Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qazxan
Qazxan — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çərçiboğan kəndindən cənubda arxeoloji abidə. == Tarixi == Yaşayış yerinin ərazisi su kanalı ilə iki hissəyə bölünmüşdür. Yaşayış yeri düzənlikdə yerləşdirildiyindən sahəsi əkin yerinə çevrilmişdir. Mədəni təbəqənin dağılması nəticəsində keramika məmulatı yer səthinə dağılmışdır. Yerüstü materialların əksəriyyəti inkişaf etmiş və Son Orta əsrlər dövrünə aiddir. Onlar çəhrayı rəngdə bişirilmiş şirsiz, bəzən şirli qabların parçalarından ibarətdir. Lakin yaşayış yerinin yaxınlığında qədim nekropolun aşkar olunması bu ərazinin Son Tunc və Erkən Dəmir dövründən başlayaraq məskunlaş- dırıldığını təsdiq edir. Yaşayış yerini (e.ə. 2–1)-ci minilliklərə aid etmək olar.
Qazyan
Qazyan və ya Qəzyan; Qəzyan (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Qozman
Qozman — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Qurban
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Qızağan
Qızağan Xan — türk və altay mifologiyasında döyüş tanrısı. Kızığan da deyilir. Göyün doqquzuncu qatında yaşayır. Kayra Xanın oğludur. Çox qüvvətlidir. Orduları idarə etməkdə, döyüşləri qazanmaqda, düşməni yenmekte komandirlərə köməkçi olar. Qırmızı yularlıdır, qırmızı buğra kürəyində oturar. Asası göyqurşağıdır. Qırmızı rəng ilə işarələniyər. Döyüşçüləri qoruyar.
Qızdağ
Qızdağ — Gədəbəy rayonu ərazisində dağ. Əsl adı Qızqaladır. Qızdağ — Hacıqabul rayonu ərazisində dağ. Hündürlüyü 271 m.
Qızlar
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Qəzyan
Qazyan və ya Qəzyan; Qəzyan (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Qılman
Qılman (ərəb. غِلْمَان‎; təkdə qulam, ərəb. غُلاَم‎) — bütün islam dünyasının ordularında qul əsgərləri və/yaxud muzdlular. IX əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər islam dövlətləri ardıcıl olaraq qulları əsgər kimi yerləşdirmişdilər. Bu, İslam dünyasından kənarda çox nadir rastlanan bir hadisə idi. Quranda qılman 52:24-cü ayədə cənnətdə xidmət edən oğlanlara aid edilmişdir. == Etimologiyası == Qılman (غِلْمَان) və onun tək variantı qulam (غلام) ərəb mənşəlidir. Bu söz "oğlanlar" və ya "qulluqçular" deməkdir. Ərəbcə ḡ-l-m (غ ل م‎). kökündən gəlir.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Qazan
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — == Qazan (Qab) == Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Ağ Qızlar
Aşıq Qurban
Aşıq Qurban — ustad aşıq. == Həyatı == Aşıq Qurban Aşıq Ələsgərin qardaşı Məşədi Salehin böyük oğludur. Aşıq Talıbın və başqa qohumlarının söyləməsinə görə Qurban simaca yaraşıqlı, mərifət-qanacağı ilə xalq içində hörmət qazanmış yaxşı bir aşıq olmuşdur. Gözəl səsə, bədahətən şer söyləmək qabiliyyətinə malik Aşıq Qurban muğam havalarının da məşhur ifaçılarından imiş. Göyçənin Ağkilsə kəndində dünyaya göz açan Qurban 1915-ci ildə gənc yaşlarında vəfat etmiş və Ağkilsə kəndinin qəbrstanlığında dəfn edilmişdir. Aşıq Ələsgərin ən sevimli səyirdi, eyni zamanda qızı Gülnisənin əri Aşıq Qurbanın vəfatı böyük ustada elə məyusluq gətirmişdir ki, bu bədbəxt hadisədən sonra, Aşıq Ələsgər, bir daha əlinə saz almamışdır. Aşıq Qurbanın əksər şeirləri unudulmuşdur. Əldə edilən nümunələr Aşıq Ağayar və Aşıq Talıbın hafizəsində mühafizə olunmuşdur. == Ədəbiyyat == Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri.
Coş Qroban
Coşua Uinslou Qroban (27 fevral 1981[…], Los-Anceles, Kaliforniya) — ABŞ-lı lirik bariton. Amerika Qremmi mükafatına namizəd göstərilmişdir. Çox kişice "You Raise Me Up" ən yaxşı mahnısı olaraq qəbul edilir.
Eldar Qurban
Eldar Qurban (1948) — rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Eldar Qurbanov Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər — "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.
Luis Quzman
Luis Quzman (isp. Luis Guzmán; 28 avqust 1956) — Puerto-Riko əsilli ABŞ aktyoru. Luis Quzman Nyu-Yorkda böyümüşdür.
Qurban Qurbanov
Qurban Osman oğlu Qurbanov (13 aprel 1972, Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur. Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub. 1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir.
Qurban Qəzənfərli
Qurban Qinyaz oğlu Qəzənfərli (15 yanvar 1997; Ağlavaşlı, Şəmkir rayonu — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban Qəzənfərli 1997-ci il yanvarın 15-də Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ağlavaşlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Qurban Qəzənfərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Qəzənfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qurban Qəzənfərli sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Ağlavaşlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qurban Sultanov
Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972). == Həyatı == Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir. Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir. Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır. 1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur. 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.
Qurban Süleymani
Hacı Qurban Süleymani (1920, Qoçan, Rəzəvi Xorasan ostanı – 20 yanvar 2008) — Xorasan türklərinin tanınmış Baxşi (aşıq), dutar musiqiçisi və müğənnilərindənidir ki, Nişapurun Əliabad kəndində dünyaya gəlmişdir. == Təltifləri == Fransanın Lion musiqi festivalında birinci yeri qazanmışdır.
Qurban Səid
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E. P. Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur. == "Qurban Səid" təxəllüsünün mənası == Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir. Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir. Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.
Qurban Səlimov
Səlimov Qurban - (tam adı: Səlimov Qurban Hamlet oğlu) - bir çox sənədli filmlərin, televiziya layihələrinin və reklam çarxlarının müəllifi və rejissorudur. ABA TV, Lider TV, “İnternews Azerbaijan”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş” sənədli filimlər studiyası, YADEL-film production (Türkiyə), "ADG plus production” kimi şirkətlərdə rejissor və layihə rəhbəri kimi çalışıb. Hazırda Azad Azərbaycan Tele-radio kompaniyasında Baş prodüser vəzifəsində çalışır. == Həyatı == Səlimov Qurban Hamlet oğlu, 27 fevral 1971-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni-maarif işi” fakultəsinin televiziya rejissoru ixtisası üzrə ali təhsilini alıb. Evlidir iki övladı var.
Qurban Xəlilov
Qurban Əli oğlu Xəlilov (2 (15) noyabr 1906, Kəlxoran, Cənubi Azərbaycan – 20 mart 2000, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1969–1985), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1970–1986), Azərbaycan SSR maliyyə naziri (1958–1969) və Azərbaycan SSR yerli sənaye naziri (1956–1958). == Həyatı == Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəhralan kəndində (hazırkı Ərdəbil) fəhlə ailəsində anadan olmuşdur. 1908-ci ildə ailəsi ilə Bakıya köçmüşdür. Əmək fəaliyyətinə 1920-ci ildə Keşlədə başlamışdır. 1923-cü ildə fabrik-zavod məktəbinə daxil olmuş və 1926-cı ildə həmin məktəbi bitirərək Montin adına zavodda tornaçı köməkçisi vəzifəsində işləməyə başlamışdır. O, burada Sov.İKP üzvlüyünə qəbul edilmişdir. Qurban Xəlilov 1928-ci ildə Azərbaycan Neft İnstitutuna daxil olmuş və 1933-cü ildə oranı bitirmişdir. 1932–1935 və 1937-ci illərdə Bakıda S. M. Kirov adına zavodda mühəndis, sex rəisi işləmişdir. 1935–1936-cı illərdə Sovet Ordusunda xidmət etmiş, 1937–1942-ci illərdə leytenant Şmidt, S. M. Kirov, F. Dzerjinski adına maşınqayırma zavodlarının direktoru, 1942–1945-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin katibi vəzifəsində çalışmışdır. Qurban Xəlilov "Azneft", "Azərneftkəşfiyyat" birliyinin rəis müavini, tikinti trestinin müdiri, Naxçıvan MSSR-də tikinti idarəsinin rəisi, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin müavini (1945–1955) işləmişdir.
Qurban Yaquboğlu
Qurban Yaquboğlu (Bədəlov Qurban Yaqub oğlu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı və publisist. == Həyatı == 1968-ci ilin mart ayının 14-də Şamaxı rayonunun Çöl Göylər kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Ailəlidir, 2 övladı var. == Yaradıcılığı == Müxtəlif qəzet və jurnallarda ədəbi-bədii, publisistik yazıları, o cümlədən 1990-cı ildən Xəzər jurnalında silsilə şerləri "jurnal içində kitab" formatında nəçr edilmişdir. 2000-ci ildə çapdan çıxmış "Min beş yüz ilin Oğuz şeri" antalogiyasına şerləri (İkinci kitab) daxil edilib. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə gənc şair kimi Prezident təqaüdü almışdır. 2018-ci ilin martında Qurban Yaquboğlu "Mən yoxam" adlı ilk kitabını nəşr etdirmişdir. == Mükafatları == 2015-ci ildə Azərbaycan mətbuatının 140 illiyi münasibətilə jurnalistika sahəsindəki fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülmüşdür.
Qurban Yetirmişli
Qurban Cəlal oğlu Yetirmişli (4 sentyabr 1952, Marneuli) – AMEA-nın müxbir üzvü, professor, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi == Həyatı == Qurban Yetirmişli 4 sentyabr 1952-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsini bitirmişdir. 1980–2008-ci illərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini, 2008-ci ildən isə RSXM-nin baş direktorudur. Geologiya-mineralogiya elmlər doktoru, professordur. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2000-ci ildə "Aşağı Kür çökəkliyində seysmo-geodinamik şərait və kəsilişlərdə neft və qaz yataqlarının paylanması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə "Cənubi Xəzər çökəkliyinin seysmikliyi (Azərbaycan sektoru)" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsini almışdır. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar elm xadimi" (№1509) fəxri adına layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını almışdır. Q.C.Yetirmişli geodinamik, seysmoaktiv şəraiti mürəkkəb olan zonalarda, dərin qatlarda neft - qazlılığın qiymətləndirilməsi və perspektivliyi haqqında (Aşağı Kür çökəkliyi) bir-sıra elmi-nəzəri işlər aparmış, 221 (115-i xarici nüfuzlu elmi jurnallarda) elmi məqalənin, 5 monoqrafiyanın müəllifidir.
Bizlan
Bizlan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Bizlan kəndi Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, toponim qədim İran dillərindəki vis (ev) və lan (hasar, divar) sözlərinin birləşməsindən əmələ gəlib, "divarla əhatə olunmuş ev, hasarlı ev" mənasındadır. Əslində Bizlan "dağla əhatə olunmuş" kimi izah edilməlidir. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin cənub-şərq ətəyində, Bakı-Muğanlı-İsmayıllı magistral yolu üstündə yerləşir. == Əhalisi == Bizlan kəndində 92 ev, 115 təsərrüfat var. Kənd əhalisinin ümumi sayı 466 nəfərdir. ki onunda 239 nəfəri kişi, 227 nəfəri qadındır. == Təhsil == Bizlan kənd orta məktəbinin açılışında H.Əliyev fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva iştirak etmişdir. Kənd məktəbində 70 şagird təhsil alır.
Girzan
Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Girzan kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kənd inzibati ərazi dairəsi tərkibindəki Girzan kəndi Hunanlar kəndi adlandırılmış, Girzan kənd inzibati ərazi dairəsi Hunanlar kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Tarixi mənbələrdə kəndin adı Krzan variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Deməli, oykonim "yadlar, qohum olmayanlar" mənasındadır.
Gizvana
Gizvana və ya Çiftan (az-əbcəd. گیزوانا‎, fars. جزونق‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 26 nəfər yaşayır (9 ailə).
Rizvan
Rizvan — Kişi adı, təxəllüs. Rizvan Abasov — Azərbaycan Respublikasının əməkdar mühəndisi. Rizvan Cəbiyev — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı. Rizvan Hümbətov — "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş döyüşçü Rizvan Qarabağlı — Azərbaycan memarı, memarlıq namizədi Rizvan Məmmədov — Rizvan Muradov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Rizvan Paşayev — fizika-riyaziyyat elmləri doktoru, professor. Rizvan Piriyev — coğrafiyaşünas, professor (1972). Rizvan Rəsulov — SSRİ idman ustası Rizvan Teymurov — Azərbaycanın Milli Qəhrəmanı; Rizvan Baxşıyev — Rizvan Hacıyev — Rizvan Mirzəyev — Rizvan Nağıyev — Bu təxəllüsü olanlar Ələsgər Rizvan — Təbriz teatrının aparıcı səhnə ustalarından olub.
Tizbon
Ktesifon (yun. Κτησιφῶν (Ktēsiphōn), pəhl. Tyspwn, fars. تیسفون‎ (Tisfun), ərəb. قطسيفون‎ (Qaṭaysfūn), erm. Տիզբոն (Tizbon)) — Parfiyanın, sonra Sasanilərin paytaxtı. Azərbaycan tarixi ədəbiyyatında Mədain kimi xatırlanır. == Tarixi == Mədain-digər adı ilə Ktesifon şəhəri əvvəlcə Parfiyanın, sonra Sasanilər imperiyasının paytaxtı idi. İndi xarabalıqları İraqın şərqində yerləşir. Ərəblər Mədaini Səvad adlandırırdılar.
Zilban
Ziliban — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi əsasən avarlardır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Gican
Gican — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Gican oyk, düz. Qusar r-nunun Düztahir i.ə.v.-də kənd. Qafqaz silsiləsinin yamacındadır. Gecan variantında da qeydə alınmışdır. Oykonim gic (sərt tirə, dərin yarğan, burulğan) sözündən və -an (məkan bildirir) şək.-sindən ibarət olub, "sərt tirələrdən, dərin yarğanlardan ibarət yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 543 nəfər əhali yaşayır.
Gilan
Gilan ostanı — İranın şimal-qərbində ostan. Gilan dili — Şimal-qərbi İran dillərindən biri. Xaraba Gilan — Ordubad şəhəri yaxınlığında orta əsrlərə aid şəhər xarabalığı. Gilan Holding — Azərbaycanda şirkət.
Giyan
Giyan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Giyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,062 nəfər və 1,999 ailədən ibarət idi.
Gizla
Gizla (az-əbcəd. گیزلا‎, fars. جزلا‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 727 nəfər yaşayır (211 ailə).
Qiyan
Monidigah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 692 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki mon (yerli tələffüz forması miy on olub, “orta, mərkəz, ara” deməkdir), di (kənd) və gah (yer) sözlərindən ibarət olub, “ortada yerləşən kənd, orta kənd” mənasındadır. Oykonim talış dilində Mondiqo adlanır. == Coğrafiyası == Lerik rayonunun Bilabənd inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin yamacındadır.Bu yaşayış yeri üç hissədən ibarətdir: 1. Mondiqo - orta kənd yeri; 2. Jindi - aşağı kənd; 3. Pendi - yuxarı kənd. == Tanınmış şəxsiyyətlər == Firdovsi Əliyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini.
Antuan Qrizman
Antuan Qrizman (fr. Antoine Griezmann, [ɑ̃twan ɡʁjɛzman]; 21 mart 1991[…], Makon[d]) — Fransa milli komandasının və İspaniyanın Atletiko Madrid klubunda çıxış edir. 21 mart 1991-ci ildə Fransada anadan olub. Qrizman böyük klub karyerasına ilk mövsümündə Sequnda Divizionunu qazanaraq Real Sosyedadda başladı. 2014-cü ildə o, 30 milyon avroya o vaxtkı klub rekordu üçün Atletiko Madridə keçdi və UEFA Avropa Liqasısını, UEFA Superkubokunu, İspaniya Superkubokunu və La Liqanın Ən Yaxşı Oyunçusunu qazandı. O, 2016 və 2018-ci illərdə Ballon d'Or və ən yaxşı FIFA kişi oyunçusu mükafatına namizəd olub. 2019-cu ildə Qrizman 120 milyon avro dəyərində bir transferlə "Barselona"ya imza atarkən, bütün zamanların beşinci ən bahalı oyunçusu oldu. Orada o, 2021-ci ildə Atletiko Madridə qayıtmadan əvvəl Kopa del Reyi qazandı və sonra isə, klubun bütün zamanların ən çox qol vuran oyunçusu oldu. Beynəlxalq səviyyədə, Qrizman 2010-cu ildə 19 yaşadək futbolçular arasında Avropa Çempionatının qalibi oldu və 2014-cü anın 22 yaşında Fransa millisində debüt etdi; o vaxtdan bəri 120-dən çox oyun keçirərək, Fransanın beşinci ən çox oyun keçirən oyunçusu kimi sıralanır və 40-dan çox qol vurmaqla həm də ölkənin bütün zamanların ən çox qol vuran üçüncü oyunçusudur. O, UEFA Avro 2016-da ən çox qol vuran oyunçu kimi bitirdi və Fransa UEFA Avro 2016-da ikinci yeri tutduğu üçün Turnirin Oyunçusu oldu və Fransa 2018 FİFA Dünya Kubokunu qazandığı üçün ən çox qol vuran ikinci oyunçu kimi Gümüş buts qazandı.
Bizvan (Heris)
Bizvan (fars. بزوان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 248 nəfər yaşayır (49 ailə).