəzdinin və Xanış Sultan Səfəvinin qızı. Peykər Sultan 1537-ci ildə İsfahanda dünyaya gəlmişdir. Atası məşhur xanlardan Seyyid Nurəddin Neymətullah Baqi Yəzdi, anası isə Şah I İsmayılın qızı Xanış Sultan idi. Uşaq yaşlarından gözəlliyi ilə seçilmiş Peykər Sultan ara-sıra ailəsi ilə birgə paytaxt Qəzvinə gedər, bu səfalı diyardan gəlmək istəməz, bu gözəl yerlərdə ara sıra 'Pəri Peykər' ləqəbi ilə şeirlər yazarmış. Lakin dayısı qızı olan Pərixan Sultan ilə heç yola getməz, hər zaman mübadisə edərmişlər. Həddi-bülüğa çatmış Peykər Sultan anasının təkidi ilə dayısı oğlu Şah I Təhmasibin 2-ci oğlu II İsmayıl ilə 1555-ci ildə ailə həyatı qurur. Beləlilkə, Xanış Sultan ilə İsmayıl Mirzənin anası Şahbanu Məvzili Sultan ilə ittifaq yaranır. Xanış Sultan bütün bunları Məhinbanu Sultanın olan nüfuzunu sarsıtmaq və yerinə keçmək üçün edirdi. Çünki onlar, əsasında, ögey idilər və Pərixan Sultan onun yanında yetişirdi. Lakin bu səadət çox sürmür.